Press "Enter" to skip to content

Hüquqi yardım

Salam kebinim ola ola deyirler 2 ci qurupdu onan evliliyin saxdadı boşansan belə aliment ala bilməsən nə dərəcədə düzdü kəbin var

Qonşular arasında dəhşətli dava: “Pəncərəmi döyüb arvadımla. ” – ŞOK

Publika.az xəbər verir ki, hadisə ötən il oktyabrın 29-da baş verib. Elbəy həmin gün Əhmədi yaşadığı evin yaxınlığında mübahisə zamanı bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Elbəyin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb.

“Ara-sıra görüşmüşəm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy özünü təqsirli bilməyib. O bildirib ki, 2019-cu ilin əvvəllərində Ləmanla nişanlanıb: “12 iyul 2020-ci ildə rəsmi nikaha daxil olduq. Ləmanı sevib ailə həyatı qurmamışam. Qohumlarımın təklifi ilə evlənmişik.

Ləmanla nişanlanmamışdan 6 il əvvəl Səmayə ilə tanış olub, sevgili münasibətində olmuşam. Onunla ər-arvad münasibətində yaşamışıq. Səmayə əvvəllər Sərvan adlı şəxslə evli olub, həmin nikahdan bir oğlu doğulub, 2014-cü ildən ayrı yaşamağa başlayıblar. Mən isə Səmayə ilə təxminən 2015-ci ildə tanış olmuşam.

Səmayə Sərvandan ayrı yaşasa da, rəsmi olaraq təzəlikcə boşanıb. Ləman özü də mənim Səmaylə ilə sevgili olduğumu bilib və bunu qəbul edib. Səmayə ilə münasibətimi kəsməmişəm, ara-sıra görüşmüşük”.

“Qızımın olduğunu bilməyib”

Təqsirləndirilən şəxsin sözlərinə Səmayə ilə ər-arvad münasibətlərindən 2021-ci ildə qızı anadan olub: “Rəsmi nikahımız olmadığı, həmçinin onun rəsmən boşanmadığı üçün uşağın doğum haqqında şəhadətnaməsində ata adı qrafasına Sərvanın adı yazılıb. Ləman mənim Səmayə ilə münasibətimi bilsə də, qızımın olduğunu bilməyib”.

Elbəy qeyd edib ki, Ləman 2021-ci ilin mayın sonlarında onun Səmayə ilə münasibətindən qızının olduğunu bilib: “Bundan sonra Ləman atası evinə getdi, biz avqustun 20-də rəsmi olaraq boşandıq. 2021-ci ilin mayından tək yaşamışam. Bu vaxt ərzində Səmayə ilə münasibətim hələ də qalıb. Buna görə mən və Səmayə birlikdə yaşamağa başladıq”.

“Qızı ilə görüşdüyümü iddia edib”

Elbəy deyib ki, iyulun 17-də Səmayə ilə birlikdə onun evində yaşamağa başlayıb: “Ləman mənimlə üzbəüz qonşuluqda yaşayan Əhmədin əmisi oğlu Rəhmin qızıdır.

2021-ci ilin avqustında Ləmanla boşandıqdan sonra üzbəüz qonşumuz Əhmədin atası İslam mənimlə ədavət aparmağa başladı. Mənimlə birlikdə “Suraxanı Oil” şirkətiondə işləyən İslamın qızı Bahar ərindən boşanıb və atası evində yaşayırdı. İslam mənə qızı Baharla görüşdüyümü iddia edirdi. Məni hər görəndə “oğraşsan, adam məhlədə haramçüq etməz” kimi sözlər deyirdi”.

“Pəncərəmi döydüyünü dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əhmədin özü də onu Ləmanı boşayıb, Səmayə ilə ailə qurmasına görə qınağa çəkib: “Əhməd Ləmanı nəzərdə tutaraq “gül kimi qızı boşadın, yanı balalı aldın” tipli sözlər deyərək məni alçaldırdı. Bu minvalda söz-söhbət olsa da, aramızda dava-dalaş olmayıb.

Hadisədən təxminən iki həftə əvvəl Əhməd mənimlə əlaqə saxlayaraq harada olduğumu soruşdu. Mən də ona axşam işdə olacağımı dedim. Axşam saat 21-22 radələrində Səmayə zəng edərək Əhmədin pəncərəni döydüyünü, mənim evdə olub-olmadığımı soruşduğunu, öz aləmində Səmayə ilə zarafat etməyə başladığını dedi. Bunu eşidəndə işdən çıxaraq evə gəldim. Səmayədən məsələni ətraflı öyrəndikdən sonra Əhmədə zəng etdim. “Məni axtarmısan, nə sözün var denən” – deyə bildirdim.

Əhməd evin pəncərəsinə gələrək məni Səmayədən soruşduğunu təsdiqlədi. Əhməd telefonda mənə “gəldim pəncərədən səni soruşdum, bacı mənə sənin işdə olduğunu dedi, mən isə bacıya dedim ki, hə, yadıma düşdü, mənə işdə olacağını demişdi” sözlərini bilirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Əhmədin onun arvadı Səmayəyə qarşı yaxşı düşüncədə olmadığını başa düşüb: “Bu mövzuda mənim Əhmədlə çox söhbətim olub. Əhməd mənə gah ağıl verib, gah da gələrək pəncərəmi döyüb, məni çağırıb. Əhmədin bu hərəkətləri mənə xoş olmayıb”.

“Köçməyi fikirləşdim”

Elbəy qeyd edib ki, oktyabrın 29-da Əhməd yenidən ona həmişəki kimi Səmayənin əvvəlki evliliyindən olan övladı barədə təkrar soruşmağa başlayıb:

“Əhmədin bu sözləri məni alçaltmaq üçün soruşduğunu hiss etdim. Yenə də mənə “nahaq yerə Ləmanı boşadın, yanı uşaqlı aldın” tipli sözlər dedi. Ona sakit halda “sən yaşadığın həyatdı da, mənim başıma gəlib’’ – deyə cavab verdim.

Əhmədin özü əvvəllər 6-7 ay evli olub, sonra boşanıb, Səlimə ilə ailə həyatlı qurub. Sonra Səlimdən də boşanıb. Bu misalı Əhmədə çəkdim, bir də mənimlə belə danışmaması üçün dedim. Bir neçə il pisixoloji müalicə almışam, həssas adam olmuşam.

Əhmədin həmin gün dediklərini axşama qədər beynimdə özü-özümə düşünməyə başladım. Əhmədə görə köçərək getməyi fikirləşdim. Müxtəlif düşüncələrdə oldum, əsəbilərimi cilovlaya bilmədim”.

“Söyməyimi eşitdiyini düşünmüşəm”

Elbəyin ifadəsinə görə, Əhmədlə günorta söhbət etdikdən sonra evə gəlib: “Saat 15-16 radələrində evdə bir rumka araq içdim, sonra həyətə düşdüm. Fasilə ilə tərkibində spirt olan 3 ədəd “GO” energetik içki alaraq içdim. Mənim “GO” içməkdə, tez-tez həyətə düşərək evə gəlməkdə məqsədim əsəbilərimi cilovlaya bilmədiyim üçün özümü sakitləşdirməyə çalışmağım olub. Lakin sakitləşə bilməmiəm. Əksinə beynimdə “çıxım məhəlləyə, Əhmədi alçaldacaq söz deyim” fikirlərini düşündüm.

Saat 23 radələrində axırıncı “GO” içkisini içdim. Həyətdə, evimizin qarşısında Əhmədin atası İslamı gördüm. Mənə əvvəllər qızına görə dediyi sözlər yadıma düşdü. Ona “sən mənə oğraş deyirsən, amma murdarlığı, oğraşdığı sənin oğlun Əhməd məhəllədə edir” sözlərini dedim. Əsəbiləşdiyim üçün İslamın ünvanına nalayiq söyüşlər söydüm. Sonra evə girdim.

İslamın mənə cavab olaraq nə dediyini xatırlamıram. Onu yüksək səslə söymüşəm və Əhmədin eşitməsini istəmişəm. Söyüşlərimi Baharın və Əhmədin eşitdiyini düşünmüşəm”.

Elbəyin sözlərinə görə, evə daxil olduqda qapını arxadan bağlamayıb: “Səmayədən Əhmədin yenə pəncərəyə gəlib-gəlmədiyini soruşdum, gəlmədiyini dedi. Həmin vaxt Əhməd qapını açaraq içəri daxil oldu. Mən mətbəxin qabyuyulan yerində idim. Onu görən kimi gözümə mətbəxdə istifadə edilən bıçaq sataşdı. Bıçağı götürüb Əhmədə doğru getdim. O məni itələdi və soruşdu ki, nə olub, niyə söyüş söyürsən? Həyətdən İslam və qızı Baharın səsi gəlirdi. Onların da üstümə gəldiklərini bildim. Onsuz da günortadan bəri əsəbilərimi cilovlaya bilmirdim. Həmin vaxt bir növ gözümü qan bürüdü.

