Press "Enter" to skip to content

Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir

Məlum olduğu kimi Çində bir çox məhsulların, o cümlədən də düyünün saxtası hazırlanaraq bir çox ölkələrə idxal edilir.

Düyünün saxta olduğunu necə bilək?

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Maraqlı Təbii və saxta düyünü necə ayırd etməli? – MARAQLI ÜSULLAR

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Sentyabr 06, 2019 – 08:54

!Reklam – Yazi

Günümüzdə əksər qida məhsullarının saxtasına rast gəlmək və hətta yemək qeyri-adi hal sayılmır. Hər addımda daha sağlam və faydalı qidalanmağa çalışsaq da, marketlərdə satılan ərzaqların təbiiliyinə hər zaman şübhə var. Yəni, qulaqlar yediklərimiz haqqında nələr eşitmir?!

Yenicag.az syl.ru-ya istinadən xəbər verir ki, süfrələrimizi bəzəyən düyü artıq plastik və digər materiallardan asanlıqla hazırlana bilən məhsula çevrilib. Çində olan bəzi fabriklər daha asan qazanc əldə etmək üçün sintetik qətrandan (plastik material) düyü istehsal edirlər. Həmin materialdan düyü formasında hazırlanan məhsula vurulan ətir və dadlandırıcı əlavələr elə xoş olur ki, hətta təbiisindən seçilmir. Bəs saxta düyünü necə müəyyən etmək olar? 1 xörək qaşığı düyünü 2 stəkan suda qarışdırın. Suda batıb-batmayacağına fikir verin. Əgər batırsa demək hər şey normaldı. Suyun üzərində qalacaqsa, demək plastik materialdan hazırlanıb. Düyünü qaynardarkən suyun üzərinə yığılan təbəqəyə diqqət edin. Suyun səthində qalın çöküntü əmələ gəlirsə, bu, düyünün plastik olmasına işarədir. Ən mükəmməl üsul isə düyünü yandırmaqdır. Yandırarkən plastik material və ya kartof qoxusu gələrsə, demək düyü saxtadır. Həmçinin, yandırarkən plastik material kimi tez alışıb yanacaq. Marketlərdən düyü alarkən istifadə olunma müddətinə diqqət edin. Saxlanma müddəti 1 ildən çoxdursa, bu, onun saxta düyü olmasına işarədir. Firuzə Alimova

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir?

“Bayramqabağı Azərbaycan bazarlarında saxta düyü məhsulları peyda olub. Belə ki, son zamanlar ölkəmizə gətirilən düyü məhsulunun əsas hissəsinin xalis düyü olmadığı üzə çıxıb. Bir sıra alıcılar düyü adı ilə satılan məhsulun xaricdə əsasən xəmirdən hazırlandığını bildirirlər. Onu da qeyd edək ki, Azərbaycana düyü əsasən Hindistan, Pakistan, İran, Çin, İndoneziya və Türkiyədən gətirilir.

Bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, düyünün içində qurumuş xəmirə bənzər maddənin olması onun saxta olduğuna işarədir:

“Azərbaycanda saxta və keyfiyyətsiz malların satılması mütəmadi xarakter daşıyır. Düyünün saxta olmasına gəldikdə, özüm bu halla rastlaşmışam. Bir neçə gün əvvəl marketlərdən birindən aldığım düyünün saxta olduğundan şübhələndim.

Ona görə də yoxlamaq üçün onu qovurdum, gördüm ki, Çindən gələn düyülər kimi yanmır, qovrulur. Sonra kəsəndə gördüm ki, içərisində qurumuş xəmirəbənzər maddə var. Yəni üzvü maddədən hazırlansa da, aldığım düyünün xalis düyü olmadığı üzə çıxdı.

Görünüşdə düyü olsa da, xalis düyü deyil, sadəcə ona xüsusi forma veriblər. Bu halla rastlaşmağım onu göstərir ki, ölkə bazarında saxta düyü də satılır. Bu hallar ölkəmizdə qida təhlükəsizliyi məsələsinin ürəkaçan şəkildə olmadığını göstərir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, əksinə, Azərbaycan bazarlarında saxta düyüyə rast gəlmədiyini deyir:

“Düyü qırıntılarından düyü hazırlaya bilərlər. Xaricdə düyü tozundan düyü hazırlama texnologiyası var. Lakin Azərbaycan bazarına bu kimi düyülər gətirilmir. Əhali yaxşı olar ki, yerli və sarı düyülərə üstünlük versin. Xəmirdən hazırlanmış saxta düyü isə Azərbaycan bazarında yoxdur. Kim bunun əksini sübut etsə, ona 100 manat hədiyyə verəcəyəm”.

Düyünün saxta olduğunu necə bilək?

Məlum olduğu kimi Çində bir çox məhsulların, o cümlədən də düyünün saxtası hazırlanaraq bir çox ölkələrə idxal edilir.

“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, süni kimi bilinən düyü əslində, tam sintetik deyil.

Onun əsasını formanı yaxşı saxlaması üçün plastik əlavə edilmiş kartof nişastası təşkil edir. Bir pors bu cür düyü yedikdə siz bir ədəd sellofan paket yemiş olursunuz. Ona görə də, düyü almazdan əvvəl onu yoxlamaq lazımdır.

Saxta düyünü əsl düyüdən fərqləndirmək üçün 4 üsulu təqdim edirik:

Su testi

1 xörək qaşığı düyünü soyuq suya ataraq sürətlə qarışdırın. Əgər düyü dənələri qabın dibində qalarsa deməli düyü təbiidir. Yox əgər dənələr suyun üzərində üzürlərsə, onda bu düyünün tərkibindən şübhələnmək lazımdır.

Alov testi

Düyünü kibritlə yandırın. Saxta düyü o dəqiqə alışaraq yanacaq və yanmış plastmas qoxusu yayacaq.

Əzilmə testi

Bir neçə ədəd düyü dənəsini əzin. Əsl düyü ağ una çevrilir. Saxta düyüdən isə sarımtıl rəngli kütlə alınacaq.

Kif testi

Əgər siz yemək hazırladığınız düyü yeməyinin zərərsiz olub-olmadığını öyrənmək istəyirsinizsə, o zaman bişmiş düyünü az miqdarda qapalı şəkildə isti bir yerdə saxlayın. Bir neçə gündən sonra əsil düyü kiflənəcək. Saxta düyü isə ilk günkü kimi qalacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.