Press "Enter" to skip to content

Arvadını kənddə qonşu kişi ilə tutdu və. Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ

Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində.

Arvadı necə sakitləşdirək, ifşa olunan arvadını sakitləşdirək

Bakıda ata övladının himayəsini anasından almaq məqsədilə keçmiş həyat yoldaşının intim görüntülərini polisə təqdim edərək onu xəyanətdə günahlandırıb. Bundan sonra isə prokurorluq onun barəsində pornoqrafik görüntü yaymaq ittihamı ilə cinayət işi başladıb.

“Qafqazinfo”nun məlumatına görə, “Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, 2015-ci ildə ailə quran Mirzə Hüseynov (şərti ad) və Şura Musayeva (şərti ad) rəsmi nikahda olmalarına baxmayaraq 2019-cu ildən bəri ayrı yaşayıblar. Mirzə Şura ilə birgə nikahlarından dünyaya gələn qızının himayəsini keçmiş həyat yoldaşından almaq məqsədilə onun evinə gizli kamera yerləşdirərək yaxın münasibətdə olduğu insanla intim görüntülərini əldə edib. Bu videogörüntüləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Nərimanov Rayonu İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına təqdim edib.

Buna görə prokurorluq M.Hüseynovu Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham edib.

Şura Musayeva məhkəmədə bildirib ki, ailə qurduqdan sonra Mirzə onun yaşadığı evə köçüb: “2016-cı ildə bir qızımız dünyaya gəldi, əvvəl münasibətlərimiz çox yaxşı idi. Qızımız doğulan gündən ürək qüsurlu olduğundan mütəmadi tibbi yardımlar alırdı. 2017-ci ilə qədər birlikdə yaşadıq. Daha sonra Mirzə yeni işə girdi və bəzi günlər evə gəlmirdi. 2019-cu ildə münasibətlərimiz pisləşdi. Aramızda mübahisələr olurdu. Sonra Mirzə evi tərk etdi və bir daha geri qayıtmadı. Dəfələrlə ondan evə qayıtmağı xahiş etsəm də, birlikdə yaşamaq istəmədi. O, cəmi 2-3 dəfə qızını görmək adı ilə bizə gəlib. Rəsmi evli olsaq da, faktiki olaraq ayrı yaşamağa başlamışdıq. Amma bir dəfə Mirzə mənim xəbərim olmadan mənzilin açarının bir surətini götürüb”.

Onun iddiasına görə, qızlarının ürək qüsurlu olmasına və mütəmadi müalicəyə ehtiyacı olmasına baxmayaraq, Mirzə heç bir maddi yardım etməyib: “Hətta qızımızın müalicəsi üçün təxminən 7000 manata yaxın pul lazım olsa da, Mirzə kömək etməkdən imtina etdi. Mən də həmin vaxt Raufla (şərti ad) tanış olmuşdum. O, mənə maddi yardım etməyə başlamışdı. Hətta Mirzənin də xəbəri var idi və bunu normal qarşılamışdı. Həmin vaxtdan Raufla əlaqələrimiz yaxınlaşdı. Artıq ər-arvad münasibətində idik. Elə həmin vaxt mən işdə olanda Mirzə mənə demədən evə gəlib, qonaq otağında gizli kamera quraşdırıb. Raufla aramızda olan intim görüntüləri və digər şəxsi məlumatları qanunsuz olaraq toplayıb”.

Şura ifadəsində onu da qeyd edib ki, Mirzə bundan sonra rəsmi qaydada nikahın pozulması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib: “Gizli yolla quraşdırdığı kamera vasitəsilə əldə etdiyi görüntünü Nərimanov Rayon Məhkəməsinə təqdim edərək, məni guya xəyanət etməkdə günahlandıraraq, qızımı almaq istədiyini dedi. Mənim yalnız bundan sonra gizli kameradan xəbəri oldu. Ona qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Mirzə Hüseynov isə məhkəmədə özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, Şuranın ondan əvvəlki evliliyindən bir qızı olub: “2019-cu ilin fevralından başlayaraq Şurada mənə qarşı soyuqluq hiss etdim. Bunun səbəbini soruşduqda müxtəlif bəhanələr gətirdi. Onun mənə xəyanət etməsindən şübhələndim və internet saytından kiçik ölçülü gizli videokamera aldım. Mobil telefonuma yüklədiyim proqram vasitəsilə harada olmağımdan asılı olmayaraq kameranın çəkilişini izləyə bilirdim. Sonra mənzildə heç kim olmayan vaxt gedib kameranı qonaq otağında karnizin içərisinə gizlin formada yerləşdirdim. Həmin vaxtdan başlayaraq gizli kamera vasitəsilə Şuranı izlədim. 2019-cu ilin iyul ayında artıq Şuranın mənzilə tanımadığım kişi ilə gəlib əlaqədə olmasını gördüm. Onun mənə xəyanət etməsinə görə boşanmaq və uşağımı ondan almaq istədim”.

