Press "Enter" to skip to content

Facebook bir səhifə haqqında necə rəy yaza bilərəm

Facebook-da səhifəni necə tərk etməli?

Vikipediyada yeni səhifə necə yaradılır və redaktə olunur?

Vikipediya dünyanın hər yerinə yayılmış könüllü yazarlar tərəfindən yaradıldığı üçün tarixin ən böyük bilik hovuzlarından biridir. Bəs hər məlumat lazım olanda ora müraciət edən oxucudan necə Vikipediya yazana çevrilə bilərik?

Milli.Az ted.az-a istinadən bildirir ki, Vikipediyada yeni səhifə necə yaradılır, mövcud olanları necə redaktə etmək olar?

Vikipediya üzvlüyünü açın:

-Sağ üst küncdə yerləşən “Hesab yarat” düyməsini basın.

-Müvafiq qutulara lazımi məlumatları daxil edin.

“Hesabınızı yaradın” düyməsini basın.

-Təqdim etdiyiniz e-poçt ünvanına gələn təsdiq bağlantısını vurun.

Göründüyü kimi hələ bir Vikipediya hesabı yaratmamısınızsa, saniyələr içində Vikipediya insanı ola bilərsiniz. Rahat səhifələr yaratmaq və redaktə etmək istəyirsinizsə, Vikipediya üzvlüyünə sahib olmaq çox vacibdir. Əlbəttə ki, bu yeganə iş deyil. Hələ yolun başlanğıcındayıq.

Vikipediya səhifəsini necə yaratmaq olar?

Birinci üsul: URL ilə Wikipedia səhifəsi yaratmaq

-http://en.wikipedia.org/wiki/create_page_name” kimi bir URL daxil edərək səhifəyə gedin.

-Sağ üst küncdə yerləşən “Mənbə yarat” düyməsini klikləyin.

-Səhifəni, aşağısındakı mətn qutusu vasitəsi ilə yarada bilərsiniz.

URL ilə Vikipediya səhifəsi yaradarkən diqqətli olmalı olduğunuz məqam, səhifə adınızı URL-ə əlavə edərkən boşluq qoymaq əvəzinə “(_)” işarəsini istifadə etməyinizdir.

İkinci üsul: “Digər səhifələrdə olan qırmızı bağlantılara klikləmək”

Vikipediyada olan bir məqaləyə daxil olun. Məqalədə qırmızı rəngli keçid sözü tapın. Bağlantıya klikləyərək əlaqəli mənbə yaradılması səhifəsinə daxil ola bilərsiniz. Vikipediyada tez-tez məqalələrdə bir sıra sözün qırmızı rəngdə yazıldığını görürük. Bu qırmızı sözlər öz səhifəsi ola biləcək, lakin hələ yazılmamış mövzuları göstərir. İlk dəfə bir Vikipedia səhifəsi yaradan birisi üçün məntiqi bir başlanğıc üsuludur.

Üçüncü üsul: “Bir məqalə içərisindən əlaqə yaratmaq”

-Vikipedia məqaləsinin yuxarı sağ hissəsindəki “Mənbə dəyişdirin” simvoluna vurun.

-Bağlantı etmək istədiyiniz sətri ikiqat mötərizəyə “[[və]]” salın.

-Məqaləyə qayıdaraq yaratdığınız linkə vurun.

-Açılan səhifədəki mətn qutusunda səhifənizi yaratmağa başlaya bilərsiniz.

Yuxarıda demişdik ki, qırmızı bağlantılara klikləmək, başlamaq üçün yaxşı yoldur. Buna görə qırmızı keçidləri özümüzün yarada bilməmiz vacib məqamdır.

Dördüncü üsul: “Vikipediya sınaq lövhəsi”

-Bunun üçün əvvəlcə “Sınaq lövhəsi” səhifəsini açın.

-Sağdakı “Mənbə dəyişdirin” simvoluna vurun.

-Səhifədəki mətn qutusundan öz səhifənizi yarada bilərsiniz.