Bıçaqla Əhmədin qarın nahiyəsinə iki zərbə vurdum. Bu vaxt İslam qapıdan içəri girdi. Mən kənarlaşmaq üçün mətbəxin qarşı tərəfinə ayaqyolunun sağ divarına söykəndim. İslam stolun üzərindəki boşqabı götürüb mənə tərəf atdı, xəsarət aldım. Bahar da içəri daxil olaraq mənə hücum etdi. Amma əlimdə bıçaq görəndə qorxaraq kənarlaşdı.

İslamla Bahar hər ikisi birlikdə Əhmədi köməkli həkimə apardı. Qapıları bağladım, bıçağı qonaq otağında stolun üzərinə qoydum. Səmayə ilə uşağı təcili olaraq evdən götürdük, anamın xalası qızı Sahibəgilə apardım. Bundan sonra polislər mənimlə danışdı. Özüm könüllü olaraq Yeni Suraxanının dairəsində polislərə təslim oldum”.

Elbəy 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

(Teleqraf.com)

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Hüquqi yardım

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir.

Boşanma prosesi haqqında ətraflı məlumat

Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bu onunla bağlıdır ki, nikahın qeydə alınması ilə ər və arvadın bir-biriləri qarşısında əlaqəli hüquq və vəzifələri yaranır. Misal üçün: birgə əmlak hüququ, valdeynlik hüququ və s.

Bəzi hüquq və vəzifələr isə boşanma prosesi başa çatdıqdan sonra da davam edir (birgə nikahdan olan uşaqı saxlamaq vəzifəsi, uşaqla ünsiyyət hüququ).

Boşanma prosesi

Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var:

Nikahın Qeydiyyat Şöbəsində xitam verilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.

Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.

Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin şəxsən iştirak etməsi tələb edilir.

Məhkəmə qaydasında boşanma (nikahın pozulması)

Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir.

Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.

Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:

  • boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;
  • uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;
  • ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;
  • ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.

Boşanma ərizəsi

Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir.

Boşanmaq üçün lazım olan sənədlər

  • Nikah haqqında şəhadətnamənin əsli
  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti
  • tərəflrərin şəxsiyyət vəsiqələrinin surətləri
  • İşin ilkin mediasiyada baxılmasını təsdiq edən sənəd
  • dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Boşanma neçə ay çəkir?

Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.

Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.

Nikah Müqaviləsi

Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.

Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.

Ər və arvadın birgə mülkiyyəti

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır

Boşanma ilə bağlı vəkil məsləhəti

Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən özünəməxsus şəkildə qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən ciddi şəkildə qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.

Peşəkar vəkil boşanma prosesi zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Hüquqşunas tərəfindən yazılan boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məskəhəti almağınız tövsiyə edilir.

Şərhlər

Gulnar 2022-09-23 23:23:58

Salam sizdən bosanmaqla bağlı məsləhət vererdiz zehmet olmasa

Nigar Dadaşova 2022-10-05 14:18:01

Salam. Boşanmadan öncə qadın öz cehizlərini götürməsi nə qədər düzgündür?

Salam. Cehiz əmlakı evlilikdən əvvəl alındığı üçün arvadın mülkiyyəti sayılır. Bu səbəbdən istənilən vax ona məxsus əmlakla istədiyi cür rəftar edə bilər. Vəkil Qulam İsmayılzadə

Səfiyyə Salmanli 2022-10-06 18:43:42

Salam, men boşanmaq istəyirəm, nəzərinizə çatdırım ki, yoldaşım məhkumdu, 7 ildi cəza çəkir və 1 Yetkinlik yaşına çatan və 2 yetkinik yaşına çatmayan övladımız var. Proses necə olacaq bilmirəm. Mümkünsə ətraflı başa salardınız. Təşəkkürlər

Salam. Boşanma mediatordan müvafiq rəyi aldıqdan sonra yaşadığınız ünvan üzrə məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

İradə musayeva 2022-10-15 18:50:04

Salam.Boshanma zamani məhkəmədə tərəflərdən birinin məhkəmə prosesində ishtirak etmədən boshama ucun raziliq məktubu gondərməsiylə boshanma prosesini həyata kecirmək mumkundurmu?

Salam. Bəli, boşanma üçün tərəflərin iştirakı zəruri deyil. Vəkil Qulam İsmayılzadə

Zulfiyye 2022-10-28 14:15:20

Salam.Men yoldasimla dalasaraq ayrilmisam.Ayrilib.atamin evime geldiyim gunu axsami yoldasimda arxamca gelib ve Oqlumu menden alib apardi.Qizim ise mendedi.Onu bilmek isderdimki bosanmaya erze veren gunu usaqimi o gunu ondan ala bileremi yoxsa.Bosanmani gozlemeliyem.

Salam. İlk növbədə boşanma zamanı müəyyən edilməlidir ki uşaq boşanmadan sonra kiminlə qalacaq. Əgər məhkəmə müəyyən etsə ki, uşaq sizinlə qalacaq onda icra məmurlarından uşağın alınaraq sizə verilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Amaliya Memmedova 2022-10-28 16:20:07

Salam men bisanmamisam ama qizilarma ve usagma aid ozme aid olan qizllara ha bele telefonma sexsi hedye kimi weyde alinir sehv elemiremse bunlara el qoylub ve geri verilmir egerki mehkemeye verdiyim dekdirde bele geri qaytarilmamasi mumkundurmu? Ve hedeleyerek cixib gedecem hec birni ala bilmeyeceksen sozlerler hedeleyirse? Ve bunlar sexxsen ozunde yox ailesindedirse bosanmada qizil ve telefonmu geri ala bilceyemi eger ciixb geder ve ya gizlenerse mesulleyet kimin uzerne dusur!?

Salam. Bəli siz sizə hədiyyə olan qızılları və telefonu məhkəmə qaydasında ərinizdən (və ya keçmiş ərinizdən) tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Arzu Aliyeva 2022-11-01 10:24:53

Salam.Men 5 illik evliliyimden sonra yoldasimdan bosanmaq isdeyirem.Ozu manupulyator ve sahibkar oldugu ucun.3 yasli oglumuz var.Evlilikden once ozu ev almisdi.Bosandiqdan sonra o ev bolunecek ya yox?

Salam. Birgə nikah dövrü ərzində alınmayan əmlak tərəflərin öz mülkiyyətləri sayılır ona görə də bölünmür. Vəkil Qulam İsmayılzadə

Kanan 2022-11-16 07:26:22

Qardaşım boşanır ve bilmək istərdim sizin xidmətiniz neçəyədir? Onun halında mediasiya lazım olmayacaq ona görə ki onlar artıq barışmayacaq. Yəni hər halda mediasiya lazım olur? 2 balaca övladı var. Mülk evlənmədən qabaq alınıb. Zəhmət olmasa email cavab yazın təcilidi

Salam. İlkin mediasiya hər bir halda tələb edilir. Vəkil Qulam İsmayılzadə

Xeyale 2022-11-19 22:42:22

Salam her iki teref razi olduqda nece vaxda bosanma heyata kecirilir.Yetkinlik yasina catmis usaqlardan her hansi bu prosesde isdirak edir?

Salam. Hər iki tərəf razıdırsa, uşaqlar yetkinlik yaşına çatıblarsa, nikah qeydiyyat şöbəsində pozula bilər 30 gün ərzində. Vəkil Qulam İsmayılzadə

Qadin 2022-11-23 21:02:40

Salam. Mən bir ildi evliyəm, işləyirəm. Bütün maaşımı ərimə xərcləmişəm, boşananda bunları geri ala bilərəm ? Boşanma səbəbim onun ikinci evliliyidir uşağı olmayacaq məndən gözlədib

Salam. Xeyr, birgə nikah dövrü ərzində ər və arvad xərclədiyi pulu bir-birindən tələb edə bilməz. Vəkil Qulam İsmayılzadə

Vessl 2022-11-27 14:46:25

Salam ,eger gəlin qaynanasının evinde qalırsa boşandıqdan sonra qadın mülkiyyət davası edə bilərmi ?

