Press "Enter" to skip to content

Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir

!Reklam – Yazi

Cinsi istəksizliyin səbəbləri və müalicəsi

Xoşbəxt bir ailə üçün bir çox şərt var. Bunlardan ən önəmlisi isə cütlüyün cinsi həyatdan məmnun olmasıdır. Statistika göstərir ki, cütlüklərin 60-70 faizinin boşanma səbəbi cinsi problemlərdən qaynaqlanır. Xoşbəxt cinsi həyat üçün cinsi istək lazımdır. Ancaq müasir həyatın gətridiyi bir sıra problemlər insanların cinsi gücünü azaldır və bir çox insanda cinsi istəksizlik yaranır.

Ailələrin dağılmasına belə səbəb ola bilən bu problemi aradan qaldırmaq vacibdir. Bunu nəzərə alaraq tabloid.az-ın “Ailə dostu” layihəsi çərçivəsində cinsi istəksizliyə səbəb olan faktorlar və onların təsirini azaltmaq üsullarından bəhs edəcəyik.

Hansı səbəblərdən cinsi istəksizlik yaranır?

Dərmanlar

Cinsi həyata ən mənfi təsir edən faktorlardan biri dərmanlardır. Xüsusilə də ağrıkəsici həblər və antidepresantlar cinsi istəksizlik yaradır. Antidepresant dərmanlar orqazmı çətinləşdirdiyi üçün aktiv cinsi həyata malik olan cütlüklər üçün belə problem yaradır. Hamiləlikdən qoruyan dərmanlar qadınlarda cinsi istəksizliyə səbəb ola bilər. Əgər belə dərmanlardan istifadəyə davam edəcəksinizsə, həkiminizlə məsləhətləşərək sizə daha uyğun olan dozanı müəyyənləşdirin.

Allergiya

Əgər allergiyadan əziyyət çəkirsinizsə, cinsi həyatda aktiv ola bilməyəcəksiniz. Müxtəlif allergiyalar sizə ümumi narahatçılıq verməklə yanaşı cinsi həyatınıza da mənfi təsir edəcək. İşin pis tərəfi odur ki, allergiyalara qarşı istifadə edilən dərmanlar da zərərlidir. Belə ki, bu tip dərmanlar vaginal quruluğa səbəb olur. Həkimdən məsləhət alaraq bu problemi aradan qaldırmağa çalışın.

Pəhrizlər

Əgər arıqlamaq üçün şok pəhrizlər saxlayırsınızsa, cinsi həyatınızın bundan mənfi şəkildə təsirlənəcəyini unutmayın. Çünki bədəniniz lazımı vitaminləri və mineralları qəbul etməyəndə özünüzü ehtiraslı hiss edə bilməzsiniz. Az yemək psixologiyaya da pis təsir edir. Daha əsəbi və dözümsüz olursunuz. Gözəl görünüb partnyorunuzun ürəyini fəth etmək arzusu ilə saxladığınız pəhrizlər ayrılığa səbəb ola bilər. Odur ki, sağlam həyat tərzini seçin. Sağlam şəkildə qidalansanız və idmanla məşğul olsanız, zamanla arıqlayıb ideal çəkinizə qovuşacaqsınız. Üstəlik həmişə eyni çəkidə qalmaq sizin üçün daha asan olacaq. Ancaq ani şəkildə az qidalanmağa başlayıb 1 ay içərisində 8-10 kilo arıqlamağı düşünmək sizə ziyandan başqa heç nə gətirməyəcək.

Rahatlaşmaq və yuxu ehtiyacı

Əgər bütün gün işləmisinizsə, evə gedən kimi yatmağı xəyal edəcəksiniz. Bu, xüsusilə də qadınlar üçün keçərlidir. Kişilər ən stressli günlərdə, özlərini yorğun hiss edərkən belə sekslə məşğul olmağa yox demirlər. Çünki kişilər üçün seks yorğunluğu çıxaran, stressi azaldan, rahatlaşmaq vasitəsidir. Qadınlar isə yorğun olduqda seks haqqında düşünmək belə istəmirlər. Belə olanda özünüzü məcbur etməyin. Ancaq vaxtınızı düzgün bölərək partnyorunuza daha çox vaxt ayırmağa çalışın.

