Səadət Təhmirazqızı
edən şeirlər rübab, tənbur və ney alətlərinin müşayiəti ilə ifa
İ.Şıxlının “Dəli Kür” romanında ənənə və novatorluq
O, Şahnigarın üzünə baxa bilmir, arxadan vurmaq üçün əl-üzünü yudurdur. Bacısının baxışları onun qəlbinə od salır. Bu zaman güllə açılır. Şahnigarın kürəyinin ortası od tutub yanır. ” Bacısı şehli otların arasında arxası üstə uzanmışdı. Cahandar ağa ilk dəfə bacsını görürmüş kimi diqqətlə süzdü. Ona elə gəlirdi ki, qarşısındakı Şahnigar yox, anasıdır. Qız ona nə qədər oxşayırmış. Cahandar ağa birdən-birə hələ də istisi soyumamış cəsədin üstünə sərilib hönkürdü. “
Müəllif Cahandar ağanın hərəkətlərini elə psixologi dərinliklərlə təsvir etmişdir ki, oxucu onun dərin mənəvi sarsıntılar keçirdiyinin şahidi olur. Cahandar ağa bacısının cənazəsinə sarılıb ağladığı zaman onun qəlbində bir anlıq insani hisslər baş qaldırır. Tənqidçi – alim Yavuz Axundov yazır: “Bu epizodda surətə xas olan kəskin təzad özünü göstərir. Hətta bir anlığına Cahandar ağanın qəlbi sanki yumuşalır. Lakin bu bir qığılcım kimi tez də sönür.”
“Səfillər” romanında isə biz Jan Valjanı barikada döyüşlərində görürük. O, döyüşçülərlə bir sırada dayanıb. Bu zaman o, polis komissarı Javerlə qarşılaşır. Javer üsyançılar tərəfindən əsir götürülüb. Onu öldürmək lazımdır. Bu işi Yan Valjan öz öhdəsinə götürür. Lakin Jan Valjan onu öldürməyib azadlığa buraxır.
Barikada döyüşlərində Marius ağır yaralanıb, Jan Valjan onu döyüş meydanından çıxardığı zaman axşam qaranlığında Javerlə rastlaşır. Javer onu tanıyır. “Sena sahilində heç gözləmədiyi halda Jan Valjana rast gələndə onun qəlbində, nəhayət, ovunu ələ keçirən bir canavar duyğusu oyanmışdı. . Javer iki yol ayrıcında qalmışdı: Jan Valjanı həbs etsin, ya sərbəst buraxsın? Sonsuz düşüncələr onun qəlbini didib parçalayır, nə qərar verəcəyini özü belə anlaya bilmir. O dərin bir uçurum qarşısında dayandığını hiss edir. Bir-birinə zidd fikirlərin amansız mübarizəsi onu düşünməyə məcbur edir. O, Jan Valjana azadlıq versin, yoxsa onu yenidən həbsxana divarlar arasına göndərsin. “
O, get-gedə daha ağır düşüncələrə dalır. Bu düşüncələr bir an olsa belə onu tərk etmirdi: “Mən, amansızca təqib etdiyim bu katorqa dustağının pəncəsinə düşəndə, o, ancaq elə kin saxladığı üçün deyil, öz təhlükəsizliyi üçün də məndən qisas ala bilərdi, hətta lap qisas almalı idi. Bəs o mənə aman verməklə, məni öldürməməklə nə elədi? Öz vəzifəsini yerinə yetirdi? Yox. Daha böyük şeylər elədi. “
Bunları düşündükcə Javerin beyni uğuldayır, “özünü alçaq bir adam hesab edirdi”. Axı, o nə üçün hamıya yaxşılıq edən bir adamı həbs etməli idi? “Mərhəmətli cinayətkar, başqalarının dərdinə qalan katorqa dustağı, həlim, alicənab bir insan! Elə bir insan ki, dara düşənə kömək edir, pisliyə yaxşılıq edir, ona həsəd edənləri əfv edir, mərhəməti qisasdan üstün tutur, elə bir insan ki, düşmənini məhv etməkdənsə, özü məhv olmağa hazırdır, onu təhqir edənləri xilas edir, elə bir insan ki, xeyirxahlığının zirvəsində diz çökür, insanlıqdan çox mələyə oxşayır. “
Bütün bunları düşünən Javer özünə nifrət edir, sanki onu məgənəyə salıb sıxırlar.