M.Hüseynov həmin zaman görüntüləri CD diskdə təqdim edərək ərizə verib: “Ən acınacaqlı hallardan biri də odur ki, həmin kişi qızım və Şuranın birinci ərindən olan qızı evdə olanda da ora gəlib və birlikdə başqa otağa keçiblər. Videodan görünür ki, böyük qız qapıdan onları seyr edib. Hətta Şura onların yanında spirtli içki qəbul edərək, həmin kişi ilə intim xarakterli söhbətlər edib. Həmin adamla söhbət edərkən məni də təhqir edib. Videodan görünən mövcud vəziyyət onu göstərir ki, qızımın anası Şuranın yanında qalması onun psixoloji, mənəvi və tərbiyəvi durumuna olduqca pis təsir edəcək. Nəticədə qızım cəmiyyət üçün yararsız bir üzv kimi formalaşacaq ki, bu da bir ata olaraq məni narahat edir. Hazırki əmək haqqım uşağa dayə tutmağa və lazımi qayğı göstərməyə maddi cəhətdən imkan verir. Buna görə də uşağın mənim yanımda saxlanması barədə qətnamə çıxarılmalıdır”.

Lakin həmin videogörüntülər gizli yolla əldə edildiyi üçün məhkəmədə sübut kimi qeydə alınmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, CM-nin 242-ci maddəsində nəzərdə tutulan pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin cinayətin predmetlərini digər şəxslərə onların məzmunu ilə tanış olmaq üçün vermə başa düşülür. Bu, çəkilmiş şəkillərin, kino və ya video filmlərin nümayiş etdirilməsi, pornoqrafik xarakterli ədəbiyyat əsərlərinin, jurnal və qəzetlərin və s. ucadan oxunması, pornoqrafik şouların təşkil edilməsi və keçirilməsi və s. üsullarda edilə bilər.

Qeyd olunan cinayətin predmetlərini yayma əvəzli və əvəzsiz xarakter daşıya bilər. Bu cinayətin məqsədi pornoqrafik materialları və ya əşyaları yaymaq və reklam etməkdir. Lakin burada M.Hüseynovun məqsədi hər hansı bir pornoqrafik materialı və ya əşyanı yaymaq yox, həyat yoldaşının ona xəyanət etməsi faktını təsdiq etmək və nikah pozulduqdan sonra azyaşlı övladının onun himayəsinə verilməsi olub.

Xətai rayon məhkəməsi bu əsasla Mirzə Hüseynova bəraət verib. Prokurorluq isə qərarla razılaşmayaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi də bəraət hökmünü qüvvədə saxlayıb.

Lamiyə Məmmədova

Arvadını kənddə qonşu kişi ilə tutdu və . – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ


BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il tarixdə yeznələri İlham Həsənovgilə gedib. Yol kənarında sahibsiz gördüyü avtomobilin sükanı arxasına əyləşən Musa Əliyev həmin gün saat 17.30-da İlhamın evinə gəlib.

Musa Əliyevin bacısı qızı Gülbəniz Həsənovanın qısqanclıq zəmnində bir neçə gün əvvəl həyat yoldaşı İlham Həsənov tərəfindən evdən qovulmasının səbəbini aydınlaşdırmaq istəyib. Həmin vaxt evdə İlham Həsənovun atası Zahid və digərləri də olub.

Musa Əliyev İlham Həsənovdan arvadına qarşı hərəkətinin səbəbini soruşub.

İlham Həsənov ona həyat yoldaşını evdən qovmasının səbəbini izah edib. O bildirib ki, həyat yoldaşı Gülbəniz Həsənovanın bir gün əvvəl evlərinin həyətyanı bağ sahəsinə açılan pəncərə qarşısında kirvəsi Ramil Mehdiyev ilə görüşüb, ona xəyanət edib, bu səbəbdən onu evdən qovub.

