Компания ЭЛИТ ПАРТНЁР, Москва
“İgid ölər, adı qalar” – deyə bir atalar sözü var. Düzdür, burada söhbət sırf adın nə olmasından deyil, etdiyin qəhrəmanlıqlardan gedir. Amma ümumilikdə bu həm də onu göstərir ki, insan ölsə də, adı qalır. Buna görə də ad insan həyatında böyük rola malikdir. Hazırda övladlarına gülməli və digərləri tərəfindən gülüşlə qarşılanan, cinsinə uyğun olmayan adların qoyulması halları yoxdur.
Ad və soyadınızı necə dəyişə bilərsiniz – prosedur necədir?
Azərbaycan 26 ildir müstəqil olsa da hələ də milli sonluqlu soyadlar problemi həllini tapmayıb. Bunun bir səbəbi prosedurun və seçimin çətinliyi ilə əlaqələndirilir. Təbii ki, məsələdə insanların laqeydliyi də az rol oynamır. Bəs prosedur, qaydalar necədir?
“ASAN xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov bildirdi ki, VAQF müvafiq qurumlardan müsbət cavab aldıqdan sonra şəxsin adı, soyadı və ya ata adı dəyişdirilə bilər: “Müvafiq sənədlər toplanır və müraciət etmək istəyən şəxslər “ASAN xidmət” mərkəzlərində Vətəndaşlıq vəziyyəti Aktları Dövlət Qeydiyyat (VAQF) şöbəsinin xidmət pəncərəsinə yaxınlaşır. Şəxs həmin sənədləri təqdim etdikdən sonra VAQF özü müvafiq qurumlara sorğu göndərir. Həmin sorğulara müsbət cavab aldıqdan sonra vətəndaşın həmin müraciəti təmin olunur”.
Lazım olan sənədlərə gəlincə isə onlar aşağıdakılardır:
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri;
Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd: hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. İştirak etməli olan şəxslər isə uşaq 18 yaşına çatanadək onun valideynləri, ərizə verən şəxsin özü, notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslərdir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilir.
Hüquqşünas Müzəffər Baxış bunun xüsusi qaydaları olduğunu dedi: “Məsələ ”Ailə Məcəlləsi” ilə tənzimlənir. Bunun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi qaydaları var. Xüsusi qaydalara əsasən soyadların dəyişilməsi proseduru nəzərdə tutulub. Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 18 yaşına çatmamışların soyadının dəyişdirilməsi isə valideynlərin razılığı ilə müvafiq icra hakimiyyətinin və yerli icra hakimiyyətinin qəyyumluğu və himayə orqanının razılığı ilə həyata keçirilə bilər. Soyad sonluğuna dəyişiklik edilməsi, soyadın özünün dəyişdirilməsi prosedurları Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Azərbaycan vətəndaşlarının adının, ata adının və soyadının dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə ər arvadın bir birinin soyadına keçməsi və ya əvvəlki soyadına qayıtması halları istisna olmaqla, həmin qaydalarda müəyyən olunmuş hallara yol verilir. Ərizə verən şəxsin ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Əslində soyadın, adın dəyişdirilməsində bir problem olmamalıdır”.
Компания “ЭЛИТ ПАРТНЁР”, Москва
Согласно данным ЕГРЮЛ, компания “ЭЛИТ ПАРТНЁР” — или ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ЭЛИТ ПАРТНЁР” — зарегистрирована 27 декабря 2019 года по адресу 109202, г. Москва, Фрезер шоссе, д. 5/1, помещ. 12/1П. Налоговый орган — межрайонная инспекция Федеральной налоговой службы №46 по г. Москве.
Реквизиты юридического лица — ОГРН 1197746753764, ИНН 7743327143, КПП 772101001. Регистрационный номер в ПФР — 087512037898, регистрационный номер в ФСС — 772007889177201. Организационно-правовой формой является “Общества с ограниченной ответственностью”. Уставный капитал составляет 1 млн руб.
Основным видом деятельности компании “ЭЛИТ ПАРТНЁР” является “Торговля оптовая скобяными изделиями, водопроводным и отопительным оборудованием и принадлежностями”. Организация также зарегистрирована в таких категориях ОКВЭД как “Работы по сборке и монтажу сборных конструкций”, “Торговля оптовая электронным оборудованием и его запасными частями”, “Аренда и лизинг строительных машин и оборудования”, “Торговля розничная преимущественно пищевыми продуктами, включая напитки, и табачными изделиями в неспециализированных магазинах”, “Торговля розничная строительными материалами, не включенными в другие группировки, в специализированных магазинах” и других.
