Press "Enter" to skip to content

Məyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” adlı təlim

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Hər hansı bir sualınız yarandığı təqdirdə bizə müraciət etməyinizi xahiş edirik.

ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK

Hörmətli Sifarişçi,
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerləşən bütün müəssisə və təşkilatlar Əməyin Təhlükəsizlik Standartları Sisteminə(ƏTSS) uyğun olaraq, müəssisədə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi (ƏMTT) təşkil etməli və normativ-hüquqi aktları tətbiq etməlidir.
Müəssisənizin ƏMTT(Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) ilə əlaqədar mümkün ola biləcək riskləri və maliyyə sanksiyalarını azaltmaq və qarşısını almaq üçün, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əməyin Təhlükəsizlik Standartları Sistemini (ƏTSS) müəssisənizdə “Xidmət müqaviləsi” əsasında yaradılmasını təklif edirik.
Eyni zamanda ISO İdarəetmə sistemləri və “CE” markalanma üzrə xidmətlərimizlə “E” bəndində tanış ola bilərsiniz.

ƏMTT üzrə sənədləri azərbaycan dili ilə yanaşı ingilsicə də tərtib edilir və əsas xidmətlərimiz ibarətdir:
A. Prosedurların hazırlanması(siyahıda göstərilənlərdən əlavə müştərinin tələbinə uyğun)
B. Planların və bəyannamənin hazırlanması(müxtəlif yönlü)
C. Təlimatların və ƏMTT üzrə təlim prezentasiyalarının hazırlanması (bütün peşə və istiqamətlər üzrə)
D. Qanunvericliklə tələb olunan digər sənədləşmə və Auditlərin keçirilməsi və sənədlərin hazırlanması
E. Digər təyinatlı işlər

