Uşaq bayılarkən nə etmək lazımdır
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Tibb bacısı
Skarlatina xəstəliyinin daim müşahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional limfotik vəzilər də qoşulur.
Sual № 2
Cansız vaksinlərin yeridilməsindən sonra hansı yerli reaksiya müşahidə olunur?
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul – 2 Bakı 2010 səh. 25
Sual № 3
Qlomerulonefrit zamanı Zimnitski sınağının aparılmasında məqsəd nədir?
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
Sual № 4
Anus ətrafında qaşınma aşağıdakılardan hansı üçün daha çox xarakterikdir?
Ədəbiyyat: A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 140
Sual № 5
Su çiçəyi zamanı səpkilər hansı xarakterdə olur?
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр500
Sual № 6
Uşaqlarda hansı helmint xolesistitin əmələ gəlməsinə səbəb olur?
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 416
Sual № 7
Fellinq sınağı hansı xəstəliyin diaqnostikası məqsədilə aparılır?
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва1986. стр. 203
Sual № 8
Follikulyar anginanın diaqnoztikası məqsədilə nə etmək lazımdır?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 529
Sual № 9
Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır?
Ədəbiyyat:A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218
Sual № 10
“Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır?
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə – 1997. (səh – 290)
Sual № 11
Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə başlanır?
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə – 1997. (səh – 96)
Sual № 12
Biksin əməliyyat üçün yığımının neçə üsulu var?
Ədəbiyyat: Qostişev. (səh – 13)
Sual № 13
Adi ketqut sapları neçə vaxtdan sonra sorulur?
Ədəbiyyat: M. M. Abakumov – 1985. (səh – 42)
Sual № 14
İlan sancması zamanı aşağıdakı hansı tədbiri həyata keçirmək olmaz?
Ədəbiyyat: B. D. Komarov. (səh – 283)
Sual № 15
Dərinin funksiyasına aşağıdakılardan hansı aid deyil?
Ədəbiyyat:Б. И. Зудин. Кожные и венерические болезни. Москва – «Медицина» 1990 (səh. 12)
Sual № 16
Aktinomikozun törədicisi nədir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(155)
Sual № 17
Aşağı ətrafın qasıq bitişməsinin içəri nahiyyəsində hansı arteriya palpasiya edilir?
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı Cərrahiyyə fənnindən testlər
Sual № 18
Hemotoraks zamanı qan hara yığılır?
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 298)
Ağciyərlərdəki damarlar və ya qabırğarası arteriyalar zədələndikdə qan plevra boşluğuna tökülür. Hemotoraks artdıqda çoxlu qan itirmə baş verir, tənəffüs və qan dövranı pozulur.
Sual № 19
Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.
Sual № 20
I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
İlk yardım – birinci növbədə odun tə’sirini kəsmək lazımdır (zərər çəkmiş adamm üstünə qalın bir şey atıb alovu söndürməli). Yanmış adamı od tutmuş zonadan dərhal kənar etmək. paltarını və ayaqqabını çıxarmaq lazımdır; dəriyə yapışmış alt paltarı zorla qoparmaq olmaz. Zərər çəkmiş çılpaq adamı steril döşəkağıya, bu olmadıqda adicə təmiz döşəkağıya büriimək, şoka qarşı adi lədbirləri görüb nəqliyyatla stasionara çatdırmaq lazımdır. Əiraflar yandıqda, xəstənin vəziyyəti imkan verərsə, yanmış yeri soyuq suyun altında 20-30 dəqiqə saxlamaq lazımdır, belə etdikdə ağrılar azahr və çox vaxt səthi yahıqlarda suluqlann əmələ gəlməsinin qarşısı alınır. Beb hallarda yanmış yerə aseptik sarğı qoymaq lazımdır. Salfetkam spirtə, arağa, odekolona batırmaq olar. Hadisə yerində heç bir başqa sarğı, о cümlədən yağ sarğısı qoymaq olmaz. Suluqları qətiyyən deşmək olmaz. Ağır yanıqlarda mütləq ağrını kəsən dərmamlar vurnıaq lazımdır.
whatsApp/phone: on +994702144544
email: contact@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Uşaq bayılarkən nə etmək lazımdır?
Yenidoğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur. Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 2. Bakı 2010 ,səh 10
457. Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
D) Göbək yarası sağaldıqdan sonra
E) Göbək yarası sağalmamış
Gigiyenik vannalar uşağın dərisini təmizləyir və sağlamlaşdırılması üçün aparılır. Gigiyenik vannalar göbək ciyəsi düşəndən 1-2 gün sonra aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 , səh 34
458. İlk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan 10 gün sonra
C) Doğum evindən evə yazılandan bir həftə sonra
D) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində
E) Doğum evindən evə yazılandan bir ay sonra
Uşaq doğum evindən evə yazıldıqdan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır. Bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
459 Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
A) Vəziyyətin ağırlığına
B) Sinir sisteminin vəziyyətinə
C) Sümük sisteminin vəziyyətinə
D) Dərinin vəziyyətinə və həssaslığına
E) Vəziyyətinə və yaşına görə
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Ədəbiyyat: Л.A.Исaева, Л.К.Бaжenoвa, «Детские Болезни» Мockвa 1986, 306
460. Hipoksiyanın dölə qısa müddətli təsirindən nə qeyd olunur?
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az daxil olur və O2 aclığı baş verir. Bunun təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
461. Eksikoz dedikdə nə başa düşülür?
B) A/T (arterial təzyiqin) düşməsi
Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
462. Südəmər uşaqlarda hipotrofiya (çəkinin normadan az olması) nə zaman baş verir?
A) Qan azlığı olduqda
B) Vitamin çatışmazlığı olduqda
C) Xroniki qida pozğunluğu olduqda
D) Mədə-bağırsaq pozğunluğu olduqda
E) Süni qidalanma zamanı
Hipotrofiya xroniki qida pozğunluğudur. Səbəbi xroniki xəstəliklər, ana südünün az olması – hipoqalaktiya və südün keyfiyyətsiz olması nəticəsində qidanın həzmi pozulur, uşağın çəkisi artmır, hətta azalır – hipotrofiya əmələ gəlir.
Ədəbiyyat:A.A. Əyyubova .“Uşaq xəstəlikləri .”Bakı 2008
463. Süd yarasının törədicisi nədir ?
Süd yarasını törədicisi kandida cinsinə aid maya göbələklərdir.
Ədəbiyyat: A.A.Əyyubova. “Uşaq xəstəlikləri .“Bakı-2008, səh 90
464. Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir. Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.
Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
465. Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur?
A) Dişdən göbəyə qədər
B) Dildən göbəyə qədər
C) Döş sümüyündən göbəyə qədər
D) Qaş arasından göbəyə qədər
E) Burundan göbəyə qədər
Duodenal zondlama həm diaqnostika həm də müalicə məqsədilə aparılır,xəstəliklər zamanı diaqnostika məqsədi ilə aparılır. Bunun üçün əvvəl zondun uzunluğu təyin edilməlidir. Bu qaş arasından göbəyə qədər olan məsafə ilə təyin edilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri. ”Bakı. 2008 ,səh 108
466. Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə olmalıdır?
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə də sağlam uşaq döşü yaxşı tutur.İlk vaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
467. Qazanılma ürək qüsurları hansı xəstəlikdən sonra əmələ gəlir?
B) İrsi xəstəliklər
Revmatizm infeksion – allergik xəstəlik olub, ürək toxumasını daha çox zədələyir (miokardit, endokardit ,perikardit). Endokardit zamanı revmatik proses çox vaxt qapaqlar nahiyyəsini zədələyir və qazanılma ürək qüsurunu əmələ gətirir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008,səh 228
468. Revmatizm zamanı uşaqda daha çox hansı orqan zədələnir?
Uşqalarda revmatizm zamanı əsasən ürək zədələnir. Ona görə deyilir ki, revmatizm oynaqları yalayır, ürəyi dişləyir.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh 229
469.Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.