Salam. Evlə bağlı xeyr. Vəkil Qulam İsmayılzadə

Orxan 2022-11-28 23:02:09

Salam.Mən evimi nigahdan sonra 25 il müddətinə ipoteka ilə əldə etmişəm.İpotekanın bitməsinə hələ 15 il var. Eyni zamanda atam dünyasını dəyişdikdən sonra onun adına olan ev vərəsəliklə mənim adıma keçib. Həyat yoldaşımla boşanmaq üçün müraciət etmişəm.Burda əmlak bölgüsü necə olacaq? Xahiş edirəm cavabalmdırasınız.

Salam. Vərəsəliklə əldə etdiyiniz ev bölünməyəcək, lakin ipoteka ilə aldığınız ev birgə nikah dövrü ərzində alınan ev sayıldığından bölünəcək. Vəkil Qulam İsmayılzadə

Anonim 2022-12-03 20:07:08

Salam boşanma olub ev yarı bölünüb ancaq bir problem var ki menzil yeni tikli binadandı menzilin kupçası yoxdu bilmek isteyirem o menzilin bölgüsü nece oparılacaq?mehkeme menzili satışa çıxara biler?

Salam. MTK gərək ki müqavilədə hər ikinizi payçı kimi göstərsin. Bəli mümkündür. Vəkil Qulam İsmayılzadə

Səlimova Günay 2022-12-06 01:07:57

Boşanandan sonra az yaşli uşaqin atasiynan görüşmə vaxti necə saatti,yada gündü?o nədən asılıdı?

Salam. Müəyyən bir saat həddi yoxdur. Hər qərar uşağın yaşına, sağlamlıq durumuna və digər hallar nəzərə alınaraq qəbul edilir. Görüş adətən isə həftədə 2 dəfə bayram v günlərində təyin edilir. Vəkil Qulam İsmayılzadə

Nailə Əliyeva 2022-12-11 11:05:35

Salam.Qaynanamın adına olan evə özü qeydiyyata saldırıb.Boşanma olsa o evdən mənə pay düşür?Evdə ancaq mən qeydiyyatdayam

Salam. Xeyr bu halda sizə heç bir pay düşmür. Vəkil Qulam İsmayılzadə

Əsgərova Mehri 2022-12-11 11:18:53

Salam.Mən 2007- ci ildə ailə qurmuşam,yoldaşımın evi bağ evidir(sənədsiz).15- il ərzində evi öz hesabıma təmir etmişəm,evin heç qapı pəncərəsi belə yox idi.İllərlə işləməyib,onu və onun xəstə bacısını mən dolandırmışam.İndi boşanma mərhələsindəyik,səbəb isə onun illərlə mənə xəyanət etdiyidir.Bir evladımız var 11 yaşda.Sualım budur ki,mən ondan onun evinə xərclədiyim təmir pulu geriyə necə ala bilərəm,əgər evin mənə aidiyyatı yoxdursa,mən orda qeydiyyatda deyiləmsə?Özü etiraf edir ki evinə 12.000 man pul xəricləmişəm.

Salam. Məhkəməyə müraciət edib tələb edə bilərsiniz, cavabdeh etirafı məhkəmədə də etsə onda iş xeyrinizə həll olunacaq, etməsə onda sübutetmə vəzifəsi sizin üzərinizə düşür. Vəkil Qulam İsmayılzadə

Perisan Agayeva. 2022-12-12 08:17:33

Salam.menım medıasıyadan bosanma haqqında kagızım var ve medıasyanın rusumunuda odemısem.men ındı bosanma ucun hara muracıet ede bılerem? ve men bunu mehkeme ıle yox nıgah olan yerde elesem Onda ne sened yıgmalıyam ve rusum ne qeder odemelıyem?

Salam. İşin hallarına uyğun olaraq siz boşanma üçün həm məhkəməyə həm də qeydiyyat orqanınıa müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Nailə Əliyeva 2022-12-12 11:38:27

Salam.Qaynanamın adına olan evə özü qeydiyyata saldırıb.Boşanma olsa o evdə yaşamaq hüququda verilmir?

Salam. Qeydiyyatınız varsa istənilən halda evdən istifadə hüququnuz var. Vəkil Qulam İsmayılzadə

Günay 2022-12-12 22:05:31

Salam kebinim ola ola deyirler 2 ci qurupdu onan evliliyin saxdadı boşansan belə aliment ala bilməsən nə dərəcədə düzdü kəbin var

Salam. Rəsmi nikahdan kənar olan uşağ üçündə aliment tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Əhməd 2022-12-15 23:26:23

Salam.Mən 7 ildi ailəliyəm. Arvadmnan boşanmağ isdiyrəm 2 uşağımız var . Evin çıxarışı anamın adınadır yəni anamın evidir. Mən orda qeydiyyatdayam.Ama arvadm orda qeydiyyatda deyil.Biz ayrılsaq yoldaşımın o evdə nə hüququ var.? Anamda atamda məndə yoldaşımda o evdə yaşayırığ.

Salam. Evdən ona pay düşmür. Vəkil Qulam İsmayılzadə

Nazli 2022-12-17 01:30:47

Salam.Bosanmaq erefesindeyik,mediatorla görüşdük qarşı tərəf razı olmadı barışığa,ona göre de onun vəkili dedi məhkəməyə gonderecem erizeni,bunu demek istəyirdimki mən razı deylem boşanmağa,məhkəmədə ne qerar çıxara bilər bir teref razı olmayanda,birde bir şeylə maraqlanmaq istəyerdim,biz evli olan zaman evimize böyük mesiet əşyaları almışıq(TV,Paltaryuyan)yeni yoldaşım öz adına alıb,bunlar yoldaşıma çatir yoxsa mənə ve ya bölünməlidir?xahiş edirəm sizə zehmet cavablayardiz

Salam. Nikahı bir tərəfin iradəsi ilə də pozula bilər məhkəmə tərəfindən, yəni siz razı olub-olmasaz da məhkəmə nikahı pozacaq. Qeyd etdiyiniz əşyalar birgə mülkiyyət sayılır bu səbəbdən də bölünməlidir. Vəkil Qulam İsmayılzadə

Anonim 2022-12-17 17:37:37

Salam.Nigahdan əvvəl ipotekaya ev almışam.boşananda ev bölgüyə girir ?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Mehri Həsənova 2022-12-18 20:41:59

Salam. 30 ildir evliyik. Boşanmaq üçün ərizə yazmışam və mediasiyaya göndərilib. Oradan zəng gözləyirəm. Yaşadığımız ev 10 il əvvəl rəhmətlik atamdan mənə vəsiyyətnamə ilə qalıb. 2 il əvvəl yoldaşım evi təmir etdirərək bir otaq da artırdı və 3 otaq oldu. Evdə 2 29 və 28 yaşlı övladım və mən qeydiyyatdayıq. Kupça mənim adımadı. Yoldaşım isə rayonda anasının evində qeydiyyatdadı. 28 yaşlı oğlum da məni çox incidir və atası ilə arası yaxşıdı. Çox üzülürəm. Çox xahiş edirəm yazasınız, bilmək istəyirəm boşandıqdan sonra atamdan vəsiyyətnamə ilə qalan evdən yoldaşıma və oğluma pay düşürmü. Əvvəlcədən sizə təşəkkür edirəm

Salam. Oğlunuza heç bir pay düşmür, lakin əgər yoldaşınız sübut edə bilsə ki təmir işləri onun hesabına aparılıb onda evdən müəyyən pay tələb edə bilər. Vəkil Qulam İsmayılzadə

Tehran 2022-12-19 18:37:59

Salam axsaminiz xeyr menim bacim mehkemeye erze vermib bosanmaq ucun yoldasida defelerle tehdid etmisdiki hede üorxular gelmisdi. Cehiz barede heçne göture bilmezsen deye tehdid etmisdi qanunu nikahi (zaksi)var nikahdan sora ərinin bir apteki birde masin alib zehmet olmasa nece olmalidir nikahdan sora ne varsa adina beraber bölünmelidir ya yox

Tehran 2022-12-19 19:10:02

Ama onuda deyimki sehv etmiremse apteki öz adina deyil bibisinin adinadi sadece vöyünu var oda yeqinki əmlak kimi bölünmelidir

Salam. Birgə nikah dövrü ərzində əldə edilən əmlak tərəflər arasında bərabər payda bölünür. Bura yalnız tərəflərin adına alınan əmlak aid edilir (bağışlanmış və ya vərəsəlik yolu ilə keçmiş əmlaklar yox). VÖEN sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fərdi sahibkara verilən identifikasiya nömrəsidir ona görə də onun bölünməsi mümkün deyil. Vəkil Qulam İsmayılzadə

Vusala 2022-12-20 21:25:14

Salam boşanma zamanı 10 yaşlı uşağın seçmə huququ var?Və Əgər kişi şizofren xəstəsidirsə boşanma necə olur?