Sınaq lövhəsi, əvvəllər vikipediya məqaləsi və ya redaktəsi olmayan istifadəçilərin Vikipediya paneli ilə tanış olmaq üçün yararlana biləcəkləri səhifədir. Səhifədəki dəyişikliklər Vikipediyada yayımlanan heç bir məqaləyə təsir etmir. Beləliklə rahatlıqla platformaya uyğunlaşa bilərsiniz. Vərdiş etdikdən sonra yuxarıdakı üsullarla öz səhifənizi daha rahat yarada bilərsiniz.

Vikipediyada yeni bir səhifə yaradarkən URL ilə səhifələrin yaradılması üsulu o qədər də uğurlu deyil. Çünki bu şəkildə yaradılan səhifələr “yetim qalır”.

Qırmızı bağlantıları klikləyərək yaradılan səhifələr birdən çox məqalə tərəfindən dəstəkləndiyinə görə daha çox diqqət cəlb edir.

Vikipediyada səhifə yaratmaq üsulları olduqca sadə olsa da, vikipedist olaraq nəzərdən keçirilməli çox şey var. Bu mövzulara məqaləmizin qalan hissəsində toxunacağıq. Ancaq əvvəlcə yaradılan Vikipediya səhifəsini necə redaktə edəcəyinizdən danışaq.

Vikipediya səhifəsi necə redaktə olunur?

Birinci üsul: “Dəyişdir simvoluna vurmaq”

-Açdığınız Vikipedia səhifəsinin yuxarı sağ hissəsindəki “Dəyişdir” simvoluna vurun.

-Səhifə redaktə edilə biləcək hal alır.

-Düzəliş başa çatdıqda “Dəyişiklikləri dərc et” düyməsinə vurun.

Bu, dəyişikliklərinizi canlı görə bilmə və daha sürətli fəalliyyət göstərməyə imkan verən üsuldur. Ancaq bu üsul “Mənbə dəyişdir” düyməsini istifadə etməkdən daha məhdud tənzimləmə seçimləri təklif edir.

İkinci üsul: “Mənbə dəyişdir simvoluna vurmaq”

-Səhifənin yuxarı sağ hissəsindəki “Mənbə dəyişdirin” simvoluna vurun.

-Vikipediyanın öz paneli açılacaq.

-Düzəliş başa çatdıqda aşağıdakı “Dəyişiklikləri göndər” düyməsinə vurun.

Bildirək ki, “Mənbə dəyişdir” düyməsini istifadə etməklə, yeni bir Vikipediya səhifəsi yaradarkən istifadə olunan panelin eynisi aktivləşir.

Mənbəni dəyişdir” düyməsi ilə açılmış səhifədə düzəlişlər bitdikdən sonra səhifənin yeni versiyasını təsdiqləməyə təqdim etməzdən əvvəl dəyişikliklərinizi nəzərdən keçirə bilərsiniz. Bunun üçün “Dəyişiklikləri göndər” düyməsinin yanında olan iki düyməni istifadə edə bilərsiniz. Yaradılmış Vikipediya səhifəsini redaktə etmək, yeni səhifə yaratmaq qədər asandır.

Vikipediya səhifəsi yaradarkən və redaktə edərkən nələrə diqqət yetirmək lazımdır?

Mənbə bildirmədən heç bir məlumat yazmayın

Vikipediya bir ensiklopediyadır. Bəzən qarışıqlıq olmasına baxmayaraq, içindəki məlumatların həqiqətən etibarlılığına diqqət yetirilir. Yaratdığınız səhifənin və ya düzəlişlərin təsdiqlənməsi üçün mənbələr əlavə edin. Siz məlumatı verdiyiniz sözdən dərhal sonra və ya ilk durğu işarəsindən sonra qeyd edə bilərsiniz. Mənbə əlavə etmək üçün Vikipediyanın öz panelindəki “Mənbə” düyməsini basaraq, mənbəyinizin növünü (kitab, jurnal, xəbər və ya veb mənbəyi) seçdikdən sonra lazımi məlumatları daxil edə bilərsiniz.

Vikipediyada işləyərkən diqqətli olmalı olduğunuz məqamlardan biri şəkillərin müəllif hüquqlarının pozulmamasıdır. Ensiklopediya məqaləsi yazarkən onu lazımi sayda şəkillərlə dəstəkləmək çox vacibdir.

