Press "Enter" to skip to content

Mir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

Əmir İbrahim oğlu Əliyev

1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. 2003-cü ildə “ Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq ” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru, 2007-ci ildə isə “ Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika ” dissertasiya işini müdafiə edərək hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Professor elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1996-2006, BDU Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti;
  • 2006-2009, yeni yaradılmış BDU Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti;
  • 2009-2013, BDU Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru;
  • 2006-2011, BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini;
  • 2011, BDU Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri;
  • 2011 (may) – h/h, BDU Hüquq fakültəsinin dekanı;
  • 2013 – h/h, yeni yaradılmış BDU İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müdiri, professoru;
  • 2012 – h/h, BDU nəzdində yaradılmış FD.02.013 daimi Dissertasiya şurasının sədri.
  • Eyni zamanda, Respublika Vəkillərin İxtisas Komissiyasının üzvü, BDU tərəfindən buraxılan “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi-analitik və praktiki jurnalın həmredaktorudur. Həmçinin, 2007-2011-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Hüquq elmləri üzrə Ekspert Şurası”nın üzvü olub.
  • Elmi rəhbərliyi altında 32 hüquq üzrə fəlsəfə doktoru və 2 doktorluq dissertasiya işi müdafiə edilib. Ə.İ.Əliyevin təşəbbüsü ilə BDU-da yeni kafedra – İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrası yaradılıb, habelə magistratura təhsil pilləsində bir sıra ixtisaslaşma istiqamətləri – Dəniz və enerji hüququ, İnsan hüquqları, Transmilli cinayət hüququ, Avropa hüququ, İnformasiya hüququ (ingilis dilində) istiqamətləri formalaşdırılıb.
  • Azərbaycan, ingilis, fransız, rus və türk dillərində çap olunmuş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının Bakı, Paris və İstanbul şəhərlərində xarici alimlərin iştirakı ilə təqdimatı keçirilmişdir.

