Uşaqlara hansı adlar qoymaq lazımdır
CAVAB
Cavan qalmağın sirri bu kənddə. – FOTO
Ekspertlər hesab edirlər ki, kənd turizminin inkişafı, şəhərdən kəndə miqrasiyanın sürətlənməsini, kəndlilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilər.
“Kaspi” qəzetinin bu mövzuda hazırlanmış yazısını təqdim edirik:
Bu gün tətili Malta, İspaniya, Maldiv adaları və ya Türkiyədə keçirməklə bağlı xəbərlərlə artıq heç kəsi təəccübləndirmək olmur. Çox az adam xarici mənzərələri olan rəngli fotoşəkillərdən zövq alır. Xaricə səyahət, tədricən normaya çevrildiyindən, əlçatmaz və lüks bir tərz olmaqdan çıxır. Zövqlü bir tətildən ötrü yeni seçimlər yarandığından, məsələn, təbiətlə baş-başa qalmaq üçün alternativ variantlar ortaya çıxdığından, insanlar istirahət düşüncələrində dəyişiklik etməyə başlayıblar. Kənd turizmi – aqroturizm konsepsiyası da bu baxımdan turizmdə yeni bir qola çevrilib və bu destinasiyanın pərəstişkarlarının sayı günbəgün artmaqdadır.
Kənd turizmi, nisbətən yeni və perspektivli bir destinasiyadır. Demək olar ki, kənd yerlərində turizmin davamlı inkişafına töhfə verən sosial və iqtisadi əhəmiyyətli sahibkarlıq növüdür: infrastrukturun inkişafı, həyat keyfiyyətinin yaxşılaşdırılması, yerli əhalinin gəlirlərinin artırılması, iş yerlərinin açılması, dəstəklənməsi və qorunması, ənənələr, mədəniyyət və ətraf mühitlə tanışlıq baxımından əhəmiyyətlidir.
“Getdikcə daha çox insan sakit bir atmosferə qərq olmağa, şəhərin səs-küyünü və problemlərini bir müddət unutmağa üstünlük verir. Həftə sonları və ya məzuniyyət günlərində kirayələdikləri kənd evləri, kottec və ya istirahət mərkəzlərində dincəlməklə kənd həyatının xüsusiyyətlərini daha yaxşı tanımağa nail olur. Bu, tətili ailə və ya yaxın çevrə ilə birlikdə qeyd etmənin əla yoludur. Təmiz havada manqalda kabab çəkmək, samovar qaynatmaq, yaşıl otların üzərində dincəlmək, quşların səsini dinləmək, şəlalənin şırıltısına qulaq asmaq səs-küylü bir restoranda bayağı ziyafəti əvəz etməklə, insan həyatında yaddaqalan bir epizoda çevrilir. “Belə bir əyləncə insanı rahatlaşdırır, gündəlik təlaşdan uzaqlaşdırır, təbiətə çəkir və dünyaya fərqli baxmağa imkan yaradır. Çox vaxt bu istirahətdən sonra insanlar daha sakit və tarazlı olurlar, çünki təbiətlə ünsiyyət hər kəs üçün faydalıdır”- deyə dünya turizmçiləri qeyd edirlər.
Avropanın kənd turizmi
Xarici ölkələrin təcrübəsi turizmin bu növünün nə qədər əhəmiyyətli olduğunu deməyə əsas verir: İtaliya, Fransa, Hollandiya və İngiltərə kimi ölkələr kənd turizminin inkişafına yaxşı nümunələrdir. Bu ölkələrdə çöldə turist səfərləri dənizdə istirahətdən sonra ikinci yeri tutur. Kənd turizmi yeni iş yerləri yaradır və bölgələrə real gəlir gətirir. Avropada kənd turizminin sürətli inkişafının səbəblərindən biri də kənd təsərrüfatı sektorundakı böhrandır. Müasir dövrdə kənd təsərrüfatında məhsuldarlıq və avtomatlaşdırma prosesi iş yerlərinin azalmasına səbəb olur.
Avropa Birliyində şəhər sakinlərinin çoxu kənd tətilinə üstünlük verir. Bir çox ölkədə bu turizm növünün inkişafı milli kənd mənzərələrinin qorunması istiqaməti baxımından dəyərləndirilir. İsveçrənin gözəl Alp çəmənliklərini, Hollandiyanın dəyirmanlarını və kanallarını belə qorumaq mümkün olub. İtaliya ildə orta hesabla 350 milyon dollar mənfəət əldə etməklə kənd turizmində Avropada birinci yeri tutur. Bu gün İtaliyanın nümunəsinə əsaslanan Avropa Birliyi aqroturizmə Qərbi Avropanın kənd təsərrüfatını xilas etmək üçün bir vasitə kimi yanaşır. “Kənd turizmi indi top-modeldir. İnsanlar buna yalnız yayda deyil, Milad, Pasxa və s. bayramlarda da üstünlük verirlər. Köhnə evlər yalnız bu cür istirahət edənlər üçün təmir olunur. Turistlər hər cür şərtlə razılaşmağa hazırdırlar”.
Kənd turizminin populyarlığının artması bir çox ingilis fermerlərini evlərində daha müxtəlif xidmətlər təklif etməyi təşviq edib. İngiltərədəki kənd turizmi getdikcə daha cəlbedici olur, çünki uşaqlar üçün son dərəcə əlverişli qiymətlər və xüsusi endirimlər təklif edirlər. Ölkənin cənub-qərbində köhnə təsərrüfatlar turizm məqsədi ilə bərpa olunur və çox populyarlaşır.
İrlandiyada ölkə mülkləri məcburi sertifikatdan keçir və otel kimi “ulduz” alırlar, evlərin divarları müvafiq miqdarda yaşıl yarpaqlarla bəzədilir. Xüsusi kataloqlar “yaşıl mənzil” axtaranlara kömək edir.
Macarıstanda 10 çarpayıdan gələn gəlirə görə ev sahibliyi edən şəxs vergidən azaddır. Rumıniya bu cür sahibkarların 15 il müddətinə vergi azadlığı məsələsini nəzərdən keçirir. Almaniyada 1980-ci illərin əvvəllərində periferik bölgələrdə turizm mexanizmi konsepsiyası hazırlanıb. Əsas məqsədi turizm bazarında bahalı infrastrukturdan istifadə etmədən və rahat yaşayış şəraiti yaratmadan, ucuz istirahət təklif etməkdir.
Avropa kənd turizmində həyatı, tələsmədən, sakit, kənd tərzində axır.
