Əlövsət abdullayev sintaksis
1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev “Azərbaycan-monqol dil əlaqələri” adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada “Türk dillərinin tarixi inkişafı məsələləri” adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.
Əlövsət Abdullayev
Əlövsət Abdullayev ( 17 fevral 1920 , Şamaxı rayonu – 28 may 1993 , Bakı ) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Mündəricat
- 1 Həyatı
- 2 Fəaliyyəti
- 2.1 Elmi yaradıcılığı
- 2.2 İctimai fəaliyyəti
- 4.1 Müəllifi olduğu monoqrafiya və dərsliklər
- 4.2 Məqalələri
- 4.3 ASE-nın ayrıca cildi üçün yazılmış məqalələr
Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır.
1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur.
1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər.
Ə. Z. Abdullayev 1954-cü ildə “Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.
1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir. [1] [2]
Fəaliyyəti Redaktə
Elmi yaradıcılığı Redaktə
Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, “ki” bağlayıcısının genezisi, “elə“, “belə” sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir.
Ə. Abdullayevin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin (“Azərbaycan dilinin qrammatikası” və “Müasir Azərbaycan dili“) və 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir.
İctimai fəaliyyəti Redaktə
Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun “Elmi əsərləri”nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur.
Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) “Türk dillərində yönluk halın mənşəyi haqqında”kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir.
1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir.
1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev “Azərbaycan-monqol dil əlaqələri” adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada “Türk dillərinin tarixi inkişafı məsələləri” adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.
Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir.
Mükafatları Redaktə
- “Azərbaycan SSR Dövlət Mükafatı” — (26 aprel 1974)
- Əməkdar Elm Xadimi fəxri adı — (1992)
- “Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı — (9 may 1945)
- Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin “Fəxri Fəman”ı — (31 oktyabr 1969)
- SSRİ Ali Sovetinin Rəyasət heyəti “Əmək igidliyinə görə” medalı — (7 aprel 1970),
- Böyük Vətən müharibəsinin 7 yubiley medalı.
Müəllifi olduğu monoqrafiya və dərsliklər Redaktə
- Обособление в современном азербайджанском языке. АКД, Изд. АГУ им. С.М. Кирова, 1953
- Müasir Azərbaycan dilində sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma). ADU, 1956
- Köməkçi nitq hissələri. ADU , 1958
- Müasir Azərbaycan dili, sintaksis. ADU, 1959, həmmüəllif
- Сложноподчиненные предложения в современном азербайджанском языке, ADU, 1963
- Müasir Azərbaycan dili, sintaksis, II kitab, Azərtədrisnəşr, 1962, həmmüəllif
- Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, Azərtədrisnəşr, 1964
- Azərbaycan dili (ali məktəblər üçün dərslik), Azərtədrisnəşr, 1964, həmmüəllif
- Müasir Azərbaycan dili, IV kitab, “Maarif”, 1972, həmmüəllif
- Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, 2-ci nəşr, “Maarif”, 1974
- Грамматика карачаево-балкарского языка. Нальчик, 1976, həmmüəllif.
- Sintaksisin aktual məsələləri, Bakı, 1987
- Müasir Azərbaycan dili, IY c., Sintaksis, Bakı: “Şərq-Qərb”, 2007
- Azərbaycan dili məsələləri, Bakı: BU nəşriyyatı, 1992
- Türk dillerinin tarixsel gelişme sorunları. Atatürk kültür, dil ve tarih yüksek kurumu, Ankara, 1996
Məqalələri Redaktə
- C. Cabbarlının “Sevil” əsərində tiplərin dili (tezis). S. M. Kirov adına ADU, IV tələbə elmi sesiyası (məruzələrin tezisləri), 1949
- Bir tərcümə haqqında. “Azərbaycan gəncləri” qəz., 1952, № 129.
- Müasir Azərbaycan dilində feili sifət tərkibləri haqqında, Azərb. Dövlət Un., 1956, № 8
- Azərbaycan dili və ədəbiyyatın tədrisi, “Ədəbiyyat və incəsənət” qəz., 1956, № 36
- Müasir Azərbaycan dilində ədatlar haqqında, “Azərbaycan məktəbi” jur., 1958, № 1
- Şərəfli həyat yolu, “Azərbaycan müəllimi” qəz., Bakı, 23 oktyabr 1958, № 239.
