Kazak avropa müharibələri iki maşında necə oynaya bilərik
İkinci Qarabağ Müharibəsi: dövlət–xalq birliyi, güclü ordu, ZƏFƏR
Birinci və İkinci Qarabağ müharibələri: itirdiklərimiz, qazandıqlarımız – TƏHLİL
1988-ci il idi. Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində, yəni böyük imperiyanın buxovlarında əzilməkdəydi. Biz onda məktəbli idik. Ermənilərin xalqımıza qarşı soyqırımları, əzəli torpaqlarımızın vaxtilə onlara verilməsi haqqında çox məlumatımız var idi. Ancaq bizə elə gəlirdi ki, həmin hadisələr tarixin müxtəlif zamanlarında baş verib, bitib, artıq o cür hadisələr təkrarlanmaz. Axı ermənilərlə qonşu idik, gedirdilər, gəlirdilər. Azərbaycanın bütün şəhər, rayon, kəndlərində bizimlə birlikdə yaşayırdılar. Nə bilərdik ki, bu qonşuluqdan kənar olmuşlar yeni planlarla, yeni arzularla yaşayırlar. Elə həmin il sərhədlərimizdən gələn xəbərlər bütün həyatımızı alt-üst etdi. Ermənilər sərhəd rayonlarımızı atəşə tutur, insanlar qorxu, vahimə içərisində yaşayırdılar. Beləliklə, günlər keçdikcə xəbərlər bəzən səngiyir, bəzənsə yenidən gündəmə gəlir, hər kəsin diqqəti sərhədlərimizə yönəlirdi. Sən demə bütün bunlar qarşıda Birinci Qarabağ Müharibəsinin başlanması üçün görülən tədbirlər imiş.
Birinci Qarabağ Müharibəsi: satılmış torpaqlar, ordusuz xalq, böyük itki
Beləliklə Birinci Qarabağ Müharibəsi başladı. Əgər 1988-1990-ci illər dağıntıları, səksəkələri, itkiləri ilə bu müharibənin başlanğıcı idisə, sonrakı iki il isə torpaqlarımızın bir-birinin ardınca ermənilər tərəfindən işğal olunduğu illər oldu. Niyə işğal olunurdu bu əzəli Azərbaycan torpaqları, səbəb nə idi? Bunun bir çox səbəbləri var idi. Birincisi, bu hələ iki əsr öncənin nəsihəti idi ki, ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməli, yerli əhali sıxışdırılıb aradan çıxarılmalıdır. İkincisi, artıq 1918-ci ildə olduğu kimi, xalqın müstəqillik qığılcımlarının alova çevrilməsi SSRİ-ni narahat etməyə başlamışdı. Bu respublikanı əldə, həm də əsarətdə saxlamaq, eyni zamanda ermənilərin “Böyük Ermənistan” yaratmaq arzuları fonunda işğal siyasətindən daha əhəmiyyətlisi ola bilməzdi.
İşğal siyasəti isə çox da çətinliklə başa gəlmədi. Çünki ölkəmizə rəhbərlik edən, xalqını qoyub yadların sözünü dinləyən, xalqını, mənəviyyatını, namus anlamında olan torpağını yox, vəzifəsini düşünən ozamankı Azərbaycan rəhbərləri ilə bu işdə əlbirlik asanlıqla başa gəldi. Qarabağlılar bütün bunlardan xəbərsizcə öz torpaqlarını qorumağa çalışarkən, ölkəmizin digər yerlərindən onlara köməyə gedənlər canlarını bu torpaqlar yolunda qurban verərkən sən demə o torpaqlar çoxdan satılıbmış. Bu səbəbdən də orada döyüşənlərə heç bir yarbdım, köməklik göstərilmirdi. Bütün bunları sonradan torpağından didərgin salınanlar, zorla qovulanlar, köçürülənlər, hansı ki, o döyüşlərdə iştirak etmişlər, etiraf edirdilər. Etiraf edirdilər ki, dəfələrlə yardın edilməsi tələbinə baxmayaraq rəhbərlik susurdu.
Adı var, özü yox orduya sahib idik. SSRİ Azərbaycanda güclü ordunun formalaşmasına əsla maraqlı deyildi. Çünki bizim ordumuzun olması ona sərf etmirdi. Bu, böyük bir siyasətin nəticəsi idi ki, ordumuz o səviyyədə saxlanılırdı. Bunu o dövrlərdə əsgəri xidmətdə olub, fəhlə batalyonlarında xidmətini başa vuran övladlarımızın da simasında yaxşı görmüşdük, öz-özlüyümüzdə təsdiq etmişdik. Ordumuz bizdən tonlarla neft mənimsəyənlərin əvəzində bizə verdikləri müasirlikdən əsər-əlaməti olmayan köhnə silah, sursat, texnika yığnağı idi. Bu isə möhkəm silahlandırıb üstümüzə göndərdikləri qonşu erməninin qarşısında bizi aciz vəziyyətinə salmaqdan başqa bir şey deyildi.
O zaman işğal olunan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Xocalı və bunlar kimi digər rayonlarımızın əhalisi düşmən qarşısına ov silahı, təsərrüfat alətləri ilə çıxırdılar. Nə edəcəkdilər o qədər güclü silahlanmış erməniyə? Bizim rəhbərlik necə? Bilə-bilə ki, torpaqları satıb, heç bir köməklik də göstərməyəcək, ermənilər isə ən müasir silahlarla silahlanıblar, 5 ilə qədər əsgəri xidmətdə saxladığı əsgərləri də, o torpaqların dinc sakinlərini də gözünü belə qırpmadan qırğına verirdi. Bilə-bilə insanlarımızın məhvinə, şəhid olmasına, yaralanmasına şərait yaradırdı.
Elə bu səbəbdən də Birinci Qarabağ Müharibəsində itkilərimizin sayı çox oldu. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib”.
Çünki o müharibə sadəcə insanların öz ata-baba yurdlarını qorumaq müharibəsi idi. Nəticə etibarilə isə o qədər torpağı itirdik, soydaşlarımız bir qərinəyə qədər qaçqın, köçkün, didərgin adlarını daşımalı, ölkənin şəhər və rayonlarına sığınmalı oldular.
30 il Qarabağsız
Bəli, ötən 30 ilin başlanğıcında edilən böyük səhvlə düz otuz il Qarabağsız yaşamalı oldu qarabağlılar. Qurulu evlərini, əzizlərinin məzarlarını, həyət-bacalarını, həyət dolu mal-heyvanlarını, toyuq-cücələrini, bar üstündə saysız-hesabsız ağaclarını, ən əsası isə torpaq ətrini geridə buraxıb didərginə, köçkünə, qaçqına çevrildilər. Müharibədən sonrakı ilk illərdə şəraitsiz evlərdə, çadır şəhərciklərdə olmazın çətinlikləri ilə qarşılaşdılar. Sonrakı illərdə onlar üçün hərtərəfli şərait yaradıldı, problemləri dövlətimiz tərəfindən diqqətdə saxlanıldı. Lakin onların yurd təşnəsi hələ sızlamaqda, torpaqlarına qovuşmaq istəkləri içlərini göynəltməkdə idi. Dünyasını dəyişən yüzlərlə insan oldu 30 ildə. Ürəkləri yurd eşqiylə parça-parça olmuş insan. Bir daha torpağının ətrini duymayan, əzizinin qəbrini ziyarət edə bilməyən, ürəyi nisgilli, qərib məzarlı insanlar.
Qarabağı bir daha görə bilməyən insanlar. O torpaqlara bir daha ayağı dəyməyən insanlar. O bulaqların suyundan içə bilməyən insanlar. Qarabağ yalnız yuxularında onların olan insanlar.
İnsanlar o taleni yaşamağa vadar edilmişdilər. Nə idi onların günahı? Kimlərinsə vəzifə kürsüsünə qurban getmiş, doğma evindən illərlə ayrı düşmüş, sinəsinə dağ çəkilmiş, ata-qardaşını, övladını mürahibənin alovlarına qurban vermiş, ən əsası isə torpağı-namusu, şərəfi əlindən alınmış insanların yaşadığı acıların cavabını kim verəcək? Əlbəttə torpaqları gözüyumulu satanlar verəcək. Həm də tarix qarşısında verəcəklər buna cavab. Dünya durduqca övladları, nəvə-nəticələri, kötücələrinin hər birindən ata-babalarının səhvi soruşulacaq. Onlar buna cavab verməli olacaqlar. Utanacaqlar, xəcalət çəkəcəklər, hansı nəslin davamçıları olduqları üçün hər zaman bu üz qarasını daşıyacaqlar. Qoy tarix və zaman onların qiymətini də, cavabını da özü versin.
İkinci Qarabağ Müharibəsi: dövlət–xalq birliyi, güclü ordu, ZƏFƏR
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra işğalına son qoyulan torpaqlarımızın geri alınması da ötən illərdə hər gün həllini gözləyən məsələ olmuşdu. Torpaqlarımızın geri qaytarılmasının danışıqlar yolu ilə mümkün olmazsa, müharibə yolu ilə olacağını söyləyən ulu öndərin davamçısı, Prezident cənab İlham Əliyevin də ölkəmizə rəhbərlik etdiyi illərdə bu məsələ fəaliyyətinin əsas istiqaməti olmuşdur. 17 il ərzində beynəlxalq təşkilatlara müraciət edilmiş, onlar Azərbaycanın haqq səsinə səs verməyə, ədalətsizliyə son qoymağa çağırılmiış, erməni xisləti, yalanı dünyanın mötəbər kürsülərindən ifşa edilmişdir.
