Əliqulu qəmküsar
Ümumiyyətlə, professor Əziz Şərifin “Qəmküsar” məqaləsi böyük mollanəsrəddinçi şairin həyatı və yaradıcılığını öyrənmək üçün əhəmiyyətli mənbədir. Bu yığcam məqalədə Əliqulu Qəmküsar satirasının mahiyyətinə obyektiv elmi qiymət verilmişdir. Əziz Şərifin hələ gənclik illərində yazdığı nekroloqdakı aşağıdakı fikirlər Əliqulu Qəmküsarın Azərbaycan ədəbiyyatı tarixindəki rolunu, yerini doğru-düzgün ifadə edir: “Mərhum son 10-15 il ərzində müsəlman poeziyasında yarın gözəlliyini, bülbülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin, meydanda inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu”.
Qlobalinfo
Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə və həyatda
Akademik İsa Həbibbəylinin “Ədəbi şəxsiyyət və zaman” çoxcildliyinin II cildi nəşr olunmuşdur. Kitabda Naxçıvanın görkəmli ədəbi simaları haqqında məqalələr də yer almışdır. Bugünkü nömrədən etibarən həmin məqalələri “Şərq qapısı”nın oxucularına təqdim edirik.
XX əsrin əvvəlləri Azərbaycan tənqidi-realist ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əliqulu Qəmküsar (1880-1919) milli satirik şeirin və publisistikanın istedadlı yaradıcılarından biridir. O, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbində özünəməxsus sanballı yeri və xüsusi mövqeyi olan sənətkar kimi qəbul olunur. Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin xidmətlərini dəyərləndirərkən onlardan hər birinin ədəbiyyatdakı yerinin obyektiv qiymətini vermişdir. Mirzə Cəlilin verdiyi qiymətlər yazıçı meyarlarının ifadəsi olsa da, elmi dəyərləndirmələrlə üst-üstə düşür, hətta bir çox hallarda ədəbiyyatşünaslıq elminə istiqamət verir. Belə ki, Cəlil Məmmədquluzadənin Mirzə Ələkbər Sabirə verdiyi “ən qiymətli və nadir bir şairimiz” qiyməti, Əli Nəzmini “ikinci Sabirimiz” adlandırması, Əbdürrəhim bəy Haqverdiyevi “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından. məcmuənin ən yavuq əməkdaşlarından və məsləhətçi dərəcəsində yoldaşlarından biri” hesab etməsi. Azərbaycan mollanəsrəddinşünaslıq elminin nəzəri qənaətləri səviyyəsində ümumiləşir. Bu mənada, görkəmli yazıçının Əliqulu Qəmküsar haqqındakı aşağıdakı mülahizələri geniş mənada Azərbaycan elmi-ədəbi ictimaiyyətinin fikri kimi səslənir: “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız (Əliqulu Qəmküsar – İ.H.) fikir açıqlığı və. mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı. Nə qədər ki, məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın – Cüvəllağı bəyin adı həmişə zindəbad (yaşasın – İ.H.) alqışları ilə zikr olunacaqdır”.
Böyük ədibin dəyərləndirməsindəki Sabirlə müqayisə zahirən mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, Cəlil Məmmədquluzadə Əliqulu Qəmküsarı Mirzə Ələkbər Sabirlə müqayisə edərkən sənətkarlıq səviyyəsindən, bədii istedadın dərəcəsindən söz açmamışdı. Əlbəttə, nəinki “Molla Nəsrəddin” ədəbi məktəbində, ümumən Azərbaycan satirik şeirinin tarixində satira sənətkarlığı baxımından Mirzə Ələkbər Sabirdən uca zirvə yoxdur. Məsələnin bu cəhətini Cəlil Məmmədquluzadə də “Sabir mərdi-mərdanə özünü tulladı “Molla Nəsrəddin” meydanına. nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi”, yaxud “Sabir heç kəsə yox, bəlkə Sicimqulu Sabirə oxşayıbdır” kimi mülahizələri ilə dönə-dönə təsdiq edibdir. Lakin “fikir açıqlığı və mövhumata qarşı şiddətli tənqid və çıxışları” baxımından Əliqulu Qəmküsar mollanəsrəddinçi satirik şeirdə hər kəsdən qabaqda idi. Nə üçün? Bunun bir çox səbəbləri var idi. Əvvəla, Mirzə Ələkbər Sabir Şamaxının dindar ailələrindən birində dünyaya gəlib, mövhumatçı mühitdə böyüyüb formalaşmışdı. Əliqulu Qəmküsar isə “əsas sənəti papaqçı olan”, “Culfa gömrükxanasında uzun müddət komisyonçu vəzifəsində işləyən” Məşədi Ələkbər Nəcəfovun ailəsində tərbiyə almışdı. Culfa gömrükxanası Rusiya tərəfindən idarə olunduğu üçün ailə mühitində və yaxın ətrafda mövhumat nisbətən arxa planda dayanırdı. İkincisi, Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Nəcəfovun “Səba”, əmisi Məhəmmədhüseyn Nəcəfzadənin “Fani”, ana babası Məşədi Əsədin “Məddah” təxəllüsü ilə ictimai ruhlu şeirlər yazması onun böyük ədəbiyyata hazırlanmasında ciddi rol oynaya bilmişdi. Hətta Əliqulu Nəcəfov gənclik illərində Məhəmmədhüseyn Hacı Nəcəf oğlunun mövhumata qarşı mübarizəyə yönəlmiş açıq və sərt ruhda yazılmış həcvlərini də dinləməli olmuşdu. Belə həcvlərdən parçalar sonralar Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun Cəlil Məmmədquluzadənin mühitini şərh edən xatirələrində yada salınmışdır. Üçüncüsü, Mirzə Ələkbər Sabirin ədəbi taleyində Şamaxı məktəbinin müəllimi, görkəmli şair Seyid Əzim Şirvaninin oynadığı mühüm rolu Əliqulu Qəmküsarın da dünyagörüşünün inkişafında Naxçıvandakı “Məktəbi Tərbiyə”nin müdiri, tanınmış pedaqoq Məhəmməd Tağı Sidqi həyata keçirmişdi. Bu məqamda onlar məktəb illərində oxşar tale yaşamışlar. Dördüncüsü, XIX əsrin sonu və XX əsrin əvvəllərində canlanmaqda olan Şamaxı mühiti ilə müqayisədə Naxçıvanda dünyəvilik və maarifçi mühit daha çox inkişaf etmişdi. Və Əliqulu Qəmküsarın yaxın ətrafı Naxçıvandakı maarifçi mühitə çox bağlı idi. Naxçıvanda genişlənməkdə olan teatr hərəkatına Nəcəfovlar ailəsi rəğbətlə yanaşırdı. Əliqulu Nəcəfovun dayıları, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş Fərəculla Şeyxov və Səttarxan hərəkatında iştirak etmiş Nəsrulla Şeyxov Naxçıvan teatrının yaradıcılarından olmuşlar. Əliqulu Qəmküsar özü də “Molla Nəsrəddin”ə gələnə qədər Culfada yerli həvəskarlardan ibarət teatr truppası yaratmış və Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin tamaşaya qoyulmasını təşkil etmişdi.
