İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi
Dəri ortüklərinə nəzarət edin, yataq yaralarına qarşı bütün profilaktik tədbirləri yerinə yetirin. Xəstələrdə çox vaxt sidik və nəcis qaçırması olur, onlara düzgün qulluq edin.
İnsultun qarşısını almağın 7 yolu
Hər birimiz bu gündən insultun qarşısını almaq üçün profilaktik tədbirlərə başlaya bilərik. Yaşınızdan və genetikanızdan asılı olmayaraq, özünüzü qorumağa çalışın.
İnsultun qarşısını almaq üçün nə edə bilərsiniz?
İnsult riskini artıran səbəblərdən biri də ən az genetika qədər rolu olan yaş faktorudur. Bu halda siz zamanı idarə edə və ya ailə genlərinizi dəyişə bilməzsiniz, amma bəzi qabaqlayıcı tədbirlər görə bilərsiniz.
Harvard Tibb Məktəbinin professor nevroloqu və Massaçusets Xəstəxanasının insult şöbəsinin professoru Nataliya Rost da açıqlamasında bunu təsdiq edib.
İnsultun sizə yox, sizin ona təsir edə biləcəyiniz üsullar bunlardır:
1. Qan təzyiqinin azaldılması
Yüksək qan təzyiqi nəzarət edilmədiyi təqdirdə insult riskini dörd dəfəyə qədər artıran səbəbdir. Həkim Rostun sözlərinə görə, yüksək qan təzyiqi kişilərdə və qadınlarda insult riskinin əsas səbəbidir. Qan təzyiqinə nəzarət və onun müalicəsi qan damarlarınız üçün çox faydalıdır.
Əsas məqsədiniz: qan təzyiqinizi 135/85-dən aşağı səviyyədə saxlamaqdır. Bəziləri üçün isə bu rəqəm daha aşağıdır (məsələn, 140/90).
Buna necə nail olmaq olar:
– Qida rasionunuzda duzun miqdarını gündə 1500 mq (təxminən yarım çay qaşığı) qədər azaldın.
- Hamburger, pendir və dondurma kimi xolesterolu yüksək olan qidalardan uzaq durun.
– Hər gün 250-400 qr arası meyvə-tərəvəz, həftədə iki-üç dəfə balıq, eyni zamanda, taxıl qidaları və az yağlı süd məhsullarından istifadə edin.
– Daha çox hərəkət – gündə minimum 30 dəqiqə (mümkünsə daha çox) fəaliyyətdə olun.
– Siqaret çəkirsinizsə, siqareti tərgidin.
Lazım gələrsə, yüksək təzyiq əleyhinə dərman qəbul edin.
2. Arıqlamaq
Piylənmə və artıq çəki (yüksək təzyiq və diabet daxil olmaqla) insult riskinizi artırır. Çəkiniz artıqdırsa, atacağınız hər 5 kq üçün insult riski əhəmiyyətli dərəcədə azalır.
Sizin məqsədiniz: İdeal bədən kütləsi indeksi (BMI) 25 və daha az olsa da, bu sizin üçün real olmaya bilər. Şəxsi çəki strategiyanızı yaratmaq üçün həkiminizlə məsləhətləşin.
Buna necə nail olmaq olar:
– Gündə 1500-2000 kaloridən çox qəbul etməməyə çalışın (fəaliyyət səviyyəniz və hazırkı BMI-dən asılı olaraq).
– Gündəlik gəzinti, qolf və ya tennis oynamaq kimi məşğuliyyətlərin miqdarını artırın.
3. İdmanla məşğul olun
Məşq nəinki kilo verməyə və qan təzyiqini azaltmağa kömək edir, o, həm də insult riskini azaltmağın yoludur.
Sizin məqsədiniz: həftədə ən az beş gün normalar daxilində intensiv idman edin.
Buna necə nail olmaq olar:
– Səhər yeməyindən sonra hər səhər gəzintiyə çıxın.
– Dostlarla fitnesə başlayın.