Ötən illər ərzində dövlət-xalq birliyi ölkənin hərtərəfli inkişafına səbəb olmuş, xüsusilə iqtisadiyyatımız güclənmiş, bu isə güclü ordunun yaranması ilə nəticələnmişdir. Hər il dövlət büdcəsindən ordumuzun inkişafına ayrılan vəsait müasir təchizat məsələlərinin həlli olmuşdur ki, bunun 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ Müharibəsində şahidi olduq. Həm də tək biz yox, bütün dünya şahidi oldu ki, Azərbaycan nəyə qadir imiş.
44 günlük müharibədə əldə etdiyimiz Zəfərə gənclərimizin sayəsində nail olduq. Bu isə ötən illərdə ölkəmizdə gənc nəslin düzgün yetişdirilməsinin, onların vətənpərvər ruhda böyüməsinin nəticələri idi. Vətənin harayına səs verən, sinəsini Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan gənclərimiz bu xalqa qələbənin şirinliyini daddırdılar. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək planlı şəkildə-az itkisiz və qısa vaxtda torpaqlarımızı qəsbkarlardan geri aldılar. Dövlətimizin başçısının dediyi kimi: “. İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı”.
Bəli, bütün dünyanın şahidi olduğu həmrəyliyimizlə, yaşından asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-cı illərlə müqayisəyəgəlməz ordumuzla, ən əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfər qazandıq.
Zəfərimiz Birinci Qarabağ Müharibəsi ilə
İkinci Qarabağ Müharibəsinin fərqini ortaya qoydu
Bu Zəfər Birinci Qarabağ Müharibəsində niyə uduzduq, niyə o qədər şəhid verdik suallarına cavab oldu. İkinci Qarabağ Müharibəsində qələbəmizin səbəbini izah etdi. Nəticə etibarilə Zəfərimizin əldə olunmasında Vətən sevgisi amilinin dayandığını göstərdi. Bu Zəfərlə o illərdə ölkəmizin rəhbərlərinin sevgisizlikləri fonunda böyük Vətən sevgisini ölkəmizin rəhbərində gördük. Həm də onun sonsuz olduğunu gördük. Bu sevgi bölünüb torpaqlarımıza paylananda isə onların hər birinin azad olunması, anası Azərbaycana qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpasının böyük arzu olduğunu gördük. Gördük ki, ölkəmizin rəhbəri bütün gücü ordu quruculuğuna, dünyanın fikrini Qarabağa yönəltdi. Qarabağın geri alınması üçün illərlə iş apardı. Dünyaya üz tutdu, torpaqlarımızın dinc yolla, qan tökülmədən alınmasına çalışdı. Lakin buna nail olmayanda müharibə yolu ilə düşməni yerində oturtmasını, diz çökdürməsini də gördük.
Əgər Birinci Qarabağ Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, İkinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oldu. O qədər şəhidlə əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqla, səriştə ilə rəhbərliyin göstəricisi, yazılan şanlı tarixdir. O tarix ki, vərəqləndikcə hünərdən, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpərvərlikdən, həmrəylikdən söhbət açacaq. Minlərlə şəhidi olan Birinci Qarabağ Müharibəsi isə bu tarixin səhifələrinə əliyalın insanların hünəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb. Bax, Zəfər bunları ortaya qoydu.
Biz müzəffər xalq kimi yaşayırıq
Bu gün ölkəmizdə həm Birinci, həm də İkinci Qarabağ Müharibəsi şəhidlərinin və qazilərinin qiymətləndirilməsi, adlarının əbədiləşdirilməsi, onların ailələrinə və qazilərə göstərilən diqqət, dövlətimiz tərəfindən onların hər birinin övlad qayğısı ilə əhatə olunması insanda qürur yaradır. Bunun özü də dünyaya bir mesajdır. Mesajdır ki, bizim Vətənimiz, torpağımız nə qədər əzizdirsə, övladlarımız da o qədər dəyərlidir. Həyatını torpaq uğrunda qurban verən, sağlamlığını Vətən üçün fəda edənlər əbədi bir sevgiyə layiqdirlər. Çünki onlar bu sevgiləri ilə yanaşı, həm də böyük bir xalqa müzəffər xalq kimi yaşamağı nəsib ediblər. Prezident cənab İlham Əliyevin dediyi kimi: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib. Biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.
Mətanət MƏMMƏDOVA
Müharibə və Terrorizm
That until the basic human rights are equally
Guaranteed to all, without regard to race
Dis a war
That until that day
The dream of lasting peace, world citizenship
Rule of international morality
Will remain in but a fleeting illusion
To be pursued, but never attained
Now everywhere is war, war.
Bob Marley 1
Bütün üzvlər beynəlxalq əlaqələrində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqindən çəkinməlidirlər.
BMT Nizamnaməsinin 2 (4)-cü maddəsi
Müharibə, terrorizm və insan hüquqları
Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur. İnsan həyatı qəsdən hədəf alındıqda və ya birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya “düşmən” dövlət tərəfindən məhdudlaşdırılır. Sülh zamanı zəif müdaifə mövcud olsa belə, uşaqların, qadınların, azlıq qruplarının və qaçqınların hüquqları müharibə dövründə daha da kasadlaşırr.
İnsan hüquqları konvensiyaları tərəfindən təklif olunan müdafiə silahlı münaqişəni dayandırmır. Beynəlxalq Ədalət Məhkəməsi 2 .
Müharibə və terrorizm, həqiqətən, insanlığın dağıdılmasıdır, insan hüquqlarının mərkəzində olan dəyərləri və onları qoruyan hüquqi sistemi sarsıtmağa yönələn fəaliyyətlərdir. Ancaq böhranın, dağılmanın ortasında ən zəifləmiş dövlətdə belə, insan hüquqları öz fəaliyyətini davam etdirir və bütün pislikləri düzəldə bilməsələr də, bəzi minimum müdafiəni təmin edə və ədalətə dair ümid verə bilirlər.
Müharibələr və milli fövqəladə hallar dövlətlərin insan hüquqlarına dair bəzi öhdəliklərindən “uzaqlaşmaq” və ya müvəqqəti olaraq həmn öhdəlikləri kənara qoymaq imkanı verir. Buna baxmayaraq, yaşamaq hüququ, işgəncədən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan azad olmaq kimi müəyyən insan hüquqları heç vaxt kənara qoyulmur. Bunlar, dövlətin təhlükəsizliyinin risk altında olmasına baxmayaraq, yenə də mühüm və əsaslı sayılırlar.
2011-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mühakimə zamanı 3 (Əl-Skeyini və Başqaları – Böyük Britaniyaya qarşı) Böyük Britaniyanın İraqın Bəsrə şəhərində təhlükəsizlik əməliyyatları apararkən bir sıra mülki şəxslərlə davranışında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının yaşamaq hüququnu təmin edən 2-ci maddəsini pozduğunu müəyyən etdi. Bu, Avropa Konvensiyasının müharibə dövründə, xarici ərazilərdə və Konvensiyanı imzalamış olan bütün regionda effektiv nəzarətə malik olduğunun aşkar olunmasında ilk belə iş idi. Digər işlərdə isə məhkumların həbsxanalarda saxlanılan zaman işgəncələrə məruz qaldığı müəyyənləşdirilmişdir.
Nə zaman müharibə “müharibə” hesab edilir?
Müharibə və terrorizm bir çox cəhətdən oxşardır. Hər ikisi də həddindən artıq zorakılıq hərəkətlərini əhatə edir, ikisi də siyasi, ideoloji və ya strateji məqsədlər ilə motivasiya edilir və ikisi də bir qrup şəxs tərəfindən digərinə qarşı edilir. Nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, hər birinin nəticəsi əhali üçün qorxuludur. Müharibə daha geniş yayılmağa meyllidir və daha da dağıdıcı ola bilər, çünki müharibə daha çox orduları olan dövlətlər və onların əlində olan böyük silahlar vasitəsilə həyata keçirilir. Terrorist qruplar nadir hallarda dövlətlərin malik olduğu peşəkar və ya maliyyə resurslarına malik olurlar.
Lakin istifadə olunan üsullardan və zorakılığın dərəcəsindən başqa, müharibə və terrorizm beynəlxalq hüquqda fərqləndirilir. Fərqlər həmişə aydın deyil və hətta ekspertlər zorakı bir kampaniyanın terror, vətəndaş müharibəsi, üsyançılıq, özünümüdafiə, öz müqəddəratını qanuni təyin etmə və ya başqa bir hal kimi qiymətləndirilməsi ilə bağlı razılaşmaya bilərlər
Sual: 20-ci əsrdə çeçenlər, abxazlar, kürdlər, fələstinlilər və irlandiyalı milliyyətçilər özlərinin müstəmləkəçi bir millətə qarşı müharibə apardığını hesab edirdilər. Milli dövlətlər bu kimi qrupların hərəkətlərini həmişə terrorizm olaraq qiymətləndirmişlər. Doğru terminlə bağlı necə qərar verə bilərik?
Müharibəni müəyyənləşdirməkdə problemlər
Müharibələr bəzən onların milli dövlətlər arasında baş verməsi faktı ilə müəyyən edilir: amma vətəndaş müharibəsi və ya “terrorizmlə mübarizə” barədə nə demək olar? Bəzən rəsmi müharibə bəyanı müharibəni müəyyənləşdirən vasitə kimi qəbul edilir, lakin bu, ABŞ-ın Pakistan sərhədlərinə və ya 1990-cı illərdə İraq üzərində elan edilmiş qeyri-uçuş zonalarına hücumları kimi bir neçə il ərzində baş verən aşağı səviyyəli bombalama kampaniyalarını əhatə etmir.
