Press "Enter" to skip to content

Əmtəə və xidmətlər

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Əmtəə və xidmətlər

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Əmtəə və xidmətlər bazarı statistikası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Əmtəə və xidmətlər

Makroiqtisadiyyatın (bütövlükdə milli iqtisadiyyatın) fəaliyyətinin və sosial – iqtisadi inkişafının ən mühüm, fundamental problemlərindən biri ümumi iqtisadi tarazlıq, onun səmərəliliyi və bu və ya digər iqtisadi sistemdə yaşayan əhalinin rifahının yüksəldilməsi problemidir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri Makroiqtisadi (və ya ümumi) tarazlıq iqtisadi nəzəriyyənin ən mühüm kateqoriyasıdır. Ümumi makroiqtisadi tarazlıq o deməkdir ki, milli iqtisadiyyatda iqtisadi proseslərin: istehsal və istehlakın, məcmu tələbin və məcmu təklifin, istehsal xərcləri və nəticələrin, maddi-əşyavi və maliyyə axınlarının balanslaşdırılması və proporsionallığına nail olunmuşdur.

Ayrıca götürülmüş bazarda yaranan qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq – bütün bazarların qarşılıqlı təsiri nəticəsində yaranır ki, hu zaman bazarlardan birində tələb və ya təklifin dəyişməsi bütün bazarlarda tarazlıq qiymətləri və satış həcminə təsir edir. İdeal və real tarazlıq fərqləndirilir.

İdeal (nəzəri arzuolunan) tarazlıq fərdlərin maraqlarının xalq təsərrüfatının bütün struktur elementlərində, bölmələrində, sahələrində optimal həyata keçirilməsi zamanı onların iqtisadi davranışında müşahidə olunur. Belə tarazlığa çatmaq üçün aşağıdakı təkrar istehsal şərtlərinə əməl olunması nəzərdə tutulur:

• ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi

• fərdlərin hamısı bazarda istehlak şeyləri tapmalıdır;

• sahibkarların hamısı bazarda onlara lazım olan istehsal amillərini tapmalıdır;

• ötən ilin bütün məhsulları realizə olunmalıdır.

Real makroiqtisadi tarazlıq iqtisadi sistemlərdə qeyri-təkmil rəqabət və bazara xarici amillərin təsiri şəraitində müəyyənləşən tarazlıqdır. Ümumi iqtisadi tarazlıq ideyası başlanğıcını iqtisadçı-klassiklərin əsərlərindən götürür; doğrudur, onlar makroiqtisadi göstəricilərdən istifadə etmirdilər, onlar üçün mikrotəhlil daha səciyyəvi idi.

Hər halda A.Smit göstərmişdi ki, istehsalçı və istehlakçının azad qarşılıqlı təsiri şəraitində hərcmərclik deyil, öz şəxsi maraqlarını gözləyən fərdlərin iqtisadi qaydaları fəaliyyətdə olur ki, bu da hamı üçün sərfəli olan ümumi tarazhğın bərqərar olmasına gətirir ki, bu fikir onun bütövlükdə bazar iqtisadiyyatının fəaliyyəti haqqında aydın təsəvvürünün olmasına dəlalət edir. Hazırda makroiqtisadi tarazlıq modelləri xeyli çoxdur və onlardan bir neçə əsasını göstərmək lazım gəlir.

Ən məşhur modellər sırasında aşağıdakıları göstərmək olar: F.Kene modeli – onun sadə təkrar istehsalı və tədavülü təsvir edən «iqtisadi cədvəlləri»; K.Marksın kapitalist ictimai təkrar istehsal modeli; L.Valrasın azad rəqabət qanununun fəaliyyəti şəraitində «ümumi iqtisadi tarazlıq» modeli; V.Leontyevin «xərclər-buraxılış» modeli; C.M.Keynsin qısamüddətli iqtisadi tarazlıq modeli; C.Neymanın tarazlıqlı genişlənən iqtisadi modeli; institusional tarazlıq modeli və b.

