Azərbaycan Milli Elmlər Akademiyası
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitə si
Əhalinin coğrafiyası
2010-cü ildə Azərbaycanın əhalisinin sayı 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.
Azərbaycanda ən yüksək təbii artım — Talış bölgəsindədir. Azərbaycanda oğlanlar qızlardan çox doğulsa da, sonradan kişilərin orta ömrünün aşağı düşməsi və ya Azərbaycanı tərk etmələri nəticəsində bu nisbət qadınların xeyrinə dəyişir. Azərbaycan əhalisinin 49%-i kişi, 51%-i isə qadınlardan təşkil olunub. Azərbaycanda təbi artım çox olduğundan burada yaşlılara nisbətən uşaq və cavanlar üstünlük təşkil edir. Azərbaycanda orta ömür 73 yaşa qədərdir. Ən çox uzun ömürlülük — Talış bölgəsindədir. Azərbaycan əhalisinin 17%-i 80-ə yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir. Əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə mexaniki hərəkət və ya miqrasiya deyilir. Işsizlik, iqtisadi çətinliklərlə əlaqədar Azərbaycanı tərk edənlər buraya gələnlərdən daha çoxdur. Azərbaycanı əsasan qeyri-azərbaycanlılar tərk edir. Azərbaycan daxilində əhali əsasən iri şəhərlərə, xüsusilə Bakıya miqrasiya edir. Çünki burada iş tapmaq daha asandır. Ərazinin hər km 2 -nə düşən əhali sayına onun sıxlığı deyilir. Sıxlığı tapmaq üçün əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. Azərbaycanda sıxlılıq hər km 2 -ə 95 nəfərdir. Ən sıx əhali Abşeronda xüsusilə Bakı aqlomerasiyasında (840 nəfər), Gəncə-Qazax və Lənkəran zonasındadır. Ən az sıxlıq isə orta və yüksək dağlıqda, Qarabağ vulkanik yaylası, Qobustan, Acınohur-Ceyrançöl, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir. Azərbaycanda əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə — Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2000 m) kəndləridir. Azərbaycanda 4400 yaşayış məntəqəsi vardır ki, bunun da 4242-si kənddir. Issizlik və boş torpaq sahələrinin olmamasından son illər Azərbaycanda kəndlərin sayı azalır. Kəndlərdə orta hesabla 750 nəfər yaşayır. Ən iri kəndlər düzən və dağ ətəyindədir. Dağlıq rayonlarındakı kənd əhalisinin şəhərlərə köçməməsi üçün burada əmək tutumlu iş yerləri açmaq lazımdır. Azərbaycanda kənd əhalisi əsasən təbii artım hesabına artır. Əhalisinin sayı 5 min nəfərdən çox olan və əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhər əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərlərin sayı artır, kəndlərin sayı isə azalır. Azərbaycanda mövcud olan 70 şəhərin 11-i Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şuşa, Xankəndi, Naftalan, Şirvan (Əli-Bayramlı), Lənkəran — respublika; 3-ü — Naxçıvan, Ordubad, Culfa — Muxtar respublika; qalanları isə rayon tabeliyindədir. Urbanizasiya — şəhər ərazisinin və əhalisinin artması prosesidir. Çoxsahəli sənaye və paytaxt amili ilə əlaqədar Abşeron Azərbaycanın ən yüksək urbanizasiyalaşmış rayonu sayılır. Azərbaycan əhalisinin 27%-i, şəhər əhalisinin isə 47%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin 52.5%-i şəhərlərdə yaşayır. Əmək ehtiyatları dedikdə — əmək qabiliyyətli əhali (15-56 yaş qadınlar və 15-61 yaş kişilər) başa düşülür. Azərbaycan əhalisinin 55%-i əmək qabiliyyətlidir. Maddi və qeyri-maddi istehsal sahələrində çalışan insanlara fəal əhali deyilir. Azərbaycan əmək ehtiyatları ilə yaxşı, fəal əhali ilə isə çox pis təmin olunub. Azərbaycanda boş iş yerləri olmadığından və əmək qabiliyyətli əhalinin çox olmasından əhali iş tapmaq üçün xaricə (xüsusilə Rusiya) gedirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda əmək tutumlu istehsal sahələrini, xüsusilə emaledici sənayeni inkişaf etdirmək lazımdır. Hazırda Azərbaycanda 1 mln-dan artıq işsiz var. Bu cür iqtisadi çətinliklər Azərbaycan əhalisinin təbii artımına mənfi təsir göstərir.