Salam. 10 yaşlı yşağın fikiri mütləq nəzərə alınır. Xəstəliki olan şəxslə də nikahın pozuntusu ümumi qaydada həyata keçirdilir. Vəkil Qulam İsmayılzadə

Adsız Adsızov 2022-12-20 23:31:37

Heç bir məkəməyə ərizə verilməyib Qaynananm Qaynatam qoymur Ayləmi görüm Ayləmi görməyə haqqım var ? Məcbur görmək istəsəm harasa şikayət edə bilər ? Çox xaiş edirəm cavab yazın

Salam. Görüşünüz məhdudlaşırsa məhkəməyə müraciət edərək uşaqla görüş tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Adsız Adsızov 2022-12-21 16:58:59

Salam 17.12.2022 tarixinde məni MEDIASIYA veribler hansı tarixə çağırarlar ? Insanlar niyə bu qədər Boşanmağa sadə baxırlar. ?

Salam. Ərizə ilə mediasiya təşkilatına müraciət olunubsa adətən 10 gündən sonra ilkin mediasiya sessiyası təyin edilir. Vəkil Qulam İsmayılzadə

Şərti Ad 2022-12-23 20:43:00

Salam.2 azyaşlı qızım var . Boşanmağa ərizə verməliyik. Uşaqların atası da razıdır boşanmağa. Onsuz alınmır bizdə ailə olmaq. Evimiz yoxdur anasının evində yaşamışıq. Mən yox uşaqlar evə qeydiyyatdadır . Boşandıqdan sonra uşaqların artıq o evdə haqqı olmayacaqmı?

Salam. Ev qaynananındırsa həmin evdən uşaqlara pay düşmür. Vəkil Qulam İsmayılzadə

Əliyeva Nərgiz 2022-12-24 13:38:49

Salam. Boşanma neçə ay çəkə biler? Qarşı tərəf qadın boşanmaqa razı deyil?boşanma Məhkəməsi neçə prosesə boşanma qətnaməsi çıxarır? Zəhmət olmasa deyerdiz

Salam. Məqallədə bu barədə ətraflı məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə

Məzahir Allahverdiyev 2022-12-25 09:34:30

Salam mən yoldaşımla dalaşmışam yoldaşım ayrılmaq istəyir 5 aylıq körpə övladımız var mən ayrılmaq isdəmirəm nə məsləhət verə bilərsiz

Salam. Məsləhətim odur ki barışmağa çalışın, boşanmadan ən çox əziyyət çəkən uşaqlar olur. Vəkil Qulam İsmayılzadə

Hüseynova ilhamə 2022-12-25 23:41:04

Salam.bacım yoldaşı ilə ayrılır.yoldaşı hərbçi olub.dövlət tərəfindən ev verilib.3oğlu var.1bacımla evlilikdən.digər ikisi o biri evlilikdən.3 uşağın metirkası ilə 3otaq verilib.boşanma vaxtı ev necə bölünür.qeyd edim ki.ev 2ildən sonra satılacaq.bacımın və oğlunun icazəsi olmadan ev satıla bilərmi.və satılmadan yaşama hüquqları varmı ?

Salam. Əmlakın hansı formada yoldaşında olmasından və birgə nikah dövründə alınıb alınmasından asılıdır. Əgər bacınız və uşağı orda qeydiyatdadılarsa onda mümkündür. Vəkil Qulam İsmayılzadə

Mur 2022-12-26 00:01:39

Salam. Boşandıqdan sonra uşaqlar anada qalmaq isteyir. kişi müntezem olaraq işlemir ise, dövlet terefinden heç bir geliri yox ise uşaq pulu ne qeder verilmelidir ? (Boşanma sebebi xeyanet). Zehmet olmasa meslehet verersiz ?

Salam. Məqalə uşaqpulu ilə bağlı deyil. Uşaqpulunun nə qədər olması ilə bağlı DSMF-dən maraqlana bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Fecr Bunecme 2022-12-29 04:25:39

Salam, xarici vətəndaşla boşanma zamanı 2azyaşlı (5 və yaşyarım) uşağın atasında qalacağı ilə bağlı söhbət gedir. Beləki onlar Səudiyyə Ərəbistanı vətəndaşıdırlar. Və boşanma zamanı dövlət öz vətəndaşlarını götürəcəyini bildirir. Ana Səudiyyə Ərəbistanı vətəndaşlığı alarsa, uşaqların onda qalması mümkündürmü? Dövlət nigah Azərbaycanda olub.

Salam. Nikah burda pozulsa uşaqlar ananın yanında qalacaq, bu digər demokratik respublikalarda da belə olur, lakin Saudiyyə krallıqdı orda qanunlar demokratik respublikalardan fərqli ola bilər. Vəkil Qulam İsmayılzadə

Anar 2023-01-02 03:02:29

Biz boşanmaq üçün məhkəməyə müraciət etmişik 4 övladımız var və adımada 850 manat kridit var uşaxlar ücün pul ayrılanda kridit nəzərdə tutulacaxmı?

Anar 2023-01-02 23:03:05

Salam, 2 sualim var, men russyadayam yoldasim ama azerbaycanda nece bosanaq? Ve 2ci sualimda sexsiyat vesiqemin vaxti gelen ay cixir men azerbaycana gele bilmeycem bosanma nece olacaq bes

Salam. Bəli boşana bilərsiniz vəkilə etibarnamə göndərsəniz, o sizin adınızdan bütün hərəkətləri edə bilər. Lakin etibarnaməni şəxsiyyət vəsiqəniz qüvvədən düşməmiş verməlisiniz əks təqdirdə gəlib yeniləməlisiniz. Vəkil Qulam İsmayılzadə

İsrafilov Bahar 2023-01-03 20:02:42

Salam men Rusiya ve Azerbaycan vetendaşıyam .Yoldaşım Rusiya ve Gürcüstan vetendaşıdı zaksmız da gürcüstan zaksıdı men Azerbaycanda boşanma aça bilerem ?

Salam. Bəli, boşana bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Əhməd 2023-01-03 21:32:10

Salam.Mənim adıma qardaşımın torpağı var.2006 dan belediyenin çıxarışı ilə adımdadır.2015 də ailə qurmuşam. 2014-15 arası menim adıma olan heyetde qardaşım ev tikib menim razılığım ilə.Və vergi torpağ kamunalı qardaşım ödüyür. Heyet senedsizdi sadəcə bələdiyyədən çıxarış var.7 ildi ailəliyəm 2 uşağm var boşanıram.Bilmək isdəyirəm boşansam bu həyətdən yoldaşıma pay düşer? Ama torpağ biz evlenmemişden evvel alınb adıma keçirilib və senedi yoxdu. belediyeden çıxarışı var sadece

Salam. Torpaq evlilikdən əvvəl alınıbsa ondan arvadınıza pay düşmür, lakin tikili ilə bağlı məsələ birəz mürəkkəbdir bu sırf sizin təqdim etdiyiniz sübutlar və məhkəmənin mövqeyindən asılı olan haldır. Vəkil Qulam İsmayılzadə

Könül 2023-01-04 13:46:38

Salam men mehkemeye vermisem bosanmaya orda alimentide yazmisam hele mehkeme olmuyub alimentden imtina ede bilerem mehkemede orda demek huququm var deyim ku men usaqlarin atasinnan railiqa gelmisem alimentden imtina edirem ede bilerem ele mene bi meslehet verin

Salam. Bəli edə bilərsiniz, amma etməyin oo pul uşaqların saxlanılması üçündür. Razılığınız varsa məhkəmə qərarı çıxandan sonra İcra şöbəsinə bu haqda müraciət edin onlar alimenti tutmasın. Vəkil Qulam İsmayılzadə

Əhməd 2023-01-05 22:40:48

Qeyd edimki torpağ nigahdan evvel alnb tikili ev 2015in yanvarndan etibaren tikilb.Yoldaşımla 2015 in oktyabrnda nigah olub.Düşecey ona pay?

Əgər hər şey siz dediyiniz kimidirsə onda düşmür. Vəkil Qulam İsmayılzadə

Rəna Babayeva 2023-01-08 00:46:25

Salam .əyər ərin adına mülk yoxdursa,amma valideyinlərinin varsa arvad mülk tələb edə bilərmi,və etsə ala bilərmi,qeydiyyatda olduğu evdən?

Salam. Xeyr tələb edə bilməz. Vəkil Qulam İsmayılzadə

Namiq 2023-01-09 13:14:13

Salam. 7 ci ile kecdik evliyem. 2 uwag var. Burinin 3 biri o biri 9 ayligdi. Ev mene vereselik yolu ile anamdan qalib. Yoldasim bu eve qeydiyyatda deyil. Bilmek isterdim bowanma zamani uwaglarin menfeetini nezere alarag qanun cercivesinde qarwi terefe yoldasima nese dusur?

