2018-ci ildə hansı bürclər varlanacaqlar? PROQNOZ
Əyyub Qiyas: “Məncə bu il məxsusi olaraq dünyanı silkələyə bilən heç bir ədəbi hadisə ilə yadda qalmadı. Düzdür, kitablar yazıldı, müxtəlif sərgilər keçirildi, amma ədəbi hadisə olacaq bir şey barş vemədi. O ki qaldı Azərbaycan ədəbiyyatına, böyük götürsək, belə deyə bilərik də, əgər dünyanı silkələyən ədəbi hadisə baş vermədisə, demək bu heç Azərbaycanda da baş verməyib. Bizdə də xeyli yeni əsərlər yazılıdı. Amma sadəcə Azərbaycan ədəbyyatı hələ ki, öz yönünü düz tuta bilmir. Çünki kitab yazanlar həm də kitab oxumalıdırlar. Təəssüf ki, indi heç kəs heç kəsin SMS-i belə oxumağa həvəsli deyil. Bir şeyi nəzərə almaq lazımdır ki, öz ölkəsində tanınmayan müəllifi dünya qəbul etmir. Biz əvvəlcə bir yolunu tapıb burada konkret nəsə iş görməliyik”
Bürcləri 2018-ci ildə NƏ GÖZLƏYİR: Sarı İt kimlər üçün DÜŞƏRLİ OLACAQ?
2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndıriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə yaxınlarının rəğbətini itirmək risk ilə qarşılaşacaq.
Publika.az bu yazıda oxucuları məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları ilə tanış edir.
Qoç
İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək.
Buğa
Buğalar üçün 2018-ci il ailə birliyinin əhəmiyyəti ilə yadda qalacaq və bunda onlara Sarı İt kömək edəcək. Sizə tövsiyə edilir ki, gələn il doğmalarınıza qarşı diqqət və qayğını ərigəməyəsiniz. Sizin başınız bütün ili müxtəlif sahələrdə uğurlar əldə etməyə qarışanda ailəniz sizin üçün darıxmaqla məşğul idi. Bir də ulduzlar bildirir ki, ilin əvvəlində rəhbərlik Buğalara vəzifənin yüksəldilməsi və ya karyerada cəlbedici təkliflər ediləcək. İmtina etməyin, şansınızın astanasındasınız.
Əkizlər
Şən və qayğısız Əkizlər Sarı İt ilinin təsiri altında düşünəcəklər ki, əldə etdikləri sinirlərinə və xərclədiyi enerjisinə dəyərdimi? Ehtiraslı 2017-ci il müdrik və məqsədyönlü 2018-ci illə əvəz olunacaq. Ona görə də Əkizlər üçün dəyərlərin yenidən qiymətləndirilməsi dövrü başlayacaq. İt ili onlar üçün ən uğurlu dövr olacaq. İmkanları qiymətləndirin, şəxsi təhsil və biliyinizi inkişaf etdirməklə məşğul olun. Taleyinizi və işinizi dəyişmək şansınız var, hansı ki, sizə yeni qazanclar gətirəcək.
Xərçəng
Bu bürc altında dünyaya gələn insanların həyatı heç vaxt asan olmayıb. Bəlkə də, ona görədir ki, Xərçəng bürcünün nümayəndələri çox qapalı olur. Bununla belə onlar uşaqlarının və yaxınlarının ən sadiq və ən yaxşı dostlarıdır, sevdiklərinin hər zaman qayğısına qalırlar. 2018-ci il Xərçənglər üçün çətin olacaq. Başqa şəhərə, hətta başqa ölkəyə köçmək lazım gələcək. Bəziləri üçün işin itirilməsi, digərləri üçün təhsildə və ya karyerasında üzləşdiyi uğursuzluq güclü zərbə olacaq. Amma özünəinamlı Xərçənglər xeyirxah və sadiq Sarı İtin köməyi ilə bütün sınaqlardan keçəcək və istənilən məsələdə çıxış yolu tapacaqlar. Unutmayın ki, uzun məsafələrdə itlər yaxşı yoldaşlıq edir.
