Press "Enter" to skip to content

Az Accounting Services” LLC   Your Accounting Department

– xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə;

Əmək haqqı nədir?

Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bölgü münasibətlərinin həyata keçirilməsində əmək haqqının forma və sistemlərinin düzgün seçilib tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Sahibkarla muzdlu işçi arasındakı münasibətlər yalnız bazar sferası ilə məhdudlaşmır. İş qüvvəsinin dəyəri və yaxud əmək xidmətinin qiyməti həm əmək bazar,həm də müəssisə daxilində müəyyən edilir.Burada işçinin əmək fəaliyyəti,konkret əmək töhfələri, müvafiq əmək haqqı,əməyin ödənilməsi qaydasında qarşılıqlı şəkildə ölçülür. Həm əmək ölçüsü, həm də əməyin ödənilməsi ölçüsü,həm də əməyin ödənilməsi ölçüsü bir-birinə uyğunlaşdırılır.

İşçi qüvvəsi xərclərinin tərkibi aşağıdakılardır:

– Birbaşa əmək haqqı – Məzuniyyət xərcləri – Birdəfəlik mükafat

– Gəlirlərdə, mənfəətdə,iştiraka görə səhm gəlirləri – Qidalanma , geyim xərcləri – Sosial fondlara ayırmalar – İşçilərin sosial müdafiəsinə xərclər – Firmadaxili peşə hazırlığı və ixtisaslaşma ilə bağlı xərclər – Mədəni-məişət xidməti ilə bağlı xərclər

Bütün bu xərcləri müəssisə sahibkarı öz üzərinə götürür. Müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi,sərf edilmiş əməyin kəmiyyət və keyfiyyəindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydaları əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir.

Əmək haqqı forma və sistemlərinin seçilməsinə tələblər aşağıdakılardan ibarətdir:

– Əmək haqqı sistemi bir işçidə öz işini daim yaxşılaşdırmaq, işdə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır.

– Əmək haqqı sistemi sərf olunan əməklə onun nticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir.

– Əmək haqqı ilə əmək sərfi arasındakı əlaqənin hər bir işçi üçün əmək haqqı sistemi sadə halda qurulmalıdır.

İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardan ibarətdir:

– Əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi,hasilatın uçota alına bilinməsi – İş yerlərində əmək məhsuldarlığını , istehsal həcmini sürətlə artırmaq zərurəti

– İstehsal olunan məhsul həcminə fəhlənin fəal təsir edə bilmə imkanlığı – Məhsul istehsalında fəhlənin son əmək nəticələrində əks oluna bilməsi

– İş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən müvafiq əməyin təşkili səviyyəsinin olması.

Vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardan ibarətdir:

– Vaxtamuzdçu fəhlə tərəfindən işlənilmiş iş vaxtının uçota alınması və ona nəzarət

– İcra edilən işin məzmunu, fəhlələrin hüquq və vəzifələri dəqiq müəyyən edildikdə

– Mükafatlandırılan fəhlələr üçün xidmət normasının və say normativlərinin düzgün müəyyən edilməsi

– Fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi

– Mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi

Müstəqim və qeyri müstəqim əmək haqqı sistemləri.

Müstəqim işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir. İş qiyməti iki amildən , istehsal, yaxud vaxt normasındanvə müvafiq dərəcənin tarif maaşından asılıdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Fəhlənin əmək haqqı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.

Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxt normasına vurmaqla müəyyən edilir.

İq= Sm /İn və ya İq =SmXVn ;

Burada: İq – məhsul vahidinin iş qiyməti;

Sm – müvafiq dərəcənin işəmuzd saatlıq maaşı; İn – istehsal norması

Vn – vaxt normasıdır.

Fəhlənin faktiki işəmuzd əmək haqqı müstəqim fərdi işəmuzd əmək ödənişində müxtəlif işlər üzrə belə müəyyən edilir:

Burada, İə.n – ümumi işəmuzd əmək haqqı ; İq – görülmüş işlərin hər vahidinin qiyməti;

Vh – görülmüş işlərin hər növü üzrə faktiki hasilatdır.

Qeyri-müstəqim işəmuzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya onların istehsal etdiyi məhsulin miqdarından asılıdır. Bu sistem çox halda fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqının təşkilində tətbiq olunur. Avadanlıqların sazlayıcıları əsasən qeyri-müstəqim əmək haqqı sistemi üzrə əmək haqqı alırlar. Mütərəqqi-işəmuzd əmək haqqı sistemi

Mütərəqqi-işəmuzd əmək haqqı sistemində fəhlə müəyyən edilmiş çıxış (baza)norması daxilində müstəqim, dəyişilməz iş qiymətləri, çıxış (baza) normasından əlavə istehsal edilmiş məhsullar üçün işə artırılmış iş qiymətləri üzrə əmək haqqı alır. İşəmuzd- mütərəqqi əmək haqqı sistemində differensiallaşdırılmış iki cür iş qiymətləri – sabit və mütərəqqi artan iş qiymətləri tətbiq edilir. İşəmuzd-mütərəqqi əmək haqqı üzrə əlavə haqqı hesablamaq üçün fəhlənin Müəyyən olunmuş ilk çıxış normadan artıq istehsal normasının yerinə yetirilmə faizini , faktiki işləmə vaxtını və qüvvədə olan şkalaya əsasən iş qiymətinin artma faizini bilmək lazımdır. Bütün işlər üzrə mütərəqqi iş qiymətləri üzrə ödənildikdə və şkalada normanın çıxış bazası 100% götürülmüş olarsa, fəhlənin əmək haqqı belə hesablanır:

Üə =İm.ə + İm.ə( N-Gb)\N x XQə Burada; Üə – mütərəqqi işəmuzd əmək haqqı;

İm.ə – aylıq müstəqim işəmuzd əmək haqqı; N – normaların yerinə yetirilmə faizi;

Gb –mütərəqqi əmək haqqı üçün çıxış bazası; Qə – iş qiymətlərinin artma əmsalı.

