Press "Enter" to skip to content

Nömrəni necə deaktiv edə bilərəm

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (3 gün əvvəl)

Sistem nəyi rədd etmədi, mən onu yenidən necə rədd edə bilərəm?

Məhkəmə qətnaməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALI MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının aparılması gedişində qəbul olunmuş Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində mülki-prosessual qanunvericilik yeni normalarla zənginləşdirilmişdir. Bu normalar məhkəmə quruluşu sistemindəki dəyişikliklərlə yanaşı, mübahisələrin həllinə çəkişmə prinsipini hərtərəfli tətbiq etməklə, yeni yanaşma tərzini özündə əks etdirir.

Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir.

Azərbaycan Respublikasının dünyaya hərtərəfli inteqrasiyası, yuxarı məhkəmə orqanlarının qərarlarının dərc olunması və dünyada yayılması məhkəmə sənədlərinin tərtibinə diqqətin daha da artırılmasını tələb edir.

Mülki və iqtisadi mübahisələr üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin öyrənilməsi göstərir ki, məhkəmələr tərəfindən qəbul edilən bəzi qətnamələr qanuni və əsaslı olmur, iddialar mahiyyəti üzrə düzgün həll olunmur, yaxud qətnamələrin tərtibi mülki-prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Bu da öz növbəsində qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olur.

Məhkəmə qətnamələrinin keyfiyyətini və tərtibi qaydalarını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALIR:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. [1]

2.1. Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin.

2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

2.3. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. [2]

2.5. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

3.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. [3]

3.2. Qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir.

3.3. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

3.4. İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir.

3.5. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır.

4. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. [4]

5. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.

6.1. Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir.

6.2. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. [5]

6.3. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.

6.4. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz.

6.5. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir.

6.6. İddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir.

6.7. Məhkəmələrə izah edilsin ki, işə qiyabi icraat qaydasında baxıldıqda, iddianın predmeti və ya əsası dəyişdirilə, iddia tələblərinin məbləği artırıla bilməz.

6.8. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

6.9. Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə, qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata-ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir.

6.10. Əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir.

6.11. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə, iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.

6.12. İşə qiyabi icraat qaydasında baxıldıqda, qəbul edilən qətnamə “qiyabi qətnamə” adlandırılmalı, qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizənin verilməsi vaxtı və qaydası qeyd edilməlidir.

6.13. Məhkəmə qətnaməsi MPM-nin 227-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilməli, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli və elektron kabinetdə yerləşdirilməlidir. [6]

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

8.1. İşdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia üzrə məhkəmənin mövqeyi ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə, qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. [7]

8.2. Məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir.

9.1. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

9.2. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.

9.3. Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. [8]

10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

11.1. Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

11.2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, dərhal icra olunma halları (Azərbaycan Respublikası MPM-nin 234.2-ci maddəsi) istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Digər hallarda qətnamənin dərhal icrası məqsədəuyğun hesab edildikdə, məhkəmə bunu öz qətnaməsində əsaslandırmalıdır. [9]

11.3. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. [10]

12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

13.1. Məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.

13.2. Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında həll edilir.

13.3. Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə, həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər.

14. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

15.1. Əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz.

15.2. Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. Məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir.

15.3. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir.

15.4. Əlavə qətnamənin çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.

16.1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir.

16.2. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

16.3. Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar. [11]

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

Ramiz RZAYEV

Bakı şəhəri, 24 noyabr 2005-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

2. 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 1-ci bənddə “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilmişdir.

[2] 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 2.4-cü bənddə “iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda” sözləri “həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi” sözləri ilə əvəz edilmişdir.

[3] 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 3.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.

[4] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 4-cü bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir.

[5] 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 6.2-ci və 6.5-ci bəndlərdə “normativ” sözü “hüquqi” sözü ilə əvəz edilmişdir.