Qonşu Rusiyada “kənd turizmi” kənd sakinləri tərəfindən öz yaşayış binaları və şəxsi sahəsi əsasında yaradılan qonaq evlərində – mini otellərdə təşkil olunur. Bu model 90-cı illərin ortalarından Rusiyanın Kalininqrad bölgəsindən Yakutiyaya qədər bir çox yerlərdə tətbiq edilib. Çoxlu meşə gölünün olduğu Şimali Kareliyada 2 nəfərdən 8 nəfərədək ailə üçün kiçik kotteclərdə kənd turizmi növü geniş yayılıb. Evlər, maliyyəyə uyğun, ehtiyac olan hər şeylə təchiz olunub. Turistlərə qayıqlar, balıq ovu alətləri və xizək avadanlığı icarəyə verilir. Bütün bunlar kifayət qədər rahat şəraitdə, eyni zamanda təbiətdə aktiv şəkildə istirahət etməyə imkan verir.
Suyun dağıtdığı yollar, bahalı bazar
Artıq bizim ölkəmizdə də insanlar yay dövründə, məzuniyyətə çıxanda, istirahət etmək üçün məkan axtarışında olanda respublikamızın rayonlarında, səfalı guşələrdə dincəlməyə üstünlük verirlər. Həftə sonları paytaxtdan ayrı-ayrı rayonlar istiqamətinə hərəkət edən avtomobil karvanlarını görmək mümkündür. Pandemiya dövründə ölkənin quru sərhədlərinin bağlılığı, hava reysləri üçün məhdudiyyətlərin mövcudluğu və uçuş qiymətlərinin hədsiz baha olması insanların bu seçimində rol oynayır.
Keçən həftəsonu İsmayıllı rayonunun Cülyan kəndində də bu qələbəliyi görmək mümkün idi. İnsanlar dinamik və gərgin bir həyat ritmindən uzaqlaşmaq fürsəti əldə etdiklərindən məmnun idilər. Təbii ki, onlar belə bir tətillə təbiətə yaxınlaşmaq, dincəlmək, enerji toplamaq imkanı ilə yanaşı, bölgəyə xas adət-ənənələri, tarixi və mədəni irsin öyrənilməsi şansı qazanmışdılar.
Qeyd edək ki, bu bölgədə insanların istirahəti üçün seçim imkanları çoxdur – İvanovka, Basqal, Lahıc, Bayram-Gölü və s. kimi gəzib-görməli və istirahət etməli məkanlar var.
1500-ə yaxın əhalisi olan Cülyan kəndi də həmin yaşıl və sakit məkanlardan biridir. Kəndin adı latıncadakı “Julian” adından gəlir və mənası “Həmişəcavan” deməkdir.
Biz də kənddə “həmişə cavan qalmağın” sirrini öyrənmək üçün küçəbəküçə dolandıq.
Kəndin mərkəzi küçələri səliqəli və təmirlidir. Kəndarası yollara daxil olunca, diqqətin elə yalnız mərkəzi küçələri əhatə etdiyinə əmin olursan. Xüsusən, qışın qarını və yağan yağışları düşünəndə bu yollarda vəziyyətin o qədər də ürəkaçan olmadığını təsəvvür etmək çətin deyil. Amma onu da deyək ki, kəndarası yolların dağılmasında elə kənd sakinləri də günahkardırlar. Şəxsi həyətlərdə ağacların və bostanın suvarılması zamanı suyun küçə boyu axdığını müşahidə etdik. Təbii ki, su ən keyfiyyətli yolu da sıradan çıxardacaq. Belə hiss etdik ki, turistlərin böyük maraq göstərdiyi bu kəndin sakinləri yolları qorumaq məsələsində o qədər də məsuliyyətli deyillər.
Kəndlinin dolanışığı üçün
Kəndarası yollarla irəlilədikcə tez-tez “Kirayə ev”, “Kirayə bağ evi” kimi elanlarla rastlaşmaq olur. Həmçinin kənd sakinlərinin dolanışıqlarını təmin etmək üçün yumurta, qatıq, süd, toyuq, pendir, təndir çörəyi, lavaş və s. satdıqları məhsulların elanları qapılar və divarlar boyunca gələnləri müşayiət edir. Heç şübhəsiz, yerli sakinlərin məşğuliyyəti, öz təsərrüfatlarında istehsal etdikləri məhsulların satışından əldə edilən gəlir, həmçinin ucqar yerlərin və kəndlərin təbiətinin, tarixinin, adət-ənənəsinin tanıdılması və s. istiqamətində turistlərin cəlbi kənd turizmini formalaşdırır.
Sakinlər, xüsusən son illər bu kəndə gələnlərin sayının xeyli artdığını deyirlər. Dağətəyi ərazidə yerləşməsi, yamyaşıl təbiəti, şəlalə, çay və gölləri turistlərin diqqətini istirahət üçün bu kiçik kəndə yönəldir. Cülyan kəndində qonaqları qarşılamaq üçün fəaliyyəti mükəmməl olmasa da, istirahət mərkəzləri var. Yerli mətbəxin təamlarını təqdim edən ortabab kafelər fəaliyyət göstərir.
Kəndin sakinləri, əsasən ev kirayəsi və həyətyanı sahələrində, həmçinin ev şəraitində hazırladıqları məhsulların satışı hesabına dolanırlar. Evlərin və bağ evlərinin bir günlük kirayə qiyməti 50-150 AZN arası dəyişir. Evlərini təklif edənlər, əsasən sadə kənd sakinləridir. Ara-sıra yaşıllıqlar içində diqqət çəkən bahalı memarlıq nümunələrinə də rast gəlmək olur. Kəndin kirayə evləri ilə bağlı sosial şəbəkələrdə də elanlar var. Bu, müştəri tapmaq baxımından sakinlərin işini xeyli asanlaşdırıb. Kəndin bəzi sakinləri iş-güc ardınca Bakıya axışıblar: “Əgər kənd turizmi inkişaf edərsə, sakinlərin dolanışığı da yaxşılaşar. Adamlar öz evlərində yaşayar. Lap yaşadıqları mənzilin bir-iki otağını da turistlərə bir neçə günlüyə kirayə verib, gələn gəlirlə dolana bilərlər”- deyə söhbətləşdiyim kənd sakinləri deyirlər.
Yollarda sıra ilə düzülən sovet dövrünün “Jiquli” və “Niva” avtomobilləri kəndə gələn turistləri görməli yerlərə daşımaq üçün növbə gözləyirlər. Tez-tez rastlaşdığımız bahalı xarici avtomobillər isə turistlərə məxsusdur.
