Əli sultanlı antik ədəbiyyat tarixi
1.Əli Sultanlının “Antik ədəbiyyatı tarixi” adlı kitabı
Əli Sultanlı
Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət «Şərq qalısı» qəzetində ədəbi işçi vəzifəsində çalışır. [2]
Ə.Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə.Sultanlı 1934-39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.
Ə.Sultanlı «Antik ədəbiyyat tarixi», «Roma ədəbiyyatı müntəxəbatı», «Antik ədəbiyyatı müntəxəbatı» kimi dərsliklərin, «Azərbaycana dramaturgiyasının inkişaf yolları», «Nizami və Qərbi Avropa ədəbiyyatı» və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.
O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Partiya və Hökumət Ə.Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək ikidliyinə görə medalı ilə təltif etmişdir.
- V.Hötenin yaradıcılıq yolu. Bakı: Azərnəşr, 1932, 32 səh.
- M.F.Axundovun dramaturgiyası. Bakı: Azərbaycan EA nəşri, 1938, 38 səh.
- Mopassanın hərbi novellaları. Bakı: ADU-nun nəşri, 1942, 20 səh.
- Azərbaycanda xalq draması. Bakı: ADU-nun nəşri, 1945, 66 səh.
- Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri. Bakı: ADU-nun nəşri, 1945, 82 səh.
- Şekspir və onun on ikinci gecəsi. Bakı: Azərnəşr, 1946, 10 səh.
- Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri. Bakı: ADU-nun nəşri, 1946, 48 səh.
- Rəşidbəy Əfəndiyevin dramaturgiyası. Bakı: Azərnəşr, 1946, 11 səh.
- Dədə Qorqud və yunan eposları. Bakı: ADU-nun nəşri, 1946, 156 səh.
- Nizami və Qərbi Avropa ədəbiyyatı. Bakı: Azərnəşr, 1947, 35 səh.
- Ostrovski və Azərbaycan dramaturgiyası. Bakı: Azərnəşr, 1948, 28 səh.
- Antik ədəbiyyat tarixi. Bakı: ADU-nun nəşri, 1958, 496 səh.
- Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964, 300 səh.
- Məqalələr. Bakı: Azərnəşr, 1971, 327 səh.
İstinadlar
- ↑ Султанлы Али Абдулла оглы — uzeyirbook.musigi-dunya.az saytı
- ↑ Sultanlı Əli Abdulla oğlu — epistolyar.musigi-dunya.az saytı
- ↑ . 2013-09-06 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2015-09-15 .
1.Əli Sultanlının “Antik ədəbiyyatı tarixi” adlı kitabı
Avqust 12, 2021
Ən son məqalələr
1457
1458
1459
146
1460
1461
1462
1463
1464
1465
Ən çox oxunan
Jardine
Jared Leto
Jarkent
Jarsye
Jarqon
əli, sultanlı, vikipediyada, soyadlı, müxtəlif, adamlar, haqqında, məqalələr, sultanlı, sultanlı, əli, abdulla, oğlu, ədəbiyyatşünas, pedaqoq, 1939, ildən, azərbaycan, yazıçılar, birliyinin, üzvü, filologiya, elmləri, doktoru, 1946, professor, 1947, əli, abdul. Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Sultanli Sultanli Eli Abdulla oglu edebiyyatsunas pedaqoq 1939 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu filologiya elmleri doktoru 1946 professor 1947 1 Eli SultanliEli Abdulla oglu SultanliDogum tarixi 25 dekabr 1906Dogum yeri NaxcivanVefat tarixi 18 iyul 1960 53 yasinda Vefat yeri Azerbaycan SSR BakiVetendasligi Azerbaycan Mundericat 1 Heyati 2 Eserleri 3 Istinadlar 4 EdebiyyatHeyati RedakteEli Sultanli 1906 ci il dekabrin 25 de Naxcivan seherinde benna ailesinde dogulmusdur Ilk tehsilini