Əlisa nicat qızılbaşlar
Hörmətli xanımlar, bir daha təkrar edirəm, Viktor Suvorovun «Sonuncu respublika» kitabı vaxtilə «Norton»da yazıldığına görə nəşriyyatda onu yeni qrafikə çevirə bilməyərək, başdan-başa cəfəng və anlaşılmaz cümlələr əmələ gəlmişdir. Burada mənim heç bir günahım yoxdur. Bütün məsuliyyət «Qanun» nəşriyyatının bəzi savadsız redaktorlarının üstündədir.
Bu, aydındır. Amma siz bəs mənim tərcüməmdə çapdan çıxan Plutarxın «Makedoniyalı İskəndər», A. Kamyunun «Yad», Enqelqartın «Sivilizasiya xəstəlik kimi», C.Coysun «Dublinlilər», F.Nitşenin «Zərdüşt belə deyirdi» və başqa kitablardan niyə danışmırsınız? Çünki ora səviyyəniz çatmır.
Əlisa nicat qızılbaşlar
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Ş. Xuduoğlu dünən yazıçı ilə dialoqunu sosial şəbəkədə bölüşüb:
Əlisa Nicatdan soruşuram qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.
– Bəs qaz gəlmir?
– Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.
Sözügedən məlumat daha sonra sosial şəbəkələrdə gündəm olub. Belə ki, izləyicilər 100-dən çox kitabın müəllifinin sosial durumunun ağır olmasına təəssüfləndiklərini bildiriblər. Artıq Ə. Nicata dəstək məqsədilə bank hesabı açılıb və ona yardım kampaniyasına başlanılıb.
“Qafqazinfo” olaraq yazıçının özü ilə əlaqə saxlamağa çalışsaq da, telefonu oğlu açıb və hazırda evdə ziyarətçilərin olduğundan danışa bilmədiyini bildirib.
Elə bu gün Ə. Nicatın evinə yollanan Şahbaz Xuduoğlu saytımıza açıqlamasında bildirib ki, yazıçı yalnız minimum pensiya alır: “Evinə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Oğlu ailəlidir və işsizdir”.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Qafqazinfo”ya bildirib ki, Ə. Nicat yardım üçün AYB-yə müraciət etməyib: “Müraciət etsəydi, Azərbaycan Yazıçılar Birliyinin maddi imkanları daxilində yardım edə bilərdik”.
Qeyd edək ki, Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. O, “Qızılbaşlar”, “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. məşhur əsərlərin müəllifidir.
Açıqlamalar
Hörmətli xanımlar, bir daha təkrar edirəm, Viktor Suvorovun «Sonuncu respublika» kitabı vaxtilə «Norton»da yazıldığına görə nəşriyyatda onu yeni qrafikə çevirə bilməyərək, başdan-başa cəfəng və anlaşılmaz cümlələr əmələ gəlmişdir. Burada mənim heç bir günahım yoxdur. Bütün məsuliyyət «Qanun» nəşriyyatının bəzi savadsız redaktorlarının üstündədir.
Bu, aydındır. Amma siz bəs mənim tərcüməmdə çapdan çıxan Plutarxın «Makedoniyalı İskəndər», A. Kamyunun «Yad», Enqelqartın «Sivilizasiya xəstəlik kimi», C.Coysun «Dublinlilər», F.Nitşenin «Zərdüşt belə deyirdi» və başqa kitablardan niyə danışmırsınız? Çünki ora səviyyəniz çatmır.
Deməli, Mir Sərçənin əmri ilə nöqsanlı bir kitabı götürüb kimə, kimə, mənə hücum edirsiz. Amma başa düşmürsüz ki, sizə elə cavablar verə bilərdim ki, səhəri heç işə gələ bilməzdiniz.
Amma mən yenə sizə güzəşt edib bununla kifayətlənirəm. Çünki əslində sizdə günah yoxdur. Ağanız Mir Sərçənin əmri ilə heç vaxt məşğul olmadığınız bir işə girişmisiz.
