Səadət kamalla yetişir başa
– ardıcıllıq (psixoloji məzmun və məntiqi baxımdan təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsi, sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaradılması).
Скачать с ютуб Coğrafiya 7 ci sinif mövzu 39 40 41 в хорошем качестве
Coğrafiya 7 ci sinif mövzu 39 40 41 скачать рингтон MP3 для прослушивания или на звонок:
Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы. Спасибо за использование сервиса скачатьвидеосютуба.рф
Coğrafiya 7 ci sinif mövzu 39 40 41
1 год назад
Coğrafiya 7-ci sinif: Dərs-13)) Planetlərin qruplaşdırılması
Опубликовано: 1 год назад
11 месяцев назад
Coğrafiya 8-ci sinif Mövzu VII.6 ümumiləşdirici tapşırıqlar.
Опубликовано: 11 месяцев назад
2 года назад
Fizika 7-ci sinif.Mayelərin Təzyiqi.Ağabəyli İsaməddin.
Опубликовано: 2 года назад
2 года назад
Biologiya 7-ci sinif Mövzu 37 Tapşırıq izahı
Опубликовано: 2 года назад
8 дней назад
Coğrafiya mövzu sınaq (Hədəf k)-Zəlzələ və Vulkanlar.#abunəol
Опубликовано: 8 дней назад
7 лет назад
Периодическая таблица Д.И.Менделеева – лучшая шпаргалка по химии.
Опубликовано: 7 лет назад
2 года назад
7-ci sinif Ədəbiyyat – Bayram Həsənovun “İki bala” hekayəsi
Опубликовано: 2 года назад
1 год назад
Fizika 7-ci sinif.Atmosfer Təzyiqinin Ölçülməsi.Ağabəyli İsaməddin.
Опубликовано: 1 год назад
2 года назад
Coğrafiya 7. Havanın temperaturunun dəyişməsi
Опубликовано: 2 года назад
1 год назад
Биология 9 класс. Основные направления эволюции
Опубликовано: 1 год назад
Контактный email для правообладателей: [email protected] © 2017 – 2023
Səadət kamalla yetişir başa
Ümumtəhsil məktəblərinin VII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan məqsəd və vəzifələr, tələblər diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan təhsilin məzmununun formalaşmasında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştəliliyin vacibliyi, mənimsənilənlərin fərqli praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətinin şagirdlərdə formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi önə çəkilmişdir.
“Ədəbiyyat” dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Kurikulumun məzmunu və məntiqinə uyğun olaraq, məzmun xətləri və əsas məzmun standartları sabit qalsa da, alt standartlar sinifdən – sinfə keçdikcə asandan çətinə, sadədən mürəkkəbə doğru dəyişdiyi, dərinləşdiyi üçün hər sinifdə ədəbiyyat təlimi özünəməxsus xüsusiyyətlərə malikdir. Bu cəhət VII sinif üçün “Ədəbiyyat” dərslik komplekti hazırlanarkən nəzərə alınmış, yeni dərslik komplekti ədəbiyyat fənn kurikulumu üzrə təlimin davamı və inkişafı kimi nəzərdə tutulmuşdur.
DƏRSLİK
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:
1. Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
2. Şifahi xalq ədəbiyyatından seçmələr
3. Vətən sevgisi, qəhrəmanlıq səhifələri
4. Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
5. Uşaq aləmi, uşaq taleyi
6. Təbiətə vurğunluq, təbiətə qayğı
· İnşa və essenin yazılmasına dair tövsiyələr
· Layihələr üzrə iş
· Sinifdənxaric oxu materialları
· İfadəli oxuda istifadə olunan şərti işarələr
· Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
· Oxunması məsləhət görülən əsərlər
Dərsliyə şifahi ədəbiyyat nümunələri, klassik və müasir Azərbaycan ədəbiyyatından, eləcə də dünya ədəbiyyatından seçmələr daxil edilmişdir. Bədii nümunələr seçilərkən həmin əsərlərin yüksək ideya-bədii dəyərə malik olması, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dünyagörüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından aktual mövzu və problemləri əks etdirməsi, janr müxtəlifliyi, şagirdlərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun olması kimi mühüm meyarlar əsas götürülmüşdür.
Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar öyrəniləcək əsərlərin ideya-məzmunu haqqında məktəblilərdə ilkin təsəvvür yaratmaq, yeni bölməyə keçid üçün psixoloji zəmin hazırlamaq məqsədi güdür.
Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar sinfin səviyyəsi nəzərə alınaraq genişləndirilmiş və dərinləşdirilmişdir. Fənn kurikulumuna uyğun olaraq, bu sinifdə əsərlərin öyrədilməsi prosesində epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sual kimi təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, işlənmə məqamına görə rolunun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmışdır. Müvafiq bədii nümunələrin öyrənilməsi ilə əlaqədar dastan, mənzum hekayə janrları, bədii ifadə vasitələri ilə bağlı dərslikdə yığcam nəzəri məlumat verilmişdir.
Dərsliyin metodoloji konsepsiyası şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına xidmət edir. Təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərləndirilməsi.
1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi motivasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növbədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən sual və tapşırıqlardan istifadə şagirdlərdə təlim materialına ciddi maraq oyadır, yeni biliyin fəal mənimsənilməsi üçün zəmin yaradır. Bu prosesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar tədqiqatçılığa yönəldilir. Dərslikdə bu məqsədlə sual və tapşırıqlardan istifadə olunmuşdur.
2. Yeni biliyin mənimsənilməsi iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.
Bədii əsərin məzmunun mənimsənilməsi üzrə iş müxtəlif yollarla həyata keçirilə bilər. Əsərin emosional qavranılmasını təmin etmək məqsədilə müəllimin nümunəvi ifadəli oxusu, həmçinin bədii oxu ustasının ifasının dinlənilməsi faydalıdır. Əsərin məzmununun mənimsənilməsi şagirdlərin səsli, səssiz oxusu, fasilələrlə oxu və s. istifadə ilə həyata keçirilir.
Bədii əsərin məzmununun öyrənilməsi ilə bağlı standartların reallaşdırılması məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutulur:
– Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə mənasının şagirdlər tərəfindən düzgün müəyyənləşdirilməsinə zəruri hallarda istiqamət verə bilər. Tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının aydınlaşdırılması məqsədilə şagirdlər müəllimin tövsiyəsi ilə dərsliyin sonunda verilmiş lüğətdən, eləcə də ədəbiyyat kabinetindəki izahlı lüğətlərdən istifadə edirlər. Şagirdlərin tanış olmayan sözlərin mənasını müstəqil aydınlaşdırması əsərin məzmununu dərindən, şüurlu qavramaları, ana dilinin zənginliyini mənimsəmələri, nitqlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.
– Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mənzum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki sinfə nisbətən daha mürəkkəb əsərlər üzərində həyata keçirilir.
– Əsərin məzmununun öyrənilməsində plan tərtibi əsərdəki hadisə və əhvalatların, qəhrəmanın his və düşüncələrinin mənimsənilməsinə, əsərin quruluşu haqqında təsəvvürün qazanılmasına xidmət edir. Planı oxudan sonra tərtib etmək məqsədəuyğundur. Fasilələrlə oxu, proqnozlaşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə ad vermək daha məqsədəuyğundur. Müəllim hər hissənin oxusundan sonra ona necə ad verməyin məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl plan tərtibi üzrə iş aparılacağı barədə şagirdlər xəbərdar edilir.
Süjetli əsərin nağıl edilməsi mətnin məzmununu şagirdlərin dərindən mənimsəməsi, şifahi nitqin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada aparılır:
1. Məzmunun yığcam nağıl edilməsi;
2. Məzmunun geniş nağıl edilməsi;
3. Məzmunun yaradıcı nağıl edilməsi.
Yığcam nağıletmə əsərin süjet xəttində, ideyanın açılmasında mühüm rol oynayan səhnələr, epizodlara diqqət yetirilməsini, təfərrüatlardan, ikinci dərəcəli məsələlərdən imtina edilməsini nəzərdə tutur. Nağıletmənin məzmununa yalnız əsas hadisələrin, obrazların daxil edilməsi nəticəsində şagirdin nitqi yığcamlıq, aydınlıq, fikri az sözlə çatdırmaq kimi keyfiyyətlər əxz edir.
Geniş nağıletmə şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı baxımından faydalıdır. Bu zaman məktəblilər mətndən kənara çıxmır, əlavələrini onun məzmununa uyğunlaşdırırlar.
