Ədəbiyyat 6 müəllim üçün metodik vəsait
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər
Səadət kamalla yetişir başa
Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü ) Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü ) .
Bəxtiyar Vahabzadə. Həyatı, yaradıcılıq yolu.
Dünya ədəbiyyatından seçmə
Çingiz Aytmatov. Həyatı, yaradıcılıq yolu.
Gün var əsrə bərabər.
Kiçik summativ qiymətləndirmə materialı.
Gündəlik planlaşdırmaya aid nümunə.
FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ
Ümumtəhsil məktəblərinin XI sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər əsas götürülmüşdür.
Dərslik və müəllim üçün metodik vəsaitdən ibarət “Ədəbiyyat” dərslik komplektində ümumi təhsilin milli konsepsiyasına uyğun olaraq tam orta təhsil pilləsində şagirdin ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməsi, əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi, onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıları icra etməsinin təmin olunması diqqət mərkəzində saxlanılmışdır.
Ədəbiyyat fənn kurikulumunun şagirdlərin mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplaması, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlaması, ədəbi nailiyyətlərə münasibət bildirmək bacarığına yiyələnməsi ilə bağlı tələblərinin reallaşdırılması üçün dərslikdə müvafiq sual və tapşırıqlar sistemi işlənilmiş, müəlimlərə metodk tövsiyələr verilmişdir. http://portal.edu.az/index .
php?r=article/item&id=194&mid=5&lang=az)
Dərslik komplekti kurikulumun tələblərinin reallaşdırılması üçün müəllimin yaradıcı, təşəbbüskar fəaliyyətinə imkan yaradır. Müəllim dərsə hazırlaşarkən, ilk növbədə sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, mətnlərlə bağlı sual və tapşırıqlardan yaradıcı istifadə etməklə dərsi hansı variantda təşkil etməyin daha faydalı olduğunu müəyyənləşdirməlidir.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə milli və bəşəri dəyərləri özündə əks etdirmiş, həqiqi vətəndaşın tərbiyəsində mühm rol oynayacaq əsərlər daxl edilmişdir, ədəbiyyatımızın fəal/interaktiv metodların və informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə öyrədilməsinə önəm verilmişdir.
Ədəbiyyat dərslərində öyrənilmək üçün əsərlər seçilərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq məktəb və rayon kitabxanalarına paylanmış kitablar əsas götürülmüşdür. Bu, şagirdlərə dərsdə ixtisarla öyrənilən irihəcmli əsərləri bütöv şəkildə mütaliə etmək və həmin kitabların girişində görkəmli ədəbiyyatşünas alimlərin əsərlə bağlı məqalələri ilə tanış olmaq imkanı verəcəkdir.
Eyni zamanda dərslikdə ixtisarla verilmiş bədii mətnlərin bütövlükdə oxusunu asanlaşdirmaq məqsədilə şagirdlər üçün hazırlanmış elektron resurs ( Ədəbiyyat . XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com . ) təlimin müsir tələblər səviyyəsində təşkilinə imkan yaradacaqdır.
Seçilmiş bədii əsərlərin ideya-məzmun baxımından demokratiya prinsiplərinə və xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan şəxsiyyət yetişdirilməsi tələbinə uyğun olması diqqət mərkəzində saxlanılmışdır .
Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərindən müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların həyatı, yaradıcılığı ilə bağlı məlumat, monoqrafik şəkildə öyrənilən bədii əsərlər, müstəqil mütaliə üçün tövsiyə olunan əsərlər, lüğətlər daxil edilmişdir.
Dərslikdəki mövzular icmal və monoqrafik mövzular olmaqla iki qrupa ayrılır. Müəyyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər dövrünün ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcılığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini güdür. Ədiblərin həyatı, yaradıcılıq yolu ilə bağlı dərslikdə verilən zəruri məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir.