- Qocaman müəllim, “Azərb. müəllimi” qəz., 1958, № 19/X
- Əlavə, Azərbaycan dilinin qrammatikası, sintaksis, Azərb. SSR EA-nın nəşriyyatı, 1959
- Xüsusiləşmə, Azərbaycan dilinin qrammatikası, sintaksis, Azərb. SSR EA-nın nəşriyyatı, 1959
- Təyin, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşri, 1959
- Əlavələr, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşr, 1959
- Cümlənin xüsusiləşmiş üzvləri, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşr , 1959
- Təyin və xəbər budaq cümlələri haqqında, Azərbaycan məktəbi, 1959, № 10
- Mübtəda və tamamlıq budaq cümlələri haqqında, “Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1960, IV buraxılış
- Müasir Azərbaycan dilindəki qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında, ADU-nun elmi əsərləri, 1961, № 2
- Şərt budaq cümləsi, “Azərbaycan məktəbi”jur., 1961, № 4
- Müasir Azərbaycan dilindəki qovuşmuş budaq cümlələr haqqında, Azərb. Dövlət Un. elmi əsərləri, 1961, № 6
- Feili sifət və feili bağlama tərkibləri possesiv quruluşa malik olan söz birləşmələridir. Azərb. Dövlət Un. elmi əsərləri, 1962, № 3
- Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr. Azərb. SSR EA xəbərləri, 1962, № 7
- Çoxbudaqlı tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 1
- Tabeli mürəkkəb cümlələrin qurulmasında ədatların rolu, Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 6
- Azərbaycan dilində işlənən “ki” bağlayıcısının mənşəyi haqqında. Azərb. SSR EA, Ədəbiyyat və Dil İnstitunun elmi əsərləri, 1963, 17-ci cild
- Bacarıqlı kadrlar hazırlayaq, “Lenin tərbiyəsi uğrunda” qəz., 1966, № 8.
- Dilçilərin Səmərqənd məclisi, “Lenin tərbiyəsi uğrunda” qəz., 1966, № 23
- Tabeli mürəkkəb cümlələr (ixtisas kursu proqramı), ADU nəşri, 1967
- Redaktorun qeydləri, H. Mirzəzadənin “Azərbaycan dilinin tarixi sintaksisi”, “Maarif” nəşr., 1968
- Müasir Azərbaycan dilində “-lay” şəkilçisinin aqibəti və belə, elə sözlərinin etimalogiyası haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1968, № 5
- Bir nömrəli problem, “Ulduz”, 1968, № 7
- “50 söz” kitabçası haqqında, Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 1–2
- Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında, Azərb. Dövlət Un.elmi əsərləri, 1969, № 3–4
- Elm aləmində. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 3–4
- Qarışıq tipli tabesiz mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 5–6
- Böyük Sovet türkoloqu, “Bakı” qəz., 1969, № 282
- Sevinirik, fəxr edirik. “Lenin tərbiyəsi uğrunda” qəz., 1970, № 8
- Baş və budaq cümlələr haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 5–6
- Müasir türk dillərində köməkçi nitq hissələri, tanıtım, Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 2
- Bağlayıcısız tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1971, № 4
- Zamanın tələbi. “Lenin tərbiyəsi uğrunda”qəz., 1972, № 10
- Tabeli mürəkkəb cümlələrin sadələşməsi prosesi, Azərb. Dövlət Un.elmi əsərləri, 1972, № 3
- Kitabi-Dədə Qorqud dastanlarında tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1973, № 2
- Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerine. Türk dili Bilimsel Kurultayına sunulan Bildiriler, Ankara Universitesinin basımevi. Ankara, 1975.
- N. Nərimanov və ana dili. Azərb. Dövlət Un. elmi əsərləri, 1976, № 6
- Qədim –ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. I məqalə, Azərb. Dövlət Un.elmi əsərləri, 1977, № 6.
- Qədim –ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. II məqalə, Azərb. Dövlət Un.elmi əsərləri, 1978, № 1.
- Azərbaycan dilində yiyəlik halın vəzifəsi, ADU, “Elmi əsərləri”, 1978, № 4
- Monqol-Azərbaycan leksik paralelləri. İlk qeydlər, ADU, “Elmi əsərləri”, 1979, № 3
- İstedadlı türkoloq. ADU-nun “Elmi əsərləri”, 1979, № 3
- İstedadlı dilçi, “Şərq qapısı” qəzeti, 1979, № 151
- Şifahi nitq haqqında // “Dil mədəniyyəti” məcmuəsi, Bakı: “Elm”, 1979.
- Azərbaycan dilçiliyinin inkişaf prespektivləri // “Azərbaycan dilçiliyi məsələləri” toplusu, ADU, 1981.
- Xüsusiləşmə. Müasir Azərbaycan dili, III c., “Elm”, 1981.
- Əlavə. Müasir Azərbaycan dili, III c., “Elm”, 1981.
- Sovet hakimiyyəti illərində dilçiliyimizin inkişafı, Azərb. Dövlət Un. elmi əsərləri, 1967, № 4–5
- Tabesiz mürəkkəb cümlə. Müasir Azərbaycan dili, III c., “Elm”, 1981.
- A. Kazımbəy. Azərbaycan Sovet Ensiklopediyası, 5-ci cild, 1981.
- Dilçiliyinin inkişaf yolları. “Ədəbiyyat və incəsənət” qəz., 1982, № 52.
- Azərbaycan dilində r-z münasibəti haqqında // Azərbaycan filologiyası məsələləri, 1984.
- Bəzi nitq hissələrinin müəyyənləşdirilməsinə dair // “Azərbaycan dilində adların morfologiyası” toplusu, ADU, 1984.
- Cümlə üzvlərinin öyrənilməsində və tədrisində morfologiya ilə sintaksisin əlaqəsi. tezis. ADPİ nəşr., 1984.
