HR Nədir
Ətrafınızda sıfırdan bu işə başlayıb, sonradan yaxşı qazanan insanlar yəqin ki, var. Ən çox tələb olunan sahələrdən biridir. Köklükdən əziyyət çəkənlərdən tutmuş, toya hazırlaşan və yaxşı bədən forması əldə etmək istəyən gəlin və bəylərə qədər, çoxlarının üz tutduqları məkan fitness zallardır. Bu biznesin çiçəklənməsi isə birbaşa özünüzdən asılıdır.
Proqram təminatı
Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Proqram – maşının addım – addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşlayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
- Sistem proqramları — bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS proqramı);
- Qeyri-rezident (adi) proqramlar — ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir;
- Rezident proqramlar- Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər:
- İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
- Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya instrumental sistemlər;
- İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.
Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem proqramları aşağıdakılardır:
- Əməliyyat sistemləri;
- Şəbəkə sistemləri;
- Xidməti proqramlar və s.
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib elementlərindən biridir. Əməliyyatlar sistemi kompüter işə düşərkən yerinə yetirilməyə başlayır. Kompüterin bütün hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin resurslarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.
ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
-antiviruslar;
-interfeys proqramları;
-fayl, kataloq və qovluqlarla işləmə proqramları;
— arxivləşdirmə proqramları;
— proqram örtükləri;
— qurğuların iş qabliyyətini yoxlayan proqramlar;
-qurğuları idarə edən proqramlar- drayverlər;
-köməkçi proqramlar.
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:
-kompüteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR);
-antivirus proqramlar kompüterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).
İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
-məntiqi məsələlərin həlli üçün;
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Beləliklə, operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.
Tətbiqi proqramlar
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP);
-standart proqramlar kitabxanası.
TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
-
- mətn redaktorları- kompüterdə mətnlərin hazırlanması üçün (WordPad, Microsoft Word);
- cədvəl prosessorları- cədvəl verilənlərinin emalı üçün (Lotus 1-2-3, Microsoft Excel);
- nəşriyyat sistemləri- nəşriyyat sənədlərinin hazırlanması üçün (PageMarker, QuarkXpress);
- verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) (Microsoft Access);
- təqdimatların (prezentasiyaların) hazırlanması üçün (Microsoft Power Point);
- iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
- qrafik sistemlər- şəkillərin, animasiyaların, videofilmlərin hazırlanması üçün (Presto! Mr. Photo);
- verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);
- öyrədici proqramlar, kompüter oyunları, tərcümə proqramları və s. (Polyglot, PROMT).
TPP hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
-informasiyanın işlənməsi üsullarına görə;
-paketlərin reallaşmasına görə.
TPP tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP;
-ümumi təyinatlı TPP;
-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP.
İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər:
-üsulyönlü TPP;
-problemyönlü və ya problemlə bağlı TPP;
-texnologiyayönlü TPP.
Üsulyönlü TPP hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü TPP hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü TPP informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur.
TPP-lərini əməliyyatyönümlü və problemyönümlü proqramlara da bölmək mümkündür. Əməliyyatyönümlü TPP öz növbəsində iki yerə bölünür:
-məlumatların işlənməsini təmin edən paketlər;
-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və İnteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir.
İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı TPP-ni funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş TPP tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.- Teqlər:
- proqramların növləri
- , proqramlar
HR Nədir?
Hey, “HR olmaq istəyirəm amma hardan başlayacağımı bilmirəm” deyən gənc, sözüm sənədir!
– Bəli, bəli səni deyirəm. Diqqətli oxu! Çünkü bu yazımı oxuduqdan sonra HR haqqında ağlında tam bir fikir formalaşacaq. Hətta bunun ilə kifayətlənməyib, sənə bu sahədə özünü inkişaf üçün bir neçə kitab, film və kurs tövsiyyə edəcəm. Odur ki,fikrin blogumda olsun )
HRM nədir?
Niyə müəssisə üçün HRM bu qədər vacib əhəmiyyət kəsb edir?
HR sözü ingilis dilində olan “human resources” ifadəsinin qısaldılmış formasıdır. Bu ifadə ilk dəfə John Commas tərəfindən “Distribution of Wealth” kitabında istifadə olunmuşdur.
