Press "Enter" to skip to content

Yalnız bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edə bilər – Niyə belə azdır

-nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? – CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən sənədlərin hamısında təlim-tərbiyə prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə psixoloji xidmətin üzərinə mühüm vəzifələr düşür.

Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib hazırlanması təşkil edir.

Ənənəvi təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir.

Nəticəyönümlü təlimdə isə vəziyyət başqa cürdür. Belə ki, burada şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);

-təlim prosesində qərarların qəbulu;

-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.

Qiymətləndirmə və təlim prosesləri təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi götürülməlidir. Sistemli proses olan qiymətləndirmə-təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur.

1)Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikumlarının səciyyəvi cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir.

2)Məlumatların toplanması. Bu proses test yoxlamalarının keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, layihələrin yerinə yetirilməsi, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlili kimi üsullarla həyata keçirilir.

3)Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşıdırlması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsl siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, təhsilin keyfiyyətinin dəyərləndirilməsində istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

4)Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir.

Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:

-nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;

-toplanmış məmulatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;

-qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;

-təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.

Müasir təlimdə əsas qiymətləndirmə növləri

Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri aşaığda qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

1) İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymtələndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Onlar tədris olunmuş materialın hansı hissələrini bilirlər və ya bilmirlər?

2) İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər hansı səviyyədə irəliləyə bilmişlər?

3) Yekun (summativ qiymətləndirmə). Şagirdlər verilmiş standartlar və standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?

Qiymətləndirmənin bu növləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edir.

1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlərin artıq nələri bildiyini müəyyən edir və təlim prosesinin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.

İlkin səviyyə qiymətləndirilməsinin sualları bir biri ilə elə əlaqələndirilib tən­zim­lənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digər­ləri isə yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər il­kin sə­viyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafının qiymətləndirilməsi üçün məlumat bazasını yaratmaq məqsədilə isti­fadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir.

2) Şagird irəliləyişlərinin montorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədri­sin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən isti­fadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi ba­rə­də ehtiyaclar müəyyənləşdirilir.

Qəbul edilmiş standartların reallaşmasına istiqmətlənən irəliləyişlərin moni­to­rinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici ami­linə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalınz belə monitorinq vasitə­silə təlim prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni za­manda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kö­məklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyətlərinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.

Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etmək və ev tap­şırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən isti­fadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olma­ya­raq onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olma­yaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir.

Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:

-Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?

-Şagirdlər öyrəndiklərini sərbəst təqdim edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?

-Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi? Əgər belədirsə bunun üçün ən yaxşı yol hansıdır?

3) Yekun (summativ) qiymətləndirmə təlim materiallarında müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir:

-Şagird materialı bilir və başa düşürmü?

-Bildiklərini tətbiq edə bilirmi?

-Daha irəliyə getmək üçün lazımi səviyyəyə çatmışdırmı?

Yekun (summativ) qiymətləndirmə materialların mənimsənilməsi istiqamətində şagirdin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.

Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi qiymətin iki əsas funksiyasını nəzərə almalıdır:

– şagirddə öz nailiyyətlərini yüksəltmək həvəsini saxlamaq məqsədilə bu və ya digər bilik sahəsində irəliləyiş dərəcəsi barədə şagirdlərə, onun müəllimlərinə və valideynlərə bildirmək (formativ);

– şagirdlərin tədris proqramında qoyulmuş təlim məqsədlərinə/nəticələrinə nail olması dərəcəsi haqqında məlumat vermək (summativ).

Təəsüüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiyməti, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətinin cari qiymətdən asılılığıdır. Yekun qiymətinin verilməsi praktikası şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Bu halda cari qiymət özünün biliklərə doğru hərəkətdə yeni məqsəd və vəzifələrin formalaşdırılması funksiyasını itirir, çünki biliklərin əsl səviyyəsini əks etdirmir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini «formalaşdırmağa» başlayır.

