Press "Enter" to skip to content

Məyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli təsdiqləndi

– onun gələcək fəaliyyətinə ehtiyac aradan qalxarsa və müəssisəni yenidən təşkil etmək mümkün olmazsa ;

Əməyin ödənilməsi təşkili

You are using an outdated browser.

  • NAZİRLİK
  • XƏBƏRLƏR
  • SOSİAL MEDİA
  • Virtual bələdçi
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Haqqımızda

Today, our catalogue contains:

Menyu Menyu

Menyu

Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər

Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.

Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.

Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.

Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.

Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.

Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar

  • Ümumi məlumat
  • Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Ümumi təhsil müəssisələrinin siyahısı
  • Elektron dərs resursları
  • Yeni dərs ili üçün nümunəvi cədvəllər
  • COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
  • Olimpiada və müsabiqələr
  • Onlayn kalkulyator
  • DİQ müsahibə nəticələri
  • Ümumi məlumat
  • Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Peşə liseyləri
  • Peşə məktəbləri
  • İxtisaslar
  • Peşə təhsil mərkəzləri
  • Ümumi məlumat
  • Orta ixtisas təhsili müəssisələrinin siyahısı
  • Hesabat formaları
  • Ümumi məlumat
  • Ali təhsil müəssiələri
  • Tələbə köçürülməsi
  • Xaricdə təhsil
  • Tələbə Kredit Fondu
  • Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
  • Tanınan diplomların sahibləri barədə məlumat bazası
  • Hesabat formaları
  • Ümumi məlumat
  • İnternat məktəbləri
  • “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
  • “STEAM” layihəsi
  • “Rəqəmsal bacarıqlar” layihəsi
  • “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
  • “Məktəblinin dostu” layihəsi
  • SABAH qrupları layihəsi
  • “Study in Azerbaijan” layihəsi
  • English –>
  • Русский –>

Təhsil millətin gələcəyidir!

HEYDƏR ƏLİYEV

  • Ana səhifə
  • Əsasnamələr
  • Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə

Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASI MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNİN NÜMUNƏVİ ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Nazirlər Kabineti

QƏRARA ALIR:

Azərbaycan Respublikası Təhsil Qanunun 30-cu maddəsinə müvafiq olaraq, məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

F.Quliyev
Baş nazirin vəzifəsini icra edən
Bakı şəhəri, 17 yanvar 1995-ci il
№ 12


Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında

əsasnamə

I.Ümumi müddəalar

1. Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla milliyətindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün məktəbəqədər yaşlı uşaqların (valideynlərin arzusuna uyğun olaraq) tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur.

2. Mətəbəqədər tərbiyə müəssisələrini dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, hüquqi şəxslər, ictimai birlik və təşkilatlar, ayrı-ayrı vətəndaşlar təşkil edə bilər.

3. Məktəbəqədər tərbiyə müəssisələri tabeliyindən asılı olmayaraq uşaqların ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin təlabatını ödəyir, milli və ərazi xüsusiyyətlərinə uyğun olaraq məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini təmin edir.

4. Məktəbəqədər tərbiyə müəssisələri öz fəaliyyətində Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu”nu, qanunvericilik və digər normativ aktları, habelə bu Əsasnaməni və öz Nizamnaməsini rəhbər tutur.

5. Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır.

6. Dövlət məktəbəqədər tərbiyə müssisələrinin inkişafı üçün təminat verir, tərbiyə və təlimin məzmununu müəyyənləşdirir, onların zəruri maddi-texniki ehtiyaclarını ödəyir, kadrlarla, proqramlarla, tədris-metodiki ədəbiyyatlarla, oyun avadanlıqları ilə təmin edir.

7. Məktəbəqədər müəssisələrdə təlim dövlət dilində aparılır. Tərbiyə-təlim prosesinin başqa dildə aparılması validenlərin (onları əvəz edən şəxslərin) arzuları, yerli imkanlar, pedaqoji kadr və tədris təminatı nəzərə alınmaqla, məktəbəqədər tərbiyə müəssisəsi tərəfindən həll edilir.

8. Tərbiyə alan uşaqların maraq, qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımi şərait və imkan yaratmaq məqsədilə müxtəlif növ məktəbəqədər tərbiyə müəssisələri yaradıla bilər. Belə müəssisələr təsisçinin təsdiq etdiyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qeydə alınmış nizamnamə əsasında fəliyyət göstərir.

II. Məktəbəqədər tərbiyə müəssisələrinin strukturu, tipləri və fəaliyyətinin əsasları

9. Məktəbəqədər tərbiyə müəssisəsi dövlət və qeyri-dövlət müəssisəsi ola bilər.

Məktəbəqədər tərbiyə müəssisələri aşağıdakı tiplərə bölünür:

– körpələr ev-uşaq bağçası;

– əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri;

10. Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaşından aslı olaraq qruplar üzrə təşkil edilir:

– körpələr evlərində və körpələr evi-uşaq bağçalarında körpə qrupları:

kiçik körpələr qrupu 2 aylıqdan 1 yaşadək
orta körpələr qrupu 1 yaşdan 2 yaşadək
böyük körpələr qrupu 2 yaşdan 3 yaşadək

– uşaq bağçasında və körpələr evi-uşaq bağçasında məktəbəqədər qrup;

kiçik körpələr qrupu 3 aylıqdan 4 yaşadək
orta körpələr qrupu 4 yaşdan 5 yaşadək
böyük körpələr qrupu 5 yaşdan 6 yaşadək

11. Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün aşağıdakı müəssisələr təşkil olunur

– nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər müəssisələr və ya qruplar;

– eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

– görmə qabiliyyəti pozulmuş uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

– dayaq-hərəkət orqanları qüsurlu uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

– psixi inkişafı ləngiyən uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

– intellekti pozulmuş (zehni inkişafı geri qalan) uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

– vərəm infeksiyasının ilkin inkişafı və onun sönmüş formaları ilə xəstələnən uşaqlar üçün sanator tipli məktəbəqədər müəssisələr;

– tez-tez xəstələnən uşaqlar üçün sanator tipli məktəbəqədər müəssisələr və qruplar;

Ehtiyac olarsa, başqa profilli məktəbəqədər müəssisələr də təşkil edilə bilər.

Anomal uşaqlar üçün xüsusi təyinatlı məktəbəqədər müəssisələrin təşkili qaydaları respublikanın təhsil və səhiyyə orqanları tərəfindən birgə müəyyən edilir.

Əqli və ya fiziki qüsura malik olan uşaqlar ümumi təyinatlı məktəbəqədər müəssisələrə qəbul olunmur.

12. Məktəbəqədər tərbiyə müəssisələrinin əsas vəzifəsi ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq, uşaqların hərtərəfli inkişafına nail olmaq, onları təhsilə hazırlamaq, fiziki və psixi sağlamlıqlarını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini məqsədyönlü surətdə inkişaf etdirmək, xarakterlərinin başlıca cəhətlərini formalaşdırmaq və inkişaflarındakı çatışmazlıqları aradan qaldırmaqdır.

13. Məktəbəqədər müəssisənin vəzifələri ərazi və digər şəraitə uyğun müəyyən olunur və məktəbəqədər müəssisənin tipindən, onun Nizamnaməsindən və məktəbəqədər müəssisə ilə hər uşağın valideyni (və ya onu əvəz edən şəxs) arasında olan müqavilədən asılı olaraq konkretləşdirilir. Valideyn müqaviləsi məktəbəqədər müəssisə ilə uşağın valideyni və ya onu əvəz edən şəxs arasında tərbiyə, təlim, xidmət, sağlamlaşdırma sahəsindəki hüquqi münasibətləri müəyyən edən sənəddir.

III. Məktəbəqədər müəssisələrdə işin təşkili

14. Məktəbəqədər müəssisə xüsusi layihə ilə tikilmiş və ya iqlim, ekoloji vəziyyəti nəzərə alaraq yanğından mühafizə qaydalarına, müasir tələblərə cavab verən uyğunlaşdırılmış binalarda təşkil edilir.

15. Məktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon (şəhər) təhsil şuralarında qəbul edildikdən sonra müvafiq təhsil idarəsi (şöbəsi) və ya müəssisəsinin tabe olduğu idarə, təşkilat, müəssisə tərəfindən təsdiq edilir:

– məktəbəqədər müəssisə və ya onun ayrı-ayrı qrupları həftədə 5, 6, 7 günlük və ya gecə-gündüz, bir və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər;

– valideynlərin arzusu ilə məktəbəqədər müəssisədə səhər, axşam, günüuzadılmış rejimlə və eləcə də, şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil oluna bilər;

– xüsusi təyinatlı məktəbəqədər müəssisələrin iş rejimində lazımi korreksiya-tərbiyə işlərinin aparılması xüsusiyyəti müəyyən edilir;

– məktəbəqədər müəssisələrin və ya ayrı-ayrı qrupların işə başlama və qurtarma müddəti valideynlərin arzusu ilə (səhər saat 7-dən tez, axşam saat 19-dan gec olmayaraq, növbətçi qruplar 20-dən gec olmayaraq) müəyyən edilir;

– valideynlərin arzusuna əsasən rayon (şəhər) təhsil şöbələrinin qərarı ilə məktəbəqədər müəssisədə 1-2 saat işləyən qruplar, gəzintili qruplar, idman- sağlamlaşdırma tədbirli qruplar, uşaqların musiqi, estetik və bədən tərbiyəsini inkişaf etdirən qruplar, uşaqları məktəbə hazırlayan qruplar, əqli və fiziki cəhətdən qüsurlu uşaqların təlimi üzrə qruplar və s. təşkil edilə bilər, belə olduqda həmin müəssisəyə müntəzəm gələn uşaqların mənafeyinə ziyan dəyməməlidir.

