Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Əsərin süjet xətti dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi tarixi şəxsiyyətlərin adları olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə qabarıq münasibəti aydın nəzərə çarpır.

Səyyah. Eldən-elə

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

Bu kitab “Əzizə Cəfərzadə. Eldən-elə” (Bakı, Gənclik, 1992) nəşri və müəllifin həmin nəşr üzərində apardığı redaktə-korrektura, həmçinin yazıçının Ev Arxivindəki əlyazması əsasında təkrar nəşrə hazırlanmışdır.

Azərbaycan ədəbiyyatının tanınmış roman ustası Əzizə Cəfərzadənin “Eldənelə” tarixi romanında həyatının otuz yeddi ilini səyahətdə keçirmiş XIX yüzilin Azərbaycan alimi, şairi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edilir. Əsərdə dövrün ictimai-siyasi, mədəni-ədəbi hadisələri və bu hadisələr fonunda böyük səyyahın obrazı öz bədii təcəssümünü tapmışdır.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan Respublikasının Xalq yazıçısı Əzizə CƏFƏRZADƏ

Cəfərzadə Əzizə Məmməd qızı (1921-2003) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı
1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır[1]. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Əzizə Cəfərzadə 01.jpg
Yaradıcılığı
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:

“Natəvan haqqında hekayələr” (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə almışdır;
“Aləmdə səsim var mənim” (1973-1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır;
“Vətənə qayıt” (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr;
“Yad et məni” (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman;
“Bakı-1501” (1981) – Şah İsmayıl Xətai və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman;[2]
“Cəlaliyyə” (1983) – XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi;
“Sabir” (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsər;
“Eldən elə” (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman;
“Bir səsin faciəsi” (1995) – XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsər;
“”Gülüstan”dan öncə” (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş roman;
“Zərrintac-Tahirə” (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərakatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər;
“İşığa doğru” (1998) – XX əsrdə İranda Bab hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest;
“Bəla” (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər;
“Rübabə-sultanım” (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı;
“Xəzərin göz yaşları” (2003) – 1938-cı ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest;
“Eşq Sultanı” (Ölümündən bir az əvvəl bitirmişdir)- XV-XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman.
Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.

“Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.

Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

O, “Natavan” adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdir.

Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A. Lixanovun “Mənim generalım”, Ə.Kabaklənin “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və sair əsərləri Azərbaycan dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.

1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.[3][4]

Tarixi romanları
“Vətənə qayıt” romanı 1973-cü ildə qələmə alınmışdır. Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel və bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. “Vətənə qayıt” əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. “Bu baxımdan romanın başlanğıcı olan “Beş qız idik…” hekayəsi xüsusilə nəzəri cəlb edir. Təsvir edilən hadisə xalqın faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır”.

Əsl ismət timsalı olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir.

Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır. Sonralar Nadir şahın Şirvana hücumu Şamaxını bərbad vəziyyətə salmışdır. Bir müddət istiqlaliyyət qazana bilməyən Şirvan Türkiyə soltanlığının əlinə keçmiş, beləliklə, Zaqafqaziyada İran və Türkiyəyə qarşı münasibətinin kəskinləşməsi Rusiyaya tərəf meylin yaranmasına səbəb olmuşdur. Belə ziddiyyətli bir dövrdə Şirvanda yaşayıb-yaradan Nişat Şirvani, Zülali, Ağa Məsih Şirvani, Raci Şirvanlı, Rəşid və digər şairlər özlərini bu mübarizələrə həsr etmiş, hamısı vətəndən didərgin düşmüşdür.

Əsərin süjet xətti dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi tarixi şəxsiyyətlərin adları olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə qabarıq münasibəti aydın nəzərə çarpır.

Əslində belə romanda bu iki cəhət gözlənilmiş, biri digərini tamamlamışdır. Xüsusən, Nişat Şirvaninin qəzəllərinin təsiri, Maro əhvalatı, onların məhəbbətlərinə inamı daha da gücləndirmişdir. Əsərdə təsvir edilən Əsgər bəy və Şəbnəm yazıçı tərəfindən çox xarakterik təsvir edilmişdir. Feodalizmin nümayəndələri olan bu bacı-qardaşın xarakterləri psixoloji vəziyyətləri ilə qarşılaşdırılmışdır. Belə halda oxucu Şəbnəmə qarşı rəğbət hissi ilə yanaşır.

Müəllif Əsgər bəyin də ziddiyyətli xarakterini çox böyük ustalıqla qələmə almışdır. Zahirdə Türkiyə soltanının Şamaxıdakı hakimi Ehsan bəyin ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nişatın qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur və son halda üsyana xəyanət edir. Onun xarakterindəki bu ziddiyyətlər yazıçı tərəfindən məharətlə işlənmişdir.

“Aləmdə səsim var mənim” romanı 1972-ci ildə yazılmışdır. Bu roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür:

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Yazıçı romanı əvvəlcə “Məhəbbət günahdırmı?” adlandırmağı düşünsə də,ancaq əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır.

“Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir.[5] Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. Şamaxı yollardan başlanır deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Əsərdə Seyid Əzim Şirvaninin hərtərəfli obrazı yaradılmışdır. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.Mahmud ağanın məclisində ilk dəfə iştirak edir və burada rastlaşdığı gözəl rəqs ustası olan, zahirən də görənləri bihuş edən Sonanın gözəlliyinə yazdığı şeiri oxuyur. Bu məclisdə Seyid Əzim həm də Sonaya aşiq olur. Seyid Əzimin ən yaxın dostu Tərlanda bu məclisdə idi və o da Sonanın eşqinə düçar olmuşdu. Lakin Sonanın eşqi onların dostluğunu poza bilmir. Seyid Əzim dostunun Sonaya olan sevgisini bildikdə öz hisslərini yalnız şeirlərdə biruzə verir. Onların qovuşması üçün həyatının sonuna qədər çalışır. Bunları əsas götürərək əsərin məhəbbət yönümlü olduğunu deyə bilmərik. Bu sadəcə dövrün mühitinin avam, cahil və xürafatçı tərəflərini açmaq üçündür. Bu Sona bir rəqassədir və rəqsin ustasıdır, heç kim onun kimi rəqs edə bilməz. Lakin sənəti və sənətkarı qəbul edə bilməyən bu dar çərçivəli mövhumat əhli onu çəngi adlandırır hətta onun adında söyüş, qarğış kimi istifadə edirlər. Hətta onu görərəkən qadınlar yaşmanırlar. Bu münasibətə görə heç kim Sonanı sevə bilməz, onunla evlənə bilməz, bunu namussuzluq və biabırçılıq qəbul edərlər. Rəqs kimi şeir də, musiqi də qəbul olunmur hər biri Allaha xoş getməyən əməl kimi qələmə verilir. Lakin bu sənətkarları yolundan döndərmir. Burada biz sənətin və sənətkarın sözsüz və kəlamsız nitqini də görürürük. Burada Seyid Əzimin rəssasmla məhz duyğular və baxışları ilə danışdığının şahidi oluruq onlar bir-birinin dilini bilməsələr də lakin bir-birinin ruhunu anlayırlar.

Seyid Əzimin ailə qurması və həyat yoldaşı Ceyrana olna münasibəti mehribanlığı və şəfqəti də əsərdə geniş təsvir olunmuşdur. Seyid Əzimin dünayaya göz açan uşaqlarına verdiyi adlarda insanlar arasında etiraz yaradır. Uşaqlara Aişə, Ömər adlarının qoyulmasını avam camaat qəbul etmək istəmir. Seyid övladlarına bu adlar qoyula bilməz deyirlər. Bütün bunlar yazıçının mühitin xüsusiyyətlərini, cizgilərini vermək üçün istifadə etdiyi xırda detallardır.

Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir. Xalqın övladlarının savadsız və cahil qalmasına şair dözə bilmir. Uşaqlar mollaxanalarda, mədrəsələrdə illərlə çərəkəni öyrənir və Quranı oxumağı öyrənirlər və bundan savayı heç nə bilmirlər. Bu Seyid Əzimi narahat edir çünki o, uşaqlar sadəcə cahil olaraq yetişirlər. Onlar Quranı oxumağı öyrənsələrdə mahiyyətini dərk etmirlər. İnsanlar kordurlar bu mühitdə sadəcə mollaların dediklərinə inanırlar. Bunun mahiyyətini dərk etmirlər, sözdə dindar müsəlman olsalarda dinlərindən belə xəbərləri yoxdur və mollalar tərəfindən aldadılırlar. Bütün bunlar Əzimin ürəyini parçalayır o xalqını belə avam görmək istəmir. İnsanları mədəni savadlı, həm dünyəvi elmlərə yiyələnmiş həm də dininin mahiyətini dərk etmiş görmək istəyir. Bir para mollalar var ki, onlar xalqın hər zaman avam olmasını istəyirlər. Avam insanları oyatmağa çalışanları isə qəbul etmirlər. Seyid Əzimin də yaratdığı məktəb bu şəkildə fitnəkar mollaların, dindən xəbəri olmayan möminlərin hədəfinə çevrilir. Qapaqlılar, Məşədi Alışlar və Qurbanqulular onu əzmək üçün əllərindən gələni edirlər. Bu kütlə heç cür maarifi, məktəbi, mədəniyyəti, irəliyə atılmış heç bir addımı qəbul etmək istəmirlər. Dar çərçivənin Qapaqlıları cahil kütlənin söz keçirəni olmaqda davam etmək istəyirlər. Seyid Əzimə qarşı avam camaatın isə münasibəti bir tərəfli deyil. Onu bir tərəfdən seyid, peyğəmbər övladı bilirlər, haqqında eşidilənlər və danışdıqlarını eşidən də isə ziddiyyətlər içində qalırlar. Bütün bunlara baxmayaraq, Seyid Əzim çalışır. Bilir ki, bu gün olmasa da bir gün mütləq onun da xalqı tərəqqi edəcək. İstedadlar musiqi şeir, sənət torpağı olan Şamaxı bir gün sənətkarlara da öz qucağını açacaq. Uşaqlar dünyadan xəbərli savadlı olacaqlar. Buna inanaraq Seyid Əzim bir an belə mübarizəsindən qalmır. O, uşaqları ac qaldıqda belə yenə də yalnız özünü düşünmür, qapıya gələnləri əliboş yola salmır. Əlində olanını yarı bölür.

Əsərin sonlarında artıq görürük ki, Seyid Əzim qocalmışdır. Xalqın dərdi Seyid Əzimi qocaltmışdır. Şəhərə yeni təyin olunan axundun gəlişini fürsət bilən Qapaqlılar, Məşədi Alışlar hücuma keçirlər hərəsi bir yandan Seyid Əzimin şeirini deyərək onun kafirliyini isbatlamağa çalışır. Onlar şeirləri əzbər bilirlər. Bütün bunlar qoca şairə pis təsir edir. Şair bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişir amma köçən çairin cismidir, ruhu hər zaman xalqı ilədir. Seyid Əzimin səsi aləmdə hələ də yaşayır.

“Yad et məni” romanında XX yüzilliyin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Romanda Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli Nasehin obrazları yaradılmışdır. Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti Abbas Səhhətə yönəltməyə çalışmışdır.

1980-ci illərdə Azərbaycan bədii nəsri özünün roman dövrünü yaşadı. Milli roman bu onillikdə yeni bir keyfiyyət mərhələsinə daxil oldu. Bədii nəsr tariximizdə ədəbi hadisəyə çevrilən onlarla roman bu onillikdə yarandı. Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsa Hüseynovun (Muğanna) “Məhşər” və s. Bu illər milli varlıq romanın mövzu və problematikasında ön mövqeyə keçdi. Tarixi roman xeyli zənginlik qazandı. 80-ci illərin romanında tariximizin müxtəlif dövrləri bədii təhlil predmeti olsa da, daha çox Şah İsmayıl mövzusu yer almışdır. Fərman Kərimzadənin “Xudafərin körpüsü”, ”Çaldıran döyüşü” dilogiyasında, Elçinin “Mahmud və Məryəm”, Əzizə Cəfərzadənin “Bakı-1501”, Əlisa Nicatın “Qızılbaşlar” romanlarında bu dövr əks olunmuşdur. Demək lazımdır ki, Səfəvilərin fəaliyyəti, xüsusən, Şah İsmayılın tarixi şəxsiyyət kimi marağı və milli müstəqillik, milli dövlətilik uğrunda mübarizə ilə şərtlənən müasirliyi indi də, bu gün də öz əhəmiyyətini saxlayır.

Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır.Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü”(1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.

Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlərdə yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.

Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[6]

Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.

Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq…) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.

“Eldən-elə” romanı tarixi romanlar içində xüsusilə seçilir.Yazıçının “Xoş gördük,səyyah” adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi ”Eldən-elə” romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir.

Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır. Əsərdə 1821-1827-ci illərdə ”Riyazüs-səyahə”, 1826-cı ildə “Hədayiqüs-səyahə”, 1832-ci ildə isə “Bustanüs-səyahə”,”Kəşfül-maarif” kimi əsərlərini yazması haqqında da məlumat yer almışdır. Biz görürük ki, yazıçı əsəri yazarkən də bu əsərlərdən istifadə etmiş, Şirvaninin öz əsərlərindəki məlumatlara istinad edərək gözəl bir əsər meydana gətirmişdir.

“Eldən-elə” romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır[5].

Mükafatları
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 28.12.1981[7]
Haqqında çəkilən filmlər
Ağ saçların işığı (film, 1993)
Əzizə Cəfərzadə (film, 1999)
İstinadlar
Broom icon.svg
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
Flora XƏLİLZADƏ,Əbədi ayrılığın qüssəsi. “Azərbaycan” qəzeti
“Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. – səh. 125.
Əzizə Cəfərzadənin rəsmi saytında bioqrafiyası
AYTƏN, Xalq yazıçısı Əzizə Cəfərzadə dünyasını dəyişib. Əzizə Cəfərzadənin rəsmi saytında dərc olunan Vida Sözü
1) Abdullayeva C.M. və b. Müasir Azərbayca ədəbiyyatı.İki cilddə, II cild, Bakı, Bakı Universiteti nəşriyyatı,2007, səh 564.
1) Əzizə Cəfərzadə. Bakı-1501. Yazıçı,1981, səh 263.
Ə.M.Cəfərzadə yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 dekabr 1981-ci il tarixli Fərmanı — anl.az saytı

Son Yazılar

  • Cəfərova Filizə dəstək!
  • Körpə Həsən və Hüseynə dəstək olaq
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!

Əzizə cəfərzadə eldən-elə

Həyatı və fəaliyyəti. Əzizə Məmməd qızı Cəfərzadə 1920-ci il dekabrın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun babaları Bakıya Şamaxı zəlzələsi zamanı köçmüşdülər. Orta məktəbi bitirdikdən sonra Əzizə Cəfərzadə ADU-nun Filologiya fakültəsində oxumuş, 1945–1946-cı illərdə ekstern yolu ilə bu təhsil ocağını bitirmişdir. Hələ tələbə olduğu vaxtlarda Ağsu rayonunun Çaparlı kəndində müəllimlik etmiş, bu dövrdə xalq həyatı, xüsusilə onun ata-baba yurdu olan Şamaxının taleyi ilə maraqlanmağa başlamışdır. Sonralar bu maraq gələcək ədibin bütün fəaliyyətinin əsasını, əsərlərinin başlıca mövzusunu təşkil etmişdir.