Hörmətlə Əlisa Nicat
Categories: Açıqlamalar | Оставьте комментарий
Rusofil
Опубликовано 16/11/2012 автором alisanicat
Çox hörmətli Əsməd xanım, mən sizin yüksək zövqünüzə və sağlam düşüncənizə hörmət əlaməti olaraq həmin yazını yazıb, məcmuənizin sizin adınıza və Bakı Dövlət Universitetinin adına layiqli səviyyədə çıxmasını istəyərək çap etdirdim. Amma görünür, səhv etmişəm. Sizin oxuyub, mənə zəng edib razılığınızı gözlədiyim halda, Nəşriyyata zəng vurub məcmuəni haradan əldə etdiyimi soruşub narazılığınızı bildirmisiz. Üstəlik, «Cavid» imzası ilə internetdə sizin və ya başqasının mənə müraciət çap etdirdiyini oxuyanda istər-istəməz cavab verməli oldum. Читать далее →
Categories: Açıqlamalar | 1 комментарий
“Bilsəniz, bizim Tarix İnstitutunda kimlər oturub…”
Опубликовано 09/10/2012 автором alisanicat
Əlisa Nicat: “Şah İsmayılı qınayanlar nadandırlar”
Güntay Gəncalp: “Şah İsmayıl sovet ideologiyasına xidmət edirdi”
Səfəvilər dövləti və Şah İsmayıl Xətai mövzusu zaman-zaman müzakirələrə yol açır və açmaqdadır. Son aylar Norveçdə yaşayan cənublu yazar Güntay Gəncalpın ana dilimizdə nəşr olunan “Səfəvilər” romanı və türkiyəli İskəndər Palanın “Şah və Sultan” kitabları bu müzakirələrin daha da qızışmasına gətirdi. Baş verənlərdə qaranlıq məqamların olduğunu duymamaq çətin deyil. Bu səbəbdən müzakirələrlə məsələyə işıq tutmağa çalışdıq.
“Qızılbaşlar” romanının müəllifi Əlisa Nicat deyir ki, Şah İsmayıl Xətai dövrünün çox böyük şəxsiyyəti olub: “Sultan Səlim atasının xörəyinə duz atanda zəhər tökdü, öldürdü. Bu qədər qəddar adam idi Sultan Səlim. Amma ata qatili Sultan Səlimi təmizə çıxaranlar Şah İsmayıla ləkə atmaq istəyirlər. Bütün tarixçilər deyir ki, Şah İsmayıl sərkərdələrinin sözünə baxsaydı, Osmanlı ordusuna qalib gələrdi. Amma o bu ordunun üstünə düşmən kimi getmədi. O zamankı səyyahların, tarixçilərin əsərində Şah İsmayıla böyük hörmət var. Şah İsmayılı Avropa alimləri, Karl Marks kimi dahilər qiymətləndirib və böyüklüyünü etiraf ediblər”. Читать далее →
Categories: Açıqlamalar | Оставьте комментарий
“Əli və Nino”ya qoyulan heykəli aşırmaq lazımdır”
Опубликовано 29/01/2012 автором alisanicat
Xəbər verildiyi kimi, bugünlərdə Georgi Vaşadze adlı gürcü skulptopu Batumi şəhərində Qurban Səidin məşhur “Əli və Nino” əsərinin qəhrəmanlarının şərəfinə abidə ucaldıb. Lakin gürcü heykəltəraşın hazırladığı abidəyə verdiyi forma təmsil etdiyi xalqın milli mənəviyyatına xas şəkildə olub. Belə ki, pak və mübarizələrlə dolu bir yol keçən sevgi hekayəsinə qeyri-ənənəvi cinsi təmas donu geyindirən G.Vaşadze, “Əli və Nino” əsərindən incəsənət xadimi kimi çıxardığı nəticəni öz daxili dünyasına uyğun şəkildə sərgiləyib.
Lakin nə qədər qəribə olsa da, iyrənc abidə ilə bağlı nə Gürcüstandakı, nə də ölkəmizdəki ziyalıların, ictimai-siyasi xadimlərin heç biri öz etirazını ortaya qoymayıb. Halbuki, əsər müəllifinin Əlinin simasında bütün Azərbaycan xalqını aşağıladığı və alçaltdığı inkarolunmazdır. Bu baxımdan, xalqın ayıq ziyalılarının, vətənpərvərlərinin bu böyük rüsvayçılığın müqabilində susqunluq nümayiş etdirməsi əsla anlaşılan deyil. Читать далее →
Categories: Açıqlamalar | Оставьте комментарий
Açıq məktub
Опубликовано 24/01/2012 автором alisanicat
Cənab nazir, evlərin fasadına, zahiri bəzəyinə yüz milyonlarla pul xərclənir. Lap yaxşı. Bu da lazımdır. Çünki dövlətimizin gəliri çoxdur və ildən-ilə artır. Ona görə bu gün mən sizi tamam başqa bir məsələ – böyük Üzeyir Hacıbəyov irsinin unudulmuş nümunələrinin işıq üzü görməsi barədə qərar verməyə çağırıram.
Cənab nazir, yəqin məndən yaxşı bilirsiz ki, Üzeyir Hacıbəyov kimi dahi bir bəstəkarın bütün yaratdıqlarına ölməzlik möhürü vurulub. Ona görə onun hətta sovet dövründə, 20-ci illərdə belə, göstərilən «Şah Abbas və Xurşudbanu» adlı misilsiz operasının insafsızcasına yaddan çıxarılmasına dözmək olmur. Читать далее →
Categories: Açıqlamalar | Оставьте комментарий
Yubiley
Опубликовано 24/01/2012 автором alisanicat
Mən cəmi iki şəxsə, hərəsinə də iki şer həsr etmişəm. Onlardan birinin, Səxavətin bu gün 50 yaşı tamam olur.
