Mək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir
“İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir”, Zamanov vurğulayıb
Məzuniyyət haqqının hesablanması qaydası
Ödənişli məzuniyyətə çıxan işçiyə orta əmək haqqı (məzuniyyət haqqı) hesablanaraq ödənilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əmək müqaviləsində kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Nəzərə alın ki, vaxtında ödənilməyən məzuniyyət haqqına görə müəssisə AR İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən: İşçi nin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, məzuniyyət haqqı işçinin orta əmək haqqısı əsasında hesablanır. Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 140-cı maddəsində verilibdir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən aslı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği / 12
Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4
Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri
İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.
İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:
| Tarix | Ödənilmiş məbləğ |
| Sentyabr 2016 | 1 400 |
| Oktyabr 2016 | 1 400 |
| Noyabr 2016 | 1 400 |
| Dekabr 2016 | 1 600 |
| Yanvar 2017 | 1 600 |
| Fevral 2017 | 1 600 |
| Mart 2017 | 1 600 |
| Aprel 2017 | 1 600 |
| May 2017 | 1 600 |
| Cəmi | 13 800 |
Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat
Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat
Məzuniyyət haqqı = 21 * 50.44 = 1 059.24 manat
Nəzərə alın ki, məzuniyyət günlərinin sayı təqvim günləri ilə hesablanır. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Sadəcə məzuniyyət dövründən sonrakı günlərə məzuniyyət bayram günləri miqdarında uzadılır.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası AR Nazirlər Kaninetinin 25.08.1999-cu il tarixli 137 nömrəli Qərarına əsasən müəyyən edilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.
Nəzərə alınan ödənişlər:
- faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
- müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
- kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
- uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
- səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
- iş vaxtından artıq iş saatlarının ödənilməsi;
- İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
- işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
- müvəqqəti əvəzetməyə görə ödəmə; qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
- əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
- qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.
Nəzərə alınmayan ödənişlər:
- birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
- işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
- əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
- maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
- ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
- ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
- işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
- istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
- yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
- gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
- mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası.
Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:
Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+. )+ƏH)/N
Burada, ƏH1, ƏH2, . – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;
ƏH – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;
Ə1, Ə2, . – son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshsih əmsalları;
N – məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.
Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.
İşçi büdcədən maliyyələşən müəssisədə çalışır və 01 oktyabr 2011-ci il tarixindən AR Prezidentinin müvafiq sərəncamıyla büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları orta hesabla 10% artırılmışdır. Əmək Məcəlləsinə əsasən işçiyə 56 gün məzuniyyət verilməlidir. Məzuniyyət haqqının hesablanmasına baxaq.
İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi oluşdur:
| Tarix | Ödənilmiş məbləğ |
| İyul 2010 | 400 |
| Avqust 2010 | 400 |
| Sentyabr 2010 | 400 |
| Oktyabr 2010 | 440 |
| Noyabr 2010 | 440 |
| Dekabr 2010 | 440 |
| Yanvar 2011 | 440 |
| Fevral 2011 | 440 |
| Mart 2011 | 440 |
| Aprel 2011 | 440 |
| May 2011 | 440 |
| İyun 2011 | 440 |
| Cəmi | 5 160 |
Beləliklə,ƏH1 olacaqdır: 1200(400+400+400)
ƏH olacaqdır: 3960(440+440+440+440+440+440+440+440+440)
Ə1 olacaqdır: 1.1(440/400)
Orta aylıq əmək haqqı = (1200*1.1+3960)/12=440 manat
Bir günlük əmək haqqı = 440 / 30.4 = 14.47 manat
Məzuniyyət haqqı = 56 * 14.47 = 810.32 manat
Məzuniyyəti nə vaxt götürmək sərfəlidir?
Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır. Lakin, bu tam düşündüyümüz kimi deyil. Bəzən məzuniyyət götürdüyümüz ayda aldığımız əmək haqqı az, bəzən isə çox ola bilər.
Məzuniyyət bir neçə hallarda bizim üçün sərfəli ola bilər:
- Məzuniyyət günlərinin sayı: məzuniyyət günləri az götürülür lakin istirahət daha uzunmüddətli olur;
- Məzuniyyət haqqının məbləğinə görə.
İstirahətinizin uzun olmasını istəyirsinizsə: İstirahət günlərinizi uzadmaq istəyirsinizsə, yanvar və ya mart bayramlarından istifadə edə bilərsiniz. Çünki, məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq. Bundan başqa, məzuniyyəti bazar ertəsindən cümə gününə kimi, 5 təqvim günü müddətinə götürə bilərsiniz. Belə olduqda, 9 gün istirahət edə biləcəksiniz (dörd istirahət gününü nəzərə alaraq).
Məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə: Alacağınız məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə, məzuniyyətinizi istirahət günlərinə salın. Çünki məzuniyyət haqqı hesablanarkən istirahət günləri də məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilirlər. Qalan bəzi hallarda da məzuniyyət haqqında əlavə qazanc əldə etmək olar, bu da asılıdır ondan ki, məzuniyyət dövrünə qeyri iş günü olan bayram günləri daxildir və ya yox, və məzuniyyətə çıxdığı ayda işçi neçə gün işləmişdir.
