Press "Enter" to skip to content

İnformasiya müharibəsi texnologiyaları/Fəsil 1. İnformasiya müharibəsi və müasir cəmiyyət

İnternet məkanında multimedia fayllarının təsir gücünün artırılması məqsədi ilə onların düzgün strukturlaşdırılması və kontentə uyğun yerləşdirilməsində məhdudiyyətli klasterləşmə metodu işləmişdir;

Azərbaycan Milli Elmlər Akademiyası

Müxtəlif təyinatlı korporativ informasiya sistemləri (“Auditorlar Palatası” verilənlər bazası idarəetmə sistemi (VBİS), “Kadrlar” korporativ informasiyasi stemi və s.) işlənmişdir.

Korporativ şəbəkə mühitində paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) mürəkkəb sorğuların yerinə yetirilməsi üçün yeni yanaşmalar təklif etmişdir.

AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir;

Wiki-mühitdə informasiya müharibəsinin əsas komponentlərindən olan konfliktli viki-səhifələrin aşkarlanması üçün metod işləmişdir: konfliktli viki-səhifələrin məzmuna görə klasterləşdirilməsi üçün hibrid çəkili qeyri-səlis c-means alqoritmi işləmişdir;

Sosial mediada informasiya müharibəsi texnologiyalarını reallaşdıran gizli sosial şəbəkənin aşkarlanması məqsədilə onların sintezi və analizi üçün metod və alqoritm işləmişdir;

İnternet məkanında multimedia fayllarının təsir gücünün artırılması məqsədi ilə onların düzgün strukturlaşdırılması və kontentə uyğun yerləşdirilməsində məhdudiyyətli klasterləşmə metodu işləmişdir;

İnternet məkanında multimedia resurslarından səmərəli istifadə üçün “sürü” intellektinə əsaslanan adaptiv parametrli optimallaşma alqoritmi işləmişdir;

Wikipedia layihələrində konfliktli viki-səhifələrin və gizli sosial şəbəkələrin aşkarlanması üçün analitik sistem işləmişdir;

Sosial mediada toplanan mətnin emosional tonallığının qiymətləndirilməsi üçün ümumi konseptual model təklif etmişdir;

E-dövlət mühitində sosial kredit sisteminin perspektivləri analiz olunmuş, sosial kredit sisteminin yeni konseptual modelini işləmişdir;

