Ənvər məmmədxanlı seçilmiş əsərləri
Qocaman ədib 1990-cı il dekabrın 19-da Bakıda ağır xəstəlikdən vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.
Ənvər məmmədxanlı seçilmiş əsərləri
Островский, Александр Николаевич (1823-1886).
Seçilmiş əsərləri [Текст] / Aleksandr Nikolaeviç Ostrovski ; [rus dilindən tərc. ed. Yusif Əzimzadə, Ənvər Məmmədxanlı, Rza Təhmasib]. – Bakı : Şərq-Qərb, 2006. – 309 c.; 21 см. – (Dünya ədəbiyyatı).; ISBN 978-9952-34-112-6
(Dünya ədəbiyyatı)
Öz adamımızdır – düzəlişərik
Tufan
Günahsız müqəssirlər
Cehizsiz qız
Избранные пьесы русского писателя (1823-1886)
Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Литература второй половины XIX века (до середины 90-х гг.) — Произведения художественной литературы — Драматургия — Сборники одного автора
Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Переводы произведений русской литературы XIX века на другие языки — Азербайджанский язык
Шифр хранения:
CVL ЗВ 58-6/13
Marc21
| LDR | 02812cam#a2200397#i#4500 |
| 001 | 008527432 |
| 005 | 20170522155757.0 |
| 008 | 110830s2007####aj#####g######000#f#aze#d |
| 017 | ## $a ЗВ-1143-16 |
| 020 | ## $a 978-9952-34-112-6 |
| 040 | ## $a RuMoRKP $b rus $e rcr $d RuMoRGB |
| 041 | 1# $a aze $h rus |
| 044 | ## $a aj |
| 084 | ## $a Ш5(2=Р)52-66я44 $2 rubbk |
| 084 | ## $a Ш5(2=Р)57азерб. $2 rubbk |
| 100 | 1# $a Островский, Александр Николаевич $d 1823-1886 |
| 242 | 00 $a Избранные сочинения $c Александр Николаевич Островский $y rus |
| 245 | 00 $a Seçilmiş əsərləri $h [Текст] $c Aleksandr Nikolaeviç Ostrovski ; [rus dilindən tərc. ed. Yusif Əzimzadə, Ənvər Məmmədxanlı, Rza Təhmasib] |
| 260 | ## $a Bakı $b Şərq-Qərb $c 2006 |
| 300 | ## $a 309 c. $c 21 см |
| 336 | ## $a текст (text) $b txt $2 rdacontent |
| 337 | ## $a неопосредованный (unmediated) $b n $2 rdamedia |
| 338 | ## $a том (volume) $b nc $2 rdacarrier |
| 490 | 0# $a Dünya ədəbiyyatı |
| 505 | 0# $t Öz adamımızdır – düzəlişərik |
| 505 | 0# $t Tufan |
| 505 | 0# $t Günahsız müqəssirlər |
| 505 | 0# $t Cehizsiz qız |
| 520 | 3# $a Избранные пьесы русского писателя (1823-1886) |
| 650 | #7 $a Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Литература второй половины XIX века (до середины 90-х гг.) — Произведения художественной литературы — Драматургия — Сборники одного автора $2 rubbk |
| 650 | #7 $a Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Переводы произведений русской литературы XIX века на другие языки — Азербайджанский язык $2 rubbk |
| 700 | 1# $a Əzimzadə, Yusif $e пер. $4 trl |
| 700 | 1# $a Məmmədxanlı, Ənvər $e пер. $4 trl |
| 700 | 0# $a Təhmasib, Rza $e пер. $4 trl |
| 751 | ## $a Баку $e место публикации $4 pup |
| 852 | 4# $a РГБ $b CVL $j ЗВ 58-6/13 $x 81 |
Описание
| Автор | Островский, Александр Николаевич |
|---|---|
| Заглавие | Seçilmiş əsərləri [Текст] |
| Дата поступления в ЭК | 30.08.2011 |
| Каталоги | Книги (изданные с 1831 г. по настоящее время) |
| Сведения об ответственности | Aleksandr Nikolaeviç Ostrovski ; [rus dilindən tərc. ed. Yusif Əzimzadə, Ənvər Məmmədxanlı, Rza Təhmasib] |
| Выходные данные | Bakı : Şərq-Qərb, 2006 |
| Физическое описание | 309 c.; 21 см |
| Серия | (Dünya ədəbiyyatı) |
| ISBN | ISBN 978-9952-34-112-6 |
| Примечание | Öz adamımızdır – düzəlişərik |
| Tufan | |
| Günahsız müqəssirlər | |
| Cehizsiz qız | |