Dərslikdə düzgünlük, əyanilik, tərbiyəedicilik , tamlıq, ardıcıllıq, yaş səviyyəsinə uyğunluq , təlim vaxtına uyğunluq, oxunaqlılıq, inkişafetdiricilik, inklüzivlik, inteqrativlik pedaqoji prinsipləri gözlənilmişdir:
Dərslikdə ədəbiyyat təliminin öyrədici/ inkişafetdirici, tərbiyəedici funksiyası diqqət mərkəzində saxlanılmış, zəruri şərhlərlə yanaşı, XX əsrin əvvəllərindən müasir dövrədək ədəbiyyatımızın inkişaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi, ədəbi bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün şagirdlərin müstəqil fəaliyyətinin metodik baxımdan təşkili yolları müəyyənləşdirilmişdir. Dərsliklə iş zamanı informasiyanın axtarılması və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin müstəqil araşdırıcılıq fəaliyyətinin tərkib hissəsi kimi yanaşılmışdır. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, tədqiqetmə, bədii əsər üzrə ideya və problemlərin ümumiləşdirilməsi və təqdim olunması, gerçəklikdə baş verən hadisələrin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin formalaşdırılmasına imkan yaradır.
Dərsliyin məzmunu, metodik sistemi interaktiv təlim zəminində şagirdlərdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hissi, milli- mənəvi, ümumbəşəri dəyərlərin formalaşmasına, tolerantlıq, əməksevərlik, təbiətə qayğı kimi keyfiyyətlərin, həyati bacarıqların formalaşdırılmasına imkan verir. Mövzular üzrə təklif olunan bir çox sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır.
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyasında ( Azərbaycan MEA-nın Rəyasət Heyətinin qərarı. № 14/1.23 sentyabr 2015-ci il) Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər diqqət mərkəzində saxlanılmışdır. Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Hər təlim materialları üzrə iş aşağıdakı metodik sistem üzrə həyata keçirilir.
– Maraqoyatma (motivasiya) Ev tapşırığının seçmə yolla, yığcam müzakirəsi motivasiyanın ilk mərhələsi kimi reallaşdırılır. Bu zaman əvvəlki mövzu ilə yeni mövzu, problem üzrə əlaqələndirilir, yeni bilik və bacarıqların mənimsənilməsi, müstəqil, yaradıcı fəaliyyəti üçün üçün zəmin yaradılır. Öyrəniləcək mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş problemə ilkin münasibətini aşkara çıxarmağa, mövzunu həyatla əlaqələndirməyə imnkan yaradan müxtəlif suallar qoyulur, müzakirə aparılır. Motivasiyanın bilavasitə davamı kimi, şagirdlərin fəal iştirakı ilə a raşdırılacaq problem üzrə tədqiqat sualı müəyyənləşdirilir.
– Araşdırma. Tədqiqat sualı üzrə araşdırma aparılması üçün müxtəlif sual və tapşırıqlar verilir. Həmin işlər f ərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir. Verilən sual və tapşırıqlar mətn üzrə öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək və onlara münasibət bildirmək məqsədi daşıyır.
Araşdırma zamanı həm icmal, həm də monoqrafik mövzular üzrə istiqamətləndirici mətnlərdə ədəbi dövr, sənətkarın həyat və yaradıcılığı, əsərin təhlili ilə bağlı yönləndirici açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə iş, müstəqil fəaliyyət zamanı dərinləşdirilməsi və zənginləşdirilməsinə ehtiyac duyulan məsələlər qeyd edilir..
– Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya, müxtəlif mövqelərin aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır.
– Yaradıcı tətbiqetmə. Mövzu üzrə öyrənilənləri möhkəmləndirmək, yeni materialü zərində tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
– Nəticə və ümumiləşdirmə. Şagirdlərə verilən sual və tapşırıqlar mövzu üzrə ə ldə olunan yeni biliklərin ümumiləşdirilməsinə, nəticə çıxarılmasına xidmət edir. Müəllimin istiqamətləndirici sualları şagirdlərin müstəqil şəkildə ümumiləşdirmə aparmağz və nəticə çıxarmağa yönləndirir.
– Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs ərzində fərdi qiymətləndirmə kitabçasında apardığı qeydlər əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır. Yeni biliyin mənimsənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir.