Beşincisi, Əliqulu Qəmküsar Culfada yaşadığı illərdə Səttarxan hərəkatında iştirak etmiş, ədəbiyyata milli-azadlıq hərəkatı cəbhəsindən gəlmişdi. Altıncısı, Şamaxı mühitində çox vaxt təklənən Mirzə Ələkbər Sabirdən fərqli olaraq, Naxçıvanda Əliqulu Qəmküsarın tutduğu mövqeyi həmin dövrdə müdafiə edən maarifçi qüvvələr çoxluq təşkil edirdi. XIX əsrin səksəninci illərindən “Molla Nəsrəddin”in nəşrinədək olan mərhələdə Naxçıvanda Avropa və Rusiyada təhsil alıb gəlmiş böyük bir maarifçi cəbhə cəmləşmişdi. Həmin maarifçi nəsil köhnəlmiş həyat tərzinə qarşı birgə mübarizə aparır, regionda məktəbi və teatrı inkişaf etdirir, mətbuatla əlaqə yaradırdılar. Əliqulu Qəmküsarın mənsub olduğu ailə də bu böyük maarifçi hərəkata yaxın idi. Gənc Əliqulu Qəmküsar da vaxtilə Cəlil Məmmədquluzadənin “huşyar” adlandırdığı maarifçi qüvvələrin səsinə səs verənlərdən biri kimi yetişib formalaşmışdı. Yeddincisi, Əliqulu Qəmküsarın açıq və sərt şeirlərinin bir çoxu onun Naxçıvandan Tiflisə köçüb, orada “Molla Nəsrəddin” jurnalı redaksiyasında çalışdığı illərə təsadüf edir. Mühitdən bir qədər uzaqda yaşayıb-yaratmaq ciddi və açıq yazmaq üçün də müəyyən üstünlüyə malikdir. Nəhayət, Əliqulu Qəmküsarın Naxçıvanda və Tiflisdə ikən Cəlil Məmmədquluzadə ilə daha yaxın münasibətlərinin olması, “Molla Nəsrəddin” jurnalında birlikdə çalışması da onun “fikir açıqlığı və mövhumata qarşı şiddətli tənqid və çıxışlarına” qüvvət verirdi. Bu məqamda, yəqin ki, fərdi xarakterin də özünəməxsus rolu az deyildi. Məlum olduğu kimi, müasirləri Əliqulu Qəmküsarın xarakterindəki açıq ruhu müşahidə etmişdilər. Görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev Qəmküsarı yad edərkən onun “gözəl natiq, şirin zəban, dərin fikirli, geniş məlumat sahibi və insanı təəccübə gətirən hafizəli bir vücud” olduğunu ayrıca qeyd etmişdir. Heç şübhəsiz, Əliqulu Qəmküsarın satirik əsərlər yazarkən “Cüvəllağıbəy” imzasını seçməsi də onun xarakterindəki açıq və sərt cizgiləri diqqət mərkəzinə çəkməyə imkan verir.
Göründüyü kimi, Əliqulu Qəmküsar Azərbaycan mollanəsrəddinçi satirik ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun yaradıcılığı Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi istiqamətində yaranan ədəbiyyatda xüsusi yer tutur. O, XX əsrin əvvəlləri Azərbaycan realist-satirik şeirinin və publisistikasının böyük vətəndaşlıq cəsarətinə malik olan mübariz təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim təbəqələrin təzyiqlərindən heç vaxt çəkinməmiş, ciddi satirik ədəbi sözü şax deməyi bacarmışdır. Pristavın simasında hakim təbəqələrin, ictimai quruluşun, müstəmləkəçilik siyasətinin tənqidinə həsr edilmiş satirası ədəbiyyatda sənətkarın vətəndaşlıq cəsarətinə nümunə sayıla bilər:
Bir əsr idi çıxmışdı ki, meydanə pristav,
Məxluqu gətirmişdi bütün canə pristav.
Çıxsaydın əgər gəzməyə kəndlərdə görərdin,
Min zülm eləyir rəncbərə, dehqanə pristav.
Satirik şairin yaradıcılığında adlı-ünvanlı satirik şeirlərin çox olması onun böyük vətəndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədəbiyyatşünaslıq elmində müşahidə olunduğu kimi, “onun şeirləri çox zaman adi, gündəlik həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəmküsarı müasirlərindən fərqləndirir. O, satirik şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyzadəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”. kimi ünvanlı şeirlərində müraciət olunan hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə ifadə olunur. Cəmiyyət həyatının ən müxtəlif dairələrinə nüfuz edib, gerilik və fanatizmi şiddətlə tənqid atəşinə tutan Əliqulu Qəmküsar, sözün böyük mənasında, mollanəsrəddinçi, satirik ədəbiyyatın “cüvəllağısı” idi:
Yetdin yetənə, yetməyənə bir təpik atdın,
Vicdanını, imanını bircə pula satdın,
Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,
İcma eləyib qıldılar axır sənə nifrət.
Tutdun yaxasından Bakının həftədə yazdın,
Milyonçu, zavodçu deməkdən beynini qazdın,
Uprava, qlavnı bağırıb kefləri pozdun,
Saldın Bakıya həftədə bir şuri-qiyamət.
Bir çox bədii-publisist əsərlərindən, o cümlədən “Qələm qardaşım Kefsizə” adlı şeirindən göründüyü kimi, Əliqulu Qəmküsarın sənətinin məramında, son nəticədə, milli mənafe, ictimai-mədəni tərəqqi ali məqsədə çevrilir. O, cəhalət dəmirini döyüb sındırmaq yollarında millətinə bələdçilik etmək vəzifəsini ləyaqətlə həyata keçirmişdir:
Sənlə mən nə edə billik bu qədər məxluqə,
Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə,
Hey çalış, hey çabala, baxma vara, yoxluqə,
Yazasan, yazmayasan, bir kəsə təsir etməz,
Çox soyuqdur bu dəmir, döymə ki, təğyir eləməz.