Valideynləri qabaqcadan yazılı xəbərdarlıq etməklə, onlar üçün əlverişli vaxtda uşaqları bağçaya gətirə və apara bilərlər. Bununla bərabər, valideynlər fizioloji cəhətdən əsəslandırılmış gün rejiminə riayət etməli və məktəbəqədər müəsisədə təlim-tərbiyə prosesini pozmamalıdırlar.

16. Məktəbəqədər müəssisə maddi vəsaitə, uşaqların normal böyüməsi və inkişafı üçün zəruri olan ərzağa təlabatı müəyyənləşdirir. Uşaqların yeməyi məktəbəqədər müəssisənin iş rejimi və digər xüsusiyyətləri nəzərə alınmaqla təşkil edlir.

17. Uşaqlara səhiyyə xidməti müəssisəyə təhkim olunmuş müvafiq müəssisənin tibbi heyəti tərəfindən həyata keçirilir. Tibbi heyət məktəbəqədər müəssisənin rəhbərliyi ilə birlikdə uşaqların sağlamlığı və inkişafı, müalicə-profilaktik tədbirlərin keçirilməsi, sanitar-gigiyenik normalara riayət olunması, uşaqların rejimlə yeməyinin təşkili, onların fiziki və əqli yükünün həcmi üçün məsuliyyət daşıyır.

18. Uşaqlarla müalicə-profilaktika işi və məktəbəqədər uşaq müəssisələrinin tibbi kadrlarla təmin edilməsi tabeliyindən asılı olmayaraq, səhiyyə orqanları tərəfindən həyata keçirilir.

IV. Məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarla komplektləşdirilməsi

19. Məktəbəqədər müəssisələrin uşaqlarla komplektləşdirilməsi tabeliyindən asılı olduğu müəssisənin təsisçisi tərəfindən həyata keçirilir.

20. Xüsusi təyinatlı məktəbəqədər müəssisələrə və qruplara uşaqların göndərilməsi respublika (vilayət, rayon, şəhər) tibbi-pedaqoji komissiyası, sanator tipli müəssisələrə isə ərazi müalicə-profilaktika müəssisəsi və müvafiq dispanser tərəfindən həyata keçirilir.

21. Təhsil orqanları idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin razılığına əsasən, göndərişlə valideynləri həmin idarə, müəssisə, təşkilatlarda işləməyən uşaqların 20 faizini təşkilat bağçalarına yerləşdirə bilər.

22. Ümumi təyinatlı məktəbəqədər uşaq müəssisələrinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, çoxuşaqlı ailələrin uşaqları, qəyyumluğa götürülmüş uşaqlar, kor və kar valideynlərin, ataları hərbi və ya xidməti borcunu yerinə yetirərkən həlak olmuş hərbi və mülki şəxslərin uşaqları, əkiz uşaqlar qəbul olunurlar.

23. Ümumi təyinatlı məktəbəqədər müəssisələrə uşaq qəbulu müdir tərəfindən aşağıdakı sənədlər üzrə həyata keçirilir: valideynlərin (onları əvəz edən şəxslərin) ərizəsi, uşağın sağlamlığını əks etdirən inkişaf tarixindən çıxarış, yoluxucu xəstələrlə təmasda olmaması haqqında, valideynlərin gəliri barəsində və yaşayış yerindən arayış.

24. Xüsusi təyinatlı məktəbəqədər müəssisələrə uşaqların qəbulu zamanı əlavə tibbi-pedaqoji komissiyanın qərarı da təqdim olunmalıdır.

25. Valideynlərin və ya onları əvəz edən şəxslərin arzusu ilə, məktəbəqədər müəssisədə uşağın tərbiyə olmasına mane olan vəziyyət barədə tibbi rəy olarsa, uşaq üzürlü səbəb olmadan bir aydan artıq məktəbəqədər müəssisəyə gəlməzsə, valideyn haqqı müəyyən olunmuş müddətdən sonra iki həftə ərzində ödənilməzsə, təhsil şurası tərəfindən dövlət məktəbəqədər uşaq tərbiyə müəssisələrindən uşaqlar xaric edilə bilər.

26. Uşağın xaric edilməsi haqqında valideynlərə 7 gün əvvəl məlumat verilir. Bağlanmış müqavilədə öz əksini tapmadığı halda, valideynlərin iş yerlərinin dəyişməsi ilə əlaqədar olaraq uşaqların məktəbəqədər müəssisədən xaric edilməsi qəti qadağandır.

27. Məktəbəqədər müəssisələrdə uşaqların yerinin saxlanılması qaydası yerli şərait nəzərə alınmaqla, müəssisənin Nizamnaməsinə əsasən müəyyən edilir.

28. Qeyri-dövlət məktəbəqədər müəssisələrdə uşaqların qəbulu, xaric edilməsi, yerlərin saxlanılması qaydaları müəssisə ilə valideynlər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

29. Ümumi təyinatlı körpələr evində uşaqlar 2 aylıqdan 3 yaşadək, uşaq bağçasında 3 yaşdan 6 yaşadək, körpələr evi-uşaq bağçasında 2 aylıqdan 6 yaşadək qəbul edilirlər.

30. Məktəbəqədər müəssisənin gecə-gündüz qruplarına qəbul edilmiş uşaqların yaş tərkibi müəssisənin ümumi yığıncağında müəyyənləşdirilir.

Qruplarda uşaqların sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

Ümumi təyinatlı məktəbəqədər müəssisədə:

Sanator tipli uşaq müəssisələrində

ərəm intoksikasiyası olan uşaqlar üçün (sanator qrupları)

tez-tez xəstələnən uşaqlar üçün (sanator qruplarda)

bütün birləşmiş ağır anomaliləri olan uşaqlar üçün

31. Yaş qruplarının komplektləşdirilməsi və onların digər yaş qruplarına keçirilməsi işi hər ilin may ayından başlayaraq avqust – sentyabr aylarınadək həyata keçirilir, boşalan yerlərə isə uşaqların qəbulu il ərzində aparılır.Uyğunlaşma məqsədilə yeni daxil olmuş erkən yaşlı uşaqların həmin yaş qruplarına qəbul olunmasına ay ərzində icazə verilir.

32. Məktəbəqədər müəssisədə tədris ili sentyabr ayının birindən başlayır. (Əgər ümumtəhsil məktəblərində dərs ili başqa vaxta keçirilərsə, ona uyğun olaraq, məktəbəqədər müəssisələrdə də vaxt dəyişdirilir.)

V. Məktəbəqədər müəssisələrin idarə olunması və ona rəhbərlik

33. Məktəbəqədər müəssisənin fəaliyyətinə rəhbərliyi müdir həyata keçirir.

Ali ixtisas təhsilli, 3 ildən az olmayaraq ixtisasa uyğun iş stajına malik şəxslər müdir təyin edilə bilərlər ( Müstəsna hallarda orta ixtisas təhsilə, 5 ildən az olmayaraq iş stajına malik şəxslər nazirliyin razılığına əsasən, müdir təyin edilə bilərlər.). Təhsil sistemində olan uşaq müəssisəsinə müdir yerli təhsil orqanları, tabelikdə olan uşaq bağçalarına isə təhsil orqanlarının göndərişinə əsasən, müəssisə rəhbərliyi tərəfindən təyin edilir. Müdir həmin müəssisənin Nizamnaməsinə əsasən, 5 il müddətinə (2 müddətdən artıq olmayaraq) seçilir. O, özünü doğrultmazsa, Nizamnaməyə müvafiq geri çağırıla bilər. Seçkili vəzifə tutmuş müdir vəzifədən vaxtından əvvəl azad oluna bilər. Müdir məktəbəqədər müəssisənin bütün fəaliyyətinə rəhbərlik edir, tabe olduğu təşkilatın rəhbərliyi, valideynlər, müəssisənin işçiləri qarşısında, uşaqların mühafizəsi və sağlamlığı, kadrların seçilib yerləşdirilməsi və tərbiyəsi, təşkilati-pedaqoji, maliyyə-təsərrüfat və məktəbəqədər müəssisənin digər fəaliyyəti, kollektivdə müsbət psixoloji iqlim şəraitinin yaradılması üçün fərdi məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu orqan qarşısında vaxtaşırı hesabat verir.

34. Məktəbəqədər müəssisənin müdiri:

– bütün dövlət, kooperativ, ictimai təşkilatlarda, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək, məktəbəqədər müəssisəni təmsil edir;

­ məktəbəqədər müəssisənin səlahiyyəti daxilində əmr və sərəncamlar verir, bütün işçilərə icra etmək üçün iş tapşırır, lazım gələrsə, intizam tənbehi edir;

– məktəbəqədər müəssisə şurasının qərarlarının həyata keçirilməsini təmin edir;

– uşaq bağçasında tərbiyə-təlim proqramının yerinə yetirilməsinə nəzarət edir;

– müəssisənin uşaqlarla komplektləşdirilməsini təmin edir;

– valideyn komitəsinin işini istiqamətləndirir;

– uşaqların həyatının, sağlamlığının qorunması, rasional yemək, sanitar-gigiyenik, yanğından mühafizə və digər tələblərin icrasını təmin edir;

– m ə ktəbəqər müəssisə nəzdində müxtəlif xidmət bölmələrinin yaradılması və ləğv edilməsi məsələlərini həll edir;

-ictimai təşkilatlarla birlikdə məktəbəqədər müəssisənin işçilərinin

attestasiyadan keçməsinə optimal şərait yaradır, onlara metodik kömək göstərir;

-məktəbəqədər müəssisənin müdiri mövcud qanunvericilik çərçivəsində pedaqoji kadrları və məktəbəqədər müəssisənin rəhbərliyini müdafiə edən tədbirlər görür;

-məktəbəqədər müəssisədə iaşə üzərində ictimai nəzarəti təşkil edir.