– Evdə iş. Araşdırma şagirdlərin e vdə, kitabxanada mənbələrlə iş, müstəqil tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilir. Sual və tapşırıqlar yaradıcı, tətbiqedici xarakteri daşıyır, onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilməsinin zəruriliyi diqqətə çatdırılır.
Müəllim üçün metodik vəsait
XI sinif dərsliyində təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti, mühüm əhəmiyyət kəsb edir. Bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı , müxtəli vəzn və janrlarda irihəcmli əsərlərin, icmal mövzularının tədrisindəki müəyyən çətinliklər təlim prosesində müəllimin istiqamətverici şərhlərinə xüsusi diqqət yetirilməsini tələb edir.
XI sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi
Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.
Ədəbiyyat 6 müəllim üçün metodik vəsait
2018-12-06 13:14:00
Dövlət qulluğuna hazırlaşanlar üçün metodik vəsait nəşr olundu
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” metodik vəsaiti nəşr olunub. DİM-dən AzEdu.az-a bildiriblər ki, metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsait dörd hissədən ibarətdir. Birinci hissə dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların imtahanlarda uğur əldə etmələri üçün faydalı tövsiyələrdən və bir çox mühüm materiallardan ibarətdir. Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər bu hissədə test imtahanında yoxlanılacaq bilik sahələri, bilik sahələrinin proqramları, konkret nümunələr əsasında qapalı və açıq tipli test tapşırıqlarının cavablandırılması qaydaları, dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları, hər bir sahə üzrə test tapşırıqlarının tipi, sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlardan, yaddaş kitabçaları və digər zəruri materiallardan yararlana bilərlər. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur əldə etmənin yolunu müəyyənləşdirən tövsiyələr vəsaitin ikinci hissəsində yer alıb. İkinci hissədə, həmçinin dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtlərinə aid təlimatla da tanış olmaq mümkündür. Bu hissədə haqqında məlumat verilən “Dövlət qulluğunda karyera bələdçisi” adlı elektron xidmət DİM tərəfindən hazırda dövlət qulluğunda çalışanları və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılıb. Vəsaitin üçüncü hissəsinə namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissəyə isə digər bəzi mühüm materiallar daxil edilib. Ümumiyyətlə, DİM-in dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodik kömək məqsədilə hazırladığı bu vəsait müsabiqənin həm test imtahanı, həm də müsahibə mərhələsində uğur qazanmağın istiqamətini müəyyənləşdirən zəruri materiallardan ibarətdir. Vəsaitlə əsaslı tanışlıq hər bir namizədin dövlət qulluğuna işə qəbul olunmaq şansını artıra bilər. Metodik vəsaiti DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Bu bölməyə aid digər xəbərlər
Məmur olmaq istəyənlər üçün imtahan – “buraxılış vərəqəsi”ni çap etsinlər!
2023-03-14 10:43:58
Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK
2023-03-06 17:10:00
Martın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
2023-02-14 10:25:49
Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir
2023-02-01 16:40:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər
2023-01-15 17:16:00
Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT
2023-01-10 16:56:00
Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar
2023-01-09 16:18:00
Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar
2023-01-05 16:39:00
Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT
2023-01-04 13:40:00
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
5 Aralık 2015 Cumartesi
Ədəbiyyat-Metodik Vəsaitlər
Paylaşıldı 10:25 by Leyla Bayramova
Ədəbiyyat fənni üzrə müəllimlərə
kömək məqsədi ilə hazırlanmış
siniflər üzrə elektron
metodiki vəsaitlər
V Sinif
(Azərbaycan Dilində)
Paylaşıldı Elektron və online vəsaitlər, Ədəbiyyat, Metodik Vəsait
1 yorum:
Mütəmadi olaraq paylaşılacaqdır. hazırda elektron versiya metodik vəsaitlərin hamısını əldə edə bilmədiyimdən, bir qismini yerləşdirirəm Yanıtla Sil
Comments are closed, but trackbacks and pingbacks are open.