Yuxarıda sadalanan müəlliflərin nəzəriyyələri zəminində makroiqtisadi tarazlığın müasir modifikasiya və sintez edilmiş modelləri qurulur. Klassik ümumi iqtisadi mtarazlıq modeli bundan çıxış edir ki, bazar mexanizmi milli iqtisadiyyat miqyasında yaranan disbalansı özü-özlüyündə düzəltməyə qabildir, tarazlığı avtomatik olaraq dəstəkləmək üçün bazarın, əgər dövlət, həmkarlar ittifaqları və ya oliqarxların razılaşmaları onu korlamırsa, həmişə kifayət qədər daxili resursları var.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri

Modelin əsasında fransız iqtisadçısı J.B.Seyin qanunu (Sey qanunu) durur.

Qanunun mahiyyəti aşağıdakından ibarətdir: «əmtəə təklifi öz tələbini yaradır», çünki əmtəə və ya xidməti satan onun əvəzində pul alır və həmin pula başqa əmtəə və xidmətlər alır. Özü də hər kəs özünün ehtiyac duyduğu əmtəələrə ekvivalent olan miqdarda məhsul yaradır, buna görə də satıcıların gəlirlərinin məbləği alıcıların xərcləri məbləğinə müvafiq olur və nəticədə əldə olunan gəlirin hamısı mütləq alışlara xərclənir, yəni tələb və təklif həmişə tarazlaşır və nə defisit, nə ifrat istehsal mümkün deyil.

Makro səviyyədə E əmtəə dəyərləri = E məcmu gəlirlərinə. Sey tarazlığının çatışmazlığı makrosəviyyədə bu bərabərliyin xülya olmasındadır. Əslində, gəlirlərin məbləği əmtəə dəyərləri məbləğindən həmişə istehlak olunmuş istehsal vasitələri kəmiyyəti qədər azdır.

A. Marşal ümumi tarazlığı müxtəlif əmtəələr üzrə ayrı-ayrı tarazlıqların məcmusu kimi nəzərdən keçirirdi və bununla da makroiqtisadi tarazlığın neoklassik nəzəriyyəsinə öz töhfəsini verdi, özünün «Ekonomiks prinsipləri»ndə (1890) o, bazarın iqtisadi təhlilinin mərkəzində «tarazlıq qiyməti »ni götürürdü və hesab edirdi ki, qısamüddətli dövrdə onun formalaşmasına tələb təsir göstərir, uzunmüddətli dövrdə isə – təklif. O, iqtisadi nəzəriyyəyə qrafik təhlil metodunu gətirmiş və ondan geniş istifadə etmişdi.

K.Marksda olduğu kimi. Marşalıda da tarazlıq resursların yerdəyişmələri hesabına bərpa olunur.

Tarazlığın müasir makroiqtisadi təhlili ümumiləşdirmələr və ya məcmu göstəricilərinin formalaşdırılmasının köməkliyi ilə müstəqil aqreqatlarla aparılır. Ən mühüm aqreqatlar aşağıdakılardır:

• tarazlı miqdarda əmtəə və xidmətləri birləşdirən milli istehsalın real həcmi;

• bütün əmtəə və xidmətlər məcmusunun qiymət səviy yəsi ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi (aqreqat qiymətləri). Bu göstəriciləri koordinat oxlarında yerləşdirsək, ictimai istehsalın səviyyəsi və dinamikasını, məcmu tələbi və məcmu təklifinin xarakteristikalarını, iqtisadiyyatın ümumi tarazlıq şərtlərinin müəyyənləşdirilməsinin öyrənilməsi üçün qrafik zəmin əldə edərik.

Məsələnin belə qoyuluşu dəqiqləşdirmə tələb edir, çünki adları çəkilən göstəricilərin məhz necə formalaşdığı aydın deyil. İstehsalın real həcmini adətən ümumi milli məhsulun və ya milli gəlirin göstəriciləri ilə səciyyələndirirlər. Amma iqtisadiyyatın vəziyyəti və inkişaf perspektivlərinin qiymətləndirilməsi üçün ÜMM-in həcmindən çox onun artım sürəti vacibdir. Buna görə də üfüqi oxda ÜMM-in və milli gəlirin illik artım sürəti, şaqulidə isə ÜMM deflyatorunun və ya qiymətlərin illik artım sürətinin hesablanması əks etdirilir. Beləliklə, alınmış koordinat sistemi həm cəmiyyətdəki maddi nemətlərin miqdarı haqqında, həm də həmin nemətlərin orta qiyməti (qiymətlərin səviyyəsi) haqqında təsəvvür yaradır ki, bu da son nəticədə bütövlükdə milli iqtisadiyyata tətbiq oluna bilən tələb və təklif əyrilərini qurmağa imkan verir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri yəni milli İstehsalın istehlakçılarının, müəssisələr və hökumətin qiymətlərinin istənilən səviyyəsində almağa hazır olduğu real həcmini əks etdirən modeldir.