Həddindən artıq stress

Məsuliyyət tələb edən vəzifələrdə işləyənlər, övlad sahibi olanlar və ev işlərindən başını qaldıra bilməyənlər daha çox stress yaşayırlar. Stress bir çox xəstəliyin səbəbkarı hesab edilir. Sağlamlığımızın ən böyük düşməni olan stress cinsi həyata da təsirsiz ötüşmür. Ona görə də stressdən xilas olmağa çalışın. Bunun üçün partnyorunuzla birlikdə tədbirlər görün.

Spirtli içkilər

Spirt sakitləşdirici təsirə malikdir. Əgər libidonuz zəifdirsə, spirtli içkilər özünüzü yorğun hiss etməyinizə səbəb olacaq. Spirtli içkilər bəzi insanları pessimist ruh halına salır. Əgər xoş-əhval ruhiyyə vermirsə, spirtli içkidən uzaq durun. Müəyyən şənliklərdə içməli olduqda isə özünüzə uyğun olan miqdarı keçməyin.

Ünsiyyətsizlik

Partnyorunuzla ünsiyyət qura bilməmək davamlı hal aldıqda cinsi həyatınıza mənfi təsir edə bilər. Heç kim hər gün dava etdiyi, əsəblərinin korlanmasına səbəb olduğu adamla sevişmək istəməz. Mübahisələriniz olmasa belə, bir-birinizlə söhbət etmir, birlikdə əylənmirsinizsə, seks arzunuz baş qaldırmayacaq. Günlər keçdikcə cinsi istəyinizin azaldığını hiss edəcəksiniz. Odur ki, vaxtında ünsiyyət qurmağa çalışın və problemlərinizi danışaraq həll edin.

Həddən artıq kök və ya arıq olmaq

Əgər həddindən artıq kök və ya əksinə arıqsınızsa, bu, həm psixologiyanıza, həm də seks istəklərinizə mənfi təsir edəcək. Bu, həm kişiləri, həm də qadınları narahat edən problemdir. Hər iki cins də özünü gözəl və ya yaraşıqlı hiss etmək istəyir. Hər bir insan görkəmi ilə partnyorunun ağlını başından almağı xəyal edir. Əslində bunun üçün ideal bədən quruluşuna malik olmaq vacib deyil. Əsas insanın özü ilə barışıq olması və özünü sevməsidir. Siz arıq və ya kök halınızla özünüzü sevə bilmirsinizsə, onda sağlam həyat tərzinə keçərək arıqlayın. Görəcəksiniz ki, bu, cinsi istəyinizin pik nöqtəyə çatmasına gətirib çıxaracaq.

Texnologiya

Mobil telefonlarda internetə xərclənən vaxt cütlükləri bir-birlərindən uzaqlaşdıra bilər. Ağıllı telefonunuz və ya planşetinizlə oynayarkən cinsi istəyinizin artması mümkünsüzdür. Çünki eyni anda həm ağlınız, həm istəyiniz, həm də ruhunuz seksə fokuslanmırsa, cinsi həyatdan zövq ala bilməyəcəksiniz. Xüsusilə də sosial şəbəkələr bizi lazım olmayan informasiyalarla yüklədikləri üçün seks həyatına mənfi təsir edirlər.

Qadınların 50 faizi cinsi istəksizlikdən əziyyət çəkirlər. Araşdırmalar yetkin qadınların 43 faizinin cinsi istəksizlik problemi ilə üzləşdiklərini göstərir.

Qadınların ehtirasının azalmasına yuxarıdakılarla yanaşı başqa faktorlar da səbəb ola bilər.

Türkiyənin məşhur qadın xəstəlikləri və doğum mütəxəssisi Dilək Dinc Erdoğru qadınlarda cinsi istəyin azalması səbəblərini belə sıralayır:

*Qadın seksdən həzz ala bilmədikdə və orqazm olmaqda çətinlik çəkdikdə cinsi istəyi azalır.