Qeyd edək ki, qeyri-iş günləri 2 cür olur: istirahət günləri (şənbə və bazar) və bayram günləri.
İşçinin məzuniyyətə çıxdığı ayda işçiyə ödənilən haqq iki hissədən ibarət olur:
- İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı;
- Məzuniyyət haqqı;
İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı
İşlənmiş günlərin sayına görə əmək haqqı aylıq əmək haqqı məbləğinin müvafiq aydakı iş günlərinin sayına bölməklə və alınan gündəlik əmək haqqının işlənmiş günlərin sayına vurmaq ilə müəyyən edilir.
Misal üçün, ən az iş günləri 2017-ci ilin yanvar, mart və iyun aylarındadır. Ona görə, bu aylarda hər iş gününə düşən əmək haqqı başqa aylarda olan iş günlərinə nisbətən daha “bahalıdır”.
Ən “ucuz” iş günü bayramları olmayan və eyni zamanda 31 təqvim günü olan aylardadır.
Misal üçün, işçinin aylıq əmək haqqısı 800 manatdır. Əgər 2017-ci ilin avqust ayında 23 iş günü vardırsa, o zaman, avqust ayında hər iş gününün “qiyməti” 34.78 manat (800/23) olacaqdır. Və əgər 2017-ci ilin mart ayında 17 iş günü varsa, o zaman, hər iş gününün “qiyməti” 47.06 manat (800/17) olacaqdır.
Məzuniyyət haqqı
Məzuniyyət haqqı iş günləri əsasında deyil, təqvim günləri əsasında hesablanır. Məzuniyyət haqqı hesablanarkən bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına – 30.4 günə (365/12) bölməklə hesablanır. Bu 30.4 gün isə hər hansı bir ayda olan iş günlərinin sayından daha çoxdur (iş günlərinin sayı maksimum 23 gün ola bilər). Bu o deməkdir ki əmək haqqı dəyişməz qalarsa, məzuniyyət haqqı bütün aylarda eyni olacaqdır. İşlənmiş günlərin sayına görə əmək haqqı isə iş günlərinin sayı çox olan aylarda daha çox olacaqdır. Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan və iş günləri çox olan ayda götürmək sərfəlidir. Bayram və istirahət günlərinin sayı hər il müxtəlif aylarda eyni olmur və hər il dəyişir. Misal üçün, Qurban və Ramzan bayramlarının günləri təqvimdə “hərəkət edir” və hər il müxtəlif aylara düşə bilər.
Milli.Az
Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?
Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimlərə verilir?
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 19 iyun /Trend /
Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimlərə verilir?
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlının sözlərinə görə, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır və Əmək Məcəlləsində nəzərdə tutulan müddətdən az olmayaraq verilməlidir.
Hüquqşünas deyir ki, işçilərə ödənişli əsas məzuniyyət minimum müddəti konistitusion qaydada müəyyən edilmişdir ki, bu müddət 21 təqvim günündən az olmamalıdır:
“Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə, tədris müəssisələrinin metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii rəhbərlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətində verilir”.
BHM əməkdaşı bildirib ki, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günüdür.
Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
Zamanovun sözlərinə görə, bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyətinin müddətləri fərqlidir. Belə ki, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə 46, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində əsas məzuniyyət verilməlidir.
Hüquqşünasın sözlərinə görə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz.
“İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir”, Zamanov vurğulayıb
Qanunvericilik əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər də müəyyən edib. Onun sözlərinə görə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə, əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
“Həmçinin, qanunvericilik əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasını da müəyyən edir. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir”, hüquqşünas vurğulayıb.
O bildirib ki, qanunvericilik anaların istirahət hüququnun təmin edilməsi üçün üstünlüklər verir. Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin, 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin, uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.
Hüquqşünasın sözlərinə görə, qanunvericilik bəzi kateqoriyadan olan işçilər əmək məzuniyyətini öz arzusu ilə istədiyi zaman götürə bilərlər. Belə ki, 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Həmçinin, üəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.
Qanunvericilik əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı halları da müəyyənləşdirib. Zamanov bildirib ki, işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə, işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə əmək məzuniyyəti işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.
- Bakı Hüquq Mərkəzi
- əmək məzuniyyəti
Müəllimlərin İşə Qəbulu Prosesi Haqqında – 2023 MİQ
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir. İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyat keçərək, şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etməlidirlər. Namizədlər qeyd olunan saytdan qeydiyyatdan keçərkən səhifədə görünən iş nömrəsini yadda saxlamağa xüsusi olaraq diqqət yetirməlidirlər. Çünki daha sonra şəxsi kabinətə daxil olan zaman həmin iş nömrəsi tələb olunacaqdır.
Test İmtahanı Necə və Harada Təşkil Olunur?
Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin avqust ayında həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq, 17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil edilmişdir. Hər bir imtahan mərkəzində iştirak edəcək bütün namizədlər COVİD-19 testindən keçəcəkdir. Həmçinin, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar toplanan nəticələr 1 tədris ili müddətində nəzərə alınacaq və qüvvədə qalacaqdır.
Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq online formada həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.