Naxcivanda alan E Sultanli 1923 cu ilde Naxcivan Muellimler Seminariyasina qebul olunur ve 1928 ci ilde orani bitirir O bir muddet Serq qalisi qezetinde edebi isci vezifesinde calisir 2 E Sultanli 1929 cu ilde Bakiya gelib ADU nun xarici olkeler edebiyyati tarixi kafedrasinda assistent ve omrunun sonuna kimi respublikanin ali mekteblerinde elmi tedqiqat institutunda dunya ve Azerbaycan edebiyyatindan ders deyir ve genis elmi tedqiqat isi aparir E Sultanli 1934 39 cu illerde xarici olkeler edebiyyatin tarixi kafedrasina rehberlik etmis 1939 1941 ci illerde ADU nun prorektoru vezifesinde calismisdir O bir sira derslikler muntexebatlar tedqiqat eserleri yaratmisdir E Sultanli Antik edebiyyat tarixi Roma edebiyyati muntexebati Antik edebiyyati muntexebati kimi dersliklerin Azerbaycana dramaturgiyasinin inkisaf yollari Nizami ve Qerbi Avropa edebiyyati ve s gorkemli eserlerin muellifi kimi sohret qazanmisdir O Azerbaycan alimleri arasinda birinci defe 1939 cu ilde xarici olkeler edebiyyati sahesinde filologiya elmleri namizedi alimlik derecesi 1946 ci ilde ise filologiya elmleri doktoru alimlik derecesi almisdir Partiya ve Hokumet E Sultanlinin xidmetlerini yuksek qiymetlendirerek onu 1940 ci ilde SSRI Ali Sovetinin fermani ile Emek ikidliyine gore medali ile teltif etmisdir 1960 ci il iyulun 18 de Bakida vefat etmisdir 3 Eserleri RedakteV Hotenin yaradiciliq yolu Baki Azernesr 1932 32 seh M F Axundovun dramaturgiyasi Baki Azerbaycan EA nesri 1938 38 seh Mopassanin herbi novellalari Baki ADU nun nesri 1942 20 seh Azerbaycanda xalq dramasi Baki ADU nun nesri 1945 66 seh Roma ve Yunanistanda edebiyyatsunasliq ve estetika meseleleri Baki ADU nun nesri 1945 82 seh Sekspir ve onun on ikinci gecesi Baki Azernesr 1946 10 seh Antik dovrde edebiyyat ve edebiyyatsunasliq meseleleri Baki ADU nun nesri 1946 48 seh Residbey Efendiyevin dramaturgiyasi Baki Azernesr 1946 11 seh Dede Qorqud ve yunan eposlari Baki ADU nun nesri 1946 156 seh Nizami ve Qerbi Avropa edebiyyati Baki Azernesr 1947 35 seh Ostrovski ve Azerbaycan dramaturgiyasi Baki Azernesr 1948 28 seh Antik edebiyyat tarixi Baki ADU nun nesri 1958 496 seh Azerbaycan dramaturgiyasinin inkisaf tarixinden Baki Azernesr 1964 300 seh Meqaleler Baki Azernesr 1971 327 seh Istinadlar Redakte Sultanly Ali Abdulla ogly uzeyirbook musigi dunya az sayti Sultanli Eli Abdulla oglu epistolyar musigi dunya az sayti Eli Sultanli yaddaslarda nece qalib Azerbaycan muellimi qezeti 30 Aprel 2010 16 2013 09 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 09 15 Edebiyyat Redakte1 Eli Sultanlinin Antik edebiyyati tarixi adli kitabiMenbe https az wikipedia org w index php title Eli Sultanli amp oldid 6007121, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Əli sultanlı antik ədəbiyyat tarixi
Əli Sultanlı yaddaşlarda necə qalıb
Dəqiqələr saata, günlər həftələrə, həftələr aylara dönür, fəsillər dəyişir, illər bir-birini əvəz edir. Yaşayırıq. Özümüz də bilmədən hər gün bir addım son mənzilimizə yaxınlaşırıq.
