Sənəd mühafizəsini necə aradan qaldıra bilərik
Ekspert saatda bir neçə dəqiqə istirahətə vaxt ayırmağın gündəlik iş rejimimizdən elə də çox olmayan, təxminən yarım saat oğurladığını vurğulayır. O yarımçıq qalan işlərin evdə həll edilməsini məsləhət görmür. Və tövsiyə edir ki, yataq otağında, ümumiyyətlə, kompüter işləri ilə məşğul olmayaq: “İşdən evə qayıtdıqda yenidən iş həyatı ilə məşğul olan şəxslər bunu daha məhsuldar olmaq üçün etsələr də, növbəti gün istədiyi keyfiyyəti əldə edə bilmirlər. Çünki evdə yetərincə istirahət edə bilmədikləri üçün yeni iş gününə yorğun halda başlamalı olurlar. Bu səbəbdən yeməyimiz, içməyimiz, yatmağımız, iş həyatımız üçün qrafik vaxt ayırmalıyıq. Zamanı idarə etməyin düzgün qurulması həm ailə, həm də ki iş həyatımız üçün çox önəmlidi. Əks halda bir insan gündəlik enerjisini düzgün korreksiya edə bilmədikdə səhərisi gün neqativ əhval-ruhiyyə, yuxulu, halsız vəziyyətdə işə gəlir. Ya da ki, gecə saatlarında Facebook və bu kimi sosial şəbəkələrdə vaxt keçirtdikləri üçün səhər işə normal ab-havada qayıda bilmir, məhsuldarlığı aşağı düşür, müəyyən qədər daha çox stressə meylli olur. İnsan özünə, 10-15 dəqiqə daha çox işləyim, deyə yanaşdıqda bir müddət sonra onda yorğunluq müşahidə edilir. 8 saatdan sonra işlə məşğul olmaq, ümumiyyətlə, düzgün deyil. Ən əsası da yataq otağında kompüter qabağında əyləşmək olmaz”.
Kişilərdə cinsi zəifliyi yaradan səbəb və aradan qaldırılması
Bir kişi kimi parlaq və normal cinsi həyat yaşamaq istəyirsinizsə ən azı ildə bir-iki dəfə xəstə qismində olmasa da kişiliyinə biganə qalmayan bir insan kimi androloqlarla həmsöhbət olun. Həmsöhbət olun ki, kiminsə qarşısında acizlik və təəssüf hissləri keçirməyəsiniz.
Cinsi zəifliyi aradan necə qaldırmalı?
Əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət probləmləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşünməyə dəyər. Nə etməli?
1. Ən başlıca məsələlərdən biri düzgün qidalanma, cinsi fəaliyyəti artıran qida məhsullarına üstünlük verməkdir. Onlar hansılardır? Bal, qoz, darçın, zəncəfil, zeytun, xardal, xama, kəsmik, süd, yumurta, cəfəri, kök və apelsin şirəsi. Bu qida məhsullarını davamlı olaraq normasında gündəlik qida rasionunuza daxil etsəniz apteklərdə satılan və qəbulundan sonra orqanizmdə müxtəlif fəsadlar törədən dərmanlara ehtiyacınız olmayacaq.
2. Məlum olduğu kimi potensiyanın zəifləməsində insanın mənfi psixoloji durumu ilk sıralarda dayanır. Buna görə da çalışın özünüzü psixoloji baxımdan tərbiyələndirməyi bacarasınız. Nəzərə alın ki, həyatınızda baş vermiş xoşagəlməz hadisə haqqında saatlarla, günlərlə düşünmək zamanı geri qaytarıb həmin hadisəni başqa səmtə yönəltməyəcək. Ona görə də gələcəyinizi daha yaxşı qurmaq haqqında düşünün və özünüzü psixoloji yükdən azad edin.
3. Normal cinsi fəaliyyətə malik olmaq istəyirsinizsə artıq çəki yığmağınıza imkan verməyin.
4. Cinsi zəifliyə səbəb ola biləcək yağlı xörəklərdən, ət və kartof qızartmasından (fri), kofedən, koladan, kolbasadan, un məmulatlarından, mayonezdən, spirtli içkilərdən və ən əsası siqaretdən uzaq olun.
5. Dəfnə yarpağı ilə (lavrovı list) hazırlanmış suda vanna qəbul etmək cinsi zəifliyin aradan qaldırılmasına köməklik edir.
6. Gün rejiminizi müəyyənləşdirəndə axşam gəzintisinə vaxt ayırmağı mütləq sayın. Normal cinsi fəaliyyət üçün hərəkət, piyada gəzmək vacibdir.