Kəndin bazarında istənilən mövsümi məhsulu tapmaq mümkündür. Sadəcə, qiymətlər kifayət qədər bahadır. Məsələn, əriyin kiloqramı 5-7 AZN arası dəyişir, göy-göyərti dəstəsi 20, yumurta 25 qəpik, kənd çolpası 12-13 manatdır. Satıcılar özləri də bahalığı etiraf edirlər. “Bazarda satılan məhsulların çoxunu – tərəvəz, meyvə və giləmeyvələri Bakıdan və digər rayonlardan alıb gətiririk. Yerli məhsullar, əsasən qoz, fındıq və şabalıd olduğundan, onların satışı mövsümi xarakter daşıyır. Satdığımız məhsulları baha alıb gətirir, üstünə müəyyən məbləğ qoyub satırıq. Yaxşı ki, kəndə turistlər çox gəlir. Hətta əcnəbi turistlər də gəlirlər. Bu baxımdan, yay dövrü bizim üçün sərfəlidir, dolanışığımız yaxşılaşır. Qış aylarında nisbətən çətin olur”- deyə bazarda söhbətləşdiyim satıcılardan biri qeyd etdi.
Kənd turizminin formalaşması, yerli sakinlərin, bir növ xilas yoluna çevrilib. Ancaq onlar turizmin bu növünün daha da inkişaf etməsini arzulayırlar.
Vergi güzəştləri olmalıdır ki.
Azərbaycan kənd turizminin kompleks inkişafı üçün çox perspektivli bir ölkədir. Ancaq qeyd etmək lazımdır ki, aqroturizm fəaliyyətini xüsusi olaraq tənzimləyən bazanın mövcud olmamağı, turizmin bu növünün regionlarda inkişafına mane olur. Nəzərə almaq lazımdır ki, kənd yaşıl turizminin inkişafı kəndin və kəndlilərin sosial-iqtisadi inkişafına təkan verməklə, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yardımçı ola bilər:
“Azərbaycanda mövcud olan əlverişli coğrafi şərait, zəngin təbiət, adət-ənənələr, qonaqpərvərlik kənd yaşıl turizminin inkişafına əlverişli şərait yarada bilər. Kənd yaşayış məntəqələrinin çoxunun dağlıq və dağətəyi ərazilərdə, landşaft ekzotikliyi ilə seçilən bölgələrdə yerləşməsi; kənd əhalisinin özünəməxsus adət-ənənələri, etnoqrafik rəngarəngliyi və zəngin mətbəxinin olması; bəzi qədim kəndlərdə sənətkarlığın inkişafı, ölkənin ayrı-ayrı bölgələrində müxtəlif sənət bayramlarının, folklor festivallarının keçirilməsi turizmin bu növünün inkişafına şərait yaradır”- deyə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov kənd yaşıl turizminin inkişafının vacibliyini qeyd edir: “Bu, həm kənd təsərrüfatının inkişafı üçün təkan ola bilər, həm də rayonlarda yeni iş yerlərinin yaradılması üçün fürsət yaradar. Eyni zamanda, turizmin bu sahəsi ölkəyə xarici turistlərin cəlb olunması üçün mühüm şərtdir. Avropa turistləri yaşıl kənd turizminə maraq göstərirlər. Onlar sakit məkanda, kənd həyatında dincəlmək istəyirlər. Turizmin bu növü inkişaf edərsə, kəndlilər öz məhsullarını turistlərə təqdim edə bilərlər. Bu da onların dolanışığına kömək edər. Bu sahənin inkişafı ilə ölkəyə daha çox turist cəlb etmək mümkündür”.
Bununla belə, M.Ağakərimov hesab edir ki, turistlərin cəlbi üçün ilk növbədə yaxşı infrastruktur yaradılmalı, kənd evləri bərpa olunmalıdır: “Yollar yaxşı vəziyyətdə olmalıdır ki, turistlər həm nəqliyyat vasitəsi, həm də piyada olaraq istədikləri ünvana gedib çata bilsinlər. Həmçinin gigiyenik normalara fikir vermək lazımdır. Həm bələdiyyələr, həm turizm qurumları, həm də icra orqanları turizmin bu sahəsinin inkişafı istiqamətində birgə fəaliyyət göstərməlidirlər. Bu, həm kənd təsərrüfatı üçün yaxşı mənbədir, həm də yeni iş yerləri və kəndli üçün əlavə qazancdır”. Turizmçinin fikrincə, kənd yaşıl turizminin mahiyyəti təkcə turistləri kənd evlərində yerləşdirmək deyil, eyni zamanda, kəndlərdə işsizlik kimi sosial problemin həllinə kömək göstərməkdən ibarətdir. Bu baxımdan, kənd yaşıl turizminin inkişafı regionda müxtəlif problemlərin həllinə yönəldilə, şəhər mühitinin kənd mühiti ilə əvəz olunmasını, şəhərdən kəndə miqrasiyanın sürətlənməsini, kəndlilərin gəlirlərinin artması və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilər”. M.Ağakərimovun fikrincə, aqroturizm kənd yerlərinə istirahətə gələnlərin vaxtlarını səmərəli keçirmək üçün təşkil olunan əyləncə və istirahət yerlərinin inkişafı, turistlərə iaşə xidməti göstərə bilən kiçik restoran, kafe və yeməkxana sektorunun genişlənməsinə imkan açar.
Turizmçi Ruslan Quliyev bəlli bir dövr üçün kənd turizmi ilə məşğul olan fiziki və hüquqi şəxslərin tamamilə vergidən azad olunmasının tərəfdarıdır. Belə ki, bu sahənin inkişafı kənddən şəhərə olan axının qarşısının alınması, işsizliyin həll olunmasına yönəlik fəaliyyətdir: “Eyni zamanda, xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, qadınların, yaşlı nəslin, bölgə gənclərinin bu işə cəlb olunması çox aktualdır. Bu, yoxsulluğun aradan qaldırılması üçün də vacib amildir”.
Kəndə istirahətə gələnlərin yenidən bu bölgəyə qayıtması üçün təbii ki, kəndin sahib olduğu gözəllikləri təqdim etməyə dəstək də lazımdır. Məsələn, tanıdılmasına ehtiyac olan Aşıq-Bayram gölünü əsil istirahət zonasına çevirmək olar. Yerli rəhbərlik, QHT-lər, aidiyyəti qurumlar bu istiqamətdə konsepsiyanı təkmilləşdirməlidirlər. Bu, həm kəndi tanıdacaq, həm də yerli sakinlərin dolanışığını təmin edəcək.
Uşaqlara hansı adlar qoymaq lazımdır
Sual: Uşaqlara hansı adlar qoymaq lazımdır?