Lakin Musa Əliyev bacısı qızının belə bir hərəkət etməsinə inanmayıb. O, hadisənin baş verdiyi yeri ona göstərməyi təklif edib. İlham Həsənov da onunla həyətlərindəki qeyd etdiyi yerə gəlib və oranı Musa Əliyevə göstərib.

Orada Musa ilə İlham arasında mübahisə yaranıb. İlhamın Gülbəniz Həsənovaya qarşı etdiyi hərəkətdə haqlı olub-olmadığı barədə biri-birinə qarşı iradlarını bildiriblər.

Bu zaman İlham Həsənov həm Gülbəniz Həsənovanın, həm də Musa Əliyevin ünvanına xoşagəlməz ifadələr işlədib. İlham Həsənovun bu hərəkətlərindən Musa Əliyev hiddətlənib və bıçağa əl atmalı olub. İlham Həsənov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

“İlham mənə dayı deyərək müraciət edib”

İstintaq orqanı Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edib.

Bu cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə ifadə verən Musa Əliyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələri ilə özünü təqsirli bilir. Musa Əliyev ona verilən Cinayət Məcəllənin 120.2.2 və 120.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, mərhum İlham Həsənov onun bacısı Sevil Babayevanın qızı Gülbəniz Həsənovanın əri olub: “Gülbənizin atası olmadığından ona ata əvəzi kimi himayədarlıq etmişəm. Hadisəyədək İlham Həsənov və onun ailə üzvləri ilə münasibətlərim yaxşı olub. İlham mənə dayı deyərək müraciət edib”.

“Bacım qızına şər atıldığını dedi”

Musa Əliyevin sözlərinə görə, 11 iyul 2015-ci il tarixdə İlham Həsənov öz arvadı Gülbənizi qısqanclıq zəminində evdən qovduğunu eşidib: “İyulun 12-də, nahardan sonra bacım Sevil öz oğlu Səxavətlə birlikdə evimə gəldi.

Bacım bildirdi ki, 2 gün əvvəl kirvələri Ramil Mehdiyev axşam saatlarında İlham Həsənovun yaşadığı həyətə gəlib, İlham onu görüb və arvadı Gülbənizlə yaxın əlaqədə olmaq üçün gəldiyindən şübhələndiyini deyib.

Buna görə onlar arasında dava-dalaş olub, sonra Ramil qaçaraq gedib. İlham da bundan polisə şikayət edib”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra İlham öz arvadı Gülbənizi Ramillə ona xəyanət etməkdə günahlandırıb və Sevilə zəng edərək qızını aparmağı tələb edib:

“Bacımda Gülbənizi öz evinə gətirib. Sevil qızı Gülbənizə şər atıldığını, onun ərinə xəyanət etmədiyini, İlhamın valideynlərinə müraciət etsələr də, Gülbənizi əri evində geri qayıtmasına İlhamgilin razılaşmadıqlarını bildirdi.

Bacım məndən Gülbənizin atası əvəzi kimi İlhamın valideynləri ilə bu məsələni qaydasına qoymaq üçün danışmağımı xahiş etdi. Odur ki, məsələni aydınlaşdırmaq məqsədilə İlham Həsənovun valideynləri ilə görüşüb, bunu müzakirə etmək qərarına gəldim”.

“Qardaşının hərəkəti barədə danışmaq istədim”

Musa Əliyevin sözlərinə görə, İlhamgilə zəngi edib: “İlhamın atası Zahid və anası Solmaz Həsənovlarla danışaraq onları evimə dəvət etdim. Lakin İlhamın anası və atası evimə gəlməkdən imtina etdi.

Bildirdilər ki, bu məsələni müzakirə etmək fikirləri yoxdur. İlhamın valideynlərinin bu gözlənilməz cavabından əsəbiləşdim. Buna görə də İlhamgilə özüm gedərək, onlarla danışmağı qərara aldım.

Odur ki, küçəyə çıxaraq piyada Həsənovların evinə yollandım. Həmin vaxt bacım oğlanları – Elnur Hüseynov və İsmayıl Quliyev də ardımca gəldilər.

Bu zaman yanımdan bir “07” markalı avtomobil keçdiyini gördüm. Onu bacım qızının adına söz çıxarılmasına səbəb olmuş həmkəndlimiz Ramilin qardaşı Vidadinin idarə etdiyini güman etdim.

