Press "Enter" to skip to content

Əski əlifba

1929-cu ildən başlayaraq Ümumittifaq MK-nın rəhbərliyi altında digər türk xalqları da yeni əlifbaya – latına keçirlər. Həmin ildə qazax, tatar, özbək dillərində standart orfoqrafiyalar yaradılır və istifadəyə buraxılır. 30-cu illərdən türkmən, başqırd, qaraqalpaq dillərinin əlifbası və orfoqrafiyası formalaşır. Beləliklə, türk ədəbi dillərinin orfoqrafiya bazaları yaradılır.

ƏSKİ ƏLİFBAMIZ

Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı və BDU-nun “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Samir Xalidoğlu ilə əski əlifbamızdan danışdıq.

Fuad Babayev: Əgər xəyali bir zaman maşınına minib elə bu coğrafiyada keçmişə qayıtsaydıq, mətbuatı, ad asılqanlarını, elanları oxumaq üçün bizə hansı ilə çatdıqdan sonra əski əlifbanı bilmək lazım gələrdi?

Gülər Qafqazlı: Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulanda, hətta onun ilk dövrlərində bizim bütün görkəmli ictimai, siyasi xadimlərimiz əski əlifbada yazıblar. Onların əski əlifbada bir çox əsərləri var.

Fuad Babayev: Latın qrafikasına keçid nə zaman oldu?

Gülər Qafqazlı: 1927-ci ildə olub. Amma ona qədər bizim bütün sənədlərimiz, əsərlərimiz hamısı əski əlifbada yazılıb.

Fuad Babayev: Yəni 1926-cı ildə Bakıda çıxan hər hansı azərbaycandilli bir qəzet əski əlifbada çıxırdı.

Samir Xalidoğlu: Bəli, doğrudur.

Fuad Babayev: Bəs Türkiyədə Mustafa Kamal Atatürk nə zaman latın qrafikasına keçmək qərarını verdi?

Gülər Qafqazlı: Hakimiyyətə gəldikdən bir müddət sonra.

Fuad Babayev: 1927-ci ildən əvvəl, yoxsa sonra?

Samir Xalidoğlu: Sonra. Bizdə 1927-ci ildən təcrübəyə olunmağa başladı, amma tam keçid 1929-cu ildə oldu. O dövrün mətbuat nümunələri ilə tanış olanda görürük ki, 4 səhifəlik qəzetdirsə ilkin dövrdə son səhifə latın qrafikası ilə verilirdi. Zaman keçdikcə artıq iki, daha sonra üç səhifə olmağa başladı. Həm də əlifbanı öyrədə-öyrədə, tədricən tətbiq etmək istəyirdilər, birdən-birə çox çətin olardı. Ardıca Türkiyədə də buna bənzər bir proses getdi. Bundan sonra bizim sovet başbilənləri gördülər ki, bu meyar xalqlar arasında daha da yaxınlığa səbəb olur. Ona görə də 1939-cu ildə kiril qrafikasına keçildi. Arada böyük bir bağ qırıldı.

Fuad Babayev: Ərəb əlifbasından imtina bizə nəyisə verdimi? Bir tədqiqatçı kimi necə düşünürsünüz?

Gülər Qafqazlı: Əvvəla, biz bu əlifbadan imtina edərərək bir çox Avropa dövlətlərinə inteqrasiya etmiş olduq. Çünki eyni qrafikalı hərflərdir və daha sadədir. Ərəb hərfləri ilə sözləri yazarkən daha çox zaman sərf olunur, həm də bilirsiniz ki, yazılar sağdan-sola yazılır. Bu da tələbələrin, şagirdlərin xaricdə təhsil almasına çətinliklər törədirdi. Amma biri də var ki, əvvəldən latın qrafikalı hərflərlə tanış olsunlar, öyrənsinlər. Bizim dilimizə təkcə ərəb-fars sözləri keçməyib axı. Avropadan da, yunanlardan da, digər dövlətlərindən də sözlər almışıq. Həmin sözləri latın qrafikası ilə yazmaq daha asan olur. Onların da qarşılıqlı olaraq Azərbaycan dilini öyrənmək istəyi də daha asan reallaşır. Çünki eyni qrafikli hərflərdir.

Fuad Babayev: Mən təhsil aldığım vaxtlar orta məktəbdə ərəb dili tədris olunduğu üçün ərəb qrafikası barədə anlayışım var. Və mən bilirəm ki, kiril və ya latın qrafikasını mənimsəmək ərəb qrafikasını mənimsəməkdən əhəmiyyətli dərəcədə asandır.

Samir Xalidoğlu: Sözsüz ki, çünki ərəb hərfləri ilə yazılanda sait hərflər göstərilmir. Onların göstərilməməsi bir çox səhvlərə gətirib çıxarırdı. Çoxlu yanlışlıqlar baş verirdi.

Fuad Babayev: Hərəkələri nəzərdə tutursunuz?

Gülər Qafqazlı: Bəli.

Samir Xalidoğlu: Ərəb qrafikasından imtina barədə onu əlavə edim ki, əvvəla suala cavab birmənalı deyil. Gülər xanımın dediyi ilə razıyam. Bu işin bir tərəfidir. Bizim aydınlarımız da bilmirdilər, elə Axundzadə, Məhəmməd ağa Şahtaxtlı başda olmaqla. Müəyyən layihələr də hazırlamışdılar, amma onların layihələri əlifbadan imtinaya yox daha çox onun sadələşdirilməsinə yönəlmişdi. Burda da problem ondadır ki, ərəb dilində dörd “Z”, üç “S” , iki “H” və iki ”T” hərfi var. Ərəblər üçün onları fərqləndirmək çətin deyil. Çünki tələffüzdə hərflər seçildiyinə görə onlar avtomatik bilirlər. Amma bizdə belə deyildi. Digər bir məqam ondan ibarətdir ki, biz əlifbanı dəyişməklə təxminən 13 əsrlik bir tariximizdən qopduq. O dövrdə belə idi ki, Bakıda çıxan qəzeti Krımda da, Kazanda da rahat oxuyurdular. Orta Asiyada, hətta Qahirədə də oxuya bilirdilər. Çünki əlifba eyni idi. Sözlərin çoxu ərəb-fars sözlərindən alınma idi. Bütün xalqlar üçün də demək olar ki, ümumişlək sözlər çox idi. “Əkinçi” qəzeti Daşkənddə çıxan hər hansı qəzetlə informasiya mübadiləsi edə bilirdi. Və yaxud da bizim aydınlarımız Kazandakı həmkarları ilə rahat yazışırdılar, həmçinin Osmanlı ilə. Amma əlifba dəyişdikdən sonra artıq bu ənənələr aradan qalxdı.

Fuad Babayev: O qrafika üzərində köklənən rabitələr onsuz da sovet hakimiyyəti qurulduqda və sonrakı mərhələdə qırılmışdı. Qrafikalar dəyişdikcə biz hər dəfə nələrdənsə imtina etmiş olurduq. Tutaq ki, mən kiril qrafikalı Azərbaycan dilində olan kitabları sərbəst oxuya bilirəm, mənim övladım isə yox.

Gülər Qafqazlı: Oxuya bilən gənclər də çətinlik çəkirlər.

Fuad Babayev: Əski əlifba harda öyrədilir?

Gülər Qafqazlı: Şərqşünaslıq fakültəsində ümumiyyətlə şərq dilləri tədris olunduğu üçün həmin qrafikalar keçirilir. Ərəb, fars, urdu, ivrit dili.