«Məcmu tələb» məfhumu iqtisadiyyatın müxtəlif bölmələrinin həmin vaxt ərzində xərcləməyə hazır olduğu pulun məcmu həcmini bildirir. İqtisadi nəzəriyyədə məcmu tələb (AD, aggregate demand) dedikdə, milli iqtisadiyyatda yaradılmış bütün son əmtəə və xidmətlərin alınması üçün makroiqtisadi subyektlərin hamısı tərəfindən planlaşdırılmış məcmu xərclər başa düşülür. İqtisadiyyatın ayrı-ayrı bölmələri arasında xərclər bölgüsünə müvafiq olaraq onun tərkibində aşağıdakı əsas elementləri fərqləndirirlər: C – ev təsərrüfatlarının istehlak xərcləri; I – xüsusi bölmənin investisiya xərcləri; G – dövlət tədarükləri; NX – xalis ixrac. Nəticədə məcmu tələb bütövlükdə göstərilən xərclərin cəmi kimi verilə bilər:

AD = C + 1 + G + NX.

Məcmu tələbin çox hissəsini (MG-in 50%) əhalinin istehlak təyinatlı əmtəə və xidmətlərə, yəni qısa olması üçün istehlak adlandırdığımız C elementinə xərcləri təşkil edir. İnvestisiya xərcləri firma və təsərrüfatların investisiya əmtəələrinə xərclərindən (ÜDM-in 15-20%-i) ibarətdir.

Dövlətin əmtəə və xidmətlər tədarükü hökumətin xidmətlərin (təhsil, səhiyyə və s.) ödənilməsi və dövlət məmurlarının (federal, regional, bələdiyyə) saxlanması xərcləridir ki, bu da ölkənin milli gəlirinin 30%-ini təşkil edir. Xalis ixrac ixrac və idxal arasındakı fərqdir.

Məcmu tələb bir çox amillərdən: ölkədə qiymətlərin ümumi səviyyəsindən, real milli gəlirin səviyyəsindən, yığılmış əmlakın dəyərindən, dövlətin əhalinin gəlirlərinə vergiqoyma sahəsində, pul, kredit və s. siyasətindən asılıdır ki, bunlar vergilərin, faiz dərəcəsinin ölçülərini, pensiyaların ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi dövlət büdcəsi müəssisələri və təşkilatları işçilərinin əməkhaqqının həcmini, firma və ev təsərrüfatlarının gözləmələrini, mübadilə məzənnəsini və s. müəyyənləşdirir.

İqtisadi nəzəriyyədə məcmu tələb kəmiyyətinin qiymətlərin səviyyəsindən azalan asılılıq qanunu nəzəri cəhətdən əsaslandırılır.

Bu qanun qiymətlərin ümumi səviyyəsinin dəyişməsi nəticəsində iqtisadiyyatda baş verən üç effektin xarakteristikasına əsaslanır:

• faiz dərəcəsi effekti (qiymətlərin səviyyəsinin qalxması pula tələbin artmasına səbəb olur, faiz dərəcəsinin artması baş verir, buna görə də investisiya qoyuluşu və avtomobil, ev, mənzil və s. almaq üçün kredit götürülməsinə maraq aşağı düşür);

• varlılıq və ya real kassa qalıqları effekti (qiymətlərin səviyyəsinin qalxması bank əmanətlərinin, istiqrazların, yəni maliyyə aktivlərindən gəlirlərin real dəyərini aşağı salır; nəticədə istehlakçılar əvvəlki zənginlik səviyyəsini bərpa etmək üçün alışları azaldırlar);

• idxal alışları effekti (qiymətlərin səviyyəsinin yüksəlməsi xarici əmtəə və xidmətlərin idxalının artmasına və milli əmtəələrin ixracının azalmasına səbəb olur; məcmu tələbin tərkib hissəsi olan xalis ixracın azalması baş verir). Məcmu təklif hər bir mümkün qiymətlər səviyyəsində nağd real istehsal həcminin səviyyəsini göstərən modeldir.