35. Tərbiyə-təlim prosesinin yüksəldilməsini təmin etmək məqsədilə işçilərin ümumi iclaslarının qərarına əsasən, müvafiq əsasnaməyə uyğun pedaqoji vəzifələri həll etmək məqsədilə müəssisə şurası yaradılır. Şuranın tərkibində həmin müəssisənin işçiləri, valideynləri, hami təşkilatlar və əlaqədar idarələrin nümayəndələri daxil olur.

36. Pedaqoji şura:

– məktəbəqədər müəssisənin tərbiyə-təlim prosesinin inkişafı istiqamətini müəyyən edir;

– məktəbəqədər müəssisədə tərbiyə-təlim proqramını qəbul edir, lazım gəldikdə müəllif proqramını işləyir, müzakirə və təsdiq üçün nazirliyin vahid elmi-metodiki şurasına təqdim edir;

– müxtəlif qruplarda aparılan metodik işi istiqamətləndirir, eləcə də, tərbiyə- təlim prosesinin digər məsələlərin məzmununu, forma və metodlarını nəzərdən keçirir və təsdiq edir;

– kadrların hazırlığı və ixtisasının yüksəldilməsi məsələlərini nəzərdən keçirir;

– valideyn müqaviləsini təsdiq edir, məktəbəqədər müəssisədə əlavə xidmətlərin təşkilinin mümkünlüyünü müəyyən edir;

– şura öz iclaslarını protokollaşdırır, 1-2 qruplu məktəbəqədər müəssisədə il ərzində 2 dəfə, 3-5 qruplu müəssisədə rübdə 1 dəfə, 6-12 qruplu müəssisədə 2 ayda 1dəfə müəssisə şurası keçirir.

37. Məktəbəqədər dövlət müəssisəsində ali idarəetmə orqanı əmək kollektivinin və valideynlərin daxil olduğu ümumi yığıncaqdır:

– ümumi yığıncaq məktəbəqədər müəssisənin Nizamnaməsini əsas tutaraq, kollektiv müqavilələrə baxır və həmkarlar komitəsinə səlahiyyət verir ki, əmək kollektivi adından rəhbərliklə birlikdə müqaviləni imzalasın;

– rəhbərliyin və həmkarlar komitəsinin təqdimatına əsasən, daxili əmək intizamı qaydalarını təsdiq edir;

– uşaqların sağlamlığının mühafizəsi, onların bədən tərbiyəsi, sağlamlıq, tərbiyə-təlim işlərinin keyfiyyətinə və məktəbəqədər müəssisənin fəaliyyətinin digər vacib məsələlərinə nəzarət edir;

– mövcud fondlardan istifadə haqqında qərar qəbul edir, kollektivin digər sosial inkişafı məsələlərini həll edir;

– kadrların hazırlığı və ixtisasının artırılması, daxili intizam qaydalarına riayət olunması məsələlərinə baxır və onun möhkəmləndirilməsi üçün tədbirlər müəyyənləşdirir;

– ayrı-ayrı işçilərin öz vəzifələrini yerinə yetirmələri haqqında onları dinləyir və yaradıcı axtarışları müdafiə edərək, işdə qazandıqları nailiyyətlərinə görə onları maddi və mənəvi cəhətdən həvəsləndirmək üçün təkliflər verir.

38. Ümumi yığıncaqda qəbul olunmuş qərarlar uşaqların mənafeyinə zidd olarsa, müəssisənin müdiri yuxarı təhsil orqanları qarşısında məsələ qaldırır.

VI. Məktəbəqədər müəssisənin tərbiyə-təlim işləri sahəsində hüquqları və vəzifələri

39. Məktəbəqədər müəssisə tərbiyə-təlim müəssisəsi olmaqla sosial funksiyalarla yanaşı uşaqların tərbiyəsini və təlimini bu Əsasnaməyə və öz Nizamnaməsinə uyğun qurur.

40. Məktəbəqədər müəssisənin tərbiyə-təlim üzrə konkret vəzifələri müvafiq proqram-metodik sənədlərlə, məktəbəqədər müəssisənin Nizamnaməsi ilə müəyyənləşdirilir.

41.Məktəbəqədər müəssisə Respublika Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar kompleksindən proqram seçə bilər. Eyni zamanda məktəbəqədər müəssisə özünün əməli fəaliyyəti üçün xüsusi proqram və metodikanı hazırlayıb Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra tətbiq edə bilər.

Məktəbəqədər müəssisə tərbiyəçisi uşaqların tərbiyəsi və təlimi prosesi üzrə metodika seçmək hüququna malikdir.

42.Məktəbəqədər müəssisə məktəblə varisliyi təmin etmək məqsədilə, onunla müntəzəm əlaqə saxlayır.

43.Uşaqlarla aparılan tərbiyə-təlim işini təkmilləşdirmək məqsədilə, məktəbəqədər müəssisələr müxtəlif komplekslərin və birliklərin (uşaq bağçası məktəb və s.) tərkibinə daxil ola bilər. Bu komplekslər və birliklərin fəaliyyəti

onların əsəsnaməsinə müvafiq həyata keçirilir.

44.Məktəbəqədər müəssisə uşaqların fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə almaqla, emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin optimal sisteminin səmərəliyi üçün məsuliyyət daşıyır. Məktəbəqədər müəssisədə tərbiyə prosesinin psixoloji təminatı psixoloq və psixoloji xidmət tərəfindən həyata keçirilir.

45.Pedaqoji işçilərin hüquq və vəzifələri məktəbəqədər müəssisənin Nizamnaməsi, daxili əmək intizamı qaydaları, vəzifə təlimatları ilə müəyyənləşdirilir.

Pedaqoji münasibətlər məktəbəqədər müəssisənin işçi heyətilə uşaqlar, heyətlə valideynlər, heyətlə müdir arasında qarşılıqlı əlaqələri əhatə edir.

Tərbiyəçinin vəzifələri aşağıdakılardan ibarətdir:

– uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək;

– uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək;

– uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək;

– uşaqların məktəbə hazırlanmasını təmin etmək;

– uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək;

– uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq.

48.Məktəbəqədər müəssisənin bütün işçiləri bilavasitə və qismən tərbiyəvi

vəzifələri həyata keçirir və məktəbəqədər müəssisənin qarşısında duran pedaqoji

problemlərin həllinə kömək göstərirlər.

49.Uşağın məktəbəqədər müəssisəyə qəbul edilməsi qüvvədə olan qanunvericilik və hər iki tərəfin razılığı ilə bağlanmış müqavilə əsasında nizama salınır. Müqavilə əsasında üzərlərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi pozulduqda, təhsil şurasına yaxud məhkəməyə şikayət etmək olar.

VII. Məktəbəqədər tərbiyə müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti

50.Nazirliyin və rayon (şəhər ) təhsil şöbələrinin tabeliyində olan məktəbəqədər uşaq müəssisələri respublika və yaxud yerli büdcədən ayrılan maliyyə vəsaiti hesabına fəaliyyət göstərir.

Özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliyində və balansında olan məktəbəqədər uşaq müəssisələri onların vəsaiti hesabına fəaliyyət göstərir.

Məktəbəqədər uşaq müəssisələri büdcədənkənar vəsait də əldə edə bilərlər (sponsorlardan daxil olan vəsait və s.).

Məktəbəqədər uşaq müəssisəsində uşağın saxlanılması üçün verilən valideyn haqqının ödənilməsi qüvvədə olan normativ sənədlər əsasında həyata keçirilir.

51.Məktəbəqədər müəssisə uşaqlara xarici dilin öyrədilməsi, xoreoqrafiya, ritmik məşğələlər, həmçinin digər əlavə xidmətlər də göstərə bilər ki, buna da müəyyən olunmuş qaydada icazə verilir.

Məktəbəqədər müəssisələrdə pullu xidmət göstərilməsi təcrübəsinin genişləndirilməsi həyata keçirilmir.

52.Məktəbəqədər uşaq müəssisəsində büdcədənkənar vəsait hesabına maddi həvəsləndirmə, istehsalat və sosial inkişaf, valyuta ayrılmaları fondları müəyyən olunmuş qaydada yaradıla bilər.

VIII. Əməyin təşkili və əmək haqqının ödənilməsi sahəsində məktəbəqədər
müəssisənin hüquqları

53.Məktəbəqədər uşaq müəssisəsində əməyin təşkili və əmək haqqının ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qadada həyata keçirilir.


IX. Maliyyələşmə, uçot, hesabat və nəzarət

54.Məktəbəqədər müəssisə mühasibat və statistik hesabat hazırlayır və onu müəyyən olunmuş müddətdə orqanlara göndərir.

55.Məktəbəqədər müəssisənin rəhbərliyi və əmək kollektivinin hər bir üzvü

öz səlahiyyəti daxilində pedaqoji keyfiyyəti, qanunçuluğa riayət olunması, müqavilə, maliyyə intizamının gözlənilməsinə qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır.

56.Maliyyə-təsərrüfat fəaliyyətinin təftişi mövcud qanunvericiliyə müvafiq olaraq, təhsil şöbələri, məktəbəqədər müəssisənin tabeliyində olduğu idarə, müəssisə, təşkilatlar və maliyyə-bank orqanları tərəfindən müəyyən olunmuş müddətlərdə həyata keçirilir.

57.Plandankənar təftiş məktəbəqədər müəssisənin əmək kollektivinin, valideyn komitəsinin, ümumi yığıncağın, pedaqoji şuranın və hüquq orqanlarının tələbi ilə keçirilə bilər.

58.Təftişlərin və yoxlamaların bütün növləri pedaqoji prosesin və təsərrüfat fəaliyyətinin effektliyinin yüksəldilməsinə təsir göstərməli, məktəbəqədər müəssisənin işinin ahəngini pozmamalıdır. Təftiş və yoxlamaların nəticələri haqqında yoxlayıcılar tərəfindən əmək kollektivinə məlumat verilməlidir.