TƏDQİQAT SAHƏSİ

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1999 – Nitsa (Fransa), Avropa İttifaqı çərçivəsində “Beynəlxalq hüquq, beynəlxalq münasibətlər və xarici siyasət” üzrə xüsusi proqram;
  • 1999 – Bakı (Azərbaycan), BDU-nun 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans;
  • 2000-2004 – Bakı (Azərbaycan), Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransları;
  • 2006 – Bakı (Azərbaycan), Beynəlxalq humanitar hüquq üzrə beynəlxalq konfrans;
  • 2008 – Brüssel (Belçika), Beynəlxalq konfrans;
  • 2008 – Bakı (Azərbaycan), İnsan hüquqları üzrə beynəlxalq konfrans;
  • 2008 – Bakı (Azərbaycan), Referendumun keçirilməsi üzrə beynəlxalq konfrans;
  • 2009 – Turin (İtaliya), Beynəlxalq Əmək Təşkilatının Tədris Mərkəzində beynəlxalq konfrans;
  • 2009 – Bakı (Azərbaycan), BDU-nun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans;
  • 2010 – Bakı (Azərbaycan), İnsan hüquqlarının müdafiəsinə dair beynəlxalq konfrans;
  • 2010 – Bakı (Azərbaycan), Vicdan və mətbuat azadlığı üzrə beynəlxalq konfrans;
  • 2011-2013 – Bakı (Azərbaycan), Hüquq sahələrinin ayrı-ayrı problemlərinə dair türkiyəli mütəxəssislərlə birgə keçirilən beş beynəlxalq elmi konfrans;
  • 2012 – Bakı (Azərbaycan), Türkiyə, Rusiya və Ukrayna alimlərinin iştirakı ilə keçirilən İnsan hüquqları üzrə beynəlxalq konfrans;
  • 2012 – Tuleyn (ABŞ), Birgə beynəlxalq elmi konfrans;
  • 2013 – Tuleyn (ABŞ), Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə Dəniz və enerji hüququ məsələlərinə dair beynəlxalq konfrans;
  • 2014-2015 – İstanbul (Türkiyə), Beynəlxalq hüququn aktual problemlərinə həsr olunmuş beynəlxalq konfrans;
  • 2016 – İstanbul (Türkiyə), Beynəlxalq Hüquq Konqresi
  • 2017 – Kiyev (Ukrayna), Beynəlxalq Hüquq Konfransı
  • 2018 – Kiyev (Ukrayna), Beynəlxalq Hüquq Konfransı
  • 2018 – İstanbul (Türkiyə), Beynəlxalq Hüquq Konfransı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Müasir beynəlxalq hüquqda insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi və əcnəbilərin hüquqi vəziyyəti / “Azərbaycan Respublikası qloballaşma prosesində” mövzusunda elmi konfransının materialları (19 dekabr 2003). Bakı, 2003, s. 191-199
  2. Əməkçi-miqrantların hüquqi vəziyyətini tənzim edən beynəlxalq hüququn spesifik prinsipləri // Azərbaycan hüquq jurnalı, 2004, № 4, s. 88-105
  3. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi və beynəlxalq hüquqda miqrasiya problemləri // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2004, 9-cu buraxılış, s. 484-487
  4. Основные положения Международной Конвенции ООН «О защите прав всех трудящихся-мигрантов и членов их семей» // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculugunun aktual problemləri”, 2004, 10-cu buraxılış, s. 509-518
  5. Beynəlxalq gömrük hüququ. Tədris proqramı. Bakı: Şirvannəşr, 2005, 36 s.
  6. Müasir beynəlxalq hüququn aktual problemləri. Tədris proqramı. Bakı: Şirvannəşr, 2005, 40 s.
  7. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi. Tədris proqramı. Bakı: Şirvannəşr, 2005, 52 s.
  8. Əmək miqrasiyasının universal səviyyədə beynəlxalq-hüquqi tənzimlənməsinin ümumnəzəri məsələləri // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2005, № 1. s. 96-104
  9. Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi qaydaları // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2005, №1, s. 41-47
  10. Müasir beynəlxalq hüquqda miqrasiya problemi və onun əsas xüsusiyyətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2005, № 2, s. 38-42
  11. BMT cərçivəsində qəbul edilmiş mühüm beynəlxalq normalar və Azərbaycan Respublikası qanunvericiliyi ilə əcnəbilərin əsas iqtisadi, sosial və mədəni hüquqları (müqayisəli analiz) // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2005, № 3, s. 55-65
  12. Sosial hüquqlar, sosial siyasət, insan hüquqları problemi və beynəlxalq hüquq: Azərbaycan Respublikası və beynəlxalq hüquq normalarının qarşılıqlı nisbət məsələləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2005, № 4, s. 49-59 (həmmüəllif S.R.Cəfərov)
  13. NATO və onun beynəlxalq təhlükəsizliyin təmin edilməsində rolu // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2005, № 4, s. 138-142 (həmmüəllif S.Y.Səfərova)
  14. Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin prinsipləri // “Azərbaycan-Avropa əlaqələri: mövcud problemlər və əməkdaşlığın əsas istiqamətləri” mövzusunda elmi konfransın materialları. Bakı: Şirvannəşr, 2005, s. 334-341 (həmmüəllif Z.Ə.Qasımov)
