Press "Enter" to skip to content

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

“5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».

TÜRK DİLLƏRİ AİLƏSİ

Dünyada 3.500-dən çox dil var. Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qədim türk dilinin qrupları: oğuz, qıpçaq, qarluq və s.

  • Oğuz qrupu: türk, Azərbaycan, türkmən, qaqauz.
  • Qıpçaq qrupu: qazax, qırğız, başqırd, tatar, qumuq.
  • Qarluq qrupu: özbək, uyğur, salar.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.

AZƏRBAYCAN DİLİNİN MORFOLOJİ QURULUŞU

Dillərin tipoloji bölgüsündə sözlərin morfoloji quruluşu əsasdır. Dillər tipoloji baxımdan aşağıdakı qruplara bölünür:

  • Kök (amorf) dillər sözün kökü dəyişmir və şəkilçi yoxdur: çin.
  • Flektiv dillər həm sözün kökü içəridən dəyişir, həm dəşəkilçi sözün müxtəlif yerlərində gəlir. Sözlərdə ön şəkilçi (prefiks), iç şəkilçi (infiks), son şəkilçi (sufıks) işlənir: ərəb.
  • İltisaqi (aqlütinativ) dillər- kök sabit qalır, şəkilçilər isə sözün kökünə artırılır: Azərbaycan.

Sözün əvvəlinə şəkilçi artırılması (la+qeyd, a+normal), sözdən şəkilçini ayırarkən kökün məna verməməsi (bio+loji, frazeo+logiya, lüğə+vi), l,-q,-k şəkilçilərinin olmasına baxmayaraq, həmin sözlərin kökdən ayrıla bilməməsi (alçal, alçaq, kiçik, kiçil) iltisaqi prinsipdən kənara çıxır.

İSTİSNA: na+dinc, na+kişi (dinc və kişi milli sözlərdir).

Dil və mədəniyyət. Dil və xalqın tarixi

Dildə yeni terminlərin yaranması mədəni inkişafla bağlıdır. Mədəni səviyyənin qalxması isə ədəbi dilin fəaliyyət dairəsini genişləndirir və ədəbi dil normalarım möhkəmləndirir. Bununla da dialektin sosial işlənməsi məhdudlaşır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsini şərtləndirir.

Dilin inkişafının xalqın tarixi ilə bağlılığını iki istiqamətdə görmək mümkündür. Birincisi, qohum tayfaların birləşməsi nəticəsində bu tayfaların dili də birləşərək həmin xalqın dilinə çevrilir. Digər tərəfdən dil faktları müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında mühüm rol oynayır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir.

Fonem anlayışı

Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.

Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.

  • Müstəqil dil vahidləri: söz, cümlə. Onlar dilin formalaşması prosesində aparıcı rol oynayır.
  • Qeyri-müstəqil dil vahidi: fonem. Fonem müstəqil dil vahidlərinin formalaşması vasitəsi kimi çıxış edir.

Vurğu

Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.

  • Heca vurğusu — sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır.
  • Məntiqi vurğu — cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında olur. Ancaq intonasiyadan istifadə etməklə məntiqi vurğulu sözün yeri dəyişə də bilər.
  • Həyəcanlı vurğu — hiss və həyəcanları ifadə etmək üçün sözün qeyri-adi şəkildə tələffüz olunmasıdır.

İntonasiya

İntonasiya — nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarətdir. İntonasiya modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • Azərbaycan dili
  • , dilçilik

Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti

Əsrlər, qərinələrdir ki, xalqımıza, o taylı-bu taylı Azərbaycana xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəmin: “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağıma əkdiyim gülümə dəymə.” Yaxud, istiqlal şairimiz Xəlil Rza Ulutürkün: “Yad məktəbə verilir umudumun qalası, O qaraqaş, qaragöz Azərbaycan balası”, – deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmalıq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır.

Mən aşiq dilim-dilim,

Qovun kəs, dilim-dilim,

Öz dilimdən dönmərəm,

Doğransam dilim-dilim.

Haçan yaranıb görəsən bu bayatı?! Yaxud:

O yaram…

Köz-köz olub o yaram,

Sənə yad bir göz baxsa,

Barmaq salıb oyaram.

Mümkünmü bu bayatıların, xalq müdrikliyini ifadə edən bu deyimlərin tarixini araşdırmaq. Bizcə xalqımızın yaranışıyla bu cür gözəl misralar yaranıb, fikrin, hissin ifadəsinə çevrilib.

Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə, daha da inkişafına qayğı göstərmişlər.