X. Məktəbəqədər müəssisənin yaradılması, yenidən təşkili və fəaliyyətinin dayandırılması

59.Məktəbəqədər müəssisə müvafiq maddi-texniki bazaya, büdcə vəsaitinə, uşaq kollektivinə, kadr potensialına malik olduqda, yerli icra hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar tərəfindən və yaxud vətəndaşların arzusu ilə müəyyən olunmuş qaydada yaradılır.

60.Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər müəssisə yerli icra hakimiyyətlərinin və təsisçinin təqdimatına əsasən, Təhsil Nazirliyində qeydiyyata alındıqdan sonra hüquqi şəxs sayılır.

61.Məktəbəqədər müəssisənin yenidən təşkili, təhsil şöbələrinin, idarə, müəssisə və təşkilatların təqdimatı əsasında müəssisələrin tipinin dəyişdirilməsi, maddi-texniki baza, uşaq kontingentinin, pedaqoji kadrların mövcudluğundan asılı olaraq, qanunvericiliklə müvafiq qaydada həyata keçirilə bilər.

62.Məktəbəqədər müəssisənin fəaliyyəti aşağıdakı hallarda dayandırıla bilər:

– onun gələcək fəaliyyətinə ehtiyac aradan qalxarsa və müəssisəni yenidən təşkil etmək mümkün olmazsa ;

– onun xidmətinə ehtiyac azalıbsa və məktəbəqədər müəssisədə qalmış uşaqların sayı normadan azdırsa;

– müəssisə əsaslı təmirə qoyularsa;

– məhkəmənin və arbitraj məhkəməsinin qərarı ilə.

Məktəbəqədər müəssisənin fəaliyyətinin dayandırılması yerli təhsil orqanlarının təqdimatına əsasən, nazirliyin əmri ilə həyata keçirilir.

63.Məktəbəqədər müəssisənin yenidən təşkili və ləğvi zamanı yuxarı orqan işdən azad olunan işçilərə onların Azərbaycan Respublikası Konstitusiyası və Əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqlarına zəmanət verir.

64.Məktəbəqədər müəssisə təmirə bağlananda, onun işçiləri müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məktəbəqədər müəssisələrdə və ya başqa tədris-təlim müəssisələrində orta əmək haqqı saxlanılmaqla öz ixtisaslarına uyğun işə düzəlirlər.

65.Müvafiq boş yerlər olmadıqda, həmin müəssisələrin işçilərinə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmir dövründə əmək haqqı ödənilmədən məzuniyyət verilir. Bununla da onların ixtisası üzrə ümumi və fasiləsiz iş stajları saxlanılır.

XI. Məktəbəqədər müəssisənin hüquqi müstəqilliyi

66.Məktəbəqədər müəssisə tabeliyindən asılı olmayaraq, özünün adı, Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş möhürü, ştampı müəyyən olunmuş nümunədə lövhəsi olan hüquqi şəxsdir.

67.Məktəbəqədər müəssisələr təhsil qanunvericiliyi və tərbiyə-təlim müəssisənin buna müvafiq olan nizamnaməsi əsasında idarə olunur. Nizamnamə müəssisənin şurasında təsdiq edilir və müvafiq olaraq təhsil nazirliyində və yerli təhsil orqanlarında qeydiyyatdan keçirilir. Nizamnaməsi qeydiyyatdan keçməmiş tərbiyə-təlim müəssisəsi hüquqi şəxs sayılmır.

68.Məktəbəqədər müəssisə Təhsil qanununa müvafiq qaydada xarici ölkələrin təhsil müəssisələri ilə münasibətlər yarada bilər.

Əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli təsdiqləndi

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

  1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
  2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv edilsin.
  3. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir

Azərbaycan Respublikasının

Baş naziri Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 28 fevral
tarixli 68 nömrəli Qərarına
1 nömrəli əlavə

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA- nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)

Aparatın rəhbəri Xələf Xələfov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 28 fevral
tarixli 68 nömrəli Qərarına
2 nömrəli əlavə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)

Aparatın rəhbəri Xələf Xələfov

Mənbə: cabmin.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
zakir əliyev

April 3, 2019 |

(21.02-07.03) tarixlərində növbəti əmək məuniyyətimin bir hissəsinin istifadəsi rəsmləşdirilmişdir.Lakin əmər haqqı hesabatı aparılırkən mənə ödəlicək Fəlsəfə doktoru elmi dərəcəmə görə -60 man əvəzinə-42 man və eləcə də Dosent elmi rütbəmə (elmi ada) görə isə 100 ma əvəzinə isə 70 man hesablanıb ödənilmişdir. Sorğu tələbim belə izah olunur ki, elmi dərəcə və elmi rütbəyə görə Dövlət tərəfindən müəyən edilmiş bu ( 60 man və 100 man) ödənişlər də fevral ayındakı faktiki iş günlərinin sayı ilə hesabından həyata keçirilir.Həmi hal mart ayında da təkrarlanır ki, burada da kəsirlə nədən sə də faktiki 11 iş günü hesabından hesablanıb ödəniş edilmişdir. Burada da Dövlət qərarı ilə müəyən edilmiş bayram günləri və yarımçıq məzuniyyətimin 2-ci həftəsinin günləri nəzərə alınmır və bu halda isə 60 əvəzinə-44 man, 100 əvəzinə isə 73,33 man hesablanmşdır. Belə məntiqsiz mühasibat hesabatının nə dərəcədə dövlətçiliyin qorunub saxlanması, onun humanizm prinsipləri ilə ziddiyət təşkil etdiyi nə dərəcədə doğrudur.Buradan belə bir qənaətə gəlinir ki, alim bayram və məzuniyyət günlərində alim deyil.2-ci bir tərəfdən görəsə hörmətli Akademiklərimiz də məzuniyyətdə olduqları uzun müddətli məzunuyyət dövründə həmin ödəşlərdən mərhum olurlar? Əgər belə isə bəs nə səbəbdən onlar da mənim kimi ömürlərini milli elmin inkişafına sərf emiş həmin şəxsiyyətlər belə bir hesabat qaydasını elə beləimiş kimi qəbul olunmasına əhəmiyyət vermirlər?
Bunu yeni ( əmək haqqı hesabat qaydası) AMEA-nın Torpaqşunaslıq və Aqrokimya İnstitutunun mühasibi Əli Sabir oğlu icad etmişdir.Onun özünün etiraf etdiyi kimi bütün bu onillik təcrübəsində həyata keçirir. Qeyd edim ki, məlum məqsədli institut rəhbəri AMEA-nın müxbir üzvünə şikayətimdən nəticə oladığı səbəbindən Sizdən, bu hala qanunla tənzimlənən cavab istəməkləri tələbindən dəyrli vaxtınızı alıb, mənə kömək cavabı vermənizi xahiş edirəm
Hörmətlə- a.ü.f.d., dos. Əliyev Zakir Hüseyn oğlu əlaqə tel. +994504242130

Xəbərlərə abunə olun

March 2023

M T W T F S S
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Xəbərlərə abunə olun

Bizimlə Əlaqə

+994 50 225 81 05

+994 12 310 09 29

Bizi izləyin

Muhasibat.Az mühasibat uçotu, vergi, kadr, hüquq, audit və digər sahələrdə baş verən dəyişikliklər barədə məlumatların paylaşıldığı saytdır

© 2023 Muhasibat.Az – Bütün hüquqlar qorunur

Əməyin ödənilməsi təşkili

Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği

1. Əməyİn ödənİlməsİ sİstemİ

1.1. Vaxtamuzd əmək haqqı

1.1.1. Büdcədən maliyyələşdirilən müəssisələrin səhiyyə işçilərinin (bundan sonra – səhiyyə işçiləri) əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi əsasında, bir qayda olaraq, əməyin ödənilməsinin vaxtamuzd və ya aylıq maaş sistemi üzrə ödənilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ayrı-ayrı səhiyyə işçilərinin əməyi əməyin ödənilməsinin aşağıda sadalanan digər sistemləri üzrə ödənilə bilər.

1.2. İşəmuzd əmək haqqı

Ayrı-ayrı səhiyyə işçilərinin marağını əmək məhsuldarlığının artırılmasına və görülən işlərin keyfiyyətinin yüksəldilməsinə yönəltmək məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən əmək haqqı ödənişlərinə ayrılmış büdcə təxsisatları çərçivəsində əməyin ödənilməsinin işəmuzd sistemi tətbiq edilə bilər.

1.3. Tibbi yardım məqsədilə evdə növbətçilik

1.3.1. Tibb müəssisələrinin tipindən və yerləşdiyi ərazidən asılı olmayaraq həkim və orta tibb heyəti işçiləri (eləcə də tibb briqadalarının və qəza, dağıntı, təbii fəlakət və başqa fövqəladə hadisələr zamanı təxirəsalınmaz təcili yardım göstərən və xilasedici işlər görən çoxprofilli xüsusi təyinatlı tibb dəstələrinin mütəxəssisləri) zəruri hallarda “evdə növbətçilik” iş rejiminə cəlb edilirlər. Bu iş rejimində çalışan işçi müəyyən vaxt ərzində ünvanı bəlli olan qeyri-iş sahəsində (məsələn, evdə) növbətçilik edir, çağırışa hazır olur və zəruri hallarda çağırışla işə cəlb edilir. [1]

1.3.2. “Evdə növbətçilik” iş rejiminə işçi həm iş vaxtı ərzində, həm də iş vaxtından sonra cəlb edilə bilər. “Evdə növbətçilik” iş rejimində işçinin növbədə olduğu müddət və çağırışa sərf olunan vaxt tam iş vaxtı kimi nəzərə alınır. Çağırışın müddəti çağırış edilən vaxtdan icrası təmin edilən vaxtadək götürülür və 30 dəqiqədən artıq müddət tam iş saatı kimi nəzərə alınır.