Şagirdin uğursuz öyrənilmiş materialı yenidən cavab verməyə ( bununla da əvvəlki cari qiyməti ləğv etməyə) imkanının olmaması aşağıdakılara gətirib çıxarır:

-keçmiş kurs üzrə bilik, bacarıq və dəyərlərin təkmilləşdirilməsinə meyilin əvvəlcədən azalmasına;

dərs materialının uzunmüddətli deyil, operativ yaddaşa arxalanmaq vərdişinə (biliklərin ümumi, tam mənzərəsini yaratmaq yox, ancaq yaxın dərsə hazırlaşmaq vərdişinə) əsaslanan hissə-hissə mənimsənilməsinə;

-nailiyyətləri sabit olmayan şagirdlərə «məhkumluq» hissinin əmələ gəlməsinə, qiymətləndirmənin qeyri-obyektivliyinə və nəticə etibarilə romantik dona salınmış «qəhrəman-ikialan» rolu, dərsə biganəlik, və s. kimi psixoloji mühafizə mexanizmlərinin meydana gəlməsinə.

Bütün bu çatışmazlıqlar cari dərs fəaliyətinə görə verilən cəmləyici qiymətdən fərqli olaraq dəyişən olub təkrar cavabla düzələ bilən formalaşdırıcı (formativ) qiymət vasitəsilə aradan götürülür.

Əgər şagirdin onu qane etməyən qiyməti düzəltməyə hüququ varsa, bunun sayəsində əldə olunan psixoloji nəticələr aşağıdakılardan ibarətdir:

təsadüfi xoşagəlməz hallardan qorunma hissi;

daha yaxşı nəticələr əldə etmək imkanı;

özünütəkmilləşdirməyə, nailiyyətlərini yaxşılaşdırmağa olan həvəsi;

özünə sabit müsbət münasibəti;

seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi;

Summativ qiymətləndirilmənin üsulları daha çevik və diferensiallaşdırılmış olmalıdır. Onlar imkan daxilində qiymətləndirmə təcrübəsində mövcud olan yoxlamalar və ya testlərlə məhdudlaşmamalıdır. Fənnin xüsusiyyətlərindən asılı olaraq yaradıcı, nəzəri və ya praktiki kompleks tapşırıqlar, məsələn, layihələr, referatlar, inşalar, tədqiqatlar və s. istifadə oluna bilər.

Məktəb hər bir uşağa özünü tam mənada şəxsiyyət hiss etmək kimi həyatın ən əsas tələbatını həyata keçirmək üçün yol açmalıdır.

Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.

Təlimə müsbət həvəsləndirici təsirin yaradılması təbii idrak tələbatının formalaşması, yarış həvəsinin oyadılması kimi üsullara istinad edilir.

Təəssüf ki, təlim prosesində qiymətin rolu o dərəcədə böyükdür ki, o yeganə təlim motivinə çevrilir. Halbuki qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi kimi çıxış etməlidir. Özünü­qiy­mətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiy­mətin şagirdin özü tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi üsulunu tətbiq etmək faydalı olar.

Qeyd olunmalıdır ki, interaktivliyə əsaslanan təlim prosesində şagirdlərin özünü və sinfi, hətta bütövlükdə dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları ilə işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir və çox yaxşı nəticələr əldə edirlər.

Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə:

-müstəqillik və özünəinam bacarıqları formalaşır;

-obyektivlik, özünə və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir;

-ədalətli, əməksevər və özünəgüvənən iradi keyfiyyətlər yaranır.

Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv qiymətin təmin edilə bilməsinin çətinliyidir: şagird qiymətin obyektivliyinə əmin olmalıdır və qiymtin tədris prosesinin real tənzimləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.

Obyektiv qiymət verilməsinə mane olan amillər aşağıdakılardır:

kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq olmayan (şərti) normativlərin mövcudluğu;

Şagirdə daha obyektiv əksəlaqə həyata keçirməyə imkan verən qiymətləndirmənin kəmiyyət meyarlarının differensiallaşdırılmış və daha dəqiq sisteminin işlənib hazırlanmaması.

Formalaşdırıcı (formativ) qiymətin alınmasına yönəlmiş işlər:

yazılı və şifahi sorğu;

yaradıcı işlər şəklində ola bilər.