– İdmanla çətin nəfəs alarkən belə danışa biləcəyiniz səviyyədə məşğul olun.
– Mümkün aədər lift yerinə pilləkənlərdən istifadə edin.
– İdmana ayıracaq 30 dəqiqə vaxtınız yoxdursa, onu gün ərzində 10-15 dəqiqə olmaqla bir neçə dəfə edin.
4. İçki içirsinizsə, miqdarını azaldın
Az miqdarda spirtli içki içmək insult riskini azalda bilər. “Tədqiqatlar göstərir ki, gündə bir dəfə alkoqol qəbul etsəniz, insult riskiniz daha aşağı ola bilər”, – deyə həkim Rost deyib.
Sizin məqsədiniz: spirtli içki içməyin və ya bunu normada edin.
Buna necə nail olmaq olar:
– Gündə bir qədəhdən çox olmayaraq spirtli içki qəbul edin.
– İlk seçiminiz isə qırmızı şərab olsun. Çünki onda ürəyi və beyini qorumaq üçün nəzərdə tutulan resveratrol var.
– Qida porsiyalarınıza diqqət edin. Standart ölçülər belədir: şərab 1 badə, pivə 1 stəkan, təsirli içki 1 rumka.
5. Atrial aritmiyanı müalicə etmək
Atrial aritmiya ürəkdə laxtalanmanın (qan laxtalarının) meydana gəlməsinə səbəb olan nizamsız döyüntüdür. Bu laxtalanmalar beyinə gedərək insulta səbəb ola bilər. “Atrial aritmiya insult inkişafında, demək olar ki, beş dəfə artıq riskə malikdir və buna ciddi yanaşmaq lazımdır”, – deyə Rost bildirib.
Sizin məqsədiniz: əgər sizdə atrial aritmiya varsa, onu müalicə edin.
Buna necə nail olmaq olar:
Sürətli döyüntü kimi simptomlarınız varsa, müayinə üçün həkiminizə müraciət edin.
Artrial aritmiya zamanı insult riskinizi azaltmaq üçün dərman preparatlarından istifadə etməyiniz məsləhət görülür.
6. Diabeti müalicə edin
Qanda şəkərin səviyyəsinin artması zamanla qan damarlarını zədələyir və onların laxtalanması ehtimalını artırır.
Sizin məqsədiniz: qan şəkərinizi nəzarət altında saxlamaq.
Buna necə nail olmaq olar:
– Həkiminizin də tövsiyə etdiyi kimi, qan şəkərinizə nəzarət edin.
– Pəhriz gözləyin, idmanla məşğul olun.
7. Siqareti tərgidin
Siqaret müxtəlif səbəblərlə laxtalanmanın meydana gəlməsini sürətləndirir. Qanınızı qatılaşdırır və damarlarda yığıntıların miqdarını artırır. Sağlam pəhriz və müntəzəm məşqlə yanaşı, siqaretdən imtina insult riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək. Bu, həyat tərzinizi əhəmiyyətli dərəcədə dəyişəcək.
Sizin məqsədiniz: siqareti tərgidin.
Buna necə nail olmaq olar:
– Siqareti tərgitmək üçün ən uyğun üsulu həkiminizdən soruşun.
– Nikotin həbləri, psixoloji məsləhətlər və ya dərmanlar kimi siqaretə qarşı vasitələrdən istifadə edin.
– Təslim olmayın. Siqaret çəkənlərin çoxunun siqaretdən imtina etməsi üçün bir neçə cəhd lazımdır. Hər cəhdi müvəfəqiyyətə atılmış daha bir addım hesab edin.
– İnsult zamanı hərəkət təsirini təyin edin.
Bir çox insan insult əlamətlərinə məhəl qoymur, çünki simptomlarının nə dərəcədə real olduğunu bilmirlər. “Mənim tövsiyəm: öyrəşmədiyiniz simptomlar varsa, gözləməyin. Bədəninizi dinləyin və instinktlərinizə etibar edin. Nəsə qaydasında getmirsə, dərhal peşəkarlara müraciət edin”, – deyə həkim Rost deyir.