1.3.3. İş vaxtı ərzində “edvə növbətçilik” aylıq iş vaxtı norması çərçivəsində təşkil edilir.

1.3.4. İş vaxtından sonra “evdə növbətçilik” işçi ilə əvəzçilik qaydasında əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə bağlanılaraq təşkil edilir. Bu halda iş vaxtının müddəti qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasının yarısından çox olmamalıdır. [2]

1.3.5. “Evdə növbətçilik” iş rejimində gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü və yaxud çağırışla əlaqədar iş vaxtından artıq vaxtda görülən işin haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. [3]

1.4. Əməyin ödənilməsinin kollektiv forması

İqtisadi cəhətdən səmərəli olduqda, büdcədən maliyyələşdirilən tibb müəssisələrinin ayrı-ayrı kollektivlərinin (briqadalarının) əməyinin ödənilməsinin kollektiv formasına keçilə bilər. Bu halda əməyin təşkili və ödənilməsi şərtləri ayrılmış büdcə təxsisatları çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. [4]

2. Əməyİn ödənİlməsİ növlərİ

2.1. Vəzifə (tarif) maaşları

2.1.1. Səhiyyə işçilərinin vəzifə (tarif) maaşlarının məbləği qüvvədə olan Vahid Tarif Cədvəli əsasında Tarif İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilir.

Tibb , sosial müdafiə və digər müəssisələrdə struktur bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin vəzifə maaşından 10 – 20 faiz aşağı müəyyənləşdirilir.

2.1.2. Tibb müəssisələrinin rəhbərlərinin əməyinin ödəniş qruplarına aid edilməsi göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.1.3. Səhiyyə, sosial müdafiə və digər sistemlərin şöbə, bölmə, kabinet, laboratoriya, dəstə, stansiya, təcili yardım yarımstansiyası, profdezinfeksiya şöbəsi (bölməsi) və digər struktur bölmələrinin həkim ixtisası tələb olunan rəhbərlərinin vəzifə maaşı bu həkimlərin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vazifə maaşlarına aşağıdakı əlavələrin tətbiq edilməsi yolu ilə müəyyən edilir:

struktur bölmələrinin ştatında 7-dək həkim vəzifəsi olduqda – 10 faiz;

7 və daha çox həkim vəzifəsi olduqda – 15 faiz;

həkim vəzifələrinin sayından asılı olmayaraq kabinet müdirlərinə – 5 faiz.

Tərkibinə bölmələr, laboratoriyalar və digər struktur bölmələri daxil olan şöbələrin həkim ixtisası tələb olunan rəhbərlərinin vəzifə maaşları müəyyənləşdirilərkən, bu struktur bölmələrinin bütün həkim-rəhbər və həkim vəzifələri (o cümlədən, qeyri-büdcə vəsaiti hesabına saxlanılan) nəzərə alınır. Bu halda həkim-intern vəzifələri həkim vəzifələrinin sayında nəzərə alınmır.

Həm stasionarda və həm də poliklinikada (ambulatoriyada) həkimlərin işinə rəhbərlik etmək vəzifəsi həvalə edilmiş həkim-şöbə müdirinin (həkim-bölmə müdirinin) vəzifə maaşı müəyyən edilərkən, onun həm stasionarda, həm də poliklinikada rəhbərlik etdiyi həkim vəzifələrinin sayı nəzərə alınır.

2.1.4. Tibb, sosial müdafiə və digər müəssisələrin struklur bölmələrində orta tibb heyətindən olan rəhbərlərin vəzifə maaşı onların Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vəzifə maaşlarına 15 faiz artımın tətbiq edilməsi yolu ilə müəyyən edilir.

2.1.5. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir. [5]

2.1.6. Həkim-uçuş və həkim-məsləhət komissiyalarının həkim-sədrlərinin, üzvlərinin rayon uşaq həkimlərinin, təcili yardım stansiyalarının və dağlarda xilaseetmə hissələrinin böyük həkimlərinin vəzifə maaşı bu həkimlərin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vəzifə maaşlarına 15 faiz əlavənin tətbiq edilməsi yolu ilə müəyyən edilir.

2.1.7. Tibb, sosial müdafiə və digər müəssisələrdə qazanxanaların istismarı, elektrik və istilik şəbəkələrinin avadanlığının, maşın və mexanizmlərin, cihazların və s. təmiri, bina və qurğuların cari təmiri ilə məşğul olan və bu sahələrə xidmət göstərən fəhlələrin tarif maaşları onların işəmuzd əmək haqqı sistemində 1.11, vaxtamuzd əmək haqqı sistemində isə (eləcə də, aylıq maaş olduqda) 1.04 yüksəldici sahə əmsalları tətbiq edilməklə müəyyən edilir.

2.1.8. Dəniz və çay gəmilərində işləyən tibb işçilərinə gəmilərin reysdə olduğu müddətdə onların arzusu ilə iş vaxtı normasından artıq işlənilmiş vaxt üçün saatlıq vəzifə maaşının ikiqat məbləğində və ya hər artıq işlənilmiş 8 saat üçün bir əvəzgün verilməklə birqat ölçüdə əmək haqqı ödənilir.

2.2. Tarif (vəzifə) maaşına əlavələr

2.2.1. Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavər

2.2.1.1. Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir:

a) vərəm və ya vərəmə qarşı xəstəxanalarda, müalicə, reabilitasiya və digər müəssisələrdə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün hospitallarda, dispanserlərdə, sanatoriyalarda, körpələr evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət göstərən digər rəhbərlər (kitabxana müdiri, klub müdiri, təsərrüfat müdiri və s.), mütəxəssislər və digər qulluqçular (kftabxanaçı, evakuator və s.) və bütün peşələrdən olan fəhlələr (bərbər, qarderobçu, liftçi, dəyişək xidmətçisi və s.), eləcə də bu tibb müəssisələrinin ştatında olan aptek bölmələrində və onlara bilavasitə xidmət göstərən xəstəxana və xəstəxanalararası müstəqil aptek müəssisələrində çalışan işçilər (müdir, müdir müavini, əczaçı, provizor, qablaşdırıcı və s. köməkçi heyət); [6]

b) vərəm və ya vərəmə qarşı tibb müəssisələrinin nəzdindəki müalicə- istehsalat (əmək) emalatxanalarında rəhbər, həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, müalicə-istehsalat (əmək) emalatxanalarında istehsalat təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər;

c) müalicə-profilaktika və digər müəssisələrin, onların tibbi-sanitariya hissələrinin vərəm xəstəliyi üzrə bölmələrində, palatalarında, izolyatorlarında, kabinetlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də bu bölmələrdə, palatalarda və s. xəstələrə qulluq edən və burada işləyən bütün peşə və vəzifələrdən olan işçilər;

ç) yoluxucu xəstəliklər üzrə xəstəxanalarda, xroniki dezinteriyalı xəstələr üçün uşaq sanatoriyalarında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət göstərən digər rəhbərlər (kitabxana müdir, klub müdiri, təsərrüfat müdiri və s.), mütəxəssislər və digər qulluqçular (kitabxanaçı, evakuator və s.) və bütün peşələrdən olan fəhlələr (bərbər, qarderobçu, liftçi, dəyişək xidmətçisi və s.), eləcə də bu tibb müəssisələrinin ştatında olan aptek bölmələrində və onlara bilavasitə xidmət göstərən xəstəxana və xəstəxanalararası müstəqil aptek müəssisələrində çalışan işçilər (müdir, müdir müavini, əczaçı, provizor, qablaşdırıcı və s. köməkçi heyət);

d) yoluxucu xəstəliklər və bağırsaq qurdlan ilə yoluxmuş xəstələr üçün bölmələrdə, palatalarda, gün-düz stasfonarlannda, yoluxucu xəstəlrklər üzrə kabi-netlərdə və vağzallann tibb məntəqələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də bu bölmələrdə, palatalarda və s. xəstələrə qulluq edən və burada işləyən bütün peşələrdən olan fəhlələr;

e) onurğa beyni zədələnməklə aşağı və ya yuxarı ətrafların parezi və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan xəstələr üçün tibb, sosial müdafiə və digər müəssisələrdə (onların bölmələrində, palatalarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ə) aşağıda göstərilən körpələr evlərində və uşaq bağçalarının, yaslilərin, yasli-bağçaların, ümumi tipli uşaq evlərinin daxilində yaradılan qruplarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər:

vərəm intoksikasiyalı, vərəmin zəif və sönməkdə olan formasını keçirən uşaqlar üçün;

psixikası salamat qalmaqla dayaq-hərəkət aparatının funksiyaları pozulmuş və fiziki nkişafında başqa pozuntuları olan uşaqlar üçün; [7]

mərkəzi sinir sisteminin üzvi xəstəliyi olan, o cümlədən psixikası pozulmadan uşaq beyin iflicinə düçar olmuş uşaqlar üçün;

eşitmə və nitq qabiliyyəti pozulmuş (kar-lal, kar, ağır eşidən) uşaqlar üçün;

nitqi pozulmuş (kəkələyən, nitqi məhdudlaşan və başqa nitq pozuntuları olan) uşaqlar üçün;

görmə qabiliyyəti pozulan (kor, zəif görən) uşaqlar üçün;

f) dayaq-hərəkət aparatının funksiyaları pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün sanatoriyalarda, eləcə də həmin profilli uşaqlar üçün müalicə-profilaktika müəssisələrinin bölmələrində, palatalarında (qruplarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

g) anesteziologiya-reanimasiya, reanimasiya və intensiv terapiya (ekspress-diaqnostikanı təmin edən laboratoriyalar, qruplar istisna olmaqla) bölmələrində (qruplarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim-anestezioloq-reanimatoloq, tibb bacısı, feldşer və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ğ) aşağıdakı şöbələrdə (palatalarda) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də hemodializ bölməsində aparatlara xidmət edən mütəxəssislər:

