Press "Enter" to skip to content

Nömrəmi necə bərpa edə bilərəm

5.1.PashaPay qanunvericiliklə icazə verilən həddə banklarla və digər ödəniş xidmətləri göstərən təşkilatlarla birlikdə və ya təkbaşına Müştəriyə ödəniş kartları emissiya edə bilər. Ödəniş kartları debet kartlar, kredit kartları, əvvəlcədən ödənilmiş kartlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda emissiya edilə bilər. Bu halda Müştəri həmin kartlardan M10 platforması vasitəsilə rəqəmsal formada istifadə edə bilər.

Kartın əlaqəsi kəsildiyi təqdirdə onu yenidən necə istifadə edə bilərəm?

ÖDƏNİŞ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MÜQAVİLƏ

Bu Müqavilə PashaPay və Müştəri arasında bağlanılır.

Bundan sonra PashaPay və Müştəri ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər.

Müştəri bu Müqaviləni təsdiqləmək üçün “Razıyam” düyməsini sıxdıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilənin bağlanılması üçün öz iradə ifadəsini bəyan etmiş olur.

Əsas anlayışlar

PashaPay – ödəniş xidmətləri təchizatçısı olan “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Müştəri – M10 platforması vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs. Siz bu Müqaviləni təsdiq etmək üçün “Razıyam” düyməsini sıxdığınız andan etibarən Müştəri hesab edilirsiniz.

Müqavilə – PashaPay və Müştəri arasında ödəniş xidmətlərinin göstərilməsinə dair bağlanılan bu Müqavilə.

M10 platforması – bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsus olan, Müştərinin cihaz vasitəsilə qoşularaq ödəniş xidmətlərindən yararlandığı proqram təminatı və ya internet saytı.

Cihaz – Müştəriyə M10 platformasından istifadə imkanı yaradan hər hansı mobil telefon, planşet və ya digər hesablayıcı maşınlar.

Ödəniş hesabı – M10 platforması vasitəsilə ödəniş xidmətlərinin göstərilməsi üçün PashaPay-in Müştəriyə açdığı hesab.

Elektron pul kisəsi – Elektron pulun emissiyası, saxlanılması və köçürülməsi məqsədilə Müştərinin adına açılmış, ödəniş hesabına əsaslanan elektron pul kisəsi.

Elektron pul – PashaPay-in Müştəridən qəbul etdiyi pul vəsaiti məbləğində onun üçün emissiya etdiyi və Partnyorların biri və ya bir neçəsi tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilən ödəniş aləti.

Ödəniş əməliyyatı – ödəyici və vəsait alan arasında öhdəliyin mövcud olub-olmamasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi.

Avtorizə etmə – ödəniş əməliyyatının icra edilməsi üçün Müştərinin PashaPay-ə verdiyi razılıq.

Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə PashaPay tərəfindən Müştəriyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar.

Autentifikasiya – PashaPay-ə Müştərinin kimliyini və ya ödəniş alətinin, o cümlədən Müştərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur.

Gücləndirilmiş müştəri autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız Müştərinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), Müştəriyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və Müştərinin sahib olduğu elementlərdən (telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya.

Partnyor – M10 platforması vasitəsilə həyata keçirilən ödəniş əməliyyatları üzrə ödənişləri qəbul edən və bu Məqsədlə PashaPay ilə müqavilə bağlayan mal satan, xidmət göstərən, iş görən fərdi sahibkar, hüquqi şəxs və ya dövlət qurumları.

Məxfilik siyasəti – m10.az/en/privacy-policy internet ünvanında PashaPay tərəfindən dərc edilən, PashaPay-in Müştərinin məlumatlarını necə işlədiyini göstərən məxfilik bildirişi.

PashaPay barədə məlumatlar

Adı: “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti

Ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153

Qeydiyyata alındığı ölkə: Azərbaycan Respublikası

Qeydiyyat nömrəsi: 1300615891

Dövlət qeydiyyatına alındığı tarix: 05.04.2005

Elektron poçt ünvanı: [email protected]

Telefon nömrəsi: +994124044110

1. Müqavilənin predmeti

1.1.Bu Müqavilə M10 platformasından istifadəni, ödəniş hesabının açılması, aparılması və bağlanılması qaydalarını, elektron pulun emissiyası, istifadəsini və qalıq pulun geri qaytarılmasını, habelə M10 platforması vasitəsilə təqdim edilən digər ödəniş xidmətləri və funksionallıqlardan istifadəni tənzimləyir.