- Predikativlər haqqında. “Azərbaycan dili və ədəbiyyatının tədrisi” j., 1985, № 2.
- Azerbaycan dilində r-z nisbeti. IV Milletlerarası Türkoloji Kongresi, I cilt, İstanbul, 1985.
- Azərbaycan dilçiliyinə töhfə. “Kitablar aləmində” jur., 1987, № 4
- Azərbaycan toponimiyasında Azərbaycan-monqol paralelləri// “Azərbaycan onomastikası problemləri, II cild, APİ, Bakı: 1988.
- Ədəbi dil tariximizin tədqiqi nümunəsi, “Ulduz” j., Bakı: 1988, № 12.
- Onomastikaya biganə yanaşmaq olmaz, APİ, “Gənc müəllim” qəz., 1988, 15 aprel.
- Azərbaycan ədəbi dili. tanıtma,”Azərbaycan müəllimi” qəz., 1988, 13 aprel.
- İstanbulda əlifba simpoziumu. “Bakı” qəzeti, 1991, 9 dekabr, səh.3.
- Biz də bir şey başa düşürük. “Azərbaycan” qəzeti, 28 may 1991.
- Ana dili. Onu hər yerdə başa düşürlərmi? “Xalq” qəzeti, 27 dekabr 1991, səh. 3.
- Bizim bir şairimiz də var imiş. “Aypara” qəzeti, 1991
- Əlifba dartışması, “Aypara” qəzeti, 14 may 1991, səh.3.
- Türk dilinin yaşı. “Bakı” qəzeti, 17 aprel,1991, səh.3.
- Yunus Əmrə və Azərbaycan dili, “Dədə Qorqud” qəzeti, 18 iyun1991, səh.3.
- Türk xalqlarının yaxınlığı naminə. “Bakı” qəzeti, 2 oktyabr 1992, səh.3.
- Urmiyadan gələn məktuba cavab. “Elm” qəzeti, 17 yanvar 1992, səh.1
Xarici dillərdə
- О происхождении азербайджанского союза “ki” (тезисы). Актуальные вопросы совр. Языкознания и лингвистическое наследие Е.Д. Поливанова, Самарканд, 1964
- К эволюции тюркского синтаксиса (тезисы). Материалы Всесоюзной конференции “Основные проблемы эволюции языка, Самарканд, 1966
- Самаркандский форум языковедов. “За Ленинское воспитание”, 1966, № 23, 0,1
- К эволюции синтаксического строя тюркских языков. Уч. Записки АГУ им. С.М. Кирова, 1967, № 1
- К вопросу о происхождении сложноподчиненных предложений в тюркских языках, Уч. Записки АГУ им. С.М. Кирова, 1967, № 3
- Пути возникновения сложноподчиненных предложений в тюркских языках (тезисы), Всесоюзная научная конференция по тюркским языкам, Баку: 1969
- Крупный советский тюрколог, “Баку”qəz., 1969, № 282
- Берлинский форум алтаистов, “Советская тюркология”, 1970, № 3, Соавтор Г.П.Мелъников
- Международная конференция алтаистов, Изв. АН СССР, серия языка и литература, 1970, том 29, вып. 4, Соавтор Г.П.Мелъников и К.М.Мусаев
- Об этимологии слов “белə”, “елə”, “Вопросы тюркологии”, “Элм”, Баку, 1971
- Пути возникновения сложноподчиненных предложений в тюркских языках, “Советская тюркология”, 1970, № 3
- Сложные предложения усложненного типа в азербайджанском языке, “Советская тюркология”, 1971, № 3
- Бессоюзные сложноподчиненные предложения, “Советская тюркология”, 1971, № 4 1973, s.212.
- Житъ и трудитъся во имя людей, Баку, 16 октябр 1991, səh.2.
- Bizler də birşeylər anlıyoruz ama! “Alfabe meselesi” kitabı üzerine.”Türk kültürü” aylıq dergisi, 1991, № 342, səh.613–617.
- Azerbaycan alfabesi tarixinden. Fahir İz Armagani II. Harvard University, Cambridge, MA. USA. 1991, s.381–386.
- Изучение сложноподчиненного предложения, (1 статья) // ADU, “Azərbaycan dilinin qrammatik quruluşu meseleleri” toplusu, Bakı: 1982.
- Изучение сложноподчиненного предложения, (2 статья) //ADU, “Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” toplusu, Bakı: 1983.
- И.Х.Ахматов. Структурно-семантические модели простого предложения в современном карачаево-балкарском языке (Основные вопросы теории, Эльбрус, Нальчик, 1983, 360 стр.), рецензия, “Советская тюркология”, 1984, № 5, стр.74–77.
- К вопросу r-z в тюркских языках. “Советская тюркология”, 1984, № 2.
- Об афинитных конструкциях в тюркских языках. “Советская тюркология”, 1986, № 2, с. 51–55.
- Новый подход к описанию морфологии турецкого языка. EA-nın “Xəbərlər”i, 1986, № 2, соавтор В.Пинес.
- Одноядерные и двуядерные сложноподчиненные предложения. “Советская тюркология”, 1987, № 1, соавтор А.Джавадов.