İqtisadi nəzəriyyədə məcmu təklif (AS, aggregate supply) ölkədə istehsal olunmuş və qiymətlərin bütün mümkün səviyyələrində firmaların müəyyən müddət ərzində bazarda təklif etməyə hazır olduqları bütün son əmtəə və xidmətlərin cəminə deyilir. Başqa sözlə, məcmu təklif – son əmtəə və xidmətlərin qiymət indeksinin müxtəlif göstəricilərində milli istehsalın real həcmidir.

Makroiqtisaddan edilən əsas nəticələr kimi, makroiqtisadi təhlil bunu deməyə əsas verir ki, daha yüksək qiymətlər istehsalın genişləndirilməsini stimullaşdırır və əksinə.

Bütün digər şərtlərin bərabərliyi şəraitində qiymətlərin eyni zamanda qalxması məcmu tələb səviyyəsinin aşağı düşməsinə səbəb olur. Əgər iqtisadiyyatın tarazlığı inflyasiyanın sıfır və illik real ÜMM-in 4% artımı səviyyəsində əldə olunursa, iqtisadiyyatın belə vəziyyətini optimal adlandırmaq olar. Əslində isə tarazlıq idealdan çox uzaq şəraitlərdə müəyyənləşə bilər.

ÜMM-in dinamikası və məcmu təklifin əyrisi həm də cəmiyyətdə məşğulluq kəmiyyətinin dəyişməsi barədə təsəvvür yaradır. Bütün digər şərtlərin bərabərliyi şəraitində ÜMM-in artması iş yerlərinin sayının artması və işsizliyin azalması ilə müşayiət olunur, amma depressiya və böhran dövründə işsizlik sürətlə artır. Məşğulluq səviyyəsinin dəyişməsi adətən real ÜMM-in dəyişdiyi istiqamətdə, amma zaman müddətində bir qədər gec baş verir.

Klassik məktəb bildirir ki, istənilən məcmu təklif əyrisi şaqulidir. Bu konsepsiya iqtisadiyyatın tam gücü ilə işləməsi və resursların tam məşğulluğu ehtimalından çıxış edir. Ayrı-ayrı firmalar resurslar üçün daha yüksək qiymət təklif etməklə öz istehsallarını genişləndirməyə cəhd edə bilərlər, lakin bununla onlar digər firmaların istehsal həcmini aşağı salmış olarlar. Bazarda rəqabətin artması qiymət artımına aparır və inflyasiya amili olur. Beləliklə, məcmu gəlirin dəyişməsi yalnız qiymətlərin səviyyəsinə təsir edə bilər, lakin məcmu istehsal həcminə və məşğulluğa təsir etmir.

Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri artmasından çəkinmədən istehsalı genişləndirmək olardı. İstehsal güclərinin yüklənməsinin artması qiymət səviyyəsinə toxunmadan milli istehsalın real həcminin və məşğulluğun artmasına aparır.

Məcmu təklif əyrisinin aralıq parçası yüksələndir və elə təkrar istehsal vəziyyətini nəzərdə tutur ki, bu zaman milli istehsalın real həcminin artması müəyyən qiymətlər artımı ilə müşayiət olunacaq. Bu, o cümlədən ayrı-ayrı sahələrin qeyri-bərabər inkişafı ilə, məsələn, avtomobil sənayesindən fərqli olaraq kompyuter sahəsinin intensiv inkişafı ilə şərtlənir. Qiymətlərin bir qədər artması ilə istehsalın genişlənməsi bir də onu göstərir ki, istehsal həcminin artırılması üçün köhnə avadanlıq və daha aşağı ixtisaslı işçilər istifadə olunmuşdu. Bazarda daha səmərəli resurslara məhdudiyyətlər olanda daha az məhsuldar resurslardan istifadə tamamilə realdır. Nəticədə məhsul vahidinə xərclər artır və son əmtəə və xidmətlərin qiymətini artırır. Lakin klassik məktəbin nəzərdən keçirdiyi vəziyyətdən fərqli olaraq (məcmu tələb əyrisinin şaquli parçası) istehsalın real həcmi artır. Müasir iqtisadi nəzəriyyə ondan çıxış edir ki, göstərilən konsepsiyalar gerçəklikdə mümkün olan müxtəlif təkrar istehsal vəziyyətlərini təsvir edirlər.