Əzizə Cəfərzadənin təhsil illəri (1928-1946) ölkədə əlifba islahat­ları ilə bir vaxta düşmüşdür. Lakin çoxları kimi Əzizə xa­nım bu islahatlara görə təhsildən soyumamışdır. Onun valideyn­ləri, xüsusilə anası savadlı bir qadın, ömrü boyu müqəddəs Quranın qiraəti ilə məşğul olan bir ziyalı idi, fars klassiklərini orijinaldan oxuyurdu.

Əzizə Cəfərzadənin ilk təhsili ilə anası məşğul olmuş, ona ərəb əlifbasında yazmaq və bu əlifbadakı müxtəlif xəttatlıq nümunələrini oxumağı öyrətmişdi. Əzizə hələ körpə vaxtlarından gözəl nitqi və hafizəsi ilə hamını heyran qoyurdu. Dindar bir ailədə böyüsə də, o, gözüaçıq, fəal ictimai həyata maraq göstərən bir qız idi. 1937-ci ildə, cəmi on altı yaşı olanda yazıçının «Əzrayıl» adlı hekayəsi çapdan çıxmışdı. Həmin vaxtdan Əzizə xanım ardıcıl olaraq ədəbi mətbuatda çıxış edir, ədəbi həyatda və qadın hərəkatında tanınmağa başlayır.

Müharibə başlanan kimi savadlı gənc qızları da səfərbər edib tibb bacısı kurslarına yollayır və sonra cəbhəyə yola salırdılar. Amma kişi müəllimlər səfərbər edildiyi üçün cavan və savadlı qızların bir qismi kənd rayonlarına müəllimliyə göndərilirdilər. 1941-1944-cü illərdə Əzizə Cəfərzadə Ağsu rayonunun “Çaparlı” kəndində müəllimlik etmiş, burada müharibənin bütün ağırlığını daşımalı olmuşdur. Gənc qıza anasının yaxın kəndlərdə yaşayan qohumları həyan olmuşdular. O, şagirdləri ilə birgə pambıq yığımında iştirak edir, at və dəvə belində yaxın kəndləri gəzib dərsə gəlməyən uşaqları dərsə cəlb edirdi. Yazıçı həyatının bu dövrünə aid xatirələrində bu dörd ili bir ömür adlandırmışdır. Onun müharibə illərindəki yorulmaz fəaliyyəti diqqəti cəlb etdi və 1944-cü ilin sonunda o zaman Maarif Komissarı olan Mirzə İbrahimov onu Bakıya işə dəvət etdi.

Əzizə Cəfərzadə bu zaman hələ universitetin tələbəsi ikən Azərbaycan Kinostudiyasında ssenari şöbəsinin rəisi (1944-1946), sonra isə Teatr məktəbinin müdiri təyin olunur (1947-1949). Məsul işlərdə çalışmasına baxmayaraq, müharibədən sonra Əzizə xanım öz savadını artırmağı və təhsilini davam etdirməyi qərara alır. Bu, ölkədə ehkamçılığın və əzbərçiliyin böhran keçirdiyi bir dövr idi. Yazıçı 1948-1950-ci illərdə ADU-nun aspiranturasında təhsilini davam etdirir. O, XIX əsrdə xalq şeiri üslubu problemi üzərində tədqiqat aparır və 1950-ci ildə namizədlik dissertasiyası müdafiə edir.

Namizədlik işi ilə bağlı Əzizə Cəfərzadə dövrün Qasım bəy Zakir, Baba bəy Şakir kimi tanınmış şairləri ilə yanaşı, əsərləri arxivlərdə və əlyazma fondlarında saxlanan bir çox el şairlərinin əlyazmalarını axtarıb tapmış və tədqiqata cəlb etmişdi. Namizədlik işi əsasən aşıq şeiri üslubu ilə bağlı olduğundan ədib sonralar ömrü boyu Azərbaycan folklorunun yorulmaz araşdırıcısı və naşiri olmuşdur. 1981-ci ildə Əzizə Cəfərzadənin «XIX əsrdə xalq şeiri üslubu» kitabı ADU-nun nəşriyyatında çapdan çıxmışdır. Əzizə xanım el şairi Abdulla Padarlının «Seçilmiş şeirləri» (1979), «Fatma xanım Kəminə» (1971), «Azərbaycanın aşıq və şair qadınları» (1974), «Şirvanın üç şairi» (1976) kimi kitabları böyük elmi zəhmət hesabına tərtib və çap etdirmişdir.

Elmi fəaliyyət və araşdırmalarla yanaşı, Əzizə Cəfərzadə həmişə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Aspiranturanı bitirdikdən sonra o, qiyabi Pedaqoji İnstitutda dosent və kafedra müdiri (1950-1956) vəzifəsində çalışmış, bir müddət BDU-nun Azərbaycan Ədəbiyyatı tarixi kafedrasında professor olmuşdur.

Ədib 1983-1990-cı illərdə Respublika Qadınlar Şurasının sədri işləmişdir. Respublikanın ictimai həyatında yaxından iştirak edən Əzizə Cəfərzadə xalqımızın aşıq və şair qadınlarının ədəbi irsinə həsr olunmuş doktorluq dissertasiyası yazıb müdafiə etmiş (1970), filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

Ədib yorulmaz bir qələm sahibi idi: o, Ə.Sabatlının «Əj­daha başı», və Atatürkün həyatına dair Şəmsi Tellinin kitabını ana dilimizə tərcümə etmişdir.

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də 82 yaşında Bakı­da vəfat etmiş və öz vəsiyyətinə əsasən, Hacıqabulun Tağılı kən­dində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzar­lıqda dəfn olunmuşdur.

Yaradıcılığı. Əzizə Cəfərzadə çox erkən yaşlarından nəsr əsərləri yazmağa başlamışdır. 60-cı illərə qədər onun əsərləri uşaq hekayələrindən və ziyalı mühiti haqda nümunələrdən ibarət idi. İctimai həyatda fəal iştirakı və tutduğu pedaqoji vəzifələr onun vaxtını alır, ədəbi yaradıcılıqla məşğul olmaq imkanlarını məhdudlaşdırırdı. Lakin 1963-cü ildə çıxan «Natəvan haqqında hekayələr» kitabından başlayaraq ədibin yaradıcılığında tarixi mövzu aparıcı olur. Adından da göründüyü kimi, yazıçının ilk kitabında görkəmli qadın şairə Xurşudbanu Natəvan haqqında hekayələr toplanmışdı. Bu zamana qədər yazıçı kifayət qədər həyat təcrübəsi toplamış və tarixi materiallar və mənbələrlə iş sahəsində lazımi təcrübəyə yiyələnmişdi. Digər tərəfdən, 50-60-cı illərdə xarici ölkələrdə, xüsusilə Avropada da sənədli tarixi mövzu geniş işlənirdi.

Azərbaycanda o zaman tarixi mövzular ancaq sosialist realizmi məcrasında işlənə bilərdi: hansı tarixi şəxsiyyətdən bəhs edirdinsə, onu mütləq inqilabçı və kasıb siniflərin nümayəndəsi kimi qələmə almaq lazım idi. Tarixi mövzuda mütləq sinfi mübarizə göstərilməli idi. Ona görə 60-cı illərə qədər tarixi mövzuda əsərlər az yazılırdı, oxucuların isə öz xalqının tarixi ilə tanış olmaq imkanı yox idi. Kommunist rejimi xalqların öz tarixini bilməsini istəmirdi.

Belə bir şəraitdə Əzizə Cəfərzadə tarixi mövzuları sənədlilik əsasında və konkret ədəbi şəxsiyyətlərin bioqrafiyası timsalında qələmə almağa başladı. Ədəbi şəxsiyyətlərin tarixini siyasiləşdirmək mümkün deyildi: Natəvan, Nişat Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi tarixi-ədəbi simaların bioqrafiyaları məlum idi və hamı bilirdi ki, onlar inqilabçı olmayıblar. Tarixi mövzuda yazmaq və ədəbiyyat məmurlarının hücumlarından qorunmaq üçün sənədli tarixi nəsr bir çıxış yolu idi; tarixi saxtalaşdırmadan, hər yerdə inqilab izi axtarmadan xalqın tarixi keçmişi haqqında əsərlər yazmaq olardı.

