Press "Enter" to skip to content

Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir

● Qalıq dövriyyə cədvəlinin qurulması

Magistr OL

Xəbərin davamından Magistratura Haqqında Ən Çox Verilən Sualların Cavabları İlə Tanış Ola Bilərsiniz. Bir sözlə beyninizdə olan magistrla bağlı suallarınıza cavab tapacaqsız.

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Sual-1: Magistra hazırlaşmaq istəyirəm lakin bu haqda heç məlumatım yoxdur.
-Ay əcəb edirsən. Məlumatın yoxdur bu dəqiqə olar. Bəs magistrol.com nə üçündür?! təbii ki sizi məlumatlandırmaq və öyrətmək üçün. Heç Eynşteyn də düz əməlli danışa bilmirdi ancaq indi adı Dahi sözünün sinonimidir. Kim bilir bəlkə gələcəkdə sənin də adın master sözünün sinonimi oldu 🙂
Magistrturada ya sən öz bakalavrda öyrəndiyin ixtisası daha da dərindən öyrənirsən. Yəni əməlli başlı elm adamı olursan. (təbii ki yaxşı oxusan. Yaxşı oxumasan da evdəkilər qonşunun yanında fəxrlə deyir ki “az həəə bizim uşaaq magistrda oxuyur”).
Ya da ki düşünürsən ki, öz ixtisasımı artıq oxuduğum bəsdir yeni bir ixtisasım da olsun. O zaman MBA proqramını seçib olursan iqtisadçı (mühasib, menecer, marketinq və s.) MBA eşidib tez gözlərin parıldamasın astarı üzündən baha başa gəlir. Magistraturada təhsil ancaq əyanidir və 2 il davam edir.

Sual-2: Magistraturaya qəbul olmaq üçün nələrdən imtahan verməliyəm?
-Magistraturaya qəbul imtahanı 2 turdan ibarət olur.
1-ci tur hamı üçün eynidir. Və 3-cə fəndən imtahan veririsiz. Məntiq, İnformatika, Xarici Dil.
*Məntiqdən 50 sual olur, onlardan 45-i test 5-i açıq sual.
*İnformatikadan 25 sual olur, onlardan 20-si test 5-i açıq sual.
*Xarici Dildən 25 sual. 20 test 5 açıq sual. 20 testdən də 5-i dinləmə mətni olur.
Hər suala görə bir bal verilir. Səhv düzü aparmır. Bildiklrinizi yazırsız sonra ağlınıza və əlinizə keçənə cavab atırsız, tutar magistr tutmaz canınız sağ olsun 😀
Birinci turdan keçə bilsəz 2-ci turda illər ərzində universitetdə keçdiyiniz və “mükəmməl öyrəndiyiniz” ixtisasınızdan imtahan verəcəksiz. MBA-nı seçənlər isə ixtisas imtahanı əvəzinə orta məktəbin 9-cu sinif səviyyəsində riyaziyyatından və GMAT-dan imtahan verirlər.
İkinci turda cəmi 50 sual olur, 45 test və 5 açıq sual. Yenə də hər sual 1 bal və səhv düzü aparmır.

Sual-3: Magistraturaya qəbu imtahanları hansı aylarda olur?
1-ci tur fevralın axırı martın əvvəli. İkinci tur isə normalda mayın axırı lakin Avropa Oyunları kimi bir hadisə təkrar baş versə aprelin axırı.

Sual-4: Magistraturaya hansı materiallardan hazırlaşım?

Bu linkə Daxil OLaraq magistratura üçün 500-dən çox izahlı video dərs izləyə bilərsiniz. İZLƏ..
Həmçinin saytımıza baxıb onlarla PDF kitab, testlər, sınaqlar və s. tapa bilərsiniz. magistrol.com. Desəniz ki gözüm ağrayır kitab lazımdır. Ona da çarə var Magistr OL Tədris Mərkəzinin Bütün Fənlərdən Mükəmməl Kitabları Var.

Başa düşmədiyiniz suallar üçün isə qrupumuzun qapısı pəncərəsi 24 saat üzünüzə açıqdır. QRUPA ÜZV OL›››

Sual-5: Hansı mövzuları Öyrənməliyəm? Qəbul proqramını hardan tapım?
-Siz istəməkdə olun. magistrol.com tapıb gətirər.
*Qəbul proqramları və Nümunə testlər üçün Magistr 1 və Magistr 2 jurnalına baxın. Online satışı var DİM-in saytında