Генеральный директор — Ткаченко Олег Николаевич. Учредители — Ткаченко Олег Николаевич, Тамбов Сергей Викторович.
На 19 мая 2023 года юридическое лицо является действующим.
Конкуренты
| 1. | Компания “ИНТЕРСТАЛЬ” Г. Москва, МО Некрасовка, ул. Липчанского, д. 4, эт/пом./офис 1/XIV/7 |
| 2. | Компания “АТЛ ГРУПП” Г. Москва, ул. Камчатская, д. 4, корп. 2, этаж 1 п VIII к. 2 офис 10Е |
| 3. | Компания “ГРАНДЗИМ” Г. Москва, МО Обручевский, ул. Новаторов, д. 36, к. 1, этаж/помещ. 1/V, офис 4 |
| 4. | Компания “ПЕСКИ” Г. Москва, ул. Миклухо-Маклая, д. 34, этаж/помещ. 0/IV, ком./офис 37/357 |
| 5. | Компания “ИНТЕГРА” Г. Москва, пер. 1-й Красносельский, д. 3, пом. I комната 17 офис 104 |
| 6. | Компания “ПОЛИДОР” Г. Москва, пер. Оболенский, д. 9, корп. 2, эт. 1 п V, к. 4, оф. 22 |
| 7. | Компания “РОКС” Г. Москва, ул. Иркутская, д. 17, стр. 8, пом. 6Б |
Adımızı necə dəyişə bilərik?
“İgid ölər, adı qalar” – deyə bir atalar sözü var. Düzdür, burada söhbət sırf adın nə olmasından deyil, etdiyin qəhrəmanlıqlardan gedir. Amma ümumilikdə bu həm də onu göstərir ki, insan ölsə də, adı qalır. Buna görə də ad insan həyatında böyük rola malikdir. Hazırda övladlarına gülməli və digərləri tərəfindən gülüşlə qarşılanan, cinsinə uyğun olmayan adların qoyulması halları yoxdur.
Burada söhbət Traktor, Kombayn, Aprel, Yanvar, Pəsə, Qaytaran kimi adlardan gedir. İndi bu adlar istifadə edilməsə də, əvvəlki illərdə bu cür adlar qoyulan şəxslər var ki, indi öz adlarından utanırlar. Hətta mətbuatda yazılarla çıxış edən bir şəxs adından utandığı üçün yazılarını başqa imza ilə yazır. Sosial şəbəkədə də profilini də tamam başqa bir ad ilə istifadə edir.
Amma hər kəsin öz adını dəyişmək kimi bir hüququ da olmalıdır. Ad dəyişən insanlara çox az olsa da rast gəlirik. Bəs ad dəyişikliyi necə aparılmalıdır? Bu haqda qanun nə deyir? Hüquqşünas Asif Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, uşağa xələl gətirən, cinsinə uyğun olmayan və gülüş hissi doğuran adların verilməsi qadağandır. Buna görə də valideynlər bu cür adları övladlarına vermək istəsələr də, qeydiyyat orqanları adları qeydiyyata ala bilməzlər.
Hüquqşünasın sözlərinə görə, ümumi qayda olaraq adın, soyadın və ata adının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir. Amma 18 yaşa qədər də uşağın adının dəyişdirilməsi mümkündür: “Ailə qanunvericiliyinə əsasən, uşağın mənafeyini nəzərə alaraq, müstəsna hallarda 18 yaşına çatmamış şəxslərin də adının dəyişdirilməsinə icazə verilə bilər. Uşağın ad dəyişikliyi üçün mütləq valideyn müraciət etməlidir. Amma bu məsələdə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”.
A.Abdullayev deyir ki, ümumi qaydada 18 yaşına çatdıqda ad dəyişilə bilər. Əgər 18 yaşına çatmamış şəxsin ad dəyişikliyi üçün müraciət edilirsə, amma ad normaldırsa, adın dəyişikliyi müraciətindən imtina edilə bilər.