Şir
Şirlər öz bacarıq və gözəlliyi ilə diqqət mərkəzində olmağa öyrəşib, 2018-ci ildə daha baxımlı olacaqlar. Amma həddən artıq arxayınçılıq onlarla pis zarafat edə bilər. İlin əvvəli onlar üçün uğursuzluq və lazımsız risklərlə yadda qalacaq. Odur ki, bütün qərarları diqqətlə ölçüb-biçmək və emosiyaları nəzarətdə saxlamaqda fayda var.
Qız
Qız bürcləri çox çalışqan insanlardır, lakin son 3 il onlar üçün ağır keçib. Pillələrlə yuxarı dırmanmaq üçün onların daim öz fikirlərini müdafiə etmək və doğmalarına diqqət göstərməsi lazım gəlirdi. Amma İt onların həyatına sevinc gətirəcək, bu bürc nümayəndələri nəhayət, başa düşəcəklər ki, onların zəhməti hədər getməyib və bunun bəhrəsini görmək vaxtı yetişib. İt onları karyera və maliyyə sevincləri, taleyüklü dəyişikliklərlə və mütləq sevgi ilə mükafatlandıracaq. Elə düşünməyin ki, il çox rahat keçəcək, amma o, səmərəli olacaq və özünü xoşbəxt hiss etmək imkanı verəcək.
Tərəzi
Hər zaman şübhəli Tərəzilər üçün 2018-ci il daha çətin olacaq. Bu xoş və qalmaqalsız insanlar bir qayda olaraq mübahisəyə girmir və münaqişə edənlərin tərəfinə keçmirlər. Amma İt ilində yaxınlarının problemlərini həll etmək üçün qərarlar qəbul etməli olacaqlar. Narahat olmayın, Sarı İt sizin tərəfinizdə olacaq, ancaq nəzarət edin ki, mülahizələr boşa getməsin. Artıq ilin əvvəlində Tərəzilər öz qərarlarının düzgün olmağına şübhə etməyəcəklər.
Əqrəb
Tez-tez elə təəssürat yaranır ki, Əqrəblər soyuq və rəhmsiz insanlardır. Əslində bu zodiak işarəsinin nümayəndələri çox incə xarakterə və cəlbedici enerjiyə malikdir, eyni zamanda məhəbbətlə doludur. İt ili onlara öz hisslərini göstərməyə kömək edəcək, odur ki, Əqrəblər yeni münasibətlərə və sevgi əlaqələrinə başlaya, hətta nikah bağlaya bilərlər. Əqrəblərin daha bir xarakterik cəhət ondan ibarətdir ki, məqsədə doğru mətanət və inadla getməyi bacarır. Bu da Əqrəblərə qələbə qazanmağa və daha uğurlu olmağa, o cümlədən yeni zirvələri fəth etməyə kömək edəcək. Sarı İt onların yalnız ən yaxşı keyfiyyətlərini artıracaq.
Oxatan
Xoruz ili Oxatanlar üçün çox uğurlu, sevincli keçib, çox xoşbəxt dəqiqələr hədiyyə edib. Bundan başqa, bu bürcün nümayəndələri əsas prioritetlərini və həyatdakı doğru yolunu artıq müəyyənləşdiriblər. Sarı İt ilində isə optimizm yalnız artacaq. Səyahətlər yeni sevinclər, tanışlıqlar və xoş təəssüratlar gətirəcək. Sizin öz bilik və istedadınızı göstərmək üçün yeni imkanlarınız yaranacaq, bu da ətrafdakıları razı salacaq. İt ilində onlar ən ağlasığmaz layihələri uğrunda cəsarətlə mübarizə apara bilər və Tamara Qlobanın proqnozu əmin edir ki, onlar planlarını ən yüksək səviyyədə həyata keçirəcəklər.