| Избранные пьесы русского писателя (1823-1886) | |
| Тема | Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Литература второй половины XIX века (до середины 90-х гг.) — Произведения художественной литературы — Драматургия — Сборники одного автора |
| Филологические науки. Художественная литература — Художественная литература. Литературоведение — Мировая литература народов отдельных стран — Литература СССР — Русская литература — Русская литература XIX – начала XX веков. — Переводы произведений русской литературы XIX века на другие языки — Азербайджанский язык | |
| BBK-код | Ш5(2=Р)52-66я44 |
| Ш5(2=Р)57азерб. | |
| Язык | Азербайджанский |
| Места хранения | CVL ЗВ 58-6/13 |
Ənvər məmmədxanlı seçilmiş əsərləri
Həyatı və fəaliyyəti. Müharibədən sonrakı ədəbi gedişatda aparıcı xəttə çevrilən lirik nəsrin istedadlı nümayəndəsi olan Ənvər Qafar oğlu Məmmədxanlı Göycayda ziyalı ailəsində doğulmuş və altıncı sinfə qədər orada təhsil almışdır. Gələcək yazıçının on üç yaşı olanda o, ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsilini davam etdirmişdir. O zamankı Bakı mühiti və burada yaşayan savadlı və vəzifəli qohumları onun yazıçı yolu seçməsində mühüm rol oynamışlar. 1926-ci ildən Bakıda yaşayan Ənvər Sənaye Texnikumunu bitirmiş, sonra isə iki il Neft İnstitutunda oxumuşdur. 1936-1938-ci illərdə cavan ədib Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almış və sonralar kino ssenariləri yazmışdır. “Ayna” adlı kinossenarisi 1939-cu ildə ayrıca kitabça şəklində çap olunmuşdur.
Yaradıcılığı. Ədib otuzuncu illərin ortalarından yaradıcılığa başlamış və şirin hekayələri ilə diqqəti cəlb etmişdir. O yığcam, maraqlı süjetlər üzərində qurulan hekayələr müəllifidir. Onun hekayələrində insanın daxili aləmindən daha artıq onun hisslər ələmi, duyğuları, həyəcan və sarsıntıları qələmə alınır. Onun təhkiyəsi mənsur şerə daha yaxındır, yaratdığı qəhrəmanları təkcə göstərmir, həm də onlara romantik bir hissiyyatla valeh olur, onları tərənnüm edir. Yazıçını tapdığı mövzuda həmişə poetik məqamlar, lirik-romantik tərənnüm imkanı yaradan epizodlar və hadisələr maraqlandırır. Ümumilikdə, yazıçının yaradıcılığında sosialist realizmi cərəyanına məxsus ümumu mövzular üstünlük təşkil edir.
Ənvər Məmmədxanlı ədəbiyyata neft mühitini təsvir edən “Burulğan” povesti ilə gəlmişdir. Müəllif bu əsərdə neft sahəsində işlədiyi illərdə topladığı müşahidələrini ümumiləşdirməyə çalışmışdır. Yazıçı sovetləşmədən sonra neft sənayesində gedən işləri, fəhlə sinfinin əməyini tərənnüm edir. Lakin müəllif əsərdə öz doğma atasına qarşı çıxan gənc qızın obrazını yaratmaqla süniliyə, həyat həqiqətinin təhrifinə də yol vermiş və konfliktdə rus ədəbiyyatının təsiri hiss edilirdi. Digər xalqların mühitində ola bilən bir konflikt Azərbaycan mühiti üçün təbii görünmürdü.
Belə qüsurlar yazıçının digər əsərlərində də müşahidə olunurdu. Yazıçı bəzən əslində romantik əlaməti olmayan mövzuları da romantikləşdirir, onlara öz xəyallarını qatırdı. Məsələn, “Bakı gecələri” hekayəsində Yaqut adlı təyyarəçi qadının obrazı göyərçin obrazı ilə paralel yaradılır. Yaqut bir vaxtlar göydə uçan göyərçinlərə həsrət çəkir. Lakin yazıçı onun təyyarəçi peşəsinə yiyələnməsindən sonrakı həyatını onu göyərçinlərə bənzətməklə tərənnüm edir. Belə bir qədər sadəlövh romantika ədibin digər əsərlərində də var idi.