İnsan resurslarının idarə edilməsi müəssisənin məqsədlərinə çatması üçün insan resurslarının ən məhsuldar, effektiv formada istifadə edilməsi fəaliyyətlərinin cəmidir. Bu izahı daha yaxşı anlamaq üçün sizə HR-in müəssisədəki rolunun vacibliyini belə bir nümunə ilə göstərə bilərəm:
Gəlin,müəssisəyə insan organizması kimi baxaq. Bildiyiniz kimi organizmamızda ən həyati organlar ürək və beyin-dir. Beyni gəlin top manager-lər kimi təsvir edək, el arasında deyildiyi kimi beyin komandası, kompaniyanın gələcəyi üçün bütün vacib stratejik qərarları verənlər qrupu. Bu zaman digər bədən orqanlarının hərəkətini qanın paylanmasını təmin edən ürəyə insan resurslarının idarə edilməsi kimi baxa bilərik. Ürək(HR) əgər düzgün işləməsə, diğər orqanların (müəssisəsdə olan departamentlərin) hətta organizm üçün həyati vacibliyə malik beyinin fəaliyyətində böyük problemlər yaranır və demək olar ki bir çox halda insan üçün ölüm, müəssisə üçün iflas ilə yekunlaşır.
İnsan Resurslarının İdarə edilməsi peşəsinin əsas məqsədi və funksiyaları nələrdir?
Hal-hazırda dövrün ən populyar və tələbatın ən çox olduğu sahələrdən birinə çevirilən İnsan Resurslarının İdarə edilməsi sahəsinin əsas vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. HR sahəsinə görə insan bir qaynaqdır nəticə deyil və bu qaynaq şirkətin ən dəyərli qaynağıdır. İnsan Resurslarının İdarə edilməsinin əsas məqsədi isə,müəssisədə məhsuldarlığı, səmərəliliyi və iş şəraitində effektivliyi artırmaqla,rəqabətdə üstünlüyü təmin etməkdir. Bu sahənin bir neçə əsas funksiyası vardır, funksiyaların hərbirinə bir puzzle hissəsi kimi baxsaq, birləştirdiktə bu sahənin əsasını təşkil edən funksiyaları tam formada görəbilərik:
HR mütəxəssisi olmaq üçün hansı səriştələrə sahib olmaq lazımdır?
Artıq ağlınızda bu sahə üzrə fikir formalaşdı. Bu sahənin funksiyalarını, məqsədini, necə işlədiyini artıq başa düşdünüz. Bəs HR olmaq üçün biz özümüzdə hansı xüsusiyyətləri inkişaf etdirməliyik? HR-ın sahib olmalı olduğu səriştələr nələrdir? Suallarıını verdiyinizi artıq eşidirəm. Gəlin onda blogumun bu hissəsində bu səriştələrə baxaq )
Bu ümumi məlumatdan sonra, HR peşəsini daha dərindən anlamaq üçün növbəti blog yazılarımda sizə bir neçə film və kitab tövsiyyəm olacaq.
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film klik edin
HR kurslarına qoşulmaq üçün klik edin
Müəllif: Vəciyyə Əliyeva\Vajiyya Aliyeva
- İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
- IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
- Rus dili öyrənməyin 6 qısa yolu
- Sözləri şəkillər vasitəsilə öyrənin
- Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
- İngilis dilində mətnlər
- Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
- Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
- İngiliscə lüğəti genişləndirmək
- İngiliscə danışığı öyrənməyin 10 yolu
- İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
- İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
- IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
- İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
- Rus dilini öyrənmək üçün sözlər və ifadələr
- İngilis dilini niyə öyrənə bilmirik?
- Rus dilində frazeoloji birləşmələr
- İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
- 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
- TOEFL nədir?
- GMAT və GRE nədir?
- Liderlik haqqında sitatlar (RUS-AZE)
- SAT nədir?
- İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
- İngilis dilini evdə öyrən
- Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
- 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
- İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
- İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
- CV hazırlamaq
- İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
- İmtahana hazırlaşmağın 4 effektiv yolu
- HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
- Tələbə Krediti
- IELTS nədir və nə üçün lazımdır?
- Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
- Ən Yaxşı Təqaüd Veb saytları
- ACCA nədir?
- Yerli Təqaüd Proqramları
- Yös nədir?
- İngilis Dili Səviyyələri
- Rus Dilində Mətnlər
- İngilis dilinin tarixi
1000 dollarla hansı biznesi qurmaq olar?
