Press "Enter" to skip to content

Sərbəst İşlər

İdarəçilik Akademiyasının

Əmək haqqının mahiyyəti, formaları və sistemləri

Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir.
Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürək­kəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idman­çının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qul­luqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir.
Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdik­də əmək haqqı yüksəlir. Lakin məsələnin bu cür izah edilməsi onun bütün spesifika-sını aşkara çıxarmağa imkan vermir. Bunun üçün müx­təlif əmək bazarlarında tələb və təklif nə ilə fərqlənir? sualına cavab vermək lazımdır. Bu məqsədlə hər hansı bir konkret əmək növünə olan tələb və təklifin əsasında duran amilləri nəzərdən keçirmək gərəkdir. Bunlar ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri bir-birindən özlərinin cəl­bedi­ciliyinə görə fərqlənir­, habelə əmək bazarlarında əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər vardır. Deməli, iqtisadiy-yatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün əmək haqqı da bərabər olardı. Beləliklə, əmək haqqında fərqin olması səbəbləri aşağı­dakılardır: 1) Fərdlər bir-birindən qabiliy­yətlərinə, hazırlıq səviyyələ­ri­nə görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar; 2) Müxtəlif iş növləri bir-birindən cəlbedicili­yinə görə fərqlənir. Müxtəlif işlərin qeyri-pul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rə­qa­bətlə səciyyələnir.
Əmək haqqı tarif sisteminin köməyilə müəyyən edilir. Tarif sis­teminə aşağıdakılar daxildir: 1) Tarif (maaş) dərəcə-si; 2) Tarif cəd­vəli; 3) Tarif – ixtisas məlumat kitabcası.
Tarif dərəcəsində işçiyə bir saat və ya bir gündə veri-lən əmək haqqı məbləği nəzərdə tutulur, tarif cədvəlində peşələrdən asılı olaraq ikinci, üçüncü və sonrakı dərəcələrin və birinci dərəcənin maaşı qeyd edilir. Tarif cədvəlində dərə-cələrin sayı, birinci və axırıncı, habelə yerdə qalan dərəcələr arasındakı nisbət (mütləq və nisbi kəmiyyətlə) göstərilir.
Tarif – ixtisas məlumat kitabcasında işlərin məzmu-nu və mü­rək­kəbliyi nəzərə alınmaqla bütün peşələrə xarak-teristika verilir.
Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin et­mək üçün onun səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mü­rəkkəbliyi, məsuliyyət dərəcəsi arasında birbaşa əlaqə müəyyən olu­nur. Məsələn, ABŞ-da müasir mürəkkəb avadanlıqlara xidmət edən işçilərin – təmir işləri aparan mexaniklərin, sazlayıcıların, çilingər – me­xanik­lə­rin əmək haqqı konveyerdə işləyən işçilərin əmək haq­qından 2-3 dəfə yük­sək­dir. Burada statistikada öz əksini tapan 200 küt­ləvi peşə içəri­sin­də daha çox haqq verildiyi nəzərə alın-maqla ən “nü­fuzlusu” mühəndis­likdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası ge­dir. Sonrakı yerləri riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı veri-lən işçilərə uzunmüddətli hazırlıq tələb etməyən peşə sahib-ləri, sü­pürgəçilər, özünəxidmət mağazalarında məhsulları qab­laşdıranlar, pal­tar yuyan maşınların operatorları, kas-sirlər, yükləyicilər və s. aiddir.
Inkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi “xidmətləri”ni müəyyən edərkən bir sıra göstə­rici­lərdən istifadə edilir. Bunlara istehsal edilmiş məhsulun miqdarı, əmə­yin keyfiyyəti, materiallara qənaət edilməsi, avadanlıq-lara qayğı ilə ya­naşılması, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. da­xil­dir. “Ümumi etibarlılıq”, “əmək-daşlığa cəhd göstərmək”, “ümumi dav­ranış” kimi göstəricilər də bu qəbildəndir.
Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağı-dakı forma­ları vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlən­miş vaxtın – saat, gün, həftə-kəmiy-yətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçi­lərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal pro­sesinin daha çox avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onil­likdir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmək haqqının əsas for­ması kimi vaxtamuzd əmək haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fran­sanın hasilat sənayesində çalışan-ların təqribən 70%-i, Böyük Bri­taniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə qədəri əmək haq­qını vaxta­muzd formada alırlar.
Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistem-ləri aşağı­da­kılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mü-kafatlı vaxtamuzd əmək haqqı; 3) Gündəlik normanın ölçül-məsi sistemi; 4) Iki və daha çox dərə­cəli əmək haqqı sistemi.
Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir. Mükafatlı vax-tamuzd əmək haqqı is­teh­sal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına ma­lik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək key­fiyyətli məhsul hazırlayan işçilərə verilir.
“Gündəlik normanın ölçülməsi” sistemində əmək haqqının kə­miyyəti bir saatlıq tarif maaşını işlənmiş saat-ların miqdarına vurmaq yolu ilə müəyyən edilir.
Tarif maaşı işlərin analitik qiymətləndirilməsi və “xidmətlərə gö­rə” qiymətləndirmə metodlarının köməyilə müəyyən edilir. Bunlar işəmuzd əmək haqqı ünsürlərinin əsas tarif maaşına daxil edilməsinə imkan verir.
“Işlərin analitik qiymətləndirilməsi” tələb olunan zehni və fizi­ki şərtlərdən, ixtisasdan, məsuliyyətdən və möv-cud əmək şəraitindən asılı olaraq bal sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymət­ləndirilməsi metodudur. “Xidmətlərə görə” qiymətləndirmə öz növ­bə­sində “istehsal amili” olan işçiyə, onun şəxsi xüsusiyyətlərinə bal siste­minin köməyilə tələb olunan keyfiyyət xarakteristikası verir, işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət olunması­nı, ava­dan­lıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı hesab­lanır.
Bəzi hallarda cərimə sistemi adlandırılan iki və daha çox dərə­cəli sistemin mahiyyəti ondan ibarətdir ki, iki və daha çox tarif dərə­cəsindən istifadə olunur. Başqa sözlə, istehsal normalarını yerinə ye­tir­məyən işçilərin əmək haqqı aşağı, yerinə yetirən işçilərinki adi, artıqla­ma­sılə yerinə yetirənlərinki isə yüksək dərəcələrin qiymətləri ilə ödənilir. Deməli, istehsal normasını yerinə yetirməyən işçilər sözün əsl məna­sın­da cərimə olunurlar. Onun cərimə sistemi adlan-dırılması da bununla əlaqədardır.
Işəmuzd əmək haqqı əsas etibarilə əl əməyinin xüsusi çəkisinin yüksək olduğu və həvəsləndirmənin başlıca olaraq məhsul istehsalının artırılması yolu ilə təmin olunması zəruri olan müəssisələrdə tətbiq edi­lir. Müasir dövrdə götürə əmək haqqı məhsulun keyfiyyəti, avadan­lıqlardan istifadə əmsalı kimi amillərin nəzərə alınmasını zəruri edir. Bu isə onu vaxtamuzd əmək haqqına yaxınlaşdırır. Işəmuzd əmək haqqı is­tehsal norması və məhsul vahidinin tarif qiyməti ilə sıx əlaqədardır. Tarif qiymətlərini müəyyən edərkən işçinin: 1) Bir günlük əmək haq­qının və 2) Bir gündə istehsal etdiyi məhsulun miqdarını nəzərə almaq lazımdır.
Işəmuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağıda­kılardır: 1) Məhsul vahidinə görə əmək haqqı; 2) “Vaxt norması” siste­mi; 3) Götürə – reqressiv1 əmək haqqı; 4) Götürə mükafatlı və çoxamilli əmək haqqı sistemi.
Məhsul vahidinə görə əmək haqqı sistemi daha geniş yayıl­mışdır. Bu sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif qiymətləri nəzərdən kçirilib dəyişdirilə bilər.
“Vaxt norması” sistemində işçiyə əmək haqqı nə faktiki vaxtın, nə də istehsal etdiyi məhsulun miqdarına görə deyil, müəyyən edilmiş nor­ma və həmin işin yerinə yetirilməsi üçün tələb olunan vaxtın kəmiy­yəti nəzərə alınmaqla ödənilir. Məsələn, əgər işçi yerinə yetiril­məsi üçün 8 saat vaxt norması müəyyən edilmiş işi 7 saatda yerinə yeti­rərsə və bir saatın tarif qiyməti 2 dollar olarsa, onda o 16 dollar əmək haq­qı alır. Əksinə işçi yerinə yetirilməsi üçün 6 saat vaxt norması müəy­yən edilmiş işi 8 saatda görərsə, onda ona 12 dollar əmək haqqı verilir.
Əmək haqqının götürə–reqressiv sistemində məhsul is-teh­salı­nın artımına nisbətən əmək haqqı yavaş sürətlə artır.
Əmək haqqının götürə–mükafatlı və çoxamilli sistemi onunla səciyyələnir ki, o nəinki istehsalın artırılması, həm də ayrı-ayrı “amillər” üzrə müəyyən iqtisadi göstəricilərə nail olunmasını nəzərdə tutur. Belə “amillərə” məhsulların key-fiyyətinin və avadanlıqlardan istifadə əmsa­lının yüksəldil-məsi, xammala və enerjiyə qənaət olunması və s. daxildir.
Bir sıra ölkələrdə qrup mükafatlı götürə sistem də geniş yayıl­mışdır. Bunun meydana gəlməsi, məsələn iri aqreqatlara xidmət gös­tərilməsində kollektiv əməyin zəruri-liyi ilə əlaqədardır. Qrup mükafatlı – götürə əmək haqqı sis-teminə bəzi hallarda “müəssisələrin mənfəətinin bölüşdürül-məsində işçilərin iştirakı” sistemi də deyilir. “Iştirak”ın for­ma­ları isə olduqca müxtəlifdir. Buna əmək haqqının üzərinə dividend hesablanmasını, müvafiq şirkətlərin öz işçilərinə mükafat olaraq səhm vermələrini misal göstərmək olar.
Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üs­tün­lük verilməsi konkret şəraitdən asılıdır. Müa-sir dövrdə vaxtamuzd əmək haqqı formasına üstünlük veril-məsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETI-nin nailiy-yətlərindən geniş istifadə edilməsi ilə əlaqədardır.
Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın xarakterindən, ETI-nin əhatə dairəsin-dən və digər amillərdən asılı olaraq, onun yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər və bu təcrubədən istifadə etmək lazım­dır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun gəlir, mü­əs­sisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəs­kin­ləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və material­lara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlan­dırma sistemi geniş yayılmışdır.
Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrü-bələri də diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkə­lərin demək olar ki, hamısında tarif siste-mindən müvəffəqiyyətlə isti­fa­də olunur. Bu təcrübənin qısa məzmunu belədir: 1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqa­vilələr – fomalaşdırılır; 2) Elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödə-mə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir; 3) Öz ixti­sasını yük­səl­dən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçi­lərdə maraq yaradı-lır; 4) Müəssisə və təşkilatların fəaliy­yət­lərinin nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır.