Odur ki, ona çataraq qardaşının hərəkəti barədə danışmaq istədim. Bu zaman kanal kənarında həmkəndlimiz Əbil Məmmədovun “VAZ 21099” markalı avtomobilinin dayandığını və açarının kilid yerində olduğunu gördüm. Avtomobilin yanında heç kim olmadığından onu idarə edərək Vidadi olmasını güman etdiyim avtomobilə çatmaq istədim.

Buna görə də sükan arxasına keçərək avtomaşını işə saldım və yanımdan ötən “07” markalı avtomobilin getdiyi istiqamətə sürdüm. Lakin VAZ 2107 markalı avtomobilə yaxınlaşarkən, onu Vadadinin idarə etmədiyini gördüm”.

“Dedi ki, İlham onları orada tutub”

Musa Əliyevin sözlərinə görə, daha sonra avtomobili İlhamgilin evinə tərəf sürüb: “Yolda bacım oğlanları İsmayılla Elnur qarşısına çıxdı. Onları da avtomobilə götürdüm.

Birlikdə İlhamgilin evinin qarşısına gəldik. Həyətə daxil olanda, orada İlhamın atası Zahid Həsənov, İlhamın özü, onların qohumu Cəsarət, Zöhrab, sahə müvəkkili Pərviz Süleymanov masa arxasında idilər.

Zahidgilə yaxınlaşaraq hər biri ilə görüşdüm və masa arxasında əyləşdim. Zahid Həsənovdan nə baş verdiyini soruşdum. O həyətə işarə edərək, dedi ki, İlham onları orada tutub, yəni Gülbənizi başqası ilə görüb”.

“Dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub”

Musa Əliyev qeyd edib ki, sonra İlhama müraciət edib və məsələni danışmasını istəyib: “İlham dedi ki, arvadım mənə Ramillə xəyanət edərkən tutmuşam. Onun dediklərinə inanmadığım üçün onları harada tutmasını və yerini mənə göstərə biləcəyini soruşdum.

İlham göstərəcəyini deyərək məni evin arxa tərəfinə dəvət etdi. Mən də onunla birlikdə evin arxa tərəfinə keçdim. İlham evin bağ sahəsinə açılan pəncərəsini göstərdi və dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub. Həmin vaxt yanımızda heç kim olmayıb, İlhamın göstərdiyini, dediyini eşidən də olmayıb”.

“Dedi ki, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”

Musa Əliyev deyib ki, İlhama bacısı qızı barəsində dediklərinə inanmayıb: “Bildirdim ki, əgər arvadını xəyanət edərkən tutmuşsa, onda nəyə görə onları buraxıb, niyə ikisini də yerində cəzalandırmayıb, öldürməyib.

İlham isə “mən öldürmədim, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”, – deyə cavab verdi. Daha sonra İlham bacım qızı və yaxınlarımın ünvanına nalayiq sözlər işlətdi. Həmçinin İlham məni bacım qızını cəzalandırmaq əvəzinə, onu sorğu-sual etməkdə günahlandırdı. O, məni şərəfsiz adlandırdı.

İlhamın sözlərindən əsəbiləşdim. Buna görə də ona yumruq atdım. İlhamın yaxasından tutan zaman üstümə bıçaq çıxardı. İlhamın əlindən həmin bıçağı almaq istərkən, bıçaq ovcumu kəsdi. Savaşdığımız zaman bıçaq ola bilsin ki, İlhamın bədəninə dəyib. Sonra İlhamın əlindəki bıçağın yerə düşdüyünü gördüm və onu yerdən götürdüm”.

“Ünvanına söyüş işlətdim”

Musa Əliyevin ifadəsinə görə, bu zaman İlham onu güllələcəyini deyib və həyətə qaçıb: “Düşündüm ki, İlham evindən tüfəng götürməyə qaçır və bir neçə addımlığında olan İlhama çataraq, ona arxadan kürəyinə bir bıçaq zərbəsi vurdum.

Həmin vaxt İlham yıxılmadı və dayanaraq qışqırdı. O, həyətdə olan atasıgil oturduğu tərəfə qaçdı. Mən də İlhamın ardınca getdim. İlham həyətdə yerə yıxıldı”.