Yaradıcı nağıletmə zamanı şagirdlər müəllifin əsərdə bir neçə cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini genişləndirir, əlavələr edirlər. Onlar hadisələrin gələcək inkişafını necə təsəvvür etdiklərindən, qəhrəmanların gələcək taleyi ilə bağlı fərziyyələrindən söz açır, əsərin sonluğunu dəyişdirirlər.
Bədii mətnin təhlili üzrə işlərdə məqsəd əsərin ideya-məzmununun, bədii məziyyətlərinin öyrənilməsidir. Bədii nümunələrin təhlili üzrə sual və tapşırıqlar “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərlə bağlı açıqlamalar” mətnindən istiqamətverici mənbə kimi istifadə etməlidir. Dərsdə bədii əsərin mövzusu, ideyası, qəhrəmanların səciyyəsi, bədii təsvir və ifadə vasitələri üzrə iş interaktiv təlim metodlarından istifadə ilə həyata keçirilir.
3. Dərsliyə hər əsər üzrə şagirdlərin öyrəndiklərini tətbiq etmək, ümumiləşdirmək, dəyərləndirmək (qiymətləndirmək) üçün “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edilmişdir. Onların sırasında həyati bacarıqların yaradılmasına xidmət edən tapşırıqlara da yer verilmişdir. Mənimsənilmiş bilik və bacarıqları möhkəmləndirmək, təkmilləşdirmək və dəyərləndirmək məqsədilə hər bölmənin sonunda ayrıca “Tətbiq və ümumiləşdirmə” dərsləri nəzərdə tutulmuş və “Qiymətləndirmə materialları” verilmişdir.
Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlənilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutulmuşdur:
· Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.
· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.
· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şagirdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq etməyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.
· İfadəli oxuya hazırlaşın. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
· Tətbiq və ümumiləşdirmə. Hər bölmənin sonunda bilik və bacarıqlarınızın tətbiqinə, ümumiləşdirilməsinə geniş imkan yaradan dərs keçəcəksiniz. Bölməyə uyğun seçilmiş bir əsərin oxusu (bu, dərsə qədər həyata keçiriləcəkdir), məzmununun öyrənilməsi, təhlili və s. üzrə işləri müstəqil yerinə yetirəcəksiniz.
· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
· Layihə üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq etməyiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmişdir.
Məzmun standartlarının reallaşdırılmasına yönəldilmiş iş növləri, sual və tapşırıqlar sistemində aşağıdakılar nəzərə alınmışdır:
– qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tətbiqi, dərinləşdirilməsi;
– məktəblilərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, tədqiqatçılıq fəaliyyətinə, müxtəlif mənbələrdən istifadə etməklə biliklərini müstəqil artırmağa istiqamətləndirilməsi;
– fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın reallaşdırılması üçün zəmin yaradılması;
– fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması;
– inklüzivlik, fərqli idraki maraqların inkişaf etdirilməsi, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması.
Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin istər əsərin məzmununun öyrənilməsi zamanı, istərsə də təhlil dərslərində həyata keçirilməsi məqsədəuyğundur. Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı olan mühüm məsələlərdən biri də ifadəli oxu bacarıqlarının aşılanmasıdır. Məlumdur ki, mətnin şagird tərəfindən ifadəli oxusu yalnız əsərin ideya-məzmunu, qəhrəmanların səciyyəsi, müəllifin niyyəti aydın dərk edildikdən sonra həyata keçirilə bilər. Əsərin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsədəuyğundur.
Yazılı nitqin inkişaf etdirilməsi, əsasən əsərin təhlilindən sonra yerinə yetirilən inşa və esselər vasitəsilə həyata keçirilir. Şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi məqsədilə öyrədici səciyyəli yazılar üçün planlaşdırmada ayrıca dərs saatları da nəzərdə tutulmuşdur.
Dərsliyin tərtibində aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
– düzgünlük (fənn üzrə təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);
– əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüstrasiyaların olması);
– müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşünün formalaşdırılmasına istiqamətlənməsi);
– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
– ardıcıllıq (psixoloji məzmun və məntiqi baxımdan təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsi, sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaradılması).
– yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxımından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
– təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması);
– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);
– inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması).
– inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə əlaqələndirilməsi).