Əgər məcmu tələb keyns intervalında dəyişirsə, tələbin artması milli istehsalın real həcminin artmasına səbəb olur, lakin qiymətlərin səviyyəsinə toxunmur. Əgər məcmu tələb klassik kəsikdə artırsa, bu, qiymətlərin artmasına səbəb olur, amma istehsalın real həcmi əvvəlki kimi qalır, çünki o, «tam məşğulluq» zamanı öz hüdudlarından kənara çıxa bil107 ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi

Əgər məcmu tələb aralıq kəsikdə artırsa, bu, milli istehsalın real həcmini və qiymətlərin səviyyəsini artırır. Məcmu təklif əyrisinin forması ilə bağlı problemin nəinki nəzəri, həm də böyük praktik əhəmiyyəti var. Müasir Rusiyaya tətbiq etdikdə, bu problemi belə ifadə etmək olar: ölkənin iqtisadi dirçəlişi üçün məcmu tələbi həvəsləndirmək lazımdırmı?

1990-cı illərin Y.Qaydar, B.Fedorov və b. kimi iqtisadçıları və siyasi liderlərinin fikrincə, qiymətlərin inflyasiya artımından qaçmaq üçün tələbi həvəsləndirmək deyil, dondurmaq lazımdır. Bu yanaşma klassik konsepsiyaya əsaslanır və tələbin formalaşmasını istehsal həcminin artımı ilə deyil, inflyasiya ilə əlaqələndirir.

Lakin burada dəqiqləşdirilmirdi ki. Rusiyadakı iqtisadi vəziyyət, lap cüzi də olsa, resursların «tam məşğulluğu» modelinə bənzəmirdi. 1997-ci ildə ÜMM-in 1990-cı ildəkinin yalnız 50%-ni, sənaye istehsalı isə 40%-ni təşkil etdiyi şəraitdə Rusiya üçün keynsçi model daha uyğun gələrdi.

Bununla bağlı olaraq iqtisadi böhrandan çıxışı məcmu tələb və istehsalın artırılmasının həvəsləndirilməsi ilə əlaqələndirən alim və təsərrüfatçıların yanaşması daha realistik görünür. Həvəsləndirmə dedikdə iqtisadçılar dövlət tərəfindən məcmu tələbə təsir tədbirlərini başa düşürlər. Beləliklə, təhlilə makroiqtisadi proseslərə dövlət təsiri problemi cəlb edilir. Bu məsələdə də müxtəlif məktəblərə mənsub alimlərin fikirləri prinsipial fərqlidir.

25 İstehsal və iqtisadi artım

Bir ölkənin həyat standartları onun məhsul və xidmətlər istehsalı bacarığından asılıdır.

İstehsal və iqtisadi artım

Zaman keçdikcə bir ölkənin həyat standartlarında böyük dəyişikliklər baş verir.

İstehsal və iqtisadi artım

Keçən əsrdə ABŞ-da adambaşına düşən real ÜDM formasında orta gəlir hər il 2 faiz artmışdır.

İstehsal və iqtisadi artım

Məhsuldarlıq işçinin hər saatda istehsal etdiyi əmtəə və xidmətlərin məcmusudur.

Ölkənin həyat standartını işçilərinin məhsuldarlıq səviyyəsi müəyyən edir.

Cədvəl1: İqtisadi artım təcrübələrinin müxtəlifliyi

DÜNYADA İQTİSADİ ARTIM

Adambaşina düşən real ÜDM formasında həyat standartı ölkələr arasında mühüm dərəcədə fərqlidir.

DÜNYADA İQTİSADİ ARTIM

Ən yoxsul ölkələr elə bir ortalama gəlir səviyyəsinə malikdirlər ki, bu səviyyə ABŞ-da onilliklərlər müşahidə olunmamışdır.

DÜNYADA İQTİSADİ ARTIM

Kiçik görünən illik iqtisadi artım səviyyəsi uzun illər davam edərək böyük ola bilər.