Musa Əliyevin bildirdiyinə görə, bu zaman İlhamın atası Zahid və yanında olanlar masadan ayağa qalxıb: “Həmçinin evdən İlhamın anası, başqa qadınlar çıxaraq məni qarğışladı, lakin heç kim mənə yaxın gəlmədi. Özümü itirdiyim və əsəbi olduğum üçün Zahidgilin ünvanına söyüş işlətdim, daha sonra oradan getdim”.

“Polisə məlumat verdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, yolda əsəbi olduğu üçün sürdüyü avtomobili hasara vurub: “Orada avtomaşını ataraq getdim. Sonra yaxınlıqdakı su arxında əllərimin qanını yudum və yonca sahəsinə getdim.

Yoncalıqda ertəsi günədək vaxt keçirdim, sakitləşdikdən sonra evimə getdim. Paltarımı dəyişəndən sonra Ağcabədi rayon polis şöbəsinə gəldim və törətdiyim hadisə barədə məlumat verdim”.

Musa Əliyev qeyd edib ki, himayəsində 2 azyaşlı uşağı var, Qarabağ döyüşlərində iştirak edib. O, məhkəmədən bunları nəzərə alaraq, ona yüngül cəzanın təyin edilməsini xahiş edib.

“İlham arvadını izləməyə başlayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dinidirilən Almaz Həsənova bildirib ki, oğlu İlham Həsənov öz arvadı Gülbəniz və 3 azyaşlı övladı ilə birlikdə onunla və əri Zahid Həsənovla bir evdə yaşayıb:

“Gəlinim Gülbənizin dayısı Musa Əliyev ilə özümün və oğlumun münasibətləri əvvəllər yaxşı olub. Hadisədən 3-4 gün əvvəl oğlum arvadı Gülbənizin kirvələri Ramil Mehdiyevlə ona xəyanət etməsindən şübhələnib.

İlham təxminən bir ay əvvəl Ramilin əlini Gülbənizin donu altına salaraq, bədəninə toxundurduğunu görüb. Bundan sonra İlham arvadı Gülbənizi izləməyə başlayıb”.

“Qızını bağışlamağı xahiş etdi”

Mərhumun anasının sözlərinə görə, iyulun 10-da, saat 22 radələrində İlham evdən velosipedlə harasa gedib: “Bir müddət keçəndən sonra yatdım. Lakin nəvəm Tacirin ağlamaq səsinə ayıldım və nəvəm olan otağa gəldim. Gülbənizi nəvəmin yanında görmədim. Nəvəm anasının harasa getdiyini dedi. Bundan sonra həyətə çıxdım.

Bu vaxt Gülbəniz qarşıma çıxaraq həyətdə İlhamla Ramilin dalaşdıqlarını bildirdi. Sonra oğlum da yanımıza gəldi. Bildirdi ki, Ramili güdərkən onun gəlib Gülbənizin yataq otağının pəncərəsinin qarşısında dayandığını görüb. Oğlum Ramillə savaşanda Gülbəniz də ora gəlib, Ramili oğlumun əlindən alıb qaçmasına kömək edib”.

“Gülbənizi evinə apardı”

Almaz Həsənova qeyd edib ki, bu hadisədən sonra İlham arvadı Gülbənizə anasının evinə getməsini, daha onunla yaşamaq istəmədiyini bildirib: “Gülbəniz özü anası Sevilə zəng edərək çağırdı.

Sevil bacısı Gülbani, Zemfira, oğlu Səxavətlə birlikdə gəldi. O, qızını bağışlamağı xahiş etdi. Lakin İlham onunla razılaşmadı. Odur ki, Sevda Gülbənizi götürərək evinə apardı”.

“Bıçağı əlində yelləyərək hamımızı doğruyacağını dedi”

Mərhumun anası daha sonra ifadəsində gəlinin dayısı Musa Əliyevin onlara gəlməsindən, baş verən qətldən danışıb: “Musa Əliyevin həmin gün bizə nə vaxt gəldiyini görməmişəm.

Lakin saat təxminən 17.30 radələrində evinin qonaq otağında olarkən bağ sahəsinə açılan pəncərəsindən oğlumun “oy” deyə qışqırtısını eşitdim. Buna görə də pəncərədən bağa boylandım.

Bu zaman İlhamın yerə çökmüş vəziyyətdə olduğunu, onun yanında isə Musa Əliyevin dayandığını gördüm. Musanın əlində nə olduğunu görməsəm də, oğlumun vurulduğunu anlayaraq evdən həyətə çıxdım.