Müharibə tərifinə insan həyatı üçün dağıdıcı ola bilən iqtisadi və ticarət müharibələri daxil edilə bilər? Sanksiyalar bir müharibə formasıdır? YUNİSEF 1990-cı illərdə İraqdakı sanksiyaların yarım milyondan çox uşağın (və bir çox böyüklərin) ölümünə səbəb olduğunu hesablamışdır.
Siz zəlzələyə qalib gələ bildiyiniz kimi müharibəyə qalib gələ bilməzsiniz.
Jinet Rankin 4
Sual: Siz zəlzələyə qalib gələ bildiyiniz kimi müharibəyə qalib gələ bilməzsiniz.
Terrorizm nədir?
Terrorizm məqsədli şəkildə həyata keçirilən hədə-qorxudur: o, digər insanlara etməyəcəyi şeyləri etdirir.
Igor Primoratz
Terrorizm hər kəsin istifadə etməyə hazır olduğu terminlərdən biridir, lakin heç kim dəqiq bir təriflə razılaşmır. Hətta ekspertlər terminin necə tətbiq olunması barədə mübahisə etməyə davam edirlər və terrorizm anlayışının heç biri ümumi qəbul edilməyən 100-dən çox müxtəlif tərifi olduğu deyilir.
Razılığın olmaması bir çox praktiki nəticələrə malikdir: sadəcə bir nümunəyə nəzər salaq, BMT-nin 60 ildən artıq müddətə çalışmasına baxmayaraq, terrorizmə qarşı konvensiya qəbul edə bilmədi, çünki üzv dövlətlər bu terminə dair tərif müəyyənləşdirə bilmirdi. BMT Baş Assambleyası terrorizmə dair bildirişlərdə aşağıdakılardan istifadə etmək istəmişdir:
Ümumi ictimaiyyətə, insan qrupuna və xüsusi bir şəxsə qarşı siyasi məqsədlərlə istənilən şəraitdə edilən terror hərəkətlərinə heç bir halda bəraət qazandırmaq olmaz, bu hala bəraət qazandırmaq üçün hər hansı siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini və digər ünsürlərin cəlb olunması əsassızdır. 5
Qədim terroristlər
18-ci əsrdən öncə mövcud olan ən məşhur üç “terrorist” qrupu dini ideyalardan ilhamlanaraq yaradılmışdı (və onların hamısı ingilis dilinə fəaliyyətləri ilə əlaqəli sözlər kimi daxil olmuş adlara malik idilər: fanatiklər zilotlar kimi tanınır, asasinlər qatillər, thuglar isə zorakı və səfeh şəxslərdir).
• Zilotlar kimi tanınan Sicarii 1-ci əsrdə qaraçıları Fələstindən çıxarmaq istəyən bir yəhudi hərəkatı idi. Onlar amansız üsullardan istifadə edirdilər, ictimai toplantılarda dəstəyə qarışaraq kütlənin içində yox olmazdan öncə qurbanı bıçaqlayırdılar.
• Asasinlər İslamı təmizləmək məqsədi daşıyan Orta əsr Şiəmüsəlman məzhəbidir və tanınma əldə etmək üçün Sicariiyə oxşar metodlardan istifadə edərək tanınmış dini liderləri hədəfləyirdilər.
• Tuqi (Thuggee) bəzən bir qrup ya da məzhəb kimi təsnif edilən, təxminən 600 il boyunca fəaliyyət göstərən, səyahət edənləri boğaraq vəhşicəsinə öldürən və çox xüsusi qaydalara uyğun hərəkət edən bir qrup idi. Onlar ən uzun ömürlü qrup olmuş və 19-cu əsrdə qrup daxilində xəbərçilərin cəlb edilməsi nəticəsində məhv edilmişdir.
Sual: Nüvə bombasından istifadə terrorizm kimi təsnif edilməlidir?
Terrorizm: təsnifat
Aşağıdakı meyarlardan bəziləri aktın “terrorizm” olub-olmadığını müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin hamısının bununla razılaşmadığından xəbərdar olun!
- Akt siyasi cəhətdən təsirə məruz qalır.
Terror hərəkətləri adətən hərəkətin dərhal yaratdığı təsirdən “daha böyük” və daha strateji bir məqsədə malik olur. Məsələn, vətəndaşlara qarşı bomba hücumu hökumətə təzyiq göstərmək üçün ictimai rəyi dəyişdirməyə hədəflənir.
- Hərəkət zorakılıq və ya zorakılıq təhdidini əhatə etməlidir.
Bəziləri düşünürlər ki, həqiqətən, inanıldıqda zorakılıq təhdidi də terror aktı hesab oluna bilər. Çünki bu, onun yönəldiyi şəxslər arasında qorxu yaradır və siyasi məqsədlər üçün istifadə edilə bilər.
Terrorizm aktı = Müharibənin sülh zamanı ekvivalenti
A.P. Schmid, BMT Cinayət Departamentinin 1991-ci il hesabatı
- Terror aktı güclü psixoloji təsir göstərmək üçün nəzərdə tutulmuşdur
Terrorist hərəkətlərin bir çox hallarda özbaşına və ya təbiətcə təsadüfi olduğu deyilir, lakin əslində qruplar maksimum reaksiyanı törətmək məqsədi ilə hədəfləri diqqətlə seçmək məcburiyyətindədirlər və mümkün olduğu təqdirdə rejimin simvollarına zərbə vururlar.
- Terrorizm dövlətlərin deyil, sub-dövlət qruplarının hərəkətidir.
Bu, yəqin ki, müxtəlif müşahidəçilər və ekspertlər arasında ən çox mübahisə edilən məsələdir. Milli dövlətlər bunu terrorist hərəkətin mahiyyəti kimi istifadə edirlər, amma terroristləri sub-dövlət qrupları ilə məhdudlaşdırdığımız təqdirdə, biz artıq bir dövlətin həyata keçirdiyi zorakı hərəkətin terrorizm ola bilməyəcəyinə qərar vermiş oluruq, bu hərəkət nə qədər qorxunc olsa da!
- Terrorizm qəsdən vətəndaşları hədəf alır.
Bu meyar da mütəxəssislər arasında mübahisə mövzusudur, çünki terrorizm aktlarının hərbi qulluqçuları, polis işçilərini və dövlət məmurlarını hədəf alması istisna edilmir.
Sual: Terrorizmə tərif verə bilərsiniz?
Terrorizm aktını zorakılığın digər növlərindən necə fərqləndirə bilərsiniz?
Terrorizmi dövlətlər törədə bilər?
Əminəm ki, terrorizmi təcrid etmək və məğlub etmək üçün yeganə strategiya insan hüquqlarına hörmətlə yanaşmaq, sosial ədalətin, demokratiyanın gücləndirilmək və qanunun aliliyinin üstünlüyünü təmin etməkdir.
Sergio Vieira de Mello
xüsusilə 1793-1794-cü illər arasında Maksimilian Robespyer dövründə baş verən hadisələri təsvir etmək üçün istifadə olunmuşdur. Bu illər İnqilab Məhkəməsi (siyasi cinayətkarları cəzalandırmaq üçün yaradılan məhkəmə) tərəfindən səlahiyyət verilən kütləvi edamlar da daxil olmaqla, repressiyanın zorakı metodlarının tətbiqi ilə xarakterizə olunurdu. Xüsusilə, bu dövrün sonuna doğru insanlar ədalətli məhkəmə prosesində yalnız şübhə əsasında və ədalətsiz olaraq məhkum edilmişlər.
Yuxarıda qeyd olunanlar ümumi qorxu mühitinə gətirib çıxardı: insanlar artıq özlərini özbaşına zorakılıq təhdidindən təhlükəsiz hiss edə bilməyəcəkləri bir dövlətdə yaşayırdılar. Belə başlanğıclardan, terrorizm anlayışı lüğətə daxil oldu.
19-cu əsrdə terrorizm dövrü dövləti devirmək üçün işləyən qruplarla, daha az dövlət terroru sistemi ilə əlaqələndirilmişdir. Avropadakı inqilabçı qruplar tez-tez repressiv və ədalətsiz gördükləri hökmdarlar və ya dövlət qurumlarını devirmək üçün zorakılıq tətbiq edirdilər. Ümumiyyətlə, ən əlverişli üsul sui-qəsd idi və “müvəffəqiyyətlər” arasında rus çarı, Fransız prezidenti, Avstriya-Macarıstan imperatoru və bir İtalyan kralına qarşı sui-qəsd var idi.
20-ci əsr həm qurbanların sayı, həm də metodların daha dəhşətli olması ilə yadda qalmışdır, bu dövrdə hökumətin və sub-dövlət qruplarının hədəflərinə çatmaq üçün zorakılıqdan istifadə etməsi müşahidə olunurdu. Dəhşətli dramların bu seriyasındakı icraçı və təşəbbüskarlar dövlət məmurlarını və sub-dövlət qruplarını da əhatə edirdi. Lakin əsrin sonuna qədər, demək olar ki, müstəsna olaraq sonuncular terrorist adlandırılırdı. Sub-dövlət qrupları daha çox başqa dövlətlər tərəfindən silahlandırılır, maliyyələşdirilir və hazırlanır: bu, həmin qrupları hazırlayan və dəstəkləyən dövlətləri terrorçu dövlətlərə çevirir?
Sual: Əgər əhali üzərində terrora səbəb olarsa, dövlət hərəkətlərini “terrorist” hərəkətləri adlandırmaq olar?