Bəs Jan Valjan? O hansı hissləri keçirirdi? Həyatının sona çatdığınımı düşünürdü? “Görəsən Kozetta indi haradadır? Mariasun taleyi necə olacaq? Heç olmasa onların toyunu görə bilsəydim. ” Bu bitib-tükənməyən sonsuz suallar onun qəlbini didib parçalayır, rahatlığını əlindən alırdı. “Jan Valjan Javerlə qarşılaşanda özünü dərin bir uçurumun qarşısında hiss etdi. O əlləri ilə başını tutaraq ağır düşüncələrə qərq olmuşdu. Dünyada hər şeyi unutmuş kimi bir müddət beləcə yerindəcə donub qaldı. Onun üzü və duruşu, yalnız hədsiz bir mərhəmət ifadə edirdi. Bəzən elə təsirli xəyallar olur ki, onlarda ən ülvi həqiqətlər gizlənir. Jan Valjanın qarşısında isə qorxunc bir kabus dayanmışdı. Bu dəfə onun üçün katorqa yalnız katorqa deyildi. Bu katorqa əbədi olaraq Kozettadan mərhum olmaq, yəni qəbrə bənzər bir həyat sürmək demək idi. Çünki Jan Valjan xəyali dəhşətlərdən həqiqi dəhşətlərə düşmüşdü. “
Javer isə artıq dözə bilmir. Jan Valjanın göstərdiyi alicənablıqı onu əzir. O, daxilən vicdan əzabı çəkir. Qəlbinin dərinliyində öz-özüylə amansız mübarizə aparan bu insan hər dəfə bu mübarizədən məğlub ayrılır. Artıq ümid yeri qalmır. O heç nəyi düşünmədən qətiyyətlə Senaya doğru addımlayır: “. Ətrafa sanki ölüm sükutu çökmüşdü. Buludlar ayın qabağın kəsmişdi. Artıq göz-gözü görmürdü. Bütün bunlara dözə bilməyən Javer əvvəlcə sürahiyə dirsəklənib Senanın iti axan yerində gah açılıb, gah da yığılan burulğana baxdı. O başını aşağı əydi. Hər şey qaranlığa bürünmüşdü. Heç nə görmək olmurdu. Suyun dalğalandığı eşidilirdi, ancaq çay görünmürdü. Ətrafda suyun dondurucu soyuqluğu, yaş daşların qoxusu hiss olunurdu. Aşağıdakı girdabın qorxunc səsi eşidilirdi. Javer gözünü gecənin bu açılmış qapısına zilləyərək, bir neçə an sakit durdu; bu görünməz şeyə o diqqətlə baxırdı. Su uğuldayırdı.
Birdən o, şlyapasını çıxarıb sürahinin üstünə qoydu. Sonra çaya sarı əyildi. birbaş zülmətin içinə düşdü. Boğuq bir səs eşidildi. Bu qara kölgənin suya bata-bata çırpındığını ancaq zülmət gördü.”
Javerin ölümündən sonra qızlığa götürdüyü Kozettanın məhəbbəti sayəsində yenidən həyata qayıdan Jan Valjan, yepiskop Miriyelinin ona öyrətdiyi şəfqət qanunları ilə yaşayır. Jan Valjan obrazı Cahandar ağadan fəqli olaraq cəmiyyətin amansızlığına qarşı bir üsyandır, etiraz nümunəsidir. Bu etiraz yalnız milli yox, həm də bəşəri xarakter daşıyır. Bəs Cahandar ağa ilə Javer obrazının oxşar və fərqli cəhətləri hansılardır? Məlum olduğu kimi hər bir obraz yazıçı ömrünün bir parçasıdır. Obrazla yaradıcı arasında heç bir sərhəd yoxdur. Buna görə də istər Cahandar ağa, istərsə də Javer ayrı-ayrılıqda yazıçı təxəyyülünün məsulu olsalar da, onlar öz milli dəyərlərini saxlamaqla, fərdilikdən çıxaraq bəşəri mahiyyət daşıyırlar. Cahandar ağa daxili dünyasının dəyişməzliyi ilə, Javer isə öz dünyasının dəyişkənliyilə gücsüzlüyünü təsdiq edir. Qəddarlıq, müstədiblik, insan ləyaqətini alçatmaq, özündən aşağılara ikrah hissilə baxmaq, yoxsula, kasıba, dilənçiyə belə aman verməmək bu iki obrazı birləşdirən ümumi cəhətlərdir.