N Sənədin adı Sənəd Əhatə
A. Prosedurlar (siyahıda göstərilənlərdən əlavə müştərinin tələbinə uyğun hazırlanır)
1 ƏMTT üzrə Əsasnamə Prosedur Ümumi
2 ƏMTT üzrə Siyasət Prosedur Ümumi
3 Sifarişçiyə məxsus ərazidə işlərin aparılması üçün İcraçıların ƏMTT üzrə öhdəlikləri Prosedur Ümumi
4 İş yerində təhlükəsiz əmək şəraitinin təminiüçün havanın temperaturu, küləyin gücü və işıqlandırmaya dair tələblər Prosedur Ümumi
5 Əməyin Mühafizəsi və Təhlükəsizlik fəaliyyətlərinin izlənməsi, ölçülməsi, və rəhbərliyin nəzarəti Prosedur Ümumi
6 Təhlükələrin Müəyyən edilməsi və risklərin idarə edilməsi Prosedur Ümumi
7 Fövqaladə hallara hazırlıq Prosedur Ümumi
8 Fərdi Mühafizə Vasitələri Prosedur Ümumi
9 Sənəd və Qeydlərin İdarə Olunması Prosedur Ümumi
10 İstirahət kompleksi əməkdaşlarının etika və müştəri tələblərinə
uyğunluq standartları haqqında
Prosedur Turizm
11 Mühafizəçilərin qapı giriş-çıxışın tənzimləməsi ilə əlaqədar
ümumi davranış və təhlükəsizlik tələbləri
Prosedur Ümumi
12 Tullantıların idarə olunması prosesi Prosedur Ümumi
13 Müəssisədə qəzaların məsuliyyət bölgüsü Prosedur Ümumi
14 Qanunvericili və Müştəri tələblərinə uyğunluq Prosedur Ümumi
15 Yanacağın saxlanılması Prosedur Ümumi
16 Əl işləri Prosedur Ümumi
17 ƏMTT-yə nəzarət Prosedur Ümumi
18 Anbarın təşkili Prosedur Ümumi
19 Ətraf mühit fəaliyyətləri,monitorinq və nəzarət Prosedur Ümumi
20 Təlimlərin keçirilməsi və proqramının tərtibi haqqında Prosedur Ümumi
21 Daxili audit Prosedur Ümumi
22 ƏMTT üzrə sənədlərin ümumi reyestrinin hazırlanması Prosedur Ümumi
23 Sənədlərin ümumi sənəd sisteminə uyğun olaraq kodlaşdırılması Prosedur Ümumi
B. Planlar və bəyannamə
1 Yanğın əməliyyat planı ( tələb olunduğu halda Dövlət Yanğından Mühafizə İdarəsində təsdiqləndirilməsi) Plan DYMİ
2 Mülki Müdafiə Planı ( tələb olunduğu halda FHN Mülki Müdafiə idarəsində təsdiqləndirilməsi) Plan MM
3 Respublika ərazisində (şəhər rayon) baş verə biləcək fövqəladə hallar və onlardan mühafizə tədbirləri Plan-Konspekt MM
4 Yanğından mühafizə qaydaları Plan-Konspekt MM
5 Düşmən hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı fəaliyyətlər Plan-Konspekt MM
6 Radiasiya-kimyadan mühafizə tədbirləri, Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları. Plan-Konspekt MM
7 Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydaları. Plan-Konspekt MM
8 Sınıq,yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları. Plan-Konspekt MM
9 Qəzaların ləğvi Planı Plan SİTGDMNDA
10 Texniki təhlükəsizlik bəyannaməsinin hazırlanması və müfagiq icra hakimiyyəti orqanında təsdiqləndirlməsi Bəyannamə SİTGDMNDA
11 Müəssisədə baş vermiş bədbəxt hadisələrin təhqiqat sənədlərinin hazırlanmasında, vəzifə bölgüsü üzrə bölgü Planı Plan Ümumi
12 ƏMTT üzrə ümumi illik(dövrü) fəaliyyət Planıı Plan ƏMTT
13 Paket işlər üzrə ƏMTT üzrə İş Planı Plan ƏMTT
14 Ətraf mühitin təhlükəsizliyi üzrə İş Planı Plan ƏMMD
15 Qabaqlayıcı və bərpaedici fəaliyyətlərin planı Plan ƏMTT
C. Təlimatlar (peşələr və ƏMTT tələbləri üzrə) və Prezentasiyalar
1 İnşaat müəssisələri üçün Peşə təlimatları hazırlanması Təlimat Peşə
2 Kənd təsərrüfatı və heyvandarlıq müəs. üçün Peşə təlimatları hazırlanması Təlimat Peşə
3 Qida sahələri müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
4 Siqaret və tütün istehsalı müəssisələri üçün Peşə təlimatları hazırlanması Təlimat Peşə
5 Neft-qaz müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
6 Turizm müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
7 Polad əritmə müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
8 Nəqliyyat sahələri müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
9 Dağ-Mədən sahələri müəssisələri üçün peşə təlimatları hazırlanması Təlimat Peşə
10 Kimya sənayesi müəssisələri üçün peşə təlimatlarının hazırlanması Təlimat Peşə
11 Səhiyyə müəssisələri üçün peşə təlimatlarının hazırlanması Təlimat Peşə
12 Xidmət sahələri üçün peşə təlimatlarının hazırlanması Təlimat Peşə
13 İşçilərin sərbəst işə buraxılması,təhlükəsizlik qaydalarına
yiyələnməsi və onların biliklərinin yoxlanmasının təşkili
Təlimat Ümumi