Beynəlxalq hüquqda gücdən istifadə
Müharibədə həqiqət ilk qurbandır.
Esxil
Beynəlxalq hüquq dövlətlər tərəfindən gücdən istifadə ilə bağlı bir sıra müxtəlif halları əhatə edir. Bəzən (fəslin başlanğıcında qeyd olunduğu kimi) qanun bir dövlət başqa bir dövlətə qarşı güc tətbiq etdiyi və ya təhdid etdiyi hallarda tətbiq olunur. Belə hallar adətən müharibə kimi təsnif edilir və BMT Nizamnaməsi və Təhlükəsizlik Şurası tərəfindən tənzimlənir. Bəzən qanun müharibə dövründə – qanuni və ya qeyri-qanuni olmayaraq – gücdən istifadəyə tətbiq olunur. Bu, ümumiyyətlə beynəlxalq humanitar hüququn sahəsidir. Hər hansı bir müharibə baş versə də, insan hüquqları fəaliyyətini davam etdirir, buna baxmayaraq, müəyyən hüquqlar üçün dövlət tərəfindən məhdudiyyətlər sülh zamanında olandan daha çox tətbiq edilə bilir.
Beynəlxalq hüquqda müharibə
BMT Nizamnaməsi, Brian-Kelloq paktı
Yüksək Razılığa gələn Tərəflər müvafiq xalqları adından beynəlxalq ziddiyyətlərin həlli üçün müharibəyə baş vurulmasını qınadıqlarını, milli siyasətlərində bir vasitə kimi bundan imtina etdiklərini bəyan edirlər.
Kelloq-Brian Paktından
(Müharibədən imtina haqqında Ümumi Müqavilə və ya Paris Paktı kimi tanınır)
Birinci Dünya müharibəsindən sonra bir sıra sülhməramlı səylər nəticəsində 1928-ci ildə 15, sonra isə 47 dövlət ən möhtəşəm fəaliyyət olaraq Kelloq-Brian Paktını imzaladılar. Müqavilə onu imzalayanlar arasında sonrakı hərbi əməliyyatlara və İkinci Dünya müharibəsinin başlanmasına mane olmasa da, “sülhə qarşı cinayətlər” ideyası üçün əsas yaratdı və Nürnberq məhkəmələrində mərkəzi rol oynadı. 6 Nürnberq prinsiplərinə əsasən, sülhə qarşı cinayətlərə “təcavüzkar müharibələrin planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya beynəlxalq müqavilələri pozan müharibələr” daxildir.
Müharibədən milli siyasət vasitəsi kimi imtina edilməsi mütləq şəkildə müharibənin beynəlxalq hüquqda qanunsuz olduğuna dair təklifi ehtiva edir; bu müharibəni planlaşdıran və ehtiyatlarını qarşılayan şəxslər [. ] bunu edərək bir cinayət törədirlər.
Nürnberq məhkəməsi
Nürnberq məhkəmələrindən sonra Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi üzv dövlətlərin bir-birinə qarşı güc tətbiq etməsini tənzimləyən əsas beynəlxalq müqavilə olmuşdur. Nizamnamə müharibəni tamamilə qadağan etmir: ciddi şəkildə müəyyən edilmiş bəzi hallarda, özünü müdafiə etmək üçün zəruri olan müharibədən istifadə etməyə imkan verir. Bununla belə, özünü müdafiə etmək üçün aparılan müharibələr, təcili tədbirlərin görülməməsi və Təhlükəsizlik Şurasına müraciət üçün vaxtın kifayət etmədiyi hallar istisna olmaqla, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməlidir.
Qorumaq üçün məsuliyyət (R2P)
Son illərdə bəzi ölkələr insanlar bir dövlətin əlində ağır zorakılığa məruz qaldıqları zaman, məsələn, soyqırım təhdidi ilə üz-üzə olduqda BMT-nin xalqı qorumaq məqsədilə addım atmalı olduğu iddiasını irəli sürürlər. Bu, məsuliyyət daşıyan dövlətə qarşı hərbi əməliyyatlar ehtimalını da ehtiva edir. Beynəlxalq ictimaiyyətin müdaxilə etməməsi ilə nəticələnən Ruanda soyqırımı müzakirəyə səbəb olmuşdur. Kosovodakı müharibə hərbi vasitələrlə “humanitar müdaxilənin” ilk nümunələrindən biri olub və 2011-ci ildə NATO-nun Liviyaya hərbi müdaxiləsi oxşar prinsipə əsaslanıb.
Soyqırım “milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etməyə yönələn fəaliyyətdir”.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya 7
R2P ideyası qarşıdurma deyil. Soyqırım və digər hadisələr ciddi və dəhşətli hadisələrdir. Lakin tənqidçilər R2P-nin bəhanə kimi istifadə oluna biləcəyini və bəzi hərbi müdaxilələrin, həqiqətən, “kütləvi zülm cinayətləri” ehtimalına əsaslanmadığını, bir çox hallarda, siyasi xarakter daşıdığını iddia edirlər. Bir çox kütləvi vəhşiliklər R2P-ə uyğun hesab edilmir və ya müdaxilənin baş verdiyi yerlərdə insanların qarşılaşdığı təhlükələrlə müqayisədə daha az ciddi görünür. Hətta qorunma məsuliyyəti müdaxilə edən dövlətlərin hərbi əməliyyatlar aparmazdan əvvəl bütün mümkün vasitələri araşdırması fikrini də özündə əks etdirir. Bu vasitələrin araşdırıldığı hər zaman aydın olmur. Nəhayət, insanlar özlüyündə qorxunc və dağıdıcı bir hərəkət olan müharibənin əzablara son qoymaq üçün əlverişli vasitə olmasını sorğulayırlar. Bir ölkənin bombalanması, bütün təsirləri ilə birlikdə, sülhü təşviq etmək və iki tərəf arasında daha dərin bir qarşıdurmanı həll etmək üçün ən yaxşı yol ola bilər?
Sual: Müharibə iki pislikdən ən yaxşısı ola bilər?
Müharibənin qanunları
Müharibə dövründə belə müharibə edən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsinə ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. “Müharibə qanunları” əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir.
İlk Cenevrə Konvensiyası
Cenevrə Konvensiyalarının birincisi 1864-cü ildə imzalanıb. Konvensiya, Cenevrə vətəndaşı Henri Dunant 1859-cu ildə İtaliyada, Solferinoda böyük bir müharibənin şahidi olduqdan sonra yaradılıb. O, müharibə dövründə ölümə tərk edilən yaralıların köməksizliyinin qarşısını almaq və müharibə dövründə humanitar yardım göstərmək üçün neytral bir qurumun yaradılması məqsədilə beynəlxalq razılaşma təklif etmişdir. Onun təklifləri daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin yaradılması və ilk Cenevrə Konvensiyasıilə nəticələndi. Konvensiya kimin tərəfində olursa-olsun, döyüşdə iştirak etməyənlərə qarşı humanist və ləyaqətli davranılması üzrə müddəaları əhatə edir.
Cenevrə Konvensiyaları dördüncü Cenevrə Konvensiyası qəbul edildiyi və əvvəlki üçü yenidən nəzərdən keçirildiyi və genişləndiyi 1949-cu ilə qədər inkişaf etdirildi. Daha sonra üç dəyişiklik protokolu əlavə edildi. Bu Konvensiyalar 194 ölkə tərəfindən tam və ya qismən təsdiq edilmişdir.
Cenevrə Konvensiyalarına əlavə olaraq, beynəlxalq humanitar qanunvericiliyin, o cümlədən Haaqa Konvensiyalarının və bir sıra beynəlxalq müqavilələrin də müharibədə istifadə edilə biləcək və istifadə edilə bilməyəcək silahlarla bağlı standartları mövcuddur. 1990-cı illərdə QHT-lərin koalisiyası minaların istehsalı və istifadəsi ilə bağlı beynəlxalq qadağa üçün müvəffəqiyyətlə birləşə bildi. Ottava müqaviləsi və ya Qazma Minalar əleyhinə Konvensiya 1997-ci ildə qəbul edilmişdir və o vaxtdan bütün dünyada 157 ölkə tərəfindən təsdiq edilmişdir. Koalisiya kaset bombaların istifadəsini qadağan edən müqavilə üçün kampaniyaya davam edir. Bu bomba növü qazma minalar kimi müharibə başa çatdıqdan sonra belə məhv üçün iz buraxır.
Müharibə cinayətləri
Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir.
War crimes
Müharibə cinayətləri
Dördüncü Cenevrə Konvensiyasına əsasən (1949), müharibə cinayətləri (Konvensiyada “ağır pozuntular”) aşağıdakılardan ibarətdir:
Bioloji təcrübə də daxil olmaqla, heç bir hərbi zərurət olmadığı halda, qəsdən adam öldürmə, işgəncə və ya qeyri-insani davranış, bədənə və ya sağlamlığına böyük zərər vuran davranış, mühafizə altında olan insanların qeyri-qanuni şəkildə deportasiyası və ya köçürülməsi, qorunma altında olan şəxsin düşmən qüvvələrində xidmət etməyə məcbur edilməsi, qorunan bir şəxsin qəsdən hüquqlarından məhrum edilməsi, girov götürülməsi, əmlakın məhv edilməsi və mənimsənilməsi”. 9
Bəşəriyyətə qarşı cinayətlər, kütləvi qırğın və soyqırım kimi şəxslərin məsuliyyətə cəlb edilə biləcəyi digər aktlar da vardır. İnsanlığa qarşı cinayətlər, məsələn, qətl, təcavüz, işgəncə, köləlik və deportasiya dinc əhaliyə qarşı törədilən ağır cinayətlərdir.