Ədəbiyyat: A.A Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 335
470. Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Dairə formasında
B) Üçbucaq formasında
D) Romb şəklində
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, adətən 12-15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
471. Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Həftədə 1 dəfə
C) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular qoyulur.Burada tələb olunan temperatur gözlənilməlidir (+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat:“Təcrübədə immumlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı- 2010, səh 15
472. Həll edilmiş AGDT (göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir ?
E) Vaxt məhdudiyyəti yoxdur
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl çalxalamaq ,həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
473. Yenidoğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?
B) Qarında ağrı olduqda
C) Dispeptik əlamətlər olduqda
D) Qusma olduqda
E) Hipotermiya olduqda
Dispeptik əlamətlər (qusma, ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yediirtməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.
- 3 % perekis
- 70 % spirt
- 5 % kalium permanqanat
- 0,5 %-li natrium sulfasil
- 5 % -li natrium xlorid
- 2%-li natrium bikarbonat
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir. Aseptika-antiseptika qaydalarına riayət edilir. Buna baxmayraq, göbək qalığı gec sağalarsa, omfalit əlamətləri başlayarsa göbək qalığı işlənməlidir. Bu zaman 3%-li perekis 5%-li kalium permanqanat 70 dərəcəli spirtdən isifadə olnur.
Ədəbiyyat: Л.A.Исаaeva, Л.К.Бaжenoвa «Детские Болезни», Mockвa 1986, стр 61
475. 1 yaşında uşağın neçə dişi olmalıdır?
Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə hesablanır.( n-uşağın aylarının sayıdır) Məsələn, 12aylıq uşağın 12-4=8 dişi olur.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
476. Yenidoğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 6 saat sonra
B) Doğulduqdan 1 saat sonra
C) Doğulduqdan 3 saat sonra
D) Doğulduqdan dərhal sonra
E) Doğulduqdan 12 saat sonra
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
477. Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
D) Ana bətnindən
E) Uşaq doğulan kimi
Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir. D Vitamini isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına təsadüf edilərsə verilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия», Минск «Вышейшая школа» 2002 стр132
478. Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?
C) Rinovirus infeksiyası
E) Epidemik parotit
Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin ardınca arasıkəsilməz uzaqdan eşidilən səsli öskürək baş verir . Bəzən apnoe (tənəffüsün dayanması) olur və dərhal öskürək başlayır. Bu hala repriza deyilir.
Ədəbiyyat: K.A.Исaeвa, Л.К.Бажenoвa «Детские Болезни», Mockвa 1986 , стр 440
479. Spazmofiliya xəstəliyinin xarakter simptomu hansıdır?
Spazmofiliya xəstəliyi zamanı qıcolma baş verərsə ,xəstəyə təcili yardım göstərilməlidir. İlk növbədə xəstəyə naşatır spirti iylətməli və hava gəlməsini təmin etmək lazımdır. Sonra qıcolma əleyhinə prepatlardan istifadə etmək olar.
Ədəbiyyat: Л.A.Исaeвa, Л.К.Бaжenoвa «Детские Болезни», Mockвa 1986, стр 406
480.Hansı xəstəlik zamanı uşaqlarda bədənin bütün əzələlərində tonik-klonik qıcolmalar olur?
Spazmoliya xəstəliyinə uşaqlar arasında ən çox 6-18aylarda rast gəlinir.Xəstəliyin eklampsiya formasında bədənin bütün əzələrində tonik-klonik qlcolmalar olur.
Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa»Детские Болезни»Mockвa1986, стр 412
481. Uşaqları difteriya xəstəliyindən qorumaq üçün nə etmək lazımdır?
Uşaqları difteriya xəstəliyindən qorumaq üçün aktiv immunizasiya aparmaq lazımdır.
Ədəbiyyat: Л.A.Исaevвa, Л.К.Бaжenovвa «Детские Болезни», Mockva1986 , стр483
482 . Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir?
B) Həftədə 2 dəfə
C) 2 həftədən bir
D) Həftədə 1 dəfə
E) 2 ayda 1 dəfə
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir.Patronajın əsas məqsədi:Tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına məlumat verir.
Ədəbiyyat: Организация лечебно–профилактической помощи детям Mockвa 1987, стр88
483. Tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara neçə dəfə patronaja getməlidir?
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara ayda 1 dəfə patronaja getməlidir. Patronajın məqsədi: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına xəbər verir
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987, стр 89
484. Uşaqların profilaktik peyvənd kitabçası hansıdır?
Hər bir uşaq uşaq poliklinikasının qeydiyyatında olur.Uşaqları müəyyən xəstəliklərdən qorumaq ücün Dövlət tərəfindən təstiq olunmuş profilaktik peyvənd təqvimi var. Bu peyvəndlər isə f-063adlanan formada qeyd olunur.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri
Организация лечебно – профилактической помощи детям Mockвa 1987, стр 90
485. Uşaqların inkişaf kitabçası hansıdır?
Uşaq doğum evindən evə yazıldıqdan sonra sahə pediatrı və sahə tibb bacısı tərəfindən nəzarətə götürülür. Uşağın fiziki və sinir-psixi inkişafı yoxlanılır. Lazım gəldikdə iaborator analizlər aparılır. Bütün bunlar isə uşağın inkişaf kitabcası sayılan 112 nömrəli formada qeyd olunur.
: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri
Организация лечебно – профилактической помощи детям Mockva1987, стр 90
486. Uşaqlarda böyük əmgək neçə ayında bağlanır ?
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr. Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
487. Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ?
Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər.
Ədəbiyyat:A.A.Əyyubova –Uşaq xəstəlikləri. Bakı. 2008,səh 269
488. Meyvə şirəsi uşağa nə vaxt verilir?
B) Yeməkdən qabaq
D) Yeməkdən sonra
İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən sonra verilsin.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
489. Uşağı döşdən nə zaman ayırmaq məsləhətdir?
A) Uşaq xəstələndikdə
B) İlin isti aylarında
C) Yoluxucu xəstəliklə kontaktda olduqda
D) İlin soyuq aylarında
E) Uşağın çəkisi artmadıqda
Uşağın düzgün inkişafı üçün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır. Bunun ücün ən əlverişli üsul ana südüdür. Ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir. Uşağı döşdən ilin soyuq vaxtı ayırmaq olar.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
490. Anada hipoqalaktiya olarsa ilk növbədə nə etməlidir?
A) Qidasında zülalı artırmalı
B) Maye qəbul etməməli
C) Uşağı əmizdirmədən 20 dəq əvvəl maye qəbul etməli
D) Qidasında yağı azaltmalı
E) Vitaminlər qəbul etməli
Ana kefiyyətli qidqlandıqda onun südündə uşaq orqanizminə tələb olunan miqdarda vitaminlər olur.Anada süd az olduqda (hipoqalaktiya) isə uşaq ac qalır,çəkisi az artır.Bu zaman anada laktasiyanı artırmaq üçün ilk növbədə ana uşağı yedizdirmədən 20 dəqiqə əvvəl maye qəbul edir. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 76
491. Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 37.
492. Uşaq neçə aylığında başını saxlaya bilir?
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını saxlamağa başlayır. 2 aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını
yaxşı saxlayır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.
493. Uşaq necə ayında sərbəst oturur?
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən arxası üstə cevrilir.
Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 28.
494. Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar. Uşaqlarda tənəffüs qarışıq tipli olur. Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59.
