Li Həsənov: Xocalı insanlığa qarşı törədilən ən ağır cinayətdir
Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına – Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir. “Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, – deyə müəllif yazır.
Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər
Fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet tankları və Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər.
Trend-i buradan izləyin
Fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet tankları və Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı şəhəri bir gecədə yer üzündən silindi, 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirildi. Yüzlərlə sakin əsir alındı. Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil. Ermənilər dinc əhalinin yaşadığı şəhərdə insanlığa sığmayan dəhşətli qətliam törətdilər. Xocalı soyqırımını törədənlər sonradan Ermənistanda illərlə baş nazir və prezident vəzifələrində ölkəni idarə etdilər. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Xocalıdakı qətliama israrla bəraət qazandıraraq, o gecə törətdiklərini etiraf etdi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
İyirmi yeddi il əvvəl törədilən Xocalı faciəsinin ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından biri olduğunu vurğulayan Əli Həsənov ermənilərin Qafqazda möhkəmlənmək üçün həyata keçirdikləri etnik təmizləmə siyasətinin bunun ən mühüm səbəbi olduğunu bildirib. Ermənilərin bu siyasəti havadarlarının dəstəyi ilə həyata keçirdiklərini qeyd edən Prezidentin köməkçisi deyib: “Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda soyqırımları törədiblər. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1915-1918-ci illərdə ermənilər Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində Xocalı qətliamından daha qanlı və insan tələfatı baxımından daha böyük soyqırımları törədiblər. Ermənilər həmin dövrdə təkcə Bakıda təxminən 20 min nəfəri qətlə yetiriblər. Daha sonra 1948-1953-cü illərdə Sovet İttifaqı tərəfindən 150 min azərbaycanlı Ermənistandan deportasiya edilib. Bununla da Ermənistanda heç bir türkün və müsəlmanın qalmaması ilə bağlı məqsədlərinə çatmaq yolunda böyük addım atılıb”.
Ermənilərin 1988-ci ildən Sovet İttifaqının dağılmasına qədər olan dövrdə azərbaycanlılara qarşı açıq şəkildə torpaq iddiası qaldırdıqlarını bildirən Əli Həsənov bu işğalçılıq siyasəti nəticəsində 1988-1994-cü illərdə Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara fasiləsiz hücumların olduğunu vurğulayıb. İşğal nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini, yaşayış məntəqələrinin yerlə-yeksan edildiyini, kütləvi qətliamların törədildiyini deyən Prezidentin köməkçisi Xocalı soyqırımının bunların arasında ən qanlı faciə olduğunu deyib.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasında Anadolu Agentliyinin də rolunu xüsusi vurğulayan Əli Həsənov deyib: “Qətliamdan sonra bütün dünya mediası yaşanan dəhşəti öz səhifələrində təqdim etdi. Azərbaycan həmin dövrdə informasiya blokadasında idi. Bu blokada Anadolu Agentliyinin dəstəyi ilə yarıldı və soyqırımı həqiqətləri dünyaya çatdırıldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dəstəyi ilə Prezident seçilməsindən sonra ölkəmiz sürətlə inkişaf etməyə başladı. Bütün sahələrdə olduğu kimi, media sahəsində də əsaslı dəyişikliklər baş verdi. İndi Azərbaycan mediası dünyanın ən güclü media qurumları ilə rəqabət aparacaq səviyyədədir”.
Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirdiyini bildirən Əli Həsənov BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdıraraq, Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsinin vacibliyini vurğulayıb.
“Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi hər an qanlı müharibəni alovlandıra bilər”, – deyən Əli Həsənov 2016-cı ilin Aprel döyüşlərinin yeni bir müharibənin necə ağır nəticələr doğura biləcəyini göstərdiyini bildirib: “2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunu Ermənistana və bu ölkənin himayədarlarına göstərdi. Bu gün müasir silahlara sahib olan Azərbaycan Ordusu dünyanın ən güclü və hazırlıqlı ordularından biridir. Ermənistanın işğalçılıq siyasətinin davam etməsi hər an qanlı müharibənin fitilini alovlandıra bilər. Bu müharibədə on, bəlkə də yüz minlərlə insan həlak ola bilər. Amma biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət olaraq tanıyıb, işğal altındakı torpaqların azad olunmasını tələb ediblər. Lakin ermənilər beynəlxalq hüquq normalarına, bu qərar və qətnamələrə hörmətsizlik göstərirlər”.
Türkiyə ilə Azərbaycan arasında sarsılmaz əməkdaşlığın olduğunu vurğulayan Əli Həsənov 2007-ci ildə Bakıda keçirilən qurultayın bunun konkret göstəricisi olduğunu bildirib. İkitərəfli əlaqələrin dövlətlərimizin başçılarının birgə səyləri ilə daha da gücləndiyini qeyd edən Prezidentin köməkçisi deyib: “Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, indi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün lazımi addımları atıb və atmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev “Bir millət, iki dövlət” olduğumuz kimi, “iki dövlət, bir lobbi”, “iki dövlət, bir diaspor” istiqamətində qəti iradə nümayiş etdirirlər.