Bu cür cinayətlərə görə şəxslərin ilk məhkəmələri İkinci Dünya müharibəsindən sonra Nasist və Yaponiyanın siyasi və hərbi liderlərinin Nürnberq və Tokio məhkəmələri idi. O vaxtdan etibarən keçmiş Yuqoslaviya, Ruanda, Kamboca, Livan və Sierra-Leone münaqişələri ilə məşğul olmaq üçün bir sıra tribunallar yaradılmışdır. Eyni dərəcədə ciddi olan digər münaqişələr üçün xüsusi məhkəmələrin yaradılması müşahidə olunmamışdır, bəzən tənqidlərə səbəb olan bu qərarın siyasi amillərdən təsirləndiyi düşünülür.
Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cəza Məhkəməsi
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cəza Məhkəməsi (ICTY) keçmiş Yuqoslaviyada müharibələr zamanı törədilmiş ciddi cinayətləri təqib etmək və bu cinayəti törədənləri mühakimə etmək üçün BMT tərəfindən yaradıldı. Şübhəlilərin əksəriyyəti serblər idi və bu, bəzi müşahidəçilərin qərəzliliyi ilə bağlı ittihamlara səbəb oldu. Beynəlxalq Amnistiya və Human Rights Watch həm də ICTY-ni NATO qüvvələrinə qarşı dinc sakinlərin vurulması ilə nəticələnən Serbiya Dövlət Televiziyasını bombalama və dəmir yolu körpüsünə hücumla bağlı ittihamları araşdırmadığı üçün tənqid etdi. Beynəlxalq Amnistiya humanitar qanunvericiliyin pozulması hallarına dair hesabatında “NATO-nun vətəndaş itkisini minimuma endirmək üçün lazımi tədbirlər görməmiş” olduğunu qeyd etmişdir. 10
Sual: Müharibə Məhkəmələri – Nürnberq Tədqiqatları da daxil olmaqla – bəzən “Qalibin ədaləti” kimi görünür. Bir müharibədə hər iki tərəf eyni prinsiplərə görə mühakimə edilməlidir?
Müharibəni ortaya çıxaranlar və edənlər müharibə zülmünə qarşı zəmanətin paralel nəticələrini görməlidirlər.
Giovanni Bonello, Al-Skeini və digərləri Birləşmiş Krallığa qarşı işinin mühakiməsi zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi 11
Beynəlxalq Cinayət Məhkəməsi
20-ci əsrin ikinci yarısında insanlığa qarşı ən dəhşətli cinayətlərin mühakiməsi məqsədilə daimi məhkəmənin yaradılması üçün fəaliyyətlər həyata keçirildi. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) yaradılması üçün hüquqi əsas təmin edən Roma Statutu qəbul edildi. ICC 2002-ci ilin iyul ayında yaradıldı və baş qərargah olaraq Niderland, Haaqa şəhəri seçildi.
İCC ilk daimi beynəlxalq məhkəmədir və müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırım və təcavüzkarlıq cinayətlərini mühakimə etmək üçün yaradılmışdır. Roma Statutu dövlətlər tərəfindən təsdiqlənsə də, ICC dövlətləri deyil, cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri təqib edir. 2012-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə, 119 ölkə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna üzvdür, buraya demək olar ki, bütün Avropa ölkələri daxildir, lakin ABŞ, Hindistan, Çin və Rusiya daxil deyil. Məhkəmə Sudan, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Mərkəzi Afrika Respublikası və Liviyadakı münaqişələrə dair araşdırmalara başlamışdır.
Sual: İnsanlığa qarşı cinayətlər, soyqırım və ya təcavüz cinayəti üzrə məsuliyyət daşıyan istənilən bir insanın Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxarılmalı olduğunu düşünürsünüz?
Buna görə də, təcavüzkarlıq müharibəsini başlamaq yalnız beynəlxalq cinayət deyil; bu, digər müharibə cinayətlərindən fərqli olan, ən yüksək beynəlxalq cinayətdir.
Nürnberqdəki baş amerikan prokuror, Robert Jacksone.
Beynəlxalq hüquqda terrorizm
Beynəlxalq qanunvericiliyin terrozimi tədqiq etməq üçün cəlb edilməsi, əsasən, terminin ümumi tərifini tərtib etməyin çətinliyi üzündən problemlərlə üzləşmişdir. Avropa Şurası digər beynəlxalq müqavilələri və ya sazişləri pozmamaq məqsədilə sərhəd çəkmək üçün bir sıra qaydalar hazırlamışdır. 12
Təlimatlar aşağıdakı əsas məsələləri ehtiva edir:
- İnsan hüquqları və qanunun aliliyinə hörmət və ayrı-seçkiliyin qadağan edilməsi.
- İşgəncələrin mütləq qadağan edilməsi: “İşgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın istifadəsi istənilən hər bir şəraitdə tamamilə qadağandır . “
- Şəxsi məlumatların toplanması və işlənməsi qanuni və müəyyən edilmiş məqsədə mütənasib olmalıdır.
- Məxfiliyə müdaxilə edən tədbirlər qanunla nəzərdə tutulmalıdır.
- Terrorist fəaliyyətdə şübhəli bilinən hər kəs yalnız əsaslı şübhələr olduqda və bu səbəblərdən xəbərdar edildikdə həbs edilə bilər.
- Terrorist fəaliyyətdə şübhəli bilinən şəxs qanunla müəyyən edilmiş müstəqil, qərəzsiz məhkəmə tərəfindən ağlabatan müddətdə ədalətli məhkəmə mühakiməsi hüququna malikdir. Onlar da təqsirsizlik prezumpsiyasından faydalanırlar.
- “Terrorist fəaliyyətə görə azadlıqdan məhrum edilmiş şəxsə hər cür şəraitdə insan ləyaqətinə lazımi hörmətlə davranmalıdır”.
- “Bir insan ölüm cəzasına məhkum olma təhlükəsi və ya işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan davranışa məruz qalma riski olan ölkəyə verilə bilməz”.
- “Dövlətlər heç bir zaman [. ] bu beynəlxalq sənədlərlə zəmanət verilmiş yaşamaq hüququnu, işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı olan qadağanı, bu cəzalar və tədbirlərin qanunilik prinsipini, həmçinin, cinayət qanunvericiliyinin retrospektiv təsirinin qadağan edilməsini poza bilməz”.
Terrorizmə qarşı mübarizə aparan dövlətlər tərəfindən aparılan bütün tədbirlər insan hüquqlarına və qanunun aliliyi prinsipinə riayət etməlidir, hər hansı bir özbaşınalıq formasını, habelə hər hansı bir ayrı-seçkilik və ya irqçi davranışı istisna etməlidir.
Avropa Şurasının İnsan Hüquqları və Terrorla Mübarizə üzrə Təlimatları
İnsan hüquqları və terrorizm
İnsan hüquqları və terrorizm anlayışlarının toqquşa biləcəyi iki əsas sahə var: birincisi, ən açıq şəkildə, terrorun özüdür; ikincisi isə terrora qarşı mübarizə aparmaq üçün rəsmi orqanlar tərəfindən qəbul edilə biləcək tədbirlər.
Terrorizmin müəyyənləşdirilməsindən, arxasında olan səbəblərdən və ya bununla məşğul olmaq üçün motivasiyadan asılı olmayaraq, əhalinin üzvlərini vahiməyə salmaq ən yaxşı halda onların ləyaqətini və şəxsi təhlükəsizliyini pozmaqdır və ən pis halda isə yaşamaq hüququnun pozulmasıdır. İnsan hüquqlarına dair qanunda məsələ elə də sadə deyil, çünki insan hüquqları haqqında qanun əsasən fərdlərin hüquqları və azadlıqları hökumət tərəfindən pozulmaqdan müdafiə etmək üçün hazırlanmışdır. Məsələn, bir terrorçu qrupu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət emək mümkünsüzdür!
Ancaq hökumətlər müəyyən öhdəliklərə malikdirlər: birincisi, vətəndaşları öz şəxsi təhlükəsizliyinə hücumlardan müdafiə etmək baxımından; ikincisi, terror hücumlarından əziyyət çəkən qurbanları kompensasiya etmək baxımından; və üçüncüsü, əlbəttə, terrorizmlə məşğul olmamaq baxımından.
Sual: Mülki şəxslərə qarşı istifadə edilən silah ixrac edən bir ölkə silahların istifadə olunmasına görə məsuliyyət daşımalıdır? Hökumətinizin hansı qruplar və ya ölkələrə silah satdığını bilirsiniz?
Terrorizmə qarşı mübarizəyə dair bir sıra insan hüquqları məsələləri ortaya çıxır və hökumətin əhalini qorumaq üçün gördüyü tədbirlər və bunu etmək üçün məhdudlaşdırılmalı olduğu hüquqlar arasında ziddiyyət yarana bilər.
Gizli icraatlar
Avropa Şurası Parlament Assambleyası üçün Dik Marty tərəfindən 2006-cı ildə yazılan hesabat müxtəlif Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarına şübhəli bilinən terroristləri işgəncə ilə üzləşdikləri ölkələrə “vermək” üçün etdiyi yardımları nəzərdən keçirir. Hesabatda bildirilmişdir ki, 7 ölkə – İsveç, Bosniya-Herseqovina, Böyük Britaniya, İtaliya, Makedoniya, Almaniya və Türkiyə – “xüsusi şəxslərin hüquqlarının pozulması” üçün məsuliyyətə cəlb edilə bilərlər, çünki onlar fərdlərin bir neçə il mühakiməyə cəlb edilmədən işgəncəyə məruz qalaraq saxlanmasına səbəb olan proqrama dəstək veriblər. İspaniya, Kipr, İrlandiya, Yunanıstan, Portuqaliya, Rumıniya və Polşa da daxil olmaqla, digər ölkələr də ABŞ-la “razılaşmada” günahlandırılıblar. Marty Rumıniya və Polşanın gizli həbs mərkəzlərinin yaxınlığında saxlanılan məhbus məntəqələri olduğunu sübut etmək üçün dəlil tapdığını söylədi.