CAVAB
Uşaqlara qoyduğumuz və ya qoyacağımız adların mənalarının dinimizə, ənənə və adətimizə uyğun olub olmadığını öyrənmək, uyğun deyilsə dəyişdirmək lazımdır. Haqlı səbəblərlə adını və ya soyadını dəyişdirmək istəyənlər də çıxa bilər. Beləcə adların mənalarını bilmək faydalı olar.
Bu mövzuda yazılmış dükanlarda bir neçə kitab vardır. Bəzisi çox genişdir. Nə qədər Ərəbcə və ya Farsca kəlimə varsa, ad olaraq kitaba yazmışlar. Bəzisi də çox sadə yazılmış, kəlimələrin lazımı bütün mənalarını yazılmamış. Hamısının ortaq tərəfi, məsdər halındakı adları, məsdər olaraq təsvir etmişlər. Bir şey ad halını alanda, artıq o məsdərlikdən çıxar. Məsələn, Azəricədə səhv olaraq məşhur sözü yerinə, “Filankəs şöhrət oldu” deyirlər. Bir uşağa Şöhrət adı verilmişsə, bunun mənası “məşhur olmaq” deyilməz. Burada Şöhrət kəliməsini məşhur olaraq bildirmək lazımdır. Çünki məqsəd budur.
Kəlimə ad olanda İslam, cihad sözləri də belədir. Bu sözlər ad olaraq qoyulmuşsa, artıq İslama müsəlman olmaq deyilməz. Müsəlman olan deyə təsvir edilir. Cihad kəliməsinə də hərb, hərb etmək deyilməz. Allah üçün döyüşən deyilir. Cihad kəliməsinin bir az daha qüvvətlisi Cahiddir. Bunun daha da qüvvətlisi Mücahiddir. Ad olaraq qoyulanda artıq Cihad da, Cahid də, Mücahid də, biri digərindən daha qüvvətli olmaq üzrə, cihad edən mənasını verir.
Bunun kimi Hicabı utanmaqla əlaqədar deməkdir. Amma bu ad olaraq istifadə ediləndə, xəcalətli, utancaq, həyalı, ədəbli, tərbiyəli, pərdəli, namuslu kimi mənalara gəlir.
Hulki, Ruhi, Sulhi kəlimələri də belədir. Dükanlardakı kitablarda bu xüsus bəzisində heç diqqətə alınmamış, bəzisində də çox az yer verilmişdir.
Uşaqlara gözəl ad qoymaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır.” [Əbu Nuaym]
“Qiyamətdə atanızın adı ilə birlikdə [Məsələn Əli oğlu Əmin, və ya Əli qızı Əminə deyə] çağırılacaqsınız. O halda adınız gözəl olsun!” [Əbu Davud]
Gözəl adlar çoxdur. Məsələn, Peyğəmbər adları, Rəsulullah əfəndimizin 400 qədər olan mübarək adları, Allahu təalanın Əsma-i hüsnasından olub, ad olaraq qoyulması caiz olan Əli, Əzizi, Məcid, Mucib, Rafi, Rəşid adları, Əshabi-kiramın, alimlərin və övliyanın adları qoyula bilər.
Bir adın gözəl olması üçün mütləq Qurani-kərimdə olması lazım deyildir. Yüz mindən çox Əshabi-kiramdan Həzrəti Zeyd xaric, heç birinin adı Qurani-kərimdə yoxdur. Gözəl adlar çoxdur. Dəyişik ad olsun deyə, yaxud ən gözəl ad olsun deyə Qurani-kərimdə keçən hər sözü, yalnız Qurani-kərimdə keçdiyi üçün uşağa ad olaraq qoymaq çox səhv olar. Çünki Qurani-kərimdə gözəl adların yanında kafirlərin adları da vardır. Ən başqa şeytan var, İblis var, Hannas vardır. Kafirlərdən Qarun, Haman vardır. Peyğəmbər əfəndimizin düşməni Əbu Ləhəbin adı vardır. Bunları qoymaq doğru deyildir.
Qurani-kərimdə keçir deyə ildırım, şimşək, gəlmək, getmək kimi sözlərin ərəbcəsini ad olaraq qoyanlar olur. Bu kəlimələrdən ən məşhurlarından biri Əsradır. Əsra, gecə getmək mənasını verər. Ünzilə endirildi, endirilmiş deməkdir. Belə adları qoymaq caiz isə də, enbiyanın, üləmanın, övliyanın adını seçmək əlbəttə yaxşı olar.
Ad sahiblərinə şəfaət
Hər Peyğəmbər öz adından olanlara, hər alim və övliya da öz adından olanlara şəfaət edəcəkdir. Gözəl adın bu baxımdan da önəmi vardır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allah qatında ən gözəl olan adlar Abdullah, Abdurrahmandır. [Mülsim] “Üç oğlu olub, birinə adımı verməyən cahillik etmiş olar.” [Tabərani]
“Alahu təala buyurar ki: Adı Əhməd, Muhamməd, Mahmud kimi Həbibimin adından olan möminə əzab etməkdən həya edərəm.” [R.Nasıhin]
“Bir evdə bir, iki və ya üç Muhamməd olmasının zərəri olmaz.” [İbni Sad]
“Oğlunun adını Muhamməd qoyan uşağı ilə Cənnətlik olar.” [A.Rufai]
“Muhamməd adlı uşağa hər yerdə ikram edin, onu alçaltmayın.” [Hatib]
“Muhamməd adlı kimsəni alçaq görməyin, onu məhrum etməyin! Onun olduğu bir evdə, bir yerdə bərəkət vardır.” [Deyləmi]
İbni Abbas həzrətləri, “Qiyamətdə, “Adı Muhamməd olan möminlər gəlsin” deyilir, hamısı Cənnətə aparılır.” buyurur.
Əcdadımız, hörmətdə qüsur olmasın deyə Muhamməd adından “Məhəmməd” şəklində istifadə etmişdir.
Peyğəmbər əfəndimizin mübarək adlarından birini də qoymaq çox yaxşı olar. Əshabi-kiramın adları da çox qiymətlidir. Əcdadımızın qoyduğu adlar da əhəmiyyətlidir.
Həzrəti Talha, on uşağının hər birinə bir peyğəmbər adı qoymuşdu. Həzrəti Zübeyrin də on uşağı vardı. O da hamısına şəhid adı vermişdi. Həzrəti Talha, Həzrəti Zübeyrə, “Niyə uşaqlarına peyğəmbər adı deyil, şəhid adı verdin?” dedi. O da, “Uşaqlarım peyğəmbər olmayacağına görə, şəhid olmalarını arzu etdiyim üçün” dedi.