1.2.PashaPay konkret xidmətin növündən asılı olaraq Müştəriyə ödəniş hesabı (elektron pul kisəsi) yaradaraq və ya ödəniş hesabı yaratmadan ödəniş xidmətləri göstərə bilər. Elektron pul kisəsi yaratmaq üçün PashaPay Müştəriyə ödəniş hesabı açır.

2. Ödəniş hesabı

2.1.Göstərilən xidmətin növündən və həyata keçirilən ödəniş əməliyyatının xarakteristikasından asılı olaraq, PashaPay Müştəriyə ödəniş hesabı (elektron pul kisəsi) yarada bilər. Bu Müqavilə ilə Müştəri PashaPay-ə onun üçün ödəniş hesabı (elektron pul kisəsi) yaratmağa icazə verir.

2.2.PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının yaradılması üçün əvvəlcədən və ya ödəniş hesabı yaradıldıqdan sonra Müştərinin eyniləşdirilməsini və verifikasiyasını tələb edə bilər. Eyniləşdirmə və verifikasiya tələblərinin, hərəkətlərinin və metodologiyasının seçilməsi müstəsna olaraq PashaPay-in səlahiyyətindədir.

2.3.Eyniləşdirmə və verifikasiya tədbirləri ödəniş hesabında saxlanılan pulların məbləği və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləğ və sayı nəzərə alınmaqla da həyata keçirilə bilər. Bu bəndin birinci cümləsi PashaPay-in istənilən vaxt və istənilən səbəbdən eyniləşdirmə və verifikasiya tədbirləri tətbiq etməsi hüququnu məhdudlaşdırmır.

2.4.Ödəniş hesabında saxlanılan pul vəsaitlərinin məbləği və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləğ və sayı nəzərə alınmaqla eyniləşdirmə və verifikasiya tədbirləri tətbiq edildikdə, PashaPay müvafiq məbləğ və say hədlərini M10 platforması vasitəsilə (Platforma üzərindən tətbiqdaxili mesaj, e-poçt, SMS və ya M10 platformasında məlumat dərc etməklə) Müştəriyə bildirir.

2.5.Müştəri PashaPay-in tələb etdiyi eyniləşdirmə və verifikasiya tədbirlərindən keçmədikdə PashaPay ödəniş hesabını bağlaya və bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

2.6.PashaPay qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabında (elektron pul kisəsində) saxlanılan pulları Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında açılmış hesabda saxlaya və ya digər üsullarla pul vəsaitlərinin təhlükəsizliyinə təminat verə bilər. Bütün hallarda pul vəsaitlərinin təhlükəsizliyinə təminat vermək PashaPay-in vəzifəsidir və bu məqsədlə o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilən istənilən təhlükəsizlik üsulunu təkbaşına seçə bilər.

2.7.PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının yaradılması və/və ya sonrakı mərhələdə ödəniş hesabına məsafədən daxil olduqda autentifikasiya və ya gücləndirilmiş müştəri autenfitikasiyası tətbiq edə bilər.

2.8.Ödəniş hesabında (elektron pul kisəsi) kripto pulların saxlanılması qadağandır.

2.9.Ödəniş hesabı sahibkarlıq məqsədləri üçün istifadə edilə bilməz.

2.10.PashaPay Müştərinin ona olan borcunu ikincinin ödəniş hesabındakı pul vəsaitlərindən silə bilər.

2.11.Elektron pul kisəsi PashaPay-in mülahizəsinə uyğun olaraq, Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ödəniş hesabı, ödəniş kartları və ya bank hesabına əsaslana bilər.

2.12.Müştəri ödəniş hesabına ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödəniş hesabının balansının artırılması üçün ödəniş üsulları M10 platformasında yerləşdirilir.

3. Elektron pul

3.1.PashaPay Müştəridən elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaitləri hesabına Müştəriyə elektron pul emissiya edir.

3.2.Müştəri elektron pulun emissiya edilməsi üçün pul vəsaitini ödəniş kartları, ödəniş terminalları və s. ödəniş alətləri vasitəsilə ödəyə bilər. Elektron pulun əldə edilməsi üçün ödəniş üsulları M10 platformasında göstərilir.