Müasir münaqişələrdə qadın olmaq əsgər olmaqdan daha qorxuldur.
General-mayor Patrick Cammaert, 2008 (keçmiş Konqo DR BMT Sülhməramlı əməliyyatlar komandiri)
Münaqişə qurbanları
Müharibə və terrorizm çox sayda insana dəhşətli və davamlı təsir göstərir. Münaqişə zamanı ölümlər yalnız bir elementdir: psixoloji travma, fiziki və iqtisadi infrastrukturun çökməsi, insanların yerini dəyişməsi, yaralanma, xəstəlik, yemək, su və enerji qaynaqlarının olmaması, etibarın və normal insan əlaqələrinin parçalanması və digərləri. Bu təsirlər gələcək nəsillər üzərində davam edə bilər.
Dövlətlərarası müharibələrin azalması, vətəndaş müharibələrinin artması və müharibənin yeni metodları ilə mülki əhali daha çox təhlükə altında qalır və peşəkar əsgərlərə nisbətən daha yüksək itkilərə məruz qalır. BMT-nin Qadınlar Təşkilatı hesab edir ki, müasir münaqişələrdə itkilərin əksəriyyəti, 90% -dən çoxu qadın və uşaqlar olan mülki şəxslərdir. Təcavüz və cinsi zorakılıq müharibə silahı, cəmiyyətləri təhqir etmək, onlara hökmranlıq etmək və qorxutmaq üçün bir taktika kimi istifadə olunur.
Silahlı qarşıdurmalarda qadınlar
2000-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurası silahlı münaqişədə qadınların qarşılaşdığı problemləri həll etmək üçün 1325 saylı qətnamə qəbul etmişdir. Qətnamə münaqişələrin həlli və sülh quruculuğu ilə bağlı qərarların qəbul edilməsində bütün səviyyələrdə iştirakı tələb edir. Təhlükəsizlik Şurası həmin vaxtdan etibarən daha dörd qətnamə qəbul etmişdir. Bu beş sənəd üç əsas hədəfə yönəlir:
– Qərarların qəbul edilməsində qadınların iştirakının gücləndirilməsi
– Cinsi zorakılıq və cəzasızlığın sonlandırılması
– Hesabatlılıq sisteminin təmin edilməsi
Uşaq əsgərlər
Müharibədə, xüsusən son on il ərzində acınacaqlı bir hal qəddar münaqişələrdə əsgərlər olaraq uşaqların istifadəsidir. Uşaq əsgərlər dünyanın bütün bölgələrində mövcuddur və ən çox qarşıdurmalarda iştirak edirlər. Bununla belə, problem xüsusilə Afrikada aktualdır, burada doqquz yaşdan kiçik olan uşaqlar silahlı münaqişədə iştirak edirlər. Uşaq əsgərlərinin əksəriyyəti 14 və 18 yaş arasındadır. Uşaq əsgərlər həm üsyançı qruplar, həm də hökumət qüvvələri tərəfindən işə götürülür.
BMT-nin Uşaq Hüquqları Konvensiyası dövlət tərəfindən 15 yaşınadək olan uşaqların hərbi əməliyyatlarda iştirak etməməsini təmin edilməsini tələb edir. Ancaq bu, çoxları tərəfindən aşağı bir yaş göstəricisi olaraq qarşılanmış və ən azı 18 yaşa qədər yüksəltməyə təşəbbüs göstərilmişdir. Uşaqların silahlı münaqişəyə cəlb olunmasına dair Uşaq Hüquqları haqqında Konvensiyaya Əlavə Protokol (2011-ci ilin noyabr ayından etibarən 143 tərəfdaş dövlətlə) minimum yaşı 18-ə yüksəltdi.
Avropa ölkələrində uşaqlar 17 yaşınadək işə qəbul edilmir və əsgərlər 18 yaşınadək döyüşə göndərilmir. Böyük Britaniyada ən aşağı işə qəbul yaşı 16-dır və bu yalnız təlim məqsədləri üçündür. Böyük Britaniya BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən buna görə geniş şəkildə tənqid olunur. Çeçenistanda 18 yaşdan kiçik uşaqların üsyançı qüvvələrə xidmət etdiyi bildirilir.
Gənclər, müharibə və terrorizm
2011-ci ildə Nobel Sülh Mükafatı Ellen Johnson Sirleaf, Leymah Gbowee və Tawakkul Karmana “qadınların təhlükəsizliyi və qadınların hüquqları və onların sülh quruculuğu işində tam iştirak etməsi uğrunda apardıqları zorakı olmayan mübarizəyə görə” birgə verilmişdir.
Gənclər bir çox yollarla müharibəyə görə narahat edilirlər. Yuxarıda göstərilən uşaq əsgərlərinin işi ilə yanaşı, gənclər, xüsusilə ölkələrdə milli hərbi xidmət dövrlərində, əsgərlərin əksəriyyətini təşkil edirlər. Buna görə də, gənclərin müharibə qurbanlarının cəbhəsində olduğu deyilə bilər. Professionallaşmış ordularda əksər hallarda silahlı qüvvələrə daxil olanlar aztəminatlı sosial mənşəli gənclərdir, çünki onların layiqli yaşayış qazanmaq imkanları azdır.
Mən nə etdim? . Biri ərini, biri atasını, biri uşağını, biri doğulmamış uşağını itirdi . Cəsədlərin bu dağıntıları nədir? Bu zəfər yoxsa məğlubiyyət izləridir? Bu, qarğalar, quzğunlar pislik və ya ölümün carçısıdır?
Aşoka
YGənclər, 2005-ci ildə Londondakı hücumlarda göründüyü kimi, motivasiyasından asılı olmayaraq, mümkün terrorist qruplar tərəfindən hədəf alınırrlar. Bu, çox vaxt gənclərin yaşadıqları şəxsiyyət axtarışlarını ilə bağlıdır və bu zaman onlar ekstremist ideyalara və ideallara həssas olurlar. Gənclər 2011-ci ildə Norveçdəki hücumlarda və Qafqazdakı məktəblərə hücumlarda olduğu kimi terror hücumlarının xüsusi hədəfi ola bilərlər.
Gənclər təşkilatları ənənəvi olaraq müharibə cəfəngiyatı və nəticələri barədə məlumatlılığın artırılmasında mühüm rol oynayıblar. Birinci Dünya müharibəsidən sonra bir sıra razılaşma və mübadilə proqramları yaradılmışdır; Onların bir çoxu bu gün də mövcuddur, məsələn, könüllü gənclik layihələri və işgüzarlarını təşviq edən Sülh üçün Xristian Hərəkatı/Sülh Üçün Gənclik hərəkatı buna nümunə olaraq göstərilə bilər.
Avropa Vicdan Etirazı Bürosu, əsgərlikdən azad olunmanın vicdani hüququnun tanınması üçün Avropa və hüdudlarından kənarda fəaliyyət göstərir. Bu həm də öldürməkdən imtina etmək hüququdur.
Beynəlxalq Müharibə Əleyhdarları 1921-ci ildə yaradılan beynəlxalq bir hərəkatdır: “Müharibə insanlığa qarşı bir cinayətdir, buna görə də, istənilən müharibəni dəstəkləməməli və hər cür müharibə səbəblərinin aradan qaldırılması üçün səy göstərməliyəm”. Bu hərəkat zorakılığın aradan qaldırılmasına və barışdırmağa kömək edir və vicdani imtina hallarında əsgərlikdən yayınan və fərarilik edən şəxslərə sığınacaq dəstəyi verir.
Kazak avropa müharibələri iki maşında necə oynaya bilərik
Ağqoyunlu tayfa ittifaqı vahid dövlət altında birləşdikdən sonra qonşu Osmanlı ilə müəyyən problemlər ortaya çıxdı. Ağqoyunlu sultanları Osmanlı ilə mübarizə aparmaq üçün Avropa dövlətləri ilə diplomatik əlaqələr qurmağa başladılar.
“Ölkə.Az” bu gün Ağqoyunlu dövlətinin Avropa ilə diplomatik əlaqələrindən bəhs edəcək.
Ağqoyunlu dövləti 1472-ci ilin baharında Türkiyəyə qarşı müharibəyə başladı. Bu zaman Ağqoyunlu sarayında olan Venesiya diplomatı Katerino Zeno yazır ki, osmanlılara qarşı hərbi əməliyyata başlayan Ağqoyunlu qoşunları 100 min nəfərə çatırdı; bunların 40 mini cəsur döyüşçü, 60 min nəfəri isə onların “qulluqçuları” idi. Zeno Ağqoyunlu süvarilərini çox tərif edir, döyüşçülərin ucaboylu və çox qüvvətli olmasından, geyimlərindən, silahlarından müfəssəl danışır. Venesiya elçisinin məlumatından aydın olur ki, Ağqoyunlular odlu silaha malik deyildilər. Bidlisdən Qaraman istiqamətində hücuma keçən Ağqoyunlu qoşunlarına Bəktaş oğlu Ömər bəy başçılıq edirdi. Qaraman şahzadələri Pir Əhməd, Qasım bəy, habelə bir çox keçmiş Kiçik Asiya hakimləri də Ağqoyunlu ordusunda idilər. 1472-ci ilin avqustunda Şərqi Anadoluda mühüm strateji məntəqə olan Toqqat alındı. Bu qələbə osmanlıların sərhəd qoşunlarında döyüş intizamını pozdu.