  1. Alakbarova I.Y. Comparative analysis of information attacks in Internet // Информационные технологии и компьютерная инженерия, 2010, №3 (19), стр. 81-87.
  2. Алгулиев Р.М., Алекперова И.Я. Сетевые атаки как средства введения информационной войны в интернет-среде / Internet Education Science-2010, New Informational and Computer Technologies in Education and Science, Vinnytsia, VNTU, September 28-October 3, 2010. pp. 38-41.
  3. Ələkbərova İ.Y. İnformasiya müharibəsi texnologiyalarının analizi və təsnifatı // “İnformasiya cəmiyyəti problemləri”, 2010, №2, səh. 80-91.
  4. Alakbarova I.Y. Some Approaches to the Development of Information Influence and Hidden Communications Detection Systems in Wiki-Environment / IV International Conference “Problems of Cybernetics and Informatics” (PCİ), Volume I, September 12-14, 2012, pp. 119-120.
  5. Ələkbərova İ.Y. Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətləri və milli-mənəvi dəyərlərin təsbit olunması və inkişafında alimlərin vəzifələri haqqında / “Elektron elm problemləri” üzrə I Respublika elmi-praktiki konfransın materialları, 15-16 noyabr, 2012, Bakı, səh. 41-42.
  6. Алекперова И.Я. О некоторых подходах к анализу информационного влияния пользователей в социальных сетях // Информационное общество, 2012, №3, стр. 31-38.
  7. Ələkbərova İ.Y. Viki-mühitin sosial-demoqrafik portretinin analizi // “İnformasiya cəmiyyəti problemləri”, №1(5), 2012, səh. 21-28.
  8. Ələkbərova İ.Y. Vikimetrik tədqiqatlarin informasiya təhlükəsizliyində rolu / İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublikaelmi-praktiki konfransı, Bakı, 17-18 may, 2013, səh.109-112.
  9. R.M. Alguliev, R.M. Aliguliyev, Alakbarova I.Y. Cluster approach to the efficient use of multimedia resources in information warfare in Wikimedia // Automatic Control and Computer Sciences. 2014, vol.48, no. 2, pp. 97-108. (Scops).
  10. Алгулиев Р.М., Алыгулиев Р.М. Алекперова И.Я Викиметрические исследования: современное состояние и песпективы // Телекоммуникации, 2014, №5, стр. 15-31.
  11. Ələkbərova İ.Y. Kibermünaqişələrin yaratdığı problemlər və onların həlli yolları / İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı, Bakı, 14 may 2015, səh. 82-85.
  12. Ələkbərova İ.Y. Viki-mühitdə informasiya təsirinin intellektual analizi sisteminin iş prinsipi və elmi aktuallığı // İnformasiya texnologiyaları problemləri, 2015, №1, səh. 70-79.
  13. Ələkbərova İ.Y. İnformasiya müharibəsinin bəzi modelləri haqqında // İnformasiya cəmiyyəti problemləri, 2015, №1, səh. 41-47.
  14. Alguliyev R.M., Aliguliyev R.M., Alakbarova I.Y. Extraction of hidden social networks from wiki-environment involved in information conflict // International Journal of Intelligent Systems and Applications (IJISA), 2016, vol 8, no.2, pp. 20-27 (Scops).
  15. Ələkbərova İ.Y. Viki-mühitdə böyük verilənlərlə bağli problemlər və onlarin big data texnologiyalari vasitəsilə həlli yollari // İnformasiya texnologiyaları problemləri, 2016, №2, səh. 88-97.
  16. Алыгулиев Р.М., Алекперова И.Я. Проблема Big Data в нефтегазовой отрасли: состояние и перспективы // Информационные технологии, 2016, №11.Том 22. с. 862– 869.
  17. Ələkbərova İ.Y. Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı. Bakı, 2018. səh. 161-164.
  18. Əliquliyev R.M., Ələkbərova İ.Y. Emosional tonalliğin analizi metodlari haqqinda // İnformasiya texnologiyaları problemləri, 2018, №1, səh. 3–15.
  19. Əliquliyev R.M., Ələkbərova İ.Y. Elektron dövlət mühitində vətəndaşların sosial krediti sisteminin yaradılmasının konseptual əsasları // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, səh. 3–15.
  20. Əliquliyev R.M., Alıquliyev R.M., Ələkbərova İ.Y. Elektron dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı. Bakı, 2018. səh. 64-67.
  21. Əliquliyev R.M., Ələkbərova İ.Y. Elektron dövlətin formalaşmasinda sosial kapitalin rolunun analizi // İnformasiya texnologiyaları problemləri, 2019, №1, s.35-46.

Linklər

  • RƏSMİ SƏNƏDLƏR
  • BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
  • AMEA İNSTİTUT VƏ TƏŞKİLATLARININ SAYTLARI
  • ELM SAHƏLƏRİ ÜZRƏ PROBLEM ŞURALARI
  • LİNKLƏR

İnformasiya müharibəsi texnologiyaları/Fəsil 1. İnformasiya müharibəsi və müasir cəmiyyət

1.1. İnformasiya müharibəsi termini haqqında [ redaktə ]

Son dövrlər İM ilə bağlı terminlərin müxtəlif sahələrdə geniş istifadə olunması və bununla bağlı konkret məsələlərin meydana çıxması yeni müharibə üsullarının reallaşdırılması problemlərini ortaya atdı. Həqiqətən də hər-hansı işi yerinə yetirməyə başlayarkən ilk növbədə istifadə olunacaq “alətin” əldə edilməsi vacibdir. Başqa sözlə, İM sahəsində terminologiyanın təyin olunması problemlərlə daha yaxından tanış olmaqla yanaşı, İM texnologiyalarının araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bu deyilənlər “kibermüharibə”, “şəbəkə müharibəsi”, “informasiya müharibəsi”, “informasiya qarşıdurması” və bu sahədə digər istifadə olunan terminlərə aiddir.