495. Döş kifozu uşağın hansı ayında baş verir?
Uşaqların sümüyü böyüklərinkinə nisbətən elastiki,yüngül olur, təzyiqin təsirindən tez əyilərək formasını dəyişir.Bu səbəbdən də uşaq 6 aylığında oturmağa başlayır və bu vaxt uşaqda döş kifozu əmələ gəlir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 50.
496. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur?
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 110-120 vurğu olur.
Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67.
497. Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasə təyin olunur?
Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 ayında uşağın neçə dişi olduğunu n-4 folmulundan istifadə edərək tapa bilərik(n-ayların sayıdır) 12-4=8. Deməli 12aylıq uşağın 8 dişi olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова. Детские болезни. Москва 1986 стр50
498. Uşaqlar süd dişlərini hansı yaşda dəyişməyə başlayır?
Sağlam uşaqlarda süd dişləri uşağın 6-7 aylığından çıxmağa başlayır. 5-7 yaşında isə uşaq artıq süd dişlərini dəyişməyə başlayır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50.
499. Normal çəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?
E) tərəvəz püresi
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülallara,yağlara,karbohidratlara olan tələbatını ödəmək üçün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104
500. İkinci əlavə qida kimi uşağa nə verilir?
C) tərəvəz püresi
İkinci əlavə qida uşağa 6 aylığından verilir. Bu zaman ikinci əlavə qida kimi südlü sıyıqdan istifadə olunur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр105
501. Süni qidalanan uşağa ana südünü əvəzedici kimi nə vermək olar?
B) tərəvəz püresi
C) südlü qarışıqlar
Südlü qarışıqların tərkibi ana südünə yaxınlaşdırılmış olur və uşaq orqamizminin tələbatını ödəyir.Ona görə də ana südü catışmadıqda südlü qarışıqlardan istifadə edilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова . «Детские болезни». 986 стр108
502. Şəkərli diabetlə xəstə olan uşağın qidasından nə çıxarılır?
Şəkərli diabet zamanı pəhriz əsasdır.Pəhriz elə olmalıdır ki,uşağın fizioloji tələbatını ödəsin.Şəkərli diabet zamanı qanda şəkərin miqdarını artırmamaq məqsədilə uşağın qidasından konfet clxarılır.
Ədəbiyyat: ЛА.Исаева, Л.А.Баженова, «Деские болезни», Москва 1986 стр449
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
DoktorAZ.com
Saytdan tam şəkildə istifadə etmək üçün hesabınıza daxil olun..
DoktorAZ.com’un 6 illik qurucusu olan Dr. Ramil Həsənlinin acı vəfatından sonra onun xatirəsinə həsr etdiyimiz yenilənmiş DoktorAZ.com saytı əvvəlki – ödənişsiz informasiya mübadiləsi missiyasını davam etdirəcək.
Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.
Pərakəndəlik olmaması baxımından ATU-AMU.net və Fayllar.com saytları da ləğv edilir və zəruri fayllar burada yerləşdirilir. Saytda kateqoriyalaşdırma tam hazır olana və qaydalar izah olunana qədər istifadəçilərin yeni başlıqlar yaratması limitlənib.
Uşaq xəstəlikləri (dərslik) (A.A.Əyyubova)
1193 dəfə baxılıb
1 post • 1. səhifə (Cəmi 1 səhifə)
MalikShukurlu Server Administrator Postlar: 218 Qeydiyyat: 03 Okt 2021, 14:58 Ad: Malik Soyad: Şükürlü
Fayl haqqında məlumat:
Kitab adı: Uşaq xəstəlikləri (dərslik)
Müəllif: A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova
İl: 2018
Səhifə sayı: 569
Format: pdf
Ölçüsü: 8 MB
Əlavə məlumat: Orijinal elektron versiya.
[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]
[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]
Comments are closed, but trackbacks and pingbacks are open.