Şəxsi biznes qurmaq əksəriyyətin arzusudur. Hətta uğurlu iş yeri və sabit gəlir kimi anlayışlar da şəxsi biznesin yaratdığı üstünlüklərə kölgə sala bilməz. Öz biznesimizin təmin etdiyi rahatlığı, yüksək motivasiyanı və idarə olunan gəlirliliyi başqa heç bir iş əvəz edə bilməz. Amma biznes qurmaq üçün sərmayə lazımdır ki, əksəriyyətdə belə imkanlar olmur. Bəs kiçik sərmayə ilə sərfəli biznes qurmaq mümkündürmü? Cəmi 1000 dollarlıq və ya daha az investisiya ilə biznes qurmağın yollarını böüşürük.
1000 dollara qədər kiçik vəsaitlə biznes qurmaq üçün ideyalar:
1. Audio-kitablar yaradın!
Day.Az fins.az-a istinadən bildirir ki, belə kitablar vaxta qənaət baxımından çox faydalı və arzuolunandır. Ölkəmizə bu sahəyə maraq bir qədər yeni yaranıb deyə, sektoru inkşaf etdirən məhz siz ola bilərsiniz. Xüsusilə onlayn mənbə yaratmaq daha sərfəlidir. İşlərininz uğurla getdikdən sonra, artıq audio dinləməni oxuculara ödənişli əsaslarla təklif edə bilərsiniz.
2. Özünüz istehsal edin, özünüz satın!
Evinizdə yaxşı bacardığınız nəyisə həm hazırlaya, həm də sata bilərsiniz. Xanımlar, əgər şirniyyat bişirməkdə, əl işlərində bacarqlısınızsa bunu biznesə çevirin. Bu, kişilər üçün də keçərlidir.
3. Fotoqraf olmağı sınayın
Yaxşı bir fotoaparat və xəyal gücünüz sizə kömək edəcək. Daha sonra isə sizə lisenziya, rəsmi veb sayt və komputer lazım olacaq. İnsanlar xoş günlərini fotolarda əbədiləşdirməyi sevir. Fotoqraflar sizə ölkəmizdə heç də pis qazanmır.
4. Şəxsi fitness treyner
Ətrafınızda sıfırdan bu işə başlayıb, sonradan yaxşı qazanan insanlar yəqin ki, var. Ən çox tələb olunan sahələrdən biridir. Köklükdən əziyyət çəkənlərdən tutmuş, toya hazırlaşan və yaxşı bədən forması əldə etmək istəyən gəlin və bəylərə qədər, çoxlarının üz tutduqları məkan fitness zallardır. Bu biznesin çiçəklənməsi isə birbaşa özünüzdən asılıdır.
5. Tərcümə xidmətləri
Əgər əlavə ən yaxşı halda 2 dil biliyiniz varsa, onda heç iş axtarmağa dəyməz. Ola bilsin ki, siz bir xarici dili çox yaxşı bilirsiniz amma heç yazılı tərcüməçiliklə məşğul olmaq barədə fikirləşməmisiniz. Elə isə, bu barədə ciddi fikirləşib, hərəkətə keçin. Tərcümə xidmətindən ölkəmizdə hərgün minlərlə, ən az yüzlərlə fiziki və hüquqi şəxs istifadə edir. Biznesə başlamaq üçün sizə laptop və tərcümə işinə faydalı olan proqram təminatı lazım olacaq. Bir qədər tanındıqdan sonra isə, əminliklə işlərinizin yağ lkimi gedəcəyini deyə bilərik.
6. Onlayn bujiteriya butiki
İşinizin ağası olmaq üçün isə yüksəksürətli internetə və laptopa ehtiyacınız olacaq. Statistika göstərir ki, bujiteriya internet vasitəsilə ən çox satılan məhsullar arasında ilk yerlərdədir.
7. Camaşırxana və ütü xidməti
Vaxta qənaət, dövrümüzün insanlarının prioritet məqsədinə çevrilib. Bu yolla isə, insanlara vaxtlarını dəyərləndirməkdə kömək edə bilərsiniz. Biznesiniz böyüdükdən sonra isə xidmətə mənzil başından pulsuz götürmə və pulsuz çatdırıma xidmətini də əlavə edə bilərsiniz.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.