Ənvər Məmmədxanlı hekayə janrında daha artıq uğur qazanmış və iri epik formalara meyl etməmişdir. Böyük Vətən müharibəsi dövründə ədib Sovet ordusu zabiti kimi İranda olmuş, Təbrizdə çıxan “Vətən yolunda” qəzetində əməkdaşlıq etmişdir. Bu dövrdə Azərbaycan xalqının o taydakı demokratik hərəkatı ilə tanış olan yazıçı xalqın ağır vəziyyətini, sosial ziddiyyətləri müşahidə etmiş və özünün bir sıra hekayə və pyeslərində əks etdirmişdir. Cənub mövzusu Ənvər Məmmədxanlı yaradıcılığının ən qiymətli mövzusunu təşkil edir. Vətənpərvər bir unsan olan ədib müharibə dövründə gördüyü dəhşətli sosial səfaləti, milli zülmü, ana dilinin hüquqsuzluğunu əsərlərində bədii şəkildə canlandırmağa çalışmışdır.
Ədibin “Boyunbağı”, “Karvan dayandı”, “Baş xiyabanda”, “Qızıl qönçələr” kimi hekayələri o tayda apardığı konkret müşahidələrin bəhrəsidir. Məsələn, “Baş xiyabanda” hekayəsində əsas qəhrəman Təbrizin mərkəzi küçəsində dilənçilik edən uşağın obrazıdır. O, axşamacan yığdığı bir parça çörəyin bir hissəsini itlərlə bölüşür. Çünki o, şaxtalı günlərdə itlərə qısılıb yatır. Göründüyü kimi, hekayə romantik bir ziddiyyət – itlə istismar cəmiyyəti arasındakı qarşılaşdırma üzərində qurulmuşdur. Yazıçı yetim körpəyə təbii şəkildə həyan çıxan itlərin əxlaqı ilə qəddar cəmiyyətin əxlaqını qarşı-qarşıya qoyur. Romantik səciyyəli belə qarşılaşdırmada bir şişirtmə də vardır, lakin bu şişirtmə yazıçıya sosial ziddiyyətləri daha təsirli verməyə imkan yaradır.
Cənub mövzusunda yazılmış “Qızıl qönçələr” hekayəsi də yazıçının xoşladığı romantik təzad üzərində qurulmuşdur. Babasının himayəsində olan yetim qız Sürəyya xalça karxanasında işləyir. Onun hələ işləmək vaxtı deyil, amma acından ölməmək üçün işləməyə məcburdur. Babası qəza nəticəsində ölən zaman qız karxana qarşısında oturub babasını gözləyir və yerindəcə donur. Hekayənin əsas qayəsi Sürəyyanın şaxta ilə çarpışaraq daldığı xəyallarda üzə çıxır. Bu xəyallar qızın real vəziyyəti ilə ziddiyyət təşkil edir. Hekayə uşağın xəyallarından ad almışdır. Bu əsərdə də yazıçı insan faciələri içərisində romantik ülviyyət axtarır.
Müəllifin ən məşhur əsərlərindən olan “Buz heykəl” hekayəsi də belə qurulmuşdur. Əsərdə faşistlərin hücumundan qorunmaq üçün şərqə tərəf qaçan bir ana təsvir olunur. Onun qucağında ilk məhəbbətinin barı olan körpəsi var. Gecə şaxta gücləndikcə ana öz paltarlarını bir-bir soyunub körpəsinə sarır. Ana öz canı bahasına olsa da, balasının sağ qalmasını istəyir. Belə də olur. Yarıçılpaq qalan ana şaxtadan donur. Səhər əsgərlər donmuş çılpaq qadın heykəli görüb ona yaxınlaşırlar. Lakin onlar qadının qucağındakı qundaqda hələ diri olan uşağın səsini eşitdikdə dəhşətə gəlirlər. Fədakar və əzabkeş ana öz həyatı bahasına uşağını qorumuşdur. Əsgərlər uşağı xilas edirlər.
Yazıçı ana obrazı timsalında romantik fədakarlıq, ülviyyət obrazı yaratmağa nail olur. Əsər oxucuda dərin bir sarsıntı yaradır. Ananın buz heykəli insan ülviyyətinin, insan fədakarlığının rəmzinə çevrilir. Müəllif bilərəkdən əsəri artıq təfərrüatlarla yükləmir, məkan konkretliyi yaratmır: o, romantik və bəşəri ana obrazı yaratmaq istəyir və buna nail olur.