Əgər İm.ə = 84 manat, N =115%,Gb- 103%, Qə= 0,6 olarsa,

Üə = İm.ə.+ İm.ə(N-Gb)/N xXQə = 84 +84(115-103)/ 115x X0,6=84=5,26= 89,26 manat olar.

Mükafatlı-işəmuzd əmək haqqı sistemi

İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğ mükafat alır. Fəhlələrin mükafatlandırılması ay ərzindəki nəticələrə əsasən həyata keçirilir. İşə çıxmayan fəhlələr qismən, ya da tamamilə mükafatdan məhrum dilitlər. Fəhlələrin mükafatlandırılması ayrı- ayrılıqda kəmiyyət və keyfiyyət göstəricisi və eyni zamanda hər iki göstəricisi üzrə birlikdə aparıla bilər. Fəhlənin işəmuzd- mükafatlı sistemdə ümumi qazancı aşağıdakı düsturla müəyyən edilir.

Üə.n= İə+ İə(M1 +M2 X M3 )/100

Burada, M1 – planın yerinə yetirilməsinə görə mükafatların faizi,

M2 – artıqlaması ilə yerinə yetirilmiş hər faizə düşən mükafatların faizi, M3 – istehsal planının artıqlanması ilə yerinə yetirilməsi faizidir.

Məsələn, fəhlə ay ərzində isyehsal normasını artıqlaması ilə yerinə yetirmişdir. O, müstəqim işəmuzd qiymətlə 90 manatlıq iş görmüşdür. Onun üçün planı yerinə yetirdiyinə görə 10% məbləğində və hər bir faiz üçün orta aylıq əmək haqqının 2%-i miqdarında mükafat təyin edilmişdir.Planın 105% yerinə yetirildiyini nəzərə alaraq, fəhlənin qazancı aşağıdakı kimi hesablanır:

Üə.n= İə+ İə((M1 +M2 X M3 )/100= 90+ 90(10=2X5)\100=108 manat Hər bir müəssisədə istehsalın konkret şəraitindən asılı olaraq mükafatlandırmanın

daha məqsədəuyğun göstəriciləri və şərtləri, mükafatın miqdarı seçilir,və bu yerli həmkarlar komitəsinin razılığı ilə müəssisə rəhbəri tərəfindən təsdiq edilən mükafatlandırma haqqında əsasnaməyə daxil edilir.

Akkord işəmuzd əmək haqqı

Akkord əmək haqqı sistemi sənayedə qəzaların ləğvedilməsi , çox mühüm təmir işlərinin sürətləndirilməsi və taxirə salınması mümkün olmayan təcili işlərin yerinə yetirilməsi hallarında tətbiq olunur. Akkord əmək haqqı sistemi tikinti və nəqliyyat müəssisələrində daha geniş tətbiq edilir.

Akkord əmək haqqı sisteminin mahiyyəti ondadır ki, burada işin ödənişi hər bir istehsal əməliyyatı üçün deyil, bütünlüklə görülən iş kompleksinə görə müəyyən edilir.Bu halda konkret işə görə akkord ödənişinin ümumi miqdarı yalnız mövcud vaxt normalarının və ümumi akkord tapşırığın daxilində oolan əməliyyatların hər birinin cəmlənməsi əsasında müəyyən edilir. Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərə daxil olan mövcud normalar və ayrı-ayrı iş qiymətləri əsas götürülür. Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi və vaxtından tez yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat əmək haqqına akkord naryadı üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatlandırma qaydaları üzrə verilir.

Əməyin ödənilməsinin vaxtamuzd sistemləri:

Vaxtamuzd əmək haqqı forması sadə və vaxtamuzd-mükafatlı əmək haqqı sisteminə ayrılır.

Sadə vaxtamuzd sistemində fəhlənin əmək haqqının miqdarı onun sərf etdiyi faktiki vaxtın miqdarından və tarif maaşından asılıdır.

Aylıq sadə vaxtamuzd əmək haqqının hesablanması saatlıq tarif maşina və həmin ayda faktiki işlədiyi saatların miqdarına hesablanır:

Am= Sf X Ms ; Burada : Am – aylıq maaş;

Sf – saatlıq tarif maaşı

Ms – ay ərzində fəhlənin işlədiyi saatların miqdarı.

Vaxtamuzd- mükafatlı əmək haqqı sistemində vaxtamuzd fəhlənin əmək haqqı yalnız işlənilən vaxtın miqdarından və ixtisasından deyil, həm də işinin göstəricilərindən asılı olaraq verilən mükafatın həcmindən də asılıdır. Bu sistem vaxtamuzdçu fəhlələrə əmək məhsuldarığının yüksəldilməsinə, xammala, material resurslarına qənaət etmələrinə stimul yaradır.

Rəhbər işçilərin , mütəxəssslərin qulluqçuların əmək haqqının təşkili.

Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əmək haqqını təşkil edərkən əmək bölgüsü, birinci növbədə idarəetmə və istehsalata xidmətetmə funksiyası nəzərə alınmalıdır.Rəhbər işçilərinin , mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsi istehsalın ən vacib sahələrinə ixtisaslı kadrların cəlb olunmasını, müxtəlif qrup və kateqoriyadan olan bu kadrların əməyinin ödənilməsində zəruri nisbətlərin müxtəlifliyinin qoyulmasını və hər bir işçinin şəxsi maddi marağını təmin etməlidir.