Adı pis olanın dəyişdirməsi lazımdır! Hədisi-şərifdə, “Pis adı olan bunu gözəl ada çevirsin” buyuruldu. (Bəriqa)
Pis adlar
Məmiş, Sənəm adları caiz deyildir. Əhmədə Hamo, Məhəmmədə Məmo, İbrahimə İbo və ya İbiş demək caiz olmadığına görə, Abdullah Öcalana Apo, İbrahim Tatlısəsə İbo demək caizdirmi deyə düşünülə bilər. Caizdir, çünki məşhur adı söyləmək adını dəyişdirmək olmaz. Bunun kimi birinin adı Fatma ikən hər kəs Fatoş olaraq bilirsə, ona Fatoş demək küfr olmaz. Bənzərləri də belədir.
Kəzban, Farisi Kədbanudan gəlmişdir. Ev qadını və ya vəkilxərc qadın deməkdir. Vəkilxərc isə bir sarayın ticarət işlərini görən kimsə deməkdir. Hər nə qədər Ərəbcədə yalançı mənasına gələrsə də Farsçadan gəldiyi üçün dəyişdirilməsi lazım deyildir.
Kafir adı qoymaqdan da çəkinmək lazımdır! İmam Rəbbani həzrətləri buyurur ki:
Bir müsəlmanın bir kafirin adını almaqdan, qorxunc aslanlardan qaçmaqdan daha çox qaçması lazımdır. Bu adlar və onların sahibləri Allahu təalanın düşmənləridir. Hədisi-şərifdə, “Pis zənn altında qalınacaq yerlərdən qaçın” buyuruldu. Dinsizlik əlaməti olan və bu zənni oyandıran adları qoymaqdan çəkinmək lazımdır.
Tərifləyici adlar qoymaq
İbni Abidin həzrətləri buyurdu ki:
“Uşağa Əli, Əziz kimi adları qoymaq caiz isə də, bu adları söyləyərkən hörmət etmək lazımdır.” [Rədd-ül Muxtar]
Rəşid, Əmin kimi tərifləyici adlar qoymaq caiz isə də qoymamaq yaxşı olar. Çünki belə adları söyləyərək, sahibinə təhqir etmək, ada da təhqir olur. (Şirə)
Qiyamətdə günahları savablarından daha çox olan bir kimsə Cəhənnəmə aparılarkən Allahu təala Cəbrayıl əleyhissəlama buyurar ki:
Həzrəti Cəbrayıl o kimsədən soruşar. O da, “Təəssüf ki, heç bir alimlə bir arada olmadım” deyər. Allahu təala təkrar buyurar:
- Ya Cəbrayıl, soruş ki, heç bir alimi elmindən ötəri sevdimi?
Cəbrayıl əleyhissəlam ona soruşar. O da, “Xeyr, sevdiyim bir alim yox idi” deyər. Haqq Təala buyurar:
Cəbrayıl əleyhissəlam soruşar. O da, “Xeyr heç bir alimlə bir süfrədə olmadım” deyər. Haqq təala buyurar ki:
- Ya Cəbrayıl, bu qulun adı bir alimin adına bənzəyirmi, bunu da soruş!
Cəbrayıl əleyhissəlam soruşar. O da, “Xeyr heç bir alimin adına bənzəməz” deyər. Haqq təala buyurar ki:
Görüldüyü kimi adı bir alimin adına bənzəmək, hətta alimi sevəni sevmək belə insanın qurtuluşuna səbəb olur. Əlbəttə hər şeydən əvvəl mömin olmaq şərti vardır. Mömin olmadıqdan sonra gözəl adın və ibadətin qiyməti olmaz.
Uşağa doğulanda və ya doğumu ardınca yeddinci günü adı qoyulur. Doğulduqdan sonra dərhal ölən uşağa da ad qoyular. Yuyunar, cənazə namazı qılınar. Ölü doğulan uşağa ad vermək lazım deyildir. Fəqət ad verərək dəfn etmək yaxşı olar.
Adı qoyacaq kimsə
Uşağın adını elm əhli, saleh bir şəxsə qoydurmaq lazımdır! Əshabi-kiram uşaqlarına adları Peyğəmbər əfəndimizə verdirməyi seçmişdir. Uşağa ad qoyarkən uşağın atası, babası və ya ən qoca, elmi ən çox olan, uşağı qucağına alar, dəstəmazlı olaraq qibləyə dönər və ayaqda sağ qulağına azan oxuyar, sol qulağına iqamət oxuyar. Adı üç dəfə təkrar etmək yaxşı olar. Bu arada uşağın ağzına şirin bir şey qoymaq yaxşı olar.
Peyğəmbər əfəndimiz Həzrəti Həsən doğulanda qulağına azan oxumuşdur. Azan oxuyacaq kimsə uşağı yastıq kimi yumşaq bir şey üstünə qoyaraq qucağına alar. Uşağı biri qucağına alıb azanı bir başqası da oxuya bilər. Bir hədisi-şərifdə də buyuruldu ki:
“Yeni doğulan uşağın sağ qulağına azan, sol qulağına iqamət oxunarsa, “Ümmü sıbyan” xəstəliyindən qorunmuş olar.” [Beyhəqı]
Uşağa ad qoyduqdan sonra saleh bir övlad olması üçün və dinə xidmət etməsi üçün dua etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Ya Rəbbi bu uşağı xeyirli və salehlərdən et və onu gözəl bir şəkildə yetişməsini təmin et!” deyə dua etmişdir.
Əbu Musəl Əşari həzrətləri, “Uşağım doğulduğu gün onu Rəsulullaha apardım, adını İbrahim qoydu” dedi. Amr ibn Şüeybin babası isə, “Rəsulullah, yeni doğulan uşağa yeddinci günü ad verilməsini və əqiq kəsilməsini əmr etdi” dedi. [Tirmizi]
Buxaridə, “Əgər əqiq kəsilməyəcəksə, uşaq doğulduğu vaxt ad qoyular və ağzına şirin bir şey verilər” deyilir.
Sual: Məlis adı Quranda keçirmi? Uşağıma bu adı verməyimdə bir zərər vardırmı?
CAVAB
Məlis sözü Quranda keçməz. Peyğəmbər əfəndimizin yüz mindən çox dostu vardı, biri xaric heç birinin adı Quranda keçməz. Əbu Bəkir, Ömər, Osman, Əli heç biri Quranda yoxdur. Bir adın Quranda keçməsi lazım deyildir. Böyük şəxslərin adını qoymaq, Peyğəmbərlərin adını qoymaq yaxşı olar. Çünki hər Peyğəmbər, hər alim öz adında olan insana şəfaət edəcəkdir. Onun üçün ot adı, daş adı qoymamaq lazımdır. Övliyanın, böyüklərinin adını qoymaq lazımdır. Məlis adını qoymaqda zərər yoxdur.