Ənvər Məmmədxanlının Cənub mövzusunda yazdığı ən qiymətli əsəri “Od içində” adlı pyesidir. 1950-ci ildə yaradılmış bu əsərdə yazıçını ədəbiyyatın milli cərəyanına meyl edən, Mirzə İbrahimovun ölməz “Gələcək gün” romanı ilə açdığı yolun davamçısı kimi görürük. Əsərdə 1946-cı ilin 21 dekabrında faciəli surətdə məhv edilmiş Milli Hökumətin tərəfdarlarına qarşı İran irticasının mübarizəsi təsvir edilmişdir. Tarixdən yaxşı məlumdur ki, S.C.Pişəvərinin başçılıq etdiyi hökumət dağılandan sonra Cənubda İran irticası xarici imperialistlərin köməyi ilə tarixdə görünməmiş amansızlıqla cəza tədbirləri aparmış, hətta insanların diri-diri basının kəsilməsi kimi vəhşi cəza növlərindən belə istifadə edilmişdi. Bu tədbirlərin gedişində 30 min azərbaycanlı fədai qətlə yetirilmiş, minlərlə insanlar həbsxanalara salınmışdı. Bu mövzuda səhnə əsri yazmaq müəllifin vətəndaşlıq şüurunun və hisslərinin nəticəsi idi.
Əsər milli azadlıq tərəfdarı olan Azərbaycanlılarla şahpərəst və irticaçı məmur və zabitlər arasındakı ziddiyyət üzərində qurulub. Təəssüf ki, belə adamlar arasında Azərbaycanlılar da olmuşdur. Xalqın milli şüurunun oyanmasından qorxuya düşmüş irticaçılar, xəfiyyələr, şərəfsiz ruhanilər bütün ölkədən Təbrizə doluşmuşlar. Onlar fədailərin təşkilatlarını, özlərini axtarırlar. Milli Hökumət zamanı azca fəallıq göstərmiş vətəndaşlara ən təhlükəli düşmən kimi münasibət bəslənir, onlar həbs edilib zindanlara doldurulur. Əsərdə milli mübarizləri təmsil edən əsas surət Azər, Kürd Demokrat Partiyasının rəhbərlərindən olan Həcar, qoca müəllim Ədalət və başqalarıdır. Azərbaycanın azadlığı uğrunda vuruşan qəhrəmanların hamısında romantik bir mətanət görürük, onlar xalq qarşısında borclarını icra etmək üçün hər şeyə hazırdırlar, qorxu və tərəddüd nə olduğunu bilmirlər. Yazıçı onları dövrün tələbinə uyğun olaraq, şüurlu inqilabçı və beynəlmiləlçi kimi qələmə almışdır. Əsərin kulminasiya nöqtəsi dar ağacı qarşısında Azərlə anasının görüşü səhnəsidir.
Qatı irticaçı və Təbrizin yeni valisi Sərhəg Ehtişami inqilabçılardan, fədailərdən intiqam almaq, onları xalqın gözündən salmaq üçün dar ağacı qarşısında Azərin anası ilə görüşünü təşkil edir. Ana bu görüşə razılıq vermir, bunun siyasi tamaşa olduğunu bilir. Amma şah nökərləri zorla bu görüşü təşkil edirlər. Lakin Azər özünü ləyaqətlə aparır və dar ağacı qarşısında sarsılmır, tərəddüd etmir. O da C.Cabbarlının “Od gəlini” pyesinin qəhrəmanı Elxan kimi vətənin azadlığı yolunda ölümü şərəf kimi qarşılayır. Əsər nikbin sonluqla, fədailərin böyük itkilərə baxmayaraq, yenidən ayağa qalxıb vətənin azadlığı, müstəqilliyi üçün mübarizə aparmaq əzminin tərənnümü ilə bitir. Əsərdə xalq içindən çıxmış Xəlil kişi, tacir Şəms, Zeyni baba və digər mübariz surətlər müəllifin nikbinliyinə haqq qazandırır.
