Sığorta haqqında VACİB QƏRAR – Bundan sonra…
Bu sayta daxil olmaqla sürücülər öz avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və ya sığorta müqaviləsinin nömrəsini müvafiq xanaya daxil etməklə avtomobilin icbari sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənə bilər.
Sığorta müqaviləsi nə zaman qüvvədə? |Avto sigorta bitme tarixi
Sığorta müqaviləsi tərəflər arasında bağlana qanuni sənəddir. “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda 11.4.-cü maddənin tələblərinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır. Belə bir hal varsa sizin sığorta müqaviləsi qüvvəyə minməyə bilər. Bəs sığorta müqaviləsi ilə bağlı qüvvədə olub-olmadığını necə müəyyən edə bilərik sualına cavab aşağıdakı kimidir. İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
Avtomobil sigortasının bitme tarixini necə öyrənək?
Avtomobil sigorta bitme tarixi bağlanılan müqavilənin müddətinin yekunlaşması ilə əlaqədardır. Avtomobil sigorta bitme tarixi haqqında məlumat əldə etmək çox sadədir. Sığorta müqaviləsi ilə bağlı məlumatlar informasiya sisteminə daxil olunduqdan sonra bu barədə Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS göndərilir və ya şəxsən insure.az saytına daxil olaraq, servislər bölməsindən şəhadətnamə yoxlama düyməsinə klikləyərək. Verilən koda-a qısa sms göndər və avtomobil sigorta bitme tarixi ilə bağlı cavabı dərhal əldə elə.
açılan səhifəyə dövlət qeydiyyat nişanını tələb olunan qaydada yazdıqdan və mən robot deyiləm xanasına işarəsini qeyd etdikdən sonra düyməsinə klikləyərək
sığorta müqavilənizin qüvvədə olub olmadığını yoxlaya bilərsiniz.
Sığorta haqqında VACİB QƏRAR – Bundan sonra…
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb.
Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Ancaq qanunun 10-cu, 20.4-cü, 56-cı və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Avropa sığorta kartının müddəti bitib, yenisi üçün necə müraciət edə bilərəm?
BBN.az xəbər verir ki , hazırda avtonəqliyyat vasitəsi sahibləri İcbari Sığorta Bürosunun (İSB) təqdim etdiyi bir neçə üsuldan istifadə edərək öz icbari sığorta müqavilələrinin qüvvədə olub-olmamasını yoxlaya bilər. Bu üsullar aşağıdakılardır:
- https://yoxla.isb.az veb-saytı
Bu sayta daxil olmaqla sürücülər öz avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və ya sığorta müqaviləsinin nömrəsini müvafiq xanaya daxil etməklə avtomobilin icbari sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənə bilər.
- 9707 SMS Məlumat Mərkəzi
Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini və ya icbari sığorta müqaviləsinin nömrəsini mobil telefon vasitəsilə 9707 qısa nömrəsinə göndərməklə də icbari sığorta müqaviləsinin qüvvədə olub-olmaması barədə məlumat almaq olar. Qeyd etmək lazımdır ki, 9707 nömrəsinə göndərilmiş bir SMS-ə görə mobil operator tərəfindən nömrənin balansından 0,16 AZN məbləğində xidmət haqqı tutulur.
- Müqaviləyə dair sistemdən kağız daşıyıcıda çıxarış
İcbari avtoməsuliyyət sığortası müqavilələri elektron formada bağlandığından, hər bir sığortalı öz sığorta şirkətinə müraciət edərək icbari sığorta müqaviləsinə dair məlumatların əks olunduğu kağız daşıyıcıda çıxarışı tələb edə bilər. Həmin çıxarışda müqavilənin qüvvədə olub-olmaması və hansı tarixədək qüvvədə olması, habelə müqavilənin predmeti olan avtonəqliyyat vasitəsinə, sığortalıya və sığortaçıya aid məlumatlar əks olunur. Bu çıxarışın bir üstünlüyü də odur ki, onu əldə etməklə sığortalılar icbari sığorta müqaviləsini bağladıqları zaman sığorta vasitəçisinin bütün məlumatları düzgün şəkildə sistemə daxil edib-etmədiyini də yoxlamaq imkanı qazanmış olurlar.
Qeyd edək ki, çıxarışdan fərqli olaraq, internet və SMS vasitəsilə müqavilənin yoxlanılması zamanı icbari sığorta müqaviləsinin hansı tarixədək qüvvədə olması barədə məlumat sistem tərəfindən təqdim edilmir, bu isə ona görədir ki, internet və SMS-lə yoxlama üsulları kütləvi istifadə üçün nəzərdə tutulmuşdur, qeyd edilən məlumat isə sığortalıya aid fərdi məlumat olduğundan qanunvericiliyə əsasən sığorta sirri hesab olunur və yalnız sığortalının özünə təqdim edilir.
Yuxarıda təsvir edilən icbari sığorta müqavilələrinin yoxlanılması üsulları ilə həmçinin Büronun hazırladığı növbəti maarifləndirici videoçarx vasitəsilə tanış olmaq mümkündür:
Comments are closed, but trackbacks and pingbacks are open.