Müəllim dərsliyin metodik sistemindən istifadə məsələsinə yaradıcı yanaşmalı, bütün sual və tapşırıqlar üzrə iş aparılması məqsədini qarşıya qoymamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məqsədlərindən, konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edərək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərslikdəki hansı sual və tapşırıqlardan istifadə edəcəyini dəqiqləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etməlidir.
Dərslikdəki bədii əsərlərin vizual qavranılmasını təmin etmək, mətnin emosional təsirini qüvvətləndirmək məqsədilə mövzular üzrə illüstrasiyalar yerləşdirilmişdir. İllüstrasiyalarla iş bədii əsərlərin öyrənilməsində əsas fəaliyyət növlərindən biridir. Şəkilləri “oxumaq” bacarığı şagirdlərə dərsdə öyrəndiklərini real həyatda da müşahidə etmək imkanı verəcəkdir. Odur ki, müəllim ədəbiyyat dərslərində əsərə çəkilmiş illüstrasiyalar üzrə nağıletmə, müzakirə, yığcam inşa, esse yazdırılması və s. iş növlərindən istifadə etməlidir.
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Metodik vəsaitə fənn müəlliminə VII sinifdə kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məzmun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən metodik tövsiyələr daxil edilmişdir:
· VII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;
· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
Müəllim üçün metodik vəsait
7
Müəllim üçün metodik vəsait
Müəllim üçün metodik vəsaitdə təlim materiallarının mənimsənilməsi və müva-
fiq fəaliyyət növlərinin tətbiqi üzrə iş dərsliyə uyğun olaraq, üç əsas metodoloji
mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni
biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin
mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti mühüm əhə-
miyyət kəsb edir. Belə ki, bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəlif
janrlarda irihəcmli əsərlərin, icmal mövzularının qavranılmasında yarana bilən
müəyyən çətinliklər təlim prosesində müəllimin yönləndirici şərhlərinə xüsusi
diqqət yetirilməsini tələb edir.
XI sinif üzrə məzmun standartları və təlim nəticələri
XI sinfin sonunda şagird:
ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranıl-
ması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə etməyi bacarır;
müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu
qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini
aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir,
bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə
münasibət bildirir;
çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii
xüsusiyyətlərinə görə təhlil edir;
şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan
(nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxa-
rır;
müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına müna-
sibətini tutarlı dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr apar-
maqla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.
Ədəbiyyat
və həyat həqiqətləri
Şagird
:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (hekayə,
povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin
mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavra-
nılması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr
arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tər-
tib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
8
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman,
dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslan-
dırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, mürəkkəb süjetli və kompo-
zisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə,
metafor, metonimiya, sinekdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii
təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli əsərləri (poema,
hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından
təhlil edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və
əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə
bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslan-
dırılmış münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə
dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət
bildirir və qiymətləndirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı
mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibə-
tini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsəd-
yönlü istifadə edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif
mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, proble-
minə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə
çıxarır.
3.1.3. 3,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst
mövzuda inşa, esse, məqalə, məruzə) yazır.
9
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
M.st.
1.1
M.st.
1.2
M.st.
2.1
M.
st.
2.2
M.st.
3.1
Saatlar
BÖLMƏ VƏ MÖVZULAR
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3
1. Azərbaycan ədəbiyyatında
tənqidi realizm və romantizm
dövrü
+ + 1
2. C. Məmmədquluzadə. Həyatı,
yaradıcılıq yolu.
+ + 1
3. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ + + 1
4. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ +
+ + 1
5. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + 1
6. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + + 1
7. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Tətbiq.
Müzakirə. Yaradıcı iş
+
+ +
1
8. M.Ə.Sabir. Həyatı,
yaradıcılıq yolu
+ + 1
9. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Məzmun üzrə iş
+
1
10. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Təhlil üzrə iş
+ + +
1
11. Kiçik summativ qiymətləndirmə
1
12. H.Cavid. Həyatı, yaradıcılıq
yolu
+ + +
1
13. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
14. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
Az
ərbaycan
əd
əbiyyat
ında t
ənqidi realizm v
ə romantizm dövrü
15. H.Cavid. “İblis”. Təhlil üzrə
iş
+ + + + 1
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.