Pyesdə bir neçə şahpərəst, qaniçən və insan sifətini itirmiş zabitlərin obrazı yaradılmışdır. Əlləri insan qanına batmış bu canilər daha artıq qan tökməklə şahın və onun ətrafının xoşuna gəlməyə, yeni-yeni rütbələr almağa can atırlar. Onlar xalqdan uzaq, eyş-işrət əsiri olan bədnam insanlardır. Bu şəxslər hakimiyyəti belə xarici dövlətlərin köməyi və iştirakı olmadan saxlamağa qadir deyillər. Xarici dövlətlərin – ABŞ-ın, İngiltərənin S.C.Pişəvəri hakimiyyətinin dağıdılmasındakı rolunu göstərməyə xüsusi diqqət verən yazıçı şahlıq rejiminin çürüklüyünü, öz xalqına düşmən kəsildiyini göstərir. Xariciləri isə, ilk növbədə, İranın neft sərvətləri maraqlandırır. Onlar ölkədəki siyasi böhranın dərinləşməsini istəyirlər, bu halda şah rejiminin onlardan asılılığı artır və onların ölkədə ağalıq etmələri üçün meydan genişlənir. Pyesdə ABŞ nümayəndələrinin dünya ağalığından, dünya birləşmiş ştatlarından danışmaları bu gün belə aktual səslənir.
Ənvər Məmmədxanlının konfliktsizlik dövründə uzun zaman oynanmış “Şirvan gözəli”(1957) pyesi isə qüsurlu idi. Burada ciddi mətləb və konflikt yoxdur: pyesdə zəif alimlər, elmin həyatdan uzaq düşməsi kimi ciddi sosial mənası və o dövrdə aktuallığı olmayan məsələlər qoyulurdu. Əsərin uğurunu o vaxt şərtləndirmiş əsas cəhətlər isə yazıçının lirik səhnələri ustalıqla yaratması, psixoloji dəqiqliyə fikir verməsi ilə bağlı idi.
Ümumilikdə, yazıçı təəssüf ki, sosialist realizmi prinsiplərinə çox zaman sadiq olmağa çalışmış, ictimai sifarişlə yaxşı əsərlər yazmağın mümkünlüyünə inanmışdır. Bu inamdan doğan qüsurları onun əksər iri əsərlərində görmək olar. Məsələn, 1950-ci illərdə daha çox təriflənən “Şərqin səhəri” (1947) pyesi belə idi. Əsərdə 1919-1920-ci illərin hadisələri bolşevik ideologiyasının inqilabi mövzuya verdiyi bütün tələbləri icra etməklə yazılmışdır. Nəticədə müsavatçılar, milli burjuaziyanın nümayəndələri, bəylər hamısı xalq düşməni kimi qələmə verilir. Amma Bakıya soxulan 11-ci Qızıl Ordu ilə əməkdaşlıq edən, xəlvəti olaraq Azərbaycandan Rusiyaya – Həştərxana neft ötürən Fərhad surəti əsil xalq adamı kimi təsvir edilir. Əlbəttə, tarixi hadisələrə belə münasibət yazıçının öz platforması deyildi. Belə münasibət Şura hakimiyyətinin yaradılması tarixinə həsr olunan bütün əsərlər üçün yuxarıdan hazırlanmış bir daimi tələb idi. Demokratik respublika dövründə Azərbaycan xalqının başına müsibətlər açan, inqilabdan sonra da bu xain işlərini davam etdirən Mikoyanın, Mirzəyanın, S.Kirovun obrazları və tarixi rolları süni olaraq müsbətləşdirilmişdir.
Ənvər Məmmədxanlı öz nəslindən olan digər yazıçılara nisbətən az yazmışdır. Onun əsas əsərləri 1934-1958-ci illər arasında yazılmışdır. Ədib təxminən qırx beş yaşından sonra demək olar ki, yeni əsərlər yazmamışdır. Yazıçının 1960-cı ildə çıxan seçilmiş əsərləri 1985-ci ildə təkrar buraxılmışdır, aradakı iyirmi beş illik fasilədə onun heç bir yeni kitabı çıxmamışdır. 80-ci illərdə yazıçı Babəkin həyatından bəhs edən roman üzərində çalışmış və “Azərbaycan” jurnalında bu romandan parçalar çıxmışdır.
