Vergini Büdcəyə Necə Köçürmək Olar
Xalq artisti Brilliant Dadaşova bəhs edilən və müzakirələrə səbəb olan mövzunu bu cür qiymətləndirib:
Vergi nədir və vergilərin mahiyyəti
VERGİ NƏDİR?
Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.
- Vergi dövlət tərəfindən alınır.
- Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
- Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.
- Vergi əvəzsiz ödəmədir.
- Vergi məcburi ödəmədir.
- Vergi iqtisadi bir dəyərdir.
Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir social müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.
Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin finansmanı üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Bəzən lüks və sağlığa zərərli görülən mallara dövlət yüksək vergi qoyaraq əlavə gəlir əldə etməklə yanaşı vətəndaşlarının zərərli istehlak vərdişlərini dəyişdirməyə çalışır.
Vergi bəzən də yaşıl vergi, ekologiya vergisi adı altında dövlətə gəlir gətirməklə bərabər ekologiyanı qoruma məqsədini də güdür.
Dolayı vergi – Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir.
Birbaşa vergi – Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.
Subyektiv vergi – Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.
Obyektiv vergi – Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir.
Gəlir üzərindən ödənilən vergi – Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır.
Sərvət üzərindən ödənilən vergi – Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir.
Xərclər üzərindən ödənilən vergi – Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir.
Vergiləmə prinsipləri – bir vergi sistemində yer alan vergilərin seçimində və tətbiqində gözlənilməsi lazım olan prinsipləri ifadə edir.
Klassik prinsiplər – bu prinsiplər müasir dövrdə tam qaneedici təsir bağışlamır
Mali prinsiplər – 2 hissədə incələmək mümkündür
İqtisadi prinsiplər – vergilərin bu prinsiplərə sahib olması təsirli vergiləmənin şərtlərindəndir.
Klassik prinsiplər Adam Smith tərəfindən ortaya atılmış 4 əsas vergi prinsiplərindən ibarətdir:
1.Ədalət prinsipi
2.Müəyyənlik prinsipi
3.Uyğunluq prinsipi
4.İqtisadilik prinsipi
Ədalət prinsipi küylə içində olan və vergi ödəmə gücünə sahib hər kəsin, ödəmə gücü daxilində dövlət xərclərinin finansmanında iştirakının vacibliyini ifadə edir.Şəxslər heç bir fərq qoyulmadan ödəmə gücləri nisbətində vergi ödəməlidirlər.
Müəyyənlik prinsipi dedikdə hər kəsin ödəyəcəyi verginin növü və miqdarının əvvəlcədən müəyyən olunması nəzərdə tutulur.
Uyğunluq prinsipinə görə vergilər ödəyicilərdən ən uyğun zamanda və şərtlərdə alınmalıdır.Ödəyicilər vergi ödəmək adıyla çətin vəziyyətə salınmamalıdırlar.
İqtisadilik prinsipində isə ödəyicilərin ödəmiş olduqları vegi miqdarı ilə xəzinə daxil olan vergi miqdarı arasındakı fərqin mümkün olduğu qədər az olması nəzərdə tutulur.Bu 4 prinsip həm dövlət, həm də vətəndaşlar üçün faydalı prinsiplərdir.Ancaq müasir dövrdə bunların qəbul olmasına baxmayaraq yetərli olmadığı düşünülür.
Vergiləmənin ən önəmli məqsədi dövlət büdcəsi hesabına müəyyən edilmiş mal və xidmətlərin istehsalı üçün lazım olan finansman ehtiyacını qarşılamaqdır.Mali prinsiplər 2 başlıq altında analiz olunur:
1.Məhsuldarlıq prinsipi
2.Elastiklik prinsipi
Məhsuldarlıq prinsipi müəyyən bir zaman kəsiyində dövlət tərəfindən ediləcək xərclərin böyük bir qismini qarşılayacaq səviyyədə vergi gəliri əldə edilməsini ifadə edir.
Elastiklik prinsipi bir vergi ilə əldə olunan gəlirlərin müəyyən şərtlərə görə çoxalıb azalmasını ifadə edir.