Sərbəst İşlər

Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir.

Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə 2002-ci ildən sonra xüsusilə böyük vüsət almışdır. Belə ki, təsərrüfat sahələrındə məşğul olanların 40,1%-i kənd və meşə təsərrüfatında, 16,4%-i ticarət, ictimai iaşə, satış və tədarük sahələrində, 8,9%-i təhsil, elm, mədəniyyət və incəsənət sahələrində, 3,6%-i sənayedə çalışmışdır. 1990-2002-ci illərdə sənaye sahələrində, elm yə təhsil sahələrində, tikintidə, nəqliyyat və rabitədə işləyənlərin sayı azalmışdır. Bu dövrdə idarəetmə orqanlarında və ticarət sahələrində çalışanların miqdarı artmışdır. Hal-hazırda dövlətin həyata keçirdiyi xüsusi proqramlar nəticəsində bu fərq aradan qaldırılmaqdadır. [1]

Bazar iqtisadiyyatına keçid əmək ehtiyatlarından səmərəli istifadə olunmasının,bütün imkanların nəzərə alınmasını tələb edir. Bu problemlərin həllində iş yerinin attestasiyası və səmərələşdirilməsi çox mühüm rol oynayır. Çünki iş yerlərinin attestasiyası və bunun nəticəsində onun səmərələşdirilməsi əmək məhsuldarlığının yüksəldilməsinə, məhsulun keyfiyyətinin yüksəlməsinə, əsas fondlardan səmərəli istifadə edilməsinə, iş yerlərinin işçi qüvvəsiylə təmin edilməsinə bilavasitə təsir edir. [2]

Respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmamazlığı, digərlərin isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Respublikamızda ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu prosesin səbəblərini əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də gənclərin respublikadan miqrasiyası ilə izah etmək olur. Daxili və xarici miqrasiyalar respublika üzrə əmək ehtiyatlarının paylanmasında mütənasiblik prinsiplərinin pozulmasına təsir göstərir. 1989-cu ildən başlayaraq respublikada miqrasiya daha intensiv inkişaf etməyə başlamışdır. Buna bir tərəfdən məlum hadisələr zəminində baş vermiş milli münaqişələr, digər tərəfdən isə daha da ağırlaşmış sosial problemlərin təsiri altında dolanışıq məqsədi ilə əsasən Rusiyaya və keçmiş SSRİ-nin digər respublikalarına, habelə xarici ölkələrə gedənlərin sayının sürətlə artması böyük təsir göstərmişdir. Bu səbəbdən, respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bölgələrdə bəzən bəlli bir layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları paytaxta toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olardı və bu kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər.

Mütəxəssislər cəmiyyətin potensial göstəricisidir. Dövlət məşğulluq siyasətinin mərkəzində məhz bu amil – hazırlıqlı kadr yetişdirmək vəzifəsi dayanmaqdadır. Əmək ehtiyatlarından daha
dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmış və bu sənəd respublika Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarından biri sayılır. [3]

Əmək ehtiyyatlarında istifadə səmərəliliyi

Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji aspekt

Bəşəriyyət üçün zəruri olan Günəş enerjisi , Yerin daxili istiliyi , mineral ehtiyatları, su , iqlim , torpaq , bitki örtüyü , heyvanlar aləmi təbii ehtiyatların əsas növləridir. İnsan özü də təbiətin bir hissəsidir. Təbii ehtiyatlar insan cəmiyyətindən əvvəl yaranmış və onsuz mövcud olmuşdur . Bizim günümüzə qədər Yer kürəsi mürəkkəb yol keçmiş , kosmik və planetar fəlakətlərə düşmüş , biosferi məhvetmə-parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili enerjisi hesabına çətin vəziyyətdən çıxa bilmiş , həyat yenidən canlanmışdır.

İlk dəfə, XIX əsrin əvvəllərində istiləşmə müşahidə olunmağa başlandı və bu , XIX əsrin birinci yarısına qədər davam etmişdir . Bunun yaranmasının əsas səbəbi isə sənayenin inkişafı ilə əlaqədar idi . Bu isə təbiətdə ekoloji tarazlığın pozulmasının əsasını qoymuşdur . Bu cür sənayeləşmiş cəmiyyətin insanı təbiətdən faydalanmaq istəyirdi: belə cəmiyyətdə iqtisadiyyatın sürətlə inkişafı daha çox xammal və enerji tələb edirdi . Həmçinin, qeyd etmək istərdim ki , bu mənbələrin bizi əhatə edən təbiətdən alınması üçün texniki imkanlar da durmadan artır, bu isə təbiətə olan təsirin artmasına səbəb olurdu .