Əhalinin sayı (ilin əvvəlinə)
İllər | Əhalininsayı–cəmi,min nəfər | o cümlədən: | Bütün əhaliyə nisbətən, faizlə | ||
şəhər yerləri | kənd yerləri | şəhər yerləri | kənd yerləri | ||
2000 | 8 032,8 | 4 116,4 | 3 916,4 | 51,2 | 48,8 |
2001 | 8 114,3 | 4 167,2 | 3 947,1 | 51,4 | 48,6 |
2002 | 8 191,3 | 4 219,7 | 3 971,6 | 51,5 | 48,5 |
2003 | 8 269,1 | 4 273,7 | 3 995,4 | 51,7 | 48,3 |
2004 | 8 349,0 | 4 403,6 | 3 945,4 | 52,7 | 47,3 |
2005 | 8 447,3 | 4 477,6 | 3 969,7 | 53,0 | 47,0 |
2006 | 8 553,0 | 4 565,7 | 3 987,3 | 53,4 | 46,6 |
2007 | 8 665,9 | 4 636,6 | 4 029,3 | 53,5 | 46,5 |
2008 | 8 779,8 | 4 733,6 | 4 046,2 | 53,9 | 46,1 |
2009 | 8 896,9 | 4 818,3 | 4 078,6 | 54,2 | 45,8 |
2010 | 8 997,4 | 4 866,6 | 4 130,8 | 54,1 | 45,9 |
2011 | 9111.1 | 4829.5 | 4281.6 | 53.0 | 47.0 |
2012 | 9235.1 | 4888.7 | 4346.4 | 52.9 | 47.1 |
2013 | 9356.5 | 4966.2 | 4390.3 | 53.1 | 46.9 |
Əhalinin yaş qrupları üzrə bölgüsü
Min nəfər | Faizlə |
Əhalinin yaş qrupları üzrə hər 1000 kişiyə düşən qadınların sayı | |||||||
2008 | 2009 | 2010 | 2008 | 2009 | 2010 | 2008 | 2009 | 2010 | |
Cəmi əhali | 8 779,8 | 8 896,9 | 8 997,4 | 100 | 100 | 100 | 1 042,4 | 1 041,4 | 1 038,7 |
o cümlədən yaşda: | – | – | – | – | – | – | – | – | – |
0-4 | 692,3 | 731,9 | 740,2 | 7,9 | 8,2 | 8,2 | 873,6 | 874,3 | 872,0 |
5-9 | 563,9 | 568,3 | 574,7 | 6,4 | 6,4 | 6,4 | 884,1 | 878,7 | 876,3 |
10-14 | 778,2 | 713,9 | 722,0 | 8,9 | 8,0 | 8,0 | 939,2 | 930,5 | 927,9 |
15-19 | 942,6 | 930,8 | 941,3 | 10,7 | 10,5 | 10,5 | 965,0 | 965,4 | 962,7 |
20-24 | 886,0 | 911,7 | 922,0 | 10,1 | 10,2 | 10,2 | 974,2 | 973,8 | 970,9 |
25-29 | 736,6 | 762,4 | 771,0 | 8,4 | 8,6 | 8,6 | 1 019,7 | 1 005,3 | 1 002,6 |
30-34 | 630,3 | 649,9 | 657,3 | 7,2 | 7,3 | 7,3 | 1 105,2 | 1 091,7 | 1 089,3 |
35-39 | 651,9 | 630,6 | 637,7 | 7,4 | 7,1 | 7,1 | 1 139,5 | 1 138,4 | 1 135,6 |
40-44 | 682,1 | 681,6 | 689,3 | 7,8 | 7,7 | 7,7 | 1 142,3 | 1 148,1 | 1 145,3 |
45-49 | 679,4 | 692,5 | 700,3 | 7,7 | 7,8 | 7,8 | 1 102,8 | 1 118,4 | 1 115,7 |
50-54 | 464,4 | 519,1 | 525,0 | 5,3 | 5,8 | 5,8 | 1 100,4 | 1 099,1 | 1 096,6 |
55-59 | 309,4 | 323,1 | 326,7 | 3,5 | 3,6 | 3,6 | 1 123,5 | 1 127,1 | 1 124,2 |
60-64 | 149,6 | 179,9 | 181,9 | 1,7 | 2,0 | 2,0 | 1 187,1 | 1 185,9 | 1 181,1 |
65-69 | 213,0 | 177,4 | 179,4 | 2,4 | 2,0 | 2,0 | 1 312,7 | 1 295,0 | 1 291,2 |
70 və yuxarı | 400,1 | 423,8 | 428,6 | 4,6 | 4,8 | 4,8 | 1 460,6 | 1 475,5 | 1 471,7 |
əmək qabilliyyətli yaşadək | 2 034,4 | 2 014,1 | 2 036,9 | 23,2 | 22,6 | 22.6 | 901.1 | 895,1 | 892,7 |
əmək qabilliyyətli yaşda 1) | 5 926,4 | 6 051,3 | 6 119,7 | 67,5 | 68,0 | 68,0 | 1 008,1 | 1 010,5 | 1 007,9 |
əmək qabilliyyətli yaşdan yuxarı | 819,0 | 831,5 | 840,8 | 9,3 | 9,4 | 9,4 | 1 952,4 | 1 910,4 | 1 865,7 |
Kişilər 15-61, Qadınlar 15-56 yaşda.