  15. Regional çərçivədə əmək miqrasiyasının tənzimlənməsi və əməkçi miqrantların hüquqi vəziyyəti // “Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2006, 15-ci buraxılış, s. 370-377
  16. Miqrasiya sahəsində Azərbaycan Respublikası qanunvericiliyi və əməkçi miqrantların hüquqi vəziyyəti // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2006, 16-cı buraxılış, s. 462-466
  17. Əcnəbilərin ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyətinin əsas xüsusiyyətləri // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2006, № 1. s. 25-45
  18. Avropa İttifaqı çərçivəsində miqrasiya proseslərinin tənzimlənməsi: tarixi yanaşma, əsas xüsusiyyətlər və problemlər // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2006, № 2. s. 75-88
  19. Müasir beynəlxalq və dövlətdaxili hüquqda sığınacaq hüququnun mahiyyəti və əsas xüsusiyyətləri // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2006, № 3. s. 50-55.
  20. Əmək miqrasiyasının universal səviyyədə tənzimlənməsi və əməkçi-miqrantların hüquqi vəziyyəti // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2006, № 3. s. 175-184
  21. Daha əlverişlilik prinsipi əcnəbilərin hüquqi vəziyyətini tənzim edən mühüm prinsip kimi // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2006, № 4. s. 71-80
  22. Beynəlxalq Əmək Təşkilatının beynəlxalq normayaradıcılıq funksiyasının əsas xüsusiyyətləri // “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”, 2006, № 2. s.167-175 (həmmüəllif T.İ.Sadiq)
  23. Turizm sahəsində regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və turistlərin hüquqi statusu məsələsi // “Nəqliyyat hüququ” jurnalı, 2006, № 3. s. 40-55
  24. Turizm sahəsində Azərbaycan Respublikasının ikitərəfli əməkdaşlığı və turistlərin hüquqi status // “Nəqliyyat hüququ” jurnalı, 2006, № 4. s. 35-46
  25. Qaçqınların hüquqlarının qorunması sahəsində universal və regional təşkilatların fəaliyyəti // Bakı Slavyan Universiteti. Elmi əsərlər. İctimai-siyasi elmlər seriyası, 2006, № 1-2. s. 138-146
  26. Müstəqil Dövlətlər Birliyi çərçivəsində qaçqınlar problem // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2006, № 3. s. 311-323
  27. Müasir beynəlxalq hüquqda əmək miqrasiyası və əməkçi-miqrantların hüquqlarının müdafiəsi problemi: əsas istiqamətlər və yeni tendensiyalar // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2006, № 4. s. 679-687
  28. Гражданские (личные) права и свободы иностранцев в контексте международно-правовых норм и законодательства Азербайджанской Республики // “ Az ə rbaycan h ü quq jurnal ı ” , 2006, № 1 , s . 87-100
  29. Qaçqınların beynəlxalq-hüquqi müdafiəsinin tarixi inkişafı // “Azərbaycan hüquq jurnalı”, 2006, № 2, s. 126-141
  30. Понятие «иностранец» в международном и внутригосударственном праве // Азербайджано-Российский журнал международного и сравнительного права, 2006, № 1 , с. 144-162
  31. Международные и внутригосударственные нормативно-правовые основы правового положения иностранцев // Вопросы гуманитарных наук, 2006, № 4 , с. 202-213
  32. Политические права и свободы иностранцев, определенные международно-правовыми нормами и законодательством Азербайджанской Республики // Вопросы гуманитарных наук, 2006, № 6 , с. 293-302
  33. Особенности формирования и развития законодательства Азербайджанской Республики в сфере прав человека на основе международно-правовых стандартов (на примере социальных прав) // Юридические науки, 2006, №6 , с. 139-147
  34. Права человека, правовое положение иностранцев и право убежища: общетеоретические вопросы // Науковий вісник Національної академії державної податкової служби України (економіка, право), 2006, № 3 , с. 264-270
  35. Понятие и виды правовых режимов иностранцев Elmi m ə qal ə Науковий вісник Національної академії державної податкової служби України (економіка, право), 2006, № 4 , с. 306-318
  36. Sığınacaq hüququnda beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı nisbət məsələləri // “Qanunçuluq” jurnalı, 2006, № 8. s. 37-44
  37. Müstəqil Dövlətlər Birliyi çərçivəsində insan hüquqları, miqrasiya və əcnəbilər probleminin beynəlxalq-hüquqi tənzimlənməsi məsələləri // “Qanunçuluq” jurnalı, 2006, № 12. s.35-40
  38. Qaçqınların beynəlxalq-hüquqi rejiminin prinsipləri // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Sosial və humanitar elmlər bölməsi, 2006, № 4, II cild. s. 63-69
  39. General Characteristics of Azerbaijan Republic legislature for human rights defence as compared to international standards // “Azerbaijan& Azerbaijanis”, 2006, № 5-12, pp. 243-250
  40. Əcnəbilərin hüquqi vəziyyətinin tarixi aspektləri // Azərbaycan Milli Elmlər Akademiyası, “Məruzələr”, 2006, № 2, LXII cild, s. 100-109
