Press "Enter" to skip to content

ANKLAV KƏNDLƏRİ GÜCLƏ GERİ QAYTARA BİLƏRİK” – “Moskva görüşünün sülhyaratma ehtimalı azdır”

“AzPolitika.info”

Silinmiş şəkilləri necə qaytarım?

Salam mənim telefonumdan şəkillər silinib. Kartdan deyil telefonun özündən silinib. Ümumiyyətlə telefonuma kart getmir. Telefonum androiddir. Silinmiş şəkilləri necə qaytara bilərik ?

Sualı verdi: Nezrin729292 ( 19/12/2017 )
Kateqoriya: Sual . silinmiş şəkillər. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

komyuterde recuva ile telefonda photo recovery kompda qaytarmaginiz meslehet gorulur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

gul56 cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (5 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (13 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (24 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (27 gün əvvəl)

E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (38 gün əvvəl)

“ANKLAV KƏNDLƏRİ GÜCLƏ GERİ QAYTARA BİLƏRİK” – “Moskva görüşünün sülhyaratma ehtimalı azdır”

“Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarşısında çıxış edərkən tez-tez “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikrini bildirir və köhnə hava ilə “millətlərin müqəddəratını təyinetmə” prinsipindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunları təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistan rəsmilərinin dəyişkən ritorikasının səbəblərini şərh edərkən bildirib.

“Məğlub olmuş, böhran içərisində olan erməni dövləti və bütövlükdə erməni milləti indiki acınacaqlı vəziyyətində 33 il ərzindəki iddialarından geri çəkilməməklə, nəyə və hansı qüvvəyə güvənirlər? Bu bəyanatlar daxili auditoriyaya hesablanır, yoxsa Qarabağ uğrunda mübarizəyə yeni təkan vermək və ya havadarlarının təsiri ilə Azərbaycana təzyiq siyasətini davam etdirmək məqsədi güdür?”, – ekspert sual edir.

İ.İsmayılın sözlərinə görə, daxili auditoriya variantı daha məntiqli görsənir: “Ona görə ki, Azərbaycan, torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər”.

Ekspert qeyd edir ki, sovet xəritələrindən və konkret olaraq hansı ilin xəritəsindən istifadə olunacağı da erməni tərəfin müzakirə mövzusudur: “1920-cu il xəritəsinin üstünlüyündən və qəbul olunmayan tərəflərindən,1989-cu il xəritələrinin zərərindən danışırlar. Bir sözlə, erməni siyasəti yalnız öz maraqlarına xidmət etməkdə davam edir və burada qeyri-təbii heç nə yoxdur. Hər kəs yaxşı olanı öz tərəfinə çəkmək istəyir. Amma, məsələlər istəklə deyil, beynəlxalq hüquqla, reallıqla həll olunur”.

Real situasiyanı təhlil edən İlham İsmayıl əlavə edir ki, hazırki mənzərəyə baxanda tərəflərin bir-biri ilə təzad təşkil edən mövqelərini görürük.

“Gündəmdə olan sərhəd məsələsində ermənilərlə tam bir fikir və yanaşma ayrılığı var. Bu ayrılığın başında nə Göyçə, nə də Qaragöl istiqamətində guya bizim Ermənistan ərazilərini zəbt etməyimiz haqqında uydurma ittiham dayanmır. Bu, sırf qabaqdangəlmişlik edib bizi təzyiq hədəfinə gətirməkdir, həm də boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Amma ermənilərin bu təbliğatına qarşı, yalançı “arqumentlərinə” qarşı bizim cavablarımız qənaətbəxşdirmi?”, – ekspert sual edir.

Onun sözlərinə görə, ermənilər sərhədləri müəyyənləşdirmək istəmirlərsə, istəməsinlər, bu yanaşma bizim beynəlxalq hüquqla tanınan sərədlərimizdə möhkəmlənməyimizə mane ola bilməz: “Sovet xəritəsi əsasında sərhəd xəttini, mühəndis-sərhəd qurğularını yaradıb, necə deyərlər, düşmənlə aramızda tikanlı məftillərimizi çəkib, bütün dünyaya da elan edəcəyik. Ermənilər özlərini o dərəcədə həyasız aparırlar ki, lovğalanıb deyirlər ki, “Türkiyə və Azərbaycanın ərazi bütövlüyü hüququ Ermənistandan asılıdır. Ermənistan bu hüququ tanımayınca, hər iki dövlətin ərazi bütövlüyü şübhəli olaraq qalacaq”. Ermənilərin bu mövqeyi “xoruz yox idi, səhər açılmırdı?” məsəlinə uyğun gəlir. Anklav kəndlərin problemini danışıqlar yolu ilə, beynəlxalq hüquqa əsasən həll etmək istəməsələr, Azərbaycan yenə də beynəlxalq hüquqa əsaslanıb, o əraziləri də hərb yolu ilə geri qaytara bilər”.

Nəqliyyat infrastrukturunun maneələrini aradan qaldırmaq sülh sazişinə gətirib çıxara bilərmi? Bizim Mehridən keçib Naxçıvana getməyimiz, ermənilərin də həmin yoldan və Qazaxdan keçib Gürcüstana, Rusiyaya getməsi nə dərəcədə sülhə təkan verəcək? Yol infrastrukturu açılanda erməni yumşalıb Azərbaycanın tərkib hissəsində yaşamağı qəbul edəcəkmi?