Toqqatın fəthindən sonra Bəktaş oğlu Ömər bəy öz sərəncamında olan ordunun bir qismi ilə geri qayıtdı. Ağqoyunlu süvarilərinin 20 min nəfərlik digər hissəsi isə Qaraman istiqamətinə hücumu davam etdirdi . Bu qüvvələrə Uzun Həsənin qardaşı oğlu Mirzə Yusif xan başçılıq edirdi. Mirzə Yusif xan qısa müddət ərzində Qeysəriyyəni, Ağsarayı və Ağşehiri alaraq Qaramana daxil oldu. Qaraman Ağqoyunluların əlinə keçdi. Qaraman valisi şahzadə Mustafanın başçılıq etdiyi Osmanlı qoşunları II Mehmedin əmri ilə geri çəkildi. Ağqoyunlu süvariləri Bursa istiqamətində hücumu davam etdirdilər.
Beləliklə, Ağqoyunlu hərbi qüvvələrinin qısa müddət ərzində qazandığı parlaq qələbələr nəticəsində Qaraman azad edildi. Qərb dövlətlərindən odlu silahlar almaq və müharibəni davam etdirmək üçün əlverişli vəziyyət yarandı. Lakin ikiüzlü siyasət yeridən Venesiya hökuməti və başqa Avropa dövlətləri, əldə edilmiş razılığın əksinə olaraq Ağqoyunlularla eyni zamanda hücuma keçmədilər. Venesiya respublikası dinc yolla Türkiyədən ticarət imtiyazları qoparmaq ümidində idi. Buna görə də İosafat Barbaronun müşayiəti ilə Ağqoyunlular üçün göndərilən odlu silahlar gecikdirildi. Bundan başqa, Osmanlı kəşfiyyatı Ağqoyunlu qüvvələrinin çox hissəsinin hələ Toqqatdan geri qayıtdığını öyrəndi. Sultan öz oğluna vaxt itirmədən əks-hücuma keçmək əmri verdi. Bu zaman şahzadə Mustafanın başçılıq etdiyi hərbi qüvvələr 60 min nəfərə bərabər idi. Nəticədə arxasından aralı düşmüş, eyni zamanda Osmanlı qüvvələrindən qat-qat az olan yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Ağqoyunlular az vaxt ərzində əldə etdikləri böyük müvəffəqiyyətlərdən məhrum oldular; Osmanlı imperiyasını məğlub etmək üçün yaranmış fürsət əldən verirdi. Qaraman yenidən osmanlıların əlinə keçdi.
Qaraman şahzadəsi Qasım bəy ölkənin dağlıq rayonunda osmanlılara qarşı mübarizəyə başladı. Qışın düşməsi ilə hər iki tərəf hərbi əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərib baharda (1473-cü ilin baharında) ona qarşı səfərə çıxacağını bildirdi. Sultan əmin idi ki, artıq Qaraman Türkiyənin əlində olduğuna görə Ağqoyunlu dövləti və Venesiya ona qarşı birləşə bilməyəcəklər. Odur ki, o, Osmanlı dövlətinin bütün hərbi qüvvələrini Ağqoyunlulara qarşı yönəltmək qərarına gəldi. Vəziyyətin təhlükəli olduğunu görən Uzun Həsən 1472-1473-cü illər arasında Fəratın sağ sahilindəki məmlük torpaqlarına hücum edərək Suriya vasitəsilə Aralıq dənizi sahilinə yol açmağa çalışdı. Lakin buna müvəffəq olmadı. Ağqoyunluhökmdarı, necə olursa-olsun, Osmanlı qüvvələrini iki cəbhəyə parçalamağa çalışırdı. Bu məqsədlə o, Katerino Zeno vasitəsilə Venesiya hökumətini tezliklə hərbi əməliyyata başlamağa çağırdı. Bundan başqa, 1472-ci ilin avqustunda Venesiyaya “mənşəcə yəhudi olan və dilləri yaxşı bilən” İshaq adlı bir elçi göndərdi. O, Uzun Həsənin məktubunu Venesiya hökumətinə təqdim etdi. Ağqoyunlu hökmdarı bu məktubda Venesiyanı öz müvəffəqiyyətlərilə ətraflı tanış edir, gələcək hərbi planlarından isə söhbət salınır. Görünür, o, məktubun düşmən əlinə keçəcəyindən ehtiyat edirmiş.
Uzun Həsən yazırdı: “. mənim bu məktubda bəhs etməli olduğum, lakin edə bilmədiyim bir çox başqa məsələlər haqqında dilləri yaxşı bilən həkim İshaq sizi şifahi şəkildə ətraflı tanış edər. onunla hər hansı məxfi və mühüm müqavilə müzakirə etsəniz, biz bunu tərtib olunmasında özümüz iştirak etmiş kimi, təsdiq olunmuş, arzu olunan və möhkəm hesab edəcəyik”. İshaq danışıqları başa çatdırmamış – 1472-ci ilin avqustunda Hacı Məhəmmədin başçılıq etdiyi digər Ağqoyunlu elçiləri Venesiyaya gəldilər. Hacı Məhəmməd danışıqları davam etdirdi, İshaq isə Roma papası IV Sikst, Neapol kralı və digər Avropa hakimləri ilə danışıqlar aparmaq üçün Venesiyanı tərk etdi.
Azərbaycan elçiləri Venesiya hökuməti ilə danışıqlar zamanı iki məsələyə ciddi fikir verirdilər: bir tərəfdən vəd olunan odlu silahları və artilleriya mütəxəssislərini yola salmağa tələsdirir, digər tərəfdən Venesiya hökumətini qərbdən Türkiyəyə qarşı tezliklə hücuma keçməyə çağırırdılar. Ağqoyunlu elçilərinin səylərinəticəsində 1472-ci il sentyabrın 25-də Venesiya senatı Uzun Həsənə bir məktub göndərməyi qərara aldı. Məktubda göstərilirdi ki, Ağqoyunlu dövləti üçün odlu silahlar, xüsusən ağır toplar göndəriləcəkdir; respublika hərbi-dəniz qüvvələrinin ali komandanı Uzun Həsənin sərəncamı ilə hərəkət edəcəkdir. Həmin gün senat, ildə 1800 dukat məvaciblə və 10 nəfərlik heyətin müşayiət etməsi şərti ilə, İosafat Barbaronu Ağqoyunlu sarayına səfir göndərmək barədə qərar qəbul etdi. Senatın 11 yanvar 1473-cü il tarixli iclasında isə Ağqoyunlu hökmdarına 6 iri, 10 orta və 36 kiçik top, 500 lap kiçik top, müxtəlif silahlar və barıt, 300 dəmir çubuq, 3000 döyüş baltası, 4000 bel və s. göndərilməsi haqqında qərar qəbul olundu. Uzun Həsənə müxtəlif cür bahalı parçalardan ibarət 10 min dukatlıq hədiyyə də göndərilməli idi. Bundan başqa, senatın 5 noyabr, 21 dekabr 1473-cü il və 22 yanvar 1474-cü il tarixli iclaslarında, yuxarıda göstərilənlərə əlavə olaraq Brabantlı Antonio adlı bir nəfər toptökmə ustasını Azərbaycana göndərmək, Ağqoyunlular üçün daha 600 ədəd silah tədarük etmək qəraraalındı. Bütün bunları təşkil etmək Marino Kontariniyə, Ağqoyunlu hökmdarına çatdırmaq isə hərbi-dəniz qüvvələrinin ali komandanına tapşırıldı. Venesiya hökuməti səfər ərəfəsində İosafat Barbaroya iki yazılı təlimat verdi. 28 yanvar 1473-cü il tarixli birinci təlimata əsasən, Venesiya hökuməti İosafat Barbaro, Ağqoyunlu elçisi Hacı Məhəmməd, habelə papa və Neapol kralının elçiləri ilə birlikdə Uzun Həsən üçün “. toplar, çoxlu başqa silahlar, barıt. ” yüklənmiş, topçular və başqa hərbi mütəxəssislər olan gəmilərlə tezliklə Ağqoyunlu dövləti üçün “. təcrübəli və bilikli toptökən ustalar göndərir. Onlar Uzun Həsənin adamlarına bu silahların dilini tezliklə öyrədəcəklər. Uzun Həsənin adamları, onun arzu etdiyi kimi, bir neçə günə bu sahədə bacarıqlı və mahir olacaqlar. “. Ağqoyunlu dövləti üçün silah və artilleriya mütəxəssisləri gətirən gəmilər Kiprdə lövbər salmalı, burada Venesiya diplomatı Uzun Həsənin qoşununun yerini öyrənməli, sonra isə onun yanına getmək üçün təhlükəsiz yol seçməli idi. Eyni zamanda o, Kipr və Rodosun hərbi dəniz donanmalarının Türkiyəyə qarşı Venesiya ilə birlikdə döyüşə başlamasına da nail olmalı idi. Sonra isə yollar təhlükəsiz olsa, göstərilən silahları Ağqoyunlular üçün aparmalı, buna imkan olmasa, özü Ağqoyunlu hökmdarının yanına getməli idi.