V ə bu g ə ldi – ged ə r d ü nyaya g ö z a ç an h ə r bir insan İ lahi t ə r ə find ə n ona b ə x ş edilmi ş ö m ü r pay ı n ı ö z ü n ə m ə xsus t ə rzd ə, bacard ığı kimi ya ş ay ı r . D ü nyas ı n ı d ə yi ş ib ə b ə diyy ə t ə qovu ş andan sonra V ə t ə ni v ə xalq ı üçü n g ö rd ü y ü i ş l ə rl ə, ö z ü nd ə n sonrak ı n ə sill ə r üçü n miras qoydu ğ u xeyirxah ə m ə ll ə ri il ə onu tan ı yanlar t ə r ə find ə n h ö rm ə t v ə ehtiramla xat ı rlan ı r , yad edilirl ə r .
Bel ə insanlardan biri , uzun m ü dd ə t Az ə rbaycan D ö vl ə t Universitetind ə ( indiki BDU – da ) f ə aliyy ə t g ö st ə r ə n , g ö rk ə mli ə d ə biyyat şü nas , Az ə rbaycan dramaturgiyas ı n ı n t ə dqiqat çı s ı, d ü nya ə d ə biyyat ı n ı n g ö rk ə mli n ü may ə nd ə l ə rinin t ə bli ğ at çı s ı olmu ş, filologiya elml ə ri doktoru , professor Ə li Sultanl ı haqq ı nda s ö z a ç maq ist ə yirik . Alimin bizə məlum olmayan keşməkeşli ömür yoluna nəzər salmaq üçün onun keçmiş həmkarı, yaxınları və tələbələri ilə görüşməyi qərara aldıq.
Əli Abdulla oğlu Sultanlı 1906-cı ildə Naxçıvanda anadan olub. İlk təhsilini doğma Naxçıvanda alan Əli 1923-cü ildə Bakıya gəlib, burada oğlanlar seminariyasını və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1929-cu ildə o, APİ-nin Xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb, bir müddət sonra filologiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
Əli Sultanlı 1940-cı ildə “Axundov və Molyer” mövzusunda elmlər namizədi və 1946-cı ildə isə “Azərbaycan dramaturgiyasının tarixi” mövzusunda elmlər doktoru dissertasiyalarını müdafiə edib. Sonralar taleyini Azərbaycan Dövlət Universitetinə bağlayıb və ömrünün sonuna kimi bu təhsil ocağında işləməklə misilsiz, yaddaqalan əməllərilə ömür salnaməsini yazıb.
“O, vətənpərvər alim, əvəzsiz müəllim idi”
Yusif Seyidov, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor:
– Əli Sultanlı uzun illər Azərbaycanın ali məktəblərində Qərbi Avropa ölkələrinin çoxəsrlik ədəbiyyatını, fəlsəfə, ictimai-siyasi fikir tarixini, çoxəsrlik rus, hind, türk, İran və bütün Şərq ədəbiyyatının mədəniyyət tarixini dərin bilən bir alim kimi yadda qalıb.
Respublikamızda xarici ölkə ədəbiyyatının müntəzəm öyrənilməsi və bu sahədəki ilk müvəffəqiyyətlər professor Əli Sultanlının adı ilə bağlıdır. Ə.Sultanlı tədris etdiyi fənnə aid “Antik ədəbiyyatı müntəxəbatı”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Xarici ölkələr ədəbiyyatı”, “Antik ədəbiyyat tarixi” və s. başqa qiymətli dərs vəsaitləri hazırlayaraq çap etdirib. Aristotel, Bokkaçio, Şekspir, Molyer, Russo, Höte, Şiller, Bayron, Hüqo, Heyne, Balzak, İbeen, R.Rollan və başqa sənətkarların yaradıcılığı haqqında jurnal və qəzetlərdə müntəzəm olaraq məqalələr nəşr etdirib, Azərbaycan xalqını dünya mədəniyyətinin inciləri ilə tanış edib.