Bu müəyyən dövr ərzində iqtisadi artım yığılmasının olduğunu göstərir.

MƏHSULDARLIQ: ONUN ROLU VƏ DETERMİNANTLARI

Məhsuldarlıq dünyada bütün xalqların həyat standartlarını müəyyən etmədə açar rola malikdir.

Nə üçün məhsuldarlıq belə vacibdir?

Məhsuldarlıq işçinin hər iş saatı ərzində istehsal edə bildiyi əmtəə və xidmətlərin məcmusudur.

Nə üçün məhsuldarlıq belə vacibdir?

Ölkələr arasında həyat standartlarının fərqliliyini dərk etmək üçün əmtəə və xidmətlər istehsalına fikir verilməlidir.

Nə üçün məhsuldarlıq belə vacibdir?

Əmtəə və xidmətlər istehsalında istifadə olunan resurslar istehsal amilləri adlanır.

İstehsal amilləri birbaşa məhsuldarlığı müəyyən edir.

Məhsuldarlıq necə müəyyən edilir?

İstehsal amilləri

  • Fiziki kapital
  • İnsan kapitalı
  • Təbii resurslar
  • Texnoloji bilik

Məhsuldarlıq necə müəyyən edilir?

Fiziki kapital

  • İstehsal olunmuş istehsal amilidir.
    • Keçmişdə istehsal prosesindən əldə edilmiş və hazırda istehsal prosesinə daxil olan resursdur.
    • Avtomobilləri quraşdırmaqda və ya təmir etməkdə istifadə olunan alətlər.
    • Mebel quraşdırmaqda istifadə olunan alətlər.
    • Ofis binaları, məktəblər və.s

    Məhsuldarlıq necə müəyyən edilir?

    İnsan kapitalı

    • İşçinin təhsil, treyninq və təcrübə yolu ilə əldə etdiyi bilik və bacarıqları ifadə etmək üçün iqtisadçılar tərəfindən istifadə olunan termindir.
      • Fiziki kapital kimi insan kapitalı da xalqın əmtəə və xidmətlər istehsalı bacarığını yüksəldir.

      Məhsuldarlıq necə müəyyən edilir?

      Təbii resurslar

      • İstehsalda istifadə olunan və təbiət tərəfindən təmin edilən resurslardır. Məsələn, torpaq, çaylar və mineral ethiyatlar kimi.
        • Ağaclar və meşələr kimi bərpa oluna bilən resurslar.
        • Neft və kömür kimi bərpa oluna bilməyən resurslar.

        Məhsuldarlıq necə müəyyən edilir?

        Texnoloji bilik

        • Cəmiyyətin əmtəə və xidmətlər istehsalının ən yaxşı yollarını bilməsi.
        • İnsan kapitalı iş qüvvəsinin bu bilikləri əldə etməsi üçün xərclənmiş resursları ifadə edir.

        ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

        İqtisadçılar istehsalda istifadə olunan resursların miqdarı ilə istehsaldan əldə olunan məhsulun miqdarı arasındakı əlaqəni təsvir etmək üçün çox vaxt istehsal funksiyasından istifadə edirlər.

        ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

        Y = A F(L, K, H, N)

        • Y = istehsal olunmuş məhsul miqdarı
        • A = mümkün istehsal texnologiyası
        • L = əmək miqdarı
        • K = fiziki kapitalın miqdarı
        • H = insan kapitalının miqdarı
        • N = təbii resursların miqdarı
        • F( ) istehsal amillərindən istifadə kombinasiyasını göstərən funkisyadır.

        ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

        İstehsal funksiyası miqyasa görə sabit məhsuldarlıqa əsaslanır və burada x hər hansı pozitiv rəqəmdir.

        xY = A F(xL, xK, xH, xN)

        Belə ki, bütün istifadə olunan istehsal amillərinin miqdarı ikiqat artırsa, istehsal olunan məhsul miqdarı da ikiqat artır.

        ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

        Miqyasa görə sabit məhsuldarlıqlı istehsal funksiyaları aşağıdakı kimi də ifadə olunur.