Vergi hər şeydən öncə iqtisadi bir hadisədir.Bir ölkədə mövcud olan iqtisadi quruluşla vergi sistemi arasında çox yaxın bir əlaqə vardır.Vergi nətciə etibari ilə dövlətin milli gəlirdən aldığı paydır.Vergilərin iqtisadi prinsiplərini 2 şərt daxilində yazmaq olar:
1.Vergilərin bazarın işləyişi üzərində təsirləri
2.Vergilərin iqtisadi böyümə üzərində təsirləri
- Teqlər:
- vergi sistemi
- , verginin növləri
- , iqtisadiyyat
Vergini Büdcəyə Necə Köçürmək Olar
Fəaliyyət formasından və növündən, habelə tətbiq olunan vergi sistemindən asılı olmayaraq bütün təşkilatlar vergi ödəyicisi və vergi agentinin vəzifələrini yerinə yetirməlidirlər. Vergi agentləri, Vergi Məcəlləsinə uyğun olaraq, vergi tutulması, hesablanması və büdcəyə köçürülməsi həvalə olunan təşkilatlardır. Vergini büdcəyə necə köçürmək olar
Vacibdir
- – hesablama sənədləri;
- – vergilərin tutulması və köçürülməsi.
Təlimat
Addım 1
Vergi ödəyiciləri və vergi agentləri eyni hüquqlara malikdirlər. Vergi agentləri vergi ödəyicilərinə ödənilən vəsaitlərdən mənfəət vergisini vaxtında və düzgün tutmaq, büdcəyə köçürmək və 5 il ərzində vergilərin hesablanması, tutulması və köçürülməsi üçün zəruri sənədlərin saxlanılmasını təmin etmək məcburiyyətindədirlər.
Addım 2
Gəlir vergisinin məbləğinin tutulması mümkün olmadığı halda, vergi agenti qeydiyyatda olduğu yerdəki bu cür hallar və borcun məbləği barədə vergi orqanlarına məlumat verməlidir. Bu, bu şərtlər barədə məlum olduğu gündən bir ay ərzində edilməlidir.
Addım 3
Tutma agenti həm hesablanmış, həm də ödənilmiş gəlirin uçotunu aparmalıdır. Mühasibat hər bir vergi ödəyicisi barədə məlumat vermək mümkün olan şəkildə təşkil edilmişdir. Bundan əlavə, vergi agenti verginin büdcəyə hesablanması və tutulmasının düzgünlüyünə nəzarət edə biləcəyiniz sənədləri təqdim etməlidir.
Addım 4
Vergi agentliyinin vergi köçürmə vəzifələri aşağıdakı hallarda ortaya çıxır: – sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayan bir xarici şirkətə gəlir ödəyərkən;
– gəlir vergisi üçün vergi ödəyicisi olan bir şirkətə divident şəklində gəlir ödənildikdə.
Addım 5
Dividend, vergitutmadan sonra qalan bu təşkilatın alıcısına məxsus səhmlərindəki mənfəətin bölüşdürülməsində bir şirkətdən alınan hər hansı bir gəlir deməkdir.
Addım 6
Dividend alanın gəlirindən büdcəyə köçürüləcək məbləği müəyyən etmək üçün bütün vergi ödəyicilərinin xeyrinə paylanacaq ümumi məbləğ müəyyənləşdirilməlidir. Bundan sonra, əvvəlki və cari hesabat dövründə agentin dividend paylanarkən aldığı dividend məbləğini təyin etməlisiniz.
Addım 7
Əvvəlki dövrlərdən alınan dividendlərin miqdarı yalnız vergi bazası təyin edilərkən əvvəllər nəzərə alınmamaq şərti ilə nəzərə alınır. Bundan sonra ödəniləcək dividendlərin nisbətini müəyyənləşdirmək və dividendlərə paylanacaq ümumi məbləğ ilə vergi agenti tərəfindən alınan məbləğ arasındakı fərqi tapmaq lazımdır. Nəticədə fərq müvafiq vergi dərəcəsi ilə vurulur. Hesablamalar nəticəsində dəyər mənfi olarsa, vergi ödəmək məcburiyyəti yoxdur. Bundan sonra heç bir geri ödəmə edilmir.