Bitməmiş romanın materialları əsasında yazıçı “Babək” adlı iki hissəlik bədii film üçün ssenari yazmış və bu əsər müvəffəqiyyətlə ekranlaşdırılmışdır. Əsər 80-ci illərin sonlarında ekranlara çıxmış, böyük müvəffəqiyyət qazanmışdır. Qarabağ hadisələri ərəfəsində yazıçı xalqı gözləyən sınaqları sanki hiss etmiş, IX əsrdə xalqımızın ərəb istilasına qarşı mübarizələri ilə bağlı hadisələrin müasir səslənməsinə nail olmuşdu. Əsərin çap olunmuş parçaları da göstərirdi ki, qocaman ədib ömrünün sonlarında ədəbiyyatın milli cərəyanına tərəf gəlmiş və 80-ci illərdə bu cərəyanın aparıcı bir nümunəsini ortaya qoymuşdu. Onun milli azadlıq və müstəqillik ideyaları ilə səsləşən romanı lirik nəsrin digər görkəmli nümayəndəsi İlyas Əfəndiyevin yaradıcılığında gördüyümüz milli azadlıq ideyaları ilə səsləşirdi. Belə yaxınlıq ədəbi prosesin daxili bir qanunauyğunluğu kimi, lirik nəsrin daxili təkamülünün nəticəsi kimi diqqəti cəlb edirdi. Yaxınlaşan tarixi hadisələr bütün qələm adamlarını xalqın taleyi ilə bağlı məsələlər üzərində birləşməyə sövq edirdi.
Əsərdəki Babək obrazı tarixdə olduğu kimi din və əqidə mücahidi deyil, ilk növbədə, milli döyüşçü surəti kimi diqqəti cəlb edirdi. Ənvər Məmmədxanlının Babəki qılınc tutan qəhrəmandır, vətənin, onun torpaqlarının qoruyucusudur. Ədəbiyyatda C.Cabbarlı dövründən sonra milli döyüşçü obrazı heç zaman Babək əsərində olduğu qədər qəhrəmanlıq ruhu, milli fədakarlıq ehtirası ilə səslənməmişdi. Babək üçün torpağın şərəfi hər şeydən üstündür. O, vətən torpağı üzərində yadellilərin gəzməsini özünə və torpağa xəyanət hesab edir. Elə buna görə ərəb qoşunlarının sorağı gələm dəqiqədən o, silah götürür və ancaq düşmənlə vuruşmaq, onu milli torpaqların hüdudundan kənar etmək barədə düşünür.
Romanın ekranlaşması M.Qorbaçovun yenidənqurma siyasəti başlanandan sonra baş tutdu. Həmin vaxta qədər Moskvadakı və Bakıdakı kino məmurları milli azadlıq mövzusunda yazılmış bu əsəri şübhə ilə qarşılayır və ekranlaşdırılmasına min bir bəhanə ilə mane olurdular. Hələ 1927-ci ildə C.Cabbarlı “Od gəlini” əsərində ərəb işğalçılarına qarşı mübarizə problemini səhnəyə gətirəndə kəskin tənqidlərə məruz qalmış və millətçilikdə, hətta antirus meyllərdə günahlandırılmışdı. Çünki hər bir xarici işğal mövzusu Rusiyanı və Azərbaycanın Moskvadan idarə olunmasını yada salırdı.
Ənvər Məmmədxanlı Babəki xalqa bağlı, onun bağrından qopmuş bir vətənpərvər obrazı kimi yaratmışdır. Onun həyatının ilk dövrləri, ilk məhəbbəti, ilk uğurlu döyüşü xalqın iştirakı və köməyi ilə baş verir. Bütün əsər boyu biz Babəki xalqın içində, ondan qüvvət alan, onun sağlam adamlarına söykənən görürük. O, öz ətrafına da xalq adamlarını toplayır, onların ana torpağa məhəbbətinə inanır. Çətin ayaqda bu sadə insanlar əllərində qılınc öz canlarını belə əsirgəmir, torpaq və vətən yolunda, yadelliləri qovmaq yolunda ölməyi şərəf bilirlər.
Əsərdə Babəkin ərəb qoşunlarına qarşı mübarizəsinin parlaq səhnələri göstərilir. Epizodların əksəriyyətində qəhrəmanlıq ruhu, cəngavərlik ruhu hakimdir. Babək ərəb işğalçılarına göz verir, işıq vermir, Xilafətin böyük qüvvələrini özünə cəlb edir. Onun dağlarda yerləşən qoşunu, onun tərəfdarı olan ərazilər müharibənin iqtisadi və mənəvi-əxlaqi ağırlığına çətinliklə dözürlər, amma dözürlər və tərəddüd etmirlər. Lakin ağır döyüşlərin birindən sonra Babək xəyanət nəticəsində əsir alınır.