Fuad Babayev: İvrit dilinin qrafikası fərqlidir axı.

Gülər Qafqazlı: Fərqli olsa da onlara ikinci Şərq dili kimi keçirilir və artıq bu yazını tamamilə oxuya bilirlər.

Fuad Babayev: Bəs tarix fakültəsində?

Gülər Qafqazlı: Əski əlifbada çap olunan qəzetlərimizin oxuna bilməsi və ya şairlərin bəzilərinin əsərlərinə müraciət etmək imkanının olması üçün filologiya və jurnalistika fakültələrində öyrədilir. Amma təəssüflər olsun ki, tarix fakültəsində tədris olunmur.

Samir Xalidoğlu: Bizim fakültədə xəttalıq tədris olunmur, amma, məncə, şərqşünaslıqda xəttatlıq da öyrədilir.

Fuad Babayev: Məsələn, kufi xətti, nəstəliq xətti.

Samir Xalidoğlu: Biz onlar haqqında məlumat verib daha sonra sırf oxu vərdişlərinə keçirik. Çünki filologiya ilə bizdə fərq ondadır ki, filoloji baxımdan o əlifbada yazıb yaratmış əksər mütəfəkkirlərimiz, yazıçı, şairlərimizin əsərləri çevrilib. Amma jurnalistika sahəsində bu vacib problemdir. Çox böyük boşluq var. Tutaq ki, bizim Cümhuriyyət dövrünün mətbu orqanı olan “Azərbaycan” qəzeti əski əlifbadadır. Bir çox tədqiqatçıların əli ona çatmır. Söhbət əlifbanı bilməyənlərdən gedir. Jurnalistika fakültəsi yaranandan bu fənn tədris olunub. Sadəcə son 3 ildə bizdə müəyyən dəyişiklikər oldu.

Gülər Qafqazlı: Samir müəllimin sözünə əlavə edim ki, hazırda Şərqşünaslıq İnstitutunda Cənubi-Azərbaycan şöbəsi məhz həmin dövrün qəzetlərini Azərbaycan dilinə çevirməklə məşğuldurlar.

Fuad Babayev: Bəs əski əlifba kursları varmı? Düzünü desəm mən rast gəlməmişəm.

Samir Xalidoğlu: Yoxdur.

Fuad Babayev: Bir çox kurslar fəaliyyət göstərdiyi halda heç bir yerdə əski əlifba öyrədilmir. 2019-cu ildir və 90 il bundan əvvələ qədər faktiki olaraq bizim bütün mətbuatımız ərəb qrafikası ilə olub. Biz Cənubi Azərbaycan ədəbiyyatı ilə, 90 il bundan öncənin Azərbaycanda çap olunmuş kitabları ilə maraqlanmırıq. Dolayısı ilə desək əski əlifbanın heç yerdə faktiki olaraq öyrədilməməsi tələbin olmamasından qaynaqlanır? Niyə tələbat yoxdur?

Gülər Qafqazlı: Tələbat yoxdur, ona görə ki, elmə gələn mütəxəssilərin sayı azdır, hamı elmlə məşğul olmaq istəmir. Bakının elə kəndləri var ki, məscidlərdə Quran oxumaq üçün ərəb dilini guya ki, tədris edib öyrədirlər. Həmin şəxslər isə düşünürəm ki, nadir hallarda Azərbaycanda əski əlifba ilə çıxmış qəzetlərlə maraqlana bilərlər.

Fuad Babayev: Maraqla yanaşı axı biz, həm də bilik və qabiliyyətlərimizi konvertasiya etməyi bacarmalıyıq. Görünür əski əlifba ilə pul qazanmaq mümkün olmadığı üçün insanlara maraqlı gəlmir.

Gülər Qafqazlı: Elə mən də onu demək istəyirdim ki, gəlir gətirən sahə olmadığı üçün insanların diqqətini çəkmir. Bu sırf mütəxəssislərə lazım olan bir şeydir.

Samir Xalidoğlu: Bizdə bir çox sahəyə biganəlik olduğu kimi bu sahədə də var. Bir neçə il əvvəl biz hazırlıq kurslarının birində əski əlifbanın öyrənilməsi ilə bağlı bir layihə fikirləşmişdik. Məni də ora mütəxəssis kimi təqdim etmişdilər. Təəssüf ki, tələb olmadığı üçün baş tutmadı. İnternetdə də araşdıra bilərik. Hərdən mən özüm də baxıram. Youtube-da da əski əlifba ilə bağlı dərslər var. Amma orada söhbət sırf ərəb dilindən gedir.

Fuad Babayev: Ərəb dilini öyrənmək kontekstində əski əlifbanı öyrənmək.

Samir Xalidoğlu: Amma ərəb dilini bilmək hələ o demək deyil ki, bizim mətbuatı oxuya bilər. Çünki bizdə elə özünəməxsus xüsusiyyətlər var ki, onlar ərəbdə də, farsda da yoxdur. O özəlliklər sırf bizim türk xəttatlar tərəfindən əlavə edilib. Yəni fars, ərəb dili bilən də onu oxuyur, amma mənasını başa düşə bilmir. Çünki ərəb dilində o birləşmələr yoxdur. Bizim xəttatlar müəyyən hərfləri birləşdirib bir hərf alıblar.

Gülər Qafqazlı: Bir də “sağır nun” hərfi var ki, o da məhz türkdilli xalqlar arasında işlədilən bir hərfdir. Onu ərəb, fars dili keçənlər onsuzda bilmirlər.

Fuad Babayev: İnsanlarda əski əlifbaya marağı stimullaşdırmaq üçün nə etmək olar?

Samir Xalidoğlu: Mən öz təcrübəmdən danışa bilərəm. Bizdə uzun müddət, yəni son 3 ilə qədər əski Azərbaycan yazısı fənnini fiologiya fakültəsi müəllimləri tədris edirdi.

Təmkin Məmmədli: Yəni jurnalistikada filologiya müəllimləri.

Samir Xalidoğlu: Bəli, mən də elə tələbə vaxtımdan öyrənmişdim. Sonradan rəhmətlik Şirməmməd Hüseynovla birgə işlədik. O, mənə tez-tez tapşırıqlar verirdi, arxivə gedib materiallar oxuyurdum. Həvəs yarandığı üçün zaman keçdikcə oxuya-oxuya daha yaxşı mənimsədim. Sonradan bizim fakültədə, qeyri-ixtsas fənlərini jurnalistika ixtisasına uyğunlaşdırmaq istiqamətində bir təşəbbüs oldu. Birinci əski yazıdan başlanıldı və irəli sürüldü ki, biz əski azərbaycan yazısı fənnini filoloji aspektdən çıxarıb mətbuata yönəldək. Yəni tələbələr sırf mətbuatı oxuya bilsin. Və mən tədris etməyə başladım. Sonradan da 2 müəllim öyrətdim və biz artıq 3 nəfərik.

Fuad Babayev: Samət Əlizadənin “Əski Azərbaycan yazısı” kitabı əsasında.

Samir Xalidoğlu: Bəli.

Fuad Babayev: Bu kitab 93-cu ildən bu yana çıxmayıb deyəsən.

Samir Xalidoğlu: Xeyr, təkrar çıxmayıb.

Fuad Babayev: Bu kitab özü kril qrafikasındadır. İndiki tələbələri də çoxu kiril qrafikasını bilmir. Qəribə situasiyadır ki, biz əski əlifbanı öyrətməkdən ötrü kiril qrafikalı kitabdan istifadə edirik. Görəsən niyə yenidən çıxmır bu kitab?