XX əsrin əvvəlləri Azərbaycan satirik şeirində yaranmış taziyanə janrında yazdığı yığcam və kəsərli satiraları ilə Əliqulu Qəmküsar ictimai mühitə qüvvətli şəkildə təsir göstərə bilmişdir. Şairin “dəyənəklər” adlandırdığı taziyanələri geriliyin və cəhalətin başı üstündə dəyənək zərbəsinə çevrilmişdir. Qəmküsarın satirik dəyənəkləri mollanəsrəddinçi ədəbiyyatın batman qılıncı, qamçısı funksiyasını həyata keçirmiş, tərəqqiyə yol açmışdır:
Bildir cümələrdə dükan açmazdı cəmaət,
Səd şükün, bu il qaldırılıbdır belə adət.
Hər ildə müsəlman edə gər bunca tərəqqi,
Bir az keçər, aləm deyər: əhsən, belə millət!
Azərbaycan satirik şeirində Əliqulu Qəmküsarın “dəyənəkləri” böyük Mirzə Ələkbər Sabirin ədəbiyyata gətirdiyi taziyanə janrının bədii təcrübədə daha da genişlənməsinə, kütləviləşməsinə şərait yaratmışdır.
Əliqulu Qəmküsar ruhani despotizmi əleyhinə yazılmış satiraları ilə xalqın gözünü açmaq, milləti mənəvi əsarətdən xilas etmək məqsədində olmuşdur. “Dolaşma”, “Axund”, “Sinəzən”, “Hacılar”, “Mollanın” kimi təsirli satirik şeirlərində, “Babı”, “Qara bayram”, “Məşədi”, “Mir Bağırlar”, “Şəriətdə şərm yoxdur” və sair məqalələrində həqiqi dindən uzaq olub, məmləkətin və xalqın inkişafında buxova çevrilən mövhumatçıların niyyətləri açıqlanmışdır. Onun yalançı dinçiliyin tənqidi mövzusunda yazılmış satiralarında məşhur “Ölülər” əsərinin ruhu görünür. O, biçarə milləti əsarət altına salan axundların obrazını xalqa çatdırmağı vətəndaşlıq borcu saymışdır:
Ey mənbəri-peyğəmbəri murdar edən axund,
Ey millətin işıq gözünü tor edən axund.
Mollanəsrəddinçi ədəbiyyatın meydana çıxardığı satirik publisistika Cəlil Məmmədquluzadənin ədəbi kəşfidir. Cəlil Məmmədquluzadəyə qədərki Azərbaycan mətbuatında satira ünsür səviyyəsində mövcud idi. “Molla Nəsrəddin” jurnalında isə satira əsas ədəbi istiqaməti müəyyən edirdi. “Molla Nəsrəddin” Azərbaycan satirik mətbuatının ilk və ən yüksək nümunəsi idi. “Molla Nəsrəddin” ədəbi məktəbində satirik şeirləri və ya hekayələri ilə tanınan ədiblərin böyük əksəriyyəti həm də publisistika ilə məşğul olurdu. Bununla belə, satirik publisistika sahəsində Cəlil Məmmədquluzadədən sonra ardıcıl fəaliyyət göstərənlər daha çox Ömər Faiq Nemanzadə, Əli Nəzmi və Əliqulu Qəmküsar olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan satirik publisistikasını yaratmış və bu sahədə ən uca zirvəni fəth etmişdir. Ömər Faiq Nemanzadənin publisistikası daha çox analitik xarakter daşıyıb, təhlil və izahları ilə diqqəti cəlb edir. Buna görə də Ömər Faiqin əksər publisistik əsərlərində satira ikinci planda dayanır. Əli Nəzminin publisistika nümunələri yığcam satirik miniatürlər təsiri bağışlayır. Bütün bunlar mollanəsrəddinçi publisistikanın rəngarəngliyini, üslub müxtəlifliyini nümayiş etdirir. Əliqulu Qəmküsarın satirik publisistikası isə Cəlil Məmmədquluzadə notları üstündə köklənmiş kəsərli mətbu əsərlərdir. Bəzən naşirlərin Cəlil Məmmədquluzadə ilə Əliqulu Qəmküsarın publisist əsərlərini qarışıq salmaları həm də hər iki sənətkarın publisistikası arasındakı mövzu ilə üslub yaxınlığından irəli gəlir. Əliqulu Qəmküsarın publisist məqalələri ədəbiyyatda Cəlil Məmmədquluzadənin satirik publisistika ənənələrinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Qəmküsarın mahir qələmindən çıxmış “İrəvana səyahətim”, “Statistika”, “Şeytan fəhləsi”, “Tiryək”, “Metrik şəhadətnaməsi”, “Qarğalar” və sair kimi publisistik məqalələri mollanəsrəddinçi satirik publisistikanı daha da zənginləşdirən əsərlərdir. İctimai kəsər, vətəndaşlıq mövqeyi, cəsarətli münasibət, yığcamlıq və konkretlik Əliqulu Qəmküsar publisistikasının səciyyəvi xüsusiyyətlərini təşkil edir. Ədibin “Şeytan fəhləsi” felyetonunda mollanəsrəddinçi publisistikanın ən yaxşı xüsusiyyətləri, mübariz ruhu, ümumiləşdirmə gücü bütün aydınlığı ilə görünür. “Şeytan fəhləsi” felyetonu qələm fəhləsi Əliqulu Qəmküsarın ciddi həyati müşahidələrinin və satirik publisistika sahəsindəki məharətinin qabarıq ifadəsidir: “Qafqaz şəhərlərinin, kənd- lərinin hansı birisinə güzarın düşsə və müsəlman hissəsinə keçsən, diqqətlə bax, gör harada bir təmiz, qəşəng, səliqəli, hissiz, tüstüsüz otaq varsa ki, oradan pitinin ətri bir ağaca kimi vurur və gəlib-gedəni az qalır bihuş etsin, bil ki, ora qəhvə dükanıdır. Və o camaat ki, gördün dövhadövr, bəzisi dizi üstə və bəzisi çöməlib və bəzisi bardaş qurub əyləşib hey qəlyan, çubux, papirus çəkir pülüyür göyə və gah-gah iqtisadi, ictimai, siyasi söhbətlər edir, bil ki, onlar oranın çilenləridir. Və hər vaxtda ki, gördün iki nəfər rubəru əyləşib qonçinka oynuyurlar və ətrafdan bir yığın adam çiyin-çiyinə durub boydahaboyda eliyir və bu onu basıb soxulur qabağa, o bunu itələyir və hamısı gözlərini zilliyiblər karta tamaşa eləyirlər, bil ki, onlar da şeytan fəhləsidirlər ki, ayaq üstə durmaqdan gözlərinə qara su enibdir”.