Mühəndis- texniki işçilərin və qulluquların əmək haqqı iki hissədən ,sabit (Vəzifə maaşları) və dəyişən hissədən (mükafatlar) ibarətdir. Onların vəzifə maaşları dövlət tərəfindən vahid tarif dərəcələri üzrə təminatlı qaydada normalaşdırılır və bilavasitə əməyin nəticəsindən asılı olmur. Bundan fərqli olaraq mükafatlar müəyyən kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq verilir.

“Az Accounting Services” LLC Your Accounting Department

MÖVZU III. ƏMƏYİN VƏ ONUN ÖDƏNİLMƏSİNİN UÇOTU Leave a comment

Əməyin təşkili və ödənilməsi sistemi

İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu

Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri

Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası

Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

ƏLAVƏ ƏDƏBİYYAT

  1. 1.R.P.Rüstəmov, Ə.A.Sadıqov, Q.Ə.Sadıqov. «Əməyin və onun ödənilməsinin uçotu», «Odlar Yurdı», Bakı-2000
  2. 2.Q.Ə.Abbasov «Bazar iqtisadiyyatı şəraitində əməyin və əmək haqqının uçotu problemləri», «Maliyyə və uçot» jurnal, №-5-6, 7-8 2001
  3. 3.Q.Q.Aslanov «Müasir şəraitdə işçilərin gəlirlərinin və əmək haqqının tənzimlənməsinin metodları və əsas istiqamətləri», «Maliyyə və uçot» jurnalı № 10 2004-cü il

3.1. Əməyin təşkili və əmək haqqının uçotunun vəzifələri

İstehsal prosesinin ən mühüm elementlərindən biri əməkdir. Hazırki şəraitdə müəssisələr nəinki ancaq maddi ehtiyatları, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə uyğun olaraq müəssisənin rəhbərliyi müvafiq qaydada müqavilələr rəsmiyyətə salınmaqla əmək kollektivini formalaşdırırlar. Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daxili normativ sənədlər qəbul edilməsi yolu ilə tənzimlənir. Onlara fərdi əmək müqavilələri, kollektiv müqavilə, mülki hüquqi müqavilələr, lokal normativ aktlar və s. aiddir. Bazar münasibətlərinə keçid işçilərin əməyinin ödənilməsi və onların sosial müdafiəsi sahəsində də bir sıra dəyişikliyi səbəb olmuşdur.

Dövlətin bu sahədəki bir sıra funksiyaları müəssisələrə verilmişdir. Onlar əmə­­yin ödənilməsinin forma, sistem və hcmini sərbəst sürətdə müəyyən edilər. Əmək zəhmətkeşlərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi he­sab edilir. «Əmək haqqı» anlayışı hazırki şəraitdə yeni məzmun kəsb edir və özün­də pu və natural formada hesablanmış bütün növdən olan qazancları əks edirir.

Bazar münasibətlərinə keçid pul gəlirlərinin əldə edilməsinin yeni mənbə­lərini (səhmlərə və müəssisə əmlakına qoyuluşlfr üzrə) əmələ gətirmiş. Beləliklə hər bir işçinin əmək gəlirləri müəssisənin işinin son nəticəsi nəzərə alınmaqla şəxsi iştirakına əsasən müəyyən olunur və onun aksimum həddinə norma qo­yu­lmur. İşçilərin sosial sığortası əmək haqqı ilə sıx bağlı olub müəssisənin so­sial sığortaya məcburi ayırmaları hesabatı həyata keçirilir. Bu ayırmalar nor­ma­tiv sənədlərə əsasən hesablanmış əmək haqqından % hesabı ilə müyyən olu­nur (27%). Əməyin və əmək haqqının uçotu müəssisənin uçot sistemində mər­kəzi yerlərdən birini tutur. Hazırki şəraitdə əməyin və əmək haqqının uçotu qarşısındakı əsas vəzifələr durur:

– Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablşmaların vaxında və düzgün həyata keçirilməsinə nəzarət;

– Əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıqala və hasilat nor­ma­sına əməl olunmasına nəzarət;

– Əmək haqqı fondunun ərcənməsi və mükafatların ödənilməsinə nəzarət;

– Hesablanmış əək haqqı və sosial sığorta ayırmaların düzgün və vatında maya dəyərinə daxil edilməsi nəzarət;

– Əmək və əmək haqqı göstəricilərinə operativ rəhbərlik və hesabatların tərtibi üçün toplamaq və qruplaşdırmaq.

Əmək və əmək haqqının uçotu əməyin miqdarı və keyfiyyətinə, habelə istehlaka yönəldilən vəsaitə perativ nəzarəti həyata keçirməlidir.

3.2. İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu

Müəssisələrin işçi heyəti əməyin tətbiq edilmə sahəsindən asılı olaraq sə­na­­ye-istehsal heyətinə və qeyri sənaye-istehsal heyətinə bölünür. Sənaye-isteh­sal heyətinə məhsul istehsalı prosesində iştirak edən əsas, köməkçi və yardımçı sexlərdə, eləcə də bu istehsalatların idarə edilməsi və xidmət göstərilməsi ilə məşğul olan işçilər aid edilir.

