Press "Enter" to skip to content

Geyim qaydaları nə deyir: Dress-kodun 6 əsas növü

Day.Az lent.az-a istinadən bilməli olduğunuz qızıl qaydalarını təqdim edir.

Siz hardan biləsiniz Öztürk olmaq nədir.

Fulyanı çox sevdim. İlk gördüyüm gündən. Mənimçün o, Qarabağ savaşının obrazlarından biridir – çox sevimli, bəyənilən, simpatik. Efirə hədsiz yaraşır. Tanrı heç nəyi əsirgəməyib. Gözəl qaməti, gözəl duruşu, gözəl üzü, gözəl gözləri.

Simasındakı təbiilik, doğmalıq, emosionallıq, yanğı və sevgi onu hamıdan fərqləndirir. Seçilir Fulya.

Fulya həm də ona görə seçilir ki, gənc xanımdır. Onu ön cəbhədə, odun, alovun içərisində təsəvvür etmək çətindir. Amma biz onu məhz müharibənin ən qaynar nöqtələrində haqq səsimizi dünyaya duydurmağa çalışırkən gördük. Həm heyrətləndik, həm də sevindik. Bir türk qızı belə olmalı – gözü qara-qorxu, yorğunluq nədir, bilməyən, Azərbaycanı da Türkiyə qədər sevən, Vətən bilən.

Belə qızı, belə türk qızını necə ekranlaşdırmayasan, necə çəkməyəsən, necə filmləşdirməyəsən?! İkinci biri varmı? Müharibənin bizə tanıtdığı Fulya kimi ikinci bir qadın jurnalistin adını çəkə bilərsinizmi?! Müqayisə edə biləcəyimiz daha bir isim varmı?!

Yoxdur. Ona görə yoxdur ki, Türkiyədə savaş müxbirliyinin dərsini, kursunu, elmini keçirlər, əlifbasını, düsturunu öyrədirlər. Tam yetişdirdikdən, nəzəriyyəsini öyrətdikdən sonra təcrübəsini də keçirlər. Və bu çox bahalı bir təhsildir, təcrübədir. Bizdən fərqli olaraq, Türkiyə şou-biznesdən başlayaraq sosial mövzulara qədər hər sahədə “özünü sınamış” “hərşeyşünaslar” göndərməz müharibənin od-alovunun içərisinə.

Yəni Fulya peşəkardır. Amma. O, 44 günlük müharibədə işini sadəcə, bir peşəkar və bir xəbərçi kimi görməkləmi kifayətlənirdi? Onun gözəl, qəlbləri riqqətə gətirən, inlədən səsindəki yanğını, fəryadı görürdünüzmü, hiss edə bilirdinizmi? Gəncə qətliamındakı səsi-ünü yadınızdadırmı? Bir avropalı, hansısa əcnəbi müxbir edə bilərdimi bunu? Göz yaşlarını xatırlayırsınızmı?

Gəncədəki xain erməni dəhşəti və vəhşəti onun baxışlarından və səsindən yayıldı dünyaya. Onun etdiyindən daha təsirlisini hansımız edə bildik, etdikmi?!

Sosial şəbəkələrdə oxuduqca, izlədikcə ürəyim sızlayır, parça-parça oluram: başımız savaşda əldə etdiyimiz uğurlara, bir-birinin ardınca gələn qələbə xəbərlərinə qarışanda Fulyaydı Gəncə, Bərdə, Tərtər, Goranboy faciələrini yayan, ardarda reportajlar yayımlayan, canlı yayımlara çıxan. Bəlkə də o vaxt bütövlükdə cəbhəyə gözümüzü dikdiyimizdən, Gəncəni, Bərdəni, Tərtəri yaxşı görə bilmirdik, ancaq o dəhşətləri gözləriylə görən, canı dişində, qəlbi ovcunda Fulya üçün onda da faciəydi, indi də. Raketlərin yerlə-yeksan etdiyi binaların xarabalığında tikə-parça olmuş insan qalıqlarını heç təsəvvürümüzə gətirmədik o vaxt. Amma xərəklərə meyit yox, insan tikələri toplanırmış. Bəzi uşaqların heç tikəsi də tapılmayıb. Bu acıları, bu fəlakəti gözləriylə görən, bu ağrılara qəlbi tab gətirən – mən yəqin ki, havalanardım o səhnələri görsəm, – peşəkar həmkarımıza ağız büzməyə kimin haqqı var.