Oğlaq
Əvvəlki il Oğlaqlar üçün üçün qeyri-sabit oldu. Onlar gah yüksəkliyə qalxır, gah da aşağı düşürdülər. Nəticədə sərf etdikləri əmək heç olurdu. Xoruz ilində elə görünürdü ki, uğur Oğlaqların evini tərk edib və bir daha qayıtmayacaq. Xoşbəxtlikdən İt ili müsbət təsirini göstərəcək, inam, sabitlik və mənəvi rahatlıq yaranacaq. Oğlaqlar özlərini daha itirməyəcək, onlara xas cəsarət və inadla irəli gedəcəklər. Əlbəttə ki, buna görə mükafatlandırılacaqlar. Düzdür, bunun üçün toplanmış müsbət və mənfi təcrübələrdən üzgün istifadə etmək lazımdır.
Dolça
Sarı İt ili Dolçalar üçün əvvəlcə çox uğurlu başlayacaq. Hər şey öz-özünə həll olacaq, həm ailəyə, həm də işə ayırmağa vaxt və qüvvə tapılacaq. Təəssüf ki, əmin-amanlıq ilin ortalarında başa çatacaq. Bu zaman Dolçalar qarşısına qoyduğu ciddi məqsədlərin həllində qərar verməli olacaq. Məsələn, xəyal etdikləri maşın və ya mənzil almaq barəsində dilemma arasında qalacaqlar. Bütün vaxtını işə sərf edən Dolçalar ailə üzvləri və dostları ilə yaxşı münasibətlərini riskə atacaqlar. İlin ikinci yarısı əsl dönüş olacaq, çünki mühüm qərarlar qəbul etməli olacaqlar. Eyni zamanda onu da unutmayın ki, it sizin tərəfinizdədir, lakin ehtiyatsız hərəkət etmək olmaz.
Balıq
Balıq üçün maliyyə baxımından uğurlu il olacaq. Yumşaq və mərhəmətli Balıqlar doğmaları, yaxınları və uşaqları üçün pul əsirgəmirlər. Amma İt ilində Balıqlar başqalaırndan asılı olmayaraq bir yol seçməli və müstəqil hərəkət etməli olacaqlar. Qorxmayın, 2018-ci ildə istənilən işin qulpundan yapışın, hətta bir neçə layihə üzərində çalışın. Lazım olmayan şeylər aradan qaldırılacaq, seçilmiş istiqamət isə həlledici olacaq. Amma doğmalarla fikir ayrılığı fonunda ciddi münaqişələr yarana bilər.
Aytən
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
2018-ci ildə hansı bürclər varlanacaqlar? – PROQNOZ
2018 “Sarı İt” ili karyerada inkişaf baxımından çox əlverişli olacaq, bir çox bürclər çox asan və xüsusi səy göstərmədən yaxşı qazana biləcəklər.
Day.Az publika.az-a istinadən, məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları təqdim edir:
İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək.
Buğalar üçün 2018-ci il ailə birliyinin əhəmiyyəti ilə yadda qalacaq və bunda onlara Sarı İt kömək edəcək. Sizə tövsiyə edilir ki, gələn il doğmalarınıza qarşı diqqət və qayğını ərigəməyəsiniz. Sizin başınız bütün ili müxtəlif sahələrdə uğurlar əldə etməyə qarışanda ailəniz sizin üçün darıxmaqla məşğul idi. Bir də ulduzlar bildirir ki, ilin əvvəlində rəhbərlik Buğalara vəzifənin yüksəldilməsi və ya karyerada cəlbedici təkliflər ediləcək. İmtina etməyin, şansınızın astanasındasınız.
Şən və qayğısız Əkizlər Sarı İt ilinin təsiri altında düşünəcəklər ki, əldə etdikləri sinirlərinə və xərclədiyi enerjisinə dəyərdimi? Ehtiraslı 2017-ci il müdrik və məqsədyönlü 2018-ci illə əvəz olunacaq. Ona görə də Əkizlər üçün dəyərlərin yenidən qiymətləndirilməsi dövrü başlayacaq. İt ili onlar üçün ən uğurlu dövr olacaq. İmkanları qiymətləndirin, şəxsi təhsil və biliyinizi inkişaf etdirməklə məşğul olun. Taleyinizi və işinizi dəyişmək şansınız var, hansı ki, sizə yeni qazanclar gətirəcək.