Barbaro Uzun Həsənə bildirməli idi ki, odlu silahlar göndərilmişdir və Venesiya qərbdən öz müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı hücuma keçməyə hazırdır; Venesiya isə müharibəni axıradək davam etdirəcək, müttəfiqinin – Ağqoyunlu dövlətinin razılığı olmadan sultanla sülh bağlamayacaqdır; Uzun Həsən qışda Aralıq dənizi sahilinə yanaşıb Venesiya donanması ilə əlaqə yaratsın; Neapol və Papa donanmaları da Venesiya hərbi-dəniz qüvvələri ilə birgə hərəkət edəcəklər. Bir sözlə, Ağqoyunlu hökmdarını əmin etmək lazım idi ki, “qərbdə hər şey onun sərəncamındadır; o, düşmən torpaqlarını öz hakimiyyəti altına almaq üçün sahilə tələsməlidir”. Bütün bunlardan əlavə, Barbaroya tapşırılırdı ki, o, yuxarıda göstərilənlərin hamısını əvvəlcə Ağqoyunlu sarayı ilə yaxşı tanış olan Katerino ilə müzakirə etsin, məsləhətləşsin və hökmdarın qəbuluna onunla birlikdə getsin. Senatın gizli təlimatına əsasən, Venesiya səfiri Uzun Həsəni Türkiyəyə qarşı müharibəyə qaldırmaq üçün onun oğlanları və baş sərkərdə Ömər bəylə görüşməli, onların köməyindən istifadə etməli idi. İosafat Barbaro öz məqsədinə nail olmaq üçünhətta Uzun Həsənin arvadlarından, xüsusən Dəspinə Xatundan da istifadə etməli idi. Təlimatda ona deyilirdi: “. əgər əlahəzrətin (yəni Uzun Həsənin) bir neçə arvadı varsa, hansıları çox istəyirsə, onlara da baş çək, hədiyyələr ver. “. O, Ağqoyunlu sarayında işlərin gedişi barədə müntəzəm olaraq Venesiya hökumətinə xəbər verməli idi. Venesiya hökuməti öz diplomatına dönə-dönə tapşırırdı: “. bizim ən böyük arzumuz qüdrətli hökmdarın (Uzun Həsənin – Y.M.) uğurları, onun ordusunda və o yerlərdə baş verən dəyişikliklər haqqında məlumat əldə etməkdir. Qoşunun sayı, hökmdarın niyyəti və planları, ordunun hərəkət etdiyi yollar, bir sözlə, yorulmadan, səylə gördüyün və bildiyin hər şey haqqında məlumat ver”.
Barbaroya verilən bu gizli təlimat senatda müzakirə olunarkən 157 nəfər onun lehinə səs vermiş, əleyhinə çıxan olmamış, 2 nəfər bitərəf qalmışdı. 28 yanvar 1473-cü il tarixli təlimatda göstərilənləri Barbaro Roma papasının və Neapol kralının elçiləri ilə müzakirə və götür-qoy edə bilərdi. Lakin yola düşməzdən bir həftə əvvəl – 1473-cü il fevralın 11-də verilmiş ikinci təlimatda göstərilənlər məxfi saxlanılmalı idi. Bu sənəddə Uzun Həsənin osmanlılarla müharibə etmək deyil, sülh bağlamaq istədiyi halda, Barbaronun nə edəcəyi aydınlaşdırılırdı. Belə olduqda Barbaro Ağqoyunlu hökmdarına bildirməli idi ki, düşmən bütün Anadolunu Ağqoyunlu dövlətinə verməyincə, habelə Moreya, Lesbos və Neqropontu (Evbeya) respublikaya qaytarmayınca Venesiya osmanlılarla sülh bağlamağa tərəfdar deyildir. Venesiya boğazlardan şərqə və Yunanıstanla üzbəüz bütün yerləri, Dardanel boğazı da daxil olmaqla (respublikaya ondan sərbəst şəkildə keçmək hüququ verilməsi şərti ilə), Uzun Həsənə vəd edirdi. Bütün bunlara baxmayaraq, Ağqoyunlu hökmdarı sultanla sülh bağlamaq fikrindən dönməsə, Barbaro Venesiya ilə müttəfiq olduğunu Uzun Həsənin yadına salmalı, onun vasitəsilə Moreya, Lesbos və Neqropontun respublikaya qaytarılmasını Türkiyədən tələb etməli idi. Bu da mümkün olmasa, Barbaro, heç olmasa, Türkiyə ilə bağlanılacaq müqaviləyə Uzun Həsənin müttəfiqi kimi Venesiyanın da daxil edilməsinə çalışmalı idi. Venesiya respublikası öz səfirini ehtiyatlı olmağa çağırır və xəbərdarlıq edirdi ki, Uzun Həsən iki dövlətə – Türkiyəyə və Misirə qarşı müharibəyə başlaya bilər. Barbaro son imkanına qədər Ağqoyunlu hökmdarını osmanlılara qarşı müharibəyə təhrik etməli idi. Əgər bu mümkün olmasa, yəni Uzun Həsən Suriya istiqamətində Misirə qarşı hücuma keçsə, onda Barbaro burada olan Venesiya tacirlərinin öz əmlakları ilə birlikdə toxunulmazlığını təmin etməli idi. Venesiya hökumətinin bu tapşırığından da məlum olur ki, Barbaro məqsədinə nail olmaq üçün hökmdarın anası Sara Xatundan və arvadı Dəspinə Xatundan istifadə etməli idi. Venesiya senatı Sara Xatunun Ağqoyunlu sarayındakı nüfuzunu bildiyi üçün Barbaroya tapşırırdı: “. hökmdarın anasına da baş çək, ona iltifat göstər və hədiyyə ver; onunla mövqeyinə, ad-sanına uyğun tərzdə danışıb müharibəni davam etdirməyə həvəsləndir. “.
Əgər Uzun Həsən, Katerino Zenodan olduğu kimi, ondan da pulla köməklik tələb edərsə, Barbaro respublikanın “çoxlu xərci” olduğundan şikayətlənməli və mümkün qədər bu məsələdən boyun qaçırmalı idi. Göründüyü kimi, Venesiya müharibənin bütün ağırlığını Ağqoyunlu dövlətinin üzərinə salmaq istəyirdi. Barbaroya verilmiş bu gizli tapşırıq da senatda müzakirə olunmuşdu: lehinə 116, əleyhinə 5 nəfər səs vermiş, 6 nəfər bitərəf qalmışdı. 1473-cü il fevralın 18-də İosafat Barbaro Roma papası və Neapol krallığının elçiləri ilə birlikdə Venesiyanı tərk etdi.Ağqoyunlu elçisi Hacı Məhəmməd onunla birlikdə vətənə qayıdırdı. Barbaro göstərir ki, onu və Ağqoyunlu elçisini Kiprə aparan 4 gəmiyə Qaraman sahilində Ağqoyunlu hökmdarına təhvil vermək üçün 4000 dukatlıq müxtəlif silah və barıt, 3000 dukatlıq gümüş vazalardan və s. qab-qacaqdan ibarət hədiyyələr, 2500 dukatlıq zərli ipək parçalar, 3000 dukatlıq qızılı yun parça və başqa bahalı şeylər yüklənmişdi. Barbaronun müşayiət etdiyi bu gəmilər Zadar, Korfu, Modon və Rodos vasitəsilə 1473-cü ilin martın 29-da Kiprə çatdı.
Burada onları Uzun Həsənin Kiprə göndərdiyi Ağqoyunlu elçisi qarşıladı. Məlum oldu ki, Qaraman sahil qalalarını artıq osmanlılar ələ keçirmişlər.Beləliklə, Ağqoyunlular üçün göndərilən odlu silahları nəzərdə tutulmuş yerdə – Qaramanda sahilə çıxarmaq mümkün olmadı. Barbaro gətirdiyi silahlarla birlikdə bir ilədək Kiprdə qaldı. Venesiya diplomatı bu müddətdə Kipr kralı, Rodos hakimi, papa və Neapol elçiləri ilə danışıqlar aparıb həmin ölkələrin hərbi-dəniz qüvvələrini birləşdirməyə cəhd göstərdi. Digər tərəfdən, Qaraman sahilində osmanlılara qarşı mübarizə aparan Qaraman şahzadəsi Qasım bəyə kömək etmək qərarına gəldi. Venesiya donanması Qasım bəylə birlikdə Türkiyəyə qarşı hərbi əməliyyata başladı. Bu zaman Neapol krallığına məxsus 16, Kiprə məxsus 5, Rodosun 2, papanın isə 16 hərb gəmisi də Venesiya admiralı Pyetro Moçeniqonun əmrinə əsasən hərəkət edirdi. Ümumiyyətlə, Kiçik Asiyanın Aralıq dənizi sahilində fəaliyyət göstərən bu donanma 99 gəmidən ibarət idi. Həmin donanmanın köməkliyi ilə Qasım bəy osmanlıların zəbt etdiyi bir neçə qalanı geri ala bildi. Müttəfiqlərin donanması, Türkiyənin Aralıq dənizi sahilindəki Antalya, İzmir və Smirna kimi mühüm limanlarını atəşə tutdu və bir sıra uğurlar qazandı. Lakin Osmanlı dövlətinin Qərbdəki düşmənləri arasındakı ümumi razılıq uzun sürmədi.Kipr taxtı üstdə başlanan narazılıq bu səlibçi donanmasının parçalanması ilə nəticələndi∗ . Beləliklə, nə Qərb dövlətlərindən Ağqoyunlular üçün odlu silahlar almaq planı baş tutdu, nə də Avropa dövlətləri Qərbdən Türkiyəyə qarşı vahid cəbhədə hücuma keçdilər.
Comments are closed, but trackbacks and pingbacks are open.