        • x = 1/L,
        • Y/ L = A F(1, K/ L, H/ L, N/ L)
          • Burada:
          • Y/L = işçi başına məhsul istehsalı
          • K/L = işçi başına fiziki kapital
          • H/L = işçi başına insan kapitalı
          • N/L = işçi başına təbii resurslar

          ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

          Əvvəlki bərabərlikdən aydın olur ki, məhsuldarlıq (Y/L) işçi başına fiziki kapital (K/L), işçi başına insan kapitalı (H/L) və işçi başına təbii resurslardan (N/L), həmçinin də texnologiyanın vəziyyətindən (A) asılıdır.

          İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ

          Hökumətlər məhsuldarlıq və həyat standartlarının yüksəldilməsi məqsədilə çoxlu tədbirlər görə bilirlər.

          İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ

          Məhsuldarlıq və həyat standartlarını yüksəldən hökumət siyasətləri

          • Yığım və investisiyanı stimullaşdırmaq
          • Xarici investisiyaları stimullaşdırmaq
          • Təhsil və treninqi stimullaşdırmaq
          • Mülkiyyət hüquqlarının qorunmasını və siyasi stabilliyi təmin emtək
          • Azad ticarəti stimullaşdırmaq
          • Tədqiqat və təkmilləşmələri stimullaşdırmaq

          Yığım və investisiyanın əhəmiyyəti

          Gələcəkdə məhsuldarlığı artırmanın bir yolu da kapital istehsalına sərf edilən resursları artırmaq üçün investisiya qoymaqdır.

          Qrafik1: İqtisadi artım və investisiya

          Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti

          Kapital ehtiyatı artdıqca əlavə kapital vahidindən əldə olunan əlavə məhsul istehsalı azalır. Buna azalan məhsuldarlıq deyilir.

          Azalan məhsuldarlıq səbəbindən yüksək yığım dərəcəsi daha böyük iqtisadi artıma səbəb olur.

          Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti

          Uzunmüddətli dövrdə daha yüksək yığım dərəcəsi daha yüksək məhsuldarlıq və gəlirə səbəb olsa da, ancaq bu dəyişənlərdə daha yüksək artıma səbəb olmur.

          Azalan məhsuldarlıq və inkişafın sürətlilik effekti

          İnkişafın səmərəlilik effekti yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətini ifadə edir.

          Xarici investisiya

          Hökumətlər kapital yığılmasını və uzunmüddətli dövrdə iqtisadi artımı xarici mənbələrdən olan investisiyaları stimullşdırmaqla yüksəldə bilirlər.

          Xarici investisiya

          Xarici investisiyaların formaları:

          • Birbaşa Xarici İnvestisiya
            • Kapital investisiyasının sahibi və idarə edəni xarici iqtisadi subyektdir.
            • İnvestisiyalar xarici valyuta ilə maliyyələşdirilir, ancaq daxili rezidentlər tərəfindən idarə edilir.

            Təhsil

            Ölkənin uzunmüddətli iqtisadi artımı üçün təhsil ən azı fiziki kapitala qoyulan investisiyalar qədər əhəmiyyətlidir.

            • ABŞ-da hər əlavə il təhsil almaq insanların əmək haqqlarını orta hesabla 10% artırır.
            • Beləliklə, hökumət məktəbləşməni təmin etmək və əhalinin bu məktəblərin üstünlüklərindən faydalanmalarını stmullaşdırmaqla ölkədə həyat standartlarını inkişaf etdirə bilir.

            Təhsil

            Təhsilli insan istehsalın ən yaxşı yolu ilə bağlı yeni ideyalara malik ola bilər ki, bu da cəmiyyətin bilik hovuzuna daxil olar və digərlərinə əlavə faydalar təmin edə bilər.

            Təhsil

            Yoxsul ölkələrin üzləşdiyi problemlərdən biri beyin axını—çox yüksək təhsilli işçilərin zəngin ölkələrə emiqrasiya etməsi problemidir.

            Mülkiyyət hüquqları və siyasi stabillik

            Mülkiyyət hüquqları əhalinin öz resursları üzərində sahibliyini həyata keçirə bilməsidir.

            • İqtisadiyyatda mülkiyyət hüquqlarına hörmət edilməsi qiymət sisteminin işləməsinin vacib şərtlərindən biridir.
            • İnvestisiyalarının təhlükəsizliyini hiss etmək investorlar üçün çox vacibdir.

