Press "Enter" to skip to content

Əlillər günü haqqında ssenari

BMT-nin 2030 dayanıqlı inkişaf məqsədləri özündə əlilliyi olan şəxslər haqqında çoxlu sayda məsələləri birləşdirir və biz birlikdə çalışmalıyıq ki, bu öhdəlikləri yerinə yetirək.

3 dekabr Beynəlxalq Əlillər Günüdür

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir

09:00 03.12.2019
Paylaş

Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.

Bu sahədə həyata keçirilən islahatlar cari ildə də davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün sosial müavinətlər orta hesabla 100 faiz artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli fərmanı ilə, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.

Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə imkan verir.

Hazırda tənha ahıl və sağlamlıq imkanları məhdud 235 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə, cari ilin 11 ayında Əlillərin Bərpa Mərkəzində 356, Uşaq Bərpa Mərkəzində 409 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilmişdir. Həmçinin, sağlamlıq imkanları məhdud 607 şəxsə sanatoriya və pansionatlara göndəriş verilmiş, 381 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 200 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir.

Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Bu ilin ötən dövründə əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 13 nəfər cəlb edilmiş, bu kateqoriyadan olan 83 şəxs münasib işlə təmin olunmuşdur. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 32 nəfər sosial xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 35 nəfərə isə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda bu qəbildən olan uşaqlardan 30-u məktəbəqədər təhsil müəssisələrində, 1033-ü ümumtəhsil məktəblərində, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 11 uşaq isə distant tədris prosesi vasitəsi ilə təhsilini davam etdirir. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 284 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilmişdir. Yay tətili günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq uşaqların Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil olunmuş, təhsildə fərqlənən məktəbli uşaqlar Ağbulaq İstirahət Mərkəzinə göndərilmiş, Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşalar nümayiş etdirilmişdir. Ümumilikdə, dövlət proqramının icrasına uyğun olaraq uşaqlar arasında şeir, bilik və yazı müsabiqələri 2019-cu ilin ötən dövründə də davam etdirilmiş, sağlamlıq imkanları məhdud şəxslər arasında solooxuma, rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabqəsi keçirilmiş, müsabiqə qaliblərinin Bakı şəhərində bu kateqoriyadan olan şəxslər arasında keçirilən VIII Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirakı təmin edilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 3000 cüt yun corab və 400 yun şərf hərbi hissələrə təhvil verilimiş, 85 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə ehtiyaclarına uyğun zəruri ləvazimatlar təqdim edilmişdir. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq bayram tədbirlərində hərbçilər qarşısında konsert proqramları ilə çıxış edir.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilir. Cari ilin ötən dövründə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 209, həmçinin mərkəzin defektoloji bölməsinin Şərur rayon filialına 40, Ordubad rayon filialına isə 38 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Mərkəzin defektoloji bölməsinin təlim məşğələlərinə 121, Kinect oyunlar otağına 40, məhdud fiziki imkanlıların kompüterkurslarına 34, əmək terapiyası otağına 38, musiqi terapiyası otağına 41, psixoloji dəstək xidmətinə 53, təlim bərpa otağına 15, rəsm kursuna isə 12 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı”, eləcə də uşaqlar üçün “Şəfəq” brayl jurnalının nəşri davam etdirilmiş, bu kateqoriyadan olan şəxslərin istifadəsi üçün yaradılmış audio kitabxana xidmətinə 58 audio əsər əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, mərkəzdə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları yaradılmışdır. Müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə əyləncəli oyun sahəsi istifadəyə verilmişdir.

Məhdud fiziki imkanlı şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın rayonlarında boccia və stolüstü tennis üzrə yeni idman bölmələri yaradılmış, məşqçi-müəllimlər müəyyənləşdirilmişdir. Hazırda muxtar respublika üzrə Paralimpiya Federasiyasının 12 bölməsi fəaliyyət göstərir.