Şou əhli vergini necə ödəməlidir? – Müğənnilər vergi qanunvericiliyini dəstəkləyirlər
Bir neçə gün əvvəl Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 1-ci oxunuşda qəbul edilib. Dəyişikliklər arasında müxtəlif sahələrdə çalışan vətəndaşların vergi öhdəliklərinə yenidən baxılması ilə bağlı məqamlar da yer alır.
Bunlardan biri kimi toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərən şəxslər üçün vergi öhdəliyinin yüngülləşdirilməsi təklif edilir. Sadalanan kateqoriyadan olan sənət sahibləri şou-biznes nümayəndələrinə aid edildiyindən ictimaiyyət arasında və mətbuatda bir sıra müzakirələr başlayıb. Şou-biznes dedikdə insanların ağlına ilk gələn müğənnilər olduğu üçün ictimaiyyət qanunvericilikdəki dəyişikliyi müğənnilərin vergi yükünün azaldılması kimi başa düşüb.
Son günlərdə millət vəkilləri, ekspertlər və şou-biznes nümayəndələrinin özləri bu barədə müxtəlif açıqlamalarla çıxış edirlər. Milli Məclisdə müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquluyevin də məsələyə münasibəti birmənalı olmayıb. O, bildirib ki, çəkməçidən 5 manat alırıq, bir toya 15 minə gedəndən isə 30 manat. Deputat Novruzəli Aslanov isə müğənnilərin vergiyə cəlb edilməsi məsələsində onları müdafiə edib və bu sahədə xərclərin çox olmasına diqqət çəkib. N.Aslanov bildirib ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir. Təkcə müğənnini müşayiət edən ansamblda 10-15 nəfər əməkdaş var ki, onlara da ödənilən vəsaitlər nəzərə alınmalıdır.
Bununla yanaşı iqtisad elmləri doktoru Z.Məmmədov vergi ödəməyən məşhurlara Real TV-i vasitəsi ilə səslənərək, onların idarə etdikləri avtomobilləri və yaşadığı evləri əlindən almaq kimi təhlükə ilə üzləşəcəklərini bəyan edib.
Müğənnilər vergini necə ödəyirlər?
Şou-biznes nümayəndələrinin toylardan əldə etdiyi qonorar tez-tez gündəmə gəlir və müzakirələrə səbəb olur. Lakin bunların içərisində ən çox qınağa məruz qalan müğənnilərdir. Hazırda ölkədə fəaliyyət göstərən şou-biznes nümayəndələrinin öz vergi öhdəliklərini necə müəyyənləşdirmələri və həyata keçirdiyi maliyyə əməliyyatlarının necə uçota almaları barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bu sahədə çalışan şəxslərin fəaliyyətinin uçotu və vergi mükəlləfiyyətlərinin müəyyənləşdirilməsində ümumi mənzərə üçün şou-biznes fəaliyyətini vergi nöqteyi-nəzərindən təhlil edək.
Əvvəla qeyd edək ki, şou-biznes nümayəndələrinin hər birinin vergi öhdəliyi eyni deyil. Onları ümumi müqayisə etmək doğru deyil. Məsələn, Vergi Məcəlləsinə əsasən, müğənnilər vergi öhdəliyini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirənlər kateqoriyasına daxil deyillər. Başqa sözlə desək, müğənnilər ayda sabit məbləğ deyil, gəlirlərinə görə vergi ödəyirlər.
