Dəm qazı “kabusundan” necə qorunaq
Hamam otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər olmalıdır ki, oradan içəri hava daxil olsun. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4-oksid əvəzinə karbon 2-oksid hasil edir. Dəm qazı otağa daxil olduğu müddətdən 7-30 dəqiqəyə insan həyatına son qoya bilir. Onu da deyim ki, tüstü bacaları payızda yoxlanılmalıdır”.
Evlərdəki səssiz ölüm – dəm qazından zəhərlənmə barədə hər şey
Havalar kəskin soyumasa da artıq dəm qazından zəhərlənmə və ölüm halları qeydə alınır. Bu günlərdə Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Xətaidə də dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Bu ilin noyabr ayında Bərdədə Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı, 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu yaşadıqları evdə dəm qazından boğulublar. Dəm qazı ilə bağlı maarifləndirmə işləri aparılsa da, hər il payız-qış mövsümündə dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir.
Artıq 30-dan çox müraciət var
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havalar soyuyandan indiyədək Mərkəzə 30-dan çox müraciət daxil olub. Onun sözlərinə görə, müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.
A. Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə hadisələrinin baş vermə səbəbi insanların bu səssiz ölümə qarşı biganəliyidir. Şöbə müdidi deyir ki, qaz cihazlarının işlədiyi otaqlarda mütləq şəkildə havalandırma olmalıdır:
“Çox təəssüf ki, insanlar əksər hallarda qaz cihazları işləyərkən dəm qazının yarana bilmə ehtimalını nəzərə almırlar. Hamamlarda qaz cihazı yerləşdirmək yolverilməzdir. Əgər qaz cihazı hamamda işlək vəziyyətdədirsə bu zaman hamamın qapısının aşağı hissəsi deşikli olmalı, yaxud da nəfəslik açıq saxlanılmalıdır”.
Dəm qazından zəhərlənənə ilkin yardım göstərilməsə.
A. Maqsudov deyir ki, dəm qazı əksər hallarda otaqda qaz qızdırıcısından və hamama quraşdırılmış qaz cihazından düzgün istifadə edilmədiyi halda baş verir. Toksikoloq bildirir ki, dəm qazından zəhərlənmə zamanı ilkin əlamətlər başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmalarıdır. A. Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməlidir ki, xəstə vəziyyətdən çıxardılsın. Bu zaman zəhərlənən şəxs təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, ehtiyac yarandığı halda süni nəfəs vermək lazımdır. Daha sonra zəhərlənmiş xəstə xəstəxanaya çatdırılaraq orada tibbi yardım göstərilməlidir”.
Köhnə evlərin sökülməsi dəm qazı zəhərlənmələrini azaldıb
Azad İstehlakçılar Birliyinin Kommunal Məsələlər üzrə eksperti Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə dəm qazından zəhərlənmə və ölüm halları azalıb. Bu isə paytatxda inşa olunmuş gecəqonduların sökülməsi sayəsindədir.
N. Qasımov deyir ki, dəm qazından zəhərlənmə və ölüm halları qaz cihazlarından istifadə qaydalarının kobud pozulması nəticəsində baş verir. Onun sözlərinə görə, qaz cihazının yandığı otaqda qazın yanması üçün hava olmalıdır: ” 1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatmadığı zaman və ya həddən çox olduğu zaman karbon 4 oksid (CO2) əvəzinə karbon monoksid (CO) ayrılır. CO – karbon monoksid olduqca zəhərli qazdır və insanı da bu zəhərləyir. Bundan əlavə otağın sahəsi qaz cihazına uyğun olmalıdır. Qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur”.
Qaz keyfiyyətsizdir, yoxsa?
N. Qasımovun sözlərinə görə, dəm qazı zəhərlənmələrində qazın keyfiyyəti rol oynamır: “Azərbaycan qazı xarici ölkələrə də satır. Qazın tərkibinə iyi hiss olunsun deyə müvafiq maddə vurulur. Bu isə zəhərlənməyə səbəb ola bilməz”.
30 manatla həyatımızı xilas edə bilərik
Ekspert bildirir ki, qazdan zəhərlənmə və ölüm hallarının, eləcə də qaz partlayışlarının qarşısını almaq üçün evlərə detektorlar quraşdırılmalıdır: “Bu cihaz elə də baha deyil. Qiymət 30-35 manat arasında dəyişir. Xarici ölkələrdə bütün mənzillərə bu cihaz quraşdırılır ki, dəm qazı yarandıqda, qaz açıq qaldıqda abonentin xəbəri olsun. Çünki, cihaz bu zaman siqnal verir. Bizdə isə təəssüf ki, çox az mənzildə detektor var. Hesab edirəm ki, bu cihazdan istifadə məcburi olmalıdır”.