Sual: Samed adı caizdirmi?
CAVAB
Sual: Əzrail adı caizmi?
CAVAB
Sual: Uşağım doğulduqdan üç gün sonra öldü. Dəfndən bir neçə ay keçib. Ad qoymamışdıq. İndi ad qoymağımız caizdir?
CAVAB
Sual: Muhamməd adını qoymaq məkruhdurmu?
CAVAB
Məkruh deyildir. Qoyduqdan sonra hörmət lazımdır.
Sual: Naziyə, Oğuzxan, Furkan, Günəş, Kürşad, Yadallah, Kəzban, Yasin, Rauf, İrəm, Mələk, Kənan, Damra adı caizmi?
CAVAB
Caizdir. Kafir adından başqası caizdir. Üstün olanı qoymaq lazımdır.
Sual: Əli Osman adını qoymaq uyğundur?
CAVAB
Əli Osman adını qoymaq yaxşıdır.
Sual: Beş aylıq ikən doğulub ölən uşağa ad qoyular?
CAVAB
Canlı doğulmuşsa, nəfəs almışsa, ad qoyular.
Kafir adı vermək
Sual: Almaniyadakı bəzi gənclər Alman və ya başqa qeyri-müsəlmanların adlarından istifadə edirlər. Məsələn, adı “Həsən” olan bir nəfərdən qeyri-müsəlman adını soruşanda “Adım Hansdır” deyir. “Hans” olaraq çağırılmasını istəyir. Bir müsəlmanın kafir adı ilə çağırılmasını istəməsi caizdirmi?
CAVAB
Caiz olmadığını İslam alimləri bildirir. Əhli-sünnət alimlərinin ən böyüklərindən olan İmam-Rəbbani həzrətləri Xanı Xanana yazdığı məktubda buyurdu ki:
Nə qədər təəccüblüdür ki, qiymətli təvəccöhünüzə qovuşmaqla şərəflənən şairlərdən birinin, bir kafir adını soyad olaraq aldığını eşitdim. Bu alçaq adı görəsən nə üçün aldı? Belə adları almaqdan, qorxunc aslanlardan qaçmaqdan daha çox qaçmaq lazımdır. Çünki bu adlar və onun sahibləri Allahu təalanın düşmənləridir. Onun Peyğəmbərinin düşmənləridir. Müsəlmanların kafirləri düşmən bilməsi əmr olunmuşdur.
Bunun kimi pis adları övladlarına qoymaması hər müsəlmana vacibdir. Ona söyləyin! Bu adı dəyişdirsin! Onun yerinə müsəlmana yaraşan bir ad qoysun. Müsəlman olana müsəlman adı yaraşar. Allahu təalanın sevdiyi və Onun Peyğəmbərinin bəyəndiyi, İslam dinində olmaqla şərəflənmiş bir kimsənin halına uyğun da ancaq budur. Hədisi-şərifdə buyuruldu ki:
“Qiyamətdə adlarınızla və atanızın adları ilə çağırılacaqsınız. Onun üçün gözəl adlar alın!” [Əbu Davud]
Dinsizlik əlaməti olan adları qoymaqdan çəkinmək hər müsəlmanın vəzifəsidir. (1/23)
Sual: Nick name olaraq prince (prens) king qoymaqda zərər vardır?
CAVAB
Qısa bir zaman üçün də olsa kafirlərin adını qoymaq uyğun deyildir. Bu sözlər yerinə şahzadə, sultan, xaqan, bəy, bəylərbəyi kimi adlar qoyula bilər.
Pis adları dəyişdirmək
Sual: Adının mənası çox pis olanın şəxsiyyət vəsiqəsindən dəyişdirməsi lazımdır?
CAVAB
Şəxsiyyət vəsiqəsindən dəyişdirmək lazım deyildir. Ailəsi və ətrafı yeni adla çağırsa problem qalmaz. Zamanla hər kəs alışar və daha sonra şəxsiyyət vəsiqəsində də asanlıqla dəyişdirilə bilər. Həzrəti Aişə anamız “Rəsulullah çirkin adları dəyişdirərdi” buyurdu. (Tirmizi)
Əsiyə və Asiyə
Sual: Əsiyə adı uyğundurmu? Dəyişdirmək lazımdırmı?
CAVAB
Əsiyə başqa, Asiyə başqadır. Əsi, uyğun, əlverişli deməkdir. Asi, üsyan edən deməkdir. İslam hərfləriylə yazılışları da fərqlidir. Əsiyə, Fironun xanımı olan Həzrəti Əsiyənin adıdır. Uyğun, əlverişli mənasına gəldiyi kimi dirək, hüznlü qadın mənasına da gələr. Asiyə isə üsyan edən mənasındadır. Bu baxımdan Asiyə adını dəyişdirmək lazımdır.
Muhamməd adını qoymaq
Sual: “Üç oğlu olub da birinə mənim adımı qoymayan cahillik etmiş olar” hədisinə uyğun olaraq uşağa Muhamməd adını qoymaq uyğun olar ?
CAVAB
İndiki vaxtda lazımı hörmət edilə bilməyəcəyi üçün zərərlidir. Peyğəmbər əfəndimizin adlarından olan Əhməd və ya Mahmud yaxud əcdadımızın qoyduğu kimi Məhəmməd adının qoyulması lazımdır. Muhamməd adı qoyularsa, hörmətdə qüsur ediləcəyi üçün uyğun olmaz. İki hədisi-şərif məali belədir:
“Muhamməd adını qoyduğunuz uşağı döyməyin və yaxşılıq edin!” [Bəzzar]
“Muhamməd adını verdiyiniz uşağa hörmət edin, məclislərdə ona yer açın və ona qarşı qaş-qabaqlı olmayın!” [Hatib]
Uşağın adını peyğəmbərlər və mələklərin adlarından qoyunca, adını söyləyərək o uşağı pisləmək, ona kiçildici şeylər söyləmək, onu alçaltmaq caiz deyildir. (Şirə şərhi)
Zamanımızda lazımı hörmət göstərilmədiyi üçün Muhamməd adı yerinə Məhəmməd qoymaq lazımdır.