14 ƏMTT üzrə giriş təlimatı Təlimat Ümumi
15 Əməyin mühafizəsi xidmətinin təşkili Təlimat Ümumi
16 İstehsalat sanitariya və gigiyenasının təhlükəsizlik tələbləri Təlimat Ümumi
17 Yanğın təhlükəsizliyi tələbləri Təlimat Ümumi
18 İlkin tibbi yardım Təlimat Ümumi
19 Fərdi Mühafizə Vasitələri Təlimat Ümumi
20 Hündürlükdə iş Təlimat Ümumi
21 Torpaq işlərinin aparılması zamanı ƏMTT üzrə tələblər Təlimat Ümumi
22 İnzaibati idarəetmə heyəti üçün Təlimat Peşə
23 Energetik və elektrik üçün Təlimat Peşə
24 Topoqrafiya və Geodeziyaçılar üçün Təlimat Peşə
25 Təmizlik personalı üçün Təlimat Peşə
26 Gözətçi və mühafizəçilər üçün Təlimat Peşə
27 Anbardarlar üçün Təlimat Peşə
28 Sürücülər üçün Təlimat Peşə
29 Yemək xidməti göstərən personal üçün Təlimat Peşə
30 İsitmə,Havalandırma,Soyutma sistemləri üzrə montajçı və mexaniklər üçün Təlimat Peşə
31 Keyfiyyətə nəzarət üzrə mütəxəssis və mühəndislər üçün Təlimat Peşə
32 ƏMTT işinin qanunvericilik tələblərinə uyğun tətbiqi ilə əlaqədar təlimin keçirilməsi, imtahan və sertifikatlaşma Təlim Ümumi
33 Təlimlər üçün prezentsaiyaların hazırlanması Prezentasiya Ümumi
D. Qanunvericliklə tələb olunan digər sənədləşmə və yoxlamaların keçirilməsi və sənədlərin hazırlanması
1 İşçilərin ƏMTT üzrə biliklərinin yoxlanılmasının təşkili (peşələr üzrə sualların hazırlanması, imtahan, protokollaşdırma və vəsiqələrin verilməsi) Biliklərin Yoxlanılması Ümumi
2 Ekoloji pasport və qoşma sənədlərin hazırlanması, ekoloji
ekspertiziya agentliyində təsdiqlənməsi
Pasport ƏMMD
3 Təhlükə Potensiallı və digər istismar olunan avadanlıqların
və texniki qurğuların yoxlanılması
Akt SİTGDMNDA
4 Yük testlərinin keçirilməsi Akt ƏMTT
5 Elektrik təsərrüfatının yoxlanılması Akt DYNX
6 İş yerlərinin atestasiyası Atestasiya Ümumi
7 Daxili audit – ƏTTS üzrə İdarəetmə sisteminin səmərəliliyi
qiymətləndirmək məqsədi ilə
Audit Ümumi
8 III tərəf Auditi – qanunvericilik və normativ-hüquqi tələblər üzrə Audit Ümumi
9 Məsləhət xidməti Məsləhət ƏMTT
10 Giriş təlimatı jurnalı Jurnal ƏMTT
11 İlkin təlimat jurnalı Jurnal ƏMTT
12 Təkrar təlimat jurnalı Jurnal ƏMTT
13 Növbədənkənar təlimat jurnalı Jurnal ƏMTT
14 Cari (birdəfəlik) təlimat jurnalı Jurnal ƏMTT
15 Əmək şəraitinin yoxlanılması jurnalı Jurnal ƏMTT
16 Yanğın təhlkəsizliyi təlimatı jurnalı Jurnal ƏMTT
17 Bədbəxt hadisələri uçotu jurnalı Jurnal ƏMTT
18 Tikinti-quraşdırma işlərinin ümumi jurnalı Jurnal Tikinti-quraşdırma
19 Müəllif nəzarəti kitabı Jurnal Tikinti-quraşdırma
20 Beton işləri jurnalı Jurnal Tikinti-quraşdırma
21 Qaynaq işləri jurnalı Jurnal Tikinti-quraşdırma
22 Bolt birləşmələri jurnalı Jurnal Tikinti-quraşdırma
23 ƏTSS-nin tətbiqi və nəzarəti üzrə bütün daxili və xarici nizamlayıcı sənədlərin və blankalrın hazırlanması (25 adlı blank) Sənəd ƏMTT
24 ƏTSS-nin sənədləşməsinin nizamlanması üçün daxili Əmrlərin hazırlanması (KYXD, MM, SÇ, ƏMC, YTC və sairə -18 adlı) Əmr ƏMTT
25 Gündəlik və məlumat xarakterli təlimat sənədlərin hazırlanması
(TBT,VS və sairə-85 adlı)
Sənəd ƏMTT
26 Məlumat, təlimat və xəbərdar edici işarələrin kağız laminat,
plastik laminatda və sairə hazırlanması
İşarə ƏMTT
E. Digər təyinatlı işlər
1 ISO idarəetmə sistemləri üzrə işlər (TÜV THÜRİNGEN) :
1.1. ISO İdarəetmə sistemləri üzrə audit, təlimatlandırma və sertifikatlaşdırma: ISO 9001;ISO 45001;
ISO/TS 16949; ISO 22000; ISO 27001; ISO 13485; ISO 10002; ISO 500014 AS 9100; HACCP; GMP; BRC və.s
1.2. İnformasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırma: ISO 20000-1:2011; ISO 27001:2013; ISO 22301; CMMI; SPICE; ITIL; COBIT
1.3. Kənd təsərrüfatı, qida və yem üzrə standartlaşdırma: FEMAS; FAMI QS; FIAS; UFAS; TASSC; ESTA
1.4. İxracatçı müəssisələrin məhsullarının “CE” işarəsi ilə markalanması
1.5. Periodik nəzarət, inspeksiya və müayinə xidmətləri
2 Yoxlamalar (audit) nəticəsində müəyyən olunmuş bütün qüsurlar üzrə qüsur aktlarının hazırlanması, qüsurların BOQ-sun çıxarılması və qüsurların həlli üzrə mühəndis, layihələndirmə və texniki xidmətlərin göstərilməsi
3 Ağıllı ev sistemlərinin satışı, layihələndirilməsi və quraşdırılması
4 Təchizat işləri

“Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” adlı təlim

“FireWorks HRM” şirkəti Əmək qanunvericiliyinə aid olan yeni təlimi elan edir

Azərbaycan Respublikasının əmək qanunvericiliyinin materialları əsasında, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Hüquq elmləri üzrə Respublika Problem Şurasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri, Professor Mayis Əliyev tərəfindən, “Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” mövzusunda təlim keçiriləcək.

Təlim haqqında qısa məlumat və detallar aşağıda təqdim olunur. İnanırıq ki, bu təlim Sizin şirkətin biznes və kadr inkişafına əhəmiyyətli dərəcədə dəyər verəcək.

Əlavədə təlim barədə həm ətraflı məlumat, həm də qeydiyyat formasını göndəririk.

Təlim barədə məlumat

Tarix: 29 Oktyabr 2015-ci il
Təlimin keçiriləcəyi yer: FireWorks HRM ofisi/ Emerald Palace
Qeydiyyat: 09:00-09:30
Başlanğıc: 09:00
Qəhvə fasiləsi: 11:15-11:30
Nahar: 13:00-14:00
Qəhvə fasiləsi: 15:30-15:45
Suallar və cavablar: 17:00-18:00
Təlimin keçirildiyi dil: Azərbaycan dili
Qiymət: bir iştirakçı 200 AZN (eyni şirkət tərəfindən 1 nəfərdən çox iştirakçı olduğu təqdirdə qiymətdə güzəşt edilir)
Əlaqələndirici şəxs: Fəxrəndə Səfərova (Təlim üzrə mütəxəssis
Email: fakhranda.safarova@fworks.az
Tel: (+99455) 5725555 / 0124477478)
Son qeydiyyat tarixi: 22 Oktyabr 2015-ci il

Təlimin gündəmi

  • Əməyin mühаfizəsi nоrmаlаrı və qаydаlаrı;
  • Ağır, zərərli və təhlükəli əmək şərаitli işlərdə işləyənlərin əməyinin mühаfizəsi hаqqındа хüsusi nоrmаlаr;
  • Qаdınlаrın, yаşı 18-dən аz оlаn şəхslərin və əmək qаbiliyyəti аzаlmış şəхslərin əməyinin mühаfizəsi hаqqındа хüsusi nоrmаlаr;
  • Əməyin mühаfizəsi üzrə mütəхəssislərin hаzırlаnmаsı, işçilərin təlimi, əməyin mühаfizəsi tədbirlərinin plаnlаşdırılmаsı və mаliyyələşdirilməsi hаqqındа nоrmаlаr;
  • İstеhsаlаtdа bаş vеrən bədbəхt hаdisələrin təhqiqi və uçоtа аlınmаsı qаydаlаrı;
  • Əməyin mühаfizəsi nоrmаlаrınа və qаydаlаrınа əməl оlunmаsınа nəzаrəti və işəgötürənlərin məsuliyyətini tənzimləyən nоrmаlаrı;
  • Bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;
  • İşçilərin fərdi mühafizə vasitələri müalicə-profilaktik yemək və digər vasitələrlə pulsuz təmin edilməsi;
  • İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
  • Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsi və təmin edilməsi;
  • Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi;
  • Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondunun yaradılması;
  • Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi;
  • Əməyin mühafizəsi xidmətləri;
  • Əmək mühafizəsi üzrə təminatlar;
  • İcbari tibbi müayinələr;
  • Əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasına nəzarət, işəgötürənlərin məsuliyyəti və dövlət nəzarəti;
  • İstеhsаlаtdа bаş vеrən bədbəхt hаdisələrin təhqiqi, uçоtu və prosedurası;
  • Əlillərin və əmək qаbiliyyəti аz оlаn digər şəхslərin əməyinin tətbiq еdilməsi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Hər hansı bir sualınız yarandığı təqdirdə bizə müraciət etməyinizi xahiş edirik.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirənlərə sertifikatlar təqdim olunub (FOTO)

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində (ETTM) əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirən şəxslərə sertifikatlar təqdim olundu.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində (ETTM) əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirən şəxslərə sertifikatlar təqdim olundu.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) rəisi Fuad Əlizadə bildirdi ki, kurslara iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən müəssisələrdən 21 nəfər mütəxəssis cəlb edilib. Bu ayın sonunadək ümumilikdə 50 nəfərin bu kurslara cəlb edilməsi nəzərdə tutulur.

DƏMX və nazirliyin Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən təşkil olunan kurslarda məqsəd əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin maarifləndirilməsi və onların peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır.
F.Əlizadə vurğuladı ki, idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların yerinə yetirilməməsi halları aşkar olunur. Aparılan təhlillər zamanı aydın olub ki, belə halların baş verməsinin əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın aşağı olmasıdır. Bununla əlaqədar, əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsi və onların yenidən hazırlığının təmin edilməsi üçün tədris kurslarının təşkili qərara alınıb.

Comments are closed, but trackbacks and pingbacks are open.