Bu bürc altında dünyaya gələn insanların həyatı heç vaxt asan olmayıb. Bəlkə də, ona görədir ki, Xərçəng bürcünün nümayəndələri çox qapalı olur. Bununla belə onlar uşaqlarının və yaxınlarının ən sadiq və ən yaxşı dostlarıdır, sevdiklərinin hər zaman qayğısına qalırlar. 2018-ci il Xərçənglər üçün çətin olacaq. Başqa şəhərə, hətta başqa ölkəyə köçmək lazım gələcək. Bəziləri üçün işin itirilməsi, digərləri üçün təhsildə və ya karyerasında üzləşdiyi uğursuzluq güclü zərbə olacaq. Amma özünəinamlı Xərçənglər xeyirxah və sadiq Sarı İtin köməyi ilə bütün sınaqlardan keçəcək və istənilən məsələdə çıxış yolu tapacaqlar. Unutmayın ki, uzun məsafələrdə itlər yaxşı yoldaşlıq edir.
Şirlər öz bacarıq və gözəlliyi ilə diqqət mərkəzində olmağa öyrəşib, 2018-ci ildə daha baxımlı olacaqlar. Amma həddən artıq arxayınçılıq onlarla pis zarafat edə bilər. İlin əvvəli onlar üçün uğursuzluq və lazımsız risklərlə yadda qalacaq. Odur ki, bütün qərarları diqqətlə ölçüb-biçmək və emosiyaları nəzarətdə saxlamaqda fayda var.
Qız bürcləri çox çalışqan insanlardır, lakin son 3 il onlar üçün ağır keçib. Pillələrlə yuxarı dırmanmaq üçün onların daim öz fikirlərini müdafiə etmək və doğmalarına diqqət göstərməsi lazım gəlirdi. Amma İt onların həyatına sevinc gətirəcək, bu bürc nümayəndələri nəhayət, başa düşəcəklər ki, onların zəhməti hədər getməyib və bunun bəhrəsini görmək vaxtı yetişib. İt onları karyera və maliyyə sevincləri, taleyüklü dəyişikliklərlə və mütləq sevgi ilə mükafatlandıracaq. Elə düşünməyin ki, il çox rahat keçəcək, amma o, səmərəli olacaq və özünü xoşbəxt hiss etmək imkanı verəcək.
Hər zaman şübhəli Tərəzilər üçün 2018-ci il daha çətin olacaq. Bu xoş və qalmaqalsız insanlar bir qayda olaraq mübahisəyə girmir və münaqişə edənlərin tərəfinə keçmirlər. Amma İt ilində yaxınlarının problemlərini həll etmək üçün qərarlar qəbul etməli olacaqlar. Narahat olmayın, Sarı İt sizin tərəfinizdə olacaq, ancaq nəzarət edin ki, mülahizələr boşa getməsin. Artıq ilin əvvəlində Tərəzilər öz qərarlarının düzgün olmağına şübhə etməyəcəklər.
Tez-tez elə təəssürat yaranır ki, Əqrəblər soyuq və rəhmsiz insanlardır. Əslində bu zodiak işarəsinin nümayəndələri çox incə xarakterə və cəlbedici enerjiyə malikdir, eyni zamanda məhəbbətlə doludur. İt ili onlara öz hisslərini göstərməyə kömək edəcək, odur ki, Əqrəblər yeni münasibətlərə və sevgi əlaqələrinə başlaya, hətta nikah bağlaya bilərlər. Əqrəblərin daha bir xarakterik cəhət ondan ibarətdir ki, məqsədə doğru mətanət və inadla getməyi bacarır. Bu da Əqrəblərə qələbə qazanmağa və daha uğurlu olmağa, o cümlədən yeni zirvələri fəth etməyə kömək edəcək. Sarı İt onların yalnız ən yaxşı keyfiyyətlərini artıracaq.