Qədim Azərbaycan ədəbiyyatı tarixini işıqlandırmaq həmişə Ə.Sultanlını düşündürüb. Onun “Dədə Qorqud” dastanı haqqında bir çox məqalələr yazması məhz bunun nəticəsidir. O, həmçinin respublikanın ali məktəbləri üçün xarici ölkələr ədəbiyyatı üzrə sanballı mütəxəssislər hazırlayıb.
Əli Sultanlı o zaman universitetimizdə Avropa ədəbiyyatı adlanan kafedranın müdiri idi və bu ədəbiyyatdan mühazirələr oxuyurdu. Onun qeyri-adi diksiyası var idi, dərs prosesində tədris materialına uyğun olaraq, səsinin tonu dəyişir, bəzən adama elə gəlirdi ki, elmliyi azaltmadan, monoloq deyir. Dərslik olmadığı üçün mühazirəni yazmalı idik, lakin Əli müəllimin mühazirəsinin şirinliyi məcbur edirdi ki, biz tələbələr, necə deyərlər, ağzımızı açıb onu dinləyək. Ə.Sultanlının dərsləri həmişə kütləvi xarakter alırdı, yəni onun mühazirələrində təkcə qrupun tələbələri deyil, başqa fakültələrin tələbələri də iştirak edirdi. Mən tələbə, aspirant olanda da, universitetdə işləyəndə də bunların şahidi olmuşam.
Əli müəllim həqiqəti müdafiə etmək üçün heç nədən çəkinməzdi. Yaxşı yadımdadı, 50-ci illərdə erməni təcavüzünün əleyhinə çıxış etdiyinə görə universitetin müəllimi Abbas Zamanovun partiya sıralarından çıxarılması məsələsi qoyulmuşdu. Zamanına görə bu ən ağır cəza idi. Mərkəzi Komitənin tələbi ilə universitet rəhbərliyi bunu həyata keçirməli idi. Məsələnin müzakirəyə qoyulduğu ümumi partiya iclasında Əli Sultanlı belə bir qərarın çıxarılmasını qəti şəkildə pisləyib, Abbas Zamanovu müdafiə etdi.
Biz tələbə ikən fakültənin dekanı olan Həbibulla Səmədzadə 1948-ci ildə dünyasını dəyişdi. Əli müəllim fakültəyə dekan qoyulması təklifinə qəti etiraz etdi: – “Mən onun yerində otura bilmərəm”, – dedi. Onlar dost olmuşdular, bu münasibət, bu insanlıq duyğusu ona imkan vermirdi ki, həmin hissi – psixoloji maneəni aşsın.
Əli müəllimin adı bu gün də şərəflə çəkilir. Ölümündən 50 il keçməsinə baxmayaraq, hazırda da Avropa ədəbiyyatı (indi dünya ədəbiyyatı) kafedrası Əli Sultanlının adı ilə çağırılır.
“Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq insan olub”
Kamal Abdulla, yazıçı-dramaturq, dilçi-alim, professor :
– Əli dayım rəhmətə gedəndə mənim 9 yaşım vardı. Onun bizim evimizdə olan “Antik ədəbiyyat tarixi” kitabını hələ o zaman dəfələrlə oxumuşam. Həmin kitabda miflərin təsvirinə həsr edilmiş böyük hissələr vardı. O vaxtlar həmin yunan mifləri Azərbaycan oxucularına yaxşı tanış olmadığına görə Əli müəllim o mifləri geniş təsvir etməyə məcbur olub. O mifləri maraqlı bir nağıl və ya bir hadisə kimi oxuduğum üçün o zamankı antik yunan mifləri barədə mənim təsəvvürüm formalaşmağa başlamışdı. İndi də bu haqda hansı təsəvvürə malikəmsə, buna görə Əli Sultanlıya minnətdaram. Məndə Dədə Qorquda, Azərbaycan və dünya ədəbiyyatına məhəbbət onun əsərlərini oxuyandan sonra yaranıb. Azərbaycan ədəbiyyatşünaslığında həm dramaturgiya tarixini sistemləşdirən, həm də antik ədəbiyyatı sistemləşdirib Azərbaycan ədəbiyyatşünaslığının bir sahəsinə çevirən görkəmli alim kimi onun yeri əvəzsizdir.
Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq insan olub. Anam Bətulə xanım danışardı ki, onların Naxçıvandakı ata evini Hüseyn Cavidin evindən bir çəpər ayırdığı üçün yaxın qonşu olublar. Anam H.Cavidin həyat yoldaşı Müşkünaz xanımla çox mehriban rəfiqə olublar. Babam Abdulla kişi də qızı Bətuləni ancaq H.Cavidin ailəsinə etibar edib. Dayılarım da bunun müqabilində anamın onlara getməsinə, Müşkünaz xanımla dostluq etməsinə mane olmayıb. Cavid Əfəndiyə də yaxşı qonşu, ağsaqqal dost kimi hörmət ediblər.
O zaman Cavid Müşkünaz xanımla birlikdə anamı da Bakıya gətirir, onları oxumaq üçün darülfünə düzəldir və onlara dərs deyir. 1937-ci ilin məlum hadisələri ilə əlaqədar H.Cavid həbs olunaraq Sibirə sürgün edilir. Müşkünaz xanım uşaqları ilə birlikdə yaşadıqları evdən bayıra atılır. Onlar Dağlı məhəlləsində pəncərəsiz, döşəməsi torpaq, qapısı bir baş küçəyə açılan balaca bir daxma tapıb ora yığışıblar. Müşkünaz xanım ehtiyac üzündən acından ölməsin deyə, oğlunu Naxçıvana göndərir. Dost-tanışlar, hətta qohumlar da onlarla əlaqəni tamam kəsir, qapılarını açan belə olmur. Ağır məqamlarında onu yad edən yalnız naxçıvanlı rəfiqələri Hüsniyə xanım və anam Bətulə olur. Onları acından ölməyə qoymurlar. Dayılarımın, o cümlədən Əli dayımın məsləhəti ilə anam zənbilə yemək yığıb üstünə hamam boğçası qoyar, hava qaralanda zənbili başına örtdüyü enli çadranın altında gizlədib Müşkünazgilin yaşadığı evə tərəf gedərdi. Evə çatanda qapını astaca döyüb zənbili qapının ağzında yerə qoyub oradan təcili uzaqlaşardı. Zamanına görə, bu, böyük risk və təhlükə idi. � Müşkünaz xanım bunu bildiyi üçün həmin an qapını açıb zənbili götürərdi. Hər dəfə onların ailəsinə edilən belə köməkliklərdən sonra Əli dayım rahatlıq tapar, anamın üzünə minnətdarlıqla baxardı.
“Dünya ədəbiyyatı kafedrasını Əli Sultanlı yaradıb”
Cəmil Nağıyev, filologiya elmləri doktoru, professor:
– 1964-cü ildə mən ADU-ya qəbul olanda artıq bir neçə il idi ki, Əli Sultanlı dünyasını dəyişmişdi. Buna baxmayaraq, yaxşı bir müəllim kimi onun haqqında əfsanəyəbənzər söhbətlər eşidirdim. Sonralar onun yaradıcılığı ilə tanış olduqca heyrətlənirdim. O, Azərbaycan dramaturgiya tarixini və xalq dramlarını tədqiq edib və sanballı monoqrafiyalar yazıb. Əli Sultanlı Dədə Qorquda həsr etdiyi tədqiqat əsərində yunan şairi Homerin Odiseya əsərinin personajlarından biri olan Polifenlə (Siklonu) “Kitabi Dədə Qorqud” dastanındakı Təpəgözün müqayisəli təhlilini verib.