İnsanın təbiətdə və cəmiyyətdə sağlam həyatı, praktiki-dəyişdirici fəaliyyəti elə obyektiv ölçüsüdür ki , bu ölçüdən kənara çıxdıqca insan fəaliyyəti öz mənasını itirir . K.Marks yazır: � Tarixin özü təbiət tarixinin , təbii insanın əmələ gəlməsinin həqiqi hissəsidir�. İndi dünya artıq elə bir vəziyyətə gəlib çatmışdır ki , bunun əsasında təbiət tarixi məhv ola bilər. Lakin bununla bərabər insan tarixinin məhv olması zəruriliyi də labüd ola bilər. Buna görə də, cəmiyyət və təbiət münasibətlərinin harmonikləşdirilməsi praktiki-dəyişdirici fəaliyyət probleminin ən mühüm aspektidir . Həmin praktiki dəyişdirici fəaliyyətdə elmin , istehsalın və biliyin ekolojiləşməsi mühüm yer tutmalıdır [2].

Bizim yaşadığımız Yer kürəsində hər şey qarşılıqlı əlaqədədir. Ona görə də, bir şeydən istifadə etdikdə digərinin zədələnməməsi mümkün deyil . Buna misal olaraq qeyd etmək istərdik ki , müxtəlif mənbələrdən ətraf mühitə atılan qazşəkilli tullantılar daima atmosferdə olmuşdur . Lakin bu gün onu söyləmək olar ki , atmosferdə olan zərərli birləşmələrin ümumi miqdarının yarısı sənaye tərəfindən ətrafa atılan toksiki maddələrdir. Təbiətdə olan birləşmələrlə müqayisədə sənaye rayonlarının havasında sənaye mənşəli kükürdlü tullantıların həcmi dəfələrlə çoxdur . Ətraf mühiti daha çox bir sıra neft məhsullarının və kömürün yanmasından əmələ gəl ən kükürdlü qaz çirkləndirir. Rütubətli havada kükürd anhidridi su ilə birləşərək kükürd turşusu yaradır. Nəticədə isə turşulu yağışlar əmələ gəlir. Bu yağışlar yerə düşərək Yerdə yaşayan bütün canlıları məhv edir , metalların korroziyasına səbəb olur . Daha təhlükəlisi isə atmosferin karbon qazı və dəm qazı ilə çirklənməsidir. Hal-hazırda atmosferdə olan karbon qazının demək olar ki , yarısı antropogen mənşəlidir. Bunun əsas hissəsi yanacağın yanması zamanı əmələ gəlir. İnsan sağlamlığı üçün də karbon qazı çox təhlükəli hesab olunur . Çünki insan orqanizminə nəfəs vasitəsi ilə daxil olan karbon qazı qana keçdikdə oksigenlə müqayisədə hemoqlobinlə 200-300 dəfə tez birləşir və ağır, bəzən öl ümlə nəticələnən zəhərlənməyə gətirib çıxarır.

Xüsusilə, vurğulamaq yerinə düşər ki , xoşagəlməz faktorlardan biri də iqtisadiyyatın ekologiya üzərində dominant vəziyyətdə olmasıdır. Təbiətə olan antropogen təsir günü-gündən artmaqdadır. Bunun nəticəsində illər sonra ekosistem məhv ola bilər. Bunun baş verməməsi üçün isə hər kəs təbiətə şüurlu şəkildə yanaşmalı təbii ehtiyatlardan elə istifadə etməlidir ki , gələcək nəsil üçün də ehtiyat saxlansın. Yəni, bu günümüzü deyil , gələcəyimizi düşünərək addım atmalıyıq. Çünki təbiətə necə münasibət göstərsək, o da bizə qarşılıq olaraq elə münasibət göstərəcək.

Cəmiyyətdə bəzilərimiz belə hesab edə bilərik ki , müasir dövrdə biz sənayeləşmədən sonrakı dövrdə yaşayırıq, çünki müxtəlif təmizləyici qurğular inşa edilir , tükənməkdə olan ehtiyatlardan səmərəsiz şəkildə istifadə olunur , nəsli kəsilməkdə olan heyvanların artırılması üzrə işlər aparılır, çirklənmiş su hövzələri təmizlənir. Amma bütün bunlar vəziyyəti sabitləşdirmir. Təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar :

1.Təbii sərvətlərdən istifadə onların bərpa olunması ilə müşayiət olunmalıdır;

2.Təbii sərvətlərin istifadəsi kompleks şəkildə həyata keçirilməlidir;

3. Təbii sərvətlərin təkrar istifadəsi həyata keçirilməlidir;

4.Təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə önəm verilməlidir;

5.Təbii sərvətlərdən istifadə zamanı yeni texnika və texnologiyalar tətbiq edilməlidir.