Xoruz ili Oxatanlar üçün çox uğurlu, sevincli keçib, çox xoşbəxt dəqiqələr hədiyyə edib. Bundan başqa, bu bürcün nümayəndələri əsas prioritetlərini və həyatdakı doğru yolunu artıq müəyyənləşdiriblər. Sarı İt ilində isə optimizm yalnız artacaq. Səyahətlər yeni sevinclər, tanışlıqlar və xoş təəssüratlar gətirəcək. Sizin öz bilik və istedadınızı göstərmək üçün yeni imkanlarınız yaranacaq, bu da ətrafdakıları razı salacaq. İt ilində onlar ən ağlasığmaz layihələri uğrunda cəsarətlə mübarizə apara bilər və Tamara Qlobanın proqnozu əmin edir ki, onlar planlarını ən yüksək səviyyədə həyata keçirəcəklər.
Əvvəlki il Oğlaqlar üçün qeyri-sabit oldu. Onlar gah yüksəkliyə qalxır, gah da aşağı düşürdülər. Nəticədə sərf etdikləri əmək heç olurdu. Xoruz ilində elə görünürdü ki, uğur Oğlaqların evini tərk edib və bir daha qayıtmayacaq. Xoşbəxtlikdən İt ili müsbət təsirini göstərəcək, inam, sabitlik və mənəvi rahatlıq yaranacaq. Oğlaqlar özlərini daha itirməyəcək, onlara xas cəsarət və inadla irəli gedəcəklər. Əlbəttə ki, buna görə mükafatlandırılacaqlar. Düzdür, bunun üçün toplanmış müsbət və mənfi təcrübələrdən üzgün istifadə etmək lazımdır.
“Sarı İt ili” Dolçalar üçün əvvəlcə çox uğurlu başlayacaq. Hər şey öz-özünə həll olacaq, həm ailəyə, həm də işə ayırmağa vaxt və qüvvə tapılacaq. Təəssüf ki, əmin-amanlıq ilin ortalarında başa çatacaq. Bu zaman Dolçalar qarşısına qoyduğu ciddi məqsədlərin həllində qərar verməli olacaq. Məsələn, xəyal etdikləri avtomobil və ya mənzil almaq barəsində dilemma arasında qalacaqlar. Bütün vaxtını işə sərf edən Dolçalar ailə üzvləri və dostları ilə yaxşı münasibətlərini riskə atacaqlar. İlin ikinci yarısı əsl dönüş olacaq, çünki mühüm qərarlar qəbul etməli olacaqlar. Eyni zamanda onu da unutmayın ki, it sizin tərəfinizdədir, lakin ehtiyatsız hərəkət etmək olmaz.
Balıqlar üçün maliyyə baxımından uğurlu il olacaq. Yumşaq və mərhəmətli Balıqlar doğmaları, yaxınları və uşaqları üçün pul əsirgəmirlər. Amma İt ilində Balıqlar başqalaırndan asılı olmayaraq bir yol seçməli və müstəqil hərəkət etməli olacaqlar. Qorxmayın, 2018-ci ildə istənilən işin qulpundan yapışın, hətta bir neçə layihə üzərində çalışın. Lazım olmayan şeylər aradan qaldırılacaq, seçilmiş istiqamət isə həlledici olacaq. Amma doğmalarla fikir ayrılığı fonunda ciddi münaqişələr yarana bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
2018-ci il hansı ədəbi hadisələrlə yadda qaldı? – Sorğu
Rəbiqə Nazimqızı: “Hər yer ədəbiyyat” adlı kampaniya başlatdıq və çox təəssüf ki, məndən asılı olmayan səbəblərdən onu yarımçıq saxlamalı olduq. Bu, ilin həm uğuru, həm uğursuzluğu idi mənim üçün. Kitablar çox oldu, təqdimatlar çox oldu. Son üç-dörd kitab təqdimatından – Cəlil Cavanşirin “Miladdan sonra”, Ayaz Arabaçının “Uzaqlar yaxın olsa”, Əyyub Qiyasın “Brejnev sağdır” kitablarının imza günləri sübut elədi ki, alıcı-oxucu cəhətdən vəziyyət düşündüyümüz qədər də ümidsiz deyil. Azərbaycan ədəbiyyatının yerində sayıb-saymaması ilə bağlı suala gəlincə, addım atmaq üçün təkcə mətn kifayət eləmir. Yenə təkrar eləməyə məcburam ki, problemlər çoxdur, özü də bu problemlər ötən illərdən qalır – təbliğatın, PR-reklamın olmaması, kitab marketoloqlarının, nəşriyyat institutlarının yoxluğu, kitab paylama şəbəkəsinin formalaşmaması və sair və i.a.”