* Bəzi qadınlar mədəni, əxlaqi və ya dini səbəblərdən cinsi istəklərini tam üzə çıxara bilmirlər. Bu isə zamanla cinsi istəyin azalması ilə nəticələnir.

* Qadında cinsi istəyin olmamasının ən böyük səbəbi keçmişdə yaşadığı təcavüz və ya digər zorakılıqlar ola bilər.

* Hamiləlik qorxusu cinsi istəyin azalmasına səbəb olur. Uşaq istəməyən qadın partnyorunu etibarlı və təsirli qorunma üsuluna razı sala bilməyəndə seksdən uzaqlaşmağa başlayır.

*Cinsiyyət orqanına edilən cərrahi müdaxilələr və doğuşdan sonra yaranan problemlər cinsi istək pozuqluqlarına gətirib çıxara bilər.

*Klimaks dövründə hormon səviyyələrindəki eniş vajinal quruluğa və nəticə olaraq cinsi əlaqədə ağrıya səbəb olur. Bu da cinsi istəyin azalmasına və qadının seks istəməməsinə gətirib çıxarır.

*Hamiləlik və əmizdirmə dövründəki hormonal dəyişikliklər, bədəndəki dəyişikliklərin yaratdığı mənfi duyğular, yuxusuzluq və yorğunluq, qadınlarda cinsi istəyin azalması ilə nəticələnir.

Cinsi istəyin artması üçün nə etməli?

Yaşamaq üçün nəfəs almaq, xörək yemək nə qədər vacibdirsə, seksdən zövq ala bilməyiniz üçün də cinsi istəyiniz o qədər önəmlidir.

Cinsi istəyi öldürən bütün faktorlar dopamin hormonunu aşağı salır. Yəni dopamini normal səviyyədə saxlaya bilsəniz, seks həyatınızda axtardığınız xoşbəxtliyi əldə edə biləcəksiniz.

Seks sizi əvvəlki qədər təmin etmirsə, dəriniz toxunuşlara qarşı laqeydləşibsə, axırıncı dəfə nə vaxt sekslə məşğul olduğunuzu unutmusunuzsa, deməli, dopamini artırmaq üçün lazımlı qidalar yeməlisniz.

Bu zaman zülallar köməyinizə gələcək. Ət, süd məhsulları və taxıldan hazırlanan qidalar yeməklə dopaminin yüksəlməsinə nail ola bilərsiniz.

Qara istiot, qırmızı bibər, razyana, kətan toxumu, sarımsaq, xardal toxumu, tərxun, susam, tərxun kimi qidalar dopamin səviyyəsini artırmağa kömək edir.

Qəhvə və çay da dopaminin artmasına kömək edir. Daha yaxşı təsir etməsi üçün iki fincan qaynayan suya iki paket yaşıl çay atın və bir az qırmızı istiot əlavə edin. Gün ərzində az-az için.

Gündəlik qida rasionunuzu elə təşkil edin ki, bol miqdarda fol turşusu, sink qəbul edə biləsiniz.

Toxunuşlar sizdə cinsi həvəs oyatmırsa, deməli sizdə həssas toxunuşları hiss etməyinizə səbəb olan asetilkolin adlı maddə çatışmır.

Asetilkolin ehtiva edən yağlı yeməklər yeyərək bu problemi aradan qaldırmaq mümkündür. Qaraciyər, yumurta, qırmızı ət, fıstıq, badam, brokkoli, kələm kimi qidalar, nanə, adaçayı, kəklikotu kimi ədviyyatlar bol miqdarda asetilkolin maddəsi ehtiva edirlər.

Seks üçün kifayət qədər həvəziniz yoxdursa, bu, seratonin hormonunun çatışmadığını göstərir. Seratonin xoşbəxt və hüzurlu hiss etməyimizi təmin edən hormondur. Serotonin səviyyəsi aşağı olduqda cinsi istəyiniz azalır. Buna səbəb həmin an hər şeyə qarşı həvəssiz və pessimist olmağınızdır.