yanığı olan xəstələr üçün şöbələr (palatalar);

kəskin formada zəhərlənmiş xəstələr üçün şöbələr (palatalar);

cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələri;

cərrahiyyə əməliyyatı zamanı vizual nəzarət-edici rentgen aparatlarından daima istitfadə edilən bütün profilli cərrahiyyə şöbələri;

hemodializ, hemosorbsiya, plazinoferez və ultrafiltrasiya üsulu ilə xəstələri müalicə edən hemodializ bölmələri;

yerin doğulmuş və yarımçıq uşaqlar üçün şöbələr (palatalar);

yeni doğulmuş və yarımçıq uşaqlar üçün pediatriya şöbələri;

beyin qan dövranı pozulmuş xəstələr üçün nevroloji şöbələr;

h) dəri-zöhrəvi xəstəliklər üzrə şöbələrdə, palatalarda, stasionarların və poliklinikaların kabinetlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyətli vəzifələrində çalışan işçilər, eləcə də bu şöbələrdə, palatalarda və s. xəstələrə qulluq edən və bütün peşə və vəzifələrdən olan fəhlə və qulluqçular;

x) fizioterapiya şöbələrində, kabinetlərində, balneoloji və palçıq müalicəxanalarında (şöbələrində, kabinetlərində) aşağıdakı vəzifə və peşələrdə çalışan işçilər:

hidrogen-sulfidli, sulfidli və karbo-sulfo-hidrogenli vannalar və palçıqlar olan otaqlarda xəstələrə qulluq etmək üçün nəzərdə tutulan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti (tibbi statist, tibb qeydiyyatçısı vəzifələri istisna olmaqla) və kiçik tibb heyəti vəzifələri;

palçıq müalicəxanaları, radon vannalarının buraxılması, ozokerit prosedurlarının hazırlanması və buraxılması, müxtəlilf gücə malik ultra yüksək tezlikli (UYT) generatorlarda işləmələri üçün (ay ərzində hər növbədə orta hesabla 10-dan az olmayaraq prosedur keçirildikdə) nəzərdə tutulan orta tibb heyəti (tibbi statist, tibb qeydiyyatçısı vəzifələri istisna olmaqla) və kiçik tibb heyəti vəzifələri;

palçığın qızdırılması və gətirilməsi, süni hidrogen-sulfidli suyun hazırlanması, hidrogen-sulfidli, sulfidli və karbo-sulfo-hidrogenli, radonlu vanna otaqlarına və avadanlığa, fizioterapiya müalicəxanalarının (bölmələrinin) qurğularına, zirzəmi avadanlığına, vannalar olan binaların qızdırıcı qurğularına, nasos stansiyalarına, suqarışdırıcılara və rezervuarlara, borulalara, hidrogen-sulfid, sulfid və karbo-sulfo-hidrogen və radon qazma quyularının başlıqlarına daima xidmət edilməsi, eləcə də bina və qurğuların cari təmiri üçün nəzərdə tutulan fəhlə peşələri;

ı) müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, bölmələrdə, laboratoriyalarda, qruplarda və kabinetlərdə rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, ion şüalanması mühitində və ya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər;

i) tibb və digər müəssisələrin əsas müalicə üsulu kimi uzun müddət böyük dozada kimyəvi preparatlar işlədilən şöbələrində (palatalarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

j) patoloji anatomiya bölmələrində, meyit toxumalarını, orqanlarını götürən, hazırlayan və saxlayan və qanını tədarük (konservasiya) edən bölmələrdə rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər; [8]

k) barokamera və kessonlarda, yeraltı tibb müəssisələri bölmələrində (palatalarında), səhiyyə məntəqələrində, tibb məntəqələrində (o cümlədən, metropoliten tikililərində olan) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

q) ultrasəs diaqnostikası və endoskopiya bölmələrində (kabinetlərində) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

1) qanköçürmə stansiyalarında, qan və onun komponentlərini tədarük edən bölmələrdə qan komponentlərini və sümük iliyini tədarük edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti, vəzifələrində çalışan işçilər;

m) ambulator-poliklinika müəssisələrinin (bölmələrinin) psixoterapiya kabinetlərində həkim-psixoterapevt və tibb bacısı vəzifələri;

n) laboratoriyalarda (şöbələrdə, bölmələrdə) aşağıdakı əmək şəraitli iş yerlərində çalışan işçilər:

yoluxucu xəstəliklərin canlı törədiciləri ilə (və ya xəstə heyvanlarla) işləyən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan bütün kateqoriyadan olan işçilər;

xəstəlik törədən viruslarla, kimyəvi reaktivlərlə, reaktiv allergenlərlə, qanın, sidiyin və s. analizləri üçün istifadə edilən maddələrlə işləyən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələri;

solğun treponla immobilizasiya reaksiyası qoymaq işində daimi işləyən həkim-bakterioloq, həkim-parazitoloq, laborant, bakteriologiya və parazitologiya üzrə laborant, onların işini təmin etmək üçün nəzərdə tutulan sanitar qadın və digər vəzifələr;

o) kor-kar-lal, eləcə də eşitmə və nitq qabiliyyəti qüsurlu uşaqlar üçün uşaq evlərində, kar və korlar üçün sanatoriyalarda və internat evlərində, kar-lal uşaqlar üçün reabilitasiya mərkəzlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, bütün peşələrdən olan fəhlələr;

ö) yasli-bağçalarda, uşaq bağçalarında, vərən xəstəliyi olan uşaqlar üçün uşaq evlərində, eşitmə və nitq qabiliyyəti qüsurlu olan uşaqlar üçün yasli-bağçalarda, mərkəzi sinir sistemi və dayaq-hərəkət aparatının funksiyaları pozulmuş uşaqlar üçün yasli-bağçalarda, əqli inkişafında pozuntu olan uşaqlar və mərkəzi sinir sistemi zədələməklə psixikası pozulmuş uşaqlar üçün yasli-bağçalarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər; [9]

p) sanitariya-profilaktika müəssisələrində, digər müəssisələrin sanitariya-profilaktika bölmə, şöbə və hissələrində aşağıdakı vəzifə və peşələrdə çalışan işçilər:

baş həkim (həkim-epidemioloq vəzifəsi olmadıqda), çox təhlükəli yoluxucu epidemiyaya qarşı, epidemioloji, parazitoloji, bakterioloji, virusoloji, sanitar-karantin, sanitar-nəzarət, dezinfeksiya şöbələrinin, bölmələrinin və məntəqələrinin (profilaktik dezinfeksiya şöbələri, bölmələri istisna olmaqla) müdirləri, həkim-epidemioloq, həkim-dezinfeksionist, həkim-parazitoloq, həkim-virusoloq, çox təhlükəli yoluxucu, sanitar-karantin, sanitar-nəzarət şöbələrinin, bölmələrinin həkimləri, elektromaqnit sahəli laboratoriyaların müdirləri, sanitar həkimləri, mühəndisləri, metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (şöbələrinin, qruplarının) ventilyasiya üzrə mühəndis vəzifələri, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar həkimlər, açıq civə aparatlarında (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) işləmək üçün nəzərdə tutulan həkim-laborant və mühəndis vəzifələri, toksikoloji laboratoriyaların həkim-laborantları, yalnız dağ-mədən, filizçıxarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlər;

çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin, bölmələrin və məntəqələrin orta tibb heyəti vəzifələri, dezinfeksiyanın keyfiyyətinə nəzarət edən laborantlar, virusologiya və parazitologiya üzrə laborantlar, sanitar-karantin və sanitar-nəzarət şöbələrinin (bölmələrinin, məntəqələrinin) orta tibb heyəti vəzifələri, dezinfektorlar, dezinfeksiya təlimatçıları, həkim-epidemioloqların və həkim-parazitoloqların köməkçiləri, sanitar həkimlərin köməkçiləri, elektromaqnit sahəli laboratoriyaların texnikləri və laborantları, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar bölmələrinin (qruplarının), eləcə də metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (bölmələrinin, qruplarının) texnikləri, laborantları və sanitar həkimlərinin köməkçiləri, açıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) laborant və texniklər, yoluxucu xəstəliyi olan xəstələr daşımaqla məşğul olan orta tibb heyəti, toksikolojii laboratoriyaların laborantları, yalnız dağ-mədən, filizçi-xarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlərin köməkçiləri;

çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin (bölmələrin), acıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) sanitar-karantin və sanitar-nəzarət bölmələrinin (şöbələrinin, məntəqələrinin), toksikoloji, bakterioloji laboratoriyaların, parazitoloji və virusoloji bölmələrin sanitar qadın vəzifəsində çalışan işçiləri, dezinfeksiyaedici vasitələri qablaşdırmaqla məşğul olan anbardarlar, dezinfektor vəzifəsi də həvalə edilən avtomobil sürücüləri, yoluxucu xəstəliyə tutulmuş xəstələri daşımaqla məşğul olan avtomobil sürücüləri və sanitar qadınlar, xəstəliyə yoluxmuş heyvanlarla vivariumda işləyən fəhlə və qulluqçular;

r) 1000 və daha çox çarpayısı olan çoxprofilli xəstəxanaların həkim-psixiatorları;

s) tibb, sosial müdafiə və digər müəssisələrdə (bölmələrdə) dezinfektorlar;

ş) tibb müəssisələrində meymun volyerlərə qulluq elmək üçün nəzərdə tutulan vəzifə və peşələrdə çalışan işçilər;

t) müxtəlif tipli və təyinatlı ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər. [10]