Min illər boyu ulu babalarımızın arzusu, istəyi müstəqillik illərində həyata keçmişdir. Ş.M.Xiyabani yazırdı: “Təkcə istəmək kifayət etməz, istəyi həyata keçirmək gərək”. Bu gün müstəqil Azərbaycan dövlətinin dili olan Azərbaycan dilinə istək də var, onun tətbiqi işinin təkmilləşməsinə şərait də.

Dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına qayğı ilə yanaşmaq hamının borcudur. Xüsusilə, Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların, ədəbiyyatçıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə Azərbaycan dilindən istifadə etmir, həm də onun tətbiqi işinin təkmilləşməsinə, inkişaf etməsinə, lüğət tərkibinin zənginləşməsinə qayğı göstərirlər.

Böyük ictimai xadim və yazıçı Nəriman Nərimanov yazırdı: “Bir millət sözünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır”.

Müasir Azərbaycan dili mütəxəssisləri bu qənaətdədir ki, türk dillərinin, o cümlədən Azərbaycan dilinin daxili enerjisinin, potensial gücünün, ifadə imkanlarının və lüğət tərkibinin zənginliyi, qrammatik quruluşunun bütövlüyü və s. xüsusiyyətlər dilimizin assimilyasiyasının qarşısını almışdır. Tarixi həqiqət çox doğru olaraq onunla əsaslandırılır ki, digər türk dilləri kimi Azərbaycan dili də ərəb, fars, Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib şatmışdır.

Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır. Belə olmadıqda dil assimilyasiya olunar, gələcək nəsillərə gəlib çatmaz, bu əvəzsiz xəzinədən ulularımızdan bizə miras qalan qiymətli sərvətdən hamı məhrum olardı.

dilimiz ərəb və fars dillərinin təsirinə və təqibinə məruz qalsa da, məğlub olmamış, xalqa məxsusluğunu qoruyub saxlamışdır. Sadəcə şairlərimiz öz dilində deyil, ərəb və fars dillərində yazıb-yaratmağa məcbur olsalar da yazdıqları ilə də ümumtürk mədəniyyətinə, bəşər sivilizasiyasına xidmət etmişlər. Dilimizin daxili potensial imkanları, gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş, bununla da dilimiz elm, sənət və ədəbiyyat dili kimi daim hücumçu mövqedə olmuş, qalib gəlmək və yaşamaq haqqına sahib çıxmışdır.

Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır. Dünyada yaşayan 50 milyon azərbaycanlı harada olmasından asılı olmayaraq bu dili unutmurlar. Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon azərbaycanlı doğma dilində məktəblərin yoxluğuna baxmayaraq, Azərbaycan dilini yaşadırlar, bu dil ilə fəxr edir, bu dil ilə sevinclərini, kədərlərini bölüşürlər.

Vaxtilə ustad Xəlil Rza Ulutürk dünyanın harasında olmasından asılı olmayaraq, xalqın öz dilində təhsil almaq hüququnu müdafiə edir, onu bu hüquqdan məhrum edənlərə nifrətini şair – vətəndaş mövqeyini ortaya qoyurdu:

Danış, xəbərdar eylə Təbrizdəki valini,

Dilimə xor baxanın qopardaram dilini.

Azərbaycanın müstəqillik qazanmasıyla bu dilə maraq daha da artıb. Dünyanın onlarla universitetində Azərbaycan dili öyrənilir. ABŞ-ın altı (Şikaqo, Los-Ancelos, Vaşinqton, Nyu-York, San-Fransisko, Harvard) universitetinin proqramında Azərbaycan dili öyrənilir. Azərbaycan dilinə Asiya, Avropa və digər qitə ölkələrində maraq artmaqdadır.

Vətənsevər, yurdsevər insanlara məmləkətin həmişə ehtiyacı olub. Bütün dilləri, bütün xalqları sevmək və həmin xalqların mədəniyyətinə hörmət etmək lazımdır. Lakin bu dil sevgisi, mədəniyyət sevgisi öz xalqının dilinə, milli ruhuna və mədəniyyətinə hörmətdən keçməlidir. Mirzə Cəlil “Anamın kitabı” əsərində rus darülfünunda təhsil almış Rüstəm bəyi, İran tərbiyəsinin tərəfdarı Mirzə Məhəmmədəlini, Osmanlı tərbiyəsinin tərəfdarı Səməd Vahidi haqlı olaraq tənqid edir. Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin, Səməd Vahidin yabancı danışığı nə anası, nə də bacısı tərəfindən qəbul olunur. Onların ən böyük günahı analarının öyrətdiyi dilə, tərbiyəyə, mədəniyyətə ögey münasibət bəsləmələridir. Böyük Mirzə Cəlil Gülbaharın dili ilə çox gözəl deyir: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanarlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parşalardır”. Mirzə Cəlil ürək ağrısı ilə bu əsəri qələmə aldığı üçündür ki, əsərin çox ciddi təsiri, dilimizin qorunması istiqamətində yazıçının mübarizəsinin səviyyəsini göstərdiyi üçün də yadda qalır, çox böyük ictimai məzmun kəsb edir.