2007-ci ildən etibarən bütün dünyada Türkiyə və Azərbaycanı təmsil edən lobbi və diasporlar həm Ermənistanın uydurma soyqırımı iddialarına qarşı, həm də Xocalı soyqırımının dünyaya çatdırılması məsələsində birlikdə mübarizə aparır. Buna dövlətlərimiz, ziyalılarımız, universitetlərimiz, tələbələrimiz, bütün sosial media vasitələrimiz və dövlət təşkilatlarımız dəstək verir. Erməni diasporu və dövləti, qondarma soyqırımı iddialarını davamlı olaraq gündəmdə saxlamaqla, əslində, Xocalı soyqırımını unutdurmağa çalışır. Hər il beynəlxalq platformalarda ermənilərin soyqırımı iddialarının yalan olduğunu, əslində ermənilərin Anadolu türklərinə və azərbaycanlılara qarşı qırğınlar törətdikləri ilə bağlı bütün həqiqətləri dünyaya çatdırırıq. Dünya artıq bir virtual informasiya şəbəkəsinə çevrilib. Türkiyə və Azərbaycan sosial şəbəkələrdəki mübarizədə birgə hərəkət etməlidir. Biz, iki qardaş dövlət olaraq, birlikdə fəaliyyət göstərməyin gücümüzə güc qatacağına inanırıq”.
Əli Həsənov qondarma soyqırımı iddialarını qəbul edən ölkələrdə ermənilərin lobbiçilik fəaliyyəti barədə danışaraq deyib: “Bəzi Avropa dövlətləri Ermənistanın heç bir sübutu olmayan qondarma soyqırımı iddialarını tanıyır. Lakin 27 il əvvəl bütün dünyanın gözləri qarşısında törədilən Xocalı qətliamını hansı səbəbdən görmür? Amma biz burada da işləri dayandırmamalıyıq. Bu dövlətlərin ictimaiyyəti, parlamenti, vətəndaş təşkilatları və xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil edərək onlara faktları çatdırmalıyıq. Biz ermənilərin soyqırımı iddialarının yalan olduğunu və 27 il əvvəl Xocalıda baş verənlərin həqiqət olduğunu anlatmalıyıq. Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun güclü olduğu yerdə azərbaycanlılar, türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdırlar”.
İslam dünyasına çağırış edən Əli Həsənov söhbətini bu sözlərlə yekunlaşdırıb: “Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının maraqlarının qorunması və mövcud problemlərin həlli üçün birlikdə hərəkət edir. Bütün dünyada müsəlmanlara qarşı təzyiqlərə ən çox sinə gərən ölkələrin Türkiyə və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud problemlərinə qarşı da heç bir zaman laqeyd qalmadıq. İslam dünyasındakı dövlətlər də bizim problemlərimizə biganə qalmamalı, həm Xocalı soyqırımının tanınmasında, həm də ermənilərin qondarma soyqırımı iddialarına qarşı mübarizədə iştirak etməlidir. Unutmamalıyıq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm müsəlman qırğını törədib, həm də müsəlmanların müqəddəs yerlərini dağıdıblar”.
Əli Həsənov: Xocalı insanlığa qarşı törədilən ən ağır cinayətdir
Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir.
Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir.
Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan “İrs Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş məqaləsinin birinci hissəsində yazır.
Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına – Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir.
“Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, – deyə müəllif yazır.
Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq hissəsində Xankəndi mərkəz olmaqla, erməni muxtar vilayəti yaradıldı.
“Muxtariyyət statusu vilayətin yerli sakinləri olan azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, – deyə müəllif qeyd edir.
Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.
Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanıldı.
Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh edilir.
Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc olunacaq.
Əli həsənov xocali
Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan “İrs-Naslediye” jurnalının növbəti nömrəsində dərc olunan məqaləsinin birinci hissəsində yazır.
Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına – Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir. “Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, – deyə müəllif yazır.
Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq hissəsində Xankəndi mərkəz olmaqla erməni muxtar vilayəti yaradıldı. “Muxtariyyət statusu vilayətin yerli sakinləri olan azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, – deyə müəllif qeyd edir. Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.
Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanıldı. Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh edilir.
Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc olunacaq.
“Redaktorun sütunu” rubrikasında nəşrin baş redaktoru Musa Mərcanlı oxuculara “İrs-Azərbaycan inciləri” seriyasından ingilis və fransız dillərində səkkizinci kitabının və jurnalın qazax dilində birinci nömrəsinin nəşrindən söz açır. O yazır ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Ötən ildən jurnalda bu mövzuya həsr olunmuş rubrika fəaliyyət göstərir. Bundan bir qədər əvvəl isə erməni ifrat millətçiləri tərəfindən dinc azərbaycanlı əhalinin qanlı talanlarının 100 illiyi tamam olur. Bu məşum hadisə hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Baş redaktor Xocalıda baş verən faciəli hadisələri Cənubi Qafqazda müasir etnik təmizləmə mərhələsinin ən dəhşətli epizodu adlandırır. O qeyd edir ki, “İrs-Naslediye” jurnalının yeni nömrəsində həm Xocalı soyqırımına, həm də bu geniş mövzunun digər aspektlərinə həsr olunmuş materiallar verilib.
Bu nömrədə “1918-ci ilin mart soyqırımı belaruslu fotoqrafın gözü ilə”, böyük şair Hüseyn Caviddən bəhs edən “Dahi romantikin taleyi”, habelə “Müsəlman korpusu”, “Azərbaycanın baş örtükləri barədə”, “Erməni folklorunda Azərbaycan mənbələri” və digər məqalələr də yer alıb.
Comments are closed, but trackbacks and pingbacks are open.