İzlədikcə, gördükcə utanıram, xəcalət çəkirəm. Fulya da görür, oxuyur, nələr hiss edir, heç düşünürsünüzmü? Bu qədər rəzil və ayıb müzakirələri kim başlatdı, davam etdirənlər kimlərdir? Jurnalistikamızın üz qaraları, dosta, qardaşa, qonağa bu münasibətsizliyi göstərməyi kimdən öyrəndiniz? Bu görgüsüzlüyü necə öyrəndiniz.

Dünyanın hər yerində ən sadəsindən tutmuş, ən ünlüsünə qədər istənilən şəxs barədə film də çəkmək olar, roman da yazmaq olar. Önəmli olan o filmin kim haqqında çəkilməsi yox, dünyaya ünvanladığı mesajlardır. Mən əminəm ki, Fulya Öztürk haqqında film çəkmək ideyası da bu məqsədlədir. Biz Fulyanın gözəl simasıyla ağrılarımızı çatdıracağıq dünyaya. Onu ona görə qəhrəmanlaşdırırıq ki, ehtiyacımız var buna. Bəlkə bir soyuqqanlı avropalıya göstərə bilərik ağrının nə demək olduğunu. Savaş meydanından uzaqdakı evində, yuvasında, isti yatağında yuxuya getmiş insanların tikələrini toplamağın nə demək olduğunu bəlkə Fulyanın ağlar gözlərilə, hüznüylə, kədəriylə çatdırarıq qəlbsiz insanabənzərlərə. Bir erməniylə bir azərbaycanlının fərqi nədir, xarabazara çevrilmiş şəhərlərimizin, kəndlərimizin səssiz ağısıyla izah edə bilərik bəlkə dünyaya.

Nədir xoşunuza gəlməyən? Dünyaca məşhur Jan Klod Van Damm haqda film çəksək, xoşunuza gələrmi? Hazır, quda da olmuşuq. Fulya Öztürkü niyə layiq görə bilmirsiniz? Sizin ola bilmədiyiniz yerdə Fulyanın olmasımı sizi üzür?! Onun sevilməyini, seçilməyini, qəhrəmanlaşdırılmağınımı sinəyə çəkə bilmirsiniz?! Hələ də anlamırsınız ki, bu, xalqın seçimidir, xalqın sevgisidir, xalqın qiymətidir. Xalqın seçdiyini, sevdiyini, yüksəltdiyini heç kimsə yıxa, aşağılaya, kiçildə bilməz.

90-cı illərdən üzü bəri – Birinci Qarabağ müharibəsindən bu günə qədər minlərlə qəhrəman əsgər və zabitimiz şəhid olub. Elələri var ki, adları belə topluma bəlli deyil, naməlumdurlar, məzarları belə yoxdur. Elələri var, qolu yoxdur, qıçı yoxdur, gözü yoxdur, əlil arabasında yaşlayanlar var, təmənnasız, umacaqsız yaşayırlar yurdlarında. Savaşda çox böyük qəhrəmanlıqlar göstərmiş əsgərlərimiz, zabitlərimiz. əminliklə deyirəm ki, var. Çoxdurlar. Amma çoxunun şəhidliklərindən də, qaziliklərindən də, qəhrəmanlıqlarından da xəbərsizik. Taleləri belə gətiribmi, özlərimi həddən artıq təvazökardırlar, ya önə çıxmayıblar, ya çıxmaq istəməyiblər, ya da çıxaran olmayıb.