3.3.PashaPay Müştərinin elektron pulun emissiya edilməsi üçün ödədiyi pul vəsaitindən həmin vəsaitin Müştərinin tələbi əsasında geri qaytarılacağına təminat vermək şərtilə öz məqsədləri üçün istifadə edə bilər.

3.4.Müştəri anlayır və qəbul edir ki, elektron pulun emissiya edilməsi M10 platformasının ekvayrinqini həyata keçirən bankın pul vəsaitlərini qəbul etməsi və bu barədə PashaPay-ə məlumat verməsindən asılıdır.

3.5.Müştəri elektron pul vasitəsilə ödənişləri qəbul edən Partnyor(lar)ın satdığı malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin əvəzini ödəyə, həmçinin onu M10 platforması vasitəsilə PashaPay-də elektron pul kisəsi olan digər istifadəçilərə köçürə bilər. Elektron pul vasitəsilə ödənişləri qəbul edən Partnyorlarla Müştəri M10 platformasında tanış ola bilər.

3.6.Elektron pul Müştəri üçün açılmış elektron pul kisəsində saxlanılır. Elektron pul əldə etmək və elektron puldan istifadə edə bilmək üçün Müştərinin PashaPay-də yaradılmış elektron pul kisəsi olmalıdır.

3.7.PashaPay ödəniş hesabında saxlanılan elektron pulların və ya əməliyyatların məbləğinə birtərəfli olaraq limitlər tətbiq edə bilər.

3.8.PashaPay öz mülahizəsinə uyğun olaraq Müştərinin eyniləşdirilməsini və verifikasiyasını tələb edə, bunun üçün Müştəridən müəyyən hərəkətlərin yerinə yetirilməsi və ya məlumatların təqdim edilməsini tələb edə bilər.

4. Ödəniş əməliyyatları

4.1.Müştəri M10 Platforması vasitəsilə təqdim edilən funksionallıqlardan istifadə etməklə ödəniş əməliyyatları həyata keçirə bilər.

4.2.Ödəniş əməliyyatı həyata keçirildikdən sonra PashaPay Müştərini məlumatlandırır. Məlumatlandırma zamanı Müştəriyə təqdim edilən məlumatların siyahısı qanunvericiliyin tələbləri nəzərə alınmaqla PashaPay tərəfindən birtərəfli qaydada müəyyən edilir.

4.3.Ödəniş əməliyyatları M10 Platformasının funksionallıqlarından və PashaPay tərəfindən təqdim edilən xidmətlərdən asılı olaraq kredit köçürməsi və ya birbaşa debetləşmə ilə, habelə qanunvericiliklə qadağan edilməyən digər vasitələrlə həyata keçirilə bilər.

4.4.Kredit köçürməsi zamanı Müştəri vəsaiti qəbul edən şəxsin düzgün seçilməsi, əgər tələb olunursa, məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır. Müştərinin vəsaiti qəbul edən şəxsi yanlışlıqla seçməsi və ya məlumatları yanlış daxil etməsinə görə PashaPay hər hansı məsuliyyət daşımır.

4.5.Ödəniş əməliyyatı birbaşa debetləşmə ilə həyata keçirildikdə Müştəri ödəniş tapşırığını verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi və razılığın düzgün verilməsi üçün məsuliyyət daşıyır. Birbaşa debetləşmə üçün PashaPay əvvəlcədən Müştərinin razılığını əldə edir.

4.6.Müştəri elektron pulları həm digər müştərilərə, həm də elektron pul vasitəsilə ödəniş əməliyyatlarını qəbul edən Partnyorlara köçürə bilər.

4.7.Müştəri ödəniş əməliyyatları zamanı ona aşkar olan şəkildə əməliyyatı tamamlamağa dair düyməni sıxdıqda (məsələn, “ödə”, “ödəniş et”, “əməliyyatı tamamla”, “təsdiq et”, “köçür” və s.) ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.

4.8.Ödəniş əməliyyatının müxtəlif qrafik təsvirlərdən (məsələn, QR və ya bar kodlardan) istifadə edilməklə və ya digər hər hansı ənənəvi olmayan yollarla həyata keçirilməsi ödəniş əməliyyatının etibarlılığına təsir göstərmir. Həmin hallarda əgər Müştəri əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının həyata keçirilməsi üçün sərəncam olduğu barədə məlumatlandırılmışsa, tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) Müştərinin ödəniş əməliyyatını avtorizə etməsi hesab edilir.