- Азербайджано-монгольские языковые связи. Тезис. PİAK, Taşkent,1986, II toplu.
- Певучая, как музыка, речь. О взаимоотношениях армянского и азербайджанского языков. “Понарама Азербайджана”, 6–12 декабря 1991 г., səh. 6.
- О трансформации компонентов сложноподчиненных предложений. “Советская тюркология”, 1972, № 6
- О работе ГЭК. “За Ленинское воспитание”, 1972, № 3
- Об эволюции морфемы -гару в тюркских языках. “Восточная филология”, т.3, Тбилиси, 1973
- Über die Herkunft der konjunktion ki im Azerbaidşhanischen. “Ural-Altaiche Yahrbücher, Wiesbaden, 1967.
- Sür l”evolution ineqale de la strüctüre sintaxiqe des lanques türques. Resume. XXIX-e congress İnternational des orientalists. Paris,
- Знакомтесь: самоучитель. “Бакинский рабочий” qəz., 1978, № 7, соавтор В.Пинес.
- Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerine, Türk dili bilimsel Kurultayının sunulan Bildiriler. Ankara Universitesi basımevi, Ankara, 1975.
- Пути возникновения сложноподчиненных предложений в тюркских языках, “Советская тюркология”, 1970, № 3
- Сложные предложения усложненного типа в азербайджанском языке, “Советская тюркология”, 1971, № 3
- Бессоюзные сложноподчиненные предложения, “Советская тюркология”, 1971, № 4
- О трансформации компонентов сложноподчиненных предложений. “Советская тюркология”, 1972, № 6
- О работе ГЭК. “За Ленинское воспитание”, 1972, № 3
- Об эволюции морфемы -гару в тюркских языках. “Восточная филология”, т.3, Тбилиси, 1973
- Über die Herkunft der konjunktion ki im Azerbaidşhanischen. “Ural-Altaiche Yahrbücher, Wiesbaden, 1967.
- Sür l”evolution ineqale de la strüctüre sintaxiqe des lanques türques. Resume. XXIX-e congress İnternational des orientalists. Paris, 1973, s.212.
- Развитие направителъного падежа в тюркских языках, Sprache, Geschichte und Kultur der Altaischen Völker, Berlin, 1974
- Новое в изучении грамматического строя тюркских языков. ADU, “Elmi əsərləri”, 1976, № 6, соавтор В.Пинес, И.Гаджиев, К.Велиев.
- Сложные предложения в карачаево-балкарском языке. Грамматика карачаево-балкарского языка. Нальчик, 1976, соавтор И.Ахматов,
- Историческое исследование по турецкому языку. Уч.записки АГУ,1977, № 4, соавтор В.Пинес, И.Гаджиев
ASE-nın ayrıca cildi üçün yazılmış məqalələr Redaktə
- Azərbaycan dilçiliyi
- S. S. Cikiya
- S. A. Cəfərov
- X. S. Xocayev
- A. G. Nəsənov
- Ədat
- Cümlə
- Sadə cümlə
- Mürəkkəb cümlə
- Cümlə üzvləri
- Tabeli mürəkkəb cümlə
- Tabesiz mürəkkəb cümlə
- Sintaksis
- Tabesizlik
- Tabelilik
- Predikativlər
- Əlavələr
- Xüsusiləşmə
- Cümlənin məntiqi və qrammatik quruluşu
- Baş cümlə
- Budaq cümlə
Əlövsət abdullayev sintaksis
Görkəmli dilçi Əlövsət Abdullayevin 100 illiyi � tamam � olub
17 fevral Azərbaycan dilçiliyinin görkəmli alimlərindən biri, uzun illər dilimizin ən aktual problemlərini tədqiq edərək, bu sahədə bir sıra əsərlərin və dərsliklərin müəllifi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Zakir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən ” İki sahil”ə verilən məlumata görə , Alim 1921-ci ildə � Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur . İlk təhsilini Şamaxı rayonunda alan Əlövsət Abdullayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş , lakin Böyük Vətən müharibəsi başlandığı zaman cəbhəyə yola düşdüyü üçün təhsilini yarımçıq qoymuşdur . Müharibə bitdikdən sonra yenidən universitetə qayıdıb , 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir .
Əlövsət Abdullayev � 1954-cü ildə � Müasir Azərbaycan dilində xüsusiləşmələr � mövzusunda namizədlik dissertasiyası , 1963-cü ildə isə � Azərbaycan dilində tabeli mürəkkəb cümlələr � mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir . Ə.Abdullayev 140-dan çox əsər , 15- dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir . Professorun tədqiqat obyekti olan dilçilik sintaksis , morfologiya , tarixi qrammatika , orfoepiya və digər sahələr müasir dilçiliyimizin formalaşmasında önəmli rol oynayır . Ə.Abdullayev yalnız ölkəmizdə deyil , onun hüdudlarından kənarda da məşhurdur . Müxtəlif illərdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmiş , məruzələr oxumuşdur .