“Molla Nəsrəddin” jurnalında Cəlil Məmmədquluzadənin felyetonları ilə mövzu və ideyaca Mirzə Ələkbər Sabirin onu tamam- layan satirik şeirlərinin bir yerdə, eyni başlıq altında verilməsi ənənəsi mövcuddur. Bu, tənqidi-realist ədəbiyyatın bütövlüyünü, tamlığını, mollanəsrəddinçi ədiblərin əqidə və sənət birliyini nümayiş etdirən əhəmiyyətli ədəbi hadisədir. Eyni zamanda həmin düşünülmüş forma “Molla Nəsrəddin” jurnalının daha oxunaqlı, cəlbedici olmasına, digər satirik jurnallardan fərqlənməsinə də kömək etmişdir.
Əliqulu Qəmküsar mollanəsrəddinçi ədəbiyyatda publisistika ilə satirik şeirin növbələşməsi ənənəsinə yenilikçi münasibət bəsləyərək “Molla Nəsrəddin” jurnalında iki müəllifin əvəzinə özünün yazdığı felyetonla satirik şeiri bir yerdə təqdim etmişdir. Bu, “Molla Nəsrəddin” ədəbi məktəbində Əliqulu Qəmküsara məxsus novatorluqdur. Eyni yazıda felyetonla satirik şeirin bir-birini tamamlaması ilə yanaşı, həm də hər ikisinin yüksək bədii səviyyədə alınmasına nail olmaq Əliqulu Qəmküsarın istedadının gücünü, yaradıcılıq imkanlarının genişliyini nəzərə çarpdırır. “Niyə qəzetə və məcmuə satılmır?”, “Şeytan fəhləsi”, “Məhkəmeyi-ürfiyyə” felyetonlarının davamı kimi təqdim edilən satirik şeir nümunələri bütöv bir əsərin üzvi tərkib hissələri təəssüratı yarada bilir. Qəzet-jurnal alıb oxumağa meyilli olmayan, buna “şeytan işi” kimi baxan həmvətənlərinin gözünü açmağa çalışan Əliqulu Qəmküsar “Niyə qəzetə və məcmuə satılmır?” felyetonunun publisistika hissəsində belə hallara dair ölkənin müxtəlif guşələrindən alınmış xəbərlər verir, bunun ardınca isə içərisində “Molla Nəsrəddin” deyilən jurnalı alma, az pis əməl eylə. Huşun-başın olsun, özünü duzəxə salma, bir tövbə gəl eylə” kimi misralar da olan satirik şeirini oxuculara çatdırmışdır. Hətta şeirin sonluğunda formanı dəyişmiş, aşağıdakı yığcam və təsirli misralarla yazını bitirmişdir:
Bir belə zərafət
Olmaz, a cəmaət.
Oldu bu cür işlər,
İslamidə bidət.
Bilməm bu nə sözdür,
Nə nəqli-hekayət?
Kimdir deyən aya?
Qaldı dala millət.
Milyon dəfə olsun
Lənət, ona, lənət!
Göründüyü kimi, Əliqulu Qəmküsar publisistikada da, satirik şeir sahəsində də istedadlıdır. O, bütövlükdə “Molla Nəsrəddin” dövrü Azərbaycan satirik ədəbiyyatının görkəmli nümayəndəsidir. Əliqulu Qəmküsar ictimai satiranı həyata daha da yaxınlaşdıraraq cəmiyyətdə gedən proseslərlə əlaqələndirmişdir. Əliqulu Qəmküsar təkcə vətəndaşlıq cəsarəti nümayiş etdirən satirik şeirləri və məqalələri ilə deyil, özü də ictimai fəaliyyəti ilə daim mübarizə meydanında olmuşdur. “Molla Nəsrəddin” jurnalının ikinci redaktoru kimi o, böyük demokrat Cəlil Məmmədquluzadənin milli istiqlal mücadiləsi hərəkatında “qabaq cərgədə” təmsil olunmuşdur. Ədəbiyyatşünaslıq elmində “döyüşkən mollanəsrəddinçi” adlandırılması Əliqulu Qəmküsarın özünün və sənətinin xarakterini dolğun şəkildə ifadə edir.
Bununla belə, Əliqulu Qəmküsarın fəaliyyəti çoxcəhətli olub, mədəniyyət sahəsini də əhatə edir. Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah obrazını 1916-cı ildə Bakı səhnəsində böyük məharətlə yaratmaqla Əliqulu Qəmküsar Azərbaycan teatr tarixinə öz imzasını atmışdır. Teatr sahəsində geniş fəaliyyət göstərməsə də, yalnız Şeyx Nəsrullah obrazı onun mədəniyyət tariximizdə layiqli yer qazanması üçün kifayətdir. Dövrün “ən böyük teatr hadisəsi” hesab edilən “Ölülər” tamaşasında professional səhnə xadimi Mirzağa Əliyevin İskəndər obrazında göstərdiyi məharəti Şeyx Nəsrullah obrazını xüsusi istedadla canlandırmaqla həvəskar aktyor Əliqulu Qəmküsar nümayiş etdirə bilmişdi. “Molla Nəsrəddin”ə qədərki dövrdə Culfada həvəskarlardan ibarət teatr tamaşaları təşkil etməsi də Əliqulu Qəmküsarın mədəniyyət sahəsindəki yaddaqalan xidmətidir. Culfa dövrü teatr fəaliyyəti sanki gələcəkdə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah obrazını səhnədə canlandırmaq üçün məşq idi.
Böyük mollanəsrəddinçi şair Əliqulu Qəmküsar 14 mart 1919-cu ildə Tiflisdə qətlə yetirilmişdir. Şairin öldürülməsi ilə əlaqədar müxtəlif versiyalar mövcuddur. Dövri mətbuatda daha çox yayılmış versiya Qəmküsarın Gürcüstan menşevikləri tərəfindən güllələnməsi ilə bağlıdır. Fikrimizcə, bu məsələdə sovet dövrü ədəbiyyatşünaslıq elminin ideoloji meylinin təsiri də vardır. Bolşevik hakimiyyəti illərində aparılmış tədqiqatlarda menşevik sui-qəsdin qabardılması təbii qəbul edilə bilən əhvalatdır. Əslində isə 1919-cu ildə bütövlüklə Zaqafqaziyada, o cümlədən Gürcüstanda menşeviklərin mövqeyi çox da güclü deyildi. Həm də Əliqulu Qəmküsarın menşeviklərlə elə bir münaqişəsi də yox idi. Hətta bəzi ehtimallara görə Əliqulu Qəmküsar eser-menşevik blokuna müəyyən rəğbət bəsləmişdir. Bu halda şairin menşeviklər tərəfindən məqsədli şəkildə öldürülməsi versiyası çox da əsaslı görünmür. Bu, bəlkə də sovet dövrü tədqiqatlarında Əliqulu Qəmküsarın menşevik meyilli olmasını pərdələmək, onun adını və əsərlərini elmi-ədəbi dövriyyədə saxlamaq kimi o zaman üçün müsbət bir münasibətin, müdrik bir düşüncənin ifadəsidir.