4.9.Bu Müqavilədə nəzərdə tutulan ödəniş əməliyyatlarının həyata keçirilməsi M10 platformasının funksionallıqlarından və M10 platforması vasitəsilə göstərilən xidmətlərdən asılıdır. Əgər M10 platformsı müəyyən ödəniş əməliyyatını dəstəkləmirsə (məsələn, birbaşa debetləşmə), bu Müqavilədə həmin növ əməliyyat üzrə nəzərdə tutulmuş müddəalar tətbiq edilmir. Heç bir halda PashaPay müəyyən ödəniş əməliyyatını həyata keçirmək üçün funksionallıq təqdim etməyi öhdəsinə götürmür.

4.10.Xarici valyutada aparılmış ödəniş əməliyyatları üçün konvertasiya zamanı tətbiq edilən valyuta məzənnəsi M10 platformasında yerləşdirilir.

5. Digər xidmətlər

5.1.PashaPay qanunvericiliklə icazə verilən həddə banklarla və digər ödəniş xidmətləri göstərən təşkilatlarla birlikdə və ya təkbaşına Müştəriyə ödəniş kartları emissiya edə bilər. Ödəniş kartları debet kartlar, kredit kartları, əvvəlcədən ödənilmiş kartlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda emissiya edilə bilər. Bu halda Müştəri həmin kartlardan M10 platforması vasitəsilə rəqəmsal formada istifadə edə bilər.

5.2.PashaPay M10 platforması vasitəsilə Müştəriyə digər ödəniş xidmətlərini də göstərə bilər. Həmin xidmətlərə dair şərtlər M10 platformasında nəzərdə tutula bilər.

5.3.Müştəri son 1 (bir) ayda həyata keçirilmiş ödəniş əməliyyatları və ödəniş hesabındakı pulun məbləği barədə məlumatı ödənişsiz əldə edə bilər. PashaPay öz mülahizəsinə uyğun olaraq, bu məlumatı kağızda, M10 platforması vasitəsilə və ya digər davamlı daşıyıcılarda təqdim edə bilər.

6. Xidmət haqqı və vergilər

6.1.PashaPay ödəniş hesabının yaradılması, elektron pulun emissiyası və ödəniş əməliyyatlarının icra edilməsi üçün Müştəridən xidmət haqqı tələb edə bilər.

6.2.PashaPay bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutduqda bu barədə M10 platforması vasitəsilə Müştərini məlumatlandırmalıdır.

6.3.PashaPay xidmət haqqını ödəniş hesabında (elektron pul kisəsi) olan vəsaitlərdən tuta bilər. Ödəniş əməliyyatı ödəniş hesabı açılmadan aparıldıqda, PashaPay xidmət haqqını ödənilən vəsaitin məbləğindən tuta bilər. Xidmət haqqı digər üsullarla tutulduqda, PashaPay bu barədə M10 platforması vasitəsilə Müştəriyə məlumat verir.

6.4.Müştəri qanunvericiliklə ona tətbiq edilən bütün vergi və digər ödənişlərin yerinə yetirilməsi üçün özü məsuliyyət daşıyır. PashaPay yalnız ödəniş həlləri təqdim edən ödəniş xidməti təchizatçısıdır və Müştərinin vergi və digər məcburi ödənişləri üçün hər hansı məsuliyyət daşımır.

7. Autentifikasiya

7.1.M10 platforması vasitəsilə ödəniş hesabının artırılması zamanı PashaPay, bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq autentifikasiya və ya gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, autentifikasiya və və ya gücləndirilmiş müştəri autentifikasiyasına dair münasibətlər Müştəri və həmin təşkilat arasında həll edilir və PashaPay bunun üçün cavabdehlik daşımır.

7.2.PashaPay Müştərini məsafədən autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. Müştəri həmin məlumatları təhlükəsiz saxlamalıdır.

7.3.Müştəri fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxsin bildiyini aşkar etdikdə dərhal həmin məlumatları M10 Platforması vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə PashaPay-ə məlumat verməlidir.

7.4.Müştəri mobil telefonunu itirdikdə və ya hər hansı digər şəkildə üçüncü şəxslərin Müştərinin M10 hesabına çıxışı olduqda 24 (iyirmi dörd) saat ərzində PashaPay-i məlumatlandırmalıdır. Müştəri SİM kartını itirdikdə və ya SİM kart oğurlandıqda, PashaPay Müştərinin ödəniş hesabına, elektron pul kisəsinə və/və ya M10 platformasına çıxışını bərpa etmək üçün öhdəlik daşımır, bir şərtlə ki, Müştəri SİM kartın dublikatını əldə etməklə və ya digər yollarla həmin telefon nömrəsinə çıxışı təmin etməsin.