Xatırladaq ki , Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası qorunur . 1250 nüsxə nəşrdən təşkil olunmuş kolleksiyaya Ə.Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar , Azərbaycan , rus , türk , fransız , polyak , özbək , fars , tatar və digər dillərdə olan lüğətlər , dilçilik elminə aid kitablar , ensiklopediyalar , həmçinin Qurani-Kərim kitabı daxildir . Bu nəşrlər sırasında Ə.Abdullayevin əsərlərindən � Köməkçi nitq hissələri �, � Dil , Siyasət , Sosial tərəqqi �, � Müasir Azərbaycan dili , Sintaksis �, � Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr �, � Sintaksisin aktual məsələləri �, � Türk dillerinde bağımlı birle şik cümlelerin evrimi üzerinde �, � Azərbaycan dili məsələləri � və digərlərinin adlarını qeyd etmək olar . Kolleksiyada , eyni zamanda Ə.Abdullayevin övladlarının müəllifi olduqları kitablarına da rast gəlinir . Bütün bu kitablar elektron kataloqda həm Azərbaycan , həm də rus dillərində kolleksiya bölməsində əks olunub . Kitabların bir qismi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına əlavə edilib .
Qeyd edək ki , 2019-cu ildə professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası görkəmli alimin qızı , filologiya elmləri doktoru Sənubər Abdullayeva tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə olunub .
525-ci qəzet.- 2021.- 18 fevral.- S.9.
Tire yoxsa defis ?
1. Durğu işarələri haqqında məlumat vermək, onların mahiyyətini, funksiyasını izah etmək.
2. Tire və defisin fərqlərini izah etmək.
3. Tirenin işlənmə yerləri haqqında məlumat vermək.
4. Defisin işlənmə yerləri haqqında məlumat vermək.
Professor Ə. Dəmirçizadənin xatirələrində Səməd Vurğunun vergül üstündə necə çıxılmaz vəziyyətdə qalması haqqında yazılır. Bu vəziyyət aşağıdakı sətirlərdə vergülün unudulması ilə bağlı yaranıb.
Mən and içdim rəhbərimin vicdanındakı,
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada şair rəhbərin vicdanındakı şeiriyyətdən danışır, hansı ki, günəşdən də parlaqdır. Lakin bir mətbuat orqanında vergül unudulmuş və şairi sevməyənlər dərhal bundan istifadə etmişlər.
Mən and içdim rəhbərimin vicdanındakı
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada isə şairin fikri “rəhbərin vicdanındakı günəşdən daha parlaq bir şeiriyyətə and içilməsi” kimi yozulmuşdur.
Qeyd edilmiş hadisə durğu işarələrinin yazılı niqtimizdəki əhəmiyyətlilik dərəcəsini göstərir. Şifahi nitqimiz qədər yazılı nitqimizin də düzgün, dəqiq olmasına çalışmalıyıq. Səslədirdiyimiz cümlənin avazını, intonasıyasını, vurğusunu, fasiləsini və başqa əlamətlərini yazıda durğu işarələri vasitəsilə göstəririk. Durğu işarələri yazılı nitqimizə müxtəlif məna, məqsəd və psixoloji məna çalarları verir. Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.
Durğu işarələrini yerində işlətmədikdə ifadə edilən fikirdə dolaşıqlıq yaranır, şifahi nitqlə yazılı nitq arasında məzmun uyğunluğu pozulur. Yazı zamanı fikirlərimizin aydın başa düşülməsi, düzgün tələffüzü üçün durğu işarələrindən yerində istifadə etməyimiz əsas şərtlərdən biridir.
Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi Punktuasiya adlanır. Punktuasiya latınca “punktum” sözündən olub, nöqtə deməkdir.
−Dilimizdə durğu işarələrinin tarixi haqqında nə bilirik?
−Azərbaycan dilində durğu işarələrinin işlədilməsi ideyasını ilk dəfə M.F.Axundov irəli sürmüş, işarələr təklif etmişdir. Durğu işarələri ilk dəfə “Əkinçi” qəzetində və “Vətən dili” (A.O.Çernayayevski) dərsliyində işlənmişdir.
Hazırda durğu işarələrinin işlədilməsi ilə bağlı əsas çətinliklərdən biri də tire ilə defisin işlənmə məqamları ilə bağlıdır. Əksər hallarda tire defislə qarışdırılır.
−Tire ilə defisin fərqi nədir?
−Tire durğu işarəsi olduğu halda, defis durğu işarəsi deyil. Tire həcmcə defisdən daha böyükdür. Tire sintaktik, defis isə morfoloji anlayışdır. Tiredən daha çox sintaktik kateqoriyalarla, defisdən isə mürəkkəb sözlərin yazılışı və bəzi texniki məqsədlərlə bağlı olaraq istifadə edilir. Buna görə də defis dilçilik ədəbiyyatında orfoqrafik işarə kimi verilir.
−Dilçiliyin punktuasiya bölməsi tədqiq edilməyini gözləyən bölmələrdəndir. Punktuasiya bölməsi ilə bağlı yeni tədqiqat əsərləri yazılmalıdır.
−Yazılı nitqimizdə tiredən hansı məqamlarda istifadə etməliyik?