Əliqulu Qəmküsarın qəfil öldürülməsində onun Qafqazda ingilislərin ağalığına qarşı yazılmış “İngiltərə” şeirinin əsas faktora çevrilməsi məsələsinə də yenidən baxmaq lazım gəlir. Doğrudur, “İngiltərə” satirası çox təsirli bir bədii nümunə olmaqla XX əsrin əvvəllərindəki ingilis müstəmləkəçiliyinə vurulmuş ağır zərbə gücünə malik əsərdir. Ancaq “İngiltərə” şeiri 1919-cu ilin əvvəllərində yazılmış və həmin vaxt dövri mətbuatda çap olunmamışdır. Belə olan surətdə ingilis nümayəndəliyinin Azərbaycan dilində yazılan və mətbuata çıxmayan şeirdən qısa vaxtda xəbər tutması, onun müəllifinə qarşı tədbir düşünüb həyata keçirməsi çətin olardı. Xüsusən ingilislərin Gürcüstan menşeviklərinin əli ilə Əliqulu Qəmküsarı qətlə yetirmələri çox da inandırıcı səslənmir. “İngiltərə” satirasında Gürcüstanı da ingilis ağalığından müdafiə etmək meyli də vardır:
Əsrlərdir bu millət Asiyada kök salıb,
Hər yeri, hər ölkəni min fənd-fel ilə alıb.
Aləmi bərbad edibdir, bircə Gürcüstan qalıb,
İstəyir etsin onu da tar-mar İngiltərə.
Tarixdən məlum olduğu kimi, XX əsrin əvvəllərində Qafqazda nüfuz və miras üstündə mübarizə aparanlar menşeviklərdən çox bolşeviklər idilər. Əliqulu Qəmküsar 1917-ci ildə yazdığı məşhur “Qarğalar” adlı felyetonunda ölkədəki “hərki-hərkilik aləmi”ndə kadetlər, müsavatçılar, federalistlər və menşeviklərlə yanaşı, bolşevikləri də günahkar saymışdı. Sadəcə olaraq Əliqulu Qəmküsarın seçilmiş əsərləri 1959-cu ildə Bakıda kitab halında nəşr edilərkən “Qarğalar” felyetonunun mətnindən “gah da bolşevik” ifadəsi çıxarılmışdır. Bütün bunlara görə Qəmküsarın öldürülməsində menşeviklərdən çox bolşevikləri təqsirli saymaq mümkün ola bilər. Ancaq baş vermiş sui-qəsdin konkret olaraq bolşeviklər tərəfindən təşkil edilməsinə dair də əsaslı faktlar yoxdur. Digər ehtimallar kimi, qətl hadisəsində bolşevik faktoru da bu gün üçün nə qədər cəlbedici görünsə də, özünün tam təsdiqini tapa bilmir.
Bundan başqa, fikrimizcə, Əliqulu Qəmküsarın Azərbaycan müsavatçıları tərəfindən öldürülməsi faktı da məsələyə tarixi deyil, ideoloji yanaşmanın ifadəsidir. Doğrudur, şairin 31 yanvar 1919-cu ildə “Gələcək” qəzetində çıxmış “Əlaman” satirasındakı kəskin tənqidi notlar müsavat hökumətini qıcıqlandırmışdı. Ancaq məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ruhlu ziyalı rəhbərləri fərqli düşüncələrə dözümlü münasibət bəsləmişlər. Bundan başqa, Əliqulu Qəmküsarın qardaşı, tanınmış publisist və ictimai xadim Rzaqulu Nəcəfovun Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis şəhərindəki konsulluğunda işlər müdiri vəzifəsində işləməsi də qətl hadisəsindəki müsavat faktorunun əsassız olduğunu göstərir.
Qeyd etməliyik ki, yuxarıda qeyd edilən təfərrüatlardan hər biri Əliqulu Qəmküsarın həyatına sui-qəsd edilməsi üçün səbəb ola bilərdi. Lakin bunları təsdiq edə biləcək dəqiq sənədlər və faktlar hələ ki, aşkar edilməyib. Ona görə də mövcud ehtimallara bir daha nəzər salmaqla əldə etdiyimiz məlumatlar əsasında yeni bir versiya irəli sürməyi lazım bilirik.
Bizə görə, Əliqulu Qəmküsarın öldürülməsi məqsədli şəkildə təşkil edilmiş hadisə olmayıb, regiondakı hərc-mərcliyin, qatışıqlığın, “hərki-hərkilik aləminin” nəticəsi idi. Vətəndaş şair özü də baş verən qarışıqlıqdan narahatlığını bir çox satirik şeirlərində və publisist məqalələrində dəfələrlə ifadə etmişdir. Məsələn, 1917-ci ildə “Molla Nəsrəddin” jurnalında çap edilmiş aşağıdakı misraları onun dünyanın sanki yanğına qərq olunduğundan əndişə çəkdiyini göstərməkdədir.
Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,
Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,
Hər bir yetən qoyar boş əngini, nitq söylər,
Axır qalar yarımçıq hər məsələ, hər işlər.
Biganələr olar cəm bu dadə, bu harayə.
Dünya olubdur yanğın, bir qətrə su tapılmır,
Un yox, qəhətdir buğda, xalis çörək tapılmır,
Kimdir desin soyulmur, kimdir desin çapılmır.
Kimdir desin soyulmur, kimdir desin qapılmır?
Məzlum olursa aclar, çox xoşdur əğniyayə.
Publisist məqalələrində də Əliqulu Qəmküsar “hərki-hərkilik aləminin”, “danalı çalıb torbalı oynayacaq” dövrün acınacaqlı mənzərəsini canlandırmış və bu “qaragüruh” zamanına tənqidi münasibət bəslədiyini açıq nəzərə çarpdırmışdır. Bu qəbildən olan satirik şeir və məqalələrin ardıcıl yazıldığı illərdə Əliqulu Qəmküsarın müasiri olmuş digər sənətkarlar da acınacaqlı həyatın məngənəsində əzab çəkmiş, hərəsi bir səbəbdən həyatla vidalaşmalı olmuşdular. Firidun bəy Köçərlinin, Məhəmməd Hadinin, Abbas Səhhətin, Hüseyn Ərəblinskinin həyatının faciəli sonluğu ən müxtəlif şəkildə “hərki-hərkilik aləminin” məntiqi nəticəsi, kədərli yekunu idi.