Vikipediya internet ensiklopediyası olduğu üçün çap ensiklopediyalarından fərqi daim yenilənməsidir. Buna görə də yaratdığınız səhifənin dəyərini qorumaq istəyirsinizsə, onu ən yeni məlumatlarla dəstəkləməlisiniz. Səhifəniz yenilənmirsə “Silinməyə namizəd səhifələr” kateqoriyasına düşə bilər.

Wikipedia həqiqətən İnternetdə mövcud olan ən sağlam məlumat mənbələrindən biridir. Buna görə də belə bir platformaya tövhə vermək insanları qürurlandıracaq bir davranışdır.

Milli.Az

Facebook bir səhifə haqqında necə rəy yaza bilərəm

Son günlərin trendinə çevrilmiş facebook canlı yayım üzərindən səsvermənin yaradılması ilk dəfə ABŞ-da prezident seçkilərinin keçirildiyi zaman istifadə olunmağa başlamışdı. Qısa zamanda bütün dünyada sürətlə yayılan bu trend artıq ölkəmizdə də istifadə olunmağa başlayıb. Canlı yayım videoları ilə istifadəçilərin həmin yayıma verdikləri reaksiyalar (bəyənmə, sevgi, qəzəb, qəmgin və s.) birbaşa facebook reaksiyalarının API-ları vasitəsilə elə həmin yayımda olan sayğacda əks olunur. Bir çox səhifələrdə bu saxta, mexaniki vasitələrlə edilsə də, bu sayğacın real olaraq işləyənini yaratmaq o qədər də çətin bir prosses deyil. Bu məqaləmizdə sizə detallı olaraq facebook səhifənizdə həmin canlı sorğunu necə yaratmaq barəsində yazacağıq.

1. İlk növbədə sizə lazım olan sorğu səhifəsidir. Hansı ki, bu sorğu səhifəsini “Html” səhifə kimi yarada bilərsiniz. Yalnız bu səhifə həmin yayıma gələn reaksiyaları ölçür və siz canlı yayım platformalarından istifadə etməklə bu sorğu səhifəsini facebook live-a ötürürsünüz.

Bəs bu səhifəni necə yaratmaq olar?

Bunun üçün sizin başınızı çox ağrıtmaq istəmirik, çünki bu yayımı Azərbaycanda ilk olaraq edən bizik və həmin kodları sizinlə birbaşa bölüşürük. Bu keçid vasitəsi ilə həmin “html” səhifəni yükləyə bilərsiniz. Bu səhifəni yüklədikdən sonra “local file” olaraq onu komputerinizdə açsaz, bizim hazırladığımız dizaynı görəcəksiniz. İndi isə həmin kodlarda sizin istəyinizə uyğun dəyişiklik etməliyik. Bunun üçün “notepad”, “notepad++” tətbiqlərinin köməyi ilə yuxarıda yüklədiyiniz “Html” faylını açırıq və kodlara nəzər yetiririk.

2. Yuxarıda göstərilən kodlarda bəzi hissələrdə sizin səhifənizə uyğun dəyişikliklər etmək lazımdır. Canlı yayım səhifəsini hazırlamaq üçün siz, 3 sətrdə kodlara dəyişiklik etməlisiniz. Sizə lazım olar əsas vasitələr – Canlı yayımda səsverməsi keçirilən məhsul, xidmət yaxud şəxs haqqında foto dizayn, Facebook-da yayımı paylaşdığınız postun “id”-i və ən əsas lazım olan uzun müddətli yayım üçün “access token”.

3. İlkin olaraq dəyişiləcək kod sizin səhifəyə uyğun olan “access tokendir” bu kod aşağıdakıdır:

Bəs bu kodu sizin səhifə üçün necə əldə etmək olar? Bunun üçün siz facebook-un developerlər üçün təqdim etdiyi toollardan istifadə etməlisiniz. İlkin olaraq “acces token” əldə etmək üçün sizə lazım olan “facebook app”-dir. Öz “facebook app”nizi yaratmaq üçün bu keçidə daxil oluruq.