[6] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 6.13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.13. Bir qayda olaraq, məhkəmə qətnaməsi həmin işə baxılması qurtardıqdan dərhal sonra tərtib edilməlidir. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Məsələn, işdə bir neçə iddiaçı və cavabdeh olduqda, tədqiq edilən sübutların həcmi böyük olduqda və s.

[7] 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 8.1-ci bəndin birinci cümləsində ikinci halda “qarşılıqlı iddia” sözlərindən sonra “üzrə məhkəmənin mövqeyi” sözləri əlavə edilmişdir.

[8] 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 9.3-cü bənddə “ziyan” sözü “faiz borcu, zərər” sözləri ilə əvəz edilmişdir.

[9] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 11.2-ci bənddə “MPM-nin 235-ci maddəsi” sözləri “MPM-nin 234.2-ci maddəsi” sözləri ilə əvəz edilmişdir, həmin bəndin ikinci cümləsi çıxarılmışdır.

[10] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 11.3-cü bənddə “Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin icrasının dönüşü məsələsini həll edə bilər” sözləri “məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir” sözləri ilə əvəz edilmişdir.

24 dekabr 2021-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə 11.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.3. Qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə, məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir.

[11] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə yeni məzmunda 16.3-cü bənd əlavə edilmişdir.

Nömrəni necə deaktiv edə bilərəm

sual aydın deyil. sındırsaz nömrəni olacaq istifadəyə yararsız. tam bağlatdırmaq istəsəz mobil operatorunuza müraciət edin, kömək etsinlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Azercell nömrəsidirsə, bağlamağı özünüz edə bilərsiniz.Sadəcə Azercell saytında,sağ tərəfdə kilid işarəsinə vurub. Orada nömrəni qeydiyyat edəndən sonra, deaktiv etmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

gul56 cavab verdi – Vöen və bank hesabı (6 saat əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (16 saat əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (3 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (3 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (11 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (22 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (25 gün əvvəl)

E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (36 gün əvvəl)

Rədd etmə ilə məşğul olmaq

Videonuz: Krımda Cheburekdən daha dadlı nədir? Yantyk – dilini ud!

MəZmun

  • hərəkət kurs
  • Metod 1 dərhal hərəkət
  • Metod 2 Uzunmüddətli tədbirlər
  • Metod 3 özünüzü rədd edir
  • Məsləhətlər
  • xəbərdarlıqlar
  • Qohumlar görür

İstər sevgi, istər karyera, istər dostluq, istərsə də nəşriyyat sorğuları ilə bağlı hər hansı rədd cavabı xoşbəxtliyinizə təsir edən bir şey olmamalıdır. Rədd yaxşı hiss etmir və bəzən qarşısını almaq mümkün deyil, ancaq xoşbəxtliyi həyatınızdan uzaqlaşdırmağa məcbur etməməlidir. Bundan yaranan əzab həm də uduzan olmaq, konkret bir şeyi, məsələn, münasibət və ya başqa bir şeyi itirmək fikrinə əsaslanır. Reallıq budur ki, imtina həmişə həyatda baş verir – bu, ərizələr, razılaşma haqqında suallar və ya öz ideyalarınız üçün təkliflərlə baş verə bilər. Onun öhdəsindən gəlmək üçün rədd edilmənin həyatın ayrılmaz bir hissəsi olduğunu və bu şüurda insanın aşağı düşə bilməyəcəyini, yəhərdən yıxıldıqdan sonra yenidən ata minə biləcəyini qəbul etmək lazımdır.