  41. İnsan hüquqlarının müdafiəsinə dair universal beynəlxalq-hüquqi aktlar və qaçqınların hüquqi rejimi // Azərbaycan Milli Elmlər Akademiyası, “Məruzələr”, 2006, № 5-6, LXII cild, s. 184-194
  42. Müasir beynəlxalq və dövlətdaxili hüquqda “əcnəbi” anlayışı: nəzəri və praktiki məsələlər // Azərbaycan Milli Elmlər Akademiyası. Xəbərlər: Tarix, Fəlsəfə, Hüquq, 2006, № 7. s. 274-284
  43. Daha əlverişli rejim: mahiyyəti və əsas xüsusiyyətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2006, № 1, s. 3-9 (həmmüəllif İ.Z.Eyvazov)
    Kür və Araz çaylarının mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın istiqamətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2006, № 1, s. 209-212 (həmmüəllif M.A.Qasımova)
  44. Diplomatik müdafiə “əcnəbilər hüququ”nun mühüm institutu kimi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2006, № 2, s. 3-17
  45. Qaçqınlar probleminin regional səviyyədə beynəlxalq-hüquqi tənzimlənməsi və qaçqınların hüquqi statusu məsələləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2006, № 3, s. 3-13
  46. Qaçqınların hüquqi statusunu tənzim edən mühüm beynəlxalq normalar: mahiyyəti, əsas xüsusiyyətləri və təsnifatı // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2006, № 4, s. 3-13
  47. Əhali miqrasiyası: əsas xüsusiyyətləri və təsnifatı // Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, 2006, № 2. s. 162-173 (həmmüəllif Ə.Ə.Kazımov)
  48. Beynəlxalq Əmək Təşkilatı və əməkçi-miqrantların hüquqi statusu // Milli Aviasiya Akademiyası, Elmi məcmuələr, 2006, №4 (oktyabr-dekabr), cild 8. s. 38-46
  49. Beynəlxalq hüquqda və milli qanunvericilikdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması // “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2006, s. 94-98 (həmmüəllif S.V.Əsədova)
  50. Avropa regionunda əmək miqrasiyasının beynəlxalq-hüquqi tənzimlənməsi // “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2006. s. 7-11 (həmmüəllif N.R.Mirzəyeva)
  51. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti // “Dirçəliş -XXI əsr”, 2006-2007, № 106-107. s. 310-323
  52. Əcnəbilərin hüquqi vəziyyəti // “Dirçəliş-XXI əsr” jurnalı, 2007, № 108-109, s. 253-267
  53. Проблемы соотношения норм международного и внутригосударственного права в сфере прав человека // «Право: теория и практика», 2007, № 1, с. 4-12
  54. Dövlətin miqrasiya siyasəti və əcnəbilər problemi / Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2007, № 1, s. 55-66.
  55. Qeyri-qanuni (qanunsuz) beynəlxalq miqrasiya və əcnəbilər problemi // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1, s. 78-87
  56. Turistlərin hüquqi statusu problemi: beynəlxalq və milli-hüquqi aspektlər // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 2, s. 73-89
  57. Qaçqınlar probleminin universal səviyyədə tənzimlənməsi və qaçqınların hüquqlarının müdafiəsi məsələləri // “Qanunçuluq” jurnalı, 2007, № 2, s. 47-52
  58. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə yaranan ailə-nikah münasibətlərinin beynəlxalq və milli hüquqi tənzimlənməsinin xüsusiyyətləri // “Qanunçuluq” jurnalı, 2007, № 8, s. 26-32
  59. Universal beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlıq və turistlərin hüquqi statusu məsələləri // “Nəqliyyat hüququ” jurnalı, 2007, № 1, s. 66-81
  60. Qeyri-qanuni əmək miqrasiyası və əməkçi-miqrantların hüquqlarının müdafiəsi məsələləri // “Nəqliyyat hüququ” jurnalı, 2007, № 2, s. 40-62
  61. İnkişaf prinsipi: nəzəri və praktik məsələlər // “Nəqliyyat hüququ” jurnalı, 2007, № 3, s. 45-52
  62. Əcnəbilərin beynəlxalq xüsusi hüquqi statusunun xüsusiyyətləri və inkişaf meylləri // “Hüquqi dövlət və qanun” jurnalı, 2007, № 1, s. 19-22
  63. “Əcnəbilər hüququ”nun hüquq sistemində yeri // “Hüquqi dövlət və qanun” jurnalı, 2007, № 5, s. 28-32
  64. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vərəsəlik hüquqlarının xüsusiyyətləri və beynəlxalq-hüquqi əsasları // “Hüquqi dövlət və qanun” jurnalı, 2007, № 7, s. 18-22
  65. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinin sahəvi prinsiplərinin əcnəbilərin hüquqi vəziyyətini tənzim edən beynəlxalq hüququn spesifik prinsiplərinin formalaşmasında rolu // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi. İctimai və humanitar elmlər seriyası, 2007, №1. s. 258-267
  66. Vətəndaşlığı olmayan şəxslərin (apatridlərin) hüquqi vəziyyətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyi / “Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və beynəlxalq-hüquqi əməkdaşlıq məsələləri” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2007. s. 143-147 (həmmüəllif N.İ.Rəhimov)