Milli insult birliyi, insult əlamətlərini xatırlamağınıza və ona reaksiya verməyinizə kömək edəcək sadə abreviatura F-A-S-T (CƏLD) yaradıb. Bu şəkli kəsin və asan istifadə üçün soyuducuya yapışdırın.
Face – Üz (üz əyriliyi)
Arms – Qol (bir və ya hər iki qolun idarəsinin itirilməsi)
Speech – Nitq (qəribə nitq)
Time – Zaman (bu simptomlardan birini hiss edirsinizsə, dərhal təcili yardım çağırın).
İnsult zamanı ilk üç saat gələcək proqnoz üçün çox əhəmiyyətlidir.
Sevinc İbrahimova
İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?
İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?
İnsult nədir, əlamətləri və ağırlaşmaları
Hamı insultun ağır xəstəlik olduğunu və necə ağırlaşmalar səbəb ola biləcəyini bilir. İnsultun baş verməsini əvvəlcədən bilmək isə insanın həyatını xilas edir və onu əlil olmaqdan saxlayır. İnsult baş verən zaman ilkin əlamətlərin meydana çıxdığı 3-5 saat ərzində xəstəyə tibbi müdaxilə edildikdə o zaman xəstəliyin əmələ gətirdiyi patoloji ağırlaşmalar minimum səviyyədə olur. İnsult beyin qan dövranının qəfil pozulmasıdır. İnsult spazmdan,beyin damarlarının tutulması və yırtılması səbəbindən baş verir. Əvəllər insult 60 yaşdan yuxarı insanlarda əmələ gəlirdi. Son dövrlərdə isə bu xəstəliyi yaşı xeyli cavanlaşıb. Mütəxəssislər insultun əmələ gəlməsində əsasən 7 əlamətin rol oynadığını qeyd edirlər:
1. Yüksək qan təzyiqi
Hipertoniya insultun baş verməsində rolu olan xəstəliklərdən biri sayılır.
2. Sərt boyun
Özünüzdə insult qorxusu olmağını yoxlamaq istəyirsinizsə o zaman çənənizi sinənizə toxundurmağa çalışın. Əgər çənəniz sinənizə çatmırsa və sidə güclü baş ağrıları əmələ gəlirsə o zaman təcili həkimə müraciət edin.
3. Ətraflarda keylik
Əgər sizin əllərinizdə və ya ayaqlarınızda keyləşmə varsa, hissiyyat itibsə, ətraflarınıza toxunduqda heç nə hiss eləmirsinizsə, həmin hissənin tempraturu bədənin digər hissəsinin tempraturundan aşağıdırsa o zaman sizdə insult əlaməti var.
4. Güclü baş ağrıları
Hamının başı müxtəlif səbəblərdən ağraya bilir. Qəfil şiddətli ağrı ilə müşahidə edilən baş ağrısı insultun əlaməti sayılır.
5. Görmənin və eşitmənin pozulması
Göz önündə anlaşılmaz şəkillərin meydana gəlməsi insultun əlaməti sayılır. İnsult baş verəndə xəstənin görməsi və eşitməsi qəfil pozulur.
6. Nitq pozğunluqları
Qəfildən meydana çıxan nitq pozuntuları insultun əlamətidir. Belə ki, insult baş verən zaman xəstə anlaşılması çətin olan ifadələr işlədir. Bu zaman xəstə özü də nə dediyini asnlamır.
7. Müvazinatin itməsi
- 1. Gülümsə – insult baş verən adamlar güldükdə onların üzünün yarısı tərpənmz olaraq qalır.
- 2. Əllərini yuxarıya qaldır – insult baş verən adamlarda əzələ zəifliyi meydana gəlir və onlar əllərini yuxarıya qaldıra bilmirlər.
- 3. Dilini tərpət – insultlu xəstələr dillərini tərpədə bilmirlər.