7.5.Müştəri M10 Platformasına qoşularkən (ilkin qeydiyyat və hər qoşulma zamanı) və hər ödəniş əməliyyatından əvvəl PashaPay onu autentifikasiya edə bilər. PashaPay həmçinin gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edə bilər.

7.6.PashaPay ödəniş əməliyyatını autentifikasiya etmişdirsə, avtorizə edilməmiş və ya səhvən icra edilmiş əməliyyatlara görə hər hansı məsuliyyət daşımır.

8. Lisenziyalaşdırma

8.1.M10 platformasının bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsusdur. Bununla məhdudlaşmamaq şərtilə, M10 platformasının bütün ilkin mətni və obyekt kodları PashaPay-in müəlliflik hüququ ilə qorunur.

8.2.Bu Müqavilə ilə PashaPay M10 platformasını Müştəriyə lisenziyalaşdırır, yəni ona platformadan istifadə hüquqları verir. PashaPay M10 platformasının bütün əmlak hüquqlarını özündə saxlayır.

8.3.Lisenziya qeyri-müstəsna xarakter daşıyır.

8.4.Müştəri M10 platformasının surətini çıxara, yaya, yenidən işləyə bilməz. Müştəri M10 platforması üzrə lisenziyanı üçüncü şəxslərə ötürə, onu sub-lisenziyalaşdıra, sata, bağışlaya və ya digər hər hansı şəkildə özgəninkiləşdirə bilməz.

8.5.Müştəri M10 platformasının ilkin mətnindən lisenziyaları çıxara bilməz.

8.6.Müştəri bu Müqaviləni pozacaq şəkildə M10 platforması üzərində tərsinə-mühəndislik apara bilməz.

9. Məlumatların işlənilməsi

9.1.PashaPay Müştərinin məlumatlarını cari Məxfilik siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.

9.2. Müştəri anlayır ki, Məxfilik siyasəti PashaPay tərəfindən vaxtaşırı olaraq birtərəfli qaydada dəyişdirilə bilər. Məlumatlar hər zaman mövcud tarixə cari Məxfilik siyasəti ilə işlənilir, mühafizə edilir və üçüncü şəxslərə açıqlanır.

9.3. Məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s. məqsədlər üçün işlənilir. Bütün hallarda məlumatların işlənilməsi məqsədləri Məxfilik siyasətində göstərilir.

10. PL/TMM, vergidən yayınma ilə mübarizə

10.1.Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı dözümsüzlük göstərirlər.

10.2.Müştərinin M10 platforması vasitəsilə həyata keçirdiyi bütün ödənişlər zamanı istifadə etdiyi vəsaitlər qanuni olmalıdır, yəni onlar cinayət yolu ilə əldə edilməməlidir. Əgər Müştərinin ödəniş hesabına cinayət yolu ilə əldə edilmiş hər hansı pul vəsaiti köçürülərsə, o, bundan xəbər tutduqdan sonra dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.

10.3.Müştəri heç bir halda terrorçuluğun maliyyələşdirilməsində iştirak etməməli, belə hallardan xəbər tutarsa, dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.

10.4.Müştəri bəyan edir ki, o, Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergidən yayınmayıb və bundan sonra da M10 platformasından istifadə etməklə vergidən yayınmayacaq.

10.5.PashaPay istənilən vaxt Müştərinin həyata keçirdiyi əməliyyatlarla bağlı ondan əlavə sənədlər tələb edə bilər.

11. Hesabın və əməliyyatların bloklaşdırılması

11.1. PashaPay aşağıdakı hallarda Müştərinin ödəniş hesabını və həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:

a. Müştəri bu Müqaviləni pozduqda;

b. M10 platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə;

c. M10 platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərindən səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsinin qarşısını almaq üçün;

d. Müştərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya şübhə olduqda;

e. Müştəri M10 platformasında müəyyən edilmiş limitə çatdığı halda eyniləşdirmə və verifikasiya üzrə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə;

f. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda və məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə.