AİB səlahiyyətlisi deyir ki, binalarda hər il payız-qış mövsümü öncəsi tüstü bacaları təmizlənməldir.
Evinizdə bunlara əməl etməsəniz.
Fövqəladə Hallar Nazirliyindən isə bildirdilər ki, əhali qazdan düzgün istifadə etməli, maarifləndirici məlumatlara diqqət yetirməlidirlər: “Dəm qazının yaranmaması üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Əks halda dəm qazı ölüm təhlükəsi yarada bilər.
Nazirlikdən həmçinin qeyd etdilər ki, dəm qazından zəhərlənmə özünü baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqla göstərir. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Milli.Az
Dəm qazı “kabusundan” necə qorunaq?
Qış özü ilə yalnız soyuq gətirmir. Bu fəsildə Azərbaycanda həm də dəm qazından boğulma halları artır. Təəssüf ki, qaz sobaları təkcə evləri isitmir, həm də insanların həyatına son qoyur.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, havalar soyusa da, dəm qazından boğulma ilə bağlı müraciətlərin sayında artım yoxdur:
“Bu həftə ərzində dörd nəfər dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. İki nəfərin vəziyyəti orta-ağır olduğu üçün bir gecə xəstəxanada qalıblar”.
Azər Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə halı daha çox qapalı mühitdə olur:
“Zəhərlənmələr zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları olur. Hamam otağı qapalı və isti olduğundan dəm qazından boğulma zamanı ölüm halı tez baş verir. Çünki isti nəticəsində damarlarda qanın hərəkəti intensivləşir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır.
Dəm qazının rəngi və qoxusu olmadığı üçün təhlükəlidir. Qapalı mühitdə elə olur ki, iki-üç dəqiqə içində hadisə baş verir. Əsasən uşaqlar və qadınlar dəm qazından daha tez boğulurlar.
Ümumiyyətlə, dəm qazı qadınları daha tez boğur və fəsadı da yüksək olur. Bunun səbəbi oksigen çatışmazlığına həssaslıq və müqavimətin zəif olmasıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dəm qazından boğulma halları insanların səhlənkarlığından baş verir:
“Pəncərələri, hamam otağının qapısını bağlayır, tüstü bacalarının təmizlənməsinə əhəmiyyət verilmir. Dəfələrlə insanlara xəbərdarlıq edirik ki, gecə qazı söndürüb yatın. Uşaqlara, qocalara qazla rəftar etməyə icazə verməyin. Dəm qazından zəhərlənmələrin əksəriyyəti hamam və yataq otağında baş verir.
Hamam otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər olmalıdır ki, oradan içəri hava daxil olsun. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4-oksid əvəzinə karbon 2-oksid hasil edir. Dəm qazı otağa daxil olduğu müddətdən 7-30 dəqiqəyə insan həyatına son qoya bilir. Onu da deyim ki, tüstü bacaları payızda yoxlanılmalıdır”.
Ekspert bildirib ki, mağazalarda dəm qazından qorunmaq üçün aparatlar satılır:
“Həmin cihazlar dəm qazı zamanı reaksiya verir. Bu cihazı almaq lazımdır. Yeni binaların bəzilərində aparatlar quraşdırılıb. Bu cihazlar olsa, 50 faizə qədər qazdan boğulma halları azalar”.
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda tüstü bacaları düzgün təmizlənmir:
“Kim necə istəyir, elə təmizləyir. Halbuki bacaların quraşdırılması və təmizlənməsi texnologiyası var. Payız ayında tüstü bacaları təmizlənməlidir. Dördgöz sobalar olan otaqda qazı söndürüb yatmaq lazımdır. Dəm qazından boğulma halları ilə bağlı bizə çoxsaylı şikayətlər gəlir”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) hər il dəm qazından zəhərlənmələrlə bağlı vətəndaşlara xəbərdarlıq edir.
Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.
Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.
Bu eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.
Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin.
Mənzildə dəm qazı olub olmadığını evdə necə yoxlaya bilərik
Xəbər verdiyimiz kimi, yanvarın 5-də Bakıda Nərimanov rayonunda yerləşən mənzillərdən birindən dörd nəfərin meyiti tapılmışdı.