hərəkət kurs

Metod 1 dərhal hərəkət

  • Rədd etmə ilə məşğul olmaq üçün bir az vaxt sərf edin. Əgər imkanınız varsa, məsələn, günün qalan hissəsini istirahət edin. Yaxud axşam çölə çıxmaq istəyirsənsə, evdə qalıb filmə bax. Gəzintiyə çıxın və ya özünüzü bir parça şokoladlı tort ilə sevindirin.
  • Özünüzü çox asmağa və evdə günlər keçirməyə imkan verməyin. Beləliklə, uzun müddətdə özünüzü daha pis hiss edəcəksiniz.
  • Həmişə üzünüzə hər şeyi düz və aydın deyən bir dost seçməlisiniz. O, nəyin səhv getdiyini anlamağa kömək edə bilər (lakin bəzən siz sadəcə olaraq hər şeyi dəyişə bilmirsiniz). O, həmçinin icazə verilən kədər mərhələsində qalmağınıza və sizi çox buraxmayacağına əmin ola bilər.
  • Qəzəbinizi çıxarmaq üçün sosial şəbəkələrdən istifadə etməyin! İnternet heç vaxt unutmur və yaxşı bir işə müraciət etsəniz, potensial işəgötürən İnternetdə axtarış edə bilər və rədd cavabının öhdəsindən gələ bilməyəcəyinizi öyrənə bilər. Nə qədər qəzəbli və ya kədərli olsanız da, onu ictimailəşdirmək üçün İnternetdən istifadə etməyin!
  • Çox şikayət etməyin. Siz buna girmək istəmirsiniz və özünü doğrultmaq və ya depressiya vəziyyətinə düşmək istəmirsiniz. Dostunuzla hər dəfə bu barədə danışmayın. Həddindən artıq irəli getdiyinizi hiss edirsinizsə, dostunuzdan bu imtinaya çox diqqət yetirdiyinizi soruşun. Cavab bəlidirsə, davranışınızı müvafiq olaraq dəyişdirin.
  • Misal: İstədiyiniz işi ala bilmirsinizsə, özünüzü məyus etməyə icazə verin və sonra davam edin. Yeni bir şeyə baxmaq və gələcəkdə nəyi dəyişə biləcəyinizi öyrənmək vaxtıdır. Həmişə unutmayın ki, bir qapı bağlananda digəri açılır. İstəyiniz yerinə yetirilməsə belə, gözləmədiyiniz halda, xeyrinizə işləyən yeni bir fürsət yaranır.
  • Rədd olmaq sizin öz günahınız deyil. Şəxs onlara və ya onlara yaramayan və ya işləməmiş bir şeyi inkar etdi. Siz xahişi rədd etdiniz, siz yox.
  • Heç kim səni tanımazsa, səni bir insan olaraq rədd edə bilməz. Bir neçə dəfə kiminləsə çölə çıxsanız belə, o insan sizin haqqınızda çox az şey bilir. Ona yaraşmayan vəziyyəti rədd edir. Bunu qəbul et.
  • Nümunə: Bir qızdan sizinlə çıxmaq istəyib-istəmədiyini soruşdunuz və o, rədd etdi. Bu o deməkdir ki, siz dəyərsizsiniz? Bu, heç kimin səninlə getməyəcəyi anlamına gəlir? Xeyr, əlbəttə yox. O, sadəcə olaraq dəvətdən imtina etdi, bəlkə də münasibətdədir, ola bilsin ki, hazırda ümumiyyətlə görüşlərlə maraqlanmır və s.
  • Nümunə: Tutaq ki, siz romanınızın nümunəsini naşirə göndərdiniz və rədd edildi. Məyusluğunuzu və kədərinizi yaşadıqdan sonra başqa bir hekayəyə başlayın və ya fərqli bir şey sınayın, məsələn. Şeirlər və ya qısa hekayələr.
  • Zövq aldığınız bir şey edin. Bu, diqqətinizi yayındırmağın ən yaxşı yoludur. Çıxın, rəqs edin, əylənin! Həftə sonu çimərliyə gedin, yeni kitab alın.
  • Ondan imtina etməklə həyatını dayandıra bilməzsən. Həyatınızda bir dəfədən çox rədd edilmə və ya rədd edilmə ilə qarşılaşmalı olacaqsınız (hamı kimi). Özünüzü aşağı salmağa imkan verməməklə, həyatınızın rədd edilmə ilə idarə olunmasına imkan vermirsiniz.