  67. Sığınacaq hüququ institutunun əsas xüsusiyyətləri /”Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və beynəlxalq-hüquqi əməkdaşlıq məsələləri” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2007. s. 67-70 (həmmüəllif F.Y.Sevdimalı)
  68. Beynəlxalq xüsusi hüquqda əcnəbilərin hüquqi vəziyyətinə ümumtanınmış insan hüquqlarının təsiri // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2007, 17-ci buraxılış, s. 477-490
  69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə əmək münasibətlərinin tənzimlənməsinin beynəlxalq və milli hüquqi əsasları // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2007, 18-cı buraxılış, s. 533-542
  70. Milli konstitusiyalar və insan hüquqları problemi // ”Azərbaycan Respublikasında ombudsman təsisatı və insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 2007. s. 99-108
  71. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təsnifatı // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2007, № 1. s. 3-10
  72. Beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı nisbət məsələləri: dünya dövlətləri praktikası və Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəli analizində // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2007, № 2. s. 3-16
  73. Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinin beynəlxalq-hüquqi əsasları: nəzəri və praktiki məsələlər // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2007, № 3-4. s. 3-16 (həmmüəllif F.Y.Sevdimalı)
  74. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının beynəlxalq-hüquqi stasusu // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2008, № 1-2. s. 3-17 (həmmüəllif S.R.Cəfərov)
  75. Регулирование статуса трудящихся-мигрантов в двусторонних рамках // Вопросы гуманитарных наук, 2007, № 5. c . 144-149
  76. Sığınacaq hüququndan istifadə edən şəxslərin hüquqi statusu // “Heydər Əliyev Azərbaycan Respublikasının beynəlxalq aləmdə əməkdaşlığının banisidir” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2007. s. 25-35 (həmmüəllif F.Y.Sevdimalı)
  77. Beynəlxalq hüquqda qaçqın anlayışı / “Heydər Əliyev Azərbaycan Respublikasının beynəlxalq aləmdə əməkdaşlığının banisidir” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2007, s. 105-110 (həmmüəllif A.Ş.Qocayeva)
  78. Beynəlxalq nəzarət: anlayışı və əsas xüsusiyyətləri / “Heydər Əliyev müasir Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin banisidir” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2008, s. 124-128 (həmmüəllif B.S.Məmmədov)
  79. Diplomatik müdafiə insan hüquqlarının müdafiə üsullarından biri kimi / “XXI əsr: qlobal problemlər və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2009, s. 171-173
  80. Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər insan hüquqları nöqteyi-nəzərindən: beynəlxalq standartlar və Azərbaycan qanunvericiliyi / “Azərbaycan Respublikasında 18 mart 2009-cu il referendumunun siyasi və hüquqi əsasları” mövzusunda keynəlxalq konfransın materialları. Bakı, 2009, s. 135-140
  81. Beynəlxalq təşkilatlar hüququ. Tədris proqramı. Bakı: Şirvannəşr, 2007, 24 s. (həmmüəllif S.Y.Səfərova)
  82. Beynəlxalq turizm hüququ. Tədris proqramı. Bakı: Şirvannəşr, 2009, 22 s. (həmmüəllif E.Z.Aslanov)
  83. Beynəlxalq investisiya hüququ. Tədris proqramı. Bakı: Şirvannəşr, 2009, 20 s. (həmmüəllif Ə.V.Gözəlov)
  84. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika. H.e.d. alim.elmi dər.almaq üçün təq. edil. diss. avtoref. Bakı, 2007. 60 s.
  85. Ombudsman təsisatı və onun insan hüquqlarının müdafiəsində rolu / Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2009. s. 146-152 (həmmüəllif N.A. Nəbiyeva)
  86. İnsan hüquqlarının müdafiəsi və yeni inkişaf tendensiyaları / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2009. s. 74-82 (həmmüəllif S.V.Talıbov)
  87. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2009, № 3. s. 100-110
  88. Beynəlxalq əmək miqrasiyasının subyektləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2009, № 1, s. 5-13 (həmmüəllif C.A.Niyazov)
  89. Avropa İttifaqı çərçivəsində gömrük münasibətlərinin tənzimlənməsi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2009, № 2, s. 153-158 (həmmüəllif R.A.Məcidov)
  90. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarına dair əsas beynəlxalq-hüquqi aktların qəbuluna təsiri məsələlər / BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktik konfransa dair xüsusi buraxılış. Bakı, 2009, s. 20-21