2.2.2. Sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə

2.2.2.1. Sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 20 faizi miqdarında əlavə haqq ödənilir:

a) taun əleyhinə müəssisələrdə, cüzamxanalarda, cüzama qarşı şöbə, palata, izolyator, kabinet, məntəqələrdə calışan bütün işçilər;

b) mərkəzi sinir sistemi zədələnməklə psixikası pozulmuş uşaqlar üçün şöbə və palatalarda, kəskin alkoqol zəhərlənməsi və ya kəskin alkoqol psixozu nəticəsində xətər dəymiş şəxslərə tibbi yardım göstərmək üçün nəzərdə tutulan müalicə profilaktika müəssisələrinin ixtisaslaşmış qəbul şöbələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət edən bərbərlər və digər peşələrdən olan fəhlələr;

c) psixikası zədələnməklə mərkəzi sinir sisteminin üzvi xəstəlikləri olan uşaq qruplarında orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ç) mərkəzi sinir sistemi zədələnməklə psixikası pozulmuş uşaqlar üçün yasli və sanatoriyalarda, mərkəzi sinir sistemi məhdud zədələnməklə psixikası pozulmuş uşaqlar üçün körpələr evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

d) psixiatriya (psixonevroloji), narkoloji müəssisələrdə, onların struktur bölmələrində (psixi xəstələrin vo xroniki alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi üçün nəzərdə tutulmayan şöbə, kabinet və palatalar istisna olmaqla), tibb və digər müəssisələrin psixi, xroniki alkoqolizmə və narkomaniyaya düçar olmuş xəstələri müalicə edən şöbə, kabinet və palatalarında, o cümlədən müalicə-istehsalat (əmək) emalatxanalarında, yardımçı təsərrüfatlarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti (arxivlərdə tibb qeydiyyatçısı istisna olmaqla) və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrlə təmasda olan digər rəhbər, mütəxəssis və texniki icraçılar, eləcə də xəstələrə qulluq edən və şöbələrin (bölmələrin) daxilində fəhlə peşələrində çalışan işçilər;

e) daima barocərrahiyyə otaqlarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

ə) tibb müəssisələrinin şaxtalarda dezinfeksiya işləri ilə məşğul olan dezinfektorları;

f) psixiatriya (psixonevroloji) müəssisələrinin və internat evlərinin nəzdində fəaliyyət göstərən müalicə-istehsalat (əmək) emalatxanalarında istehsalat (əmək) təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər;

g) psixiatriya (psixonevroloji) müəssisələrində və internat evlərində, əqli inkişafında pozuntu olan uşaqlar üçün internat evlərinin nəzdindəki yardımçı kənd təsərrüfatlarında istehsalat (əmək) təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər; [11]

ğ) təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücüləri;

h) psixonevroloji internat evlərində və əqli inkişafında pozuntu olan uşaqlar üçün internat evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, o cümlədən həmin xəstələrə qulluq edən və onlarla məşğul olan digər rəhbərlər, mütəxəssislər, texniki icraçılar və bölmələrin daxilində fəhlə peşələrində çalışan işçilər;

x) məhkəmə-tibb ekspertizası xidmətində rəhbər, məhkəmə-tibb eksperti (patoloqo-anatom, kriminalist, histoloq, kimyaçı, bioloq, biokimyaçı, fizik, entomoloq, sitoloq), orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər:

ı) dəri-zöhrəvi dispanserlərinin stasionarlarında (bölmələrində) peşə və vəzifələrdə çalışan bütün işçilər;

i) elmi-tədqiqat institutunun, mərkəzinin, klinikasının-hipnoz və psixoprofilaktika laboratoriyasında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tıibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər.

2.2.2.2. Sağlamlıq üçün təhlükəli və ağır və xüsusilə təhlükəli və xüsusilə ağır olan bir neçə tibbi sahə üzrə çalışan işcinin 2.2.1.1 və 2.2.2.1-ci bəndlər üzrə iki və daha çox əsaslarla vəzifə (tarif) maaşına əlavə haqq almaq hüququ olduqda, əlavənin həcmi 25 faiz miqdarında müəyyənləşdirilir.

2.2.2.3. Müəyyən edilmiş qaydada həkim və ya orta tibb heyəti işçilərinə bərabər tutularaq onlarla birgə 2.2.1.1 və ya 2.2.2.1-ci bəndlərində göstərilən tibb müəssisələrində (bölmələrində) çalışan mütəxəssislərə (zooloqlara, entomoloqlara və s.) müvafiq olaraq vəzifə maaşının 15 və ya 20 faizi miqdarında əlavə haqq ödənilir.

2.2.3. İnsanın immunçatışmazlığı sindromu ( QİÇS ) və ya insanın immunçatışmazlığı virusu ( İİV ) ilə əlaqəli əmək şəraitinə görə əlavə [12]

2.2.3.1. QİÇS və ya İİV ilə əlaqəli əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq ödənilir:

a) QİÇS və ya İİV və ona qarşı mübarizə mərkəzlərində QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin diaqnostikası, müalicəsi və bilavasitə onlara qulluq etməklə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

b) QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələri müalicə edən tibb müəssisələrinin və ya tibb müəssisələrinin ixtisaslaşmış bölmələrində QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin müalicəsi və bilavasitə onlara qulluq etməklə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

c) tibb və digər müəssisələrdə və ya onların bölmələrində (2.3.3.1-ci bəndin a) və b) yarımbəndlərində göstərilənlər istisna olmaqla) QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrə məsləhətlər verən, baxan, tibbi yardım göstərən, məhkəmə tibb və məhkəmə-psixiatriya ekspertizası keçirən və s. işləri yerinə yetirən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər (bu kontingentlə bilavasitə kontaktda olduqları faktiki iş vaxtına mütənasib olaraq); [13]

ç) QİÇS , xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin qanlarını və bioloji mayelərini tədqiq edən, İİV virusu üzrə laboratoriya tədqiqatı aparmaqla əhaliyə xidmət göstərən tibb müəssisələrinin bölmələrində, qruplarında, laboratoriyalarında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

d) elmi müəssisə və təşkilatlarda QİÇS xəstəliyi və ya İİV virusu problemlərinə dair dissertasiya yazan şəxslər, QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna potenstel yoluxmuş xəstələr və materiallar (eləcə də heyvanlar) ilə təmasda olan elmi rəhbərlər, elmi-bölmələrin mütəxəssisləri, elmi işçilər, eləcə də elmi bölmələrdə digər mütəxəssis, qulluqçu vəzifələrində, preparatorçu və fəhlə peşələrində (o cümlədən, heyvanlara qulluqedən) çalışan işçilər; [14]

e) elmi müəssisə və təşkilatlarda, onların struktur bölmələrində, eləcə də bakteriya və virus preparatları hazırlanan sexlərdə bilavasitə QİÇS xəstəliyi və ya İİV virusuna yoluxdurulmuş materiallarla işləyən bütün kateqoriyadan olan işçilər. [15]

2.2.3.2. Əmək haqqı vaxtamuzd və ya saathesabı ödəniş sistemləri üzrə həyata keçirildikdə, 2.2.1.1, 2.2.2.1, 2.2.2.2, 2.2.2.3 və 2.2.3.1-ci bəndlərdə göstərilən əlavələr iş vaxtına mütənasib olaraq ödənilir.

2.2.4. İxtisas dərəcəsinə görə əlavə

2.2.4.1. Tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb olunan), həkim və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə müvafiq qaydada ali, birinci və ikinci ixisas dərəcələri verilir.

2.2.4.2. İxtisas dərəcəsi olan işçiyə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

ali ixtisas dərəcəsinə görə – vəzifə maaşının 25 faizi miqdarında;

birinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 15 faizi miqdarında;

ikinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 10 faizi miqdarında.

2.2.4.3. İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) ixtisas dərəcəsinin alındığı növbəti aydan başlayaraq ödənilir.

2.2.4.4. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.2.5. Fasiləsiz əmək stajına görə əlavə

2.2.5.1. Ayrı-ayrı tibb müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir: [16]

Tibb müəssisələrinin peşə və vəzifələrinin adları

Fasiləsiz əmək stajına görə əlavə haqq (vəzifə (tarif) maaşından faizlə)

Kənd yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq

Şəhər poliklinikalarının (bölmələrinin), o cümlədən kənd rayonlarının mərkəzi rayon xəstəxanalarının poliklinikalarının, mərkəzi rayon xəstəxanasının funksiyaları həvalə edilmiş mərkəzi rayon poliklinikalarının ərazi sahələrinin sahə həkim-terapevti və sahə həkim-pediatrı, terapiya və pediatriya bölməsinin müdiri, ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Tibb-sanitar hissələrinin sex həkim sahəsinin həkim-terapevti

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 20 faizdən çox olmayaraq

Evdə tibbi yardım göstərən məntəqələrin, bölmələrin həkim-terapevti, həkim-pediatrı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Dəmir yolu, su və hava nəqliyyatının poliklinikalarının sex həkim sahəsinin həkim-terapevti

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 20 faizdən çox olmayaraq

Təcili tibbi yardım müəssisəsinin, stansiyasının, bölməsinin səyyar briqadalarının həkimi və orta tibb heyəti vəzifələri, iş növbəsinin böyük həkimi

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Sanitar aviasiyası stansiyalarının, səhiyyə sisteminin respublika xəstəxanalarının planlı və fövqəladə məsləhət yardım bölmələrinin səyyar briqadalarının ixtisasından asılı olmayaraq həkimi və orta tibb heyət vəzifələri

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarın, lakin 30 faizdən çox olmayaraq

Dəmir yolu və su nəqliyyatının poliklinika müəssisələrinin (bölmələrinin), eləcə də iqtisadiyyatın digər sahələrinin təhkim olunmuş ərazinin əhalisinə trbbi yardım göstərilməsi havalə edilən tibb müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

İqtisadiyyatın digər sahələrinin ambulator poliklinika müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Tauna qarşı mübarizə müəssisələrinin və digər müəssisələrin ən təhlükəli yoluxucu xəstələrlə mübarizə aparan struktur bölmələrinin bütün kateqoriyadan olan tibb heyəti, qulluqçu vəzifələri və fəhlə peşələri

fasiləsiz əmək stajının hər ilinə görə 10 faiz miqdarında, lakin tibbi heyət üçün 80 faizdən, digər işçilər üçün isə 60 faizdən çox olmayaraq

Cüzam xəstəliyinə qarşı mübarizə müəssisələrinin (bölmələrinin) bütün kateqoriyadan olan tibbi heyəti, qulluqçu vəzifələri və fəhlə peşələri

fasiləsiz əmək stajının 3 ildən 5 ilədək olduqda 15 faiz, 5 ildən 10 ilədək olduqda 25 faiz, 10 ildən çox olduqda isə 50 faiz miqdarında

2.2.5.2. Fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşədə) çalışdıqda ödənilir.

Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar briqadalara ötürülməsi üzrə feldşerlərə (tibb bacılarına) və yaxud təcili yardım yarımstansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən əvvəlki əlavə haqq saxlanılır.