7. Yuxu rejiminizə diqqət yetirin ki, bədəniniz gücünü itirməsin. Gücsüz bədən gücsüz potensiya deməkdir.
8. Daha vacib amillərdən biri isə davamlı və mütəmadi olaraq cinsi aktda olmaqdır. Uzun müddət cinsi əlaqədən uzaq olmaq cinsi zəifliyə gətirib çıxarır.
Sənəd mühafizəsini necə aradan qaldıra bilərik
Müşayiət məktubu və yaxud ingiliscədən “Cover Letter” özünüzü daha fərdi və yaddaqalan formada təqdim etmək üçün vakansiyaya müraciət ərizənizə əlavə edəcəyiniz sənəddir. Yaxşı yazılmış müşayiət məktubunda CV-dəki məlumatların üzərindən keçərək onları daha dərin ifadə edib karyeranızdakı fəaliyyətinizdən və uğurlarınızdan bəhs edə bilərsiniz.
İstənilən müşayiət məktubunu yazmağa başlayarkən məsləhətdir ki, müraciət etdiyiniz vakansiyanın məzmunu ilə tanış olub ona uyğun olaraq məktubun mətnini tərtib edəsiniz.
Bu yazımızda sizə müşayiət məktubunun nə olduğunu və necə yazılmalı olduğunu izah edəcəyik.
Müşayiət məktubu nədir?
Əgər CV-də haqqınızdakı faktları qeyd edirsinizsə, müşayiət məktubunda özünüz barədə məlumat verə bilirsiniz. Müşayiət məktubunun məqsədi özünüzü işə götürənə təqdim etməyinizdir və bunun kifayət qədər yadda qalan olması lazımdır. Bu o deməkdir ki, siz hazır formalardan istifadə etməməlisiniz. Hər bir məktub unikal olmalı, şirkətə və vakansiyaya görə yazılmalıdır.
Müşayiət məktubu üçün rəsmi bir forma yoxdur. Lakin təbii ki, məktub düzgün tərtib edilməlidir. Uğurlu müşayiət məktubu aşağıdakı kimi təsvir edilə bilər:
- Yadda qalan təqdimat.
- Görülən işlərin və həll olunan problemlərin konkret nümunələri.
- Hərəkətə keçirəcək cümlə ilə son mülahizə.
Müşayiət məktubuna nələr daxil edilməlidir
Əlbəttə ki, müşayiət məktubuna bütün karyeranızdakı və həyatınızdakı anları və uğurları yazmamalısınız. Müşayiət məktubuna xüsusi və uyğun gələn məlumatları daxil etmək daha düzgündür. Bu məlumatlar oxucuya sizin karyeranızdakı və həyatınızdakı işlər və nailiyyətlər barədə informasiya verməli və sizin vəzifə üçün niyə mükəmməl namizəd olduğunu izah etməlidir. Bəzi araşdırmalara görə müşayiət məktubunuzda 3 məlumat zəruridir:
- Namizədin iş təcrübəsi iş tələblərinə necə cavab verir
- Namizədin bacarıqları iş tələblərinə necə cavab verir
- Namizəd niyə məhz bu təşkilatda işləmək istəyir
Müşayiət məktubunuz oxucuya bu məlumatları verməli və onu əmin etməlidir ki, siz ən doğru namizədsiniz. Buna nail olmaq üçün isə işin təsvirini diqqətlə oxumalı və məktubun mətnini buna uyğun tərtib etməlisiniz.
Problemləri necə həll edə biləcəyinizi izah edin
Sadəcə şirkətdəki bəzi vəzifələri icra etmək və bunda mükəmməl olduğunuzu söyləmək kifayət deyil. Sözsüz ki, CV-də artıq vəzifə üçün lazımlı bacarığı qeyd etmisiniz. Lakin, müşayiət məktubu sizin üçün şansdır ki, orada bu baracarığı necə tətbiq etdiyinizi və necə uğur qazandığınızı təsvir edəsiniz. Hansı fəaliyyətlərlə və təcrübələrlə şirkətə fayda qatacağınızı aydın şəkildə izah etməlisiniz.
Müvafiq bir ton seçin
Hər bir yazının səs və tonu vardır. Səs və ton sizin yazınızın tərzini və özünüzü ifadə şəklini təsvir edir. Bundan əlavə spesifik rollar və sahələr yazıda xüsusi intonasiya tələb edə bilər. Məsələn, start-up biznes vəzifələrinə seçdiyiniz yazı tonu ilə hüquq vəzifələrinə seçdiyiniz yazı tonu arasında sözsüz ki, fərqlər olacaq.