Rayonlar və rayonlara daxil olmayan respublika tabeli şəhərlər üzrə əhali, (2009)
No | Rayon/Şəhər ə.d. | Ərazisi (km²) | Ümumi əhali |
1. | Bakı şəhər ə/d | 2 130 | 2 045 815 |
2. | Gəncə şəhər ə/d | 110 | 313 249 |
3. | Sumqayıt şəhər ə/d | 83 | 309 446 |
4. | Mingəçevir şəhər ə/d | 130 | 96 304 |
5. | Naxçıvan şəhər ə/d | 191,82 | 82 552 |
6. | Şirvan şəhər ə/d | 72,7 | 77 060 |
7. | Xankəndi şəhər ə/d | 8.8 | 55 053 |
8. | Naftalan şəhər ə/d | 3,57263 | 8 869 |
1. | Abşeron rayonu | 1 361,4 | 189 794 |
2. | Ağcabədi rayonu | 1 756 | 121 707 |
3. | Ağdam rayonu | 1 154 | 175 577 |
4. | Ağdaş rayonu | 1 048 | 98 599 |
5. | Ağstafa rayonu | 1 503,7 | 80 222 |
6. | Ağsu rayonu | 1 020,1 | 70 536 |
7. | Astara rayonu | 616,4 | 96 230 |
8. | Babək rayonu | 749,81 | 62 886 |
9. | Balakən rayonu | 924 | 89 827 |
10. | Bərdə rayonu | 957 | 141 646 |
11. | Beyləqan rayonu | 1 131,13 | 86 192 |
12. | Biləsuvar rayonu | 1 397 | 20 119 |
13. | Cəbrayıl rayonu | 1 049,8 | 70 585 |
14. | Cəlilabad rayonu | 1 441,4 | 192 320 |
15. | Culfa rayonu | 1012,75 | 41 195 |
16. | Daşkəsən rayonu | 1 046,9 | 32 694 |
17. | Füzuli rayonu | 1 386 | 115 495 |
18. | Gədəbəy rayonu | 1 290 | 93 719 |
19. | Goranboy rayonu | 1 760 | 94 244 |
20. | Göyçay rayonu | 736 | 109 018 |
21. | Göygöl rayonu | 1 030 | 57 191 |
22. | Hacıqabul rayonu | 1 641,1 | 65 837 |
23. | Xaçmaz rayonu | 1 046 | 159 245 |
24. | Xızı rayonu | 1 853 | 14 731 |
25. | Xocalı rayonu | 928 | 26 047 |
26. | Xocavənd rayonu | 1 458 | 41 599 |
27. | İmişli rayonu | 1 821 | 114 183 |
28. | İsmayıllı rayonu | 2 064 | 79 330 |
29. | Kəlbəcər rayonu | 3 036 | 80 769 |
30. | Kəngərli rayonu | 711,86 | 27 597 |
31. | Kürdəmir rayonu | 1 631,51 | 103 860 |
32. | Qax rayonu | 1 493,8 | 53 259 |
33. | Qazax rayonu | 699 | 89 377 |
34. | Qəbələ rayonu | 1 548,6 | 93 652 |
35. | Qobustan rayonu | 1 369,4 | 40 112 |
36. | Quba rayonu | 2 574 | 152 452 |
37. | Qubadlı rayonu | 802 | 35 630 |
38. | Qusar rayonu | 1 542 | 87 857 |
39. | Laçın rayonu | 1 835 | 69 087 |
40. | Lerik rayonu | 1 083,6 | 74 522 |
41. | Lənkəran rayonu | 1 539,4 | 205 726 |
42. | Masallı rayonu | 721 | 197 147 |
43. | Neftçala rayonu | 1 451,7 | 79 525 |
44. | Oğuz rayonu | 1 220 | 40 284 |
45. | Ordubad rayonu | 994,88 | 45 049 |
46. | Saatlı rayonu | 1 180,5 | 92 572 |
47. | Sabirabad rayonu | 1 469,35 | 151 713 |
48. | Salyan rayonu | 1 792 | 121 871 |
49. | Samux rayonu | 1 455 | 53 708 |
50. | Siyəzən rayonu | 703,4 | 37 654 |
51. | Sədərək rayonu | 153,49 | 14 016 |
52. | Şabran rayonu | 1 088,2 | 51 533 |
53. | Şahbuz rayonu | 838,04 | 22 746 |