Deyilənlərin təsdiqi olaraq Sun Szı tərəfindən hələ bizim eradan əvvəl yazılmış “Müharibə incəsənəti” traktatından sitatla tanış olaq: “Qabaqlayıcı bilik elə bir vasitədir ki, onun köməyi ilə məlumatlandırılmış hökmdarlar və müdrük sərkərdələr hücum edərək başqalarını fəth edirdilər. Qabaqlayıcı biliyi şeytandan və ya ruhdan almaq mümkün deyil. onu insanlardan almaq olar, belə ki, bu bilik düşmənin həqiqi vəziyyəti haqqındadır. Cəsusluğun beş növü var: yerli cəsuslar, daxili cəsuslar, ikili cəsuslar, geri dönməyən və geri dönən cəsuslar.” [1]

Tədqiqatlar göstərir ki, indiyə kimi informasiya texnologiyaları sahəsində İM-in ümumi universal anlayışı təyin edilməmişdir. Tarix boyu İM anlayışı təbliğat, təbliğata qarşı mübarizə, dezinformasiya metodları, psixoloji müharibə kimi hadisələrlə əlaqələndirilmişdir. Cəmiyyət inkişaf etdikcə, yeni həyat tərzi yarandıqca, “intellektual iqtisadiyyat” genişləndikcə, İKT inkişaf etdikcə, İC formalaşdıqca İM sosial hadisə kimi əhəmiyyətli dərəcədə avtonomluq statusu almaqdadır. İlk dəfə “informasiya müharibəsi” terminini, 1976-cı ildə Tomas Rona “Boeing” kompaniyası üçün hazırladığı “Silah sistemləri və informasiya müharibəsi” adlandırdığı hesabatında istifadə etmişdir. Hesabatda o, sübut etmişdir ki, informasiya infrastrukturu Amerika iqtisadiyyatının əsas komponentinə çevrilmişdir [2] .

Tədqiqatlar göstərir ki, “kibermüharibə”, “şəbəkə müharibəsi” və “informasiya müharibəsi” terminləri sinonim deyillər, lakin nəzərə alsaq ki, onların hər biri İnternetlə sıx bağlıdır, demək, bu terminlər arasında ümumi cəhətlər çoxdur. Kibermüharibə dedikdə, ilk növbədə kiberfəzada baş verən müharibə nəzərdə tutulur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün kibermüharibə müxtəlif formalarda – dövlətin milli dəyərlərini əks etdirən domen adların ələ keçirilməsindən, domen mübahisələri ilə bağlı məhkəmələrdən başlamış sosial şəbəklərdə baş verən qarşıdurmalara, haker hücumlarına kimi bütün istiqamətlərdə həyata keçirilir.

“Kibermüharibə” termininin ilk dəfə Con Akilla və Devid Ronfeldt tərəfindən “Cyber War Is Coming!” məqaləsində istifadə olunmasına baxmayaraq, bu mövzuda geniş araşdırmalara və kütləvi nəşrlərə 1997-ci ildə həmin müəlliflərin “Afina düşərgəsində: informasiya əsrində münaqişələrə hazırlaşarkən” kitabının nəşrindən sonra başlanmışdıruşdu.

1.2. İnformasiya müharibəsi texnologiyalarının inkişaf mərhələləri [ redaktə ]

İM texnologiyalarının inkişafını informasiyanın cəmiyyətdəki rolunun artması və hissediləcək dərəcədə hakim mövqe tutması ilə bağlamaq daha düzgün olardı. İM texnologiyaları bu gün cəmiyyətin elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi sahələrində nailliyyətlər əldə etmək üçün yüksək effektli vasitələrdən sayılır A [3]

İM və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə təsadüf edir. İnsanlar yaşadıqca İM və informasiya təcavüzü bu və ya digər formada hər zaman mövcud olmuşdur. Ən qədim tarixi və dini kitablarda təsvir edilən hadisələr insanlar arasında informasiya qarşıdurmaları və təcavüzlərinin üzərində qurulmuşdur. Məsələn, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi hazırlıq görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın opdusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər verərək əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsulları digər məşhur sərkərdələr tərəfindən də istifadə edilmişdir (Makedoniyalı İsgəndər, Teymur Ləng və s.).

Fiziki müharibə etmədən İM aparmaq olur, amma İM olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə aparılarkən, eyni zamanda onun tərkib hissəsi kimi İM-in aparılması zəruridir. Hələ çox qədimlərdən müharibələr zamanı hərbçilər vuruşda güclərini effektiv idarə etmək üçün qarşı tərəfin informasiya mənbəyinə təsir etməyə, insanların fikrini lazım olan istiqamətə yönəltməyə çalışmışlar.

II Dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayırdılar. Ötən əsrin 40-cı illərində informasiya texnologiyalarının inkişafı öz ilkin dövrünü yaşayırdı. Bu səbəbdən İM-də təbliğat və dezinformasiyadan istifadə daha effektli vasitə sayılırdı. İM-də üstünlüyü əldə saxlamaq məqsədi ilə Alman ordusunda xüsusi təbliğat qoşunu yaradılmışdı. Təbliğat qoşununun təşkilinə qərar 1938-ci ildə Qebbelsin təklifi ilə verildi. Təbliğat qoşununa hərbi jurnalistlər, foto-, kino- və radiomüxbirlər, radioavtomobillərə və kinoqurğulara xidmət edən heyət, təbliğat xarakterli ədəbiyyatın (vərəqə, plakat və s.) yaradılması və yayılmasında iştirak edən mütəxəssislər daxil idi. Təbliğat və dezinformasiya yalnız düşmən tərəf üçün deyil, eyni zamanda daxili qoşun və əhali üçün də nəzərdə tutulmuşdu. [4]

İstinadlar [ redaktə ]

  1. ↑ Сунь Цзы., Искусство войны, http://cclib.nsu.ru/projects/satbi/satbi/books/sunzi/
  2. ↑ Thomas P. Rona, “Weapon Systems and Information War” // Boeing Aerospace Co., Seattle, WA, 1976, pp. 14
  3. ↑ Ağayev B.S., Mehdiyev Ş.A., Əliyev T.S. Elektron məlumat daşıyıcıları informasiya təhlükəsizliyinin obyekti kimi // İnformasiya Cəmiyyəti Problemləri, 2016, №1, s. 46-55.
  4. ↑ Ələkbərova İ.Y., İnformasiya müharibəsi texnologiyalari / Bakı, “İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 s.

Ələkbərova informasiya müharibəsi texnologiyaları bakı 2012

Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın tarixi

Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompüterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər. İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı, mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil, kompüter elmlərində daha mürəkkəb işlərlə məşğul olmağa başladılar.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şəbəkələrin idarə edilməsi;
  • ➝ Veb-saytların yaradılması;
  • ➝ Veb-saytlara texniki dəstək;
  • ➝ Alqoritmlərin və kompüter proqramlarının yazılması;
  • ➝ Sistem analizi;
  • ➝ Kiber təhlükəsizliyin təmin edilməsi;
  • ➝ Mövcud sistemə texniki dəstəyin göstərilməsi;
  • ➝ Hardware və Software problemlərinin aradan qaldırılması;
  • ➝ Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili;
  • ➝ Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək;
  • ➝ Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək (test etmək);
  • ➝ Nöqsanları aradan qaldırmaq;
  • ➝ Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması;
  • ➝ Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin;
  • ➝ Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • ➝ Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək;
  • ➝ Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması;
  • ➝ Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət Universitetləri:

  • ➝ “ADA” Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Odlar Yurdu Universiteti

Özəl Universitetlər :

  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ “Naxçıvan” Universiteti

Kurslar :

  • ➝ Code Academy
  • ➝ ItCity Academy
  • ➝ Step IT
  • ➝ Tech Academy və s.

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisas üzrə mütəxəssislər:

  • ➝ Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək;
  • ➝ Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində;
  • ➝ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində;
  • ➝ Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər.
  • ➝ İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Riyazi biliklər;
  • ➝ Diqqətli olmaq;
  • ➝ Alqoritmik biliklər;
  • ➝ Sistemli düşüncə;
  • ➝ Analitik düşüncə;
  • ➝ Komanda ilə işləmək bacarığı;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ İntizamlı olmaq;
  • ➝ Data strukturlarına bələd olmaq;
  • ➝ Dil bilikləri (xüsusilə İngilis dili);
  • ➝ Dəyişikliklərə ayaq uydura bilmək;
  • ➝ Proqlamlaşdırma dilləri bilikləri ( hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript);
  • ➝ Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
  • ➝ Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili;
  • ➝ Güclü yaddaş;
  • ➝ Tənqidi düşüncə.

İxtisasın gələcəyi

Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb. Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir. Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqları peşə sahibinin bacarıqlarından, təcrübəsindən və tutduğu vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.