Öz hekayənizi danışın
Karyeranız boyunca öyrəndiyiniz təcrübələrdən öz hekayənizi danışmaq işə götürənlərin diqqətini çəkəcək. Unutmamaq lazımdır ki, bunu edərkən səmimi olmaqla yanaşı hekayənizi şirkətin tələblərinə uyğun olaraq şəkilləndirməlisiniz. İstifadə etdiyiniz hansı bacarıqların həmin şirkət və vəzifə üçün uyğun olduğuna baxın. Bu bacarıqları kəşf etdikdən sonra buna uyğun hekayənizi təsvir edə bilərsiniz. Unutmayın ki, öz hekayənizi yazarkən yalnız nə etdiyinizi və öyrəndiyinizi deyil, bu öyrəndiklərinizi şirkətdə necə tətbiq edəcəyinizi də izah etməlisiniz. İş axtarmaq prosesi bizim özümüzə qatacağımız dəyərdən çox digərlərinə necə dəyər qatacağımız düşüncə ilə də irəliləməlidir.
Məsələn, marketinq meneceri vəzifəsinə müraciət edirsinizsə tələblərdə “yüksək təqdimat bacarığı” və “müştərilərlə yüksək ünsiyyət qabiliyyəti” qeyd oluna bilər. Siz öz müşayiət məktubunuzda sadəcə qeyd edə bilərsiniz ki, bu cür bacarıqlarınız var və bunları hər-hansı iş və layihələrdə inkişaf etdirmisiniz.
Tamamilə səmimi olmağa çalışın
Sizdə olmayan bacarıqları və yaxud etmədiyiniz bir işləri qeyd etsəniz bu sizə bəzən baha başa gələ bilər. Müsahibə və yaxud testlər zamanı reallıq ortaya çıxa bilər. Hər bir halda düzgünlük ən doğru siyasətdir.
Unikal olun
“Mən 2 il təcrübəli sosial media marketinq meneceriyəm və kreativ kontentlər yaradıram. Bu səbəbdən əminəm ki, sizin şirkət üçün ən uyğun namizədəm” yazmaq çox qeyri unikal səslənə bilər. Çox güman ki, digər namizədlər də, özünü ən yaxşı formada təqdim etməyə çalışacaqlar.
Məktubu sizinlə əlaqə qurmaq üçün səbəblər ilə sonlandırın.
Məktubun sonunda, daha çox məlumat verməyə hazır olduğunuzu və onlarla danışmağı səbirsizliklə gözlədiyinizi söyləyən bir cümlə ilə bitirməyiniz nəzakətli və həvəsli olduğunuzu göstərə bilər. Bu hissədə işəgötürəni sizi müraciətiniz növbəti pilləsinə irəliləməyə çağırmalısınız.
Yazınızı korrektə etməyi unutmayın
Məktubunuzu hər zaman hər-hansı səhvlərdən yoxlayın və tanışlarınızdan onu oxuyub məsləhətlərini bölüşməyi xahiş edin. Bununla həm səhvləri aradan qaldıra bilir, həmçinin, kənar fikirləri ala bilərsiniz.
Müşayiət məktubunu necə unikal yazmaq olar?
Müşayiət məktubunuzun unikal olması üçün aşağıdakıları nəzərə alın:
- Yazınızı və tərzinizi unikal etməlisiniz və oxucuya fərdi olaraq kim olduğunuzu göstərməlisiniz.
- İş elanı ilə birbaşa əlaqəli təcrübə və bacarıqları daxil etməlisiniz.
Bunlar bir-birinə zidd ifadələr kimi görünə bilər, lakin müvəffəqiyyətli bir məktub yazmaq üçün hər ikisini nəzərə alın.
Düzgün və səmimi bir məktub yazdığınıza əmin olduqdan sonra artıq onu müraciətinizə əlavə edə bilərsiniz. Unutmayın ki, məktubunuzdakı ən əsas nüanslar odur ki, tamamilə unikal, şirkət və vəzifəyə uyğun bir mətn tərtib etməlisiniz. Hazır formatlar və yaxud kənar informasiyalar sizi qeyri-ciddi təqdim edə bilər. Səmimi və müvafiq informasiyalarla dolu bir məktub yazdığınızdan əmin olun.
İstinad: Glasdoor portalı
- cv
- vakansiya
- cv hazırlamaq
- cv hazırlama
- müsahibə sualları
- müşayiət məktubu
- işə müraciət
- coverletter
- Vakansiyaya müraciət qaydası
İş həyatında gərginliyi necə aradan qaldırmaq olar?