            Azad ticarət

            Ticarət bir növ texnologiyadır. Ölkə buğdanı ixrac poladı isə idxal edirsə, buğdanı polada çevirən texnologiya icad etmiş kimi mənfəət əldə etmiş olur.

            Bu səbəbdən ticarət məhdudiyyətlərini aradan qaldıran bir ölkə, nəticədə böyük texnoloji tərəqqi nəticəsində əldə olunan eyni iqtisadi artıma nail olacaqdır.

            Azad ticarət

            Bəzi ölkələr aşağıdakı siyasətləri həyata keçirir.

            • . . . daxili oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqədən qaçmaq.
            • . . . xarici oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqəni stimullaşdırır.

            Tədqiqat və təkmilləşmə

            Texnoloji biliyin artması daha yüksək həyat standartını doğurur.

            • Əksər texnoloji yeniliklər firmalar və fərdi ixtiraçılar tərəfindən aparılan özəl sektor araşdırmaları nəticəsində ortaya çıxır.
            • Hökumət tədqiqat qrantları, vergi güzəştləri və patent sistemləri ilə texnoloji inkişaf proseslərini stimullaşdırır.

            NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması

            Məhsuldarlığın artım dərəcəsi heç də sabit və etibarlı deyil.

            ABŞ firmalarında hər iş saatında istehsal olunan məhsulla ölçülən məhsuldarlıq 1959-cu ildən 1973-cü ilə qədər hər il orta hesabla 3,2% artmışdır.

            Daha sonra məhsuldarlığın artım dərəcəsi azalmış və 1973-cü ildən 1995-ci ilə qədər ildə cəmi 1,5% artmışdır.

            Məhsuldarlıq 1995-ci ildə yenidən sürətlənərək, növbəti 6 il ərzində orta hesabla hər il 2,6% artmışdır.

            NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması

            Məhsuldarlıqdakı artımın dəyişmə səbəbləri çətin seziləndir.

            Bu dəyişikliklər daha asan ölçülən istehsal amillərinə aid edilə bilməz.

            Bir çox iqtisadçılar iqtisadi artımın sürətindəki artma və azalmaları əmtəə və xidmətlərin necə istehsal edilməsi ilə bağlı yeni ideyaların yaranmasındakı dəyişikliklərlə əlaqələndirirlər

            Qrafik 2: Adambaşına real ÜDM-də artım

            Əhali artımı

            İqtisadçılar və digər sosial elm adamları uzun müddət əhali artımının cəmiyyətə necə təsir göstərdiyini müzakirə etmişlər.

            Əhali artımı

            Əhali artımı istehsalın digər amilləri ilə aşağıdakı qarşılıqlı təsirə malikdir:

            • Təbii ehtiyatların yayılması
            • Kapital ehtiyatının dəyərinin azaldılması
            • Texnoloji tərəqqinin dəstəklənməsi

            Xülasə

            Adambaşına düşən ÜDM ilə ölçülən iqtisadi rifah dünya üzrə dəyişir.

            Dünyanın ən zəngin ölkələrinin orta gəliri dünyanın ən yoxsul ölkələrinin orta gəlirindən 10 dəfə çoxdur.

            İqtisadiyyatda həyat standartı iqtisadiyyatın əmtəə və xidmət istehsal edə bilmək bacarığından asılıdır.

            Xülasə

            Məhsuldarlıq öz növbəsində fiziki kapital, təbii resurslar və işçilərin malik olduqları texnoloji biliklərin həcmindən asılıdır.

            Hökumət siyasətləri müxtəlif yollarla iqtisadi artıma təsir göstərə bilir.

            Xülasə

            Kapital yığılması azlan məhsuldarlığa (faydaya) malikdir.

            Azalan məhsuldarlıq səbəbindən, daha yüksək yığım müəyyən müddətdə daha yüksək artıma səbəb olsa da, sonra iqtisadiyyat ən yüksək kapital, məhsuldarlıq və gəlir səviyyəsinə çatdıqda artım azalır.

            Həmçinin azalan məhsuldarlıq səbəbindən kapitaldan gələn gəlir yoxsul ölkələrdə daha yüksək olur.

            Dostları ilə paylaş:

            Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
            rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.