54. | Şamaxı rayonu | 1 610 | 91 605 |
55. | Şəki rayonu | 2 432,8 | 170 733 |
56. | Şəmkir rayonu | 1 656,8 | 191 428 |
57. | Şərur rayonu | 847,35 | 102 282 |
58. | Şuşa rayonu | 289 | 28 560 |
59. | Tərtər rayonu | 957 | 97 270 |
60. | Tovuz rayonu | 1 903 | 157 875 |
61. | Ucar rayonu | 853 | 78 135 |
62. | Yardımlı rayonu | 667,2 | 58 073 |
63. | Yevlax rayonu | 1 540 | 117 803 |
64. | Zaqatala rayonu | 1 348 | 118 228 |
65. | Zəngilan rayonu | 707 | 39 362 |
66. | Zərdab rayonu | 855,6 | 52 870 |
Toplam | 86 512,0626 | 8 922 447 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitə si
Azərbaycan Milli Elmlər Akademiyası
Tədqiqatlar nəticəsində əhalinin formalaşma və inkişaf qanunauyğunluqları öyrənilmiş, geodemoqrafik inkişafın regional xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əhalinin formalaşma mənbələri olan təbii və mexaniki hərəkətin inkişafı sosial-iqtisadi inkişafla bağlı tədqiq edilmiş, onların qarşılıqlı əlaqəsi və asılılığı araşdırılmışdır. Əmək ehtiyatlarının istehsal sahələri üzrə bölgüsü, məşğulluğun səviyyəsi, həyat səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri öyrənilmişdir. Onun əsasında perspektiv demoqrafik inkişafın və onun regional tənzimlənməsinin iqtisadi-coğrafi yolları işlənib hazırlanmışdır.
Ən mühüm regional problemlərdən biri kimi Azərbaycanın iqtisadi-coğrafi reyonlarının kompleks tədqiqi işləri aparılmışdır. Hər bir iqtisadi-coğrafi rayonun mənimsənilmə, demoqrafik və məskunlaşma xüsusiyyətləri tədqiq edilmiş, təbii-coğrafi və sosial-iqtisadi şəraitin bu prosesə təsiri müəyyənləşdirilmişdir. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və məskunlaşması xüsusiyyəti öyrənilmiş və onun dinamikası aydınlaşdırılmışdır. Bu da əhalinin ölkə ərazisində səmərəli məskunlaşdırılması, xüsusən də dağlıqla-düzən, Abşeronla-kənd yerləri arasında yerləşməsinin tənzimlənməsi istiqamətlərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Əhalinin məskunlaşması xəritələri tərtib edilmişdir.
Linklər
- RƏSMİ SƏNƏDLƏR
- BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
- AMEA İNSTİTUT VƏ TƏŞKİLATLARININ SAYTLARI
- ELM SAHƏLƏRİ ÜZRƏ PROBLEM ŞURALARI
- LİNKLƏR
Coğrafiya elminin sahələri
Coğrafiya elmi qədim bir elm sahəsidir. İlk vaxtlarda Erotosfen Coğrafiya elmini ümumi fiziki coğrafiya və ölkəşünaslıq olmaqla iki sahəyə ayırırdı. Böyük Coğrafi kəşflər dövrünə qədər və ondan əvvəlki illərdə coğrafiyada təsvir etmə ənənələri qalmaqda davam edirdi. Bunlar ümumi fiziki coğrafiyanın (yerşünaslıq) və regional coğrafiyanın və ya ölkəşünaslıq bölmələrinin əsasını təşkil edirdi. Bu sahələrə aid xeyli sayda məlumat toplanmışdır.