Mən bu şerləri vaxtilə başqa iki nəfərə həsr etsəydim, bəlkə də milyonlar qazanar, ən azı dönə-dönə deputat ola bilərdim. Amma bunu etmədim, çünki edə bilməzdim.
Əvəzində iki səlahiyyətsiz, amma qeyri-adi ləyaqətli insanlara məmnuniyyətlə həsr etdim.
Niyə? Birini kənara qoyub, 50 yaşı tamam olan ikincidən danışaq. Əvvələn, bu adam öz-özlüyündə qeyri-adi şəxsiyyətdir. O mənada ki, hamının büt etdiyi dəyərlərin necə əl çirki olduğunu bilir. İkincisi, ən əsası isə…
Təsəvvür edin ki, adam dolu bir gəmi batır, fəryad və qışqırıqdan, kömək umanların səsindən qulaq tutulur. Bu zaman yaxınlıqdan bir qayıq keçir və qayıq sahibi bu adamların hamısını tanıyır və o, əllərindəki dolu qızıl kisələrini uzadıb kömək istəyənləri deyil, heç kimin əhəmiyyət vermədiyi, bu yaxşılığın və xilaskarlığın əvəzini heç cür ödəyə bilməyəcək, amma özü kimi ləyaqət sahibi olan şəxsi qayığa qaldırıb xilas edir.
Categories: Açıqlamalar | Оставьте комментарий
Telekanallarımız
Опубликовано 29/08/2011 автором alisanicat
“Ümumiyyətlə, Azərbaycan telekanalları arasında fərq çox cüzidir. Bir tək İTV-də milli maraqlara uyğun müəyyən verilişlər gedir. Digər kanallara çox nadir hallarda baxıram. Çünki onsuz da milli telekanallarda baxılmalı heç nə yoxdur. Evdə olanda daha çox NTV-yə, kriminal filmlərə baxıram. Azərbaycanda isə kriminal olaylar Rusiyadan 10 dəfə çox olsa da, bizdə kriminal hadisələrlə bağlı nə bədii, nə də sənədli film çəkilmir. Çünki məqsəd hər şeyi ört-basdır etməkdən ibarətdir. Sanki bizdə hər şey yaxşıdır və pis heç nə yoxdur. Kimsə hardasa balaca bir nöqsan olduğunu deyəndə isə, o zaman onun üstünə düşürlər ki, sən düz demirsən, bizdə hər şey yaxşıdır. Halbuki, bizim həyatımızda normal olan heç nə yoxdur. Bu çatışmazlıqlar isə milli televiziyamızda əks olunmur. AZTV-yə baxmaq xüsusilə dəhşətdir. Ona baxanda insanın tükləri biz-biz olur. Nə vaxt bu kanalı açırsan ölkə başçısı təriflənir. Prezident sizə yaxşılıq edibsə onu bu qədər tərifləməklə niyə hörmətdən salırsınız? Bir sözlə, yalnız onu deyə bilərəm ki, milli telekanallara baxmağa dəyməz. Mənim məsləhətim budur”.
Categories: Açıqlamalar | Оставьте комментарий
Əlisa Nicat Şamo Arifi haqlı sayır
Опубликовано 20/08/2011 автором alisanicat
Xalq yazıçısı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Ariflə Yazıçılar Birliyinin sədri Anar arasında yaranan söz davasının səs-küyü bitmək bilmir. Tərəflər arasındakı qarşılıqlı ittihamlardan sonra digər yazıçı və şairlər — Əkrəm Əylisli, Mehriban Vəzir, Fikrət Qoca da bu söz atışmasına qoşuldular. Yazıçı Əlisa Nicat da məsələtə münasibət bildirib. Ə.Nicat bu cür mübahisələrin dünya ədəbiyyatında da olduğunu deyərək burada qeyri-adi heç nə görmədiyini bildirdi. Onun fikrincə, tarixin gizli səhifələrində yığılıb qalan həqiqətlər məhz bu cür mübahisələr yolu ilə ortaya çıxa bilər: “Bunlar təbii şeylərdir. Mən o boyda adamlara heç bir məsləhət vermək fikrində deyiləm. Üstəlik hesab edirəm ki, dünyada məsləhətdən əhəmiyyətsiz heç nə yoxdur. Hər kəsin öz prinsipində qalması, öz prinsiplərini müdafiə etməsi daha düzgün çıxış yoludur. Müəyyən həqiqət üzə çıxıbsa, o deyilməlidir. Читать далее →
Categories: Açıqlamalar | Оставьте комментарий
Fatma Abdullazadədən Əlisa Nicat qadağası
Опубликовано 16/05/2011 автором alisanicat
75 yaşlı söz xəzinədarına bir prezident təqaüdü nədir ki?!