İşgüzar şəxslər üçün gündəlik həyatları iki hissədən ibarət olur: iş və ev həyatı. Təbii ki, insanların maddi asılılığını nəzərə alsaq, iş həyatlarına daha çox diqqət və önəm verdiyini görə bilərik. Saatda bir dəqiqə belə oturduğu yerdən qalxmadan iş başında olmaq, əlbəttə ki, maddi cəhətdən bizə müəyyən töhfələr versə də, mənəvi və psixoloji baxımdan müəyyən problemlər yarada bilir. Bu zaman iş həyatında yaranan gərginliklər şəxsi həyatımıza da təsirsiz ötüşmür. Bəs, görəsən, işdəki gərginliyi necə aradan qaldıra bilərik?
Psixoloq Murad İsayev Milli.Az-a açıqlamasında iş həyatındakı məhsuldarlığı, keyfiyyəti yüksəltmək üçün müəyyən plan cızmağın vacib olduğunu deyir. O, gün ərzində müxtəlif probelmlərə, işlə yanaşı, şəxsi həyata da lazımi vaxt ayırmağın vacibliyini vurğulayır: “Hər bir işgüzar şəxs işinin keyfiyyətini artırmaq üçün müəyyən qrafik cızmalıdı. Zamanın düzgün idarə olunması çox önəmlidi. Çalışmalıyıq ki, gün ərzində işə, şəxsi həyata, o cümlədən həlli gözlənilən müxtəlif məsələlərə vaxt ayıra bilək. Bir işlə bir saat məşğul olacağımız halda daha artıq vaxtımızı buna sərf etməyimiz yorğunluğa və gərginliyə səbəb ola bilər. İş həyatında məhsuldarlığı artırmaq üçün çin mütəxəssilərinin araşdırmalarına nəzər yetirə bilərik. Onlar şirkətlər üçün belə bir qrafika hazırlayıblar. Kompüter önündə, oturaq işlə məşğul olan şəxslər 55 dəqiqə, bir saatdan sonra ayrılmış xüsusi otaqlarda fiziki hərəkətlərlə məşğul olmalıdırlar. Ən azından saatda bir dəfə otaqdan çıxa, hərəkət etmək, kiminləsə canlı ünsiyyət qura bilərsiniz. Bu iş həyatı üçün çox önəmlidi. Bir saatdan bir 7-8 dəqiqə işə fasilə vermək işgüzarlığın artmasına da təsir edəcək”.
M.İsayev deyir ki, iş başında ikən otaq normal ab-havada olmalıdı. Əgər iş otağımızda başqa hər hansı bir canlı olarsa, bu zaman müsbət əhval-ruhiyyəyə köklənə bilərik. Psixoloq iş otaqlarının rənglərinin insanlara təsirindən də söz açır: “Çalışmaq lazımdır ki, iş otağımız normal ab-havada olsun. Oksigenlə bol, cansıxıcı ab-hava olmamalıdı. Otaqda yaşıl və mavi rənglərin olması çox önəmlidi. Bu rəng tonları stressi azaltmaqla yanaşı, insanları sakitləşdirir, onlara daxili rahatlıq gətirir. Təbii ki, otaqda hər hansı başqa bir canlı, məsələn quş, yaxud akvarium olarsa, bu, iş adamlarına daha müsbət təsir bağışlaya bilər”.
Psixoloq cansıxıcı ab-havanın aradan qaldırmağın yollarından danışaraq sakit, həzin mahnılara qulaq asaraq gərginlik və stressdən kənarlaşa biləcəyimizi deyir: “Daxili aləmi sakitləşdirən musiqilərə qulaq asmaq tövsiyə edilir. Müvəqqəti olaraq işdən ayrılaraq bu cür musiqiləri dinləmək məsləhət görülür. Məsələn, siz rəqs etmək üçün aktiv mahnılara qulaq asa bilərsiniz. Lakin meditasiya tipli mahnılar da istirahətiniz üçün faydalı təsirlərə malikdi. Bu cür musiqilər insanın daxili aləminə xüsusi sakitlik gətirir, aqressiv templər, demək olar ki, olmur. Daha çox insan qulağı üçün təbii olan səslərdən istifadə edilir. Maksimum dərəcədə yüksək tempdə olan səslərdən, rok ifalarından qaçmaq lazımdı. Çünki bu tip ifalar özündən asılı olmayaraq insanın beynində gərginlik yarada bilər. İnsan resursları üzrə mütəxəssislər iş həyatında zamanı idarə etmə ilə bağlı təlimlər keçərək bir saatdan bir sadaladığımız tələblərə əməl etməyin vacib olduğunu deyir. Onlar bu yolla işdəki məhsuldarlığın artırılacağını vurğulayır”.