Vaxtilə Azərbaycanın ilk Konstitusiyası qəbul olunanda, orada dövlət dili haqqında maddə təsbit edilməmişdi. 1937-ci ilin aprel ayında qəbul olunmuş Konstitusiyada da dövlət dili barəsində maddə olmayıbdır.

1956-cı il Konstitusiyasında isə “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, maddəsi yazılmışdı. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona yaxın azərbaycanlının haqqını özünə qaytarmaq, ədaləti bərpa etmək, milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hsrmət, əməllərinə sədaqət əlamətidir.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov yazır ki: “Azərbaycan tarixinin yaxın keşmişində Azərbaycan dili təqib və təzyiqlərə məruz qalmış, əslində nüfuzunu, rəsmi dövlət dili kimi statusunu itirmişdi. Azərbaycan dilinə qarşı qısqanc, qərəzli və ədalətsiz münasibət 1956-cı ildə Azərbaycan Konstitusiyasında “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” maddəsi olanda da davam etmişdir. O vaxtın özündə də iclasların, qəzetlərin, rəsmi dövlət adamlarının dili Azərbaycan dili olmayıb və kargüzarlıq işləri doğma ana dilimizdə aparılmayıbdır. 1950-ci illərdəki siyasi rejim “sovet ailəsi”, “sosialist milləti”, “məzmunca sosialist, formaca milli” mahiyyət kəsb etmiş, milli təmayüllərə millətçilik damğası vurmuşdur. Bu mənada “Azərbaycan dili dövlət idarələrində”, “Yüksək dil mədəniyyəti uğrunda”, “Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında” və s. məqalələr 1950-ci illərdə Azərbaycan ədəbi dili və onun işləkliyi barəsində geniş təsəvvür yaradır. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik”.

Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən böyük öndər Heydər Əliyevin 1960-cı illərin sonundan başlayaraq, sistemli, ardıcıl milli dil siyasəti aparmışdır. “Böyük öndər Heydər Əliyevin ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir.”

Millət vəkili, professor Nizami Xudiyev yazır ki: “Azərbaycan oğuz şeirinin 1500 illik, yazılı ədəbiyyatımızın azı min illik yaddaşında Azərbaycan hökmdarlarına səmimi sənətkar sevgisiylə ithaflar, təqdir və təsdiqedici əsərlər çox yazılıb. Orxon-Yenisey kitabələrində, müxtəlif tarixi məxəzlərdə ulu Bilgə xaqanlar, Atilla və Gültiginlər tərənnüm olunub, dahi Nizami Gəncəvi fateh İskəndərlə Nüşabənin qarşılaşmasında mənəvi qələbə zirvəsini Azərbaycan hökmdarına layiq bilib, bu qələbəni vəsf edib, “poeziya peyğəmbəri” adlandırılan Məhəmməd Füzuli “Bəngi-badə” əsərində qılınc və qələm qəhrəmanı Şah İsmayıl Xətainin bütöv “Məmləkəti-Azərbaycan” istiqamətində uğurlarını alqışlayıb: “Onun dövranı behişti-bərrinə bənzər… Onun feyz camından şadlanmayanlar qoy şərab xıltı tək həmişəlik puç olsunlar!”

Nizami Cəfərovun qənaətincə: “…Hansı qiyafədə təzahür edirsə, etsin mahiyyəti etibarı ilə bir türk dövləti olan Rusiya SSRİ dövlətçilik təfəkkürü zəif rus-slavyan xadimləri tərəfindən heç zaman normal idarə edilə bilməmişdir. Türklər isə XVII əsrdən etibarən yüksək idarəçiliyə, demək olar ki, buraxılmamışlar… Ona görə də rus-slavyanlarla (az qorxulu!) qeyri-türklər arasında həmişə nə isə bir yaxınlaşma, dövlət idarəçiliyində qarşılıqlı münasibət, qeyri-rəsmi saziş özünü göstərmişdir.