Samir Xalidoğlu: Mən şəxsən özüm yeni bir dərslik üzərində də işləyirəm.

Gülər Qafqazlı: Bir şey də əlavə edim ki, düzdür, əski əlifbanı bilməklə oxumaq olur, amma Cümhuriyyət dövründən sonra bizim bəzi xadimlərimiz Türkiyə Cümhuriyyətinə pənah aparıb və məcburən orada yaşayıblar.

Fuad Babayev: Məsələn, Əhməd bəy Ağaoğlu.

Gülər Qafqazlı: Bəli. Və həmin şəxslər sözsüz ki, Türkiyə mətbuatında da çıxış edirdilər. Onların da yazıları çıxırdı. Mən Türkiyədə çap olunan qəzet yazılarını da oxumuşam. Amma orda yazılanlar türk dilinə uyğunlaşdırılıb.

Fuad Babayev: Yəni osmanlı türkcəsinə.

Gülər Qafqazlı: Bəli. Özüm Osmanlı sənədləri ilə işlədiyim üçün deyə bilərəm ki, o sənədləri oxuya bilmək üçün təkcə əski əlifba da kifayət etmir. Çünki osmanlı dili 3 dilin qarışığıdır desəm daha doğru olar.

Samir Xalidoğlu: Bizdə son illərdə bir kitab da yazılıb.

Fuad Babayev: Cahan Ağamirov “Eski Azərbaycan Yazısı” kitabı

Samir Xalidoğlu: Bəli, bu kitab filologiya fakültəsi tələbələri üçün hazırlanmış dərs vəsaitidir. Mənə də keçən il tələbələrim göstərdi. Müəyyən qədər uyğun gəldiyi üçün faydalanmaqlarını məsləhət gördüm. Amma kitabda bəzi razılaşmadığımız məqamlar da var ki, digər müəlliflərdə yoxdur.

Fuad Babayev: İranda bu qədər azərbaycanlı yaşayır, azərbaycanlıların orada çoxlu qohum-əqrəbaları var. Bu da əski əlifbaya maraq yaranmasına səbəb olmur. GörəsənCənubi Azərbaycanda latın qrafikasına maraq varmı?

Samir Xalidoğlu: Bizdə əski əlifbanı bilənlər qıt olduğu kimi onlar da bizim qrafikanı zəif bilirlər, elə burdan qaynaqlanır ki, qarşılıqlı fikir mübadilələri də az olur.

Təmkin Məmmədli: Yeganə sayt axar.az-dır ki, orda əski əlifbada informasiyalar olur.

Fuad Babayev: Belə görünür ki, bu qrafika azərbaycanlıların daxilində nə qədər problemlər yaradıb.

Samir Xalidoğlu: Bu özü də iki xalqın nümayəndələri arasında bir uçurumdur.

Gülər Qafqazlı: Bütün dünyada olduğu kimi artıq Cənubi Azərbaycanda yaşayanlarda da ingilis dilinə meyillilik yaranıb. Məktəblərdə də tədris olunduğu üçün istər-istəməz latın qrafikası onlara daha asan gəlir. Yəni onlara üçün daha asandır nəinki bizimkilər üçün onların qrafikası.

Samir Xalidoğlu: Yaxşı haldır ki, bu bizdə fakültətiv fənn deyil, ana fənndir, yəni məcburi keçirilir.

Fuad Babayev: Demək olar ki, bütün jurnalistika fakültəsi bakalavr məzunları əski əlifbanı bilirlər?

Samir Xalidoğlu: Son 3 ildəki müşahidələrimdən deyə bilərəm ki, ilk günlərdə maraq olmur. Bu bizə nə üçün lazımdır, bunu niyə öyrənməliyik tipli suallar çox verilir. Amma get-gedə maraq oyanmağa başlayır. Hətta keçən il dərs dediyim tələbələr belə indi gəlib material istəyirlər.

Gülər Qafqazlı: Əvvəllər Bakı şəhərində 132 saylı və 44 saylı məktəblərdə ərəb dili tədris olunurdu. İndi artıq ərəb dili təmayüllü məktəblər də qalmayıb. Hamısı ingilis dilinə keçib və hər kəs dünyaya inteqrasiya etmək istəyir.

Samir Xalidoğlu: Halbuki ərəb dilinə böyük ehtiyac var.

Gülər Qafqazlı: Biz öz tariximizi öyrənmədən, öz identikliyimizi bilmədən bir millət kimi necə yetişə bilərik?

Fuad Babayev: Sıravi vətəndaş əski əlifbanı bilməyə bilər, amma bəzi tarixçilərin bilməməsi artıq bir faciədir. Tariximizi saxtalaşdırma cəhdləri çoxdur və biz onun qarşısını almalıyıq, amma əski əlifbanı oxuya bilmədiyimiz üçün artıq bu çətinləşir. Əski əlifbanın öyrənilməsinin vacibliyinin başa düşülməsi üçün cəmiyyətə hansı informasiyanı translasiya etmək lazımdır? Bu marağı insanlarda necə körükləmək olar?

Gülər Qafqazlı: Mənə elə gəlir ki, başlıca olaraq maddi vəziyyət bu çatışmazlığın, boşluğun mövcud olma səbəblərindəndir. Elmə kifayət qədər maliyyə ayrılsa, bəlkə də ora gələnlərin sayı da artar. Nəticədə hər bir fərd öz millətinə, xalqına, Azərbaycanın tarixinə müəyyən qədər xeyir verə bilər. Məsələn, əski əlifbanı öyrənmiş hər hansı şəxs Əhməd bəy Ağaoğlu irsindən müəyyən hissəni azərbaycan dilinə çevirə bilər, bu minvalla da Azərbaycan tarixinə müəyyən töhfə vermiş olar.

Samir Xalidoğlu: Əhməd bəy böyük ictimai, siyasi xadim olub. Onun ermənilərə qarşı çox kəskin yazıları var.

Fuad Babayev: Əlbəttə, axı “Difai”nin yaradıcısından söhbət gedir.

Gülər Qafqazlı: Digər tərəfdən fəlsəfəyə də töhfələr verilə bilər. Axı Şərq fəlsəfəsi də var. Şərq fəlsəfəsində ərəbcə yazılan əsərlər var, fars dilində də var. Onun da yetişməsi üçün o dili mükəmməl bilən mütəxəssislər lazımdır, yəni bizdə mütəxəssis sayı çox azdır. Ona görə ki, elmə lazımi maliyyə ayrılmır.

Samir Xalidoğlu: Əlifbanı bilmədiyimiz üçün elə dəyərli mənbələr, yazılar var ki, onları oxuya bilmirik və ya onlardan ümumiyyətlə xəbərimiz yoxdur. Elə sizin saytın profilinə uyğun olaraq deyim ki, bizim mətbuatda Fətəli İsmixanov adında klassik bir müəllif olub. Bu şəxs sırf erməni mənbələri ilə işləyib. Hansı erməni qəzetində nə yazılırdısa onları erməni dilindən Azərbaycan dilinə çevirib. Bütün əksər qəzetlərdə “erməni mətbuatı” rubrikasını bu şəxs işləyib. Məhz bu yazılar da əski əlifbadadır.

Fuad Babayev: Çox maraqlı bir məsələdir.