Onlar vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınaraq öhdəliklərini yerinə yetirirlər. Əgər müğənni sadələşdirilmiş verginin ödəyicisidirsə, həmin gəlirlərdən rüblük olaraq 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödəməlidir. Məsələn, bu halda müğənni qazandığı hər 100 manata görə 2 manatını büdcəyə ödəyir və bu halda onun çəkdiyi hər hansı xərclər vergilərin hesablanması zamanı nəzərə alınmır. Lakin 2019-cu ildə vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra müğənnilərin əksəriyyəti sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirib. Çünki, müğənnilər restoranlara, şadlıq evlərinə xidmət göstərdikləri, yaxud müxtəlif şirkətlərin korporativ tədbirlərində iştirak etdikləri halda sadələşdirilmiş vergisinin ödəyicisi ola bilmirlər. Onlar yalnız əhaliyə xidmət göstərərsə, misal üçün el şənliklərində adi vətəndaşların toyuna gedib pul alarsa, sadələşdirilmiş vergi ödəyicisi ola bilər.
Beləliklə, böyük əksəriyyəti gəlir vergisi ödəyicisi olan müğənnilər vergini belə qaydada ödəyirlər:
Əgər vergi ödəyicisinin illik gəliri 200 min manata qədərdirsə, mikro sahibkarlıq subyekti kimi müğənni əldə etdiyi gəlirdən çəkdiyi xərcləri çıxmaqla qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Düzdür, bu halda ona həmin xərcləri rəsmiləşdirmək gərəkdir. Bununla yanaşı, mövcud qanunvericilik ona mikro sahibkarlar üçün müəyyən edilən vergi güzəştləri (vergiyə cəlb olunan gəlirini 75 faizədək azaltmaq kimi) verir.
Əgər vergi ödəyicisinin illik vergi tutulan əməliyyatların həcmi 200 min manatdan yuxarıdırsa, bu halda həmin şəxslər 20 faiz gəlir vergisi ödəməklə yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyata durmalı və əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə 18 faiz dərəcə ilə ƏDV ödəməlidirlər. Bu halda onlar həmçinin mikro sahibkarlıq üçün olan vergi güzəştlərini itirmiş olurlar.
Beləliklə, bu qayda hamı üçün keçərlidir və göründüyü kimi, digər vergi ödəyiciləri üçün olan öhdəlik müğənnilər üçün də eyni şəkildə müəyyən olunub.
Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə müğənnilərin vergi öhdəliyi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Televiziya proqramlarında, sosial şəbəkələrdə və ictimai tədbirlərdə sərgilədikləri həyat tərzi ilə diqqəti çəkən müğənnilərin vergi yükünün azaldığı ehtimalları əsassızdır.
Aparıcılıq və digər oxşar fəaliyyət göstərən şəxslər üçün nə dəyişir?
El şənliklərində aparıcılar, rəqqaslar, musiqiçilər, aşıqlar və s. iştirak edirlər. Onlar fərdi sənət sahibləridir və müğənnilərə nisbətən daha az gəlir əldə edirlər. Bütövlükdə aparılan təhlillər göstərir ki, belə şəxslərin gəlirləri bir qayda olaraq, mikro sahibkarlar üçün müəyyən edilmiş gəlirlər kateqoriyasında belə aşağı gəlirlər sırasına daxildir. Bu səbəbdən aşağı gəlirli belə fəaliyyətlə məşğul olanların vergi yükünü azaltmaq və daha da sadələşdirmək məqsədilə onlara münasibətdə sabit vergi sistemi tətbiq olunur.
Vergi Məcəlləsində toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərən şəxslər vergi öhdəliklərini xüsusi qəbz almaqla yerinə yetirirlər. Bu zaman dövlətə aylıq olaraq 30 manat sabit vergi məbləği ödəyirlər. Düzdür, bu zaman sabit vergi regiondan asılı olaraq müəyyən əmsallara vurulmaqla tətbiq edilir. Yəni, Bakıda çalışan şəxslə rayon və ya kənd yerində toyda iştirak edən şəxsin öhdəliyi bir-birindən fərqlənir.