Heydər Əliyev öz böyük türk ağlı ilə bunları görürdü. Və əslində çox şeyləri görürdü… Sovet türklüyü kommunizm bayrağı altında taktiki hərəkət qabiliyyətini bütünlüklə itirmişdi, rus-slavyan düşüncəsi bir kənddə qurduğu kommunizmi – kolxozu bütöv bir ölkədə qurmağa şalışırdı, azsaylı (lakin şevik) xalqlar kosmopolit mühitdə sərbəst hərəkət edir, arabir donquldanan rus ayısını sığallayırdılar ki, onları qapmasın…

…70-ci illərin sonu 80-ci illərin əvvəllərində Sov.İKP MK-nın Siyasi Bürosunda (faktiki olaraq slkə rəhbərliyində) üç türk vardı: Dinmühəmməd Kunayev (qazax), Şərəf Rəşidov (özbək) və əlli yaşlarında olan Heydər Əliyev. Zaman bu türklərdən üçüncüsünü tədricən ön msvqeyə – ruslarla təkbaşına mübarizə meydanına çıxardı…”

Tarixə dönən anlar, ötən onilliklər sübut etdi ki, ulu öndər Heydər Əliyev o mübarizə meydanında cəsarətlə döyüşdü və mənən qalib gəldi.

Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, xalq dilinin incəliklərinə, xalqımızın minillik ədəbi, bədii və fəlsəfi təfəkkür tərzinə, eyni zamanda sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi dilimizin psixoloji gücünü, mənəvi enerjisini mənimsəmiş böyük lider idi.

1969-da Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli iclası böyük öndər Heydər Əliyev Azərbaycan dilində açdı və bu dildə parlaq bir nitq söylədi. müstəqil Azərbaycanın Prezidenti ikən ümummilli lider Heydər Əliyev BDU-nun 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli yada saldı: “Xatirimdədir, universitetin 50 illik yubileyində şıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi,neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.

70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən, respublika rəhbəri Heydər Əliyev özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu. 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində böyük öndər Heydər Əliyev o gərgin mübarizəni və qələbəni bir daha yada salacaqdı.

Məhz aparılan gərgin, sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. 70-ci illərdə Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi. Böyük öndər Heydər Əliyev bunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycanda türkologiya da şox inkişaf edibdir… Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi.”

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü idi.

Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi. 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.

Bizim Respublikamızda – Azərbaycanda təxminən 30-cu, 40-cı, 50-ci illərdə, hətta 60-cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi. Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü. Ancaq bunların hamısına baxmayaraq, bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız, dilçi alimlərimiz öz işlərini görürdülər. 1978-ci ildə qəbul olunan konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heş kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi şəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz nə üşün bizə mane olursunuz.

…Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”

Ulu sndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. Professor Nizami Xudiyev bunları üç yerə ayırır:

“1. Bu siyasət, hər şeydən öncə, demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci nsvbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır..

2. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir.

Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir..

3. Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir.

Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız, hissiyyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir…”

Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaradır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasına da geniş imkan və perspektivlər açır.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.

Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi. Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilmiş III qurultayında: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir” , – deyirdi böyük öndər Heydər Əliyev.

Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

Azərbaycan dilinin ən geniş işləndiyi sahələrdən biri təhsil sahəsidir. Azərbaycan dilinin təhsil sahəsində işlənməsi barədə “Dövlət dili haqqında” Azərbaycan Respublikamızın Qanununda (5-ci maddə) yazılır:

“5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir”.

Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar o cümlədən, Azərbaycan dili Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı” (09.08.2001), Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” (30.IX.2002), “Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanı” (02.01.2003), “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası prezidentinin Fərmanı (04.01.2003), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004) və habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar və metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində və təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanında deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.”

Bu gün Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına ehtiyac daha böyükdür. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Bu mənada yeni Azərbaycan dili dərsliklərinin, Azərbaycan dilində yeni dərs vəsaitlərinin, metodik göstərişlərin yazılması olduqca aktualdır. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində (Çikaqo, Los-Ancelos, Vaşinqton, San-Fransisko, Harvard, Nyu-York) tədris olunur. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.

Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Əlirza əliyev azərbaycan dilinin istifadəsinə vörə metodikası

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub. Hələ Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir.

Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən başlayaraq azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Bu siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. 44 il öncə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Müstəqillik illərində respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.

Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.

Ulu Öndərin həyata keçirdiyi dövlət dil siyasəti bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir.

Bu mənada ölkə rəhbəri bildirmişdir ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.”

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır.

Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidirlər.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Comments are closed, but trackbacks and pingbacks are open.