Samir Xalidoğlu: Onun “Açıq Söz” qəzetində 24 hissədən ibarət “erməni hərəkatı tarixi” adlı yazısı var. Mən o yazıların böyük bir hissəsini çevirmişəm.

Fuad Babayev: Dərc etmisinizmi?

Samir Xalidoğlu: Xeyr, dərc olunmayıb. Orda ermənilərin aktivliyinin nə vaxtdan başlamasından da söz açılır. 16-17-ci əsrdə bizim heç nədən xəbərimiz yox idi, erməni kilsələri isə fəaliyyətdə idi. Kilsə rəhbəri millətin atası sayılırdı. O vaxtdan onların dövlətçilik iddiaları olub. Sonradan hansısa səbəblərlə bu iddialar sönüb, növbəti mərhələdə isə bu məsələ çar gündəminə kimi qaldırılıb. Düzü o vaxtlar onlar bizim yox, indiki Türkiyə ərazilərini iddia edirdi.

Hətta onlar Fransaya qədər gedib çıxıblar. Təbliğata çox böyük pullar ayrılıb. Fətəli İsmixanovun qəzetlərə verdiyi yazılar bu sferada olub. Bunlar çox mühüm və tədqiqat tələb edən mövzulardır, millət səviyyəsində əhəmiyyətlidir.

Gülər Qafqazlı: Hətta 15-17-ci əsrlərdə Avropadan gələn səyyahları da marşrut xətləri üzrə ermənilər müşayiət edirdi. Mən oxuyanda gördüm ki, nə gələnlər adi səyyahlar olub, nə də ermənilər onlara elə-belə bələdçilik etməyiblər. Böyük əksəriyyəti kəşfiyyatçı olub.

Fuad Babayev: Bayaq Samir müəllim də toxundu ki, qrafikaların dəyişməsi müxtəlif nəsillər arasında körpüləri yandırıb, keçilməz uçurumlar yaradıb. Düzü biz heç o uçurumları keçməyə iddialı görünmürük. Amma tutaq ki, kimsə Bakıda öz təşəbbüsü ilə və ya kiminsə məsləhəti ilə əski əlifbanı öyrənmək istəyir. Həmin şəxs hara müraciət etməlidir?

Samir Xalidoğlu: Mən özüm son 2-3 ildir fakültə daxilində məşğul oluram.

Gülər Qafqazlı: Bizə müraciət edənlər olur və böyük məmnuniyyətlə onlara yardım edirik. Hətta əski əlifba ilə yazılmış sənədləri də bizə təqdim edirlər. Şərqşünaslıq institutu bunu təmənnasız edir. Amma tədrisə gəldikdə bununla bağlı bizim institutda kurslar mövcud deyil.

Fuad Babayev: Son dövrlərə nəzər saldıqda mənzərə belədir: ərəb qrafikası, latın qrafikası, kiril qrafikası və yenidən latın qrafikasına keçid. Bu özü-özlüyündə bir xalqın, toplumun daşıya biləcəyi çox ağır bir yükdür. Üstəlik bizim keçmiş dövrlərdə yaşayan soydaşlarımız nəinki fərqli qrafikalarda yazıb oxuyublar, həm də bu dəqiqə İran İslam Respublikasında yaşayan soydaşlarımız başqa qrafika ilə yazırlar, oxuyurlar. Bu fenomen özü toplumumuza, mənəviyyatımıza, tariximizə, Azərbaycan ideyasına böyük zərbədir. Bu problemləri çözmək cəhdlərindən xəbəriniz varmı?

Gülər Qafqazlı: Mənə elə gəlir ki, əski əlifbanın öyrədilməsi istiqamətində məktəblərdə 3 ay məcburi tədris aparılması məqsədəuyğundur. Məktəbləri ona görə deyirəm ki, çünki bizi gələcəyimiz orda yetişir. Və ya universitetlərdə kurs şəklində tədris aparıla bilər.

Samir Xalidoğlu: Mən belə bir təklif irəli sürərdim ki, bir neçə gün sosial şəbəkələrdə əski əlifba ilə nəsə yazılıb paylaşılsa bu insanların müəyyən bir qismində maraq oyada bilər. Ən əsası əski əlifbanın tarix fakültəsində tədrisi məsələsi daha məqsədəuyğundur. Həmçinin spesifik ixtisasların magistratura səviyyəsində. Çünki magistr birbaşa gələcəyin elm xadimi deməkdir.

Təmkin Məmmədli: Amma filologiyada bu tədris olunur.

Samir Xalidoğlu: Filologiya fakültəsində həmçinin əlyazmaların oxunması da var, ancaq biz yalnız çap mətbuatı ilə məşğuluq.

Gülər Qafqazlı: Biz isə əlyazmaları oxuyuruq. Birbaşa mənbənin özünə, yəni orijinala müraciət edirik. Çünki bizdə belə tələb olunur. Amma jurnalistikada daha fərqlidir. Bəzən elə əlyazmalarla qarşılaşırıq ki, çox çətin olur. Məsələn, Osmanlı sultanı lll Səlimin əlyazmaları.

Təmkin Məmmədli: Gülər xanım, səhv etmirəmsə sizin Avrasiya Universitetində əski əlifba ilə bağlı təlimləriniz də olub.

Gülər Qafqazlı: Bəli, orda ərəb dili tədris olunduğu üçün mən onlara ərəb yazı xətt növlərini göstərdim. Sözsüz ki, onların içərisində şifrəli yazıya və siyaqət xəttinə xüsusi yanaşdım, çünki siyaqət xəttindən adi yazıda istifadə olunmur. Bu sırf maliyyə üçün istifadə olunan xətt yazı növüdür. Mən onların fərqini də izah etdim, çox maraqla qarşılandı. Digər maraqlı gələn bir nüans divani xətt yazı növ idi. Çünki divani xətt bilirsiniz ki, rəsm əsəridir. Onun içərisini oxumaq olduqca çətindir. Bu növdə yazı yazarkən birinci şam formasında konstruksiya qurulur daha sonra onun içərisi yazılır. İlk baxışda biz orda şam görürük, amma içərisi yazıdır.

Hazırladı: Aytac Hüseynova, 1905.az

İlk dəfə 3 yanvar 2020-ci ildə dərc edilib.

алфавит

1. азбука, алфавит (совокупность букв какой-л. письменности, расположенных в установленном порядке). Azərbaycan əlifbası азербайджанский алфавит, ərəb əlifbası арабский алфавит, latın əlifbası латинский алфавит, rus əlifbası русский алфавит

2. букварь (книжка для первоначального обучения грамоте), азбука

1. азбучный, алфавитный. Əlifba kataloqu алфавитный каталог, əlifba göstəricisi алфавитный указатель, əlifba sırası алфавитный, азбучный порядок

2. букварный (производимый по букварю). Savad təliminin əlifba dövrü букварный период обучения грамоте; Morze əlifbası азбука Морзе, not əlifbası нотная азбука

◊ əlifbadan başlamaq начать с азов

сущ. собир. буквы, алфавит, графика. Latın hürufatı латинский алфавит (латинская графика, латинские буквы), ərəb hürufatı арабский алфавит (арабская графика); mətbəə hürufatı шрифт

глаг. латинизировать:
1. вводить, ввести, насаждать латинский язык и латинскую культуру где-л.

2. строить, построить алфавит на основе латинского, заменить какой-л. алфавит латинским. Əlifbanı latınlaşdırmaq латинизировать алфавит

1) буква, алфавит; 2) шрифты.
1) алфавит; 2) букварь, азбука; 3) письменность. Əlifba kitabı букварь.