Əliqulu Qəmküsarın öldürülməsi hadisəsi də ölkədə baş alıb gedən özbaşınalığın, qarışıq zamanın əhvalatı idi. Ədəbi ictimaiyyət bu faciəli hadisəni Azərbaycan ədəbiyyatına, mollanəsrəddinçi hərəkata vurulan ağır zərbə kimi qarşılamışdı. Görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevin “Əliqulu Nəcəfzadəyə atılan güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi” kimi sərrast deyilmiş sözləri qətl hadisəsinə geniş mənada Azərbaycan ziyalılarının münasibətini ifadə edirdi.
Bütün bunlarla bərabər, professor Əziz Şərifin “Borba” qəzetində “müsəlman demokratiyasının əsl fədaisi” sayılan şairin qətli ilə əlaqədar çap etdirdiyi “Qəmküsar” adlı nekroloq xarakterli yazıda şairin öldürülməsi hadisəsinin mahiyyətini aydınlaşdırmağa imkan verən işarələr vardır. Həmin vaxt Tiflis şəhərində yaşayan 24 yaşlı Əziz Şərifin nekroloqundan başa düşmək olur ki, “Əliqulu Qəmküsar gecə saat on birdə evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir” və qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirilir. Əziz Şərif bu faktı o vaxt mətbuatda Əliqulu Qəmküsarın qatı cinayətkar kimi öldürülməsinə dair gedən məlumatlara etiraz əlaməti olaraq nəzərə çarpdırmalı olmuşdu. Fikrimizcə, Əliqulu Qəmküsarın öldürülməsi haqqındakı bu məlumat faciəli hadisənin canlı şahidinin təsdiq etdiyi fakt kimi daha inandırıcıdır. Məqalədəki “həyatımızın pərakəndəliyi. bir xalq dostunu alıb apardı” fikri də qətlin düşünülmüş, əvvəlcədən planlaşdırılmış hadisə olmadığını göstərir.
Ümumiyyətlə, professor Əziz Şərifin “Qəmküsar” məqaləsi böyük mollanəsrəddinçi şairin həyatı və yaradıcılığını öyrənmək üçün əhəmiyyətli mənbədir. Bu yığcam məqalədə Əliqulu Qəmküsar satirasının mahiyyətinə obyektiv elmi qiymət verilmişdir. Əziz Şərifin hələ gənclik illərində yazdığı nekroloqdakı aşağıdakı fikirlər Əliqulu Qəmküsarın Azərbaycan ədəbiyyatı tarixindəki rolunu, yerini doğru-düzgün ifadə edir: “Mərhum son 10-15 il ərzində müsəlman poeziyasında yarın gözəlliyini, bülbülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin, meydanda inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu”.
Bütün XX əsr boyu Azərbaycan ədəbiyyatşünaslığının mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın yaradıcılığı haqqındakı yekun elmi qənaətləri də əsasən bu müddəalardan ibarət olmuşdur. Bundan başqa, Əziz Şərifin məqaləsindəki avtobioqrafik cizgilərə dair bəzi qeydlər şairin həyatının son illərindəki ağır vəziyyətini aydın təsəvvür etməyə imkan yaradır. Məqalədən öyrənirik ki, Qəmküsar “maddi cəhətdən son dərəcə təmin olunmamış, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi”.
Bütövlükdə Əliqulu Qəmküsarın tərcümeyi-halını, taleyini və sənətini öyrənmək baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq, professor Əziz Şərifin məqaləsini oxuculara təqdim etməyi faydalı hesab edirik:
“Bazar günü martın 16-da Tiflis şəhərinin müsəlmanları faciəli şəkildə həlak olmuş, hələ gənc olan bir şairi – Əliqulu Nəcəfovu dərin kədər hissi ilə torpağa tapşırdılar (O, Müsəlman Sosial-Demokrat “Hümmət” təşkilatının orqanı olan “Gələcək” qəzetinin əməkdaşı idi).
Mərhum son 10-15 il ərzində müsəlman poeziyasında yarın gözəlliyini, bülbülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin meydanında inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu.
İlk dəfə mərhum şair Sabirin getdiyi yol 1911-ci ildə o, vəfat etdiyindən sonra dalana dirənə bilərdi. Lakin bu yolda artıq müsəlman demokratiyasının əsl fədaisi möhkəm dayanmışdı. O, özünün ahəngdar, xalq dilində yazılmış şeirlərində cəmiyyətimizin bütün xəstəliklərini əks etdirir, xalqın canını bürüyən bütün yaraları açıb göstərirdi.
Müsəlman həyatının elə bir sahəsi yoxdur ki, bu ilhamlı şairin diqqətindən kənarda qalmış olsun. Çoxüzlü almazda olduğu kimi, Qəmküsar poeziyasında da müsəlman ruhanilərinin ədəbsizliyi də, bəy və mülkədarların tüfeyliliyi və zülmü də, demokratiyanın zülmətdə qalması, gücsüzlüyü də, qadınların hüquqsuzluğu da və ümumiyyətlə, türkləri Avropa mədəniyyətindən uzaqda saxlayan hər şey öz əksini tapır.
Mərhum şair göz yaşları içərisində güldürən və hətta gülüşün özü idi. Bəzən cəmiyyəti və onun adət-ənənələrini amansız tənqid atəşinə tutur, başqa şair və jurnalistlərin toxunmağa belə cəsarət etmədiyi qüsurları açıb göstərirdi.
Qəmküsar məşhur “Molla Nəsrəddin” jurnalının nəşrində kifayət qədər fəal iştirak edirdi. Bu, o jurnal idi ki, xalqımızın oyanışında ilk qaranquş olmuşdu və Rusiya və İranın savadlı müsəlmanları həmin gənc şairin çox gözəl, ahəngdar şeirlərini onun hər bir nömrəsindən məmnuniyyətlə oxuyardılar.
Son zamanlar mərhum şair “Gələcək” qəzetinin nəşrində yaxından iştirak edir, orada felyeton və şeirlərini çap etdirirdi.
Amansız tale ona öz gücünü bir daha göstərmək imkanı vermədi və onu müsəlman demokratiyasının əlindən vaxtsız alıb apardı.
Mərhum şair ən dəhşətli, ən faciəli bir şəraitdə dünyasını dəyişdi.
Gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir və. onu qətlə yetirirlər. İki gündən sonra – dəfn günü yerli qəzetlərdə kiçik qeyd peyda olur: “Martın 15-nə keçən gecə Moskovskaya küçəsində milisionerlər tərəfindən bir qatı cinayətkar öldürülmüşdür. Ölənin familiyası məlum deyil”.
Taleyin acı istehzasına bir bax! Ən yaxşı şairin həlakına dair məlumat xronikada “Cinayətkarın qətli” başlığında verilir.