Salam. Ev ananınızın adınadırsa heçnə düşmür. Vəkil Qulam İsmayılzadə

anonim 2023-01-10 09:47:52

Salam. 15 ildir evliyiəm ərimdən mənə xəyanət etdiyi üçün boşanmaq istəyirəm evi birlikde tikmişik ozümde işleyirem evi tikən zaman adıma 2 dəfə kredit götürüb 2 övladım var boşandıqa ev necə bölünəcək.

Nuray 2023-01-12 16:17:26

Salam 7aydi evliyəm ərimin xəyanətin tutsam məhkəmədə ona təzminat davasi aça bilərəm ?

Salam. Xeyr, xəyanətə görə təzminat tələb etsəz məhkəmə təmin etməyəcək. Vəkil Qulam İsmayılzadə

Nəbi 2023-01-13 21:19:36

Salam ..men 12 ildi evliyem uşaqimiz yoxdur yoldaşım rayon qeydiyatindadi xasiyətimizde uyqun gelmir boşanma isteyirem məhkəməyə ərizə yazib ayırmaq isteyirem .evlilikdən qabaq . 4 otaqlı heyət evim var anam mene hədiyyə edib . bilmək isteyirem yoldaşıma ordan pay düşür ya yox sizdən xahiş edirem bu barədə aydınlıq kətirərdiz əvvəlcədən Təşəkkür edirəm

Salam. Xeyr düşmür. Vəkil Qulam İsmayılzadə

Tamerlan Süleymanov 2023-01-15 23:40:28

Salam, hörmetli Ismayilzade, Menim iki usagim var. Siddetli anlasmazliq ve bezi aile problemleri üzünden yoldasimdan ayrilmaq isteyirem. Iki usaqla bu mene bir ata kimi olduqca cetin olsa da heyat yoldasim mene basqa secim sansi qoymur. Sualim bele olacaq. Bosanma prosesi bas tutduqdan sonra mehkemenin verdiyi qerara esasen alimentin teyin olunmasi nece hesablanir ?

Salam. Aliment gəlirinizə nisbətdə hesablanır. Məqallədə ətraflı yazılıbdır. Vəkil Qulam İsmayılzadə

Qərib Qəribzadə 2023-01-16 18:05:21

Salam boşanma ərizəsi Qadın tərfindən verilibsə və Ər ev aldıqdan bir neçə ay sonra nikaha giribsə o qadınla evdən pay düşür qadına ? Qadın öz başına evi tərk edibsə Kişinin xəbəri yoxdursa məhkəmə kimin əleyhinədi ? Yeni uşaq dünyaya gəlir Qadının işi yoxdur Kişi dövlət işində işdiyor və isdiyrki uşağ Qadınla yox Kişiylə qalsın bu necə olmalıdır

Salam. Bu əmlak bölünmür. Çox guman ki, uşaq körpə olduğu üçün ananın yanında saxlanılacaqdır ananın işləyib-işləməməsindən asılı olmayaraq. Vəkil Qulam İsmayılzadə

Əfruzə 2023-01-17 21:49:08

Salam.2ayn gelini olub yola getmyb munaqiseler yaranb ayrlmaq isdeyirik.biz erizeni nece vermeliyk Brde asan xidmetde yalniz erizemi verilir yalnz yoxsa boşanmagda mümkündümü

Salam. Uşaq yoxdursa ikiniz biryerdə qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək boşana bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Tehran 2023-01-18 23:01:40

Salam demeli hormetli vekil bosanma prosesi ən çox ne qeder muddet çəkə biler

Salam. Məqalədə bu barədə məlumat əks olunubdur. Vəkil Qulam İsmayılzadə

Valeh selimi 2023-01-19 00:46:39

Mən bisanmaqin vaxtını nə qədər uzada bilərəm və nece edə bilərəmki bosanmiyim

Salam. Əgər tərəflərdən biri boşanmaqda qətidirsə onda boşanma mütləq baş tutacaqdır çünki nikah könüllü əqdir və heç kimi məcburi nikahda saxlamaq olmaz. Vəkil Qulam İsmayılzadə

Qulam 2023-01-20 14:58:04

Salam , Bizim ailədə mən yoldaşım anam atam qalır Belə bir məsələ çıxıb ortaya ki yoldaşım anamla yola getmir yani getsə belə fikri ancaq ayrı yaçamaqdı mənimdə evim budu ayrı alınmır anam atam yoldaşım bu evdə indi yoldaşımda deyir ayrı qalmırsansa veşimi yığıb gedəcəm veşin yığıb getsə boşanmaya versə mən verməsəm istəməsəm necə olacaq bu proses zəhmət olmasa 2 yaşda uşaqmız var

Salam. Məqələdə bu barədə məlumat var, tanış ola bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Eli Qasimov 2023-01-21 23:48:12

Salam. Tərəflərin biri məhkəməyə boşanma.ərizəsi verib, digəri ərizə vermib. Amma məhkəmə kişiyə xəbərdarliq etmədən tərəfləri boşayib.. bu duzgundurmu.

Salam. Nikahın pozulması üçün hər iki tərəfin razılığına gərək yoxdur, bir tərəf də müraciət etsə məhkəmə nikaha xitam verə bilər. Vəkil Qulam İsmayılzadə

Karimova 2023-01-23 15:17:16

Salam biz boşanmışıq 2015 ci ildə evlənmişdik 2018 ci ildə yoldaşımın atası ona bizim yaşadıgımız heyet evini rayonda bagı onun adına keçirdib hədiyyə kimi biz 2022 ci ildə boşandıq hədiyyə olduguna görə mənə pay düşmür ordan deyirlər mən işləmirəm iki az yaşlı uşagım var və yoldaşım özü verib ərizə ayrılıb payın bölünməsi üçün məhkəməyə müraciət edə bilərəm?

Salam. Əgər əmlak bağışlama yolu ilə ərinizə keçibsə onda sizə ordan pay düşmür. Vəkil Qulam İsmayılzadə

Karimova 2023-01-23 17:03:11

Bir çox xəbər saytlarında bagışlanma yolu ilə keçən əmlakın bölünmədiyini lakin bəzi hallarda qadının öz müstəqil gəlirinin olmaması bütün mülklərin əri tərəfindən alınması və nigah dövründə ev təsərrüfatı , uşaqlara qulluq etməklə məşgul oldugundan öz gəliri olmayan arvadın belə ümumi əmlak üzərində eyni hüquqa malik oldugunu yazıblar bu nə dərəcədə düzgündür ?

Ümumi əmlak tərəflərin birgə nikah dövrü ərzində alqı-satqı müqaviləsi ilə əldə etdikləri əmlak sayılır. Vəkil Qulam İsmayılzadə

Zeyneb 2023-01-27 02:12:32

Salam,mehkeme fevral ayına mene çağırış mesajı göndərib,yeni qarşı tərəfin istəyi ilə qarşı tərəf boşanmaq istəyir,ama ilk mehkeme olacaq,ele ilk çağırışdan boşanmaq olarmı?ve birde menim o evde cehizim ve geyimlərim var,onları nezaman gedib çıxarda bilerem,boşanmanı gozleyim yoxsa istədiyim vaxt uyğundur ve ele bir şans ola bilerki qarşı tərəf geyimlerimi ve apardığım cehizleri vermesin?zehmet olmasa məlumat vererdiz komek ederdiz,bu haqda tam məlumatım yoxdur

Tural ibrahimov 2023-01-28 00:15:24

Salam . Men Beyleqsn rayonunda VVAQda weydiysta dusmusem. 2 uwagim var ve boşanmaq isteyirem. Bakıda bosana bilerikmi..10 yas ve 7 yas usaxlar mehkeme iclasına gelmelidirlermi. mediasiyadan biz de kecmeliyikmi?? Razilixli bosanmadi. cox tesekkurler

Salam. Bəli mediasiyadan keçməlisiniz, Bakıda yaşamağınızı təsdiq edən hər hansı bir sənəd varsa mümkündür. Vəkil Qulam İsmayılzadə

Subhan İsmayilov 2023-01-28 18:00:16

Salam uşağımın 1 yaşı yoxdu aliment verildiyim halda ana daye pulu teleb ede bilermi menden ?