Hazırda Coğrafiya elmi iki böyük qola Fiziki coğrafiya və İqtisadi coğrafiya qollarına ayrılır. Fiziki Coğrafiya-Coğrafi təbəqəni, onun kompanentləri arasında əlaqəni,təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir. İqtisadi coğrafiya-Təbii şərait və təbii ehtiyatlardan istifadəni,eyni zamanda insan və onun təsərrüfat fəaliyyətini öyrənir.
Fiziki Coğrafiyaya daxil olan sahələrin bəziləri aşağıda verilmişdir.
Yerşünaslıq– Fiziki coğrafiyanın Yerin ümumi fiziki-coğrafi qanunauyğunluqlarını öyrənir. Geomorfologiya– Yer səthinin relyefini öyrənir. Paleocoğrafiya-Yer səthinin geoloji keçmişdəki təbii şəraitini öyrənir. Meteorlogiya-Yerin atmosferində baş verən fiziki-kimyəvi prosesləri, amosfer hadisələrini öyrənir. Okeanologiya– Okeanların və onların hissələrində fiziki,kimyəvi və bioloji prosesləri öyrənir. Hidrologiya– quru sularını öyrənir. Biocoğrafiya-Bitki,heyvan və mikroorqanizmlərin paylanması qanunauyğunluqlarını öyrənir. Kartoqrafiya– Xəritələrin tərtib olunması üsullarını öyrənir. Landşaftşünaslıq və landşaft planlaşdırılması– Yer landşaftlarının qurluşunu və dəyişməsini, onların inkişaf dinamikası və planşadırılması haqqında elmdir. Təbiəti mühafizə (ekoloji coğrafiya)– İnsan və təbiət arasında qarşılıqlı əlaqəni, təbii tarazlığın qorunması üçün ayrı -ayrı kompanentlər arasında əlaqələri öyrənir. Torpaq coğrafiyası-Yer kürəsində torpaqların paylanması qanunauyğunluqları haqqında elmdir.
İqtisadi Coğrafiyaya aid olan sahələrin bəziləri aşağıda göstərilmişdir.
Sənaye coğrafiyası– Sənaye sahələrinin dünya və müxtəlif regionlar üzrə yerləşməsini öyrənir. Kənd təsərrüfatı coğrafiyası– Kənd təsərrüfatının yerləşməsi, ona təsir edən amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Əhali coğrafiyası– Əhali və onun inkişaf qanunauyğunluqlarını, əhalinin say tərkibininin göstəricilərinin dəyişməsi, yerləşməsi haqqında elmdir. İqtisadi və sosial coğrafiya– Cəmiyyətin iqtisadi həyatının ərazi təşkilini öyrənir. Rekreasiya coğrafiyasi -Turizm-rereasiya ehtiyatlarının yerləşməsi və istifadə yollarını öyrənir. Turizm Coğrafiyası-Rekreasiya coğrafiyasının bir sahəsi olub turizmin ərazi təşkili amillərini və qanunauyğunluqlarını öyrənir. Nəqliyyat coğrafiyası-Nəqliyyat növlərinin ərazilər üzrə inkişafını öyrənir. Siyası coğrafiya– Ölkələrin yaranması,siyasi xəritənin formalaşması, ölkələrin siyasi qurluşunu,sərhədlərin dəyişməsini, siyasi hadisə və proseslərin ərazi fərqlərini öyrənir. Toponomika– Coğrafi adları və onların mənşəyini öyrənir. Coğrafi informasiya sistemləri-Komputer və texniki vasitələrlə coğrafi məlumatların toplanması və təhlili və onların xəritələrə köçürülməsi ilə məşğul olur. Demoqrafiya– Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığı və onun paylanmasını öyrənən elmdir. Şəhərlərin coğrafiyası (Urbanizasiya coğrafiyası)-Şəhərlərin inkişafının idarə edilməsi, şəhərlərin problemləri ilə məşğul olan elmdir.
Həm Fiziki coğrafiya həmdə İqtisadi coğrafiya elmləri içərisində ənənəvi elm sahələri ilə yanaşı həmdə, yeni elm sahələri vardır. Bu sahələr aşağıdakı şəkildə göstərilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.