Amma kimlərsə də seçilib, sevilib, məsələn, şəhid generalımız Polad Həşimov kimi, şəhid əsgərimiz Mübariz İbrahimov kimi. Kim deyə bilər ki, Azərbaycan Ordusunda Polad Həşimovdan başqa fədakar zabitimiz olmayıb və ya yoxdur?! Kim iddia edə bilər ki, Mübariz kimi fədakar oğullarımız azdır? Sizi inandırıram ki, yüzlərlə belə zabitimiz, əsgərimiz olub və bu gün də var. Amma o qəhrəmanlar məhz Polad Həşimovun simasında ümumiləşdi, xalqın ürəyində özünə əbədi yer qazandı.

Fulya Öztürkü də belə bilək. Qardaş ölkənin – Türkiyənin media fədakarlığının siması kimi seçildi. Öztürk xaricə çıxan səsimiz, sözümüz, gözümüz kimi ümumiləşdi. Onun haqqında film çəkən rejissor da, ssenarist də, operator da, montajçı da, işıqçı da çox gözəl bir işlə məşğuldurlar: ləyaqətli bir türk qızına, Azərbaycanı çox sevən, insan acılarına, müharibə dəhşətlərinə laqeyd qala bilməyən, işinə qəlbinin odunu, ruhunun işığını, ürəyinin sevgisini də qatan bir həmkarımıza – cəsarətli savaş müxbirinə minnətdarlıq və şükranlıq duyğularımızı bir sənədli filmlə çatdırırlar. Çünki azərbaycanlı olmaq bu demək. Bizə tərəf bir addım gələnin qarşısına on addım gedərik, başımızın tacı edərik, qəlbimizdə ona taxt qurarıq.

Və nə qəribə ki, Fulya da azərbaycanlı kökənli. Babaları vaxtilə Güney Azərbaycandan Türkiyəyə – Adanaya köçüblər. Fulya Adanada doğulub. Reportyorluğu çox sevir. Suriyada, Afrikada, Myanmada – dünyanın ən qaynar, qanlı-qadalı nöqtələrində CNN Türk üçün reportajlar hazırlayıb.

Fulya belə Fulyadır. Jurnalistikanın “j”dən xəbəri olmayanlar necə anlasınlar ki, bunu. Sizi Biləcəridən o tərəfdə tanımırlar, Siz hardan biləsiniz ki, Fulya Öztürk olmaq nədir.