  91. Хельсинкский Заключительный Акт: содержание и юридическая природа. // Евразийский юридический журнал, 2009, № 5 , с. 75-80 (həmmüəllifS.R.Cəfərov)
  92. Azərbaycan Respublikası və Avropa təhlükəsizlik sistemi: qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri / Ümummmilli Liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Hüquq elminin müasir problemləri” II Beynəlxalq Konfransın tezisləri. Bakı, 2010. s. 24-26 (həmmüəllif C.V.Eyvazlı)
  93. İnsan hüquqları problemi və əmək miqrasiyasının beynəlxalq və milli-hüquqi tənzimlənməsi: nəzəri və praktiki problemlər / Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” mövzusunda 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010, s. 11-16 (həmmüəllif C.A.Niyazov)
  94. Mətbuat azadlığına dair beynəlxalq standartların Azərbaycan qanunvericiliyinə implementasiyası // “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfransın materialları (12 mart 2010-cu il). Bakı, 2010, s. 34-40
  95. İnsan hüquqları sahəsində komitələr // “İnsan hüquqları sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasəti: formalaşması və yeni inkişaf tendensiyaları” mövzusunda 09 dekabr 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010. s. 114-119
  96. Азербайджанская Республика и международные таможенные организации: эффективность сотрудничества // Науковий вісник Національної академії державної податкової служби України (економіка, право), 2010, №1, с. 281-287 (həmmüəllif R.A.Məcidov)
  97. İnsan hüquqlarının müdafiəsi və yeni inkişaf tendensiyaları // 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 61 illik yubileyinə həsr edilmiş “İnsan hüquqları sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin yeni inkişaf tendensiyaları” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2009. s. 74-82 (həmmüəlliflər U.Ə.Səfərzadə, S.V.Talıbov)
  98. Beynəlxalq xüsusi hüququn mənbələri // “Nəqliyyat hüququ” jurnalı, 2010, № 2. s. 97-102 (həmmüəllif F.E.Əliyeva)
  99. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 3. s. 100-109
  100. Hüquqi dövlət quruculuğuna sanballı töhfə / “Azərbaycan” qəzeti, 22 oktyabr 2009
  101. Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələri möhkəmlənir / “Azərbaycan” qəzeti, 29 yanvar 2010
  102. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının milli qanunvericilik sisteminə təsiri / Avropa İnsan hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş “Avropa İnsan hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizm və vasitələr” mövzusunda beynəlxalq konfransın materialları. Bakı, 2010. s. 45-58
  103. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarına dair əsas beynəlxalq hüquqi aktların qəbuluna təsiri məsələləri / BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfransa dair xüsusi buraxılış. Hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı. Bakı, 2009. s. 20-21
  104. Sağlam ətraf mühitdə yaşamaq hüququ: beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi Elmi məqalə Ombudsmanın VIII Bakı Beynəlxalq Konfransının materialları. Bakı 17-19 iyun 2010-cu il. s. 99-126
  105. Право жить в благоприятной окружающей среде: международные стандарты и права человека / Международная научно-практическая конференция, посвященная 60-летию Европейской конвенции о защите прав человека и основных свобод, г. Кемерово, 2 ноября 2010 года: материалы докладов и выступлений. Отв. ред. Ю.В.Самович. Кемерово: Кузбассвузиздат, 2011, с. 167-175
  106. Beynəlxalq əmək hüququ. Tədris proqramı. Bakı, 2012, 46 s. (həmmüəllif E.Z.Aslanov)
  107. Beynəlxalq investisiya hüququ. Tədris proqramı. Bakı, 2012, 30 s.
  108. İnsan haklarına ilişkin uluslarası kuralların milli anayasalarda düzenlenmesi / Hukuk biliminin güncel sorunları. III Uluslarası kongre bildiri kitabı. Samsun, 2012, s. 105-115
  109. Beynəlxalq cinayət-prosessual hüququn formalaşması və inkişafınd Nürnberq Beynəlxalq Hərbi Tribunalının rolu // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2012, № 3, s. 5-10 (həmmüəllif Elnur Aslanov)
  110. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kontestində davamlı inkişaf və insan hüquqları: beynəlxalq-hüquqi aspektlər / “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusunda Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının materialları. Bakı, 2013, s. 218-224
  111. Международные стандарты в области права на свободу личную неприкосновенность // «Право и политология», 2013, № 23, с. 30-34 (həmmüəllif L.Əliyeva)
  112. Основные принципы международно-правового регулирования в сфере право на свободное предпринимательство в аспекте прав человека // «Право и политология», 2013, № 2 4 , с. 12-20 (həmmüəllif F.Quliyev)