Qışqırdım ki, Musa İlhamı vurdu, öldürdü. Həyətə çıxanda artıq İlhamı evimizin qarşı tərəfində yerə yıxılmış vəziyyətdə, Musanı isə əlində bıçaq gördüm. Musaya qarğış etdik, nəyə görə bunu etdiyini soruşduq.

Bu zaman Musa əlindəki bıçağı havada yelləyərək “yaxın gəlsəniz hamınız doğrayacam, oğraşlar” dedi və həyətimizdən getdi. Bundan sonra boğazından, bədəninin müxtəlif nahiyyələrindən yaralanmış oğlumu Cəsarətin maşını ilə xəstəxanaya apardıq. Lakin həkimlər artıq onun yolda keçindiyini bildirdilər”.

“İlham məni qısqanmağa başladı”

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülbəniz Həsənova bildirib ki, mərhum İlham ilə birgə nigahdan 3 uşaqları var: “Biz qayınatam Zahid Həsənovun evində yaşamışıq.

Ramil Mehdiyev onların böyük oğlu Fəridin kirvəsidir. Hadisədən təxminən bir ay əvvəl Ramilin mənə pis gözlə baxmasını hiss etdim və bunu İlhama dedim. İlham da məni Ramilə qısqanmağa başladı.

İyulun 10-da, axşam saat 10 radələrində həyətdə səs-küy eşitdim və evdən çıxarkən kənardan, baxçadan Ramillə İlhamın söyüşməsini eşitdim. Bildim ki, onlar dalaşır, ona görə də haray salaraq qonşunu çağırdım.

Sonra qayınanam Almazla qayınatam Zahid gəldi. Bu vaxt İlham da evə gəldi və bildirdi ki, guya məni Ramillə görüb və bunu bəhanə edərək məni evdən qovdu. Anam da gələrək məni öz evinə apardı.

Atam öldüyündən dayım Musa Əliyev mənə ata əvəzi olub. Ona görə Musa Əliyev bu hadisəni eşidəndə İlhamgilə gedib və məsələni yoluna qoymaq qərarına gəlib. Lakin hadisə başqa nəticə verib”.

“Arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi”

Ramil Mehdiyev ifadəsində göstərib ki, mərhum İlham Həsənovun oğlu Fəridin kirvəsi olub: “İlhamla əvvəllər münasibətlərimiz yaxşı olub. Məlum olmayan səbəbdən İlham Həsənov məni öz arvadına qısqanıb.

İyulun 12-də, axşam vaxtı İlham Həsənovun yanına gələrkən İlham məni evinin həyətində qarşıladı və arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. İlham boğazımdan tutaraq cırmaqladı. Bundan sonra İlhamın əlindən çıxaraq evimizə getdim”.

İlk cəza: 13 il

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa Əliyevə verilmiş maddələrdə dəyişiklik edilib. Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə0 maddələri ilə təqsirli bilib.

Hökmə əsasən, Musa Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Musa Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Musa Əliyevin vəkili Sadiq Abışov da apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti bir müddət əvvəl hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan etiraz

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası prokurorluğun protestini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Artırılan cəza

Bu günlərdə apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü tamamilə ləğv edilib, Musa Əliyevin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Musa Əliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Musa Əliyev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.

Mİlli.Az lent.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı “Əhmədov proyekti”nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz.

Fərhad Əhmədov kimdir?

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq, Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi.

Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, “özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.

Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

Fərhad Əhmədovun siyasi iddiaları.

Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu. 2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi.

Fərhad Əhmədovun Azərbaycana gəlişi

Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı.

Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini “pullu dostluq əlaqələri” qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi. Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.

Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı “uğurlu iş adamı” imicinin yanında onun yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.

Şimal qonşumuzun layihəsi.

Fərhad Əhmədov isə Azərbaycana “missiya” ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.

Amma Əhmədov həvəsdən düşmədi. O, bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə “xeyriyyəçi” kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.

Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətini yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı.

Fərhad Əhmədovla Vahid Əliyevin dostluğu

Fərhad Əhmədovun Azərbaycanda hərbi sahəyə marağını xüsusi qeyd etmək yerinə düşər. Məlumata görə, onun Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Vahid Əliyevlə və ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərlə isti münasibətləri olub. Bu münasibətlərin hazırkı dövrdə də davam etdiyi bəllidir.
Fərhad Əhmədovun orduya “yardım göstərən vətənpərvər” kimi təqdimatında Vahid Əliyevin və ordu rəhbərliyindəki digər şəxslərin böyük rolu olub.