Metod 2 Uzunmüddətli tədbirlər

  • Məsələn, kimisə görüşə getməyi xahiş etsəniz və “Xeyr” aldınızsa, “mən rədd edildim” deyil, “insan yox dedi” düşünməlisiniz. Beləliklə, siz rədd etməyi özünüzə hücum kimi görmürsünüz.
  • Digər misallar: Dostluq pozuldu (dost səni rədd etmədi), mən işə düzəlmədim (sizin ərizəmi rədd etməyin əvəzinə), başqa prioritetləriniz var idi (mənim rədd edilmək əvəzinə).
  • Demək ən yaxşısı budur: işə yaramadı. Beləliklə, günahı özünüzdən və başqalarından götürürsünüz.
  • Məsələn, bir tarix istədinizsə və cavab almadınızsa, imtina etmək həyat yoldaşınızı tapmaqdan vaz keçməyəcəyiniz demək deyil. İnsanı tək buraxın (dəfələrlə sizinlə çıxmamağa çalışın), başqasından soruşun.
  • Əgər romanınızın kitab oxuma testi rədd edilibsə, bunun səbəbini düşünün və digər nəşriyyatlarla sınaqdan keçirin.
  • Həmişə unutmayın ki, sizin avtomatik olaraq söz almaq hüququnuz yoxdur. Rədd olunsanız, varlığınız sorğulanmayacaq. Başqasını günahlandırmağa çalışmayın.
  • Hər bir hal unikaldır. Bir kişi sizinlə görüşmək istəməzsə, bu, heç bir kişinin sizinlə getməyəcəyi demək deyil. Həmişə rədd ediləcəyinizə inanmağa başlasanız, eyni şeyi edəcəksiniz. Həmişə rədd olunmağa hazır olacaqsınız.
  • Davam et. İndiki vaxtdan həzz alın və keçmişi unudun. Nə qədər tez-tez işiniz olmadığını özünüzə xatırlatsanız, ərizənizi təqdim etmək sizin üçün daha çətin olacaq.
  • Evt verin. Əlaqə. Heç vaxt iş tapa bilməyəcəyinizi düşünmək əvəzinə, niyə rədd edildiyinizi və ərizənizi necə təkmilləşdirə biləcəyinizi soruşun. Siz heç bir rəy almaya bilərsiniz, lakin bunu etsəniz, gələcəkdə sizə kömək edə biləcək vacib məlumatları öyrənəcəksiniz.
  • Siz də münasibətdə izahat istəyə bilərsiniz, lakin cavab sadəcə olaraq o ola bilər ki, o, sizi belə görmür. Bununla bağlı heç nəyi dəyişdirə bilməzsiniz, buna görə də onunla barışmalı və hələ də düzgün tərəfdaş tapdığınızdan əmin olmalısınız.
  • Həqiqətən imtinanın öhdəsindən gələ bilmirsinizsə, peşəkar kömək axtarın. Bəzən düşüncələr (“mən kifayət qədər yaxşı deyiləm”) psixikamıza o qədər güclü təsir edir ki, bunu özümüz öyrənmirik və hər rədd cavabı ilə hiss daha da güclənir.