Ət, ördək əti, hind toyuğu, toyuq, avokado, süzmə, pendir, yumurta və şokolad yeməklə seratonin səviyyəsini artıra bilərsiniz.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir?

Mühasibat uçotunun nə demək olduğunu öyrənmək üçün mühasibat uçotunun tərifini qısaca başa düşməliyik. Mühasibatlığa gəldikdə, qısa bir tərif ağla gəlməlidir. Beləliklə, tərifi əzbərləmək əvəzinə mühasibat uçotu nə demək olduğunu başa düşə bilərik. Mühasibat uçotunun tərifinə əsasən tədricən mühasibat uçotuna başlaya biləcəyimiz üçün “mühasibatlıq nədir” sualına cavab tapa bilərik.

Uçot anlayışı: İqtisadi fəaliyyətlərdə və hadisələrdə bütün strukturların maliyyə fəaliyyətini izləyən, təsnifləşdirən, ümumiləşdirən, hesabat verən və şərh edən məlumat bir qoludur.

Mühasibatlıq: İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan , sinifləndirən , yekunlaşdıraraq hesabat edən, nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Bu sahə ilə məşğul olan şəxsə Mühasib deyilir.

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

Mühasibat uçotunun hesablamaları mühasibatlıq proqramı olan 1C proqramı vasitəsi ilə həyata keçirilir.

1C proqramı

Proqramın quruluşu.

Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.

“1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:

  • “1C:Müəssisə” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. İstifadəçi təkcə platforma ilə işləyə bilmir. Özünəməxsus freymvörk (framework) platformasına bənzəyir. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır

Mühasib kimlərə deyilir?

“Mühasib” sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

“Mühasib peşəsi” hal-hazırda dünya miqyasında ən çox tələbat olan və əmək haqqı məbləği kifayət qədər olan sahələrdən biridir. Və hətta işinizi yaxşı bilsəniz ali təhsil almadan belə PEŞƏKAR MÜHASİB ola bilərsiniz.

Bəs yaxşı, savadlı və işinin peşəkarı olan mühasib olmaq üçün nə etmək üçün lazımdır?

Çox düşünməyə ehtiyac yoxdur, yolunuzu EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmağınız kifayətdir. Çünki EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ savadlı və peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə cəmi 4 aya peşəkar mühasib ola bilərsiniz.

Siz bu müddət ərzində 2 ay nəzəriyyə, 1 ay praktika, 1 ay isə mühasibatlıq proqramı 1C nin ən son versiyası olan 8.3 öyrənəcəksiniz.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla fərdi və qrup formasında, əyani və online(zoom vasitəsilə) olmaqla keçirilir. İlk dərsimiz ödənişiniz sınaq dərsidir. (Sınaq dedikdə biz sizi deyil, siz bizi sınayacaqsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olacaqsınız)

Həmçinin 4 ay ərzində siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:

● Mühasibatlıq nəzəriyyəsi (praktik məsələlər)

● DSMF və Vergi hesabatlarının hazırlanması

● Müəssisənin mühasibatlığını aparmaq üçün lazımi praktiki işlər

● Maliyyə hesabatlarının müstəqil şəkildə hazırlanması

● Alış-satış, Anbar uçotu və əməliyyatları

● Yeni hesablar planı

● Kassa hesabının aparılması

● Qalıq dövriyyə cədvəlinin qurulması

● Kassa və Bank əməliyyatları

●Məzuniyyətlərin, ezamiyyətlərin hesablanması

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifikatla təltif olunur.

Sertifikatlarımız universaldır. Həm özəl həm də dövlət müəssisələrində işə qəbul zamanı keçərlidir.

Ümidvarıq ki, məqaləmiz sizin üçün çox faydalı oldu.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Mühasibləri necə uzaqlaşdıra bilərik

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Uşaqlarda xərçəng xəstəliyindən necə şübhələnmək olar? – Simptomlar

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Mart 04, 2019 – 23:55

!Reklam – Yazi

Xoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir.