Hüquqşünas bildirdi ki, vətəndaşın ad dəyişikliyi yalnız bir dəfə aparıla bilər. Bunun üçün ümumilikdə 1 ay vaxt lazımdır: “Ad dəyişikliyində qəliz proseslər gedir. Müvafiq qurumlara sorğular verilir. 15 gün ərzində o qurumlardan cavab gəlməlidir. Əlavə 15 gün vaxt isə rəy üçün lazım olur”.
Amma bəzi məqamlarda qanunla ad dəyişikliyinə icazə verilmir. A.Abdullayev deyir ki, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, həmçinin təqsirləndirilən şəxs statusunda olduqda və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın dəyişdirilməsinə yol verilmir.
Psixoloq Vəfa Rəşidova isə bildirdi ki, ilk olaraq valideynlər nənə-baba adını uşağa verəndə diqqətli olmalıdırlar: “Bizdə belə bir ənənə var ki, nənə-babanın adı uşağa verilir. Bu ad istəkdən qoyularsa, problem yoxdur. Amma bir çox hallarda nə məna verməsinə baxmadan, adı yaşatmaq naminə nənə-babanın adını uşağa verirlər. Bəzi bu cür adlar uşaqlarda özgüvənsizliyə səbəb olur, bu isə onlarda kompleks yaratmağa başlayır”.
V.Rəşidova deyir ki, ad insan psixologiyasına böyük təsir göstərir. Xoşagəlməyən bir mənası olan adın sahibi hər zaman özünü ətrafdakı insanlardan çəkinəcək, daim adının sıxıntısını yaşayacaq, həmişə nəyisə gizlətməyə çalışacaq, yalan danışacaq: “Hətta nəsillərində daşıdığı adda bir şah olması ilə də əlaqələndirəcək. Əslində heç elə deyil. O adını daha dəyərli olduğunu sübut etmək üçün bunu yalan da olsa danışır. Bu, insanın özgüvənsizliyindən xəbər verir”.
Psixoloqun sözlərinə görə, ad dəyişikliyi aşağı yaşlarda aparılsa, daha yaxşıdır. Çünki əks halda, insanın kimliyi düzgün formalaşmır: “Uşağı adı Əlidir, sonra Ömər edilir. Həyətdə bir ad deyiləcək, evdə başqa. Uşaq psixoloji olaraq hansı adla formalaşacağını bilməyəcək. Tez-tez sual verməyə başlayacaq ki, mən kiməm? Kimlik düzgün formalaşmır. Adları gec dəyişən insanlar həmişə ikili həyat sürürlər. Daim yalanlar üzərində özlərini təsdiq etməyə başlayırlar. Bəzən kənardan elə görünə bilər ki, bu gün Gülbikədir, sabah Səbinə. Bunun nə fərqi var? Əslində çox böyük təsir göstərir. İnsan özünü sevməməyə başlayır. Adını sevmək özünü sevmək deməkdir. Bu baxımdan ad dəyişikliyi çox aşağı yaşlarda edilsə yaxşı olar. 20 yaşında birinin ad dəyişməsi ilə 5-7 yaşında birinin ad dəyişməsi fərqli də təsirlər fərqli olacaq. 8 yaşına qədər bunu rahat etmək olur. Bir az böyük yaşlarda artıq oturuşmuş ad olur. Ətraf hər kəs köhnə ad ilə tanıyır, onların hamısına yeni adı qəbul etdirmək də çətin olur. Bu isə bir psixoloji təsirdir”.
Psixoloq deyir ki, ad dəyişikliyinin aparılması problemi həll etmir. Sonrakı ad da insanın öz istəyinə uyğun olmalıdır: “Adlarının psixoloji təsirləri ilə üzləşən çox pasinetim olub. Hətta adını dəyişəndən sonra psixoloji olaraq başqa cür əziyyət çəkənlər də olub. Hər insan ad dəyişikliyini qaldıra bilmir. Bəzən valideynlər ad dəyişəndə uşağın fikrini soruşmurlar. Amma uşağın adı dəyişilirsə, onun öz fikrini də öyrənmək lazımdır. Uşağa 3-5 gün vaxt verilməlidir ki, bu haqda düşünsün. Çünki adı gələcəkdə özü daşıyacaq. Gələcəkdə valideynləri günahlandırmaması üçün uşağın da fikrini öyrənmək lazımdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.