Həyatımızın pərakəndəliyi. müsəlman poeziyasının və ədəbiyyatının əlindən gözəl bir nəğməkarı, boğulan demokratiyaya ürəkdən yanan bir xalq dostunu alıb apardı.
Şairin olumu da, ölümü də faciədən uzaq ola bilmədi. O, maddi cəhətdən son dərəcə təmin olunmamış, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi. Və namərd bir insanın qaba gülləsi poeziyaya bu qədər dəyərli incilər bəxş etmiş qələmini onun əlindən aldı.
. Hökumət başsız qalmış müsəlmanların hiddətli səsini eşitməli, qətlin törədilmə halını təfsilatıyla aydınlaşdırmaq, cinayətkarı ədalətlə cəzalandırmaq üçün ən təsirli tədbirləri görməlidir.
Lakin şair həlak olub! Artıq heç bir qüvvə onu geri qaytara bilməz!
Rahat yat, əziz şair!
Qəbrin nurla dolsun, əvəzsiz yoldaş”.
Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı haqqında əhəmiyyətli elmi əsərlər yazılmışdır. Tanınmış ədəbiyyatşünas Lətif Hüseynzadə 1950-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. Həm də görkəmli elm xadimi olan Mir Cəlal Paşayevin “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq dissertasiyasında, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Azərbaycan Mollanəsrəddini” monoqrafiyasındakı Əliqulu Qəmküsardan bəhs edən bölmələrdə satirik şairin taleyi və sənətinin əsas istiqamətləri elmi cəhətdən təhlil edilib qiymətləndirilmişdir. Bunlar Qəmküsarşünaslığa dair əhəmiyyətli mənbələrdir.
Filologiya elmləri doktoru, professor İslam Ağayevin “Əliqulu Qəmküsar” monoqrafiyası mollanəsrəddinçi şairdən bəhs edən yeganə ayrıca kitabdır. Bununla belə, həmin kitabın nəşr edildiyi vaxtdan keçən 35 ilə yaxın müddətdə elmi-ideoloji mühitdə ciddi dəyişikliklərin baş verdiyini nəzərə alaraq Əliqulu Qəmküsarın həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıtmağı zəruri elmi vəzifələrdən biri hesab edirik.
Eyni zamanda Əliqulu Qəmküsarın ədəbi irsinin toplanılması və nəşri sahəsində də yeni addımların atılmasına ehtiyac vardır. İndiyədək şairin “Seçilmiş əsərləri” iki dəfə kiril və latın əlifbaları ilə nəşr olunsa da, onun külliyyatını tam əhatə etmir. İslam Ağayevin çap etdirdiyi “Əliqulu Qəmküsarın çap olunmuş əsərlərinin biblioqrafiyası”nda qeyd edilən bədii-publisist yazıların böyük əksəriyyəti mövcud nəşrlərə daxil edilməmişdir. Heç şübhəsiz, şairin bu biblioqrafiyaya düşməyən, axtarışdan kənarda qalan əsərləri də olmamış deyildir. Ədibin məktubları da indiyə qədərki nəşrlərə salınmamışdır. Bütün bunların hamısının toplanılıb yeni bir mükəmməl nəşrin meydana qoyulması həllini gözləyən məsələdir.
ƏLİQULU QƏMKÜSAR – ƏDƏBİYYAT ŞEİRİ
ƏDƏBİYYAT
Bir hökumət tazə çıxmış, ismi Azərbaycan.
Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?
Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Hər şəhərdə xandır, əyandır keçib iş başına,
Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.
Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,
Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,
Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,
Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.
Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,
Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,
Bax, düşün, gör onların idbarını, iqbalını,
Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Xoylu xan bir müddət etdi tək idarə milləti,
Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,
Çünki böhran oldu, dəyişdi vizarət heyəti,
Hər tərəfdən toplanıb məbus açıldı parlaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,
Qıymasın canlarına, hər şur-şərdən saxlasın,
Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,
Çünki millət onlara mərhuni-minnətdir hər an,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Var o cür məbus əsla anlamaz bəsət nədir,
Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,
Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,
Çünki onda nə fərasət var, nə təqriri-bəyan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,
Onların kim qəddinə bu xələti ölçüb-biçib,
Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,
Ayda on min donluq alsın, müftə olsun kamiran,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Böylə getsə binəvalər büsbütün pamal olur,
Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,
Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,
Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Vardı min dinsiz, imansız hər biri milyon yeyib,
Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,
Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,
İndi bülbüllər yerində qarğalar tutmuş məkan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Qan töküldü, can verildi, oldu hürriyyət pədid,
Köhnə istibdad düşdü, parladı tərzi-cədid,
Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,
İxtiyar olmuş könüllər oldular yeksər cavan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,
Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,
Fəhlənin bir kəs üzündən əşki-alın silmədi
Canəvərlər əl-qol açdı oldu zalımlar əyan
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi getsən hər mahala hər yetən dad eyləyir,
Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,
Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,
Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi lazımdır ki, millət huşunu cəm eyləsin,
Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,
Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?
Qalmaz axırda bu cür bivayə millətdən nişan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Çünki bu millət susayıb bir-birinin qanına,
İndi firsətdir, düşüb qardaş qardaş canına ,
Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,
Ol səbəbdəndir olur gündən-günə işlər yaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
“Hürriyyət”,
4 oktyabr 1919, N: 17
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.
ANA DİLİMİZ
ÜZEYİR HACIBƏYOV SÖHBƏT EDİR – BU BİR DƏQİQƏ YARIMLIQ LENT EYNİ ZAMANDA XX ƏSRİN ORTALARANDA AZƏRBAYCAN ZİYALISININ CANLI ƏDƏBİ DANIŞIQ DİLİ VƏ NİTQİ KİMİ ÇOX QİYMƏTLİDİR. DİQQƏT EDİN. ALLAH RƏHMƏT ELƏSİN. AMİN.
======ONU YAXINDAN TANIYAQ======
Əliqulu qəmküsar
mmishk прав, книга шлак. Автор любит описывать жертв аборта в качестве ГГ, который ведет себя отстойно. Читать как он мучается и стонет на каждом шагу не интересно. И как всегда подобные писаки большую часть книги сами оскорбляют своего ГГ. Это наверное болезнь типа шизофрении у подобных авторов, больно их много. Им обязательно надо написать книгу о том как они умеют опускать своего ГГ. И пишут с таким упоением и убеждают читателей, что их
ГГ не нуждается даже в сочувствии. Спрашивается, а зачем нам читать такой шлак? Сожгите своего ГГ вместе к книгой, удалите текст с компа, что бы и памяти о нём не осталось. Написали и сразу сожгли! И вам приятно и нам ваша шиза на мозг не капает. Не привлекайте психиатров к своему окопчику, ведь отберут все ваши игрушки, был бы повод, а отбирать у нас любят.