Əzizə Cəfərzadə bu işə başlamaq üçün hazır idi: o, xalq həyatını və xalq ədəbiyyatını gözəl bilir, ilkin tarixi mənbələrlə işləyir, hətta fars dilindəki tarixi sənədlərdən də istifadə edirdi. Yazıçının ilk sənədli bioqrafiyaları isə daha yaxşı bildiyi və araşdırdığı XIX əsrin ədəbi və elmi şəxsiyyətləri ilə bağlı idi.

1957–1974-cü illərdə ədib Respublika Əlyazmalar Fon­dunda baş elmi işçi və şöbə müdiri kimi çalışdığı vaxt külli miq­dar­da tarixi sənədləri və əlyazmaları oxumuş, XIX əsr tariximizin gözəl bilicisinə çevrilmişdi.

1960-cı illərin ortalarından başlayaraq Əzizə Cəfərzadə Azərbaycanın XIX əsrdə yaşamış böyük ədibi və maarifçisi Seyid Əzim Şirvaninin həyat yolundan və yaradıcılıq taleyindən bəhs edən «Aləmdə səsim var mənim» adlı roman üzərində işləməyə başladı. 1972-ci ildə əsərin birinci və ikinci cildləri ayrıca kitab şəklində çap olundu.

Yazıçı tarixi materiallar əsasında Seyid Əzimin parlaq bədii obrazını yaratmışdı. Bu obraz bizim tarixi nəsrdə yeni bir hadisə idi. XIX əsr maarifçilərinin çoxundan fərqli olaraq, Seyid Əzimin Rusiyadan daha çox Şərq dünyası, müsəlman aləmi və Cənubi Azərbaycanla əlaqələri var idi. Böyük şair dəfələrlə səyahətlərə çıxmış, bizə qohum elləri qarış-qarış gəzmişdi. Onun divanı öz sağlığında Təbrizdə çap olunmuşdu. Bütün bunlarla yanaşı, Seyid Əzim Avropa maarifinə müsbət yanaşır, yeni tipli məktəblərdə dərs deyir və «Əkinçi» qəzetində də öz poetik və publisistik əsərləri ilə çıxış edirdi. Yazıçı tarixi faktlara sadiq qalmış və Seyid Əzimi inqilabçı kimi müasirləşdirməmişdi. Qısqanc partiya tənqidçiləri əsərə hücum etmək üçün heç bir formal bəhanə belə tapmadılar. Oxucular və ədəbi ictimaiyyət isə bu əsəri böyük rəğbətlə qarşıladı. Romanda XIX əsr Azərbaycan həyatının geniş mənzərəsi verilmiş, xalqın həyatının həm müsbət, həm də mənfi tərəfləri əks etdirilmişdi.

Seyid Əzim Şirvaninin «Aləmdə səsim var mənim» romanında yaradılan obrazı bizim tarixi nəsrdə siyasətdən uzaqlıq, tarixi doğru-düzgün göstərmək baxımından yeni hadisə oldu. Əsərin sənədli roman sayılması onun müəllifini çoxlu qınaqlardan xilas edirdi.

O zaman sənədliliyi hələ bədii nəsrdən aşağı, publisistikaya yaxın hesab edənlər də var idi. Əslində isə, Seyid Əzim haqqında romanın bədii səviyyəsi yüksək idi. Əzizə Cəfərzadə kimi istedadlı nasirin qələmində sənədli süjet həqiqi nəsr səviyyəsinə qaldırılmışdı. O, təcrübəli yazıçı kimi sadə həyat hadisələrini böyük tarixi həqiqətlər mövqeyindən ümumiləşdirməyi bacarırdı. Bu, tarixi sənədli nəsr üçün mühüm keyfiyyət idi.

Əzizə Cəfərzadə əslən şirvanlı olan daha iki ədəbi şəxsiyyət haqqında roman yazıb trilogiyaya çevirdi: bunlardan biri on səkkizinci əsrin sonlarında yaşamış Nişat Şirvani, o birisi isə XX əsrin əvvəllərində yazıb-yaratmış Abbas Səhhət idi. Nişat Şirvaniyə həsr olunmuş roman 1977-ci ildə «Vətənə qayıt» adı ilə çapdan çıxdı və trilogiyanın birinci hissəsini təşkil etdi. Trilogiyanın üçüncü hissəsi 1980-ci ildə «Yad et məni» adı ilə işıq üzü gördü. Onun qəhrəmanı unudulmaz romantik şairimiz, Şirvan ədəbi mühitindən çıxmış vətənpərvər şairlər nəslinin sonuncusu olan Abbas Səhhət idi.

«Vətənə qayıt» romanı ədəbiyyatımızda az işlənmiş bir döv­rün – xanlıqlar dövrünün hadisələri fonunda qələmə alınmışdır. Böyük imperiyaların əhatəsində olan Azərbaycanın o zamankı mürəkkəb vəziyyəti, yadelli qoşunların torpaqlarımıza girməsi və talançılıqla məşğul olması əsərdə konkret insan taleləri timsalında qələmə alınmışdır. Bu əsər xanlıqlar dövrünü tarixi cəhətdən, vətən məhəbbəti mövqeyindən doğru-düzgün qələmə alan, siyasətbazlıqdan uzaq olan qiymətli bir romandır. Romanda qadın surətləri xüsusilə cazibədar və dolğun verilmişdir.

Yaradıcılıq təcrübəsi artdıqca yazıçı tariximizin daha qədim dövrlərinə müraciət edir, lakin bütün romanlarında sənədli bioqrafiya janrının tələblərini qorumağa çalışır. Bu baxımdan 1983-cü ildə kitab şəklində çıxmış «Cəlaliyyə» romanı xüsusilə maraqlı və qiymətli idi. Bu əsərin qəhrəmanı siyasi şəxsiyyətdir – XII əsrdə Naxçıvanda hökmranlıq etmiş xanım – hökmdar Cəlaliyyədir. Yazıçı onun şəxsində vətənpərvər bir qadın hökmdar obrazı yaratmışdır. Əsərin qəhrəmanı xalqı düşünən, vətən üçün qurub yaradan, gələcəyə ümidlərlə baxan müdrik dövlət adamıdır.

Müstəqillik dövründə yazıçının romanlarında vətənpərvərlik motivləri daha da güclənmişdir. «Zərrintac-Tahirə» romanındakı hadisələr XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verir. Hadisələr Babilər hərəkatı ilə bağlı olsa da, yazıçı Tahirəni vətənpərvər bir türk qızı, qorxmaz bir qəhrəman və mübariz kimi qələmə almışdır.

1996-cı ildə yazıçının ikinci bir tarixi mövzulu romanı da çap olundu: bu «Gülüstandan öncə» adlı əsərdə müəllif yenidən xanlıqlar dövrünə qayıdır, sovet çağlarında deyə bilmədiyi ideya və mətləbləri daha dərindən və əsaslı şəkildə açıb göstərməyə çalışır. Müstəqillik illərində yazdığı hər iki əsərdə milli dövlətçilik ideyaları, Azərbaycanın müstəqilliyi məsələləri böyük bədii qüvvə ilə səslənir. Bu romanlarda da Əzizə Cəfərzadəni qadın xarakterinin parlaq təsvirçisi kimi görürük. Onun yaratdığı gözəl, namuslu, ailəsini və elini sevən qadın obrazları ana-bacılarımızın ən yaxşı əxlaqi məziyyətlərini təmsil edirlər. Ümumiyyətlə, Azərbaycan qadınlığının tərənnümü və təsviri Əzizə Cəfərzadənin həm tarixi, həm də müasir mövzuda yazdığı romanlarından qırmızı xətt kimi keçir.