Düzdür, Cahandar ağa nə qədər təbii, real və həyati obraz olsa da, Javer bir o qədər romantik planda təbii boyalarla təsvir olunmuş polis komissarıdır. Bu obrazlar fərdi xüsusiyyətlərə malik olsalar da, onların məqsəd və amalı birdir.
Onlar nəinki xalqı, milləti düşünür, günahsız insanlara amansız divan tutur, onların şərəf və ləyaqətini alçaldırlar. Cahandar ağa kazaklar tərəfindən öldürülsə də, bunun əksinə olaraq Javer özü-özünə qəsd edir; o, Sena çayına özünü ataraq öldürür. Əgər Cahandar ağanın cəsədi Kür çayında ulğunluqda tapılırsa, Javerin cəsədi isə Sena çayında batmış bir gəminin altından tapılıb çıxarılır.
Bir cəhəti də qeyd etmək lazımdır ki, “Dəli Kür” də sırf müsbət qəhrəman obrazı yoxdur. Çünki bu əsərlərdə bir-birindən fərqli obrazlar qalareyası olsa da, onlar birləşərək ortaq məxrəcə gələ bilmirlər. Tənqidçi-alim T. Salamoğlu yazır: “Dəli Kür” ün qəhrəmanları nəinki ənənəvi müsbət və mənfi qəhrəman bölgüsünə getmir, hətta şərti olaraq “müsbət ideya daşıyıcısı” kimi bir araya gətirə biləcəyimiz qəhrəmanlar – Kipiani, Rus Əhməd, Cahandar ağa, Əşrəf, Şamxal , Çernjayevski, Senıyonov, Həsən ağa, gəmiçi Qoca və s. və i. kimi obrazlar tipoloji cəhətdən eyni qrupda birləşə bilmirlər”.
Çünki bu obrazların hər biri hardasa, psixologiyanın hansı çalarındasa fərdidirlər. Bu da onunla bağlıdır ki, müəllifin qələmə aldığı bu obrazların hər biri ayrı-ayrılıqda müəyyən dünyagörüşə, həyat tərzinə bağlı insanlardır.
Buna görə də bu obrazların fikir və düşüncələri insani keyfiyyətlərə yanaşma bucaqlarının elə daxili qatlarında kəsişmişlər ki, bu kəsişmə onların birgəyaşayışının əsasını yox, ziddiyətini təşkil edir.
Beləliklə, biz İ. Şıxlının “Dəli Kür” romanı ilə ayrı-ayrı əsərlərin oxşar və fərqli cəhətlərini, onların bir-birilə müqayisəli şəkildə bədii təhlilini verməklə bu əsərlərin eyni məcrada birləşərək ənənə və novatorluq təşkil etdiyinin bir daha şahidi olduq. Bu romanlarda ictimai-siyasi, tarixi hadisələr öz zəngin həyat materilları ilə dövrümüzün reallığını özündə əks etdirməklə yaxın və uzaq keçmişimizdən xəbər verir. Eyni zamanda həyat materialları ilə zəngin olan bu romanları əxlaq və şəxsiyyət konsepsiyasından kənarda təsəsvvür etmək mümkün deyildir. Çünki, bu romanlarda gerçəkliyin ən dərin qatları və calarları öz novatorluğu ilə bu günümüz üçün də səciyyəvidir.
Səadət Təhmirazqızı
muğam ifaçılığını qədim ənənələr əsasında təkmilləşdiriblər.