1) давно созданный, существующий долгое время. Köhnə bina старое здание, köhnə şəhər старый город, köhnə park старый парк, köhnə ənənə старая традиция, köhnə mahnı старая песня, köhnə film старый фильм, köhnə (qədim) abidələr старые (старинные) памятники

2) давно занимающийся какой-л. деятельностью, опытный, бывалый. Köhnə işçi старый работник, köhnə müəllim старый учитель

3) давно известный. Köhnə ideya старая идея, köhnə lətifə старый анекдот
4) многолетний, выдержанный. Köhnə şərab старое вино, köhnə sirkə старый уксус

5) изношенный, давно сделанный, ставший ветхим, негодным от времени, от долгого употребления. Köhnə kostyum старый костюм, köhnə ayaqqabı старая обувь, köhnə maşın старая машина

6) ветхий, обветшалый, пришедший в негодность. Köhnə ev старый дом, köhnə dəyirman старая мельница

7) утративший свои качества, ставший не свежим от длительного хранения (о продуктах питания). Köhnə yağ старое масло, köhnə xörək старый обед

8) негодный, недействительный, использованный до определенного срока. Köhnə vəsiqə старое удостоверение, köhnə təqvim старый календарь, köhnə buraxılış (icazə) vərəqəsi старый пропуск, köhnə əlifba старый алфавит, köhnə pul старые деньги (вышедшие из обращения)

9) устарелый, устаревший, несовременный. Köhnə dəb старая мода, köhnə üsul старый метод

10) давний, давнишний. Köhnə vərdiş старая привычка, köhnə xasiyyət старый характер, köhnə xatirələr старые воспоминания, köhnə qonşular старые соседи, köhnə dost старый (старинный) друг, köhnə tanışlıq старое знакомство

11) предшествующий теперешнему, прежний, бывший. Mətnin köhnə çapı старое издание текста, köhnə ünvan старый адрес, köhnə mənzil старая квартира

12) не свежий (о периодических изданиях, письмах и т.п. прошедших дней, лет). Köhnə qəzet старая газета, köhnə jurnal nömrəsi старый номер журнала, köhnə məktublar старые письма

13) относящийся к урожаю или запасам предшествующего года. Köhnə taxıl старое зерно, köhnə məhsul старый урожай

14) относящийся к прежнему, отжившему строю, режиму. Köhnə dövlət aparatı старый государственный аппарат, köhnə dünya старый мир

2. старинный:

1) существующий с давних времен. Köhnə (qədim) kitablar старинные книги, köhnə (qədim) əşyalar старинные предметы

2) давний, старый. Köhnə tanışlıq старинное знакомство

3. устарелый (вышедший из употребления, не отвечающий современным требованиям). Köhnə baxışlar устарелые взгляды, köhnə (köhnəlmiş) sözlər устарелые слова

сущ. старое (то, что было прежде). Köhnəni unutmamaq не забывать старого, köhnəni yenisi ilə əvəz etmək старое заменить новым; köhnə vaxtlarda (zamanlarda) в старые времена (в старину), köhnə qayda üzrə по-старинке; köhnə şeylər старье (старые, негодные вещи, барахло); köhnə şeylər (paltar) satan старьевщик, старьевщица (торговец старыми, подержанными вещами), köhnə şey alverçisi барахольщик, барахольщица

◊ köhnə düşmən dost olmaz старый враг другом не станет; hər şeyin təzəsi, dostun köhnəsi старый друг лучше двух новых, köhnə adət üzrə по старой привычке, köhnə bazara təzə nırx qoymaq в чужой монастырь со своим уставом идти, устанавливать, установить свои (новые) порядки (правила); köhnə bayatını çağırmaq затягивать старую песню, köhnə qurd старый волк, köhnə iy burnunda qalıb не может забыть о чём-л. прошедшем, köhnə yaranı təzələmək задеть за живое, бередить рану; köhnə kəndə təzə dəb salmaq см. köhnə bazara təzə nırx qoymaq; köhnə küllükləri eşələmək см. köhnə palan içi sökmək (açmaq); köhnə məsələ старый вопрос, köhnə nağıl старая история, köhnə palan içi sökmək (açmaq) ворошить старое, köhnə haqq-hesabı üzmək (çürütmək) kimlə свести старые счеты с кем; köhnə hamam, köhnə tas а воз и ныне там, ничего не изменилось, всё остаётся по-старому; köhnə şey kimi (atmaq) как старый хлам (выбросить), köhnə qayda ilə işləmək работать по старинке

прил. латинский (относящийся к истории и культуре древнего Рима). Latın dili латинский язык, latın əlifbası латинский алфавит (латиница), Latın Amerikası ölkələri страны Латинской Америки (общее наименование стран Центральной и Южной Америки)

сущ. латынь (латинский язык)

сущ. стенография (способ быстрой записи устной речи посредством особой системы знаков и приёмов сокращений)

Əski əlifba

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

AZƏRBAYCANDA LATIN QRAFİKALI ƏLİFBAYA KEçİDİN PEDAQOJİ-PSİXOLOJİ ASPEKTLƏRİ HAQQINDA

ARZU Yolçuyeva,

pedaqoji elmlər namizədi

Tarixi keçmişimizdən indiyə kimi Azərbaycan xalqının bütövlüyü onun ərazisinin, dilinin, əlifbasının və bir çox maddi – mənəvi dəyərlərinin dəyişikliklərə məruz qalması heç də təsadüfi olmamışdır. Böyük ziddiyyətlərlə dolu olan həmin olayların dərin kökləri müharibələrin, qırğınların, itkilərin baş verməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini təşkil edən əsas atributlarını qoruyub saxlamağa, nəsildən-nəsil ötürməyə müvəffəq olmuşdur.

Dil və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən faktorlardandır. Əlifba bu və ya digər dilin yazısında işlədilən, həmin dil üçün qəbul edilmiş qaydada düzülmüş qrafik işarələr toplusudur. Ədəbi dilin inkişafında əlifbanın çox əməli əhəmiyyət kəsb etməsi əksəriyyətə yaxşı məlumdur.

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Belə əlifbalardan biri ərəb əlifbasıdır. 1929-cu il tarixinə kimi azərbaycanlılar tərəfindən istifadə edilmiş bu əlifba dilimizin fonetik təbiətinə yad olduğundan orfoqrafiyamızda müəyyən çətinliklər yaratmışdır. Haqlı olaraq Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbanın yeni əlifba ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mübarizə aparmışlar. Əski əlifbanın dəyişdirilməsi prosesi 1922-ci ildən başlanmış, 1929-cu ildə latın qrafikalı əlifbaya keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan bir əsrdə 4 əlifba dəyişikliyinə məruz qalmışdır.

Hələ ötən əsrin 21-ci ilində Azərbaycanda latın qrafikasına keçid üçün müəyyən tədbirlər görülmüşdü. 1924-cü ildə bu iş başa çatdırılır. Lakin imperiya siyasəti yenidən – 1939-cu ildə latını kirillə əvəz etdi. Beləliklə də, xalqımızın mənəvi sərvətlərinə xəyanət əli uzadıldı. Yaradılmış minlərlə mənəvi sərvət xəzinəsi istifadəsiz qaldı. Bu, həm də xalqımızın psixologiyasına, mənəviyyatına vurulan böyük zərbə idi. Dilimiz və əlifbamıza qarşı vaxtilə edilmiş haqsızlıq, təzyiq və təhriflərin nəticələri bu gün aradan qaldırılır.