“Create new app” seçiminə daxil olaraq, öz “facebook app”mızı yaradırıq.

“App”i yaratdıqdan sonra açılan yeni səhifədə “app review” bölməsinə gəlib, yaratdığınız “app”-ı “public” edirsiniz.

Artıq sizin “app id” hazırdır lakin sizdən canlı yayım üçün tələb olunan “app id” deyil “access token”-dir. Siz həmin “Access token”i burada göstərdiyimiz link vasitəsilə əldə edəcəksiniz. Bu linkə keçməmişdən əvvəl qeyd edək ki, sizin “facebook app” açıq olan səhifəni “browser”inizdə bağlamayın. Çünki, növbəti mərhələdə burada olan məlumatlar lazım olacaq.

4. Yenə facebook-un developerlər üçün təqdim etdiyi alətlərdən istifadə etməklə bizə lazım olan “access token”-i ala bilərik. Bunun üçün bu linkə daxil olub bəzi əməliyyatları yerinə yetirmək lazımdır. Açılan pəncərədə “Graph API Explorer” menusundan yaratdığınız facebook “app”ı seçirsiniz.

Daha sonra aşağıda “Get token” menusundan “Get page access token”ə daxil olursunuz. Açılan alt menu-dan yayım edəcəyiniz səhifəni seçirsiniz.

Səhifənizi seçdikdən sonra qarşınıza sizin səhifə üçün hazırlanmış “access token” çıxacaq. Bu kodu kopyalayıb əməliyyatlara davam edək. Facebook-un verdiyi bu “access token” bəzi hallarda tez ölə bilər. 30-40 dəqiqə bəzən isə 1 saata bu token ölə bilər. Bunun daha uzun müddətli olması üçün aşağıdakı əməliyyatı yerinə yetirmək lazımdır.

5. Uzun ömürlü “access token” əldə etmək üçün bu linkə daxil olub müəyyən əməliyyatları yerinə yetirmək lazımdır. Linkə daxil olduğunuz zaman qarşınızda belə bir səhifə açılacaq.

Yuxarıda qara qutularla qeyd etdiyimiz hissələrə sizin “facebook app”ın məlumatları daxil edilməlidir. Bunun üçün isə əvvəl açıq saxladığımız facebook app məlumatlarımız olan səhifəyə geri qayıdırıq. “Settings” bölməsindən bizə lazım olan “app id”“app secret”ləri götürürük.

Həmin məlumatları “long a ccess token” yaratmaq üçün lazım olan linkin, yuxarıda göstərdiyimiz hissələrinə əlavə edirik. Müvafiq olaraq app id, app secret və yaratdığımız “short access token” -i linkə daxil edib “enter”ə klikləyirik və “long access token”-i əldə edirik.

6. Artıq bizə lazım olan “access token”-i əldə etdik. İndisə həmin “access token”-i kopyalayıb, yaratdığımız sorğu kodlarının içərisinə daxil edirik.

Artıq “access token”imiz var və biz sorğunu başlatmaq üçün şəkil hazırlamalıyıq. Bunun üçün PS-dan istifadə edərək, zövqünüzə uyğun sorğu səhifəsi hazırlayırsınız, lakin burada diqqət ediləsi əsas məqam ondan ibarətdir ki, bu sorğu səhifəsinin dizaynı hazırlanarkən, sayğacların yerini də nəzərə almaq lazımdır.

Şəkili hazır etdikdən sonra hazırladığımız şəkili “png” yaxud “jpg” formatda masa üstündə yaddaşa yazırıq. Daha sonra kod hissəsinə daxil olub, şəkil kimi masa üstündə olan həmin şəkilin adresini koda yazırıq.