  113. “Freedom House” tərəfindən təqdim edilən hesabat beynəlxalq əməkdaşlıq siyasətinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir / “Azərbaycan” qəzeti, 25 yanvar 2013
  114. Azərbaycanda insan hüquqlarının təminatı: nailiyyətlər, problemlər, perspektivlər / “Azərbaycan” qəzeti, 10 dekabr, 2013
  115. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strateji hədəf / “Azərbaycan” qəzeti, 05 dekabr 2013
  116. Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini genişləndirir / “Azərbaycan” qəzeti, 27 oktyabr 2013
  117. Azərbaycan YUNESKO arasındakı əlaqələr qarşılıqlı əməkdaşlığa əsaslanır / “Azərbaycan” qəzeti, 07 avqust 2013
  118. Uğurlu hüquqi islahatlar beynəlxalq standartlar əsasında həyata keçirilir / “Azərbaycan” qəzeti, 17 iyul 2013
  119. Milli qurtuluşdan hüquqi dövlət quruculuğuna / “Azərbaycan” qəzeti, 12 iyun 2013
  120. İnsan hüquqlarının müdafiəsində Avropa Şurasının və Avropa Məhkəsinin əsas fəaliyyət istiqamətləri / 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş beynəlxalq-elmi praktik konfransın (13-14 dekabr 2012-ci il) materialları. I cild. Bakı, 2013, s. 302-309
  121. Правовые основы и пределы влияния решений Европейского суда по правам человека на правовую систему Азербайджана // Держова и право, 2013, № 4, с. 134-141 (həmmüəllif B.A.Məhərrəmov)
  122. Ermənistanın Azərbaycan Respublikasına təcavüzü beynəlxalq hüququn və insan hüquqlarının kobud pozuntusu kimi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2014, № 1, s. 7-22
  123. İnsan hüquqları. Tədris proqramı. Bakı, 2014, 35 s.
  124. Heydər Əliyev Fondunun hüquqi dövlət quruculuğu üzrə Ümumilli Liderin ideyalarının reallaşmasında əsas fəaliyyət istiqamətləri: beynəlxalq və milli-hüquqi aspektlər // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2014, № 2, s. 27-41
  125. Ermənistanın Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyinə vurduğu ziyan və bu ziyana görə beynəlxalq-hüquqi məsuliyyət // “Beynəlxalq hüquq və inteqrasiya probelmləri” jurnalı, 2015, № 2, s. 5-12
  126. Azərbaycan Respublikasında yuvenal məhkəmələrin təsisatı haqqında // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2015, № 3, s. 5-11
  127. XXI əsr və insan hüquqlarına yeni yanaşmalar / Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları. I cild. Bakı, 2015, s. 6-12
  128. Azərbaycanda informasiya hüququ və KİV sahəsində konstitusiya islahatları// Cənubi Qafqaz hüquq jurnalı, 2017, № 08, s.23-31 (ingiliscə)
  129. Hüququn müstəqil sahəsi kimi əqli mülkiyyət hüququnun formalaşması//Beynəlxalq hüquq və inteqrasiya problemləri jurnalı, 2018, №1, s.4-10 (ingiliscə)
  1. Beynəlxalq ümumi hüquq. Tədris-metodik vəsait. Bakı: Şirvannəşr, 2004, 208 s.
  2. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, 484 s.
  3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika. Monoqrafiya. Bakı: Şirvannəşr, 2007, 600 s.
  4. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı: Çaşıoğlu, 2007, 440 s. (həmmüəllif E.Z.Aslanov)
  5. Beynəlxalq xüsusi hüquq. Dərs vəsaiti. L.P.Anufriyevanın müəllifliyi ilə. Rus dilindən tərcümə. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, 952 s. (həmmüəllif A.A.Məhərrəmov)
  6. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı: NAT MMC, 2009, 490 s.
  7. Beynəlxalq turizm hüququ. Dərslik. Bakı: NAT MMC, 2011, 475 s. (həmmüəllif E.Z.Aslanov)
  8. İnsan hüquqları. Dərslik. Bakı: “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2013, 508 s.
  9. Avropa insan hüquqları. Dərs vəsaiti. Bakı: “Kooperasiya” nəşriyyatı, 2015, 128 s. (həmmüəlliflər E.Ə.Əliyev, M.Y.Məhərrəmova, S.F.Əliyev, B.A.Məhərrəmov)
  10. Avropa hüququ. Dərslik. Bakı: “Günəş-B” nəşriyyat-poliqrafiya müəssisəsi, 2016, 764 s. (həmmüəlliflər E.Ə.Əliyev, A.A.Məhərrəmov, Ə.Q.Məmmədov, F.E.Hüseynova)
  11. Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil. Bakı, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, 2018, 200 s. (Azərbaycan, ingilis, fransız. rus və türk dillərində)
  • Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 542 nömrəli Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
  • 2007 və 2011-ci ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə “İlin alimi” fəxri adına layiq görülüb.
  • 2012-2013-cü tədris ilinin nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə “İlin dekanı” fəxri adına layiq görülüb.
  • 2015-2016-cı tədris ilinin nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə “İlin dekanı” fəxri adına layiq görülüb.