Geyim qaydaları nə deyir: Dress-kodun 6 əsas növü

Psixoloqların bildirdiyi kimi: bir insanın həmsöhbətində özü haqqında ilkin təəssürat yaratması üçün 30 saniyə, bu təəssüratı dəyişdirmək üçün isə 5 il lazımdır. Buna görə də karyeranız iş bacarıqlarınız və təcrübələrinizlə yanaşı, nə cür pencək geyinməyinizdən və ya ayaqqabınızın rəngindən, qalstuku necə bağlamağınızdan və köynəyinizin rəngindən asılı olacaq. Bu səbəbdən də qarderobunuzda yalnız gündəlik geydiyiniz cins, sviter və futbolkalar yox, həm də bir neçə ciddi kostyum və köynək olmalıdır. Eyni qaydalar qadın qarderobuna da aiddir. Dress-kod – bu söz çoxlarına tanışdır, lakin heç də hamı onun nə mənaya gəldiyini tam anlamır. Belə götürsək, dress-kod Sizin obrazınızın vəziyyətə uyğunluğunun zəruriliyidir. İnsan həyatı boyunca özü də bilmədən müəyyən geyim normalarına əməl edir. Bu, məktəbli formasından başlayır, ardından institut illəri və iş fəaliyyətində də davam edir, müxtəlif rəsmi tədbirlərdə və ya bayramlarda əməl olunur. Razılaşın ki, təntənəli tədbirə şort və maykada getməzsiniz və ya idman məşqinə işgüzar kostyumda yollanmazsınız. Həyat boyu uyğun geyim qaydalarına riayət etmək ehtiyacı ilə düşünə biləcəyinizdən də çox qarşılaşırıq. Dress-koda əməl etməsi daha çox vacib olanların təxmini siyahısı belədir: – siyasətçilər – iş adamları – müəllimlər – dövlət qurumlarının işçiləri – bank sektorunun işçiləri – fəaliyyətlərinin xarakterinə görə müştərilər və ya tərəfdaşlarla əlaqəda olan şirkətlərin işçiləri. Dress-kodun, onun təyinatının nə olduğunu və ona əməl etməməyin nələrə səbəb ola biləcəyini anlamağa çalışaq. Niyə həmişə bunu nəzərə almalıyıq? “Dress-kod” termini Böyük Britaniyadan dünyaya yayılıb və müəyyən olunmuş geyim tərzini ehtiva edib. Müasir dünyada insanın üslubuna və imicinə getdikcə daha çox diqqət yetirilir. İşlə bağlı müraciət edərkən iş görüşməsində və ya ilk görüşdə diqqəti cəlb edən ilk şey nədir? Əlbəttə ki, bu, xarici görünüşdür. Qarderobumuzun hər şeyi, hər detalı və aksesuarı, seçilmiş rəng, üslub – bütün bunlar haqqımızda düşündüyümüzdən də çox şey söyləyə bilər. Anadangəlmə üslub və harmoniya duyğusu olan insanlar var. Onlar üçün özlərinin lazımlı imiclərini yaratmaq və uyğun geyimi seçmək heç bir problem yaratmır. Ancaq bunu olduqca çətin proses kimi yaşayan insanlar da var və artıq belə hallarda bu məsələni öyrənmək lazımdır. Harmonik obrazın nəyə əsaslandığını anlamaqla müstəqil olaraq haqqınızda çox şey söyləyəcək, individuallığınızı və cəlbediciliyinizi vurğulayacaq öz üslubunuzu yarada bilərsiniz. Dress-kodun hansı növləri var? “Report” bu məqalədə sizə dress-kodun əsas və ən çox yayılmış növləri barədə məlumat verəcək. WHITE TIE (və ya ULTRA-FORMAL) Dress-kodun bu tərzi ən sərtidir. İndi artıq buna tez-tez rast gəlinmir. Onu artıq “nəsli kəsilməkdə olan” da adlandırmaq olar. Bu üslubun qaydalarının əksəriyyəti yarandığı vaxtdan – 19-cu əsrdən bəri dəyişməyib.

Kişilərin qara frak, ağ qalstuk-kəpənək, ağ jilet, ağ əlcək, cib saatı və qara laklı dəri ayaqqabılardan ibarət geyimi nəzərdə tutulur. Tünd jilet yolverilməzdir. Qadınlar üçün isə döşəməyədək uzanan paltar, əlcəklər, corablar, hündürdaban qapalı ayaqqabı, xəz bel örtüsü, zinət əşyaları, kiçik çanta tövsiyə olunur. Açıq saçlar, bijuteriya, saatlar, açıq əllər yolverilməzdir. BLACK TIE Bu gün bu üslub ən geniş yayılmışıdır. Belə geyimdən təxminən axsam saat 8-də başalayan rəsmi qəbulda, teatr və ya opera premyerasında, xeyriyyə tədbirində, toyda istifadə etmək olar.

Kişilərə icazə verilir: qara smokinq, qara kəpənək, qol düymələri, laklı olmayan ipli qara ayaqqabılar. Qadınlar isə dizin altından olan kokteyl paltar və ya uzun axşam paltarı (uzun paltar yalnız xanımı bəy müşayiət edərsə, geyilir), hündürdaban ayaqqabılar, zinət əşyalarından istifadə etmək lazımdır. COCKTAIL Bu kateqoriyadakı tədbirlər, bir qayda olaraq, gündüz vaxtı başlayır və təxminən axşam saat 8-dək davam edir. Bu, hansısa təqdimat, açılış, sərgi, premyera ola bilər. Bunlar əvvəlkilər kimi təntənəli xarakter daşımırlar. Ancaq yenə də əsas qaydaları unutmamalıyıq:

Kişilər üçün: qalstukla klassik tünd kostyum, klassik ayaqqabı. Qadınlar üçün: dizə qədər və yuxarı kokteyl paltarı, şalvarlı kostyumlar, hündürdaban ayaqqabılar və ya səndəllər. Zinət əşyaları kimi həm qiymətli, həm də süni daşlara icazə verilir, lakin bütün dəsti geyinmək arzuolunmazdır, bir-iki əşya ilə kifayətlənmək daha yaxşı olardı. BUSINESS BEST və BUSINESS TRADITIONAL Dress-kodun bu tipi ciddi iş tərzini təmsil edir. Əksər hallarda vacib görüşlər, danışıqlar, konfranslar üçün təyin olunur.