Məlumdur ki, xərçəng xəstəliyıni onun ilkin mərhələlərində müalicə etmək asan olur. Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün dünya həkimləri belə bir yekdil fikir irəli sürürlər ki, uşaqlarda xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar edilərsə, müasir tibbin imkanlarından istifadə etməklə onu tam şəkildə sağaltmaq olar. Yenicag.az “saglamolun.az”a istinadən bildirir ki, uşaq onkoloqlarının fikrinə görə valideynləri onkoloji xəstəliklər barəsində məlumatlı və öz uşaqlarının sağlamlığına qarşı diqqətli olmaları, uşaqlarda bədxassəli şişlərin ilkin diaqnostikası üçün böyük rol oynayır. Bütün bədxassəli şişlər üçün aşağıdakı əlamətlər xarakterik hesab edilir: – iştahanın pisləşməsi və arıqlama, – dərinin avazıması, – səbəbsiz olaraq hərarətin yüksəlməsi, – uşağın adi davranışındakı dəyişikliklər (adi halda olduğundan daha tez yorulması, hətta öz sevimli oyunlarını belə yaddan çıxarmaları, daha şıltaq olmaları və s.). Əlbəttə ki, bütün bu əlamətlər digər xəstəliklər üçün də xarakterik hesab edilir. Təəssüflər olsun ki, məhz buna görə onkoloji xəstəliklərin ola bilməsi barədə şübhə həkim-pediatrlar tərəfindən çox gec dəyərləndirilir. Buna qədər isə artıq uzunmüddətli effektsiz müalicələr aparılmış, xeyli qiymətli vaxt itirilmiş olur. Uşaqlarda (həmçinin böyüklərdə) bədxassəli şişlərin əmələgəlmə səbəbləri tibb elminə indiyə qədər hələ də məlum deyildir. Uşaqlarda təsadüf edilən bədxassəli şişlər arasında birinci yeri leykoz (qan xərçəngi), ikinci yeri isə beyin şişləri tutur. Baş beyinin şişləri Əgər şiş baş beyinin vacib hesab edilən hissələrindən uzaqda yerləşmiş olarsa, bu, uzun müddət özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əksinə, şiş beyinin vacib hesab edilən hissələrinin yaxınlığında yerləşmiş olarsa, xəstəliyin əlamətləri xeyli tez nəzərə çarpır. Əvvəlcə bu, bütün şiş xəstəlikləri üçün xarakterik olan ümumi əlamətlərdən ibarət olur. Daha sonra əsasən səhərlər baş verən baş ağrıları başlayır. Ağrılar öskürərkən və başı aşağı əyərkən artmış olur. Baş ağrılarının olmasını əsasən daha böyük yaşlı uşaqlar qeyd edirlər. Lap azyaşlı uşaqlar isə bunu edə bilmədikləri üçün narahatlıq keçirir, tez-tez əlləri ilə başlarını tutur, üzlərini sürtürlər. Baş beyinin şişlərinin digər xarakterik əlaməti, yenə də əsasən səhərlər baş verən səbəbsiz qusmadır. Görmənin pisləşməsi, normal addımlamağın pozulması, böyük yaşlı uşaqlarda yazı yazarkən xəttin dəyişilməsi kimi əlamətlər də baş beyin şişləri zamanı təsadüf edilən əlamətlər hesab edilir. Bəzi uşaqlarda qıcolmalar da baş verə bilər. Baş beyinin şişləri zamanı bəzi hallarda uşaqda boy artımı və cinsi inkişaf ləngiyə bildiyi kimi, arta da bilər. Əlbəttə ki, yuxarıda sadalanan bütün əlamətlər digər xəstəliklərin olmasından da xəbər verə bilər. Ancaq hər bir belə halda neyrocərrahın məsləhətindən keçmək vacib hesab edilir. Limfatik düyünlərin bədxassəli xəstəlikləri Uşaqlarda təsadüf edilən onkoloji xəstəliklərin tezliyinə görə üçüncü yeri limfatik düyünlərin bədxassəli xəstəlikləri olan limfaqranulematoz və limfasarkoma təşkil