Salam. Əlavə muavinat tələb edilə bilər uşağın 3 yaşı olana qədər. Vəkil Qulam İsmayılzadə

Məmmədov Ə. 2023-01-30 21:47:40

Salam Qulam məllim. Zəhmət olmasa deyərdiz. Mənim 2-övladım var.Birinin bu il yəni 2023-də.21-digərinin isə 19-yaşı olur.-19 yaşlı olan oğlumdu Hərbi akademiyada oxuyur. Biz boşanma üçün rayon Zaqs -şöbəsinə müraciət edib boşana bilərik ya yox.və yaxuddakı ASAN xidmətdə bu prossesi həyata keçirmək mümkündümü.Birdə evi atmın evini satıb qardaşlar arasında böldük.-Mənə düşən paydan özümə sənədsiz ev aldım.Torpaq sənədi var ancaq.-Kupça yoxdur.Bu evdən yoldaşıma pay düşür ?-Evli olduğumuz zaman baş veri bunlar hamısı. Bu başdan təşəkkür edirəm.

Salam. Bəliq qeydiyyat şöbəsində boşana bilərsiniz. Torpağınız birgə mülkiyyətdir ona görə bölünəcək aranızda tələb olsa. Vəkil Qulam İsmayılzadə

Xalid mdmmedov 2023-02-02 11:03:34

Salam bacm 5ildirki evlydi ve oglan poreblmi oldqi ucun uwaqlari olmur ve ve normal yasyrdiler sadece oglanin anasi hergun deyrdki ged hardan getrsen getir acaq uwaq olsun bu evde ve bu sozderi ewdim qebul ede bilmedymcun gedib bacmi getrdim ve indi oglann anasi mecbur edrki gel erze verin bowanin lakin bunu ne qiz isdiyir ne oglan ancaq arvad mecmur edir men ne ede bilerem 5 il bunun evnde elbil noker olub xayw edrem bir vol gosderesiz onceden tewkur

Nigar 2023-02-02 13:01:49

Salam. Bosanma prosesinde mehkemeye getmemek ucun hakimin adina nese teleqram vurulur ki mehkemede olan sertlere razilashma kimi. Zehmrt olmasa deye bilersiniz ne yazilmalidir hakimin adina? Ve poctda yazilmalidirm?

Salam. Sualınız aydın deyil. Vəkil Qulam İsmayılzadə

Məmmədov Ə. 2023-02-05 21:31:47

Axşamınız xeyirli olsun.Qulam məllim.Xahiş edirəm deyərdiz– ZAQS-şöbəsi vasitəsi lə boşanma üşün Dövlət rüsumu nə qədərdir.? ,Əvvəlcədən təşəkkür edirəm.

Salam. Mən bilən olmamalıdır. Daha dəqiq bilmək üçün zəng edib ordan soruşa bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Aytac 2023-02-06 12:32:24

Salam menim qardasim sentyabrda ərizə verib 2 dəfə məhkəmə olub 3 cü məhkəmədə martun 29 a təyun olunub.niyə bele uzanir bilmek olarmi?qeyd edimki qatşi tərəf razı deyil boşanmaya.yenə vaxt uzana biler?2yaşinda usaqda var

Salam. Məqallədə müddətlər barədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə

Ayten quliyeva 2023-02-09 00:32:25

Salam. Men boşanmaq isdeyirem. 1yaşına çatmamış övladım var. Yoldaşım razı deyil boşanmaya boşanma sebebi anlaşmazlıq aile münaqişelerinin tez tez olmadıdır. Men övladımı sakit mühitde böyütmek isdeyirem. Yoldaşım ise meni uşağı almaqla şantaj edir, . Men bu halda nece boşana bileremkı uşağımnan bir gün bele ayrı qalmıyım?

Salam. Sizin halda boşanma yalnız məhkəmə qaydasında olacaq. Vəkil Qulam İsmayılzadə

Revan 2023-02-09 14:15:49

Salam .Ikili vetendasa gore meselen ucun:Zakzi Rusiyada etsen amma gelib Azerbaycanda bosanmaq ucun mehkemiye vermek munkundur?Zaks Sadece Rusiya ucun kecerlidirse?

Bəli olar, nikahın bağlanma yerindən asılı olmayaraq Azərbaycanda boşanmaq mümkündür. Vəkil Qulam İsmayılzadə

Lale 2023-02-15 17:39:07

Salam.4 aydır evliyem.Heyat yoldaşımla ciddi anlaşmazlıq var aramızda.Psixoloji ve yüngül formalı fiziki şiddet de tetbiq edir.3aylıq hamileyem.Boşanma prosesi nece gedecek?Qeydiyyat şöbesinde erizeyle 1aya boşana bilerik,yoxsa mütleq mehkeme qaydasında baş tutmalıdır boşanma?Ve uşaq doğulduqda atanın uşağa verilme ehtimalı var?Heyat yoldaşım boşanmağa razı deyil ve uşağı menden almaqla tehdid edir.

Salam. Yalnız məhkəmə qaydasında boşana bilərsiniz uşaq isə sizinlə saxlanılacaqdır. Vəkil Qulam İsmayılzadə

Məmmədova 2023-02-16 15:42:34

Salam yoldaşimla 8 illik evliyik ve boşanmaq isteyirem bu evlilikden 3 az yaşlı övladim var. Heç bir halda ev pul aliment telebim yoxdu sadece övladkarimi isteyirem. Resmi gelirim iş yerim yoxdu. Bu halda mehkeme uşaqlari elimden alib qarşi terefe vere biler?

Bu uşaqların yaşından və onların kiminlə qalmaq istəməsi faktorundan asılıdır, qabaqcadan demək olmur. Vəkil Qulam İsmayılzadə

XALİDƏ. XANIM 2023-02-16 16:59:16

SALAM! 3.UŞAQLI.ŞİZOFRENİYA.XƏSTƏSİ.OLAN.QADINI. ƏRİ. BOŞAYIRSA, QADININ. HANSI. İMTİYAZLARI. VAR? BÖYÜK. QIZIN. 15, ORTANCIL. OĞLAN. 8., KİÇİK. QIZIN. 7.YAŞI.VAR.

Boşanma zamanı hər hansı bir tərəfə xüsusi güzəşt edilmir. Vəkil Qulam İsmayılzadə

Elməddin 2023-02-20 18:37:02

Salam. Ailə də 2 uşaq var. Əgər Ana da , ata da 750azn maaş alır, boşanma zamanı uşaqlar anaya verilirsə, ataya nəqədər aliment kəsilir? Ümumiyyətlə ataya aliment kəsiləcək?

Salam. Aliment təyin ediləcək məbləği məhkəmə müəyyən edir bütün hallar nəzərə alınmaqla. Vəkil Qulam İsmayılzadə

Elçin. 2023-02-20 18:46:13

Salam. 9 ildir evliyəm. Evlənəndən sonra heç bir mülk alınmayıb, lakin atamın köhnə evinə qeydiyyat düşdüyü üçün əmlakdan pay tələb bilər?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Meleyke 2023-02-20 22:03:27

Salam Qulam bey,mende qarşı tərəfin iddiası ilə boşanma ərizəsi gəlib e-mehkemeden mesaj şəklində telefonuma.Bu ayın axiri 1ci mehkemedir.Men mehkemeye getmesem ne kimi hallar olar,getmesem olar yoxsa vacib getməliyəm?bu arada yeni mən boşanmağa razı deyiləm,yeni necə etsem məsləhətli olar?xahiş edirəm mənə fikir komeyliyi ederdiz

Salam. Boşanma istəmirsinizsə onda getməyə bilərsiniz, məhkəmə barışıq üçün əlavə vaxt verəcək sizlərə. Vəkil Qulam İsmayılzadə

Sahil 2023-02-23 11:50:14

Salam yoldasim bisanma erizesi verib 3 ay olar 2 defe mediasiyadan zeng gekib 2 defe mehkemeden istirak eleye bilmemisem Bugun yene zeng geldi hakimle danisdim hakim erize ve senedleri poctla mehkemeye gonderin ama ne senedleri oldugunu demedi birdeki mene aliment ayirdi agda 125 manat

Firuze Aslanova 2023-02-24 12:28:37

Salam azerbaycan vetendasinin rasiya vetendasi ile bosanma prosesi nece olur zehmet olmasa deyerdiz.1qizim var oda rasiya vetendasidir.aliment nece teleb edee bilerem.yoldasim orda ozu bosayibsa

Salam. Burda boşana bilərsiniz alimenti de yerli məhkəmə təyin edə bilər. Vəkil Qulam İsmayılzadə

Ağayeva Fidan 2023-02-25 03:05:19

Salam. Men bilmek isteyirdim ,evlilikden sonra elde edilen daşinmaz emlakin senedleri qaydasinda deyilse yeni kupsiya yoxdursa, emlak bölgusu teleb ede bileremmi?