Formalaşdırıcı (formativ) qiymətin tətbiq olunması üsullarından biri müasir pedaqogikada mövcud olan fərdi tədrisin dinamikasını əks etdirən və aşağıdakı xüsusiyyətləri əhatə edən metoddur:

Hər bir şagirdin müəyyən fənn üzrə tədris proqramına əsasın müəllim tərəfindən nəzərdə tutulmuş uzun dövr üçün (rüb, semestr) kompleks tapşırığı vardır;

Bu tapşırıqların yerinə yetirilməsi vaxtı dəqiq müəyyən edilməmişdir: şagird onları cari materialın öyrənilməsi gedişində ondan tez və ya sonra da yerinə yetirə bilər. Əgər şagird hər hansı bir səbəbdən ev tapşırığını vaxtında yerinə yetirməyibsə, o bu tapşırığı sonra yerinə yetirə bilər və ya heç yerinə yetirməyə bilər. Bu azad seçiminə görə məsuliyyəti o özü daşıyır və bununla nailiyyətlərinin istədiyi səviyyəsini müəyyən edir;

Tapşırıqların yerinə yetirilməsinin fərdi dinamikası haqqında məlumat sinifdə lövhədən asılır və müəllim orada kimin nə qədər tapşırıq yerinə yetirdiyinin qeyd edir. Qiymətləndirmənin meyarını (neçə tapşırığa görə hansı qiymət verildiyini) bilərək nəzərdə tutulmuş dövrün sonunda hər bir şagird özünün qiymətini əvvəlcədən bilir;

Hər bir şagirdin nailiyyətlərinin aşkar olması və bu səbəbdən şagirdin sinifdə yüksək qiymət almağa təbii olaraq can atması (sinifdaxili yarış) tədris proqramının yerinə yetirilməsi üçün psixoloji stimuldur. Beləliklə seçim azadlığına və real meyarlara əsaslanan qiymət özünün formalaşdırıcı funksiyasını yerinə yetirir.

Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə prosesində şəffaflıq və aşkarlığın aşağıdakı prinsiplərinin gözlənilməsidir:

şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;

qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırmalıdır;

qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından istifadə edilməsi.

Diaqnostik, formativ və summativ qiymətləndirmə ilə yanaşı, şagird nailiyyətlərinin qiymətləndirilməsinin başqa formaları da vardır:

Bu üsullardan ən mühümü sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin qiymətləndirməyə bu yanaşmanın orta məktəbə tətbiqi də real və məqsədəuyğundur. Qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi verbal (sözlə) qiymətləndirmənin üstün rolu və qiymətin əhəmiyyətinin azalması ola bilər.

«Portfolio» sistemi; bu formadan ibtidai siniflərdə geniş istifadə olunur və yaxşı səmərə verir. «Portfol io» sistemi hər şagirdin xüsusi dosyesidir.

Burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:

şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdlarına və yaşlılara münasibəti üzərində gündəlik müşahidələr;

meydana çıxan problemlərin təsviri və onların təhlili;

müəllimin şagirdə yanaşmaya düzəlişlər etməsi, onun təliminin fərdiləşməsi istiqamətləri haqqında qeydləri və proqnozları;

valideynlərlə əlaqələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;

psixoloqların psixoloji müayinənin nəticələri əsasında rəyi.

Qiymətləndirmə sistemi

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin mənimsənilməsi səviyyəsini göstərən 5 fəaliyyət növünə ayırmaq olar:

1. yazılı testlər;

2. şifahi cavablar;

3. ev və müstəqil sinif yoxlama tapşırıqları ( o cümlədən laboratoriya tapşırıqları) ;

4. yaradıcı tapşırıqlar;

5. oyun xaraterli fəaliyyət (viktorina, krossvord həlli və s.)

Məlumdur ki, fəaliyyət növlərinin hər birinin qiymətləndirilməsində öz xüsusiyyəti var. Bu da onlara məxsus meyarların müxtəlifliyindən asılıdır:

-Yazılı testlərin qiymətləndirilməsi ümumi test tapşırıqlarının, həmçinin mürəkkəblik dərəcəli test suallarının sayından asılıdır;

-Şifahi cavabların qiymətləndirilməsi zamanı cavabların dolğunluğu, əhatəliliyi, konkretliyi, düzgünlüyü, dəqiqliyi, nəticələrin xüsusən nitqin ardıcıllığı və məntiqindən asılıdır;

-Sinif və müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın əsasını təşkil edən konkret təlim məqsədindən asılıdır. Onların qiymətləndirilməsi daha çox keyfiyyət xarakteri daşıyır;

-Yaradıcı tapşırıqların qiymətləndirilməsi ideyaların məhsuldarlığından, çevikliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tapşırıqların yerinə yetirilməsi göstəricilərindən asılıdır.