Yeni əlifba müstəqil Azərbaycan dövlətinin mühüm atributlarından biridir. Latın əlifbasına keçid xalqımızın keçmişini bir daha özünə qaytardı. Milliözünüdərki formalaşdırdı. Milli şüurumuzun parametrlərini genişləndirdi. Dilimizin türk dilləri arasında yer və mövqeyini, onun qədim bir tarixə malik olmasını bir daha sübut etdi. Xalqın bəziləri bundan qürur duyur, bəziləri isə həyəcan və təlaş hissi keçirir.

Əvvəlki illərdə əlifba dəyişiklikləri Azərbaycan xalqının iradəsindən asılı olmayıb. Bu haqda xalqla heç bir məsləhətləşmələr aparılmayıb. Yeni əlifbaya keçid isə xalqın seçimi və arzusudur.

Ötən 10 il göstərdi ki, pərakəndə şəkildə və mərhələli qaydada latın qrafikasına keçmək özünü doğrultmur. Belə olan surətdə əhalinin az yaşlı təbəqəsi məktəblərdə bu əlifbanı öyrənib mənimsəyir, orta və yaşlı nəsil isə həmin işdən kənarda qalır.

Əlifba və orfoqrafiya bir-birindən ayrılmazdır. Orfoqrafiya dil normalarının sabitliyini təmin edən qaydalar sistemidir. Orfoqrafiya dil vahidlərinin yazılışını tənzimləyir, yazılı nitq normalarını qanuniləşdirir. Əlifba kimi orfoqrafiya da sosial problemlərdəndir. Hər bir ölkənin, o cümlədən müstəqilliyini qazanmış Azərbaycanın iqtisadi-mədəni yüksəlişində təkmilləşmiş orfoqrafiyanın və yeniləşdirilmiş milli əlifbanın rolu inkaredilməzdir. Orfoqrafiyaların tarixi əlifbaların tarixi ilə sıx şəkildə bağlıdır. Müxtəlif xalqların tarixində yad əlifbalardan istifadə istər-istəməz onların orfoqrafiyasına da bu və ya digər dərəcədə mənfi tə’sir göstərmiş, müəyyən təbəddülatlar baş vermişdir. Əlifbaların tətbiqi zamanı müxtəlif prinsiplər, qanunauyğunluqlar hər dövrün özünəməxsus orfoqrafiyasında aparıcı sayılmışdır. Məsələn, türk xalqlarının tarixində bir zamanlar ərəb əlifbasından istifadə müəyyən orfoqrafik çətinliklər yaratmışdır. Bu əlifbadan istifadə güclü psixoloji manelər törətmiş, ondan istifadə edənlərin əsəb sistemini demək olar ki, pozmuşdur. Məlumdur ki, hər hansı bir nöqtə işarəsi əlifbanın qüsuru hesab olunur. Ərəb əlifbasındakı saysız-hesabsız nöqtələr də onu oxuyana psixi təsir göstərmiş, müəyyən uyğunsuzluqlar yaratmışdır. Xeyli sayda faktlar vardır ki, nöqtələrin yerini dəyişik salmaqla və qarışdırmaqla bağışlanmaz anlaşıqlıqlar meydana gəlmişdir. Ərəb əlifbasında və orfoqrafiyamızda bu çətinliyə qarşı tərəqqipərvər ziyalılarımız, məsələn, M.F.Axundov ciddi mübarizə aparmışdır. O, Azərbaycan yazısındakı uyğunsuzluğu aradan qaldırmaq üçün hələ keçən əsrin ortalarında ərəb əlifbasını dəyişmək ideyasını irəli sürmüşdür. M.F.Axundov digər təkliflər də irəli sürmüşdür ki, bunların arasında dilimizin orfoqrafiyasını sadələşdirmək, onu canlı xalq dilinə yaxınlaşdırmaq və ərəb-fars sözlərini dilimizdə deyildiyi formada yazmaq və s.

1929-cu ildən başlayaraq Ümumittifaq MK-nın rəhbərliyi altında digər türk xalqları da yeni əlifbaya – latına keçirlər. Həmin ildə qazax, tatar, özbək dillərində standart orfoqrafiyalar yaradılır və istifadəyə buraxılır. 30-cu illərdən türkmən, başqırd, qaraqalpaq dillərinin əlifbası və orfoqrafiyası formalaşır. Beləliklə, türk ədəbi dillərinin orfoqrafiya bazaları yaradılır.

I Ümumittifaq MK-nın I Beynəlxalq plenumunda elmi şurada milli ədəbi dillərin orfoqrafiyasının yeni əlifbalar əsasında sabitləşdirilməsi məsələsi qoyulur.

1925-ci il tarixdən etibarən Azərbaycanda S.Ağamalıoğlunun təşəbbüsü ilə latın qrafikalı əlifbaya keçidin tərəfdarları müxtəlif tədbirlər keçirir, yeni əlifbanı kütlələrə tanıtmaqla məşğul olur, yeni əlibfaya tam şəkildə keçmək üçün maddi-mənəvi stimul yaratmaq uğrunda əzmlə mübarizə aparırdılar. Görülən mühüm işləri N.Nərimanov o zaman yüksək qiymətləndirirdi: “Mən artıq əminəm ki, yeni əlifba sözsüz həyata keçəcəkdir” [Bax: F.Aqazade, K.Karakaşlı, Ocerk po istorii razvitiə dvijeniə novoqo alfavita i eqo dostijeniə. İzd. VÜKNTA, Kazanç, 1928, s. 88].

Ərəb əlifbasından latına ilk keçid prosesini o vaxt yüksək dəyərləndirənlər onu “Şərqdə mədəni inqilab” adlandırırdılar. Türkiyə naziri Səbri bəy Moskvada olarkən demişdir ki, latın əlifbasının Şuralar İttifaqında yaşayan türk-tatar xalqları arasında həyata keçməsi başqa türk xalqları üçün də nümunə ola bilər [“Yeni yol” qəzeti, 7 yanvar 1926-cı il].

Əsrin 20-ci illərində latın əlifbasının qəbulu sahəsində sonuncu dönüş ili 1 Türkoloji Qurultayın çağrıldığı (1926-cı il 6 fevral) ərəfəyə təsadüf edir. Bu qurultayda latın əlifbasının sözügedən dövrün mədəni inkişafındakı rolu, azərbaycanlıların həyatındakı əhəmiyyəti və s. üzərində geniş dayanılmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə ərəb əlifbası əvəzinə latın əlifbasının qəbul edilməsinə Azərbaycanda yeni əlifba ideyasının qələbəsi də xeyli təsir göstərmişdir. Kamal inqilabından sonra əlifba islahatı uğrunda mübarizə yenidən başlandı və mübarizə kəskin siyasi xarakter aldı. ciddi mübarizə nəticəsində latın əlifbası tərəfdarları qalib gəldilər. Buna Azərbaycanda və keçmiş ittifatın digər respublikalarında latın qrafikalı əlifbanın qəbulu yardım etdi.

Tarixi proses müstəqillik yolunda mətanətlə çarpışan türkdilli respublikalarda kiril əlifbasının latın qrafikalı əlifba ilə əvəz olunması şəraitini zəruriləşdirdi. 1939-cu ildən 1991-ci ilədək kiril əlifbasından istifadə edən Azərbaycan xalqı 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etdi.