«Hun dağı» povestində türk keçmişinin təsviri. Yazıçı doğma xalqının tarixi keçmişini, mənəvi köklərini yaxşı öyrəndikcə, sənədli xarakter daşımayan tarixi əsərlər də yazmışdır. Bunlardan ən mühümü «Hun dağı» adlı povestdir. Müəllif bu əsəri 1981-ci ildə yazmış və 1983-cü ildə «Cəlaliyyə» adlı kitabında ilk dəfə nəşr olunmuşdur. Əsərin yazıldığı illərdə Azərbaycanın türk köklü xalq olması problemi nə bədii fikirdə, nə də elmi-tarixi fikirdə müzakirə olunmurdu. Ona görə yazıçı bu mövzuya əl atmaqla dövrün bədii fikrini qabaqlamış və xalqımızın qədim tarixi köklərinə dair qiymətli bir əsər yazmışdı.

Povest türk xalqlarının tarixində ən az məlum olan bir dövrə – tarixə hunlar kimi daxil olmuş qədim türkdilli tayfaların müasir türk xalqları şəklində parçalanması dövrünə müraciət etmişdi. Bu parçalanmaya qədər türkdilli xalqlar əsasən hunlar kimi tanınırdı. Müəllif dəqiq tarix göstərməsə də, əsərdə təxminən 5-6-cı əsrlərdə baş verən hadisələr qələmə alınır. Bu dövr tarixi ilə müqayisə etsək, müəllif dəqiq tarixi ünvan göstərmədən Böyük Türk Xaqanlığının qərbi və şərqi türk xaqanlıqlarına parçalanması hadisələrini bədii şəkildə qələmə almağa çalışmışdır. Yazıçının tarixi ünvan göstərməməsi bu dövr hadisələri haqqında elmi fikirdə yekdil mövqeyin olmaması ilə bağlı idi.

Əzizə Cəfərzadənin digər əsərlərində olduğu kimi, burada da süjet çox sadədir: Xaqan çox qocalmışdır, onu əvəz edə biləcək varisi iki oğlundan biri təyin olunmalıdır: kiçik oğlu Alptəkin pəhləvan kimi güclü, ağıllı və tədbirlidir, möhkəm iradəyə malikdir. Onu tayfanın ağsaqqalları, xaqanın silahlı ordusu xaqan görmək istəyir. Böyük oğul Güntəkin isə zəif iradəli, sözə gedən, hərbi işə meyl etməyən bir gəncdir. Dayıları və anası Damla xatun onun xaqan olmasını istəyirlər. Bu niyyətlərini gerçəkləşdirmək üçün onlar ov zamanı qoca xaqanı oxla yaralayır və öz xəyanətlərini Alptəkinin üstünə atırlar. Lakin xaqan tayfa bilicisi – şamanın köməyi ilə həqiqəti aşkara çıxarır və qəsdin kiçik oğluna qarşı təşkil edildiyini anlayır. Xaqan qocaldığını hiss edərək çəkişmələrə son qoymaq üçün qədim türk adətinə uyğun olaraq qızqovdu yarışları elan edir. Bu yarışda qalib gələn döyüşçü xaqanın böyük yay-oxuna sahib olur və onun varisi sayılır.

Qızqovdu yarışları qədim hərbi demokratiya qaydalarına uy­ğun olaraq cıdır şəklində aparılır. Cıdır iştirakçıları gələcək xa­qa­nın arvadı – ana xaqan olacaq gözəli atla qovurlar və birincilik qaz­anan həm də şad titulu qazanır, yəni varis elan olunur. Parlaq bə­dii dillə, gözəl təsvirlərlə qələmə alınan qızqovdu yarışlarında Alptəkin qalib gəlir. Qoca xaqanın yarışda xaqan-ana roluna təyin etdiyi gözəl isə xaqanın qardaşı qızı Aylaxatundur.

Saray intriqaları və növbəti xəyanət nəticəsində xaqan vəzifə­sinə Güntəkin çıxarılır. Xaqan-ana Damlanın və qardaş­la­rı­nın bu əməli tayfa birliyində böyük narazılıq və qiyamla nəticə­lə­nir. Sıravi adamlar və döyüşçülər qanuni xaqan olan Alptəkinin hüquqlarını müdafiə etmək istəyirlər. Lakin tayfa ağsaqqalları və Alptə­kin özü qardaş qanı axıdılmasına razı olmur: nəticədə Alptəkini xaqan kimi tanıyan tayfalar və böyük el ağsaqqalı Turqut hərbi tədbirlərə əl atmadan yeni otlaqlar və yurd yeri tapmaq ümidi ilə Qərbə tərəf yola düşürlər və uzun yollar qət edəndən sonra yurd salırlar. Lakin onların yeni vətənində də əkinçilər türk dilində danışırlar. Alptəkinin tayfa birləşməsi ondan çox-çox əvvəl türklərin yaşadığı səfalı, suyu bol otlaqlara gəlib çıxmış olur.

Müəllifin əsas ideyalarını xaqan Alptəkin və Turqut baba surətləri təmsil edir. Qədim türklərin dini görüşlərinin, adət-ənənəsinin, etnoqrafik xüsusiyyətlərinin təsviri ən çox bu surətlər üzərin­də verilir. Yazıçı qədim türk tayfa birləşmələrində hakimiy­yətin iki qoldan ibarət olduğunu göstərir. Əsas hakimiyyət xaqana məxsusdur. Bütün xaqanlar qədim türklərin mifik allahı olan Göktanrının oğlanları və yerdə nümayəndəsi sayılır. Xaqanlar çox zaman öz adı da əlavə olunmaqla göylər tanrısının oğlu adlandırılır. Məsələn, tayfadaşları öz xaqanlarını çox zaman Göktanrı oğlu Alptəkin çağırırlar.

Xaqanların mifik atası sayılan Göktanrının səltənəti göy­lərdədir. Onunla ancaq bilici-şamanlar xüsusi mərasimlər şəklində ünsiy­yət saxlaya bilirlər. Qədim türk-hunlar Göktanrıdan qor­xurlar. O, yağışı yağdıran, bərəkət və hərbi qələbələr verən tanrı he­sab olunur. Ağsaqqallar və şamanlar sıravi adamları Göktan­rının qəzəbinə səbəb ola biləcək hərəkətlərdən çəkindirirlər. Gök­tan­rı qəzəblənəndə insanları müxtəlif şəkildə cəzalandırır, onların əziz­ləri üçün ölüm göndərir, müharibələr başlayır, quraqlıqlar olur və s.

Göktanrının yerdə, insanlar arasında oğlu və əvəzi Xaqan say­ılır. O, tayfa birliklərində ən güclü adamdır: sıravi tayfa üzvləri onun oxunun yayını qaldırmağa belə qadir deyillər. Xaqan hər gün öz gücü, ədaləti, ovçuluğu ilə öz rəhbər mövqeyini nümayiş etdirməlidir. O, silahlı ordunun başçısı və tərbiyəçisidir. O, günün çox vaxtını gənc döyüşçülərin tərbiyəsi, onların döyüş ustalığının artırılması ilə məşğul olur.

Alptəkin müdrik bir siyasətçidir. Türk qəbilələri arasında yaxşı otlaqlara görə çoxlu düşmənçilik və çəkişmələr olur. Alptəkin bu düşmənçiliyi dinc yolla nizamlamağa çalışır. Bu heç də onun zəifliyindən irəli gəlmir. Onun yeritdiyi sülhsevər siyasətin əsas məqsədi dağınıq türk tayfalarını bir bayraq altında birləşdirməkdir. Əzizə Cəfərzadə Alptəkin obrazı timsalında türk tayfalarının birliyi ideyasını əsərin əsas fikir leytmotivi kimi dərinləşdirir. Köçəri həyat sürən, daim yeni otlaqlar axtaran, başqa soylara məxsus tayfalarla qanlı toqquşmalarda olan türklər üçün birlik, güclü vahid dövlət həyati bir zərurətdir. Yalnız belə dövlət onları çoxsaylı müharibələrdən qurtarar, düşmənlərə üstün gəlmək üçün mərkəzləşmiş hərbi qüvvələr yaradar.