İnsultdan sonra xəstəyə baxmağın əsas xüsusiyyətləri
Insult – beyin qan dövranının kəskin pozulmasi deməkdir. Daha çox hipertoniya xəstəliyi, baş beyin damarlarının aterosklerozu, ürəyin işemik xəstəliyi, beyin damarlarının anomaliyası, anevrizmalar, şəkərli diabet zamanı inkişaf edir.
Növünə görə hemorragik və işemik insult (beyin infarkti), subaraxnoidal qansızma olur.
Hemorragik insult
Təhrikçi amillər – emosional va fiziki gərginlikdən sonra inkişaf edə bilər
Beynə qan sizir.
Arterial təzyiqin ya damarların funksional vəziyyətinin dəyişməsi arteriyanın partlaması ilə nəticələnir.
- Huşun qəflətən itməsi
- Üz dərisinin hiperemiyası (qizarması)
- Alın tərləməsi
- Boyun damarlarının güclü pulsasiyası (vurması)
- Şiddətli baş ağrıları
- Qusma
- Yüksək arterial təzyiq
- Taxikardiya (urəkdöyünməsi)
- Tənəffüs pozulması: küylü, pıqqıltılı, xırıltılı tənəffüs
- Hərarətin 37-39 °C qədər artmasi
- Ətrafların bir tərəfli iflici (misal üçun, agiz bucagının sallanması, başın və gözlərin iflic tərəfə çevrilməsi)
- Nitqin pozulması
- Bəzən, sidik ləngiməsi və ya qeyri- ixtiyari sidik ifrazı
- Qıcolma (sağlam əl və ya ayağin qeyri-ixtiyari hərəkəti)
Subaraxnoidal qanaxma – baş beyin damarları anevrizmasın cırılması nəticəsində inkişaf edir
- «arxadan zərbə» tipli kəskin baş ağrısı qusma
- – epileptiform tutmalar
- – hərəki oyanıqlıq
- – huşun qaralması, tutulması
Işemik insult
Təhrikçi amillər – emosional gərginlik, yorgunluq, yoluxucu xəstəliklər
Aterosklerotik baş beyin damarlarının kəskin daralması ya tutulması (trombla, embol ilə). Adətən, ahıl yaşlarda inkişaf edir.
- Xəstəlik tədricən inkişaf edir, xəstənin huşu itmir
- Baş ağrıları, baş gicəllənməsi, kəskin zəiflik, dəri örtüklərinin avazimasi
- Ayaq va əllərin keyiməsi
- Bir neçə dəqiqə, saat, bəzən, gün ərzində halsızlıq artır
- Ayaq və əllər getdikcə ağırlaşır, sonra birdən-birə zəifləyir və hərəkətini itirir
- işemik proses gecə inkişaf edirsə, pasiyent səhər yerindən qalxa bilmir, əl və ayaqlarını tərpədə bilmir
- Sağ ətrafların hərəkəti pozulursa, pasiyentin nitqi pozulur
- Görmə və udma qabiliyyəti pozulur
Insult keçirmiş xəstəyə ev şəraitində qulluq
Bir çox hallarda, evdəkilərdən biri qəfildən yatağa düşdükdə xəstəyə baxan adam nə edəcəyini bilmir.
Insult hadisəsi nə qədər ağır keçsə də, düzgün müalicə və xəstənin reabilitasiya prosesində fəal iştiraki nəticəsində orqanizmin əksər funksiyaları bərpa olunur.
Pasiyent tam bərpa prosedurları kursu keçməlidir, о cümlədən, müalicə gimnastikası və masaj. Erkən fiziki reabilitasiya və düzgün gigiyenik qulluq pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura kimi insultun ağırlaşmalarının qarşısını alır.