Bu suallara cavabında İ.İsmayıl bildirir ki, Ermənistan rəhbərlərinin apardığı siyasət Azərbaycanın, müharibədə qələbə qazanmasına baxmayaraq, hələ də Ermənistandan asılı olduğunu göstərməkdir: “Qarabağın nəzarət edə bilmədiyimiz hissəsini “artsax” deyib hələ də əllərində saxladıqlarını, Naxçıvana yol üçün Ermənistandan asılı olduğumuzu, sərhədləri tanımadıqlarını xüsusi təzyiq vasitəsi kimi qabardırlar. İşğal altında qalan 8 anklav kəndi heç vaxt geri qaytarmayacaqları təbliğatını aparırlar. Nəyə nail olmaq istəyirlər? Azərbaycanın bununla razılaşmayacağını bilirlər, amma vaxtı uzatmaqla hələ də ümid edirlər ki, daim düşmənçilik toxumu səpən diasporanın təsiri ilə super güclər Azərbaycana təzyiq edəcək və biz hansısa güzəştlərə gedəcəyik”.

Ekspert qeyd edir ki, biz güzəştə getmirik, amma düşməni əlindəki “kozır”lardan məhrum etmək üçün də təsirli siyasət yürütmürük: “Biz sərhəd məsələsində, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa əsaslanan ərazimizi bildiyimiz üçün düşmənin delimitasiya və demarkasiya işlərinə razı olub-olmaycağına önəm verməməliyik. Bütün Ermənistan Zəngəzur dəhlizinə razı olmayacaqlarını bəyan edir. Olsun. Deməli, elə əks təzyiq siyasəti yürüdülməlidir ki, bu dəhliz üçün erməni yalvarmaq dərəcəsinə çatsın, xahiş etmiş olsun. Belə təzyiq yenə Qarabağın özüdür, Qarabağdan erməni silahlı birləşmələrinin təcili çıxarılması məsələsinin gündəmə gətirilməsidir, qaçqınlarımızın o yerlərə köçürülməsi prosesinə başlamaq siyasətidir. Onsuz da bu dəhlizin açılması daha çox Moskva üçün lazımdır və gec-tez buna nail olacaq, amma hələ ki, Kreml ondan nifaq salmaq vasitəsi kimi istifadə edib gərginliyi bir az da artırır. Ehtimal olunan Moskva görüşündə müzakirə olunan məsələlərin Azərbaycan və Ermənistan arasında sülh yaratması ehtimalı çox-çox azdır. Yol açılması sülh yolunu açmır. Düşmənimizi tanıyırıq”.

Onun sözlərinə görə, qələbədən sonrakı bir il sübut etdi ki, Qarabağın bir hissəsinə neçəki Ermənistan və havadarı Rusiya nəzarət edir, daim bizə müxtəlif təzyiq vasitələri tətbiq olunacaq.

“Ona görə də, yolun açılması öz yerində, əsas diqqəti Qarabağa nəzarətin Azərbaycana keçməsi üçün 10 noyabr üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə yönəltmək məqsədəuyğundur”, – təhlükəsizlik eksperti vurğulayıb.

“AzPolitika.info”

MARAQLI XƏBƏR

Gündəlik həyatımızda demək istədiyimiz və ya vacib məlumatları mesaj vasitəsilə çatdırırıq. Bu baxımdan mesajlar hər bir insanın həyatında mühüm yer tutur.

Bəzən ağıllı telefonlarınızda səhvən sildiyiniz və geri qaytarmaq istədiyiniz mesajlar olur. Bu mesajları qaytarmağın mümkün olmadığını düşünüb əhvalınızı korlamayın. Çünki iOS və Android telefonlarda silinən mesajları geri qaytarmaq mümkündür.

Silinən mesajları geri gətirməyin müxtəlif yolları var. Bu əməliyyatların köməyi ilə məlumatların çox hissəsini geri qaytarmağınız mümkündür.

Xeberler.az bu dəfə iOS və Android telefonlarda silinən mesajların necə qaytarılmasının üsullarını təqdim edir:

Belə ki, Android əməliyyat sistemindəki mesajları geri qaytarmaq üçün “recovery” proqramlarından istifadə olunur. Bunların arasında ən çox Android Data Recovery Coolmuster Android SMS+Contact Recovery daha çox istifadə olunur:

– Bu tip proqramlardan birini kompüterinizə yükləyin

– Cihazınızın “USB xəta düzəltmə rejimi”ni aktiv hala gətirin

– Cihazınızı USB kabeli ilə kompüterinizə birləşdirin

– Kömpüterdəki proqramda “Scan” əmri ilə məlumatlarınızı axtarışa verin

-Axtarış əməliyyatından sonra fayl bölməsindən “Messages və ya SMS”-ə daxil olun

-İstədiyiniz məlumatları seçərək “Recover” düyməsini basın

iOS əməliyyat sistemində isə telefonunuzun iCloud və ya iTunes ehtiyat yaddaşı vasitəsilə silinən mesajları qaytarmaq mümkündür.

iTunes-də SMS geri qaytamaq üçün iTunes-ə iOS cihazınızı birləşdirin və “Fayl > cihaz > geri qaytar” əmri ilə məlumatlarınızı geri qaytarmaq mümkündür.

Sevinc Əsədova

Comments are closed, but trackbacks and pingbacks are open.