edir. Limfaqranulematoz zamanı əksər hallarda ilk öncə boyun limfa düyünləri zədələnir. Boyun limfa düyünləri bir çox uşaq xəstəlikləri zamanı da böyüdüyü üçün, bu bir çox hallarda nə həkimlərin, nə də valideynlərin həyəcanlanmasına səbəb olmur. Təbii olaraq bu zaman qızdırıcı prosedurlar və antibiotiklər təyin edilir. Bəzi hallarda təyin olunan bu müalicədən sonra limfa düyünləri müəyyən müddət ərzində kiçilmiş olur ki, bu da xəstəliyin diaqnostikasını çətinləşdirir. Bir müddət keçdikdən sonra limfa düyünləri yenidən böyüməyə başlayır, bir-biri ilə birləşir, uşaqda hərarətin səbəbsiz olaraq yüksəlmələri, xeyli tərləmə (xüsusən axşamlar) baş verir və uşaq arıqlamağa başlayır. Limfa düyünlərinin iltihab xəstəliklərindən fərqli olaraq, limfaqranulematoz zamanı böyümüş düyünlər onlara toxunan zaman tam ağrısız olur, həmçinin düyün olan nahiyənin dərisində yerli hərarətin artması müşahidə edilmir. Limfa düyününün (və ya düyünlərin) böyüməsi, bu böyüməni əsaslandıra biləcək hər hansı bir xəstəlik (angina, kariyes, frunkullar və s.) üzündən baş verməzsə və bu hal 1 aydan çox müddət ərzində qalarsa, uşağı mütləq həkim-onkoloqa (şiş xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) göstərmək lazımdır. Həkimin təyinatı üzrə böyümüş limfa düyünündən, ambulator şəraitində olmaqla, inyeksiya üçün olan adi iynə ilə punksiya edilir ki, bu da toxumada xərçəng hüceyrələrin olub-olmamasını təyin edir. Limfasarkoma limfatik toxumalarda baş verir. Limfatik toxumalarda insan orqanizminin hər yerində mövcud olduğu üçün, limfasarkoma da istənilən orqan və toxumada inkişaf edə bilər. Limfasarkoma limfaqranulematoza görə daha sürətli gedişi ilə fərqlənir. Onu da qeyd etmək vacibdir ki, istənilən qızdırıcı proseduralar (xüsusi ilə fizioterapiya) limfasarkomanın gedişatına çox mənfi təsir edir. Onların təsiri nəticəsində şiş daha sürətlə böyüməyə başlayır. Bununla əlaqədar olaraq, diaqnoz tam dəqiqləşdirilmədiyi bütün hallarda, həkimlər böyümüş limfa düyünlərinin istənilən müalicəsinin aparılmasına icazə vermirlər. Böyrək şişləri Böyrək şişləri uşaqlarda, adətən, anadangəlmə olur. Təəssüf ki, onlara vaxtında diaqnoz qoyması bir çox hallarda ləngimiş olur. Bu zaman şişlər artıq böyük ölçülərə çataraq qarının böyüməsi, qarında şişin əllənməsi ilə asanlıqla müəyyən edilə bilir. Hətta bir çox valideynlər buna fikir verməyərək, bunu raxit, qara ciyər və ya dalağın böyüməsi kimi yozurlar. Buna görə də hər dəfə uşagı çimizdirərkən, ya geyindirərkən onun bədəninə diqqət yetirmək, qarnında hər hansı bir şişkinlik, bərkimə, qarnının böyüməsi və s. dəyişikliklər aşkar etdikdə tez bir zamanda həkimə müraciət etmək lazımdır. Sonda, həmçinin onu da qeyd emək istərdik ki, istənilən yaş dövründə, istənilən orqanda bədxassəli şişin əmələ gəlməsi mümkündür. Xoşbəxtlikdən bu çox nadir hallarda baş verir. Valideynlərin bədxassəli şişlərin heç olmasa ümumi əlamətlərini bilmələri, onların vaxtında həkimə müraciət etməsinə və bununla da əksər hallarda uşaqlarının həyatını xilas etməsinə səbəb ola bilər.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.