Yataq yaralarının qarşısını almaq üçün yataq xəstəsi hər iki saatdan bir çevrilməlidir. Mütlək yatağa düşən insan üçün yataq yarası əlehinə döşək alınmalıdı. Pasiyentin iflic olmuş əl və ayağı düzgün uzandırılmalıdır. Yataq yaraların qarşısını almaqda böyük rolu düzgün seçilmiş xəstə bezləri (pamperslər) və dəriyə qulluq vasitələridi. Xəstə bezi (pampers) seçdikdə onun “nəfəs alan” materialdan hazırlanmasına, qırağa su keçirməməsinə, ətrafa sidiyin yaratdığı pis qoxunun yayılmamasına, dəriyə allerqik reaksiya verməməsinə önəm verilməlidi. Xəstə bezi (pampers) xəstənin ölçüsünə uyğun olaraq düzgün seçilməlidi 1,2,3 və ya 4 ola bilər Seni qutusunun üzərində bu haqda məlumat var. Bəzən insanlar elə fikirləşillər ki, bezin ölçüsünü böyük seçsələr o zamab bez daha çox maye hopduracaq – bu fikir yalnışdı. Əgər daha çox hopdurucu bez lazım olarsa Seninin gecə bezlərini işlətmək məsləhət görülür. Bezin daha çox hopduruculuğunu təminetmək üçün bezi aktivasiya etmək lazımdı
Xəstənin gigiyenasını təmin etmək üçün Senini müxtəlif dəriyə qulluq vasitələri də mövcuddu
Insultdan sonra hərəki fəalliğın bəгра olunması
Yataq rejimindən tədricən və həkimlə razılaşdırıldıqdan sonra yıxmaq lazımdır. Əvvəlcə xəstəni oturdur, sonra ayaq gimnastikası edir, sonra qaldırır və sonda – yeriməyi öyrədirlər.
Pasiyent sərbəst otura bilmirsə:
- əvvəlcə ona oturmaqda kömək edin
- sonra yataqda oturmağı öyrədin
- kənardan kömək olmadan xəstənin oturması ücün çarpayını əlavə qurğularla təchiz edin
- xəstəyə ayaqlarını çarpayıdan salmağı və çarpayının yanındakı stula əyləşməyi öyrədin
- tədricən xəstəyə öyrədin:
Ayaq üstə dayanmağı:
- Bədənin ağırlığını bir tərəfdən о biri tərəfinə keçirməyi
- Yerində addım atmağı
- Yeriməyi öyrətmək üçün tayaq alın (xodunki)
Xəstəni yeridərkən, onun hərəkətsiz tərəfində dayanın
Insult keçirmiş pasiyentin qida qəbulu
Xəstənin udma və çeynəmə qabiliyyətini dəyərləndirən həkim buna uyğun pəhriz təyin edir. Həmin funksıyaları pozulmuş xəstə yumşaq qidanı daha asan udur, nəinki duru qidanı
Ağzın iflıc olmuş tərəfındən tüpürcək ifraz olursa, xəstənin uzünü quru və dəri saxlayın. Agız ətrafı dəriyə qoruyucu krem çəkin.
Qidanı xəstəyə sağlam yan tərəfdən verin və ağzın iflic olmayan yarısına yerləşdirin. Xəstəni yedirdikdən sonra ağız boşluğunda qida qalıqlarının qalmadığını yoxlayın.
Xəstəyə nəzarət
Dəri ortüklərinə nəzarət edin, yataq yaralarına qarşı bütün profilaktik tədbirləri yerinə yetirin. Xəstələrdə çox vaxt sidik və nəcis qaçırması olur, onlara düzgün qulluq edin.
Normal yuxu ritmini bərpa etmək üçün:
gecələr xəstənin otağında havanın temperaturu azalmalıdır
qidanın kaloriliyi və istiliyi azalmalıdır (bol və isti yeməkdən sonra insan yuxuya gedir)
Bu hallarda həkim çağırın:
- Bədənin hərarəti artir, boyründə güclü ağrı əmələ gəlir. Yataq xəstələrində pnevmoniya təhlükəsi böyükdür.
- iflic olmuş tərəfdə ödem əmələ gəlir – bu, venaların trombozu əlaməti ola bilər.
Xəstəyə mənəvi yardım göstərin. Söyləyin ki, nə olursa olsun, yaxınları onu sevir.
Saytda baxım məhsullarını linkə daxil olmaqla və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz:
Comments are closed, but trackbacks and pingbacks are open.