Рейтинг: +2 ( 2 за, 0 против).
Неплохо, но так далеко от реальности. И все советы по накоплению капитала с моей точки зрения смешны. Всё было проще до середины 1991 года. Ну для начала, первыми кооператорами были комсомольцы, а не зеки с наколками. Тут автор со своим ГГ пролетел, как фанера над Парижем. Разграбили ЦБ и Сбербанк СССР Шумейко с Геращенко по договору РСФСР с Польшей. После чего заморозили счета и кредиты предприятиям. Организовал Горбачёв спектакль с ГКЧП,
под шумок которой вывезли золото СССР и 18 слрд. инвалюты. И даже после этого убрав Ельцина с Горбачёвым, у нас Явлинский бы принял программу “500 дней”, а не колониальную программу МВФ (Гайдаровскую). По сути Шумейко в 1990 году уничтожил СССР. Он единственный был вхож в клуб хозяев нашей планеты и оставался теневым руководителем страны при Ельцине. Его два раза вызвали на допрос к ген. прокурору РСФСР по чемоданам Руцкова и МММ, и оба прокурора тут же были сняты. О том что нельзя было спасти СССР, это пропаганда всех лизоблюдов колониальной власти. Добил нас Гайдар по приказу МВФ. Мы колония МВФ, а не государство! Нас грабят все, у кого хоть чуть чуть лучше экономическая система, чем у нас. У нас навалом было всего для нас и наших потомков. Теперь нет ничего, что принадлежит нам из ресурсов страны. Всему приделали ноги в офшорные зоны. А разбогатеть в нашей стране было очень просто через банки, кредиты, конвертацию рублей в валюту в принципе даже не торгуя. Основным доходом банков до сих пор является не через кредитный отдел, а через валютный. Сам проработал 6 лет в банке и знаю о чём говорю. Чем больше инфляция, тем больше доходы у банков. И всё за счет клиентов и всего населения страны. Только в нашей стране преподают во всех вузах, что инфляция рубля является благом для экономики. И что феодальный герб Романовых на Конституции РФ – это благо, а не измена Республике или признак дебилизма. Все эти писатели по сохранению СССР по сути, кроме эмоции и словоблудия не могут представить не один рабочий сюжет. Я думаю это не случайно, а конкретный заказ колониальной администрации. Мол не было шанса на другой путь. ГГ в первой и второй книге просто присоединился к спекуляции, грабежу и т.д. Мечтает вложить капиталы в американские фирмы. И это патриот России? А по моему Америки! Название 3 и 4 тома обещают борьбу за СССР! Читать не буду, так как никакой логики и предпосылок у ГГ данного автора к этому нет. Чем хуже стране, тем проще её грабить ГГ. Для уничтожения врагов СССР не нужны миллионы денег. Оружие приобрести было довольно просто, даже импортное. Малые и средние рыбацкие суда Сахалина постоянно ходили по тихому сдавать улов в Японию и везли от туда всё, что им захочется. Мне 2 пистолета Макарова подвыпивший пом. капитана такого судна предлагал купить по 25 рублей за штуку. Мы 1990 пользовались услугами кооператива, созданный силовыми структурами Югозаподного района Москвы. По их звонку заходили в ближайшее МВД, там давали письмо и нас спокойно заселяли в Интурист, где проживали одни иностранцы и торгаши с рынка из южных республик. Гостиница скажу сразу – дерьмо. Измайловский комплекс мне больше нравился. Этот кооператив вытащил на свет Жириновского. Подтверждаю слухи, что Жириновский работал на них. И корочки у них были такие, что их пьяными через дорогу под ручку переводили патрульные милиционеры. Среди них был и председатель ветеранов Афганистана Москвы. Который занял у нас деньги и не хотел возвращать. Мне пришлось ему давить моралью на психику его окружения для их возврата. Вернул. И 1990 не было уж так всё кошмарно, как после 1991 года. Можно было свободно попасть в любое министерство, а с 1991 года и любое посольство, хотя бы для знакомства с каталогами предприятий этих стран. Интернета не было и телефоны поставщиков находили по справочным, а за границей в посольствах. И довольно быстро находили. А уже 1992 году в торговой сети была выставлена военная техника тысячами и даже авионесущий крейсер типа “Минск”. Дурдом творился, когда Чубайс с ЦРУшниками командовал приватизацией заводов и оборонки. В 1992 Ельцин собрал на заседание в крупных руководителей предприятий, где Гайдар в присутствие Ельцина призвал их открыто накапливать капитал воровством. С чего и началось повальное разграбление всего и вся. Так что Горбачёв, Герашенко, Шумейко, Ельцин, Гайдар, Чубайс – первоочередные враги нашего общества. Причем Шумейко, Гайдар и Чубайс до 1991 года лёгкие цели. Сельская кликуха Горбачёва – “конвертик”, был натуральным взяточником и при Брежневе его карьеру могло угробить любой донос, коллективное письмо, решение собрания коммунистов. Если менять историю, то надо было в 1924 году. А лучше в 1917 надо было убрать из охраны Зимнего дворца женский батальон и не в коем случае не подводить к нему крейсер “Аврору” с голодными до баб моряками. Тогда бы Октябрьской революции не было вообще. История состоит из сложившихся случайно факторов. Я вот несколько раз повлиял на историю нашей страны, причём случайно и мимоходом. Всё дело случая. И у каждого есть шанс, просто не надо забывать, что вы гражданин Республики, а не раб в стойле хозяина. Иной раз вовремя сказанное слово бьёт сильней пули.
Рейтинг: 0 ( 1 за, 1 против).
Наивный детский лепет. Даже на подростковые пробы пера не тянет.
Рейтинг: +2 ( 2 за, 0 против).
Разочаровало. На фоне “Защита Периметра”,”всех нагну -один останусь” – явный регресс. Если помните: изд. Крылов “Мужской клуб”- примерно туда.
Рейтинг: 0 ( 0 за, 0 против).
В общем – читабельно, но работы над книгой – ой-ой-ой. Взялся за фантастику – буду поглядеть на прогресс/регресс автора
Рейтинг: 0 ( 0 за, 0 против).
mmishk про Велесов: Шлак (Боевая фантастика)
Рейтинг: +2 ( 2 за, 0 против).
Динамичный текст, жизнеутверждающий. На последней странице появилась делегация из СССР и Косыгин. Будем ждать продолжения на Ридли. На фоне тупых боярок и гаремок это вообще шедевр.
Рейтинг: +1 ( 2 за, 1 против).
Comments are closed, but trackbacks and pingbacks are open.