Karluq tayfalarının hücumu zamanı Alptəkin müdrik siyasətçi kimi hərəkət edir, xüsusi hərbi qəddarlıq olmasın deyə orduya göstərişlər verir. Bütün bunlar bir siyasi məqsəd güdür: karluq türklərinin məğlubiyyəti onların Alptəkin Xaqanın bayrağı altında birləşməsi üçün əsas olsun. Karluqlarla vuruşların nəticəsi məhz belə olur: onlar məğlubiyyətdən sonra Alptəkin Xaqanın ədalətli bir insan olduğunu görüb onun tayfa birləşmələri ilə qaynayıb-qarışmaq qərarına gəlirlər.

Povestdə ikinci rəhbər obrazı Turqut babanın şəxsiyyətidir. Yazıçı onu yarımifik bir şəxsiyyət kimi qələmə alıb. Onun yaşı üçüncü əllini – yəni yüz əlli yaşı adlamaqdadır. Povestdə baş verən bütün mühüm hadisələr zamanı, bütün taleyüklü qərarlar qəbul olunanda Turqut baba Xaqanın yanındadır. Xaqan da ciddi qərarlar qəbul edəndə, ilk növbədə, Turqut babaya müraciət edir, o isə öz növbəsində bütün tayfa ağsaqqallarını toplayıb prob­lem­lərin müzakirəsini təşkil edir və Ağsaqqallar Şurası müvafiq qərar ve­rir. Bu şura Xaqanın hakimiyyəti yanında məşvərətçi bir qurum­dur.

Turqut baba surəti tayfaların həyatındakı roluna görə xalq dastanlarımızın qəhrəmanı olan Dədə Qorqudu xatırladır. O, mənəvi, əxlaqi normalara, ata-baba qaydalarına əməl olunması ilə bağlı məsələlərdə tayfaların mənəvi rəhbəridir. O, öz tayfadaşlarının tarixi müdriklik və mənəvi mədəniyyət timsalıdır. Bununla yanaşı, Turqut baba tarixi keçmişin, türkdilli insanların topladığı həyat biliklərinin və təcrübəsinin daşıyıcısıdır.

«Hun dağı» povesti qədim Hun türklərinin dini görüşləri, etnoqrafiyası, dili, hərbi mədəniyyəti barədə dəqiq tarixi məlumatlar verən gözəl bir dərsliyi xatırladır. Hun türklərinin maldarlıq həyatında at başlıca yer tutur. Onlar onun südünü içir, ətini yeyir, özündən də nəqliyyat, hərbi alət, estetik gözəllik timsalı kimi istifadə edirlər. Romanda Əzizə Cəfərzadə özünü atçılıq mədəniyyətini gözəl bilən, atların bütün növ və rənglərini fərqləndirən, atçılıq idmanı növlərini dramatik şəkildə təsvir edə bilən bir yazıçı kimi göstərir. Bir qadın müəllif üçün bu nadir bir keyfiyyətdir və oxucu da əsəri oxuduqca türklərin ən qədim və sevimli ev heyvanı olan at və atçılıq barədə çoxlu məlumatlar, terminlər öyrənir.

Povestin dili dəqiq və rəvandır. Yazıçı mövzu ilə bağlı müasir oxucuya və gəncliyə az məlum olan onlarla qədim türk söz və terminlərini işlədir. Atçı tayfaların məişəti ilə, geyimləri, silahları, toy və bayram adətləri ilə bağlı povestdə dəqiq işlənmiş epizod və vəziyyətlər vardır. Müəllif atçı tərəkəmələrin müxtəlif dərilərdən istifadə, onların aşılanması və müxtəlif məqsədlər üçün istifadəsi barədə çoxlu etnoqrafik məlumatlar verir.

«Bakı-1501» yazıçının ən qiymətli bioqrafik-sənədli tarixi əsərlərindən biri – Şah İsmayıl Xətaiyə həsr olunmuş romanıdır. Əsər 1981-ci ildə ayrıca kitab şəklində çap olunmuş, sonralar dəfələrlə çap edilərək oxucuların və ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. 1989-cu ildə romanın rus dilinə tərcüməsi Bakıda çap olunmuşdur.

«Bakı – 1501» vətənpərvər bir Azərbaycan yazıçısının romanıdır. Əzizə Cəfərzadə romanı qələmə almaq üçün Şah İsmayılın həyatına və hərbi yürüşlərinə həsr olunmuş farsca və digər dillərdə olan külli miqdarda tarixi mənbələri, o cümlədən Xətainin hərbi yürüşlərində iştirak etmiş tarixçilərin əsərlərini diqqətlə öyrənmişdir. Lakin yazıçı tarixə böyük fateh kimi düşmüş Şah İsmayılın bütün yürüşlərini yox, onun ancaq Bakıya və Şirvana 1501-ci ildə etdiyi hərbi hücumları qələmə almışdır. Bunun böyük mənası var idi, xüsusilə Azərbaycanın hələ müstəqil dövlət kimi mövcud olmadığı illərdə. Yazıçı şüurlu olaraq Şah İsmayılın Azərbaycan xalqının tarixində və taleyində oynadığı xüsusi rolu bədii şəkildə qələmə alırdı. Bu milli mənlik şüurumuza şüurlu xidmət idi, vətənimizin müstəqil tarixinin bədii səlnaməsini yaratmaq işinə xidmət idi.

Şah İsmayıl öz yürüşləri və fəaliyyəti ilə İran dövlətinin də sərhədlərini genişləndirmiş, öz qızılbaş ideologiyasını İran dövlətinin rəsmi ideologiyasına çevirmişdi. Onun əsasını qoyduğu Səfəvilər sülaləsi İranda 1737-ci ilə – Nadir şahın tacqoyma mərasimi keçirdiyi vaxta qədər – təxminən iki əsr yarım davam etmişdir.

Şah İsmayılın ulu babası və səfəvi şeyxləri sülaləsinin banisi olmuş Şeyx Səfiəddin Ərdəbilə XIV əsrdə indiki Türkiyə ərazi­sindən gəlmişdi. Onlar Məhəmməd peyğəmbərin əmisi oğlu, qızı Fatimeyi-Zəhranın əri və xilafət ordusunun əsas sərkər­dələrindən olmuş Əli ibn Əbutalibi ilahiləşdirirdilər. İsla­mın tərifində İmam Əliyə xüsusi yer ayıran, bəzən hətta onu Allahla eyniləşdirən əliallahilik, əslində siyasətə daha çox bağlı olan dini cərəyan idi. Bu cərəyanı yayan hökmdarların və feodalların hamısı özünü Əlinin, onun nəvəsi imam Cəfəri Sadiqin və deməli, Məhəmməd peyğəmbərin qohumu kimi təqdim edirdilər. Bu, orta əsr­lərdə tez-tez yaranan və dağılan feodal dövlətlərini peyğəm­bər­lə qohumluq adı ilə legitimləşdirmək və möhkəmləndirmək istəyi idi.

Ərdəbil şəhərində kök salan səfəvi şeyxləri də istisna de­yildi. Onlar da hərbi və dini xarakterli bir sektanı təmsil edir, dini təb­liğat işini hərbi təlim və təhsillə vəhdətdə aparırdılar. Bunu onlar islamı yaymaq, missionerlik kimi təqdim edir, öz zabitlərini qazi – Allahın iradəsini icra edənlər kimi adlandırırdılar. Belə­liklə, Şah İsmayılın ordusundakı savadlı zabitlər həm peşəkar döyüş­çü, həm də islamın əsaslarını gözəl bilən və təbliğ edən missionerlər idilər. Onların düşmənləri digər dini cərəyanların nümayəndələri idi.