Qeyri-sənaye istehsal heyətinə isə mənzil və kommunal təsərrüfatların uşaq bağçalarının və digər qeyri-sənaye və xidmət sahələrinin işçiləri daxil edi­lir. Heyə­tin kateqoriyasına görə işçilər – fəhlələrə, rəhbərlərə, mütəxəssislərə, qul­luqçulara və s. bölünür. Peşə ixtisasları və s. əlamətlərə görə işçilər – çilin­gər, tornaçı, konstruktor, mühəndis, mexanik, mühasib, iqtisadçı və s. bölü­nür. İşçi­lərin ix­ti­sas dərəcəsi onlara verilmiş dərəcələrlə müəyyən olunur. İxti­sas dərəcəsi yüksəl­dik­cə onlara daha yüksək dərəcə verilir. İşçi sayının uçotu za­manı siyahı və si­ya­hı­dankənar tərkibi bir-birindən fərqləndirilir. Siyahı tərkibinə mü­əs­sisənin si­ya­hısından olan daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş mü­vəq­qəti işçilər daxildir. Siyahıdankənar işçi heyətinə isə müəs­si­sənin əsas fəa­liy­yəti ilə bağlı olmayan, işçiləri yerinə yetirmək üçün cəlb edilən müvəqqəti işçilər daxildir. Mü­əssisə işçilərinin şəxsi heyətinin uçotu müəs­si­sə­nin kadrlar şöbəsi tə­rə­findən apa­rılır. Fəhlə və qulluqçuların sayı və hərəkəti­nin uçotu işin sənədlərlə – işə qəbul, xaricolma və başqa işə keçirilmə üzrə əmrlə rəsmiyyətə salınır.

Daimi, süvəqqəti və mövsümi işə qəbul olunanlar, fəhlə və qulluqçular üçün kartoçka, rəhbər işçi və qulluqçular üçün isə kadrların şəxsi vərəqəsi doldurulur.

Hər bir işçiyə işə qəbul olunan zaman tabel nömrəsi verilir ki, sonradan bütün ilkin sənədlərdə həmin nömrə yazılır. Müəssisənin mühasibatlığı ilkin sənədlərə əsasən hər bir işçiyə kartoçka – arayış və ya şəxsi hesab açır.

Müəssisələrdə iş vaxtından istifadənin uçotu iş vaxtından istifadənin uço­tu tabellərində aparılır ki, onlar ya müəssisə üzrə ümumilikdə ay yaxud müəs­si­sənin bölmələri və işçi ya ümumilikdə ay yaxud müəssisənin bölmələri və işçi kateqoriyaları üzrə aparılır. Tabeldən fəhlə və qulluqçuların iş rejiminə əməl et­mələrinə nəzarət, əmək haqqı üzrə hesablaşma aparmaq və işlənmiş vaxt haq­­qında məlumat almaq üçün istifadə olunur. Tabel usta və ya tabelçi tərə­fin­dən doldurulur və əmək haqqı hesablamaq üçün mühasibatlığa verilir. Üzür­­lü və üzürsüz səbəbdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları ol­duq­da onlar müəyyən edilmiş sənədlərlə rəsmiyyətə salınır. Beləliklə, hər bir qay­­da olaraq bütün işçlərin işdə olması, işə gəlməmək və işə gecikmə halları ta­­bel uçotunda əks etdirilir. Tabeldə qeydlər müxtəlif üsulla aparıla bilər. Mü­əssisədə iş vaxtından istifadənin uçotu tabelinin iki formasından istifadə olu­nur. Ə-12 saylı formalı tabeldə iş vaxtından başqa həm də əmək haqqının he­sab­lanması, Ə-13 saylı formada isə ancaq iş vaxtından istifadənin uçotu apa­rılır. İş vaxxtının başlanması və qurtarılmasına nəzarət, eləcə də gün ərzində iş vaxtından istifadəyə nəzarət istehsal bölmələrinin rəhbərləri tərəfindən həyata keçirilir. Nəzarət kartoçka, jurnal, buraxılış, cədvəl-raport və nəzarət-buraxılış qurğuları vasitəsi ilə və s. həyata keçirilir.

Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri

Hazırda müəssisələr işçilərin əməyinin ödənilməsi sistemini sərbəst müəy­yən edirlər. Bu zaman əmək haqqının ödənilməsinin maksimum həddinə məh­du­diyyət qoyulmur. Müəyyən dövr üçün nəzərdə tutulan iş vaxt normasını və əmək borcunu tam yerinə yetirən işçinin aylıq əmək əmək haqqı dövlət tə­rə­fin­dən müəyyən edilən minimum əmək haqqından az ola bilməz. Hazırda mini­mum əmək haqqı məbləği dövlət tərəfindən 10000 manat həcmində müəyyən olunur.

Müəssisənin işçilərinin əməyi müəssisə tərəfindən təsdiq edilən vəzifə ma­aş­ları və ya işəmüzd qiymətlərlə, mülki-hüquqi müqavilə üzrə işə götürül­mə­lə­rin­ki iş müqavilədə nəzərdə tutulan şərtlərlə ödənilir. Əməyin ödənilməsi sis­te­mi istehsalın texnologiyası xüsusiyyəti, işçilərin ixtisası və dərəcələri, onların yerinə yetirdiyi işin keyfiyyəti ilə əlaqədardır. Xalq təsərrüfatının bütün sa­hə­lər­də hər bir iş dərəcəsi üçün tarif qiyməti və norma qoyulur. İş dərəcələri və ta­­rif qiymətləri işin xaraterindən asılı olaraq müəyyənləşir. Hər bir dərəcə üçün tarif əmsalı qəbul edilir. Hər bir işçinin əmək haqqı əməyin müəssisədə tət­biq olunan konkret forma və sisteminə uyğun olaraq onun əməyinin kə­miy­yət və keyfiyyətindən və müəssisənin gəlirinin əməyin ödənilməsinə yönəldilən hissəsinin həcmindən asılıdır. Hazırda əməyin ödənilməsinin müxtəlif forma­ları mövcuddur: işəmüzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.

İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə ye­tirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işə­muzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütə­rəq­qi sistemləri mövcuddur. Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəy­yən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə ye­ti­ril­miş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və müka­fat­lı vaxtamuzd sistemə bölünür. Son illərdə əməyin təşkilinin və həvəs­lən­diril­mə­sinin briqada forması geniş istifadə edilir. Hazırda ayrı-ayrı müəssisələrdə son nəticəyə görə əməyin ödənişi formalarından da istifadə olunur. Bu zaman bü­tün briqadanın əmək haqqı məhsul vahidinə görə əməyin ödənilmə qiy­mə­ti­ni istehsal olunmuş məhsula vurmaqla hesablanır. Briqadanın ümumi əmək haq­qı onun üzvləri arasında əvvəlcədən müəyyən olunmuş nisbətlərə uyğun olaraq bölünür. Mühasibat uçotunun məqsədləriüçün məhsulun maya dəyə­ri­nə daxil edilən və işçilərə hesablanmış əmək haqqı əsas və əlavə əmək haqqına bölünür.

Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, müka­fat­lar və s. ödəmələr nəzərdə tutulur. Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödə­mələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetiril­mə­si­nə görə ödəmə, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyet­mə­­lə­rin güzəştli satları və s.) başa düşülür. Müəssisənin işçilərinə onların əmə­yi­nin kəmiyyət və keyfiyyətinə görə ödənilən pul və natural formada cəmi əmək haqqı fondunu təşkil edir. Əmək haqqı fonduna müəssisə tərəfindən işçi­lə­rə ödənilmə mənbəyindən, əmək haqqı forma və sistemindən asılı olmayaraq hesablanmış əmək ödənişi məbləği, həvəsləndirici və əvəzi ödənilmə xarakterli, habelə natural formada ödənilən məhsullun dəyəri də daxildir.

Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil. Görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.

3.4. Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası

Əməyin və əmək haqqının uçotunun düzgün təşkili onun sənədləşdirilmə­sin­dən bilavasitə asılıdır. Fəhlə və qulluqçulara əmək haqqı hesablamaq üçün müəssisələrdə işə görə və vaxta görə işləyənlərin sayını bilmək lazımdır. Vaxta görə işləyənlərə əmək haqqı hesablamaq üçün onların işəçıxma saatlarının miq­­darını. İş dərəcələrini, habelə vəzifə maaşlarını bilməklə əmək haqqı hesab­la­maq olar. Belə bir məlumat mənbəyi müəssisədə işəçıxmanı qeydə alan tabel uçotudur. İşəmuzd işləyənlərə əmək haqqı hesablamaq üçün onlara verilmiş tap­şırıqların həcmini, istehsal olunan məhsulun miqdarına və keyfiyyətini bil­mək lazımdır. İşəmuzd qaydada əmək haqqı hesablanması üçün müxtəlif sə­nəd­lərdən istifadə olunur. Onlarda yerinə yetirilən işlərin xarakteri, məzmunu, onu yerinə yetirən fəhlələrin dərəcəsi və başqa göstəricilər verilir. Mövcud qay­da­ya əsasən məhsul hasilatının, işin həcminin və əmək haqqının uçotu üçün aşağıdakı ilkin sənədlərdən istifadə olunur: naryad, hasilatın uçotu cədvəli, marşrut kartları, növbə raportları, məhsulun və ya işin qəbulu haqda akt və s.

Kiçik seriyalı və fərdi xarakterli istehsal müəssisələrində adətən yerinə ye­ti­rilmiş işlər üzrə naryadlardan istifadə oulnur. Həmin naryadlar işə baş­la­maz­dan əvvəl hər bir işçiyə və ya briqadaya verilir və orada tapşırıqların həcmi, key­fiyyəti, iş üçün sərf edilən vaxt, həmin işə görə əmək haqqı və s. haqqında qey­diyyat aparılır. Tərtib olunan naryadlarda işin həcmini, qiymətlərin düz­gün­lüyünü və hesablanmış əmək haqqını yoxlamaq üçün əməyin normalaş­dı­rıl­ması şöbəsinə verilir. Sənədlər yoxlandıqdan sonra əmək haqqı hesablan­maq üçün mühasibatlığa verilir. Seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün marşrut vərəqələrindən istifadə olunur. Marşrut və­rə­qəsi detal və məlumatların müəyyən partiyasına və texnoloji prosesin bü­tün əməliyyatlarına tərtib olunur. Kütləvi xarakterli müəssisələrində isə hasi­la­tın və əmək haqqının uçotu üçün yığma cədvəllərindən istifadə olunur. Nor­mal iş şəraitindən kənar­laşmalar üçün ödənilən əlavələr üçün əlavə ödəmə və­rə­qələrindən, işəmuzd işlər üçün naryadlardan və s. istifadə olunur. Boş­da­yan­ma­lar üzrə ödəmələr üçün boşdayanma vərəqələri, zay haqqında aktlara əsa­sən isə onun ödənilməsi həyata keçirilir. İş vaxtından artıq, bayram və istirahət günləri üzrə əməyin ödənilməsi də müvafiq sənədlərlə rəsmiləşdirilir. Əlavə əmək haqqının hesablanması zamanı xəstəlik vərəqələrindən, məzuniyyətə get­mə haqqında əmrlərdən və s. sənədlərdən istifadə olunur. İşçilərə çatası və ödə­ni­ləsi əmək haqqını hesablamaq üçün hesab­laşma – ödəmə (Ə-49), hesablaşma (Ə-51) və ödəniş cədvəllərindən (Ə-53) istifadə olunur. Bunlardan ödəniş cədvəlləri hesablaşma cədvəli əsasında doldurulur.