Qiyamətdə bir nəfəri Cəhənnəmə apararkən, Allahu təala, “Ey mələklərim, o qulumu üzməyin, onun mənim yanımda bir yaxşılığı vardır” buyurar. Mələklər maraq edib o yaxşılığın nə olduğunu soruşarlar. Allahu təala “Onun adı mənim Həbibimin adındandır. Adı Əhməd, Muhamməd və ya Məhəmməd olan mömin quluma əzab etməyə həya edərəm” buyurar. (Riyad-ün-nasıhin)
Muhamməd adı
Sual: Muhamməd adlı uşağa Muhamməd deyə xitab etmək ədəbə zidd olar?
CAVAB
Xeyr, zidd deyildir, fəqət tənbəl, xasiyyətsiz kimi çirkin ifadələrdən Muhamməd adıyla birlikdə istifadə etmək caiz olmaz. Tək başına bunları söyləməyin, məsələn yenə o qəsd edilərək, “Bu tənbəldir” deməyin zərəri olmaz. Ad deyilincə hörmət etmək lazımdır. İki hədisi-şərif məali belədir:
“Muhamməd adlı uşağa hər yerdə hörmət edin, onu aşağılamayın!” [Hatib]
“Muhamməd adlı kimsəni alçaq görməyin, onu məhrum etməyin! Onun olduğu bir evdə, bir yerdə bərəkət vardır.” [Deyləmi]
Bunun üçün hörmətdə qüsur olmasın deyə əcdadımız Muhamməd adından Məhəmməd şəklində istifadə etmişdirlər.
Ad qoyarkən azan oxumaq
Sual: Uşaq yeni doğulanda ad qoyularkən qulağına azan oxumaq lazımdır?
CAVAB
Azan oxumaq yaxşıdır. Çünki Peyğəmbər əfəndimizin Həzrəti Həsən doğulduğu zaman qulağına azan oxuduğu hədis kitablarında yazılıdır. (Tirmizi)
[Adını qoyacaq kimsə uşağı yastıq kimi yumşaq bir şey üstünə qoyaraq qucağına alar, sakitcə sağ qulağına azan, sol qulağına da iqamə oxuyar. Sonra qulağına adını söyləyər. Uşağı biri qucağına alıb, azanı bir başqası da oxuya bilər.]
Bir hədisi-şərifdə buyuruldu ki:
“Yeni doğulan uşağının sağ qulağına azan, sol qulağına da iqamət oxunarsa, “Ümmü sıbyan” deyilən xəstəlikdən qorunmuş olar.” [Beyhəqı]
Qəni kəliməsindən istifadə etmək
Sual: Haqq Sözün Vəsiqələri kitabında, “Allahu təalanın yalnız özünə məxsus olan üç sifəti, kibriya, qəni olmaq və yaratmaqdır” deyilir. Bu vəziyyətə görə, “Allah qəni-qəni rəhmət etsin” və ya “qəni könüllü” demək yaxud uşaqlara Qəni adını qoymaq caizdirmi?
CAVAB
Qəni [əl-Qəniyy] Allahu təalanın 99 adından biridir. Heç kimə möhtac olmayan, hər kəsin ona möhtac olduğu şəxs deməkdir. Bu mənada əlbəttə ad olaraq istifadə edilməz.
Hədisi-şərifdə, Əyyüb əleyhissəlam üstünə yağan qızıl çəyirtkələri toplamağa başlayanda, Allahu təalanın “Səni qəni qılmamışdımmı?” buyurduğu bildirilir. Yəni “Səni zəngin etmişdim” deyilir. Bir hədisi-qüdsidə isə, “Allahu təala sizdən qənidir” buyurulur. Yəni “Allahu təala çox zəngindir və sizə möhtac deyildir” deyilir. Burada insanlara da qəni deyilə biləcəyi aydın olur.
İslam Əxlaqı kitabında, “Vacib olan qurbanı kəsmək üçün üç şərt lazımdır: Müsəlman və ağıllı, buluğ yaşında olmaq, mukim olmaq, qurban nisabı miqdarı qəni olmaq” deyilir. Burada da qəni olmaq zəngin olmaq mənasında istifadə edilmişdir.
Qəni zəngin, varlı və bol kimi mənalara gələr. Qəni könüllü, əli bol, comərd deməkdir. Qəni-qəni isə, bol-bol deməkdir. “Qəni-qəni rəhmət etsin!” demək, “Bol-bol rəhmət etsin!” deməkdir.
Zəngin mənasında uşaqlara Qəni adını qoymaq caizdir, amma Qəni olan Allahın qulu mənasındakı, Abdülqəni qoymaq daha gözəl olar.
Aslan adı
Sual: İnsanlara, Əsəd, Aslan kimi heyvan adı qoymaq caizdirmi?
CAVAB
Caizdir. Çünki təhqir qəsdiylə qoyulmur. Birinə öküz deyilsə təhqir olar, öküzün daha kiçiyi olan tosun deyilsə təhqir olmaz. “Tosun kimi uşaq” deyilsə təhqir sayılmaz. Tarixdə Tosun adlı şəxslər vardı. Məşhur Tosun paşa, Qavalalı Məhməd Əli Paşanın oğlu idi.
Övliya şəxslərdən Əsəd adlı olanlar vardır. Məsələn, Ubeydullahı Əhrar həzrətləri zamanında yaşayan Muhamməd Əsəd bunlardan biridir. Həzrəti Əliyə Əsədullah yəni Allahın aslanı deyilir. Budin Bəylərbəyi Aslan paşa və Səlcuqlu sultanının adı da Alparslan idi.
Tərifləyici adlar qoymaq
Sual: İslam Əxlaqı kitabında, “Rəşid, Əmin adını verməməli. Muhiddin, Nurəddin kimi adlar da yalan və bidət olur. Fasiqləri, cahilləri, mürtədləri belə çağırmaq məkruhdur. Çünki bunlar tərifləyici adlardır. Məcazi olaraq da deyilə bilməz. Öz uşaqlarına bu adları uğurlu olmaq üçün qoymaq caiz olar deyilmişdir. Saleh olduqları məşhur olan alimləri bu adlarla zikr etmək caiz və faydalıdır” deyilir. Sonu din ilə bitən adları qoymamaq lazımdır? Məsələn, bu adlar qoyulmazmı: Cəmaləddin: Dinin gözəli. Fəxrəddin: Dində təriflənməyə layiq. Fəridüddin: Dinin ən üstünü. Xeyrəddin: Dinin xeyirlisi. Seyfəddin: Dinin qılıncı. İmadəddin: Dinin dirəyi. Məcdəddin: Dinin böyüyü. Sadəddin: Dinin mübarək adamı. Siracəddin: Dinin şamı. Şəcaəddin: Dinin qəhrəmanı. Şəmsəddin: Dinin günəşi. Şərafəddin [Şərəfüddin]: Dinin şərəflisi. Şihabəddin: Dinin parlaq zəri. Tacəddin: Dinin tacı.
