Press "Enter" to skip to content

MƏK MÜQAVİLƏSİNİN AR ƏMƏK MƏCƏLLƏSİ 70. Ç İLƏ Ləğvi

– Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

İqtisadi münasibətlər işçilərin konstitusion hüquqlarının, onların mənafelərinin mühafizəsini önə çıxarır. İşçilərin hüquqlarının müdafiəsinə istiqamətlənmiş əmək qanunvericiliyinin əsas tərkib hissəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsi təşkil edir. 1999-cu ilin fevralın 1-də qəbul edilən Məcəllə bazar iqtisadiyyatında əhalinin sosial tələbatlarının ödənməsinə yönəlib. Əmək Məcəlləsi işəgötürənlə işçi arasındakı əmək münasibətlərini tənzimləyir.

  • vətəndaşların əmək hüquq və azadlıqlarına dövlət təminatının formalaşması;
  • əlverişli iş şəraitinin yaradılması;
  • işçilərin, işəgötürənlərin hüquq və mənafelərinin müdafiəsi.

AR əmək qanunvericiliyinin mənbəyini Azərbaycan Respublikasının Konstitusiyası , Əmək Məcəlləsi, öz səlahiyyətləri daxilində digər çərçivəsində icra qurumlarının qəbul etdiyi normativ hüquqi aktlar, beynəlxalq müqavilələrlə təsbit edilmiş prinsiplər, kollektiv müqavilə və sazişlər, yerli normativ hüquqi aktlar təşkil edir.

Əmək qanunvericiliyinin sistemləşdirilməsi

Əmək Məcəlləsi – əmək haqqında sistemli qanunvericilik aktıdır. Bəzi ölkələrdə “əmək məcəllələri” xüsusi işlənmiş normalar toplusu deyil, müxtəlif vaxtlarda qəbul edilmiş mexaniki şəkildə birləşdirilən qanunlar, habelə hökumətin normativ aktlardan ibarətdir.

Əmək qanunvericiliyinin belə sistemə salınması ilk dəfə 1910-cu ildə Fransada tətbiq edilib. Fransanın Əmək Məcəlləsində əmək şəraiti, işə qəbul prosedurları, işdən çıxarılma şərtləri, əmək hüququnun digər aspektləri ilə bağlı qanunvericilik normaları ətraflı qeyd edilmişdi.

Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı konvensiyalar, tövsiyələr formasında beynəlxalq əmək standartlarını hazırlayır. Bu normalar məşğulluq, iş vaxtı, iş axtarışı məqsədi ilə miqrasiya, qadın və gənclərin əmək hüquqlarının müdafiəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, müavinətlər və kompensasiyalar, müstəmləkə əməyinin problemləri, iş saatları kimi məsələləri əhatə edən beynəlxalq əmək məcəlləsini təşkil edir.

AR Əmək Məcəlləsi

Qeyd etdiyimiz kimi respublikamızın ilk Əmək Məcəlləsi müstəqilliyin ilk illərində qəbul edilib. Sonrakı illərdə ona bir sıra dəyişikliklər edilib, təkmilləşdirilib. Məcəllə XIII bölmədən, 48 fəsildən, 2 əlavədən ibarətdir. Məcəllədə əmək müqaviləsi , kollektiv müqavilə və sazişin bağlanması qaydaları, əmək şəraiti, əmək funksiyası, işçi ilə işəgötürən arasında münasibətlər, əmək hüququ ilə bağlı digər müddəalar öz əksini tapıb. Onun mətni mütəmadi olaraq dəyişdirilir. Odur ki, ƏM-nin aktuallığına daim nəzarət edilməli, mütəxəssislərin diqqətində saxlanılmalıdır. Bu qanunvericilik aktından öz işlərində istifadə edən hüquqşünaslara, HR-mütəxəssislərə , mühasiblərə və digər əməkdaşlara sənədin operativ şəkildə yenilənən versiyasından istifadə etmək tövsiyə olunur. Əmək Məcəlləsinin tam mətni aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.

ƏMƏK MÜQAVİLƏSİNİN AR ƏMƏK MƏCƏLLƏSİ 70.Ç İLƏ Ləğvi

İşçinin əmək müqaviləsi işəgötürən tərəfindən ƏM – nin 70-ci maddəsinin «ç» yarımbəndi əsasında ləğv etdikdə praktikada bəzən çətinlik meydana çıxır. Belə ki, bəzi HR-lar ƏM 70 «ç» -nin məhz 2 müstəqil əsasdan ( işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmasını dərk etməyərək, əmək müqaviləsinin ləğvinə dair əmrdə və işçinin əmək kitabçasında 70 «ç» -ni bütövlükdə köçürülməsi ilə kifayətlənirlər. Bu səhv isə gələcəkdə məhkəmə mübahisəsi zamanı fəsadlara yol aça bilər.

Əmək məcəlləsində olan çətinliklər və ziddiyətli məqamları öyrənmək üçün Praktiki Əmək Məcəlləsi təlimimizdə iştirak edə bilərsiniz

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.

Əmək Məcəlləsinə edilmiş dəyişikliklər barədə

Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədi ilə Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir.

  • Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib (maddə 2).
  • Əmək münasibətlərinin anlayışı müəyyən edilib: “Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.” (maddə 3, 4-1-ci hissə).

Tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib (maddə 7, 2.3 və 2.4-cü hissələr):

– Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;

– Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

– Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

– Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– Tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə;

– Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

– Müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.

Xatırladırıq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən

– Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.