Onun elmi-pedaqoji fəaliyyətinin əsas istiqamətlərindən biri də qədim yunan və qədim Roma ədəbiyyatlarını əhatə edən, bu gün də öz elmi dəyərini itirməyən, Azərbaycan ziyalılarının və universitet tələbələrinin əsas tədris vəsaiti kimi mənbələrdən biri olan “Antik ədəbiyyatı tarixi” kitabıdır. 1958-ci ildə çap olunan həmin kitab bu gün də tələbələrin istifadə etdiyi dəyərli dərs vəsaitidir. Əli müəllim bu gün də dəyərini itirməyən bir sıra kitabların və dərsliklərin müəllifidir. O, ilk dəfə olaraq Azərbaycanda “Orta əsrlər və intibah dövrü ədəbiyyatı müntəxəbatı”nı da çap etdirib. Əli Sultanlı 1939-cu ildə universitetdə Dünya ədəbiyyatı kafedrasını yaradıb və ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik edib.
“Atamı az qala tanımayacaqdım”
Nərmin Sultanlı, BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti (Əli Sultanlının qızı):
– Atamın bir müəllim, pedaqoq kimi ustalığından, ömrünün böyük hissəsini xalq maarifinə həsr etməsindən, tələbələrinə qarşı qayğıkeşliyindən çox yazılıb. Bu haqda Əli müəllimin sevimli tələbəsi İsmayıl Şıxlının “Mənim rəqibim” və “Onun səsi qulağımdadır” adlı hekayələri var. Əli müəllim mahir lektor kimi 150 nəfərlik auditoriyanı öz mühazirələriylə sehrləndirərdi.
Yaxşı yadımdadır, 6 yaşım vardı. Atam məni özü ilə universitetə aparmışdı. Elə oldu ki, mən onun mühazirəsində oturmalı oldum. Mühazirə başlandı və birdən qarşımda tanımadığım bir adam gördüm, hətta bu dəyişiklik məni bir az qorxutdu da! Atam isə Troya müharibəsindən danışır, gah Axilles olurdu, gah da Patrokl və s.
Atam dostluqda səmimi və hətta fədakar idi. Müharibə vaxtı və 50-ci illərdə məlum səbəblərə görə dara düşən dostlarına və tələbələrinə çox incə davranışla, onlara hiss etdirmədən kömək edərdi. Sürgündən təzə qayıtmış bir ziyalını (adını çəkmək istəmirəm) atam hər gün nahar vaxtı evə dəvət edir, onu yaxşıca yedirdəndən sonra ingilis dilini öyrətməsini ondan xahiş edərdi. Və bir gün bundan şübhələnən həmin insan atama – “Əli, ingilis dilini öyrənmək sənin nəyinə lazımdır, özü də həmişə nahar vaxtı?” – deyə soruşur. Atam özünü itirmədən – “Qardaş, dili öyrənməyin xeyri var ki, ziyanı yoxdur, bir də tək olanda iştaham küsür, heç nə yeyə bilmirəm. Səninlə bir olanda həvəslə yeyirəm və söhbətlərin də mənə başqa cür ləzzət verir”, – deyərək əlüstü cavab verməklə qonağını azdırır, duyuq düşməsinə imkan verməməyə çalışır. Ancaq atalar demiş, “Cidanı çuvalda gizlətmək olmur”.
Atamın sovet quruluşuna münasibəti çox mənfi idi. Kommunist partiyasının üzvü olmadığına görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmədi.
� Bir insan kimi formalaşmağımda atamın böyük rolu olub. O zamanlar çoxları uşaqlarını rus bölməsində oxumağa göndərərdi. Atam bunun qəti əleyhinə idi və mən təhsilimi Azərbaycan məktəbində aldım. Sonra isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinin Azərbaycan bölməsində oxuduğuma görə mənim mütaliəmə də çox diqqət verirdi.
Atam yaddaşımda təmkinli, heç vaxt səsini yüksəltməyən, ürəyiyumşaq bir şəxs kimi qalıb. Cavanlıqdan heç bir heyvanın ətini yemədiyini çox adamlar uzun müddət bilməyib. Səyahəti çox sevərdi. Bizi o vaxtkı Sovet İttifaqının bütün gəzməli yerlərinə aparmışdı.