Metod 3 özünüzü rədd edir

  • Əgər kimsə sizdən görüş istəsə və siz istəmirsinizsə, birbaşa, lakin nəzakətlə maraqlanmadığınızı deyə bilərsiniz.
  • Dostunuz tətilə getmək istəyirsə, siz istəmirsinizsə və ya imkanınız yoxdursa, “yox” desəniz, bu, sınıq ayağı deyil.
  • Nümunə: kimsə sizdən görüş istəyir və sizi maraqlandırmır. “Yaltaq oldum, amma sənə qarşı elə bir hisslərim yoxdur” de. Əgər insan bunu başa düşmürsə, daha konkret olun və heç bir marağınız olmadığını söyləyin.
  • Dostunuz tətilə getmək istəyirsə və siz istəmirsinizsə, “Məni düşündüyünüz üçün təşəkkür edirəm. Sadəcə, hazırda tətilə çıxmağa imkanım yoxdur. Bəlkə növbəti dəfə” deyin. Beləliklə, fürsəti gələcəyə açıq qoyursunuz.
  • Münasibətlə əlaqədar olaraq, sadəcə olaraq deyin ki, o insana qarşı heç bir marağınız və romantik hissləri yoxdur. Əgər insan daha çox bilmək istəyirsə, deyin ki, sevgi və cazibə sizin ixtiyarınızda deyil və sadəcə bunu qəbul etməlidir.
  • Əgər kiminsə şeirini rədd edirsinizsə, şeirin niyə jurnalınıza sığmadığını izah edin. Dəhşətli olduğunu söyləmək lazım deyil, amma yenidən nəzərdən keçirmək lazımdır.
  • Nə qədər tez desəniz, insan rədd cavabını bir o qədər yaxşı idarə edə bilər.

Məsləhətlər

  • Rədd yalnız müəyyən bir şəxsin və ya şirkətin sizinlə maraqlanmaması deməkdir. Bu, bütün dünyaya aid deyil və hər şeyi bir anda qara görməməlisən.
  • Uğur və qəbul zəhmətə əsaslanır.Bəzən nəyəsə hazır olana qədər öz üzərimizdə işləməyə davam etməli olduğumuzu etiraf etməyəcəyik. Yalnız optimist deyil, həm də realist olun – əgər hələ də öyrənməyə və ya təcrübəyə ehtiyac varsa, təhlükəsiz imtinaya arxalanmaq əvəzinə işə gedin.
  • Biri sizə səbət verəndə özünüzü pis və ya dəyərsiz hiss etməyin. Bu halda qarşı tərəfdə heç bir cazibə hissi yox idi.
  • Əgər imtina sizə çox təsir edibsə və əvvəlki məsləhətlər sizə az təsir edirsə, peşəkar kömək axtarın. Alkoqol və narkotik həll yolu DEYİL.
  • Rədd edildikdən sonra əvvəlcə istirahət edin. Bəziləri öz imanlarını düşünür, digərləri isə sadəcə isti vanna qəbul edir və ya meditasiya edir. Fikrinizi azad etməyin və pis düşüncələrdən qurtulmağın yollarını tapın.
  • Əgər kimsə sizi sevgi və ya hətta tərəfdaşlıq şəklində rədd edərsə, həmişə bir çox başqa balıqların okeanda üzdüyü köhnə dəbli ifadəni xatırlayın!

xəbərdarlıqlar

  • Rəddləri çox şəxsən qəbul etməyə davam etsəniz, bu da bir terapevt və ya psixoloq üçün mümkün bir haldır – xüsusən də mümkün depressiya və patoloji qorxularla əlaqədar olaraq, gələcəkdə rədd və digər problemlərlə məşğul olmaq qabiliyyətiniz olmayacaq. Sonra kənardan kömək lazımdır. Və bu ayıb deyil – bəzən başqa bir adamın gəzintiyə ehtiyacı var.
  • Bəzi insanlar ləğv etmək istəyinizə cavab vermir – lakin bu, hər kəsin başqa şeylərlə məşğul olması və köhnə bir şeyi yenidən idarə edə bilməməsidir. Buna görə də bunu şəxsən qəbul etməyin.

Qohumlar görür

Yeni hobbi axtarır

Ayrılığı idarə edə bilər

Sizi sevməyən birini sevməyi dayandırın

Bir qadını sıxın

Bir qızla mətn mesajları vasitəsilə yazın və söhbətə başlayın

Flört etməyi öyrənin

Heç vaxt birlikdə olmadığın birini unudun

Bilin ki, bir oğlan sizi qucaqlayır

TSSB olan biri ilə yaşamaq

Yaşlı qadını aldatmaq

Kimdənsə qisas almaq

Bir oğlanın sizdən xoşlandığını öyrənin

Şüuraltı üsullarla kimisə inandırın

Comments are closed, but trackbacks and pingbacks are open.