Press "Enter" to skip to content

Əməkhaqqı sistemi

Mühasibat uçotu

VERGİLƏR

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əməkhaqqının ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər

Misal 1. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçinin əməkhaqqı 600 manat təşkil edir və əməkhaqqı işçinin aylıq iş vaxtı normasına görə müəyyənləşdirilib. 2019-cu ilin oktyabr ayında 23 iş günü olduğuna görə işçinin aylıq iş norması 184 saat (23 x 8 saat) müəyyən edilib. Bu cür yanaşma ilə işçinin həmin aya bir saatlıq əməkhaqqı 3,26 manat (600:184 saat) təşkil edir. Əməyin bu şəkildə ödənilməsi vaxtamuzd hesab edilir.

Misal 2. İşəgötürənin işçi ilə bağlanılmış əmək müqaviləsinə bir saat üzrə 20 manat əməkhaqqı nəzərdə tutulub. 2019-cu ilin oktyabr ayının iş vaxtı uçotu hesabatına əsasən, işçi ay ərzində 40 saat işləyib. Bu zaman işçinin oktyabr ayı üzrə əməkhaqqı 800 (20 x 40 saat) manat təşkil edəcək. Bu cür əməkhaqqı sistemi də vaxtamuzd hesab olunur.

Misal 3. İşəgötürənlə bağlanılmış əmək müqaviləsinə görə işçinin hər doldurduğu kibrit qutusuna görə 0,01 manat ödəniş nəzərdə tutulub. Ay sonundakı hesabata əsasən işçi 50.000 ədəd kibrit qutusunu doldurduğu üçün, ona 500 (50000×0,01 manat) manat əməkhaqqı hesablanır. Bu cür ödəniş sistemi işəmuzd hesab olunur.

Misal 4. İşəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsinə əsasən, vergi sahəsindən yazılacaq kitaba görə icra planı müəyyənləşdirilir. Əmək müqaviləsinə əsasən, işçi işi 3 ay ərzində yekunlaşdıracaq və hər ay işçiyə 1.000 manat olmaqla 3.000 manat əməkhaqqı ödəniləcək. Əmək müqaviləsində işin konkret görülmə vaxtı müəyyən edilir. Sadəcə, işin başlanma və bitmə vaxtı öncədən əmək müqaviləsində öz əksini tapır. Əməyin bu şəkildə ödənişi forması isə akkord və ya sərbəst formada əməyin ödənilmə sistemi adlanır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Əməkhaqqı sistemi

Əmək haqqının hеsablanması

  • müəssisədə tətbiq edilən əmək haqqı sistemi
  • müəyyən edilmiş tariflər, məvaciblər, normalar və s.
  • işçilər tərəfindən faktiki işlənilən vaxt barədə və ya istehsal edilmiş məhsulun miqdarı barədə məlumat

Dt Kt Məbləğ Əməliyyatın məzmunu
087010 000Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
10, 15701 000Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
207020 000Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması
23702 200Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
2570220Ümumistehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
267015 000Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması
44701 000Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması

Mühasibat uçotu

Uçotun təşkili

Əməkhaqqı sistemi

Əməkhaqqı sistemi müəssisələrdə işçilərin əmək haqqlarının ödənilməsinin müxtəlif formalarının xüsusiyyətlərini nəzərə almağa, sosial xarakterli müavinətlərin bütün növlərini, çeşidli ödəmə və tutulmaları hesablamağa imkan verən çox funksiyalı proqram təminatıdır.

Sistemin modulları:
• Əmək haqqı ödənişi
• İş Vaxtı İstifadəsinin Uçotu
• Əmək Haqqına Əlavə Ödəmə və Tutulmalar
• Aliment
• Əmək Haqqının Hesablanması
• Borclu İşçilər
• Ödəniş Cədvəli
• Haqq-hesab vərəqəsi
• Haqq–Hesablararası Hesablaşmalar
• Mükafatlandırma Haqqında Əmr
• Yeni vəzifə maaşı haqqında əmrlər
• Xəstəlik vərəqinin hesablanması və s.
• Məzuniyyət əmrləri
• Ezamiyyə əmrləri
• Haqq-hesab cədvəli
• Ödəmə və tutulmaların yekun cədvəli
• Əmək haqqı və başqa gəlirlər barədə arayış

Sistemin funksional imkanları:
• Rahat idarəetmə paneli və interfeys
• Əməliyyatların loqlanması
• Ətraflı axtarış imkanı
• Məlumatların MS Excel`ə köçürülmə (export) imkanı
• İstifadəçi hüquqlarının verilməsi və tənzimlənməsi

Comments are closed, but trackbacks and pingbacks are open.