Romanda Şah İsmayılın qoşununun Şirvana yürüşünün formal səbəbi «yezid» elan edilmiş Şirvanşah Fərrux Yəssarı və onun nəslini məhv etmək idi. Qızılbaş qoşunundakı əsgərlərə yürüşün məqsədi belə izah olunurdu. Lakin Fərrux Yəssar da müsəlman idi və bütün ata-babaları kimi sünnilik təriqətinə mənsub idi, onun müsəlman dini qarşısında heç bir günahı yox idi. Lakin Qızılbaş qoşununun əsgərləri bu incəlikləri bilmirdilər: onlardan az adam Şah İsmayılın Şirvana qisasçılıq niyyəti ilə gəldiyini bilirdi: onun babası Şeyx Cüneyd, atası Şeyx Heydər Şirvanşahlar dövlətinin şimal ərazilərində, Samur çayına yaxın yerdə hərbi-dini döyüşlər zamanı həlak olmuşdular. Bu zaman Azərbaycan Şirvanşahlar dövlətinin və sülaləsinin yeddi yüz ilə qədər tarixi var idi. Ona görə də yazıçı Şah İsmayılın 1501-ci ildə Bakı qalasını mühasirəyə alması hadisəsini milli faciə kimi, qardaş qırğını kimi qələmə alır.

Şah İsmayıl Xətai tarixdə çox ziddiyyətli və qəddar bir hökmdar olmuşdur. Lakin yazıçı əsərdə Xətainin tarixi xidmətləri ilə şəxsiyyətini eyniləşdirmir. Yazıçı bir tərəfdən onun şəxsi qüsurlarını tarixi mənbələrdə olduğu kimi qələmə alır. Digər tərəfdən isə, onun Azərbaycan türklərinin tarixi ərazilərini birləşdirmək, bu ərazilərdə mərkəzləşmiş və vahid dövlət yaratmaq sahəsindəki xidmətlərini konkret faktlar əsasında ortaya qoyur.

Əzizə Cəfərzadə romanda Şah İsmayılın şəxsiyyətindəki və hərbi yürüşlərindəki çoxlu ziddiyyətləri qələmə alarkən obyektiv və yeganə düzgün yol tutur: o, Şah İsmayılı ideallaşdırmır, əksinə, onu tarixi mənbələrdə təqdim edildiyi şəkildə qələmə alır, tarixi həqiqətə sadiq qalır. Əzizə Cəfərzadədən sonra, bəlkə «Bakı – 1501»-in təsiri ilə daha iki roman yazılıb: F.Kərimzadənin «Xudafərin körpüsü» (1982), Əlisa Nicatın «Qızılbaşlar» (1983) ro­man­larında müəlliflər Şah İsmayılı bir fateh kimi reallaş­dırmağa, onu müsbətləşdirməyə çalışmışlar.

Lakin Əzizə Cəfərzadə böyük ölçü hissinə, tarixi prosesləri daha dərindən duymaq qabiliyyətinə malik idi, ona görə Şah İsmayılın hərbi, dini fəaliyyətindəki ifratlarını, tarixi mənbələrdə özünə yer tapmış saysız-hesabsız macəralarını qələmə almaqdan imtina edir və bütün diqqətini xalqımızın taleyi ilə bağlı 1501-ci ilin Şirvan hadisələrinə verir. Romanın mənalı və təsirli hissələrindən biri «Bir tayfanın sonu» adlı parçadır.

Bələdçilər hələ yeniyetmə olan şahı Fərrux Yəssarın Şamaxının uca dağlıq yerində, Fit dağı ətəyində olan yaylağına aparanda qədim bir türk kəndini «kafir» kimi nişan verirlər. Bu tayfanın küfrü ondadır ki, onlar islamı qəbul edəndən sonra bir sıra qədim türk inam və adətlərini də davam etdirirlər. Cavan şah bələdçinin «kafir tayfa» haqda sözünü dərindən aydınlaşdırmadan bu tayfaya qanlı divan tutur. Əsir edilmiş müsəlman əqidəli əhali sıraya düzülür və hamısı şiə məzhəbinə keçməyə dəvət olunur. Bundan imtina edən adamların birinə də rəhm edilmir, onlar Şah İsma­yılın gətirdiyi «təmiz dini» qəbul etmədikləri üçün digər­lərindən ayrılır. 2-3 gün müddətində «kafir» kimi boyunları vuru­laraq qardaş qəbiristanlıqlarında kəfənsiz basdırılırlar. Eyni qəd­dar qırğın Bakı qalası tutulduqdan sonra orada da icra edilmişdir.

Bibixanım – Sultanım surəti. Romanda Şah İsmayıla qarşı yaradılmış əsas müsbət qəhrəman Bibixanım surətidir. Fərrux Yəssarın vəliəhd olan oğlu Qazıbəy İçərişəhər qalasında oturur və Bakı bölgələrində Şirvanşahın valisi sayılırdı. O, ova gedərkən təsadüfən Bibiheybət kəndində Bibixanımı görüb ona aşıq olur və saraya gətirir. Yazıçı Bibixanım surətini böyük ustalıq və məhəbbətlə yaratmış, onun simasında Azərbaycan qadınının mərdlik və sədaqətini ümumiləşdirmişdir. O, yetimçiliklə, ata-anasını itirərək babasının himayəsində böyümüşdür. Bibixanımın babası Bibiheybət pirində xidmətçi olan şeyxdir: onun evi həm də ziyarətə gələn zəvvarların bir-iki günlüyə sığınacaq yeridir. Bibixanım kiçik yaşlarından babasına yardımçı olmuş, ziyarətə gələn qonaqları qəbul edərək gündəlik zəhmətə alışmışdır. Məhz onun sayəsində boş düzənlikdə olan həyət balaca cənnət parçasına çevrilmişdir.

İçərişəhər qalasındakı Şirvanşah sarayına düşən Bibixanım ilk vaxtlar sıxıntı keçirir: qaynanası, Fərrux Yəssarın arvadı onu qəbul etmir, çünki o, rəiyyət içərisindən çıxmışdır. Şah oğluna isə mütləq şah nəslindən bir qız lazımdır. Lakin Bibixanım qısa vaxtda böyük hörmət qazanır: əri Qazıbəydən yazıb oxumaq öyrənir, saray davranışını mənimsəyir. Qızılbaş ordusu Şirvana girəndə Caban kəndi yaxınlığında Qızılbaş ordusu ilə Şirvanşah arasında qanlı döyüş olur. Qazıbəy Bakı ətrafında qüvvə toplayıb atasına köməyə gedir. Lakin Bibixanım-Sultanım sarayda bunu heç kəsə demir, şəhəri mühasirəyə hazırlamağa başlayır. O, tərəddüd etmədən Şah İsmayılın təslim olmaq təklifi ilə gələn və ədəbsizlik edən elçisini və düşmənə satılmış şəhər darğasını asdırır. Bu, Bakı əhalisinin düşmənə qarşı nifrətini və mübarizliyini artırır. Qızılbaş ordusu yeddi gün şəhəri mühasirədə saxladıqdan sonra içəri soxula bilir.

Bibixanım-Sultanım tarixi şəxsiyyət olsa da, yazıçı onun obrazını öz fantaziyası ilə tamamlamışdır. O, sağlam düşüncəli bir qadın kimi Qızılbaşlarla müharibənin qardaş qırğını olduğunu başa düşür: anlayır ki, hər iki tərəfdə vuruşanlar dili, qanı və dini bir olan qardaşlardır. Yazıçı Bibixanım-Sultanımla cavan Şah İsmayılın qala ətrafında təsadüfi görüşünü və təkbətək döyüşünü təsvir edir. Yazıçı fantaziyasının romantik bəhrəsi olan bu döyüşdə əvvəlcə kişi paltarında olan Bibixanım şaha üstün gəlir, lakin onu öldürmür: Şirvanşahın gəlini Şah İsmayılı qardaş qırğını törətməkdə ittiham edir. İkinci döyüşdə Şah İsmayıl qalib gəlir və döyüşçünün qadın olduğunu görüb onu buraxır.