Kişilər üçün aşağıdakılar məqbuldur: işgüzar kostyumu (adətən, tünd mavi rəngli, nazirk xətlərin olmasına icazə verilir), ağ köynək (qol düymələri ilə olsa, daha yaxşı olar), qalstuk, klassik qara ayaqqabı. Qadınlar üçün: boz, göy və ya bej rəngli şalvarlı və ya yubkalı kostyum, yüngül bluz-köynək, qara rəngli və ya kostyum rəngindəki alçaqdaban ayaqqabı. A5 (və ya AFTER FIVE) Dəvətnamədə A5 kodu varsa, özünüzü itirməyin, bu, sadəcə axşam saat 5-dən sonra başlayan geyim kodunun işarəsidir. Bu halda paltar seçimində bir az sərbəst olmaq mümkündür. Bu, korporativ tədbirlər, after party və digər qeyri-rəsmi tədbirlər ola bilər.

Kişilər üçün: kostyum (ciddi olması mütləq deyil), klassik cins, velvet şalvar, keyfiyyətli trikotaj, klub gödəkçələri, qalstuk (mütləq deyil), klassik ayaqqabılar, mokasin ayaqqabı. Qadınlar üçün: kokteyl paltarı, üst geyim və ətək, ətəkli və ya şalvarlı zərif kostyum, hündürdaban ayaqqabı. CASUAL Bu, gündəlik geyimi nəzərdə tutur. Hər gün iş vaxtı xaricində geyindiklərimiz. Burada heç bir qadağa yoxdur və tam seçim azadlığı mövcuddur.

İdman matçına və ya şəhər kənarında piknikə getməyə hazırlaşırıqsa, nə etməliyik? – Təntənəli yox, əyləncəli tədbirə, piknikə və ya idman tədbirinə dəvət edilmişsinizsə, qeyri-rəsmi üslub uyğun olardı – cins, futbolka, reqlan, idman ayaqqabısı və s. Belə tədbirlərə gedərkən onun xarakterinə diqqət eləmək lazımdır. Paltarda qəbuledilməz birləşmələr Yalnız rəsmi qəbullarda deyil, həm də gündəlik həyatda geyilməsi qəti qadağan olunan paltar və aksessuarlar var. Məsələn: – qəsdən göstərilən loqotiplər – dərin sinə dekoltesi – şəffaf parçalar – çəkələk – açıq ayaqqabı ilə corab. Özümüz öz obrazımızı yarada bilərik Obraz – vəziyyətdən və başqalarına necə təsir bağışlamaq istədiyimizdən asılı olaraq, yaratdığımız şeydir. Çox vaxt özümüzü həyatımızın digər sahələrinə necə təsir edə biləcəyini dərk etmədən bir obraza sürükləyirik və ondan necə çıxacağımızı bilmirik, ya da bəzən bunu istəmirik. Lazımi obrazlar yaratmaq da ustalıqdır və bunu öyrənmək olar. Bəs onda harmonik obraz nədir? Hər şeydən əvvəl, bu, insanın öz-özüylə harmoniyasıdır, özünü bir şəxsiyyət kimi anlamasıdır. Paltar rənglərini təbii koloritinizlə uyğunlaşdırmaq, rəngi idarə etmək bacarığı. Özünü hiss etmək, paltarları bədən tipinizlə uyğunlaşdırmaq. Obrazınızın vəziyyətlə, statusunuzla və yaşınızla uyğunluğu. Geyim üslublu olan insan paltarın köməyi ilə özü haqqında demək istədiyini deyən və bu anda daxili və xarici baxımdan harmonik görünən insandır.