4. Səviyyə üzrə qiymətləndirmə standartları

Şagirdlərin nailiyyətlərini stimullaşdırmaq məqsədilə qabiliyyət dərəcəsinə görə differensiallaşdırmaq üçün 4 səviyyəli qiymətləndirmə standartları müəyyənləşdirilir.

Şagirdlərin bilik, bacarıq və dəyərlərinin müəyyənləşdirilmiş səviyyələrini aşağıdakı cədvəldə ifadə etmək olar:

Səviyyə-1 ən aşağı, səviyyə-4 isə ən yüksək səviyyələri əks etdirir. Səviyyə-1 və səviyyə-2 əksər şagirdlər, səviyyə-3 və xüsusilə səviyyə-4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

Şagirdlərin səviyyələrə görə qiymətləndirmə meyarları isə aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Yalnız bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edə bilər – Niyə belə azdır?

Bu gün Azərbaycanda nəqliyyatda gediş haqqı 40 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşrut xətlərində isə bu qiymət artan tariflə dəyişə bilir.

Əksər inkişaf etmiş ölkələrdə gündəlik olaraq minlərlə insanın istifadə etdiyi ictimai nəqliyyatda bir qrup şəxslərə güzəştlər tətbiq olunur.

Eləcə də qardaş Türkiyə buna ən gözəl nümunədir. Belə ki, Türkiyədə ictimai nəqliyyatda fərqli qiymətlər tətbiq edilir. Tələbələrə, müəllimlərə və digər təbəqələrdən olan insanlara endirimli gediş haqları var. 60 yaşdan yuxarı şəxslər üçün isə nəqliyyat tam pulsuzdur.

Əlbəttə ki, bu güzəştlərin bəziləri Azərbaycanda da tətbiq edilir.

Maraqlıdır, görəsən, bu güzəştlər kimlərə tətbiq edilir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev lent.az-a açıqlamasında bildirib ki, “Polis haqqında” qanuna uyğun olaraq xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və “Hərbi qulluqçuların statusu haqqında” qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət qulluqçularının ictimai nəqliyyatdan istifadəsi ödənişsizdir.

Lakin digər ölkələrə nisbətən Azərbaycanda tələbələrə, jurnalistlərə, müəllimlərə və müəyyən təbəqələrdən olan insanlara güzəştlər edilmir.

Əvvəlki illərdə isə Azərbaycanda tələbələrə, pensiyaçılara, jurnalistlərə və digər təbəqədən olan insanlara nəqliyyatdan istifadə ödənişsiz idi.

Bəs, niyə indi bu güzəştlər tətbiq edilmir?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında bildirib ki, bu gün ölkədə sosial və humanitar siyasətlə məşğul olan insanlar bu hadisələrin mahiyyətini duya bilən insanlar deyil.

Onun sözlərinə görə, həmin şəxslərin ətrafında bu məsələləri təhlil edə bilən elmi araşdırma qrupları yoxdur:

“Bu insanlar vətəndaşın qayğısına qalmaq, dövlətçilik maraqlarına uyğun olaraq təkliflər hazırlamaq baxımından onları fəaliyyətləri arzuolunan istiqamətdə deyil. Müəyyən təbəqədən olan insanların ictimai nəqliyyatdan istifadəsi üçün aidiyyəti qurumlar təklif irəli sürməli, qeyri-hökumət təşkilatları dəstək olmalı və cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən fikir yaratmalıdırlar. Təəssüf ki, bugünkü dövrdə bu sahədə böyük boşluq var”.

Xatırladaq ki, ölkədə tələbələrə, jurnalistlərə, qazilər və şəhid ailələrinə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, müzakirələr aparılsa da, sonradan bu təkliflərin, müzakirələrin kağız üzərində qaldığına şahid olmuşuq. Düşünürəm ki, cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri nəqliyyatdan güzəştli qiymətlər ilə istifadə edə bilərlər.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.