Fərhad Əhmədovun Qarabağ saxtakarlığı

2016-cı ildə Fərhad Əhmədov Azərbaycanın daxili ictimai rəyində daha da məşhurlaşmaq həvəsinə düşür. Fərhad Əhmədovun maliyyələşdirdiyi KİV-lərdə və sosial mediadakı blogerləri onun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması barədə “məktubunu” yayırlar. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edir.

Lakin Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məsələni araşdırır və məlum olur ki, belə bir məktub yoxdur, yazılmayıb.
Fərhad Əhmədov sadəcə Azərbaycan cəmiyyətində məşhurlaşmaq və xalq sevgisi qazanmaq üçün belə saxtakarlığa əl atıb və bunu öz maliyyələşdirdiyi jurnalistlər vasitəsilə yayıb.

Fərhad Əhmədovun ordumuza vurduğu zərbə

Fərhad Əhmədovun ilk səs yazısı bir neçə ay əvvəl yayılmışdı. Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin orduda baş verdiyi iddia edilən proseslərlə bağlı səs yazısı yayıldı. Onda çoxlarını həmin səs yazısında sualları verən şəxsin, səs yazısını yayanların kimliyi çox düşündürdü və ciddi müzakirələr oldu. Çünki səs yazısında sual verən şəxsin səsi ilə oynanılmışdı, səs xüsusi vasitələrlə dəyişdirilmişdi. Sonradan məlum oldu ki, həmin şəxs Fərhad Əhmədov olub. O, həmin səs yazısında öz səsini dəyişdirərək və montaj etdirərək materialı Meydan TV vasitəsilə ictimailəşdirmişdi. F. Əhmədovun bunda əsas məqsədi Azərbaycan Ordusunu gözdən salmaq olduğu heç kimdə şübhə doğurmur. Sonradan həmin məsələ ilə bağlı cinayət işi açıldı və istintaq prosesi hələ də bitməyib.

Əhmədovun Priqojinlə səs yazısı realdırmı?

Bu günlərdə isə Fərhad Əhmədovun rusiyalı prodeser Priqojinlə səs yazısı yayıldı. Rusiya elitasını, ordusunu və şəxsən Rusiya Prezidenti Putini tənqid edən səs yazısı ilə bağlı ilk reaksiya şübhəsiz ki budur: bu səs yazısı quramadır və dövriyyəyə buraxılmasının öz məqsədi var.

Məqsəd isə Fərhad Əhmədovun guya Rusiyaya bağlı olmadığı göstərməkdir. İndi Putini tənqid etmək xüsusi qəhrəmanlıq deyil. Fərhad Əhmədov kimi Rusiya hakimiyyətinə və xüsusi xidmət orqanlarına yaxın olan biri üçün bunu etmək isə diqqət çəkicidir.
Çünki Fərhad Əhmədov imtiyazlı milyarder kimi Avropa İttifaqı, Kanada, Britaniya və s. tərəfindən sanksiyalara məruz qalıb. Putin haqqında onun dedikləri guya bu sanksiyaların aradan qaldırılmasına hesablanıbmış. Lap özünü bu sanksiyalardan qorumaq üçün Rusiyanın tapşırığı ilə Xankəndinə gəlmiş Ruben Vardanyanın missiyasını xatırlatdı.

İndi Fərhad Əhmədov guya antiputinçi kimi görünüb Qərbin gözünü boyamaq istəyindədir.

Bütün təhlil göstərir ki, Fərhad Əhmədov Azərbaycana göndərilməklə vaxtilə İvanişvilinin Gürcüstanda, Vardanyanın Xankəndində reallaşdırdığı missiyanı gerçəkləşdirməli idi. Moskva tərəfindən belə cəhdlər 2013-cü ildə “Milyarderlər İttifaqı”ını yaradılmasında və Rüstəm İbrahimbəyovu müxalifətin cəmləşdiyi Milli Şuraya sədr gətirilməsində də özünü aydın büruzə vermişdi.

Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində.

İndi isə başqa məsələ maraqlıdır.

Priqojinlə səs yazısından sonra gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun. Olacaqmı?

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.