Muxtar respublikada sosial-­iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Əlillər günü haqqında ssenari

Əlil – anadangəlmə, xəstəlik və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Bu ilin iyun ayına olan rəsmi statistikaya əsasən hal-hazırda Azərbaycanda 506 127 nəfər (ümumi əhalinin 5,5%) əlil siyahıya alınıb. Lakin bu da dəqiq say deyil. Çünki əlillik dərəcəsi almayan və ya almaqda çətinlik çəkən insanlar var. 104 043 nəfər əlil dövlətdən sosial müavinət almaqdadır. Dövlət tərəfindən həyata keçirilən bir sıra tədbirlər nəticəsində əlil insanlar üçün müəyyən qədər şərait yaradılıb. Təbii ki, bu tədbirlərin daha da gücləndirilməsi üçün zaman lazımdır və ən başlıcası ictimaiyyətin diqqəti.

Təəssüf ki, bu gün cəmiyyətimiz əlil insanlara qarşı qərəzli düşüncəyə sahibdir. Yevlax şəhərində yeni istifadəyə verilmiş Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzində biz bu hallarla tez-tez qarşılaşırıq. Mərkəz H.Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində istifadəyə verilib. Başlıca məqsəd kor və görmə qabiliyyəti zəif olan insanların İKT ehtiyaclarını ödəməkdir. Lakin cəmiyyətdə var olan bir sıra tabular bu məqsədləri yerinə yetirməkdə bizlərə də çətinlik yaradır. “Kitab oxumaq, informasiya resurslarından istifadə etmək bizə lazımdırmı” sualı qarşısında hansısa yeniliyi qəbul etdirmək çox da asan məsələ deyil. Məhz bu anlamda ilk olaraq ictimaiyyətin fikrini dəyişməyə ehtiyac var.

Qeyd edək ki, 3 dekabr tarixi dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilən bu tarixdə hər il BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Eləcə də bizdə də bu tarix qeyd olunmaqdadır. Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi aiddiyyatı qurumların diqqət mərkəzindədir. Əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək sadəcə dövlətin deyil, bir vətəndaş kimi, bir insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi imkanlı şəxslər də öz xeyirxahlıqlarını əsirgəməməlidir. Xüsusən də əlillikdən əziyyət çəkən körpələr üçün. Unutmayaq, hər kəs potensial əlildir, heç birimiz bu cəhətdən sığortalanmamışıq.

Nərmin Məmmədova
Yevlax Şəhəri,

Məhdud Fiziki İmkanlı İnsanlar üçün

Regional İnformasiya Mərkəzinin rəhbəri

Bu gün Beynəlxalq Əlillər Günüdür

BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciət etdi.

1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların “Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Oxu.Az xəbər verir ki, hər il 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Oxu.Az-a verilən məlumata görə, BMT baş katibi Pan Gi Mun Beynəlxalq Əlillər günü ilə bağlı müraciət edib.

“Bu il Beynəlxalq əlillər gününü 2030 davamlı inkişaf məqsədləri kimi iddialı qərarın qəbul olunduğu ərəfədə qeyd edirik. Bu qlobal proqram bizi “Heç kəsi arxada qoymayaq” fəaliyyətinə çağırır.

BMT-nin 2030 dayanıqlı inkişaf məqsədləri özündə əlilliyi olan şəxslər haqqında çoxlu sayda məsələləri birləşdirir və biz birlikdə çalışmalıyıq ki, bu öhdəlikləri yerinə yetirək.

Gələn il BMT-nin yaşayış və dayanıqlı şəhərsalma (HABİTAT III) konfransında şəhərlərimizin əsasən əlçatan və dayanıqlı olması üçün şəhərlərin inkişafı məsələləri müzakirə ediləcək. Bu proses üçün əlilliyi olan şəxslərin səsləri həlledici olacaq.

İrəli nəzər saldıqda əlçatanlığı təmin etmək üçün inkişafın siyasətini və təcrübəsini möhkəmləndirməliyik. Bu, inkluziv və davamlı inkişafın bir hissəsidir.

Biz əlilliyi olan şəxslər qarşısında duran problemlər haqqında bilklərimizi təkmilləşdirməli, onların yaratmaq və mövcud imkanlardan istifadə ilə bağlı istəklərinə şərait yaratmalıyıq.

Biz əlilliyi olan şəxslərlə birlikdə, onları heç vaxt geridə qoymamaqla dünyamızı irəli apara bilərik”.

Comments are closed, but trackbacks and pingbacks are open.