Onların layiqli davamçısı olan Respublikanın Xalq Artisti, “Şöhrət”
və “İstiqlal” ordenləri ilə təltif edilən, Azərbaycan Milli Konserva-
toriyasının professoru Əlibaba Məmmədov da muğam ənənələrinə
istinad etməklə öz novator cəhətləri ilə bu sənəti bir qədər də inkişaf
etdirib. Əlibaba Məmmədovun novatorluğu da məhz ənənələr üzə-
rində formalaşıb. Belə ki, xanəndə öz yaradıcılığında muğam
ifaçılığı üçün vacib və lazım olan tələblərə ustalıqla riayət edir. Bu
tələblər hansılardır? – sualını cavablandıraq.
Əvvəla muğam oxuyan səs texnikasından və sözlərin aydın
tələffüzündən düzgün istifadə etməlidir. Daha sonra muğama xas
olan ritmik quruluş baxımından musiqi frazalarının sözlə vəhdəti,
şöbə və guşələrdə zəngulələrin, boğaz qaynatmalarının yerli-yerində
olması da xanəndənin peşəkarlığını özündə əks etdirir. Muğam
ifaçılığı ənənələrinə xas olan bu cəhətlər Əlibaba Məmmədovun oxu
manerasında, səhnə mədəniyyətində öz əksini tapır. Bu yerdə usta-
dın ifasında “Rast” dəstgahından bir şöbəyə qulaq asaq.
Lent yazısı. Video
İndi isə ənənələrə istinad edən xanəndənin novator cəhətlə-
Daim muğam ifaçılığında axtarışlar aparan Əlibaba Məmmə-
dovun bəzi muğamların təkmilləşməsində hətta belə də demək olar
ki, öz ustadlarından fərqli oxunmasında mühüm rolu var. Fikir-
lərimizi əyani misallarla təsdiq edərək əvvəlcə “Hümayun” dəstga-
hına nəzər salaq.
Bildiyimiz kimi orta əsrlərdə Şərq xalqlarının musiqisindəki
24 əsas muğam şöbələrindən biri məhz “Hümayun” olub. Zaman
keçdikcə inkişaf prosesində təkmilləşərək “Hümayun” muğam dəst-
gaha çevrilmişdir. Bu dəstgah İran musiqisində daha geniş yayılıb.
19-cu əsrdən sonra Azərbaycan şifahi ənənəli musiqisində də
“Hümayun” muğam dəstgah kimi mühüm yer tutmuşdur. Muğam
ifaçılığı təcrübəsində “Hümayun” dəstgahının 2 növü mövcuddur.
“İran Hümayun”u, “Qafqaz Hümayun”u. Bunları bir-birindən fərq-
ləndirən cəhətlər həm müəyyən şöbə və guşələrdən, həm də məkan
xüsusiyyətlərinə görə ifa tərzindən ibarətdir.
Azərbaycan muğam ifaçılığında müstəsna əhəmiyyəti olan
“Hümayun” muğamı çətin melodik frazalardan ibarətdir. Odur ki,
musiqi tarixində bu muğamın ifaçıları çox deyil. 20-ci əsrdə
Azərbaycanda “Hümayun” muğamının ən mahir ifaçıları sırasında
ustad Seyid Şuşinskidən sonra, Əlibaba Məmmədovun adı hörmətlə
çəkilir. Hətta, onun bu muğamı ustalıqla ifa etməsi və bu muğamın
təkmilləşməsindəki xidmətləri musiqi tariximiz üçün dəyərli bir
töhfədir. Əlibaba Məmmədov ustadı Seyid Şuşinskidən öyrəndiyi
“Hümayun” muğamına öz axtarışları nəticəsində “İran Hüma-
yunu”nda olan “Bidad” şöbəsini gətirməklə Azərbaycanda oxunan
“Hümayun” dəstgahını bir qədər yığcamlaşdıraraq təkmil formaya
salıb. Belə ki, ona qədər “Hümayun” dəstgahında bu şöbələr oxu-
nurdu: “Mayə”, “Fili”, “Tərkib”, “Üzzal”, “Məsnəvi” və ayaq.