Vaxtamuzd əmək haqqı formasında işçinin əmək haqqı məbləği əməyin ödə­nil­məsinin saatlıq dərəcəsini faktiki işlənmiş saatlara, işəmuzd formasında isə məh­­sul vahidinə görə əməyin ödənmə qiymətini faktiki istehsal olunmuş məh­su­lun həcminə vurmaqla hesablanır. Əsas iş vaxtından əlavə işlənmiş, bayram və is­ti­­rahət günlərində işlərin ödənilməsi ikiqat həcmdə həyata keçirilir və müvafiq sə­nəd­lərlə (tabel, əmr, naryad və s.) rəsmiləşdirilir. Bayram və ümumxalq hüzn gü­nü işləyən işçiyə onun arzusu ilə əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Müəssisələrdə gecə iş vaxtının ödənməsi saat 22-dən 6-dəy olan iş vaxtını nəzərdə tutur. Gecə iş vaxtı bir qayda olaraq əmək müqavilələrində nəzərdə tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir. Gecə iş vaxtı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.

3.5. Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

Müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əməyin ödə­nişi üzrə (bütün növdən olan əmək haqqı, mükafat, müavinət, işləyənlərə pen­siya və s.) habelə müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödə­ni­ləsi gə­lir üzrə hesablaşmaların uçotu 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə he­sablaşmalar» hesabında aparılır. Bu hesabda aşağıdakı subhesablar açıla bilər:

70/1 «Müəssisənin ştatında olan işləyənlərlə hesablaşmalar»

70/2 «Əvəzçilik işləyənlərlə hesablaşmalar»

70/3 «Mülki-hüquqi müqavilə üzrə işləyənlərlə heablaşmalar»

İşçlərə hesablanmış əmək haqqı məbləği istehsal və ya tədavül xərclərini uço­ta alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən za­man) müxabirləşdirilməklə qeyd edilən hesabın kreditinə yazılır. Bu zaman Dt – 20, 23, 25, 26,28, 29 və s. Kt – 70 mühasibat yazılışı tərtib olunur. Əmək haq­qı­nın digər mənbələr hesabına ödənilməsi zamanı, onun hesablanması zamanı DT- 07, 08, 10, 12, 47, 80, 81, 96 və s. Kt-70 mühasibat yazılışı verilir. Əməyin ödə­nişi üzrə qüvvədə olan əsasnaməyə əsasəe işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün Dt-20, 23, 25, 26, 28 və Kt-70 mü­ha­sibat köçürməsi verilir. Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə maddi həvəsləndirmə fondunun vəsaiti he­sa­bı­na verilir ki, bu zaman Dt-88/5 Kt-70 mühasibat yazılışı verilir. Hazırda işçi­lər müəssisədə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və iş­çi­lərə məzuniyyət il ərzində bərabər sayda təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər bir ay 89 saylı «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabında ehtiyat yara­dı­lır. Bu zaman Dt 20, 23, 26 və s. Kt 89 yazılışı tərtib olunur. Məzuniyyət haq­qı hesablanan zaman isə Dt 89, Kt 70 yazılışı verilir. Rəhbər işçilərə, qul­luqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan zaman bu məqsədlə eh­tiyat yaraddılmır və əsas əmək haqqı kimi uçota alınır. Müəssisə və təşki­lat­lar­da işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığor­ta­sı keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faizlə (hazırda 27% və 30%) həcmdə mü­əy­yən olunur. Müəssisə müəlliflik qanararı ödəyən zaman isə 15% sığorta ayır­ma­sı edilir. Sosial sığortaya ayırmaların uçotu üçün 69 «Sosial sığorta və təmi­nat üzrə hesablaşmalar» hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır: 69/1 «Sosial sığorta üzrə hesablaşmalar»; 69/2 «Pensiya, təminat üzrə hesab­laş­malar». Hesabın kreditində hesablanmış məbləğ, debetində isə onun istifa­də­si və təyinatı üzrə köçürülməsi uçota adınır. Məcburi dövlət sığortasına ayır­ma edilən zaman Dt 20, 23, 25, 26 və s. Kt 69 mühasibat yazılışı verilir. Və­sa­i­tin təyinat üzorə köçürülməsi isə Dt-69, kt-51 yazılışı ilə rəsmiyyətə salınır. So­si­al sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanması zamanı Dt-69, Kt-70, bu hesaba nəğd ödəmə isə Dt 69,Kt-50 yazılışı ilə rəsmiyyətə salınır. Hazıra işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bu də məcburi və müəs­si­sənin təşəbbüsü ilə həyata keçirilən tutulmalara bölünür.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqında 20 % həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tu­tulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarıl­ma­yan təhtəl hesab məbləğə görə, ssuda xüsusi geyimlər və s. görə tutulmalar aiddir.

Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 70 saylı hesabın Dt-də 68, 69/2, 73/3, 76 ovə s. hesabları Kt-də əks etdirilir. İşçilərə çatası əmək haqqı adətənödəniş cədvəli üzrə kassadan nəğd qaydada ödənilməklə verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər.Əmək haqqı pul formasında kassadan ödəqildikdə Dt-70, Kt-50, natural formada ödənildikdə isə Dt-70, Kt-46, 47, 48 mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, bu zaman onun köçürülməsi zamanı Dt-70, kt-51 mühasibat yazılışı tərtib olunur.