1991-ci ildən 2001-ci ilədək olan dövrü Azərbaycanda latın qrafikalı əlifbadan istifadənin pərakəndə dövrü adlandırmaq olar. çünki bu dövr ərzində respublikada latın qrafikalı Azərbaycan əlifbasından tam və məcburi şəkildə istifadə olunmamış, (əslində əlifbadan istifadə könüllülük prinsipinə əsaslanmalıdır – A.Y.) həm kiril, həm də yeni əlifba tədbiq olunmuşdur.

Görünür, bu müddət (10 il) latın qrafikalı əlifbaya keçid üçün həm də hazırlıq mərhələsi olub. Bu mərhələdə orta məktəblərin, litseylərin və digər ümumtəhsil məktəblərinin işini müsbət qiymətləndirmək olar. Məktəblilər və pedaqoji kollektiv çox böyük həvəslə latın qrafikalı Azərbaycan əlifbasını öyrənmiş, məktəb pedaqoji sahədə sənədləşmə işləri həmin əlifba ilə aparılmışdır. Təlim-tərbiyə işçiləri 10 il müddətində latın qrafikalı əlifbadan istifadə etməklə pedaqoji mühiti sağlamlaşdırmışlar. Bir sözlə, pedaqoji arenada latın qrafikasına keçidi və ondan istifadəni müsbət hal kimi dəyərləndirməmək haqsızlıq olardı.

Azərbaycanın universitet, institutut və orta ixtisas kolleclərində isə vəziyyət başqa cür olmuşdur. Kim necə istəyir, o cür də hərəkət etmiş, kiril və latın qrafikalı əlifbadan birgə istifadə edilmişdir.

Nazirliklərdə, təşkilat və idarələrdə latın qrafikalı əlifbaya, əslində maraq göstərilməmiş, rəsmi sənədləşmə işləri kirillə və çox hallarda isə rus dilində aparılmışdır. çünki həmin sahələrdə çalışanların demək olar ki, əksəriyyəti rusdilli mütəxəssislər olmuş, onlar ana dilindən istifadə edə bilməmiş və heç marağında da olmamışlar. Aparılmış statistik yoxlamalar bizi bu qənaətə gətirib çıxarmışdır.

Məlum qərar 10 il bundan öncə qəbul olunmuşdur. Lakin həmin qərar obyektiv və subyektiv amillərlə əlaqədar olaraq yerinə yetirilmirdi. Düzünə qalsa, xalqın başı başqa şeylərə qarışdığı üçün dilimizə, əlifbamıza biganə, laqeyd münasibət yaranmış və bunun nəticəsində adamlarda maraq sönmüşdü. Bəzi adamlar isə böyük demokrat Mirzə cəlilin dediyi kimi “bəlkə də qaytardılar” prinsipi ilə hərəkət edirdilər.

10 il ərzində latın qrafikalı əlifbaya keçid məsələləri demək olar ki, mətbuatda ciddi müzakirə obyektinə də çevrilməmişdir. Ara-sıra mətbuat orqanlarında narazılıq dolu məktublar dərc edilmiş, gileylər eşidilmişdir. Ümumiləşdirilmiş şəkildə göstərsək, həmin narazılıqlar bundan ibarət olmuşdur:

­ Nə üçün bir əsrdə Azərbaycanda əlifba dörd dəfə dəyişdirilmişdir?

­ Əlifbanın respublikada tez-tez dəyişdirilməsi siyasi məqsədlər güdür.

­ Əlifbanın dəyişdirilməsi kütləvi savadsızlığa gətirib çıxara bilər.

­ Latın qrafikalı əlifbada oxuyub-yazmağı bacaran məktəblilər kiril əlifbası ilə çap olunmuş ədəbi-mədəni, klassik irsi öyrənə bilməyəcəklər.

­ Azərbaycan dilində çap olunan mətbuat orqanları çətin problemlərlə üzləşəcək. Mətbuat istər-istəməz maliyyə çətinlikləri ilə qarşılaşacaq.

­ Azərbaycanda beş yüzdən çox çap edilən qəzet və jurnallar latın qrafikalı əlifbadan istifadə etdikdə həmin mətbuat orqanları satıla bilməyəcək.

­ Əhalinin böyük əksəriyyətini təşkil edən yaşlı və orta nəslin nümayəndələri latın qrafikasını öyrənməyə çətin alışacaqlar.

­ Ən azı göz və əl öyrənməlidir ki, əvvəlki surətlə oxuyub-yaza biləsən.

­ Əlifba dəyişmək xüsusən kitab nəşri ilə bağlı problem yaradacaq. Kiril əlifbası ilə yazılmış minlərlə ədəbiyyat istifadəsiz qalacaq.

Bu və ya digər çətinliklər ölkə mətbuatında müzakirə obyekti olsa da, 2001-ci ilin avqustun 1-dən etibarən bütün Azərbaycanın latın qrafikalı əlifbaya birdəfəlik keçməsi məsələsi haqqında prezidentin fərmanı çoxlarını çaş-baş saldı. Bu fərman, hər şeydən öncə, dövrün ən zəruri hadisəsi kimi qiymətləndirilir. Prezident Heydər Əliyevin bu gözləniləz fərmanı, ilk öncə, mətbuat işçilərini” çətinliklər” qarşısında qoydu. Müxalifət mətbuatları indiyə kimi ölkə prezidentini qınayırdılar ki, niyə latın qrafikalı əlifbaya birbaşa keçirilmir. Prezidentin bu haqda fərmanı dərc ediləndən sonra müxalifətçilər verilən fərmanın tez olduğunu, guya respublikanın bu işə hələ hazır olmadığını israrla təbliğ edirdilər. İş burasındadır ki, “millət-millət” deyən, xalqın mənafeyini sözdə müdafiə edən bəzi mətbuat orqanları Azərbaycanda latın qrafikasının tətbiq olunmasına qarşı çıxış etdilər. Bu işin müxalifət mətbuatına qarşı təxribat olduğunu bəyan edənlər də tapıldı. Görünür, latın qrafikalı əlifbaya keçidin müxalifət mətbuatına, onların satışına mənfi təsiri olacaqdır. Halbuki belə deyildir.

Ölkə rəhbərinin latın qrafikalı əlifbaya keçmək barədəki imzaladığı sənəd bəzi nihilistləri narahat etdi. Bu məsələdə ağız büzənlər hələ müstəqilliyimizin ilk illərində əvvəlki prezidentlərin imzaladıqları sənədlərə də öz etirazlarını bildirmişdilər. Hələ o zaman sabiq prezident Ə.Elçibəy (Allah rəhmət eləsin!) jurnalistlərə deyəndə ki, mənim müsahibəmi latın qrafikası ilə çap etməyincə mən sizə müsahibə vermirəm-fikri çoxlarına qəribə görünmüşdü.

H.Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamaqla Azərbaycan müstəqilliyini əbədiləşdirmək üçün sonuncu əməliyyatı həyata keçirdi. Məlum fərman respublikamızda az qala 2 yüz il hegemonluq etmiş rus imperiyasının, 62 il dilimizə, ədəbiyyatımıza “nüfuz eləmiş” kiril qrafikalı əlifbanın son zəncirlərini qırdı.

Politoloq Səbuhi Məmmədov haqlı olaraq demişdir ki, bütün Avropa və Amerikanın, dünyanın əksər aparıcı dövlətlərinin və xüsusən də Azərbaycanın böyük dayağı olan qardaş Türkiyənin istifadə etdiyi qrafikaya keçid artıq Azərbaycanın həqiqi müstəqilliyinin başlanğıcıdır.