Əlibaba müəllim qeyd edir ki, həmin formada “Tərkib”dən
“Üzzal”a keçəndə “sol”dan başlayıb “fa”da dayanırdıq. Bu da
tonallıq baxımından bir-birini tamamlamırdı, yəni tonikaya düz
düşmürdü. Lakin iranlı xanəndələr Qulpanqani, İrəc və Dilkəşin
oxuduqları “Hümayun” muğamını dinlədikdən sonra o, “Tərkib”dən
sonra “Bidad” şöbəsini oxumaqla ənənə daxilində öz novatorluğunu
nümayiş etdirir. Beləliklə, “Hümayun” dəstgahı Əlibaba Məm-
mədov tərəfindən bu şöbələrlə oxunur: “Mayə”, “Fili”, “Tərkib”,
“Bidad” və ayaq – yəni dəstgahın kadensiyası. Onun bu yeniliyini
müəllimi Seyid Şuşinski də qəbul edərək hətta, tədris proqramına da
Hal-hazır ki, tədris proqramında da “Hümayun” dəstgahı Əlibaba
Məmmədovun tərtib etdiyi şöbələrlə oxunur. İndi biz ustadın
tələbəsi Babək Quliyevin ifasında “Hümayun”un “Tərkib”, “Bidad”
və “Hümayun”a ayaq şöbələrini eşidəcəyik.
Əlibaba Məmmədovun yaradıcılığında ənənələrə istinad edilə-
rək onun novatorluğu ilə təqdim olunan növbəti muğam “Şüştər”dir.
Bu muğamın Azərbaycan musiqi tarixində mühüm yeri var.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bir çox xanəndələr bu
muğamı məharətlə ifa ediblər. Amma, onların əksəriyyəti “Şüştər”i
“Əmiri” şöbəsi ilə başlayıblar.Bu isə daha çox “Rahab” muğamına
xasdır. Çünki bu “Şur” köklü bir şöbədir. Onun “Şüştər” muğamında
ifası tonallıq baxımından qeyri sabit səslənir. Əlibaba Məmmədov
isə qədim səs yazılarını araşdıraraq və tarixi mənbələrə istinad
edərək “Mövləvi” şöbəsini tapmış və onun “Şüştər”də daha rəvan
səslənməsinə nail olmuşdur. Bu yerdə onu da qeyd etməliyik ki,
“Mövləvi” şöbəsi çox qədim zamanlardan muğam ifaçılığında
istifadə edilib. Hələ orta əsrlərdə yaşamış görkəmli alim və mütə-
fəkkir Cəlaləddin Rumi də öz yaratdığı sufi təriqətini “Mövləvi”
adlandırmışdır.Bu cəmiyyətdə Quran ayinləri, Peyğəmbəri mədh
edən şeirlər rübab, tənbur və ney alətlərinin müşayiəti ilə ifa
edilərmiş. Odur ki, “Mövləvi” sözünün musiqi ilə bağlı olması və
muğam şöbəsi kimi adlanması təbiidir. Biz ustadın ifasından həmin
“Mövləvi” şöbəsini nota salmışıq.
“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” kitabı nəşr edilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə keçirdikləri “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” adlı beynəlxalq konfransın materialları toplu halda nəşr olunub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və dahi özbək şairi və görkəmli dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580 illiyi münasibətilə bu kitabda hər iki ölkənin tanınmış alimlərinin, tədqiqatçılarının, ziyalılarının məqalələri çap edilib.
Kitabda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov, Amanulla Ceyhunun çıxışları, eyni zamanda Azərbaycan alimlərindən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), dosent Aygün Bağırlı, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, dosent Akif Azalp, nizamişünas, dosent Zəhra Allahverdiyeva, nizamişünas, dosent Təhminə Bədəlova, nizamişünas, dosent Əzizağa Nəcəfzadə Özbəkistandan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Əlişir Nəvai adına Beynəlxalq Fondun direktoru Alimcan Dövlətov, professorlar İbrahim Haqqul, Nurbay Cabbar, Alimcan Duysenbayev, nəvaişünaslardan Ədhəmbəy Alimbəyov, Gülbahor Aşurova, Erqaş Oçilovun, Mirzə Gəncəbəy, Aysara Məmmədəliyeva İlhambəy Qurbanbayev, Nüsrətulla Cumaxoca və Uzak Juraqulovun Nizami Gəncəvi və Əlişir Nəvai haqqında yazdıqları qiymətli tədqiqatları yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik İsa Həbibbəyli və professor Şöhrət Siracəddinov, toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), rəyçiləri AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, məsul katibi Şəbnəm Babayevadır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.