Bibixanım surəti romanın vətənpərvərlik ruhunu yaradan, dini müharibələrin tragizmini və mənasızlığını göstərən əsas obraz – müəllifin uğuru idi. Əzizə Cəfərzadə məhz bu obraz vasitəsi ilə tarixi hadisələrə müəllif münasibətini ifadə edirdi. Romanda ikinci planda olan, lakin dəfələrlə xatırlanan motiv – milli birlik, torpaqların və tayfaların, təriqət və inamların vəhdəti məsələsi idi. Bu vəhdət bütöv, güclü və müstəqil Azərbaycan dövləti ideyası kimi romanda leytmotiv təşkil edir.

Xətai surəti. Roman boyu müəllif özü də Xətai surəti haqqında mülahizələr yürüdür, onun şəxsiyyətində əsas bir cizgi axtarır və romanın son parçalarında bunu onun şairliyində tapır. Lakin romanın müxtəlif yerlərində Şah İsmayıl Xətainin bir xüsusiyyəti – onun qəddarlığı və intiqamçılığı xüsusilə diqqəti cəlb edir. O, Fərrux Yəssar öldürüldükdən sonra onun cəsədini yandırır, başını bədənindən ayırır və təhqir edir. Bakı qalası tutulandan sonra şahın əmri ilə Fərrux Yəssarın ata-babalarının Şirvanşahlar sarayındakı məqbərələri dağıdılır, onların sümükləri çıxarılıb yandırılır. Şah İsmayıl məğlub etdiyi Şeybani xanın kəllə sümüyünə qızıl çəkdirib onda şərab içir.

Romanda müəllif dəfələrlə Şah İsmayılın qəddarlığını göstərir və bunu onun ağır uşaqlığı ilə əlaqələndirir. Ərdəbil şeyxlərinin tərəfdarları Şeyx Səfi nəslinin sonuncu oğlan varisi olan İsmayılı böyük məxfilik şəraitində qoruyurlar. Onun atası, anası, qardaşları xüsusi amansızlıqla öldürülüblər. Bütün bunlar İsmayılın qorxu içində, daim ölüm təhlükəsi içində böyüməsinə səbəb olmuşdu. Doğru deyirlər: qəddarlıq qorxunun tərs üzüdür.

«Bakı – 1501» romanında Şah İsmayılın obrazı daimi inkişafdadır. O, əvvəlcə köməksiz körpə, sonra üzü kənar adamlar üçün bağlı olan mistik bir təriqət başçısı, sonra qılınc gücünə öz təriqətini yayan dini sərkərdə, sonra öz ilahi gücünə inanan peyğəmbər övladı, sonra öz nəslinin şöhrətini əbədiləşdirmək istəyən şöhrətpərəst hakim, sonra dünya cahangirliyi arzulayan hərbi sərkərdə, Çaldıran məğlubiyyətinin rüsvayçılığından sonra isə bədbinliyə qapılmış guşənişin və təriqətlərdə həqiqət axtaran dərviş kimi qarşımızda durur. Romanın sonunda onu dərviş və şairlər arasında daha çox görürük. Müəllif isə imkan düşdükcə Xətaini bir şair kimi daha qabarıq verməyə çalışır.

Romanda dəfələrlə müzakirə olunan motiv Şah İsmayıl Xətainin şairliyi ilə qəddarlığı arasındakı ziddiyyətdir. Bu baxımdan onun qəddarlığının da, şairliyinin də köklərini onun təriqətçiliyində axtarmaq lazımdır. Məlumdur ki, islam təriqətlərinin tam əksəriyyəti poetik və alleqorik formada öz əksini tapırdı. Xətainin kiçik yaşlarından öyrəndiyi təriqət ədəbiyyatı – sufilik, hürufilik, nəqşbəndilik, şiəlik və s. poetik abidələrdən ibarət idi. Ona görə Xətainin öz təriqət görüşləri də poetik əsərlərdə, qəzəl və qoşmalarda əksini tapırdı. Bu mənada təriqət dövləti, daha dəqiq desək, dini dövlət yaradan Xətainin şeirləri onun bu fəaliyyətinin bir sahəsi idi.

Cavan Xətai hakimiyyətdə möhkəmlənən kimi ona rəğbət qazandıran layihələrlə məşğul olur: tutduğu ölkələrdən memar və ustaları, alim və xəttatları öz paytaxtı Təbrizə gətirir, quruculuq işləri ilə məşğul olmağa başlayır, özündən sonra böyük mədəni irs, kitabxanalar qoymaq barədə düşünür.

Amma müharibə başlanan kimi o, hər şeyi unudur və Allahla birgə qalır. Allah onun daxili dialoqlarının bir qütbü olur. Şah İsmayılda Allaha səmimi və mistik bir inam vardır və öz qələbələrinin əsas müəllifi onu hesab edir.

Uşaqlıqdan İsmayıla müqəddəs, ali, xilaskar bir məxluq ki­mi baxılmışdır, bu isə onun özündə, öz şəxsiyyətinə münasi­bə­tində əksini tapmışdı. Körpə vaxtdan onun üzünə salınan pərdə onun ilahiliyinə işarə idi. Uşaqlıqdan onu mələklər kimi başdan-başa yaşıl geyindirirdilər. Xətai özünü çox zaman Allaha yaxın, onun sevimlisi, onun lütfünün daşıyıcısı kimi hiss edirdi. Bir çox müharibələrdə, xüsusilə Sultan Səlimlə münasibətlərdə onun məntiqsiz ərköyünlüyü və arxayınlığı da onun mistisiz­mindən gəlirdi.

Onun müharibəyə mistik münasibəti, hazır qələbənin Allah­dan gələcəyi ovqatları bütün qızılbaş ordusuna və onun əsgər­lə­rinə də keçmişdi. Onlar bütün döyüşdə Allahı əsas müttəfiq sayır və qorxu bilmədən vuruşurdular. Qızılbaş ordusunun gücü bir də bun­da idi: gündəlik təbliğat, fasiləsiz ibadətlər və namazlar onlarda Allahın himayəsinə inam yaratmışdı. Onların qəddarlığı və qoçaqlığı da bu inamdan qüvvət alırdı.

«Bakı – 1501» romanının əsas məziyyəti onun 80-ci illərdə Azər­baycan cəmiyyətinin milli fikir axtarışlarını ifadə etməsi idi. Romanın son hissələrində Xətaini öz ana dilinə məhəbbət bəsləyən, sarayda və diplomatik dairədə onun yayılmasına çalışan bir şəxs kimi görürük. O, milli dilin və dövlətin, mədəniyyət və incəsənətin inkişafına böyük əhəmiyyət verir, Təbrizin dünyanın böyük paytaxtları kimi gözəl olmasına çalışır. Bu epizodlarda yazıçı milli dövlətçilik ideallarının bədii təbliğatçısı kimi diqqəti cəlb edir.

Əzizə Cəfərzadə 1960-1980-ci illərdə tarixi nəsrin ən görkəmli nümayəndəsidir. Onun tarixi romanları 1970-1980-ci illər nəsrində xüsusi yer tutur. Sənədli bioqrafik tarixi roman janrının çiçəklənməsi onun adı ilə bağlıdır. Yazıçının tarixi əsərlərinin əsas mövzusu Azərbaycan xalqının milli varlığı, özünəməxsusluğu və taleyidir. Onun əsasını qoyduğu bioqrafik sənədli tarixi janr Sovet İttifaqının dağılması ərəfəsində Fərman Kərimzadə, Mahmud İsmayılov, Əlisa Nicat və digər yazıçıların yaradıcılıq axtarışlarında davam etmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.