−Tire (−) [fransızca] uzun üfiqi xətt şəklində durğu işarəsi. Morze əlifbasında da tiredən istifadə olunur. Tire işarəsinin işlənməsi ilə bağlı müxtəlif mənbələrdən topladığım məqamlarla tanış olaq.
1. Dilimizdə sıra saylarını ifadə etmək üçün bəzən ərəb rəqəmlərindən də istifadə olunur. Bu zaman rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə kiçik hərflə yazılır.
Məsələn: 1 – sadə cümlə, 2 – mürəkkəb cümlə v ə s.
2. Ümumləşdirici sözlər və birləşmələr həmcins üzvlərdən sonra işləndikdə yazıda onlardan əvvəl tire (bəzən vergül) qoyulur və bu zaman həmcins üzvlərlə verilən təfərrüatı ümumiləşdirir.
Məsələn: Burda hər şey −çardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış pəncərənin dalında görünən mis dolça da mənə anamı xatırladırdı. (İ.Hüseynov)
3. Dialoqda hər adamın danışığı yeni sətirdən verilir və ondan əvvəl tire işarəsi qoyulur.
−Səncə, bu gövdəli, qollu-qanadlı palıd nəyə görə yerə yıxılıbdır?
−Yəqin ki, bu gecə güclənən küləyə görə.4. V asitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur.
Məsələn: −Kaş o qayğısız günlərimi yenidən keçirəydim, yenidən yaşayaydım, −dedi. (Ə.Babayeva) (−V, −m.)
5. Müəllifin sözləri vasitəsiz nitqin arasında işləndikdə ondan əvvəl tire, müəllifin nitqindən sonra isə vergül və tire və yaxud nöqtə və tire qoyulur.
Məsələn: −Boy, allah eləməsin, −demişdi, −Niyə elə deyirsən, qızım. (Ə.Babayeva) (−V, −m, −V.)
6. Vasitəsiz nitq müəllifin sözlərinin arasında işləndikdə vasitəsiz nitqdən əvvəl qoşa nöqtə və tire, vasitəsiz nitqdən sonra onun intonasiyasına uyğun olaraq vergül, nida və ya sual işarəsi və tire qoyulur.
Məsələn: Zöhrə qışqıraraq: −Səni çağırdım ki, yetimlərin yanında qalasan. Çağırmadım ki, mənə dərs deyəsən, −deyərək qapını çırpıb getmişdi. (Ə.Babayeva) (M: −V, −m.)
8. Vasitəsiz nitq ilə müəllifin sözləri bir-birini ardıcıl şəkildə əvəz edə bilir. Bu zaman dialoq nitqində yuxarıda qeyd edilən durğu işarəsi qaydalarından istifadə edilir.
Məsələn: Əhməd bunu gördü və Səlimə gözünü ağartdı: −İşin olmasın, −dedi, −bu saat özü tapacaq. (İ.Şıxlı) ( M: −V, −m, −v.)
9. Mətn arasına girən cümlələr mətndən ya mötərizə ilə ayrılır, ya da onun hər iki tərəfinə tire qoyulur.
10. Mübtəda qrupu ilə xəbər qrupu həcm etibarilə bir-birinə bərabər gələrsə. Onların arasına tire işarəsi qoyulur.
Məsələn: Məhsul yığımında gecikmək –çoxlu itkiyə yol vermək deməkdir.
11. Xüsusiləşən əlavələr əsas üzvdən tire ilə ayrılır (vergüllə də ayrıla bilər).
12. Dram əsərlərinin iştirakçıları barədə məlumat verərkən, addan sonra tire qoyulur.
Məsələn: Məşədi İbad –50 yaşında qoca kişi.
13. Məkan və zaman başlanğıc və bitmə nöqtələrini ifadə edərkən, arada tire qoyulur.
Məsələn: Bakı–Şamaxı yolu, Bakı–Moskva qatarı, 29–30-cu illər, XIII–XVI əsrlər.
Mötərizədə tire ilə ayrılan illər adamın anadan olma və vəfat etmə tarixlərini bildirir.
Məsələn: M.Ə. Sabir (1862–1911).
Bu, hadisələrə də aid olub, onun başlanğıcı və bitmə zamanını bildirə bilər.
Məsələn: Böyük Vətən müharibəsi (1941–1945).
İki isim arasında qoyulan tire ortaqlılıq da bildirir:
Məsələn: Coul–Lens qanunu, İran–İraq müharibəsi, Polşa–Azərbaycan Dostluğu Cəmiyyəti və s.
–Defisdən harada istifadə etməliyik?
–Defis ( – ) [latınca] Yazıda istifadə olunan ən qısa üfüqi xətdir. Azərbaycan dilinin qrammatik qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur:
1. Mürəkkəbləşmiş sözlərin və ifadələrin yazılışında:
ala-bəzək, az-az, ad-san, qeyri-rəsmi, əks-hücum və s.
2. Söz hissələri arasında:
Sətirdən-sətrə keçərkən: işlə-yir, dola-yır, dinlənmiş-dir və s.;
3. Ayrıca yazılan şəkilçinin əvvəlində: -dan, -çı, -lar, -mı, -dı və s.;
4. Rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rəqəm arasında: 9-cu, 3-cü və s.
–Hansı sözlər defislə yazılır?