Balığın təzə olduğunu necə bilək? – QAYDALARI

Dənizdən gələn vitamin və minerallar bizə sağlamlıq bəxş edir. Dənizdən gələn sağlamlıq isə ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Sümüklərin əriməsinin qarşısını alır, zehni açır, yaddaş itkisi, unutqanlığa qarşı effektiv olur. Saçları və dərini qidalandırır. Gözlər üçün isə əvəzolunmaz faydası var.

Qısası, balığın sağlamlığa faydaları saymaqla bitmir. Mütəxəssislər həftədə ən az iki gün balıq yeməyi məsləhət görür. Ancaq balığın da bu faydalarından yararlana bilmək üçün bəzi vacib detalları bilmək lazımdır. Balığın təzə olduğunu necə anlamaq olar, necə bişirmək daha faydalıdır?

Day.Az lent.az-a istinadən bilməli olduğunuz qızıl qaydalarını təqdim edir.

Toxluq hissi verir

Balıq doymamış yağ olan Omega 3-lə zəngindir. Omega 3 yağ turşuları ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Menopauza dövründə olan qadınlar arasında aparılan bir araşdırmanın nəticələrinə görə, həftədə 5 dəfə və ya daha çox balıq yeyən qadınlarda infarkt riski yüzdə 30 daha az görülüb. Balıq tərkibindəki Omega 3 sayəsində zehni açır, unutqanlığın qarşısını alır. Beyin siniri və sinir sisteminə də müsbət təsir edir.

Fosfor və A vitamini ilə zəngin olması isə göz degenerasiyalarının qarşısını alır. Tərkibindəki kalsium sayəsində sümük əriməsinin qarşısını alır. Proteinlə zəngin olan balıq toxluq hissi verir.

Balığı nə ilə yeməli?

Balığın yanında ənənəvi olaraq çuğundur yarpağı yeyilir. Ancaq çuğundur yarpağı balığın tərkibindəki kalsiumun bədən tərəfindən əmilməsinii minimum ölçüdə azaldır. Ona görə balıqdakı kalsiumdan yararlanmaq üçün çuğundur yarpağı ilə eyni vaxtda yeməyin. Balığa limon da sıxın. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır.

Balıq boyatdırsa, qatıq yeməyin

Balıq boyatdırsa, tərkibindəki histamin maddəsi çoxalır. Histaminin çox olması da bədənə toksiki təsiri artırır. Qatıq proteinində olan histamin də boyat balıq yeyildiyində yüksək miqdarda olan histamini daha da yüksəldir. Buna görə balığın yanında qatıq yemək olmaz deyirlər. Ancaq balıq təzədirsə, qatıq və yaxud digər süd məhsulları yeməkdə problem yoxdur.

Təzə balığı necə seçək?

Balığın gözünə baxın. Gözü canlı və bayıra doğru dombalmış olmamalıdır.

Pulcuqlarına toxunun. Canlı və parlaq olmalıdır. Pulcuqları toxunanda düşməməlidir.

Balığın quyruğundan tutun. Dik tutanda əyilmirsə, deməli, balıq təzədir.

Balığın qəlsəmələri qırmızı və canlı olmalıdır.

Balıqdan dəniz qoxusunun gəlməsi təzə olduğuna işarədir.

Balığın dərisinə barmağınızla basanda yenidən əvvəlki vəziyyətinə qayıdırsa, deməli, balıq təzədir.

Balıq necə bişirilməlidir?

Qızartmayın. Qızardanda istiliyin təsirindən tərkibindəki proteinlər keyfiyyətini itirir. Buna görə balığı azca sulu edərək, çox qızartmadan bişirin.

Buxarda bişirin. Balıqlar kiçik olarkən daha çox qızartma üsulundan istifadə olunur. Buxarda bişəndə tərkibindəki vitamin və minerallar bişmə suyuna keçməyib balıqda qaldığı üçün buxarda bişirin.

Balıq təkbaşına ləzzətli bir qidadır. Limonlu və tərəvəzli souslarla bişirə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.