11.2.Müştərinin ödəniş hesabı və ödəniş əməliyyatları dondurulduqda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

12. Məsuliyyət

12.1.Tərəflər bu Müqavilənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

12.2.Bir Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyır. PashaPay yalnız Müştəriyə vurduğu faktiki zərərlərə görə məsuliyyət daşıyır.

12.3.PashaPay M10 platformasının müvəqqəti dayanması və işləməməsi hallarına görə məsuliyyət daşımır.

12.4.Müştəri fərdiləşdirilmiş təhlükəsizlik məlumatları və digər həssas ödəniş məlumatlarının qorunması üçün məsuliyyət daşıyır.

13. Müqavilənin müddəti və ləğvi

13.1.Bu Müqavilə M10 platformasında Müştərinin bu Müqaviləni təsdiq etməsini təsdiq edən “Razıyam” düyməsini sıxdığı andan bağlanılmış hesab edilir. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.

13.2.Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

a. PashaPay tərəfindən birtərəfli qaydada – 1 (bir) ay əvvəlcədən məlumat verməklə;

b. Müştəri tərəfindən birtərəfli qaydada – M10 platforması vasitəsilə;

c. Müştəri PashaPay-in həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri 3 (üç) gün ərzində təqdim etmədikdə;

d. Bu Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulan halda;

e. Bu Müqavilənin 11.1-ci bəndinə nəzərdə tutulan hallarda PashaPay-in təşəbbüsü ilə;

f. Bu Müqavilənin 15-ci maddəsində nəzərdə tutulan hallarda;

g. Müştəri 6 (altı) aydan çox müddətə ödəniş hesabından istifadə etmədikdə.

13.3.Bu Müqaviləyə 13.2 (a), 13.2 (b) və 13.2 (g) yarımbəndlərində göstərilən əsaslarla xitam verildikdə PashaPay bu Müqavilədə göstərilən qaydada elektron pulun əvəzini Müştəriyə ödəyir. Bu Müqaviləyə digər əsaslarla xitam verildikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

14. Yazışma və danışıqlar

14.1.Tərəflər arasında yazışmalar M10 platforması, telefon zəngi və elektron poçt məktubu vasitəsilə aparıla bilər.

14.2.PashaPay-in əlaqə məlumatları yuxarıda “PashaPay barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, Müştəriyə bu barədə məlumat verilir.

14.3.Müştərinin əlaqə məlumatları onun M10 platforması vasitəsilə PashaPay-ə təqdim etdiyi məlumatlardır. Məlumatlar dəyişdikdə, Müştəri dərhal PashaPay-ə bu barədə məlumat verməlidir.

15. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

15.1.PashaPay Müştəriyə 1 (bir) ay əvvəlcədən məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində Müştəri əlavə və dəyişikliklərə öz etirazını bildirmədikdə, həmin əlavə və dəyişikliklər qəbul edilmiş hesab edilir. Müştəri əlavə və dəyişiklikləri qəbul etmədikdə, Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

15.2.Müştərinin vəziyyətini ağırlaşdırmayan əlavə və dəyişikliklər bu Müqavilənin 15.1-ci bəndində nəzərdə tutulan müddət göstərilmədən qüvvəyə minir.

16. Tətbiq edilən hüquq və mübahisələrin həlli

16.1.Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur.

16.2.Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

17. Digər müddəalar

17.1.Müştəri PashaPay-in razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. PashaPay bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.

17.2.Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsi üzrə çərçivə saziş xarakteri daşıyır. Belə ki, bu Müqavilənin müəyyən hissələri yalnız müvafiq ödəniş xidməti göstərildiyi halda tətbiq edilir.

17.3.Müştəri avtorizə edilməmiş və ya səhvən icra edilmiş əməliyyatlarla bağlı bu Müqavilədə müəyyən edilmiş əlaqə vasitələrilə PashaPay-ə müraciət edə bilər. PashaPay müraciətə 15 (on beş) iş günü ərzində baxır.

17.4.Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Fiziki şəxs:

Nömrəni bərpa etmək üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici passport sənədlərini təqdim etməlidir.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin surəti istənilir.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir. Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Qeyd: Fakturalı xətt nömrəsinin bərpası xidməti pulsuz təqdim edilir, lakin əməliyyat zamanı nömrədə borc olmamalıdır.

Tez-tez verilən suallar

Bir mobil operatordan digərinə necə keçmək olar?

Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?

Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.

Nömrənin xəttini necə bağlamaq olar?

Fiziki şəxs əməliyyatın aparılması üçün:

  • Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
  • Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.