1. Tərkibindəki sözlərdən biri, bəzən də hər ikisi ayrılıqda məna verməyən və ya başqa məna verən isim, sifət və zərflər:
dedi-qodu, iş-güc, yara-xora, kol-kos, geyim-keçim, nəm-mün, pal-paltar, sir-sifət, sür-sümük, çör-çöp, adda-budda, qarma-qarışıq, kələ-kötür və s.
2. Hər iki tərəfi -maz, -məz şəkilçisi qəbul etmiş fellərdən əmələ gələn sifət və zərflər:
bitməz-tükənməz, dinməz-söyləməz, və s.
4. Tərkibində qeyri sözü olan sifət və zərflər:
qeyri-adi, qeyri-qanuni, qeyri-iradi, qeyri-kafi, qeyri-müəyyən, qeyri-mümkün, qeyri-rəsmi, qeyri-səmimi, qeyri-təbii, qeyri-üzvi və s.
5. İki sözdən əmələ gəlib birincisi -i (-yi) şəkilçisi qəbul edən isimlər:
vəsfi-hal, nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal və s.
6. Eyni sözün təkrarı ilə əmələ gələn isimlər:
aşıq-aşıq, qoz-qoz, daş-daş, pıç-pıç, top-top, cəh-cəh, civ-civ, cik-cik və s.
7. Mənaca bir-birinə yaxın, ya uzaq, ya da zidd olan ayrı-ayrı sözlərdən əmələ gələn isimlər:
ab-hava, abır-həya, ağız-burun, ad-san, alğı-satqı, alış-veriş, arvad-uşaq, ah-fəğan, bağça-bağ, baş-ayaq, var-yox, qəpik-quruş, qohum-qardaş, dava-dərman, dərə-təpə, əl-ayaq, gecə-gündüz, naz-qəmzə, nəvə-nəticə, od-alov, səs-küy, səs-səda, təhvil-təslim və s.
8. Ölçü vahidlərini bildirən isimlər:
qram-kalori, qram-ekvivalent, kilovat-saat, kiloqram-metr, ton-kilometr və s.
9. Cəhətlər arasını bildirən isimlər:
cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq və s.
10. Müxtəlif mənada işlənib, tərkib daxilində bir məfhum ifadə edən isimlərdən əmələ gətirilən tərkiblər:
alim-geoloq, inqilabçı-yazıçı, kapitan-leytenant, kafe-restoran, general-qubernator, general-leytenant, general-mayor, suvarma-meliorasiya və s.
11. Klassik muğam adlarını bildirən isimlər:
bayatı-qacar, bayatı-əcəm, bayatı-isfahan, bayatı-kürd, bayatı-türk, bayatı-şiraz, mahur-hindi və s.
12. Eyni sadə və ya düzəltmə sifətin təkrarı ilə əmələ gələn sifətlər:
balaca-balaca, dadlı-dadlı, yumru-yumru, yüklü-yüklü, lopa-lopa, pis-pis, yaxşı-yaxşı və s.
13. Mənaca bir-birinə yaxın, ya uzaq və ya zidd olan sifətlərdən düzələn mürəkkəb sifətlər:
adlı-sanlı, almalı-armudlu, allı-güllü, bağlı-bağatlı, daşlı-kəsəkli, evli-eşikli, əməlli-başlı, ətli-qanlı, otlu-sulu, pis-yaxşı, saysız-hesabsız, ucsuz-bucaqsız və s.
14. İki kökdən əmələ gəlib, əlavə əlamət və ya rəng bildirən sifətlər:
ala-babat, ala-bəzək, ala-çiy, ala-qara, al-əlvan, ala-yarımçıq, ala-tala, tünd-qırmızı və s.
15. İki və daha artıq isimdən əmələ gəlib, bütöv bir anlayış bildirən, arasında “və” bağlayıcısı qoymaq mümkün olan sifətlər:
dil-ədəbiyyat (fakültəsi), ticarət-sənaye (mərkəzi), fabrik-zavod (məktəbi), fəhlə-zavod ( məktəbi), fəhlə-kəndli (birliyi) və s.
16. Hər iki tərəfi –i (və ya –vi) şəkilçisi qəbul etmiş sifətdən əmələ gələn sifətlər:
elmi-kütləvi (məqalə), ədəbi-bədii (məcmuə), tarixi-ictimai ( hadisə), ictimai-iqtisadi (vəziyyət), ictimai-siyasi (məsələ), mədəni-kütləvi (iş), siyasi-kütləvi (iş) və s.
17. Qarşılıqlı əlaqə, münasibət bildirən sifətlər:
Azərbaycan-rusca (lüğət), rusca-azərbaycanca (lüğət), farsca-rusca (lüğət) və s.
18. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildirən sifətlər:
burjua-demokratik (inqilabı), icma-qəbilə (quruluşu), materialist-dialektik (nəzəriyyə), sosial-demokratik (nəzəriyyə) və s.