2020-ci ilə təklif edilən dəyişikliklərdə müzakirə olunan məsələ belə şəxslərin vergi öhdəliklərinin yüngülləşdirilməsi ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinə əsasən, gələn ildən bu kateqoriya şəxslərin vergi yükü azaldılır və vergiyə cəlb olunan sabit məbləğ 30 manatdan 20 manata endirilir. Bundan sonra sabit vergi ödəyiciləri 20 manatı yuxarıda qeyd olunan regionlar üzrə əmsalları tətbiq edərək hesablayacaqlar.
“Gül kimi operatorsan, rejissor olmaq istəyirsən”
Bəzən el məclislərində, toylarda, şənliklərdə müğənnilər aparıcı kimi iştirak edir və məclisi özləri idarə edirlər. Bu zaman sual yarana bilər. Həm aparıcılıq, həm də müğənnilik edən sənətçi vergini hansı fəaliyyəti üzrə ödəməlidir? Vergi Məcəlləsinə görə, digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. Məsələn, Gəncədə toy idarə edən müğənni toyun aparıcılığını özü etdiyi üçün aparıcılar üçün nəzərdə tutulmuş 45 manatı və müğənni olaraq əldə etdiyi gəlirin vergisini ayrıca ödəməlidir.
“Toy ki var, çox qəliz məsələdir!”
Cəmiyyətdə xüsusi diqqət çəkən və bəzən hətta qıcıq doğuran məsələlərdən biri bəzən müğənnilərin yüksək qonorarlar hesabına toy məclislərində iştirak etməsidir. Lakin Azərbaycanda yüksək qonorarlı müğənnilərin el şənliklərinə və toylara dəvət olunması kütləvi xarakter daşımır. Belə qonorarlı müğənnilərin ümumi toylarda iştirakı göstəricisi 10 faizdən aşağıdır. Üstəlik, nəzərə alınmalıdır ki, yüksək qonorar tələb edən müğənnilər həmçinin kifayət qədər xərclərə malikdirlər (bura ansambla verilən qonorarlar, geyim, şou üçün tələb olunan avadanlıqların kirayəsi və s. kimi xərclər aiddir). Qanunvericilik onlara belə xərcləri rəsmiləşdirmək imkanı verir. Belə halda, onların aldıqları qonorarların həcmi elə də yüksək deyil. O cümlədən, toylar mövsümi xarakter daşıyan el şənlikləridir. Bu baxımdan müğənnilərin toylardan əldə etdiyi qazancın yüksək məbləğlər kimi qələmə verilməsi və ya ondan dövlətin böyük vergi gəlirləri əldə etməsi kimi fikirlər doğru deyil.
Beləliklə, müğənnilərin vergi yükünün azaldılması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik gözlənilmir. İstər müğənni, istər sahibkar, istərsə də digər sənət sahibi də daxil olmaqla vergi öhdəliklərini vaxtında yetirmək hər kəsin borcudur. Atalar demişkən, haqq-hesabı təmiz olanın üzü ağ olar.
Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir sıra məşhurlarla əlaqə saxlayaraq, onların mövzu ilə əlaqədar fikirlərlərini öyrənib.
Dəbdəbəli toy və el məclislərində tez-tez iştirak edən Əməkdar artisti Abbas Bağırov 2003-cü ildən stabil vergi ödəyicisi olduğunu, Q.Həsənquliyevin “15 min manata toya gedir, 30 manat vergi ödəyir” kəlməsinə isə etirazını bildirib:
“Qüdrət Həsənquliyev bu cür açıqlama verdiyi zaman konkret ad çəkməlidir. Mən onun dediyi 15 min manata toya gedən sənətçilərdən deyiləm. Azərbaycan qanunlarında nə yazılıbsa, onlara əməl etmək hər bir vətəndaşın borcudur. Eyni zamanda da mənim borcumdur. Mən vətəndaşlıq borcumu yerinə yetirirəm, başqasının nə etdiyi heç vecimə belə deyil. Qüdrət müəllimə deyin ki, 15 min manatı hər hansısa bir müğənni götürürsə, onu tək özü üçün almır. İfaçının kollektivində özündən savayı 15-17 nəfər olur. Hər biri də ayrı-ayrılıqda vergi ödəyir. Onlara aldıqları qonorarın vergisini ödəyirlər. Şəxsən mən Abbas Bağırov 2003-cü ildən stabil vergi ödəyicisiyəm. Mənə neçə faiz vergi yazılırsa, onu da ödəyirəm. Ola bilsin ki kənardan bu halva kimi görsənir. Kimsə çıxıb öz mal-mülklərini, avtomobillərini nümayiş etidirirsə, onlardan mənə nə!? Hamı axı elə deyil. Hamıya bunları şamil etmək düzgün deyil” .