Əyyub Qiyas: “Məncə bu il məxsusi olaraq dünyanı silkələyə bilən heç bir ədəbi hadisə ilə yadda qalmadı. Düzdür, kitablar yazıldı, müxtəlif sərgilər keçirildi, amma ədəbi hadisə olacaq bir şey barş vemədi. O ki qaldı Azərbaycan ədəbiyyatına, böyük götürsək, belə deyə bilərik də, əgər dünyanı silkələyən ədəbi hadisə baş vermədisə, demək bu heç Azərbaycanda da baş verməyib. Bizdə də xeyli yeni əsərlər yazılıdı. Amma sadəcə Azərbaycan ədəbyyatı hələ ki, öz yönünü düz tuta bilmir. Çünki kitab yazanlar həm də kitab oxumalıdırlar. Təəssüf ki, indi heç kəs heç kəsin SMS-i belə oxumağa həvəsli deyil. Bir şeyi nəzərə almaq lazımdır ki, öz ölkəsində tanınmayan müəllifi dünya qəbul etmir. Biz əvvəlcə bir yolunu tapıb burada konkret nəsə iş görməliyik”
Sahilə İbrahimova: “Dünyada Nobel böhranı oldu. Nobel mükafatının mahiyyəti xoş olmayan tərəflərdən hallandı. “Azərbaycan ədəbiyyatında ciddi irəliləyişlər oldu” deyə bilmərəm. Ən azından ilin ilk üç rübündə. İlin sonuna yaxın xeyli kitab çap olundu. Hamısını oxumamışam deyə dəyərləndirə bilməyəcəm. Bəlkə onlar arasında elə kitab tapılacaq ki, bu ili ədəbi tariximizə xüsusi əhəmiyyətlə yazdıracaq. Bu il hər yer ədəbiyyat hərəkatını bəyəndim. Konsepsiyasında boşluqlar olsa da, yaxşı cəhd idi, məncə. Özümə gəldikdə, bu il mənim ədəbi fəaliyyətimdə uğurlu il oldu. 3 il üzərində çalışdığım “Şeyx” romanım çap olundu, nəhayət ki, Azərbaycan üçün yaxşı sayıla biləcək rəqəmli qonorar aldım, özümü nəşriyyatla işləyən normal müəllif kimi hiss elədim. “Çətir, eynək və s.” ədəbi-mədəni layihəsi sayəsində ədəbi fəaliyyətim genişləndi. Veriliş maraqla qarşılandı, bir neçə əməkdaşlıq təklifi aldıq. Ümumiyyətlə, bu il bəzi ədəbi layihələrin sponsorla, özəl şirkətlərlə işləmə təcrübəsinin inkişaf etdiyini müşahidə elədim. Əla yanaşmadı, çox bəyənirəm bu prosesi.”