ü 4 aprel 1973-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Mehri rayonunun Nüvədi kəndində anadan olub;

ü 1979-1989-ci illərdə Mehri rayonu Nüvədi kənd orta məktəbində təhsil alıb;

ü 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alıb;

ü 1997-cı ildən BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır.

ü 2011-ci ildə BDU Hüquq fakültəsinin dekanı vəzifəsində çalışır.

ü Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “İnsan hüquqları” kitabı işıq üzü görüb. SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilən kitabda insan hüquqlarının beynəlxalq və milli (dövlətdaxili) hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal, regional, ikitərəfli), o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin qanunvericiliyi əsasında geniş təhlil edilib.

Kitabın rəyçiləri İnsan hüquqları üzrə Müvəkkil, professor Elmira Süleymanova, AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanuvericilik şöbəsinin müdiri, profesor Lətif Hüseynov, BDU-nun kafedra müdiri, professor Rüstəm Məmmədovdur.

İyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları günüdür

18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.

Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.

Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. 2002-ci il martın 5-də ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.

2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.

Ötən illərdə Ombudsman Aparatı insan hüquqları üzrə silsilə tədbirlər həyata keçirib. Regionlarda da İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzləri açılmışdır. Bu mərkəzlər əhalinin ombudsmana müraciət etməsini asanlaşdırıb. Bütün bunlar isə ölkədə insan hüquqlarının qorunmasına xidmət edir.

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.