Baxır əmlakın növünə və qoyulan xərcə. Vəkil Qulam İsmayılzadə

ali musayev 2023-02-28 16:06:15

salam!boşanmaya 3 aydan yuxarırır ərizə vermişəm ordan cavab veriblər ki uşaq nə vaxt dunyaya gələcək və 1 yaşı tamam olduqdan sonra işinizə baxılaczq..xahiş edirəm ki bunun duzgun olub olmamasini mənə bildirəsiniz..

Memmedova Gülnar 2023-02-28 18:16:19

Salam men boşanmaq isteyirem her ikimizde razıyıq artıq 3 ildi onsuzdaki ayri yaşayiriq sadece bir prablem varki eks teref qacqındı men ise yerli ancaq 19 ildiki ailelıyem eyer boşansam mene ve uşaqlarıma ne kimi prablem olacaq 3 uşaqdı alımentde istemirem sadece bizden uzaq gezsin üc otaqlı qacqınlara verilmiş evde yaşayırıq o bizden ayri qalır meslehet vere bilersiniz !

Zəhra Mirzəyeva 2023-02-28 19:30:38

Salam boşanma zamanı gəlinə alınan qızıllar arvada qalır ya qarşı tərəf onu geri alır?

Salam. Arvada qalır hədiyyə olduğu üçün. Vəkil Qulam İsmayılzadə

Zaur 2023-03-01 11:01:25

Salam vaxtiniz xeyir olsun.1aydir ayri yasayiriq,və cehizlər sənədsiz evdədir higahin pozulmasi prossesi bitənə qədər verə bilərəm?sənədin əslini ozu ilə aparib nigah səhadətnaməsi olmadan ərizə verə bilərəm mi?3usaq yoxdur hər hansi 1yol ilə usaq əldə etsə və məndən oldugunu iddia etsə mən hansi formada subut edə bilərəm.

Bəli qaytara bilərsiniz, nikah şəhadətnaməsi olmadan da nikahın pozulması ilə bağlı müraciət edə bilərsiniz. Uşaq sizdən deyilsə DNK testinin keçirilməsini tələb edin. Vəkil Qulam İsmayılzadə

Reşo 2023-03-02 01:13:13

Salam. Mən boşanmaq istəyirəm. Yoldaşımda 1ciqrup gözdən əlildir. Bir evde yaşayırıq ama bir birimizle danışmırıq. Qadına layiq olmayan sözlər deyib. Üzr istəyirəm kişi qadın münasibəti 1ile yaxındır ki yoxdur. Ama menim danışdığım biri var. Boşansam problem ola bilərmi. Yeni uşaqlari ala bilərmi ? Birini. 5 birinin 6yasi var. 1ci qrup gözdən əlilə vererlermi uşaq.

Salam. Uşaqların kimin yanında qalmasını məhkəmə bütün faktorları müəyyən etməklə qərar verir. Vəkil Qulam İsmayılzadə

ali musayev 2023-03-04 21:36:24

evləndiyimdən 1 ay kecəndən sonra yoldaşim gedib ata evinə və gəlmək istəmir.boşanmaqa ərizə ilə\ məhkəməyə muraciyət etmışik..3ay kecdiyinə bazxmayayaraq məhkəmə deyir ki uşaqın olmasın və onun 1 yaşı olmasın gözləməlisiz..xahiş edirəm mənə bu barədə məlumat verəsiniz..

Uşağın 1 yaşına qədər arvadınızın razılığı olmadan boşana bilmərsiniz. Vəkil Qulam İsmayılzadə

tacir eliyev 2023-03-05 16:18:13

salam bosanmaqla bagli mediasiya falan hamisi teskil olunub prosesler bitib ve erize mehkemeye gonderilib mehkemenin tarixide bilinib mehkeme zamani iki terefde yeni er arvad her iksiide mehkemede istirak etmese proses nece olacax cox xahis edirem cavablayasjnjz mehkeme uzadilacax basqa vaxta salinacax yoxsa hansi halda legv olunar

İki tərəf də getməsə çox güman məhkəmə ərizəni baxılmamış saxlayacaq. Vəkil Qulam İsmayılzadə

Ayşən 2023-03-07 04:01:42

SALAM QULAM BƏY.Men qarşı tərəfin iddiası ilə boşanma üçün mehkemeye cagirilmisdim.Amma mən gedə bilmədim mehkemeye,sonra mənə e-mehkemeden 2ci defe mesaj geldi,yeni 10gun sonraya uzadıldı,mən yenə getmek istəmirəm.Bu defede getmesem problem olarmı?mehkeme mən olmada qərar vere bilərmi?yoxsa yenə hakim vaxtı başqa zamana keçirəcək?xahiş edirəm mənə bu barədə məlumat vererdiz, əvvəlcədən teşekkürler

Salam. Siz getməyə bilərsiniz, bu zaman məhkəmə boşanmanı 3 ay müddətinə təxirə salacaq. Vəkil Qulam İsmayılzadə

Rustem haciyev 2023-03-07 11:37:48

Salam menim 3 ovladim var birinin 7 yasi var birin 6 olacaq birinde 5 olacaq bosanma sebebi xeyanetle baglidi elimde whatsapla danisilan sozler cumleler ve ses yazilari var her wey fakt subutla telefonuda tutmusam ve men bu faktlarla usaqlari mehkemede anadan almaq huququm varmi ? ve bu faktlari ortaya qoyaraq mehkemede menim eleyhimi qerari ala bileremmi ? Yeni usaqlar anda yox atada qalmalarini teleb ede bileremmi ? Ve mehkemede usaqlarin atada qalmasi ucun bu faktlari esas tuta bilermmi ? Baxmayaraq ki usaqlar az yawlidi xais edirem bu suala bagli melumat vererdiz zehmet olmasa

Salam. Bu suala birmənalı cavab yoxdur, hər şey işin hallarından, ananın uşaqlara və uşaqların anaya münasibətindən asılıdır. Vəkil Qulam İsmayılzadə

Irane baxışzade 2023-03-10 12:17:57

Salam vekil,mediasiyaya özüm erize yazib gondere bilerem,yoxsa mütleq vekil lazimdir.?birde dövlət rüsumu nə qederdir?

Göndərə bilərsiniz. 50 manatdır. Vəkil Qulam İsmayılzadə

Sevinc 2023-03-11 08:58:28

Salam.Mən 3-cu məhkəmə iclasına gedə bilməmişəm.İddiachi tərəf mənəm.indi bilmək istərdim proses nə yerdə qalıb, mən boşanmış sayılırammi?Qərarı necə öyrənə bilərəm?

Salam. Məhkəmə ilə telefon vasitəsi ilə əlaqə saxlayıb oyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

ali musayev 2023-03-11 17:47:46

cox hörmətli Qulam muəllim!mendən bir nəfər yoldaşin mualicəsi ucun2014 cu ilin axrinda 3000 borca pul alib və yazli 2015 ci ildə qaytarmaqını bildirib.lakin 2015 ildən rusiyaya qacıb və 2023 cu ilin mart ayında gəlin.məhkəməyə muraciyət etdım mənə dedilər ki uc il kecdikdən sonra onu tələbinə məhkəmə rədd cavabı verəcək..bu adam burda olmadıqı ucun mən ondan tələb edə bilmirdim..xahiş edirəm mənə nə etməyi məsləhət verəsiniz..təşəkkur edirəm..

Müraciət edə bilərsiniz məhkəməyə, iddia müddətinin keçib-keçməməsi məsələsinə məhkəmə qiymət verəcək. Vəkil Qulam İsmayılzadə

Məmmədov Ə. 2023-03-11 22:09:42

Axşamınız xeyir Qulam məllim .Əvvəla sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm-sizə uzun ömür can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Qulam məllim bizdə boşanma prossesi başa çatıb.Xahiş edirəm bir sualı cavablandırasız. Evim Bakı şəh-də həyət evidi. 2-sot orpağın içində 3-otaq .Torpağın sənədi var-amma evin yox. sənəd mənim adımadı.Yoldaşım rayon qeydiyyatında -özüm isə Bakı ş.Suraxanı ray-n Baş-polis idarəsində qeydiyatdayam.Evlilik vaxtı alınıb ev. Həmin bu evi məhkəmə məcburi satdıra bilər mənə ya yox- Mən ona 2-otağı verməyə hazıram .o isə istəmir.Övladlarımız yetkinlik yaşını keçiblər. Deyir sataq bölək. Mənsə satmaq istəmirəm dəyəri az olduğuna görə.Heç bir yerdədə adıma heçnə yoxdu.Özümdə müharibə veteranıyam.Hər hansı verilən cavabınıza görə təşəkkür edirəm.