2.2.5.3. Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydaları Azərbaycan Respublikasının Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.2.6. Gecə vaxtı yerinə yetirilən işə görə əlavə

2.2.6.1. Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

2.2.6.2. Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilir.

2.2.7. Əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə

2.2.7.1. Ayrı-ayrı səhiyyə işçilərinə əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq tarif (vəzifə) maaşının aşağıdakı faizi miqdarında əlavə haqq ödənilir:

müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün hospitalların, pansionatların, əlilliyi olan şəxslərin bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə 15 faiz, digər işçilərinə isə – 10 faiz; [17]

magistral boru kəməri və yeni dəmir yolu çəkən inşaatçılara, neft və qazın nəql edilməsi, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət edən tibb və əczaçılıq işçilərinə -15 faiz;

tibb müəssisələrində qızıl qəbul edən işçilərə -15 faiz;

təhlükəli həşərat və digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlarda yerləşən sanitar-epidemioloji stansiyaların entomoloquna və entomoloq köməkçisinə – 15 faiz;

ildə 5 tondan artıq plazma emal edən qanköçürmə stansiyalarında texnoloji prosesdə məşğul olan fəhlələrə – 10 faiz;

zibil quyularından çıxmış murdar və bərk töküntüləri daşıyan arabaçıya – 10 faiz, bu quyuları özü təmizləyən arabaçıya isə – 15 faiz;

dişlərin hazırlanmasında qiymətli metallar tətbiq edilməklə texniki işləri yerinə yetirən dişdüzəldənlərə və digər işçilərə – 25 faiz.

2.2.7.2. Ərazilərin təhlükəli həşəratların və digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlara aid edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

2.2.7.3. Azərbaycan Respublikasının büdcədən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan və bilavasitə əhaliyə tibbi xidmətlərin göstərilməsində müalicə və diaqnostika işlərinə cəlb edilən işçilərə aşağıdakı məbləğlərdə əlavə haqq ödənilir:

professor və dosentlərə – yüksək ödəniş dərəcəli həkim mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında;

assistentlərə – müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında. [18]

2.2.8. İşin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə həvəsləndirici xarakter daşıyan əlavələr

Tibb müəssisələrinin bütün kateqoriyadan olan işçilərinə elmi nailiyyətlərin və qabaqcıl iş üsullarının tətbiqinə, işin mürəkkəbliyinə, gərginliyinə və yüksək keyfiyyətinə görə və yaxud əməkdə yüksək nəticələrinə və xüsusi əhəmiyyətli (təcili) işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə (tarif) maaşının müəyyən faizi miqdarında həvəsləndirici xarakter daşıyan əlavələr ödənilə bilər. Bu halda əmək haqqına əlavənin miqdarı və təyin edilmə müddəti bu məqsədlər üçün ayrılmış büdcə təxsisatları çərçivəsində müəssisə rəhbərliyi tərəfindən müvafiq qaydada müstəqil surətdə müəyyən edilir.

Büdcədən maliyyələşdirilən tibb müəssisələri işçilərinin mükafatlandırılması qanunvericiliyə uyğun olaraq bu məqsədlər üçün ayrılmış büdcə təxsisatları çərçivəsində həyata keçirilir.

3. Yekun müddəalar

3.1. Səhiyyə işçilərinin bu qərarla tənzimlənməyən əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi sistemi əsasında tənzimlənir.

3.2. Səhiyyə işçilərinin bu qərarla tənzimlənən əməyinin ödənilməsi sistetemi, növləri və məbləği dövlət büdcəsindən maliyyələşdirilməyən səhiyyə sahələri işçiləri üçün tövsiyə xarakteri daşıyır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 22 sentyabr 2006-cI il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 828)

2. 10 noyabr 2006-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 992)

3. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

4. 07 fevral 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 115)

5. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

6. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

7. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

8. 21 dekabr 2011-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1255)

9. 28 aprel 2017-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 663)

10. 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

11. 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401 )

12. 30 aprel 2021-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 424 )

13. 25 avqust 2021-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 968 )

14. 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə 1.3.1-ci yarımbəndin birinci cümləsində, 2.1.1-ci yarımbəndin ikinci abzasında, 2.1.2-ci yarımbənddə (birinci halda), 2.1.4-cü, 2.1.7-ci, 2.2.6.1-ci, 2.2.6.2-ci yarımbəndlərdə və 2.2.8-ci yarımbəndin birinci cümləsində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilmişdir.

[2] 25 avqust 2021-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 968 ) ilə “Büdc ə d ə n maliyy ə l ə ş diril ə n s ə hiyy ə i şç il ə rinin ə m ə yinin ö d ə nilm ə si sistemi, n ö vl ə ri v ə m ə bl ə ğ i ” nin 1.3.4-cü yarımb ə ndinin birinci c ü ml ə sind ə n “ v ə ya m ü lki-h ü quqi m ü qavil ə ” s ö zl ə ri çı xar ı lmışdır .

[3] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 1.3.5-ci yarımbəndində “bayram” sözü “iş günü hesab edilməyən bayram” sözləri ilə əvəz edilmişdir.

19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 1.3.5-ci bəndində “istirahət və iş günü hesab edilməyən bayram günləri” sözləri “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilmişdir.

[4] 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə 1.4-cü bəndin birinci cümləsində, 2.2.1.1-ci yarımbəndin “a”, “b”, “ç”, “e”, “i”, “k” (birinci halda), “s”, “ş” abzaslarında, 2.2.2.1-ci yarımbəndin “d”, “ə” abzaslarında, 2.2.2.3-cü yarımbənddə, 2.2.3.1-ci yarımbəndin “b” (hər iki halda), “c”, “ç” abzaslarında, 2.2.7.1-ci yarımbəndin dördüncü abzasında və 2.3-cü bənddə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

[5] 07 fevral 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 115) ilə «Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği»nin 2.1.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) və respublika əhalisinə fövqəladə təcili yardım stansiyalarının (sanitar aviasiyası) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vəzifə (tarif) maaşlarına 1,5 artım əmsalı tətbiq edilməklə müəyyən edilir.

21 dekabr 2011-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1255) ilə 2.1.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.5. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.

[6] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndinin “a” abzasında “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

[7] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401 ) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndin “ə” abzasında “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.

[8] 30 aprel 2021-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 424 ) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndinin “j” abzasında “üzvlərini” sözü “orqanlarını götürən, hazırlayan və saxlayan” sözləri ilə əvəz edilmişdir.

[9] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401 ) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndin “ö” abzasında “inkişafı qüsurlu” sözləri “inkişafında pozuntu olan” sözləri ilə əvəz edilmişdir.

[10] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndinin “t” abzasında “qocalar və əlillər üçün evlərdə” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

[11] 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401 ) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.2.1-ci yarımbəndin “g” və “h” abzaslarında “inkişafı qüsurlu” sözləri “inkişafında pozuntu” sözləri ilə əvəz edilmişdir.

[12] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği ” nin 2.2.3-cü və 2.2.3.1-ci bəndlərində “ AİDS ” və “ HİV ” akronimləri müvafiq olaraq “ QİÇS ” və “ İİV ” akronimləri ilə əvəz edilmişdir.

[13] 22 sentyabr 2006-cı il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 828) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.3.1-ci bəndinin c) yarımbəndində “məhkəmə tibb” sözlərindən sonra “və məhkəmə – psixiatriya” sözləri əlavə edilmişdir .

[14] 28 aprel 2017-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 663) ilə 2.2.3.1-ci yarımbəndin “d” abzasında “elmi-tədqiqat müəssisələrində və onların struktur bölmələrində QİÇS xəstəliyi və ya İİV virusu problemlərinə dair elmi mövzunu yerinə yetirmək işinə cəlb edilən” sözləri “elmi müəssisə və təşkilatlarda QİÇS xəstəliyi və ya İİV virusu problemlərinə dair dissertasiya yazan şəxslər” sözləri ilə əvəz edilmişdir.

[15] 28 aprel 2017-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 663) ilə 2.2.3.1-ci yarımbəndin “e” abzasında “elm istehsalat birlikləri və müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

[16] 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə 2.2.5.1-ci yarımbənd üzrə birinci abzasda “səhiyyə” sözü (birinci halda) “tibb” sözü ilə əvəz edilmişdir və həmin yarımbənddəki cədvəlin birinci sütununun adında “Səhiyyə” sözü “Tibb” sözü ilə və səkkizinci sətrində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

[17] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2.2.7.1-ci yarımbəndinin ikinci abzasında «əlillərin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir .

7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.7.1-ci yarımbəndinin ikinci abzasında “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

[18] 10 noyabr 2006-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 992) ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə 2.2.7.3-cü bənd əlavə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.