Təbii ehtiyatların qiymətləndirilməsi sahəsində effektiv üsullardan biri də alternativ variantlardan istifadə edilməsidir. Kiçik su elektrik stansiyalar enerjinin ucuz yolla alınmasında ən əlverişli mənbə hesab oluna bilər. Amma bu da bəzi mənfi nəticələrə gətirib çıxarır. Misal üçün deyə bilərik ki , geniş sahələr su altında qalır məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi ilə nəticələnir. Onu da qeyd edək ki , təbii ehtiyatların ekoloji-iqtisadi tədqiqatında göstərilən növləri nəzərə almaqla bərabər, iqlim-istilik , küləyin gücü , istehsal sahələrində energetika , sənaye, kənd təsərrüfatı, filiz , qeyri-filiz yataqlarının işlənilməsi, istismarı bəzi nadir ehtiyatların səmərəli istifadə olunmasının texnoloji ekoloji-iqtisadi dəyərləndirilməsi elmi əsaslara söykənməklə həll olunmalıdır. Bu gün qlobal problemlərin əsasını insanın biosferin təbii ehtiyatlarından səmərəli istifadə etməsi, ekoloji-iqtisadi və geoloji tarazlığın qorunması təşkil edir . Keçmiş SSRİ-də uzun illər təbii sərvətlərdən pulsuz istifadə olunmuşdur . Nəticədə isə bu təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur . Ona görə də, bunları qiymətləndirmək üçün real qiymət lazımdır. Bununla yanaşı, təbii rifah komponentlərini də qiymətləndirmək vacib sayılır. Onu da nəzərə almaq lazımdır ki , həmişə ehtiyatların qiymətləndirilməsi müsbət olmalıdır. Lakin bir çox təcrübələr göstərir ki , hər hansı bir �sıfır� qiyməti də ola bilər. Bu , o zaman ola bilər ki , onun cəmiyyət üçün həm bu gün , həm də gələcəkdə fiziki itkisi iqtisadi itki ilə müşayiət olunmasın.

Məlum olduğu kimi , Azərbaycan Respublikasının zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanları mövcuddur . Lakin hazırda respublika qarşısında həllini gözləyən bir sıra ekoloji problemlər durur . Bu problemlər aşağıdakılardır:

– Bakı və digər iri şəhərlərdə əhalinin içməli su ilə tam təmin olunmaması;

– Su hövzələrinin, o cümlədən, Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi;

– Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar yaranan problemlər;

– Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması;

– Bəzi bölgələrdə kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması;

– İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.

Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.

Müasir dövrdə davamlı inkişaf ətraf mühitin qorunmasını və təbii resurslardan davamlı istifadəni tələb edir . Son zamanlar keçirilən konfranslarda irəli sürülən müddəaların əsas hissəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı məsələlər tutur . Onu da qeyd edək ki , son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir . Bunun nəticəsi kimi , Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılmasını göstərə bilərik. Son illərdə həyata keçirilən Rio Konfransının da bu sahədə rolu böyükdür . Burada əsas məsələlər əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə aid idi . Konfransda 20-dən çox milli qanun qəbul edilmişdir . Azərbaycanda da �Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı�nın icrası ilə əlaqədar bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilmiş və bu siyasət növbəti illərdə də genişl əndirilmiş, bu sahədə fəaliyyət inkişaf etdirilməkdədir:

– Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata keçirilmişdir ;

– Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır;

– 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır;

– Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür . Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır.

Ülkər Balaqadaşova

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının

İqtisadiyyatın dövlət

tənzimlənməsi kafedrasının

I kurs magistrantı

Yeni � Azərbaycan .-2014.- 11 iyun .- S.6.

Comments are closed, but trackbacks and pingbacks are open.