Atam deyərdi: “Müəllimlik peşəsini seçən adam bir şeyi yaddan çıxarmamalıdır: müəllim tələbə üçün ilahi varlıq, bir örnək olmalıdır”.
Uşaqlıqda ata-ananın himayəsindən tez qurtarıb, böyüməyə can atırıq. Yaşlaşanda isə atalı-analı günlərimiz üçün darıxırıq. Mən də atamla keçirdiyim xoşbəxt uşaqlığım üçün çox darıxıram.
Atam həyat eşqi ilə qaynayan, tükənməz arzularla yaşayan nikbin bir insan idi. Lakin vəfasız ömür ona yaşamağa imkan vermədi. 1960-cı ildə, ömrünün çiçəkləndiyi 54-cü ilində dünyasını dəyişib əbədiyyətə qovuşdu.
Qələmə aldı: Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.10.
Antik ədəbiyyat antologiyası I cild
Oxuculara təqdim edilən bu kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Hesiodun, Esxilin, Evripidin, Sofoklun, Aristofanın, Aristotelin uzun əsrlər boyu dünya ədəbiyyatı xəzinəsini bəzəyən inciləri və qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir.
Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını mənimsəmək üçün onu ilk təşəkkül mərhələlərindən başlayaraq ardıcıl şəkildə öyrənmək lazım gəlir. Buna görədir ki, uzun illərdən bəri, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da doğma ədəbiyyatın ən qədim dövrlərdən inkişaf tarixinin öyrənilməsi ilə yanaşı, bəşər mədəniyyətinin ilk nümunələrindən olan antik ədəbiyyatın tarixinə də ciddi fikir verilir. Hələ 50-ci illərin əvvəllərində antik ədəbiyyat tarixinə aid dərsliklər və müvafiq olaraq müntəxəbatlar hazırlanıb nəşr edilmişdi. Bu işdə görkəmli xarici ədəbiyyat mütəxəssisi, professor Əli Sultanlının böyük xidmətləri olmuşdu. “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı” dərsliklərini, habelə xarici ədəbiyyatla bağlı bir sıra kitabları ilk dəfə o, çap etdirib oxucuların, mütəxəssislərin və tələbələrin istifadəsinə vermişdir.
Qədim ədəbiyyatın daha dərindən öyrənilməsini təmin etmək üçün nəşr olunmuş ilk “Antik ədəbiyyat müntəxəbatı”nm tərtibçisi də professor Əli Sultanlı olmuşdur. 1950-ci ildə nəşr edilən həmin kitabın müqəddiməsində tərtibçi yazırdı: “Qədim yunan ədəbiyyatından tərtib edilən bu müntəxəbat bizdə tamamilə yeni və ilk təcrübədir. Oxuculara təqdim etdiyimiz bu müntəxəbatda ellinizm dövrünə qədər yunan ədəbiyyatının ən klassik nümunələri, rus dilindən tərcümə edilərək verilmişdir”. Bu müntəxəbat tərtibçinin böyük elmi və təşkilati fəaliyyətinin nəticəsi kimi meydana gəlmişdi: belə ki, o, kitabın ali məktəblər üçün nəzərdə tutulmuş proqrama uyğun məzmununu, tərtibi prinsiplərini müəyyənləşdirmiş seçilmiş bədii nümunələri əsasən görkəmli yazıçılara (M.Rzaquluzadə, R.Rza, Ə.Məmmədxanlı, Əvəz Sadıq, O.Sarıvəlli, M.Arif, M.Dilbazi, N.Rəfıbəyli, S.Rəhman və başqaları) tərcümə etdirmiş, lazımi ədəbi-tarixi məlumatları yazmış, müntəxəbatı tərtib edib nəşr etdirmişdir. İndi oxuculara təqdim edilən bu antologiyada da həmin kitabdan istifadə olunmuş və onun tərtibi təcrübəsindən bəhrələnmişik.
Comments are closed, but trackbacks and pingbacks are open.