Satdırmaq deyəndə, əgər torpağın 50% ona məxsus ola bilər iddia qaldırsa, onun üzərindəki tikiliyə gəldikdə isə yalnız tikinti xərclərinin yarısını tələb edə bilər sübuta yetirsə xrclərin miqdarını. Vəkil Qulam İsmayılzadə

Məmmədov Ə. 2023-03-12 23:51:47

Qulam məllim bağışlayın baş ağrısı olmasın.Evi hazır tikili vəziyyətdə almışdım öz pulumla.Bağışlayınki bunu qeyd etmək yadımdan çıxmışdı.Təxminən indiki 4000 man.Onlar tərəfindən heç bir maddi kömək olmadan.Ata evimizi satıb -bölüşdük qardaşlar arasında .Mənə düşən paydan bu evi aldım.

Fəridə Muradova 2023-03-15 07:28:50

Salam. 8illik evliyəm. 3yaşında oğlum var. Evləndikdən sonra daxili kreditlə mənzil alınıb (təmirsiz) hələ kupçası yoxdur. Yaşadığımız ev qaynanamın adınadır (qeydiyyatdayam) Yoldaşım dövlət işçisidir, qanunu aylıq gəri 300-400manat arasıdır. Ancaq əlavə gəliri çoxdur. Xəyatən etdiyi üçün ayrılmaq istəyirəm. Bilmək istərdim ki; 1. Uşağıma aliment qanunu gəlirinə görə hesablanıb veriləcək? 2. Kreditlə (bitməsinə 5ay qalıb) alınan mənzil yarı bölünəcək mi? 3. 3yaşlı oğlumun boşandıqdan sonra hansı valideyni ilə qalmaq üçün öz seçimi var mi? 4. Mənə yaşadığım evdən pay düşür mü və ya evdən çıxmamaq kimi şansım var mı? Təşəkkürlər…

Əlavə gəlirlərini sübut edə biləsniz əlavə gəlirdən də aliment tutulacaq. Daxili kreditə ödənilən pulun yarısını tələb edə bilərsiniz. Uşaqların fikri 7 yaşdan sonra nəzərə alına bilinər. Qaynananın evindən sizə pay düşmür. Vəkil Qulam İsmayılzadə

Gülnar 2023-03-17 14:23:59

Salam mən 5 illik evliyəm yoldaşım bir il ərzində 3 ay bizimlə yaşayır oda məcbur qalan ayları ukraynada olur heç cürə alınmır münasibətimiz 4 yaşında qızım var boşandıqda uşaq mənimlə qalacaq?

Çox güman ki, bəli. Vəkil Qulam İsmayılzadə

ELWEN 2023-03-22 22:45:14

SALAM YOLDAWIMLA BOWANMAQ ISDEYIREM adima mawin var o mulk kimi aramizda boluneceymi

Birgə nikah dövründə alınıbsa bölünə bilər. Vəkil Qulam İsmayılzadə

Togrul 2023-03-22 23:25:44

Salam 2ay qabaq yoldasim ayaq tromp amaliyyati adi ila atasi evina atasi ila gedib 2haftalik artiq 2ayi kecib halada geri galmir va bosanmaq istayir bizim 3usagimiz var( 2yas 7ay , 6yas 3ay, 9yas 3ay) balaca iusagi ozu ila aparib boyuk 2usaqlara maktaba gora man baxiram man va 3usaqlar anamin adina olan evda qeydiyyatdayiq yoldasim oz anasi evina qeydiyyatdadi sabab isa bos manasiz sabablar whatsap islatmaklar maqazina gedib galmaklar usaqlari maktaba aparib gatirmak istamaklardi mansa bunlara icaza vermiram cunki hamsini ozum ediram sualim budur 1-sual . bosanmaya getsa sohbat evdan yoldasima va yaxudda usaqlara pay dusur ana evimdan 2-sual . 2usagini maninla qoyub getmayina gora mahkamadan man oz xeyrima nasa cixara bilaram 3-sual . 1ci bosanmaq arizasini o versa manim xeyrimadi yoxsa man versam manim xeyrimadi 4-sual . Butun aila dayi bibi emi xaal daxil olmaqla manim uzarima dusublar bu na daracada dogrudur bunlardanda istifada edib oz xeyrima nasa cixara bilaram? 5-sual . Anamin adina masin var amma gen davernusla manim adimadi bundanda yoldasima pay dusur? Agar sada davernus olsa neCa yena dusacak? Cox xahis ediram suallarin hamsina cavab verin zahmat olmasa

Salam. Evdən və maşından yoldaşınıza pay düşmür. Uşaqların kimin yanında qalmasını isə məhkəmə ətraflı işn hallarına baxdıqdan sonra müəyyən edəcəkdir. Vəkil Qulam İsmayılzadə

Ərlə arvad boşandıqdan sonra yeni problemlər ortaya çıxdı

Azərbaycanda ər-arvad müəyyən səbəblərə görə boşansa da, onları qarşı-qarşıya qoyacaq məqamlar ortaya çıxa bilir. Qadın ərindən ayrılsa da, bu heç də onun sərbəst qərar vermək iqtidarında olması demək deyil. Ərlər həmişə keçmiş xanımlarını özlərindən asılı salmaq üçün müxtəlif üsullardan istifadə edirlər

Milli.Az-ın xanım oxucularından biri yazır ki, bu ilin fevralında ərindən boşanıb və məhkəmə uşağın anada qalması qərarını verib. Lakin yayda övladı ilə Türkiyəyə istirahətə getmək istəsə də, bu istəyini reallaşdıra bilmir. Keçmiş əri ona övladının xaricə getməsi üçün etibarnamə vermir. Özü də bunu birbaşa yox, müxtəlif bəhanələrlə edir.

Başqa bir qadın isə yazır ki, ərindən ayrılıb və onun əri hazırda oğurluq etdiyinə görə cəza çəkir. Lakin övladını xaricə aparmaq üçün keçmiş ərindən icazə ala bilmir.

Hüquqşünaslar hesab edirlər ki, valideynlərin icazəsi olmadan 18 yaşı olmayan övladın ölkə ərazisini tək edə bilməməsi düzgündür. “Hüquqi Dövlət” araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, bu məsələ əvvəl “Pasport haqqında” qanunla tənzimlənirdi, indi isə Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Uşaq hər iki valideynin razılğı ilə ölkə ərazisini tərk etməlidir. Valideynlərdən biri razılıq verməsə, bu zaman qarşı tərəf məhkəməyə müraciət etməlidir. Məhkəmə bu barədə qətnamə qəbul etməli və razılıq verməlidir. Bundan sonra digər valideyn məhkəmə icazəsi ilə övladını ölkə xaricinə apara bilər.

Ekspertin sözlərinə görə, ölkə Konstutitsiyanın 34-cü maddəsinə görə valideynlərin öz övladlarına qarşı vəzifələri eynidir və onları saxlamağa borcludur:

“Qanunun yetkinlik yaşına çatmayan övladın bir valideyn tərəfindən ölkə xaricinə aparılmasına icazə verməsi, digər valideynin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Burada heç bir problem yoxdu”.

M.Baxış qeyd etdi ki, 2013-cü ilin sentyabrından qüvvəyə minmiş qanuna görə yetkinlik yaşına çatmayan uşaqlara ümumvətəndaşlıq pasportu alınmalıdır. Bu məsələdə də pasportun verilməsi müddətlə bağlıdır. Ola bilər ki, ata uzun müddətə razılıq versin. Ümumvətəndaşlıq pasportunun alınması o demək deyil ki, uşaq valideynlərdən hər ikisinin icazəsi olmadan ölkəni tərk etsin. Yenə də uşaq hər iki valideynin razılğı ilə ölkəni tərk edə bilər.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a bildirildi ki, əgər ərlə arvad məhkəmə qaydasında rəsmən boşanıbsa və məhkəmə tərəfindən uşaq anaya verilibsə, biometrik pasportun alınmasında atanın icazəsinə ehtiyac yoxdur. Sadəcə, rəsmi boşanma və uşağın anada qalması barədə məhkəmə qətnaməsi olmalıdır. Boşanmamış ailələrdə isə uşağın biometrik pasport alması üçün hər iki valideynin razılğı olmalıdır.

Qeyd edək ki, valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilib. Artıq uşaqlara biometrik pasportlar alınmalıdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalıdı, sonra ata və ananın etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmalıdır. Pasportun verilməsi üçün zəruri sənədlərin siyahısına pasport verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Bir yaşı tamam olan uşaqlara 3, 3 yaşı olanda 5 illik pasportlar verilir.

Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır. Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır.

Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.