Cavid Ramazanov: “Bu il mənim üçün ədəbi baxımdan ən yaxşı il oldu deyə bilərəm. Çünki ilk kitabım – “Yol” hekayələr toplusunu nəhayət, çap etdirə bildim. Kitabın Bakıda və Sumqayıtda yaxşı təqdimat mərasimləri oldu. Təkcə bu tədbirlərdə tirajın yarısını sata bildim. Buna ədəbi mühitdəki durğunluğu nəzərə alanda, uğur da demək olar. Bundan başqa, nəşrini hazırladığım esselər toplusunun da bir xeyli hissəsini yaza bildim, gələn il nəşr olunacaq. Üzv olduğum Azad Yazarlar Ocağı üçün də bu il məhsuldar oldu. Rasim Qaraca “Zülmətdə bir Alatoran”, Rəşad Səfər isə “Adalar və Gəmilər” romanını yayımladı. Zənnimcə, bu kitabların hamısı Azərbaycanın ədəbi mühitinə bir töhvədir. Amma təəssüflər olsun ki, ümumilikdə ədəbi mühit olduqca durğundur. Kitab təqdimatı mərasimləri xaricində, mağazalarda yerli kitablar satılmır, müsabiqələr, festivallar keçirilmir, müəllif yazılarına görə qonorar verilmir. 10 milyon əhalisi olan ölkədə effektiv, azad, kreativ, sırf ədəbiyyatla məşğul olan demək olar ki, bir dənə də olsun sayt, jurnal yoxdur. Ədəbi mühitə hələ də əyalətçilik ruhu, diletantlıq hakimdir. Buna görə peşəkar ədəbi prosesin başlaması, bugünkü şərtləri nəzərə alanda, hələlik real görünmür. Bu isə bizi nəinki dünyada, hətta regionda belə çox gerilərə salır. Şəhərdə çox sayda kitab mağazaları açılıb, Azərbaycan dilinə xeyli kitab tərcümə olunub, bu yaxşı tendensiyadır. Amma bu kitab alıcılarının harada olduğu, oxuduqları ilə cəmiyyətə necə töhvə verdikləri də qeyri-müəyyəndir. Yəni bu tendensiyanın hələlik real nəticələri görünmür, bəlkə də gələcəkdə oldu. Dünya ədəbi mühitində bu il ədəbiyyat üzrə Nobel mükafatının verilməməsi sanki bir durğunluq yaratdı. Nobel mükafatının verilməsi Azərbaycanın ədəbi mühitinə az da olsa təsir göstərirdi, müəyyən fikir mübadiləsi aparılırdı. Bu il bu, baş vermədi. Bəlkə də bunun hiss olunması da bizə nikbin olmaq üçün əsas verir. 2019-cu ildə ölkədə heç olmasa bir normal ədəbiyyat saytının ortaya çıxacağına ümid edirəm.”
Zahid Sarıtorpaq: “Azərbaycan ədəbiyyatında çox işlər görülməlidir. İlin göstəricilərinə görə bu qiyməti vermək düzgün olmaz. Əsərlər yazılır, kitablar nəşr edilir. Dəbdəbəli kitab təqdimatları keçirilir. Bəs nəticə? Konkret fikir bildirmək üçün “Oxucu auditoriyası, yazıçı missiyası ilə anlaşırmı?” sualını verməliyik özümüzə. Deyən tapılar ki, əlbəttə, müəyyən mənada anlaşır. Burada artıq səviyyə söhbəti əsas amilə çevrilir. Ədəbi zövq məsələsi və bir sıra digər kriteriyalar önə çıxır. Başımızı qaldırıb görürük ki, oxucu artıq başqa sahələrlə maraqlanır, illər adlayıb keçir, amma. sanki ortada bir şey yoxdur. Unutmayaq ki, ədəbiyyat həmişə cəmiyyətdən bir addım irəlidədir. Unutmayaq, uzlaşmayan o qədər məsələlər var ki, bu gün lap Azərbaycan ədəbiyyatının şedevri də yaransa, təsdiqi üçün növbəsini gözləməli olacaq. Çünki oxucu-yazıçı münasibətlərində yollar heç vaxt bir nöqtəyə aparmır, ona görə bu sahədə “qulaqbatırıcı bir sükut” daim hökümranlıq edir. Mən inanıram ki, yaxşı əsərlər yazılır, ilin sonu və ya hansı dönəmi olmasına baxmayaraq, bir gün “zühur edib” bu sükutun altını üstünə çevirəcək.”