“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumatda ilkin ehtimala görə, hadisənin dəm qazından zəhərlənmə səbəbindən baş verdiyi qeyd olunurdu. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Bununla belə, “Azəriqaz” İstehsalat Birliyi yerli KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirib. Belə ki, qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, “Azəriqaz” əməkdaşları həmin 4 nəfərin qazdan boğulma ehtimalı ilə bağlı mənzildə ilkin araşdırma aparıb: “Smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğu, yəni qurğudan qaz keçmədiyi məlum olub. Həmin hadisədə dəm qazı ehtimalı reallığa oxşamır. Amma bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılandan sonra qərar qəbul olunacaq. İlkin olaraq dəm qazından boğulma ehtimalı görünmür. Dekabrın sonundan sayğacda qaz limiti bitdiyinə görə bloklanıb. Mənzil daxilinə isə baxış keçirməyə müvafiq dövlət qurumları tərəfindən şərait yaradılmayıb. Təbii ki, yenə də araşdırma tələb edən bir məsələdir”.
“Azəriqaz” və Baş Prokurorluq tərəfindən verilən açıqlamalar arasında müəyyən qədər təzad olduğu görünür. Bəs görəsən, qaz sayğacı dörd nəfərin ölümünündən sonra bloka düşə bilərdimi? Ümumiyyətlə, smart tipli sayğacların iş mexanizmi necədir?
Ekspert Nüsrət Qasımov evdə olan qaz cihazında yanma prosesinin düzgün getmədiyini də istisna etmir. Bu barədə o, “Qafqazinfo”ya açıqlamasında deyib:
“1 kub metr qazın yanması üçün 9,5 kub metr oksigen lazımdır. Oksigen çatışmayanda dəm qazı 7 dəqiqədən 30 dəqiqəyə qədər hər şeyi məhv edə bilir. Çünki o, elə güclü xüsusiyyətə malikdir ki, insan huşunu itirir, özünü idarə edə bilmir. İnsan hərəkət edə bilmədiyini dərk edir, lakin durub qapını açıb çölə çıxa bilmir. Ola bilər ki, bu hadisəyə səbəb dəm qazı olub. Lakin ehtimal da var ki, ev sahibi məsuliyyətdən qaçmaq üçün sayğacı sonradan söndürüb, cihazları da yığışdırıb. O haradan bilsin ki, sayğacda nə qədər qaz olub, nə qədəri işlənib, nə qədəri qalıb?! Belə halların baş verməməsi üçün ildə iki dəfə evlərə getmək, yoxlanış aparmaq lazmdır. Hansı ki, bu əvvəllər belə idi. İndi isə sadəcə ildə bir dəfə guya qaz sayğaclarının müayinəsi aparılır. Cihazların qaz buraxıb-buraxmamasını mütəmadi yoxlamaq lazımdır. Özü də bunu təhsilli mütəxəssis etməlidir. Yoxsa ki, iki turbanı bir-birinə birləşdirib özünə usta deyən adama etibar etsən, bu cür hadisələr də qaçılmaz olur”.
Məlumat üçün bildirək ki, “smart-kart” tipli qaz sayğaclarının əsas xüsusiyyəti odur ki, abonentin balansına yüklənmiş vəsait bitdikdə, sayğacın ekranında “bağlanmış klapan” simvolu əks olunur və qaz təchizatı dayanır. Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür, klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi xidmətlərindədir.
Bu fakt göstərir ki, evdə qaz sızması olarsa, partlayış baş verməli idi. Partlayış baş vermədiyinə görə yerdə qalan ehtimal evdəki qaz cihazının işlək vəziyyətdə həyat üçün təhlükəli olan “uqar” (dəm qazı) yaratmasıdır. Evdəki şəxslərin dördünün də eyni anda “uqar”a düşərək zəhərlənməsi isə çox aşağı ehtimaldır. Bu da geriyə bir ehtimal saxlayır: Dörd nəfər yuxuda olduğu zaman zəhərləniblər. Üstəlik, ərazidə olan şəxslər meyitlərin evdən çıxarılması zamanı evin içərisinin isti olduğunu, meyitlərin ciddi erroziyaya uğradığını deyiblər. Qış ayları olduğu üçün, meyitlərin erroziyaya uğraması daha yavaş getməli idi. Cəsəd isə yalnız isti şəraitdə sürətli erroziyaya uğraya bilir. Bu isə hadisə baş verən zaman evdə qaz cihazının yanar vəziyyətdə olması ehtimalını gücləndirir.
Amin Nəzərli
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.