Ekspert saatda bir neçə dəqiqə istirahətə vaxt ayırmağın gündəlik iş rejimimizdən elə də çox olmayan, təxminən yarım saat oğurladığını vurğulayır. O yarımçıq qalan işlərin evdə həll edilməsini məsləhət görmür. Və tövsiyə edir ki, yataq otağında, ümumiyyətlə, kompüter işləri ilə məşğul olmayaq: “İşdən evə qayıtdıqda yenidən iş həyatı ilə məşğul olan şəxslər bunu daha məhsuldar olmaq üçün etsələr də, növbəti gün istədiyi keyfiyyəti əldə edə bilmirlər. Çünki evdə yetərincə istirahət edə bilmədikləri üçün yeni iş gününə yorğun halda başlamalı olurlar. Bu səbəbdən yeməyimiz, içməyimiz, yatmağımız, iş həyatımız üçün qrafik vaxt ayırmalıyıq. Zamanı idarə etməyin düzgün qurulması həm ailə, həm də ki iş həyatımız üçün çox önəmlidi. Əks halda bir insan gündəlik enerjisini düzgün korreksiya edə bilmədikdə səhərisi gün neqativ əhval-ruhiyyə, yuxulu, halsız vəziyyətdə işə gəlir. Ya da ki, gecə saatlarında Facebook və bu kimi sosial şəbəkələrdə vaxt keçirtdikləri üçün səhər işə normal ab-havada qayıda bilmir, məhsuldarlığı aşağı düşür, müəyyən qədər daha çox stressə meylli olur. İnsan özünə, 10-15 dəqiqə daha çox işləyim, deyə yanaşdıqda bir müddət sonra onda yorğunluq müşahidə edilir. 8 saatdan sonra işlə məşğul olmaq, ümumiyyətlə, düzgün deyil. Ən əsası da yataq otağında kompüter qabağında əyləşmək olmaz”.
Son zamanlar cəmiyyətdə nevroz, psixoloji problemlərin çoxaldığının müşahidə edildiyini deyən M.İsayev insanlarda yaranan yorğunluğun da xroniki hal aldığını söyləyir. O, iş həyatında stressdən azad olmanın yollarından danışır: “Demək olar ki, 3 nəfərdən birində xroniki yorğunluq var. Bu da zamanın düzgün qurulmaması, stress, gərginlikdən uzaq olmanın yollarını bilməməkdən irəli gəlir. İnsanda özünümüdafiə sistemi var. Bu sistemin normal fəaliyyəti üçün gərək ki, o şəxsin psixologiyası normal olsun. Bunun üçün çalşmalıyıq ki, iş saatlarında belə, bizə daxili sakitlik gətirən, dincəldən, zövq verən işlərlə məşğul olaq. Müəyyən gərilmə hərəkətləri var ki, bununla da stressimizi ata bilərik. Məsələn, “jim” etməklə. Təklif olunan normalara əməl etməklə biz stressin gün ərzində nə qədər azaldığını müşahidə edə bilərik. Sinir sistemimizin ən həssas yerlərini, qolları, ayaqlarını soyuq su ilə yumaq çox önəmlidi. Bu zaman insanın əhval-ruhiyyəsi normallaşır, stressdən uzaq olur”.
O, yeni iş həftəsinə müsbət əhval-ruhiyyədə başlamaq üçün həftə sonunu daha aktiv və əyləncəli keçirməyi tövsiyə edir: “Mütləqdir ki, həftə sonuna hər hansı iş planlaşdırmayaq. Bacardığımız qədər istirahətə vaxt ayırmalıyıq. İşi bacardığımız qədər evə daşımamalıyıq. Kommunal xərcləri ödəmək, bazarlıq və s bu kimi işləri çalışmalıyıq ki, həftə sonuna saxlamayaq. Bəzi xanımlar ev işlərini görməyi həftə sonuna planlaşdırırlar. Əgər bunu edərsinizsə, yenə də çalışın ki, həftə sonu özünüzə, istirahətinizə vaxt ayıra biləsiniz. Xüsusi ilə də işgüzar insanlar çalışmalıdırlar ki, aktiv istirahətə üstünlük versinlər. Çünki həftə sonu yalnız yeyib-içib yatmaqdan ibarət deyil. Əylənmək, fiziki hərəkət etmək, məsələn, rəqs etmək, daha aktiv həyat tərzi yaşamaq həftə sonu üçün çox önəmlidi. Passiv istirahətdənsə, aktiv istirahətə üstünlük vermək lazımdı. Belədə yeni həftəniz gözlədiyinizdən daha məhsuldar olacaq”.
Məhin
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.