Artıq Azərbaycanda latın qrafikalı əlifbaya keçidin son mərhələsi də başa çatdı. Müstəqilliyimizin 10 illiyi ərəfəsində yaşayan məmləkətin dövlət dili, əlifbası öz statusunu de-fakto bərpa etdi. Latın qrafikalı əlifbaya keçməklə imperiyanın son bağlantısından da yaxa qurtardıq. Ona görə də Prezident tərəfindən verilən fərman mühüm tarixi əhəmiyyət daşıyan zəruri sənətdir. Ölkə prezidenti H.Əliyev jurnalistlərlə görüşündə demişdir ki, avqust ayının 1-dən Azərbaycan öz doğma, latın qrafikasına keçibdir. Bu, böyük bayramdır. Güman edirəm ki, bundan sonra Azərbaycan müstəqil dövlət olaraq bir daha öz əlifbasını dəyişdirməyəcək. Fərman ölkə ictimaiyyəti tərəfindən yekdilliklə qəbul olundu. Şəhərin müxtəlif yerlərində, yol kənarlarında əcnəbi dillərdə asılmış plakatlar, reklamlar az müddət ərzində dəyişdirildi və doğma ana dilində yazıldı, mətbuat orqanlarının böyük əksəriyyəti həmin əlifba ilə çap edilməyə başlandı.

Fərmandan sonra əlifbanı boykot etmək istəyənlər də, çox təəssüf ki, tapıldı. Bəzi qəzet redaktorları: “Mən sabahdan qəzeti rus dilində çıxardacağam”.Məsələn, “İmpuls” adlı qəzet hələlik bu fərmana əməl etmir və kiril qrafikalı əlifba ilə hələ çap edilir.

Azərbaycanda 1 avqust 2001-ci il tarixli qəzetlər “Əlvida kiril, salam, latın” rubrikaları altında materiallar dərc etmişdir.

Avqustun 1-dən etibarən idarə və təşkilatlarda, nazirliklərdə kiril əlifbalı makinalar yığışdırılmağa başlanmışdır. Artıq həmin təşkilatlar kompüterləşdirilir. Makina ustaları kompüterdə yazmağı öyrənirlər. Lakin kompüterlərin alınmasında nisbi çətinliklər də mövcuddur.

Dil və əlifba bir-birilə bağlı məsələlərdir. Təsadüfi deyildir ki, ölkə başçısı latın qrafikalı əlifbaya keçidlə əlaqədar, həm də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman da imzalamışdır. Bu fərmandan irəli gələn vəzifələr müvafiq orqanlar tərəfindən yerinə yetirilir, dövlət dili müxtəlif təşkilat, idarə və nazirliklərdə tətbiq olunmağa başlanır.

Müstəqilliyimizin 10 illiyi dövründə ana dilinin tətbiqinə, işlənilməsinə, xüsusilə reklamlardan istifadə olunmasına lazımi diqqət yetirilməyib. Özbaşınalıq, başlı-başınalıq hökm sürüb. Müxtəlif idarələrin, ofislərin adları ingiliscə, rus və s. xarici dillərdə yazılıb. Afişalara, reklamlara baxanda adama elə gəlirdi ki, hansısa xarici bir ölkədəsən, əcnəbi bir şəhərdəsən. Televiziya kanalları əcnəbi adlarla (məsələn, ANS, SPAJE və s.) adlandırılmışdır. Öz milli sözlərimizə biganəlik baş alıb gedirdi.

70 illik totalitar bir zamanda azərbaycanlılar arasında öz ana dilinə biganə yanaşan, öz övladlarını rus dilində oxudan, təhsil verən adamlar çox idi və indinin özündə də vardır. Bu, bizcə, ana dilinə hörmətsizliklə, milli qürur hissinin az olması ilə bağlıdır.

Yeni qərar dilimizin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Və rus dilində təhsil alan azərbaycanlıları sanki silkələdi, yuxudan oyatdı.

Biz əcnəbi dildə təhsil alıb sonradan milli qürurünu itirmişlər haqqında bir sıra tanınmış şəxsiyyətlərin, pedaqoqların, politoloqların fikir və mülahizələrini bu məqalədə xatırlatmaq istəyirik: “Bu uşaqlar böyüyüb məmur olandan sonra üzərlərinə nə qədər vətənpərvərlik maskası taxsalar da, onlar ana vətənlərinə deyil, dillərində təhsil aldıqları millətə qulluq edəcəklər ” (Böyük rus pedaqoqu Uşinski).

“Bakıda bir çox adamlar rus dilində danışır. Bu isə respublikanın müstəqilliyi üçün zərərdir” (Azərbaycanşünas, ABŞ alimi, professor Tadeuş Svyataxovski).

“Azərbaycanlının öz ana dilində danışmaması milli faciədir. Bu cür şəxslərə azərbaycanlı deməyə adamın dili gəlmir. Halbuki, onların bəyənmədikləri dilinə hətta düşmənləri də həsəd aparır” (ABŞ alimi Odra Olmayd).

“Biz çox dil bilməyi alqışlayırıq. Azərbaycanlı kimi doğma dilini bilməmək faciədir. Bu, övladın ata və anasını inkar edib tanımaması kimidir” (Azərbaycan prezidenti H.Əliyev).

Bütün bunları nəzərə alaraq, “Dövlət dilinin tətbiqi…” adlı fərmanda haqlı olaraq göstərilir ki, dövlət dilimiz həyatın bütün sahələrində işlənməlidir.

Fərmanda daha sonra deyilir ki, Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin”.

İndi Azərbaycanda məlum fərmanın icrası ilə bağlı olaraq müvafiq tədbirlər görülməkdədir:

Nazirlər Kabinetinin 2001-ci il 28 iyul tarixli sərəncamı ilə latın qrafikasında Azərbaycan əlifbasının müasir kompüterlərdə istifadə edilməsi üçün vahid standartların təsdiq olunması bu tədbirlər sırasında mühüm yer tutur. Bu, uzun illərdən bəri mövcud olan problemi aradan qaldırmış və Azərbaycan dilində informasiya resurslarının formalaşdırılmasına, onların mübadiləsinə şərait yaratmışdır.

Fərmanın və sərəncamın həyata keçirilməsini təmin etmək üçün yerli mütəxəssislər tərəfindən xüsusi proqram vasitələri və internetdə informasiya toplusu hazırlanmışdır.

Qəbul olunmuş standartlara hər bir dövlət strukturunda, özəl qurumda, fərdi istifadəçilər tərəfindən riayət edilməsi tövsiyə olunur (Bu haqda bax: “Xalq qəzeti”, 1 avqust 2001-ci il, № 172).

Azərbaycanda belə bir atalar deyimi var: Özünü sevən dilini sevər. Hər bir azərbaycanlı öz dilinin, əlifbasının saflığını göz-bəbəyi kimi qorumalıdır. Tarix boyu Azərbaycan əlifba dəyişməyə məcbur olsa da, bu yəqin ki, sonucu keçiddir. Yeniləşdirilmiş latın qrafikalı əlifba millətini və müstəqilliyini sevənlərin təzə əlifbası-qardaş Türkiyənin əlifbasıdır. Onu sevməli, öyrənməli, öyrətməli, təbliğ etməli və gələcək nəsillərə bir ərməğan qoymalıyıq.

© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.