Sual-6: Magistra hansı kursda hazırlaşım?
-Magistraturaya evdə özünüz də hazırlaşa bilərsiniz. Təbii ki magistrol.com-un hamıya açıq olan online hazırlıq materiallarından da istifadə edərək.
Yox əgər düşünürsüzsə ki, “Qılınc Müsəlmanlardansız” başınızın üstündə kimsə durmasa oxuya bilməzsiz və ya bilik səviyyəniz çox zəifdir o zaman təbii ki “Magistr OL” Tədris Mərkəzini seçirsiz və tam ürəkli şəkildə yaxınlarınıza məsləhət də görə bilərsiz sonunda onlar buna görə sizə təşəkkür edəcək. Online hazırlıqda rəqibsiz olduğu kimi real həyatda olan hazırlıqda da Magistr OL rəqibsizdir. (Təvazökarlıqdan uzaq da olsa həqiqəti demək lazımdır))) [Görünən dağa nə bələdçi?! 🙂 birdən elə başa düşərsiz dağa gəzməyə gedirik qəti o fikirə düşməyin. Dağ qəbul olun sonra olacaq. İndi isə Təhsil , TəHsİL və yenə də tƏhSiL ]

Sual-7: Öz ixtisasıma uyğun magistrda hansı ixtisaslarda oxuya bilirəm?
Bunun üçün DİM-dən magistr 3 jurnalı al ya da dost tanışdan tap ordan bax fərqi yoxdu. Nəysə çox uzatmayaq jurnala baxar baxmaz ilk sualın bu olacaq ki mən bundan necə istifadə edim? səbrin olsun deyirəm. Birinci sütunda öz bakalavr ixtisasını axtar tap. Tapandan sonra ikinci sütunda o bakalavr ixtisasının qarşısında olan ixtisaslardan istənilən birin seçə bilərsən. DİM orda xətlərlə sərhəd çəkib diqqətlə bax tam aydın olacaq hamsı. 3-cü sutunda isə proqramının nömrəsi yazılıb onu da yaxşı-yaxşı əzbərlə lazım olacaq. Tapmasaz bizə yazın və ya yaxınlaşın mərkəzimizə ona da çarə taparıq.

Sual-8: MBA nədir?

Öz ixtisası üzrə oxumaq istəməyənlər MBA proqramın seçə bilərlər. MBA proqramını seçərək siz, Biznes, Maliyyə, Bank işi, idarəetmə, mühasibat, insan resursları, İT və s. iqtisadi ixtisaslardan birinə sahib ola bilərsiz. Birinci turu adi magistrla eyni imtahandır (məntiq, informatika, xarici dil). İkinci turda isə orta məktəb riyaziyyatı və GMAT-dan imtahan verirsiz. Daha ətraflı məlumat üçün Videonu İzləyin

Sual-9: GMAT nədir?

GMAT biraz riyaziyyat, biraz həndəsə, biraz məntiq qarışığı olan Amerikansayağı test tipidir. Nümunə testlərə və həllərinə bu videoda baxa bilərsiz. Videonu İzlə

Əgər suallarınıza cavab tapa bilmədizsə aşağıdakı qutulara günün 24 saatı suallarınızı yaza bilərsiniz. Ən qısa zamanda cavablandırılacaq. (Gördüz cavablandırılmır elə bu saytdan Magistr OL-un əlaqə vasitələrin tapın onlara yazın. Düşünməyin ki bezdirirsiz əksinə bizə xoşdur. Cavab gecikəndə isə bütün hirsinizi üstümüzə tökməyin, yazan çox olur başa düşün Lütfən. gec olsun güc olsun )))

Hə Bir Də Yeri Gəlmişkən Magistr OL Tədris Mərkəzinin Əlaqə Nömrələri (070/055/050) 662-37-57 nömrələrin vatsapları da aktivdir. Günün 24 saatı yaza bilərsiniz.

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Magistratura Haqqında Ən Çox Verilən Suallar
İnformatikadan Qızıl Kimi Qaydalar
Magistraturaya hansı kursda hazırlaşım? İmtahanda necə yazım ki balım yüksək olsun?
Magistr OL Təqaüdü
İnformatika Qısa Kurs
İnformatikadan Onlayn Kitab
Word 2010 Super Bir PDF Kitab
Izahlı Məntiq Testləri
Məntiqdən Möhtəşəm Video Dərslər
İnformatika TEST BANKI + doğru cavablar Magistratura Materialları

18 comments:

Salam. Dersleriniz ve cavablariniz ucun cox tesekkurler. Cox komek olur. Men amma fransiz dili haqqda hec ne tapa bilmirem. Hansi derslikden hazirlasmaliyam? Mumkunse cavablandirardiz Reply Delete

Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir?