Daha sonra isə əgər “html” və “css”dən anlayışınız varsa arxa fon şəkilinin üzərinə facebook reaksiyalarının sayını yerləşdirə (reaksiya saylarını css-də onlara uyğun “top” – “left” saylarını artırıb-azaldaraq hərəkət etdirib uyğun bölməyə yerləşdirmək lazımdır) və ya yeni reaksiyalar əlavə edə bilərsiniz. Facebookda olan 6 emosiyanın 6-sından da istifadə etmək mümkündür ki, bunun üçün kodlara kiçik bir əlavə etməlisiniz. Əgər sizin anlayışınız yoxdursa Developerinizdən bu barədə kömək ala bilərsiniz, bu isə onun bir neçə saniyəsini alacaqdır. Son olaraq hazırladığımız səhifə aşağıdakı kimi əks olunacaq.

İndi isə keçək əsas məsələyə. Hazırladığımız bu səhifəni facebook üzərindən yayıma verməliyik. Bunun üçün köməkçi proqramlardan istifadə edə bilərik. Əlavə olaraq qeyd edək ki, hazırladığımız səhifənin kod hissəsində “facebook post id” hələ də boşdur. Çünki, biz hələ facebookda canlı yayım postunu yerləşdirməmişik. Yalnız həmin yayım posyunu paylaşdıqdan sonra, “post id”-ni əldə edib, hazırladığımız səhifənin kod hissəsinə əlavə edəcəyik.

Bəs canlı yayımı necə edək?

Canlı yayımı etmək üçün bu linkdən OBS proqramını yükləyirik. Proqramı komputerə quraşdırdıqdan sonra bəzi sazlamaları həyata keçirmək lazımdır. OBS proqramını açıb, Daha sonra file-settings-stream menularına ardıcıl daxil olub, “stream service” olaraq Facebook live seçirik. Burada “stream key“in boş olduğunu görəcəksiniz. Bu hissədə sizin facebook səhifənizin canlı yayım açarı olmalıdır.

Stream açarını isə facebook səhifəmizdən əldə edə bilərik. Bunun üçün isə aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır. Facebook səhifənizə daxil olub, “publishing tool” menusuna keçid edirik. Həmin menu-dan videos-live keçidlərini edirik.

“Live”a daxil olduğumuz zaman facebook-un bizim səhifə üçün təqdim etdiyi açar görünür. Həmin açarı kopyalayıb, OBS tətbiqinin uyğun xanasına daxil edib, yaddaşa veririk.

Yenidən OBS tətbiqinə qayıdıb canlı yayımı facebooka ötürmək üçün hazırladığımız web sayğac səhifəsini “OBS”ə daxil etmək lazımdır.

Bunun üçün sol xanada bir səhnə yaradırıq. Uyğun olaraq həmin səhnəyə uyğun sağ qutunun içərisində mənbə yaradırıq. Bu mənbə isə bizim hazırladığımız web səhifədir. Mənbə yaradan zaman həmin xanada “browser source” seçib, öz web səhifəmizin linkini əlavə edirik.

“Start Stream” düyməsinə klik edib, yayımı başladırıq. Facebook-da uyğun olaraq yayımı başladıb, səhifəmizdə paylaşırıq. Lakin bundan sonra həmin posta gələcək reaksiyalar hesablanmayacaq. Çünki, qeyd etdiyimiz kimi həmin canlı paylaşımın “post id”-in əldə etmək lazımdır. Bunun üçün dərhal yeni bir səhifədən canlı yayım etdiyimiz paylaşımın üzərinə gəlirik. Tarix olan hissəyə “mouse”-un kursorunu gətirib sağ düyməyə klik edərək, yayımın linkini kopyalayırıq. Daha sonra həmin linki başqa bir səhifəyə ataraq, linkdə post ID-ni əldə edirik. Nümunə: https://www.facebook.com/technote.az/videos/ 1054889604609726 / -post ID

“post ID” də hazırdır. Elə isə dərhal həmin ID-i hazırladığımız səhifənin kod hissəsinə əlavə edə bilərik.

CTRL+S – və artıq hər şey hazırdır. Canlı olaraq səsvermələr qeydə alınır. Əgər bu yazımız faydalı oldusa, dostlarınızla paylaşın. Ən azından pullu xidmətlərdən istifadə etməkdənsə bunu özünüz də edə bilərsiniz.

Facebook kimi səhifə

Bir Facebook səhifəsini, facebook biznes səhifəsini və ya fanpage idarə edərkən, səhifəniz kimi digər səhifələrdə də oxumaq mümkündür.