Şərif Ağayar: “Bu il mənim üçün iki hadisə ilə qabarıq yadda qaldı. Bir, Nobel verilmədi, iki, Kulis.az saytı fəaliyyətini dayandırdı. Bunun hər ikisi Azərbaycandakı ədəbi prosesə təsir etdi. Bizdə də sanki bir az sönüklük, geri çəkilmə hiss elədim. Bundan şikayətlənmirəm. Ümumiyyətlə, şikayətlənmək yaxşı şey deyil. Əsas odur ki, proses zəif də olsa gedir, tərcümələr çıxır, kitab təqdimatları keçirilir. Mənim özümün bu il “Ağ göl” romanım çap olundu. Daha bir romanımı yazıb bitirdim. Daha bir romanın eskizlərini hazırladım. İl ərzində yazılarım ədəbi tənqidin, xüsusilə gənclərin diqqətində oldu. Bu, məni sevindirir. Çətinliklərə baxmayaraq ümidliyəm. Yaradıcılıq bəhanə xoşlamır. Bu yola düşmüşüksə, axıracan əlimizdən gələni, hətta əlimizdən gəlməyəni etməliyik. Yeni il hamımız üçün düşərli olsun. Təqvimdə nədir özü bilər, bizim üçün, cəmiyyətimiz üçün kitab ili olsun.”
Narıngül: “Mənim düşüncəmə və müşahidəmə görə 2018-ci ilin ədəbi ovqatı xaotik oldu. İl ərzində ayrı-ayrı uğurlu bədii nümunələrə rast gəlinsə də, diqqət çəkən, hadisəyə çevrilən elə bir əsərə, yaxud kitaba rast gəlmədim. 2016-cı ildəki roman bumundan sonra sanki bir fasilə yarandı. Uğurlu və uğursuz nümunələr bolluğu, sosial şəbəkələrdə fəallıq göstərən çoxsaylı şair ordusu diqqət çəkdi. “Azərbaycan”, “Ulduz” jurnallarında, “Kulis.az” saytında müxtəlif nəsr nümunələri diqqətimi çəkdi. Əyyub Qiyasın “Snayper”, Vüsal Nurunun “İlda”, Təranə Vahidin “Mərasim nəğmələri” hekayələri yadımda qaldı. Yadda qalan hadisələrdən biri budur ki, yazıçı Varis Yolçuyev Rusiyada “İlin yazıçısı” elan olundu və 2018-ci il Rusiya ədəbi mükafatına layiq görüldü. Bunu da qeyd edərdim ki, “2018- ci il ədəbi hadisələrdən daha çox ədəbiyyatın təbliğatı ili kimi yadda qaldı. Çoxlu sayda kitablar çapdan çıxdı. Kitab təqdimatları, imza günləri keçirildi. Gənclər tərəfindən “hər yer ədəbiyyat” layihəsi irəli sürüldü və təbliğat kompaniyasına başlanıldı. Çap olunan kitabların bolluğuna, keçirilən imza günlərinin ifrat dərəcədə çoxluğuna nəzər salanda ağlıma qəribə bir fikir gəlir; yəqin ki, yazarların hazır ədəbi məhsulları artıq tükənib. Bu baxımdan üzümüzə gələn il ola bilər ki, ədəbiyyatın intibahı dövrünə qədəm qoyulacaq.”
Fərid Hüseyn: “Bu il maraqlı əsərlər az yazıldı, daha çox öncəki illlərin əsərləri müzakirə obyektinə çevrildi. Durğun, polemikasız, sakit bir ədəbi il keçdi”.
Sevinc Elsevər: “2018-ci il mənim üçün düşərli il oldu. Bu il “Çörək rəngli əl” adlı şeir kitabını, uşaqlar üçün “Şeytan çarxı” romanını çap elədim. Ümumi mənzərə ürəkaçan olmadı. Yenə yazarlarımız kitablarının satılmamağından şikayətləndilər. Oxucu qıtlığı, çap problemləri gündəmdə oldu. Böyük, beynəlxalq uğurlardan danışmağa dəyməz. Ölkə içində də vəziyyət belədir: sanki balaca bir gölməçədəyik, kimsə hərdən cıqqılı bir daş atır, gölməçə dalğalanır. Sonra yenə statik vəziyyət alır. Kədərlisi isə odur ki, bu il də ötən ildəki kimi gənc qələm adamlarının intihar xəbərləri yayıldı. Yeni ildə arzum budur ki, kədərli söhbətlər unudulsun.Hamıya yaradıcılıq uğurları, can sağlığı arzulayıram”.
AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.