Hesablanmış, lakin müəyyən edilmiş müddətdə ödənilməmiş (pul alan­la­rın gəlməməsi ilə əlaqədar) məbləğlər 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə, 76 №-li «Müxəlif debitor və kreditor­lar­la hesablaşmalar» hesabınan (deponentlərlə hesablaşmalar subhesabı) hesa­bı­nın kreditinə yazılır. 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laşmalar» hesabı üzrə analitik uçot müəssisənin hər bir işçisi üzrə aparılır.

«Deponent» qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsa­sın­da bankdan alınır və ödənilir. Pul məbləği bankdan alınarkən 50 №-li «Kas­sa» hesabının debeti və 51 №-li «Hesablaşma hesabı»nın kreditinə yazılış apa­rı­lır. Kassaya daxil olmuş pul məbləği deponent üzrə ödəndikdən sonra ikinci yazılışla, yəni 50 №-li «Kassa» hesabının kreditinə və 76 №-li «Müxtəlif debi­tor və kreditorlarla hesablaşmalar» hesabının «Deponentlərlə esablaşmalar» sub­he­sabının debetinə yazılış aparılmaqla uçotda əks etdirilir.

Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə sax­lan­malı və həmin vaxt keçdikdən sonra budcəyə köçürülməlidir.

Əmək haqqının analitik uçotu hər bir işçiyə açılmış şəxsi hesablarda aparılır.

Özünüyoxlama sualları

  1. 1.Əməyin istehsalda rolu ndən ibarətdir və əmək fəaliyyətini tənzimləyən əsas sənədlər hansılardar?
  2. Əmək haqqının uçotunun vəzifələri hansılardar?
  3. İşçi heyəti hansı əlamətlər üzrə təsnifləşdirilir?
  4. Tabel uçotunun aparılma qaydası və iş vaxtından istifadənin uçotunda onun rolu?
  5. Əmək ödənişinin əsas formaları və onların xarakteristikası?
  6. Əməyin ödənişi üçün istifadə olunan sənədlər hansılardar?
  7. Əməyin ödənişi üzrə hesablaşmaların uçotu hansı hesabda aparılır və həmin hesabın xarakteristikası?
  8. Əmək haqqının hansı növləri vardır?
  9. 9.Əmək haqqından necə növ və hansı tutulmalar edilir?
  10. Əmək haqqı hansı formalarda ödənilə bilər?

Əməyin forma və sistemləri

Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 28-02-1999, Nəşr nömrəsi: 02)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Ədliyyə Nazirliyi qeydə

qeydiyyat nömrəsi 149

Tarix 24 fevral 1999-cu il

Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi kollegiyasının 6-2 nömrəli

“16” fevral 1999-cu il tarixli

qərarı ilə təsdiq edilmişdir.

Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi

xidməti işinin təşkilinə dair

[1] Mülkiyyət formasından, təsərrüfatçılıq və ya təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr işəgötürənlərə müəssisədə əməyin mühafizəsi xidmətinin təşkilinə kömək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinə müvafiq olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.(mühəndis vəzifələri tətbiq edilir). İşçilərin sayı bundan az olan və əməyin mühafizəsi xidmətləri yaradılmayan müəssisələrdə bu vəzifələri həmin müəssisələrin rəhbərləri yerinə yetirirlər. İşçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisənin rəhbərlərinin (baş mühəndisinin) başqa vəzifələrdən azad edilmiş əlavə müavini-əməyin mühafizəsi üzrə müavini vəzifəsi tətbiq edilir. İşçilərin sayı 1000 nəfərdən artıq olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin tərkibinə əməyin gigiyenası üzrə həkim vəzifəsi tətbiq edilir və sənaye-sanitariya laboratoriyası təşkil olunur. Əməyin mühafizəsi xidməti işçilərinin əmək funksiyaları (vəzifə borcları) və hüquqları əmək şəraitinə və əməyin mühafizəsi vəziyyətinə cavabdehlik işəgötürənin üzərinə qoyulmaqla, işçilərin əməyin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etmək, fərdi və kollektiv mühafizə vasitələrini düzgün tətbiq etmək kimi şərh edilir. [2]

Bu tövsiyəyə əsasən müəssisənin mülkiyyət formasının və təsərrüfat fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə almaqla müəssisədə əməyin mühafizəsi xidməti haqqında əsasnamə hazırlana bilər.

1. ÜMUMİ MÜDDƏALAR.

1.1. Əməyin mühafizəsi xidməti bilavasitə işəgötürənə tabe olmaqla müəssisənin müstəqil struktur bölməsi kimi təşkil edilir.

Bundan sonra müəssisə

1.2. Bir qayda olaraq, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə mühəndis ixtisası olan şəxslər təyin edilə bilər. Ali təhsil olan, lakin əməyin mühafizəsi üzrə xüsusi təlim keçməyən şəxslər, vəzifə borclarının icrasına kimi müəssisənin vəsaiti hesabına ali təhsil məktəblərinin əməyin mühafizəsi üzrə mühəndis “ ixtisası verən kadrların yenidən hazırlanması üzrə fakültələrdə təhsil almağa göndərilməlidirlər.

İşəgötürənə tövsiyə olunur ki, sistematik olaraq 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi xidmətinin işçilərinin ixtisaslarını sistematik olaraq artırmağı təşkil etsin.