CAVAB
“Müsəlman olan kimsə uşaqlarına bu adları qoya bilər” və “ Saleh şəxsləri bu adlarla anmaq faydalıdır” deyilir. Bidət əhli və mürtədlərin adları gözəlsə onları bu adlarla anmamaq lazımdır. Məsələn, Muhamməd Abduh deməyib, yalnız Abduh demək lazımdır və ya M.Abduh deyə yazmaq lazımdır. “M hərfi nədir?” deyə soruşularsa, “Mason kəliməsinin qısaltması” deyilə bilər.
Ad qoyarkən
Sual: “Ruməysa, Bəkir, İrəm, Kəzban, Gülsüm kimi adlar uşaqlara qoyulmaz. Ayrıca Cəbrayıl, İsrafil, Əzrayıl kimi mələk adları ilə Rəsul və Nəbi adlarını da qoymaq məkruhdur” deyənlər var. Doğrudur?
CAVAB
Bir adın mənası gözəl olmasa da, əgər böyük bir şəxsin adı isə, belə bir adı uşaqlara qoymağın heç zərəri olmaz. Hətta bu ismin sahibləri öz adında olanlara şəfaət edər.
Rəsul və Nəbi, elçi, xəbərçi, müjdəçi kimi mənalara gələr. Bu məna da qoymağın heç zərəri olmaz. Peyğəmbər adlarını uşaqlara qoymaq caiz olduğu kimi, mələklərin adlarını da qoymaq caizdir. Peyğəmbərlər mələklərdən üstündür. Peyğəmbər adı kimi mələk adı da caizdir.
İrəm, Şəddad adlı bir kafirin bağçasının adı isə də, bağçanın günahı nədir? Bəzi əriklərə, keşiş əriyi deyilir. Bu məntiqə görə belə əriklər yeyilməz?
Kəzban adı Farscadır. Qahya qadın, bir dairəni idarə edən qadın deməkdir. Ked-banu adından gəlməkdədir. Hər nə qədər Ərəbcədə yalançı mənasına gələrsə də, Frascadan gəldiyi üçün qoyulmasında zərər yoxdur. İlahiyyatçının sözü səhvdir.
Peyğəmbər və mələk adı
Sual: Uşaqlara Peyğəmbər əfəndimizin Muhamməd adını, Cəbrayıl, Mikayıl, Rıdvan kimi mələk adlarını qoymaq məkruhdur?
CAVAB
Xeyr, məkruh deyildir. Bir hədisi-şərifə əsaslanaraq bəzi alimlərin məkruh deməsi bu ad deyilərək təhqir edilməməsi üçündür. Çünki din kitablarında deyilir ki:
Uşağa peyğəmbər və mələk adı qoyulanda o uşağa adı deyilərək təhqir etmək, söymək caiz deyildir. Çünki bundan o adı alçaltma mənası çıxa bilər. Ancaq adını söyləmədən “Sən beləsən, sən heləsən” deyilə bilər. (Şirə şərhi)
İmam Malik həzrətləri buna görə Yasin, Cəbrayıl, Əzrail kimi adların uşaqlara qoyulmasının məkruh olduğunu bildirmişdir. Osmanlılar Muhamməd adını da Məhməd olaraq qoymuşdurlar. Təhqir edilməyəcək olsa bu adları qoymağın zərəri olmaz. Necə ki, əsrlərdir əcdadımız Məhəmməd, Mikail, İsrafil adlarını uşaqlarına qoymuşdurlar.
Hörmət edilməyə bilər deyə bu adları qoymamaq yaxşı olar. Məsələn, uşağa Əzrail adı qoyulsa, “Çəkilin Əzrail gəlir” və ya Cəbrayıl qoyulsa, “Mənə Cəbrayıl gəldi, vəhy gətirdi” deyə lağ edilə bilər. Belə mübarək ad qoyulmuş uşaqlara kədərli bir şey söyləyərkən, təhqir olmasın deyə adıyla söyləməyib, “Sən tənbəlsən, o yaramazdır, bu oğrudur” kimi işarə əvəzlikləriylə söyləmək lazımdır.
Beyini qocalana qədər cavan saxlamaq üçün nə etməli? Məşhur akademikdən 5 tövsiyə
Məşhur rus alim, psixiatr, nevropatoloq, fizioloq, psixoloq akademik V.M.Bexterev bütün həyatını beyinin fəaliyyətinin öyrənilməsinə həsr edib.
Alim sübut edirdi ki, insanların yalnız 20%-də beyin qocalana qədər öz funksiyalarını itirmir. İnsanların əksər hissəsində isə beyində bu və ya digər formada və ağırlıq səviyyəsində pozulmalar inkişaf edir. Bəs bu 20%-ə düşmək üçün nə etmək lazımdır?
Akademik V.M.Bexterev
Saglamolun.az bildirir ki, Bexterev beyini qocalana qədər işlək vəziyyətdə saxlamaq üçün 5 çox sadə qaydaya əməl etməyi tövsiyə edirdi:
1. Beyini məşq etdirin!
Kitab oxumaq, yeni dilləri öyrənmək, şəkil çəkmək, riyaziyyatla məşğul olmaq beyinin sağlamlığı və cavanlığını təmin edən məşqlərdir. Bunlar beyini tonusda saxlayır.
2. Hər gün açıq havada gəzin!
Bu beyinin qan dövranını yaxşılaşdırır. Bexterev öz pasiyentlərinə müşahidə edəndə fikir verib ki, 2 həftə ərzində hər gün açıq havada gəzən insanlarda beyinin fəaliyyəti yaxşılaşır.
3. Tez-tez uşaqlarla ünsiyyətdə olun!
Bexterevin fikrinə görə, beyin üçün ən yaxşı məşq uşaqlarla ünsiyyətdə olmaqdır. Uşaqlar öz gözlənilməz suallarla böyüklərin beynini fəal şəkildə işləməyə, daha çox fikirləşməyə vadar edir.
4. Dincəlin!
Fasiləsiz işləyən beyin tez yorulur və qocalır.
5. Hər yaşadığınız günə sevinin, daha çox gülün!
Bexterev belə hesab edirdi ki, gülüş sinir sisteminin ən yaxşı stimulyatorudur.
Yeri gəlmişkən Bexterevin özü 70 yaşında zəhərlənmə nəticəsində (bəzi məlumatlara görə onu qəsdən zəhərləyiblər) vəfat edib və son gününə qədər aktiv elmi fəaliyətlə məşğul olur, araşdırmalar aparırdı.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.