19. Qeyri-müəyyənlik bildirən miqdar sayları:
iki-üç, on-on beş, əlli-altmış və s.
20. -i şəkilçisi qəbul edib düzəlmiş sifətlə isim birləşməsindən yaranan mürəkkəb sifətlər:
elmi-tədqiqat (institutu), hərbi-dəniz (qüvvələri) və s.
21. Tərkibində -ıb,-ib, ub, -üb şəkilçili feli bağlama olan fellər:
bəzənib-düzənmək, itib-batmaq, yazıb-yaratmaq, gedib-gəlmək, oturub-durmaq, çalışıb-çapalamaq və s.
22. Tərkibindəki birinci sözü -ar, -ər, (-r), ikinci sözü isə -maz, -məz şəkilçili feli bağlama birləşməsi: başlar-başlamaz, istər-istəməz, işlər-işləməz, yazar-yazmaz, gələr-gəlməz, görər-görməz və s.
23. Eyni sözün (isim, sifət, say və ya zərfin) təkrarı ilə düzələn zərflər:
addım-addım, az-az, asta-asta, acı-acı, beş-beş, qarış-qarış, qəmgin-qəmgin, damcı-damcı, dəstə-dəstə, ehmal-ehmal, iki-iki, yazıq-yazıq, gec-gec, parça-parça, sabah-sabah, səhər-səhər, tez-tez və s.
24. -a, -ə, (-ya, -yə,) şəkilçili eyni felin təkrarından əmələ gələn zərflər:
qaça-qaça, bilə-bilə, gülə-gülə, ağlaya-ağlaya, oxuya-oxuya, işləyə-işləyə, sürüyə-sürüyə və s.
25. Müəyyən mənaya malik olan söz ilə ayrılıqda başqa məna verən və ya heç bir mənası olmayan sözün yanaşmasından əmələ gələn zərflər:
ac-acına, sayır-bayır, uzun-uzadı, xəbər-ətərsiz, dava-dalaş və s.
26. Təkrar olunan sözün, yəni ikinci sözün -a, -ə (-ya, -yə) şəkilçisi qəbul etməsi ilə düzələn zərflər:
baş-başa, qabaq-qabağa, qarşı-qarşıya, daban-dabana, diz-dizə, yan-yana, heç-heçə, çiyin-çiyinə və s.
27. Birincisi -dan, -dən, ikincisi -a, -ə şəkilçisi qəbul etmiş eyni sözün təkrarından və ya müxtəlif sözün yanaşmasından əmələ gələn zərflər:
axşamdan-axşama, açıqdan-açığa, başdan-başa, ildən-ilə, gizlindən-gizlinə, gündən-günə, haçandan-haçana və s.
28. Eyni nitq hissəsinə aid olan müxtəfif mənanlı sözlərin yanaşmasından əmələ gələn zərflər:
az-çox, açıq-aydın, açıq-aşkar, elə-belə, zor-güc, kor-peşman, ora-bura və s.
29. -dan şəkilçisi ilə iki eyni nitq hissəsindən əmələ gələn zərflər:
azdan-çoxdan, altdan-altdan, ordan-burdan və s.
30. Eyni sadə nidaların təkrarından düzələn mürəkkəb nidalar:
hay-hay, bəh-bəh, pəh-pəy, uy-uy, ha-ha-ha və s.
31. Qısaltma sözələrə qoşulan şəkilçilər ya qısaltmadakı sonuncu saitlə, ya da samit hərfin adındakı saitlə ahəng qanunu əsasında uyuşdurulur və şəkilçilərdən əvvəl defis qoyulur:
BMT-də, BDU-ya, ADA-ya və s.
32. Qısaltmanı təşkil edən hərflər yanında konkretləşdirici rəqəm olduqda hərflərlə rəqəm arasında defis qoyulur:
İL-18, QAZ-51, TU-144, və s.
33. Saylar ərəb rəqəmləri ilə yazıldıqda saylara qoşulan şəkilçilərdən əvvəl defis qoyulur:
saat 5-ə qədər, ayın 11-də, 3-cü və s.
34. Ayrıca yazılan şəkilçilərin əvvəlinə defis qoyulur:
-acaq, -əcək, -yacaq, -yəcək, -dır, -dir, -dur, -dür və s.
QEYD: Durğu işarələrinin yazıda səhv işlədilməsi və ya qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.
Durğu işarələrinin oxunması ideoqrafik yazıya əsaslanır.
İstifadə olunmuş mənbələr:
1. Ə. Dəmirçizadə “Müasir Azərbaycan dili” I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı. “Şərq-Qərb”, 2007
2. Z. İ. Budaqova “Azərbaycan dilində durğu işarələri” Bakı, 2007
3. Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov. “Müasir Azərbaycan dili” IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2017
4. Q. Ş. Kazımov “Müasir Azərbaycan dili”. Sintaksis. Bakı, “Təhsil”, 2007
Mütəmadi olaraq dilimiz haqqında yazılar paylaşacağam, sizə də maraqlı olan dilimizlə bağlı mövzular varsa, şərhlər bölümündə qeyd edə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.