Bağırov iqtisad elmləri doktoru Z.Məmmədov tərəfindən irəli sürülən “vergi ödəməyən məşhurların idarə etdikləri avtomobilləri və yaşadığı evləri əlindən alınsın” fikirlərinə isə bu cür şərh verib:
“Düz edirlər. Qoy alsınlar. Əgər hökümətin qanunlarına əməl etmirsənsə, belədə olmalıdır. Mən bununla tam razıyam”.
“Mediada mütamadi olaraq sizin ən yüksək məbləğə toya getdiyiniz haqda məlumatlar dərc edilir. Yazılanlar nə dərəcə də doğrudur?” sualına isə Abbas bu cür münasibət bildirib:
“Xeyr! Həqiqət deyil. Məndən də baha qiymətə toya gedən müğənnillər var”.
Xalq artisti Brilliant Dadaşova bəhs edilən və müzakirələrə səbəb olan mövzunu bu cür qiymətləndirib:
“Bu çox ciddi və mühüm məsələdir. Vətənimizə xaricdən gətirilən müğənnilərə 100 minlərlə pullar ödənilir. Halbuki onlar nə cəbhə bölgələrində, nə xalq konsertlərində, nə də ki televiziya proqramlarımızda və radiolarımızda pulsuz çıxış etməyiblər. Amma onların özəl məclislərdə iştirakları üçün bizim vətəndaşlarımız tərəfindən onlara 100 minlərlə pul ödənilir. 15 minə toya gedən heç bir ifaçını tanımıram. Müğənnin yanında 10-15 nəfər müsiqiçi olur. Əgər müğənniyə onlarla birlikdə 15 min manat pul verilirsə, maksimum ifaçının öz payına götürdüyü məbləğ 7-8 min manata yaxın olur. Müğənninin geyindiyi libas, saçı, makiyajı, televiziyalara proqramlarında çıxış etmək üçün, studiyalarda aranjimanlara, yeni mahnılara, kliplərə ödədiyi xərclədiyi pulları bəzi hörmətli millət vəkilləri ödəyirlər?
Şəxsən mən bir il ərzində 4-5 toy məclisinə gedirəm. Çünki mənim ifa etdyim musiqi, zövqümdə olan insanlar Azərbaycanda çox azdır. Elə bu səbəbdən də toylara az gedirəm. Aldığım qanorarın əksər məbləğini vergiyə, mahnılara, studiyaya, kliplərə, konsertlərə, televiziya və radio verilişlərinə xərcləyirəm. Bununla yanaşı, hər hansısa kanala çəkilişə gedəndə köməkçidən tutmuş, saç-makiyaj, geyim-keçimə kimi hamıya pul ödəyirəm. Əgər sadaladıqlarımı bu mövzu ətrafında müzakirə aparan bəzi hörmətli millət vəkillərimiz ödəyərsə, il ərzində toyun pulunu toplayıb onlara ödəməyə hazıram.
Bizim bir tək gəlir mənbəyimiz toylardır. O da ola və ya olmaya bilər. Məsələn, üç aydır ki, toya getməmişəm, pul da qazanmamışam. Toylardan aldığımız qanorarı işimizə xərcləyirik, ailəmizi dolandırırıq, bacardığımız qədər vergi də ödəyirik. Bəzi hörmətli millət vəkilləri istəyirlərsə, gəlsinlər canımızı da onlara qurban edək”.
Comments are closed, but trackbacks and pingbacks are open.