Ərəb Xilafətini iyirmi il gərginlik içərisində saxlayan, on minlərlə düşmən əsgərini məhv edən xalq sərkərdəsinin əsir düşməsi nəhəng dövlətdə əks-səda yaradır. Xəlifə şəxsən özü Babəki görmək üçün Bağdada gətirilməsini əmr edir. Ərəb tarixçiləri bu cəsur qəhrəmanın həbsindən edam edilməsinə qədər baş verən hadisələri təfərrüatı ilə təsvir etmişlər. İyirmi il Babəkin qarşısında gücsüz və aciz olan Xilafət sərkərdələri və Xəlifə özü onun edamından bir siyasi tamaşa düzəldir, öz düşmənlərini qorxutmaq üçün edam zamanı misilsiz vəhşiliklər edirlər. Lakin Babək bu işgəncələrə mərdliklə dözür. Özünü əsil qəhrəman kimi aparır, öz mənəvi üstünlüyünü edam taxtı üstündə də nümayiş etdirir. Əsərdəki Babək obrazı, o cümlədən böyük sənətkarlıqla canlandırılan edam səhnəsi 80-ci illərin gəncliyinə misilsiz təsir göstərmişdir. Bu təsir Azərbaycan gəncliyinin Qarabağ cəbhəsindəki güclü döyüş ruhu ilə bir daha təsdiq olundu.
Sosialist realizmi sxemlərinin ziyanlı təsirinə baxmayaraq, Ənvər Məmmədxanlının yaradıcılığı müharibədən sonrakı nəsrdə və dramaturgiyada lirik cərəyanın təşəkkülünə, onun dil və üslub sahəsindəki axtarışlarına da ciddi təsir göstərmişdir. Ədib nisbətən az yazsa da, qabarıq, özünə xas romantik-lirik üslub, həyata ülviyyət zirvəsindən baxmaq istəyi, insan fədakarlığının və əqidəsinin tərənnümü Ənvər Məmmədxanlı yaradıcılığının qiymətli keyfiyyətləri idi.
Qocaman ədib 1990-cı il dekabrın 19-da Bakıda ağır xəstəlikdən vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.
Ənvər məmmədxanlı seçilmiş əsərləri
Ənvər Məmmədxanlı
.Məmmədxanlı Ənvər Qafar oğlu — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946-1964), Azərbaycanın əməkdar incəsənət xadimi (1963), Azərbaycan xalq yazıçısı]] (1987).
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Ucar rayonu Küçəkənd kəndində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926-1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938) [1] , “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944-1946). Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946-1964).
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. “Şərqin səhəri” ([bədii ədəbiyyatın tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. [2] Ədibin üslubunda təmkinli hekayəçiliklə,mübariz,döyüşkən,odlu publisistika vəhdət təşkil edirdi: “Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”,”Ulduz”. [1947]]), “Od içində” (1951) pyesləri və “Şirvan gözəli” (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrındatamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə “Şərəf nişanı” (1946-1949), “Qırmızı Əmək bayrağı” (1980-1983) və “İkinci dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.
1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
1. Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh.
2. Bakı gecələri (hekayələr). Bakı: Azərnəşr, 1936, 214 səh.
3. Ayna (kinossenari). Bakı: Uşaqgəncnəşr, 1939, 85 səh.
4. Qərbə atəş. Bakı: Azərnəşr, 1943, 74 səh.
5. Analar və yollar. Bakı: Azərnəşr, 1943, 126 səh.
6. Dirilik çeşməsi. Bakı: Azərnəşr, 1944, 260 səh.
7. 25 bahar (oçerk). Təbriz, 1945, 30 səh.
8. And. Bakı: Azərnəşr, 1947, 319 səh.
9. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1954, 128 səh.
10.Balaca Nərgiz. Bakı: Uşaqgəncnəşr, 1955, 52 səh.
11.Hekayələr. Bakı: Azərnəşr, 1956, 185 səh.
12.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 489 səh.
13.Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh.
14.Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1985, 323 səh.
15.Qızılqönçələr. Bakı: Gənclik, 1988, 88 səh.
1. M.Qorki. Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh.
2. M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh.
Comments are closed, but trackbacks and pingbacks are open.