1.3. Əməyin mühafizəsi xidməti öz fəaliyyətini müəssisənin digər xidmətləri, əməyin mühafizəsi üzrə komissiyalar, həmkarlar ittifaqlarının və ya əmək kollektivinin əməyin mühafizəsi üzrə vəkil edilmiş (etibarlı) şəxsləri, habelə əməyin mühafizəsinin dövlət idarəetmə, ona nəzarət orqanları ilə qarşılıqlı həyata keçirir;

1.4. Əməyin mühafizəsi xidmətinin işçiləri öz fəaliyyətlərində əməyin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericilik və digər normativ hüquqi aktlarını, müəssisənin kollektiv müqaviləsinin əməyin mühafizəsi bölməsinin və digər normativ sənədlərini rəhbər tutmalıdır.

2. Əməyin mühafizəsi xidmətinin

əsas vəzifələri

Əməyin mühafizəsi xidmətinin əsas vəzifələri aşağıdakılardır:

2.1. Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.

2.2. Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.

2.3. İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.

2.4. İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək.

3. Əməyin mühafizəsi xidmətinin

Funksiyaları

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir:

3.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi.

3.2. İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi.

3.3. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;

3.4. İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;

3.5. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;

3.6. Müəssisənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək;

3.7. Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;

3.8. Müəssisədə kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin tərtib edilməsində iştirak etmək;

3.9. Müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması;

3.10. Əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidənqurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak etmək;

3.11. Müəssisə bölmələrinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək;

3.12. Müəssisənin və müvafiq xidmətlərin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edilməsi;

3.13. Müəssisənin bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərmək;

3.14. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək;

3.15. İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların; əməyin mühafizəsi sistemi standartların müəssisə standartının; iş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması;

3.16. Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək;

3.17. Müəssisə işçilərinin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;

3.18. Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;

3.19. Müvafiq müddətə və müayinədən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlamaq;

3.20. Aşağıdakılara nəzarəti həyata keçirmək:

– əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə;

– fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə;

– istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə;

– kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin əməyin mühafizəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə;

– əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına;

– təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə;

– avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə;

– ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə;

– qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə;

– əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə;

– xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə;

– əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin muəssisə tərəfindən düzgün xərclənməsinə;

3.21. Daha mükəmməl hasarlama texnikası, qoruyucu və blakirovka qurğuları, konstruksiyaları, təhlükəli və zərərli istehsalat amillərinin təsirindən digər müdafiə vasitələrinin hazırlanması və tətbiqi haqqında təkliflər hazırlayıb vermək;

3.22. Müəssisənin əməyin mühafizəsi fondundan istifadə edilməsi üzrə təkliflərin ümumiləşdirilməsi və təhlil edilməsi;

3.23. Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;

3.24. Normativ hüquqi aktlara müəyyən edilmiş müddətlərdə sənədlərin ( №-1 akt forması və istehsalatda bədbəxt hadisələrin təhqiqi üzrə digər sənədlər, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin protokollarını, iş yerlərinin attestasiya və sertifikasiya və s. materialların) saxlanılmasının təşkili;

3.25. İşçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, onlar üzrə mövcud və təhqiqat nəticəsində aşkar olunmuş çatışmamazlıqlar və nöqsanların aradan qaldırılması üzrə işəgötürənə (bölmə rəhbərlərinə) təkliflər vermək;

3.26. Əməyin mühafizəsi kabinetinin işinə, müəssisədə əməyin mühafizəsi üzrə informasiyanın və təbliğatın təşkili, bu məqsəd üçün daxili radio qovşağı, televiziya verilişini, video və kinofilmləri, müəssisənin az tirajlı mətbuatını, divar qəzetini, vitrinanı və s. istifadə etmək.

IV. Əməyin mühafizəsi xidməti işçilərinin hüquqları.

Əməyin mühafizəsi xidməti işçilərinə vəzifə funksiyalarını yerinə yetirmək üçün aşağıdakı hüquqlar verilməlidir:

4.1. Günün istənilən vaxtında heç bir maneə olmadan işlədiyi müəssisənin istehsalat, xidməti və məişət binalarına baxış keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq;

4.2. Müəssisənin bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktları üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək (əməyin mühafizəsi üzrə mühəndisin, büro, şöbə müdirinin göstərişinin təklif olunan forması tövsiyələrə əlavə olunur).

4.3. İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşmaqla əməyin mühafizəsi vəziyyətinin yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb etmək;

4.4. Əməyin mühafizəsi məsələləri üzrə müəssisənin bölmələrinin rəhbərlərində müvafiq sənədlər tələb etmək və baxmaq, əməyin mühafizəsi üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;

4.5. Müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya əməyin mühafizəsi üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilərin işdən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək;

4.6. Müəssisənin rəhbərliyinin tapşırığı ilə əməyin mühafizəsi məsələləri müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək.

Əməyin mühafizəsi üzrə mühəndisin (şöbə, büro müdirinin) göstərişi

“___”_____199___ il № ______________

(sexin, sahənin, şöbənin, laboratoriyanın və s. adı)

(əməyin mühafizəsi üzrə normativ hüquqi aktların adı)

m addəsinə(lərinə) uyğun olaraq əməyin mühafizəsi tələblərinin aşağıdakı pozuntularının aradan qaldırılması tələb olunur.

s ıra Müəyyən edilmiş pozuntular Ləğv edilmə müddəti

B u göstərişlərin yerinə yetirilməsi haqqında _______________________________________

kimi telefonla (yazılı) məlumat verməyiniz xahiş olunur

Comments are closed, but trackbacks and pingbacks are open.