Mühasibat uçotunun nə demək olduğunu öyrənmək üçün mühasibat uçotunun tərifini qısaca başa düşməliyik. Mühasibatlığa gəldikdə, qısa bir tərif ağla gəlməlidir. Beləliklə, tərifi əzbərləmək əvəzinə mühasibat uçotu nə demək olduğunu başa düşə bilərik. Mühasibat uçotunun tərifinə əsasən tədricən mühasibat uçotuna başlaya biləcəyimiz üçün “mühasibatlıq nədir” sualına cavab tapa bilərik.

Uçot anlayışı: İqtisadi fəaliyyətlərdə və hadisələrdə bütün strukturların maliyyə fəaliyyətini izləyən, təsnifləşdirən, ümumiləşdirən, hesabat verən və şərh edən məlumat bir qoludur.

Mühasibatlıq: İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan , sinifləndirən , yekunlaşdıraraq hesabat edən, nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Bu sahə ilə məşğul olan şəxsə Mühasib deyilir.

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

Mühasibat uçotunun hesablamaları mühasibatlıq proqramı olan 1C proqramı vasitəsi ilə həyata keçirilir.

1C proqramı

Proqramın quruluşu.

Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.

“1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:

  • “1C:Müəssisə” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. İstifadəçi təkcə platforma ilə işləyə bilmir. Özünəməxsus freymvörk (framework) platformasına bənzəyir. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır

Mühasib kimlərə deyilir?

“Mühasib” sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

“Mühasib peşəsi” hal-hazırda dünya miqyasında ən çox tələbat olan və əmək haqqı məbləği kifayət qədər olan sahələrdən biridir. Və hətta işinizi yaxşı bilsəniz ali təhsil almadan belə PEŞƏKAR MÜHASİB ola bilərsiniz.

Bəs yaxşı, savadlı və işinin peşəkarı olan mühasib olmaq üçün nə etmək üçün lazımdır?

Çox düşünməyə ehtiyac yoxdur, yolunuzu EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmağınız kifayətdir. Çünki EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ savadlı və peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə cəmi 4 aya peşəkar mühasib ola bilərsiniz.

Siz bu müddət ərzində 2 ay nəzəriyyə, 1 ay praktika, 1 ay isə mühasibatlıq proqramı 1C nin ən son versiyası olan 8.3 öyrənəcəksiniz.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla fərdi və qrup formasında, əyani və online(zoom vasitəsilə) olmaqla keçirilir. İlk dərsimiz ödənişiniz sınaq dərsidir. (Sınaq dedikdə biz sizi deyil, siz bizi sınayacaqsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olacaqsınız)

Həmçinin 4 ay ərzində siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:

● Mühasibatlıq nəzəriyyəsi (praktik məsələlər)

● DSMF və Vergi hesabatlarının hazırlanması

● Müəssisənin mühasibatlığını aparmaq üçün lazımi praktiki işlər

● Maliyyə hesabatlarının müstəqil şəkildə hazırlanması

● Alış-satış, Anbar uçotu və əməliyyatları

● Yeni hesablar planı

● Kassa hesabının aparılması

● Qalıq dövriyyə cədvəlinin qurulması

● Kassa və Bank əməliyyatları

●Məzuniyyətlərin, ezamiyyətlərin hesablanması

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifikatla təltif olunur.

Sertifikatlarımız universaldır. Həm özəl həm də dövlət müəssisələrində işə qəbul zamanı keçərlidir.

Ümidvarıq ki, məqaləmiz sizin üçün çox faydalı oldu.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Faydalı qazıntılar, şərti işarələri və daşınma istiqamətləri- YENİ

Qeyd: Müəllimlərin işə qəbulu və ali məktəbə hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.

Əlaqə nömrələri: �� ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
�� Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.

Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by osmanemin

2 şərh

cemile dedi ki:
salam cografiyani xeritede oyren klubuna uzv nece ola bilerem? Bəyən Bəyən
osmanemin dedi ki:
salam facebook -da qrupa üzv ola bilərsiniz Bəyən Bəyən

Bir cavab yazın Cavabı ləğv et

Bloq Statistikası

  • 1. 265. 347 hits

Son şərhlər

DİM – Abituriyent sınağı… üçün osmanemin
DİM – Abituriyent sınağı… üçün Vaqif
Yerin forma və ölçüləri, koord… üçün Aygün
Monarxiya ölkələr- XƏRİTƏ-SXEM üçün Ilkin
Sınaq- 1. COĞRAFİYA… üçün Ohmygod

Kateqoriyalar

  • Coğrafiya
  • Kitablar
  • Məqalələr
  • Sınaqlar
  • Test toplusu məsələlərinin həlli kitabı
  • Testlər
  • Uncategorized

Comments are closed, but trackbacks and pingbacks are open.