  • Səhifələrin səhifələr kimi necə olacağı
  • Facebook bir iş səhifəsi kimi necə
  • Facebook-da mobil səhifənin necə olacağı
  • Facebook-da bir səhifə nədir
  • Facebook səhifəsini sevdiyinizdə nə olur
  • Facebook kimi səhifə
  • Şərhlər (5)

Səhifələrin səhifələr kimi necə olacağı

Bir Facebook səhifəsini, facebook biznes səhifəsini və ya fanpage idarə edərkən, səhifəniz kimi digər səhifələrdə də oxumaq mümkündür.

Bu, həqiqətən, yalnız masa üstü saytında mümkündür, mobil mobil tətbiqdə səhifənin mümkün olmadığı kimi Facebook-da mobil səhifəyə necə getmək olar?

Facebook bir iş səhifəsi kimi necə

Bunu etmək üçün Facebook səhifəsini açın, bir Facebook səhifəsini idarə edə bilən bir istifadəçi olaraq daxil olun.

Orada, Tavsiye et düyməsinin sağında olan üç nöqtə düyməsinə vurun.

Sayfanızı öz page olaraq beğenmek üçün, sayfanızdan hangilerinden birini daha çox yönetiyorsanız, hangilerinin beğeninize sahip olacağını seçin.

Səhifəni seçdikdən sonra qəbul edin.

Ziyaret etdiyi səhifə indi öz səhifəniz kimi xoşuma gəldi və ya başqa sözlə seçilmiş səhifənin favorilərinə əlavə edildi. Bu başqa bir səhifədə Facebook-da bir səhifə və ya bir iş səhifəsindən Facebook səhifələrini necə oxumaq olar.

Bu, öz fb işinizin onlara maraq göstərdiyini göstərən tərəfdaşları və ya digər iş yerlərini göstərmək yoludur.

Facebook-da mobil səhifənin necə olacağı

Smartfonlardakı Facebook səhifəsi kimi oxumaq üçün proqramı brauzerinizi açın və İstədiyiniz masaüstü site seçimini seçin. Daha sonra yuxarıdakı proseduru izləyə bilərsiniz.

Facebook-da bir səhifə nədir

Facebook səhifəsi fb biznesinizi, facebook fan sayını və ya bu şəxsən özünüz olmadığı hər hansı bir şeyi tanıtmaq üçün bir yoldur.

Facebook səhifəsini sevdiyinizdə nə olur

Səhifə idarəçiləri bildiriləcək və ya fb kimi olacaq və siz də xəbərlər feed’unda daha çox bağlı ismarıcları görəcəksiniz.

Facebook kimi səhifə

Bir Facebook kimi səhifənizi etmək üçün istədiyiniz səhifəni açın> üç nöqtə menyusu düyməsini> səhifəniz kimi> səhifə seçin.

Bu, Facebook səhifənizin səhifənizin başqa bir səhifəsi kimi öz profilinizə bənzəyir.

Facebook-da səhifəni necə tərk etməli?

Facebook-da bir səhifə buraxmaq üçün iki seçkiniz var: səhifədə bildirişləri dayandırmaq və ya onunla olan bütün əlaqələri bağlayacaq olandan fərqli olaraq bunu dayandırın.

Buraxmaq istədiyiniz səhifəni açın> xoşuma gəldi> bu səhifədən fərqli olaraq ya da səhifəni açın> aşağıdakı> Facebook səhifəsində bir səhifə buraxmaq üçün bu səhifəni bitirməyin.

Müəllif haqqında – YB Digital
Yoann Beynəlxalq Biznes Məsləhətçisi, fasilitator və əlaqələndiricidir. Dünyanın 30-dan çox ölkəsində qlobal biznes, təchizat zənciri, maliyyə, SAP ERP layihələri, logistika, kosmetika, istehlak malları, gözəllik baxımı və ya moda kimi müxtəlif sahələr üçün veb və SEO optimallaşdırmasında 10 ildən çox işləmişdir. .

Comments are closed, but trackbacks and pingbacks are open.