75 yaşlı fəlsəfə doktoru və sözün bütün mənalarında son Azərbaycan müdriki Əlisa Nicatın külliyyatının 4 və 5-ci cildləri işıq üzü görüb. «Adiloğlu» nəşriyyatı tərəfindən nəfis şəkildə tərtib və nəşr olunan cildlərə Əlisa müəllimin uzun illər bundan əvvvəl yazdığı bir çox əsərlər daxil edilib. 4-cü cilddə «Quli-Çur və ya Qızıl Bayraqlılar», «Rza xan», «Əsarət bayramı», «Artakserks və Midiya Türkləri» əsərləri, 5-ci cilddə «Qızılbaşlar» romanı, «Əsrin mənzərəsi», «Gilan», «Şirvan», «Təbriz», «Çaldıran» əsərləri və «Gərəksiz» povesti yer alıb. Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 30 cilddən ibarətdir və indiyə qədər 5 cild işıq üzü görüb. Читать далее →
Categories: Açıqlamalar | Оставьте комментарий
Şah İsmayılı təhqir edən professora cavab
Опубликовано 07/04/2011 автором alisanicat
Əlisa Nicat: «Söhbət Osmanlıdan və Səfəvilərdən yox, sadəcə, iki güclü sərkərdənin fatehlik planlarından getməlidir»
Zaman dəyişdikcə, Azərbaycan tarixinin müxtəlif dövrlərinə yeni tələblərlə qayıtmaq, dəyərləri yenidən qiymətləndirmək mümkün, hətta vacib məqamdır. Bu günlərdə məşhur «26 Bakı komissarları» ilə baş verənlər buna bariz nümunədir.
Ancaq etiraf etməliyik ki, tariximizin elə şanlı səhifələri və şəxsiyyətləri var ki, hansı prizmadan baxırsan bax, onların həqiqi dəyəri artar ki, azalmaz.
Azərbaycanın böyük sərkərdəsi, «14 ildə 14 ölkə fəth edən» (Karl Marks) şah babamız Xətai və onun qurduğu Səfəvilər dövləti bu sıradan olan tarixi həqiqətlərdəndir. Bu gün Şah İsmayılın fəaliyyəti və yaradıcılığı baxçalardan, orta məktəblərdən başlamış ölkəmizin şanlı keçmişi kimi təbliğ olunur.
Şah İsmayıl və onun qurduğu Səfəvilər dövləti haqqında Azərbaycan yazıçıları dəyərli əsərlər yaradıblar. Bu sıradan uşaqlıqdan hamımızın sevə-sevə oxuduğu Fərman Kərimzadənin «Çaldıran döyüşü»nün və Əlisa Nicatın «Qızılbaşları»nın adını çəkmək kifayətdir. Читать далее →
Книга Qızılbaşlar, автор Əlisa Nicat
“Qızılbaşlar” romanı Azərbaycan tarixinin ən qüdrətli siması olan Şah İsmayıl Xətainin və Səfəvilər dövlətinin ən parlaq dövrünün təsvirinə həsr olunmuş ilk böyük nəsr əsəridir. 1960-cı illərin əvvəllərində yazılan bu roman o dövrün məşhur xalq yazıçılarının səyləri nəticəsində yalnız 1983-cü ildə işıq üzü görüb. O vaxtdan Azərbaycan və Türkiyədə bir neçə dəfə nəşr olunan roman ümumxalq məhəbbəti qazanıb. Ümid edirik ki, məşhur əsərin yeni nəşri bu il 85 yaşı tamam olacaq qocaman yazıçı üçün əsl hədiyyə olacaq.
Рейтинг и отзывы о товаре
Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв
Описание
“Qızılbaşlar” romanı Azərbaycan tarixinin ən qüdrətli siması olan Şah İsmayıl Xətainin və Səfəvilər dövlətinin ən parlaq dövrünün təsvirinə həsr olunmuş ilk böyük nəsr əsəridir. 1960-cı illərin əvvəllərində yazılan bu roman o dövrün məşhur xalq yazıçılarının səyləri nəticəsində yalnız 1983-cü ildə işıq üzü görüb. O vaxtdan Azərbaycan və Türkiyədə bir neçə dəfə nəşr olunan roman ümumxalq məhəbbəti qazanıb. Ümid edirik ki, məşhur əsərin yeni nəşri bu il 85 yaşı tamam olacaq qocaman yazıçı üçün əsl hədiyyə olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.