Press "Enter" to skip to content

Seksoloq: Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik – MÜSAHİBƏ

Məsələn, pedofilin 20 yaşı varsa, o, özünə 15 yaşında uşaq seçəcək. Pedofillər, əsasən, seçdikləri qurbanlarla daimi münasibət saxlasa da, 18 yaşı olandan sonra onu atır və başqa birini axtarırlar. Əslində, onlar uşaqları şirin dillə ələ alırlar. Pedofiliya psixoloji pozuntudan əlavə, həm də birbaşa cinayətdir. Və təəssüf ki, pedofillərin heç biri sağalmır. Onlar həbsə düşüb çıxdıqdan sonra belə, öz əməllərini davam etdirirlər.

USM-ə getmədən uşağın cinsini necə bilmək olar?

Dünyada ən xoş və həyəcanlı lotereya doğulacaq körpənin cinsiyyətini tapmağa çalışmaqdır. Müasir tibbi avadanlıqlar nəinki uşağın cinsiyyətini öyrənməyə, hətta onun hərəkətlərini izləməyə imkan verir. Lakin həkimlər uşağın cinsiyyətini ancaq 3 və ya 4-cü aydan sonra deyə bilirlər.

Milli.Az Rusiya mətbuatına istinadən xalq arasında yayılmış əlamətlər və onların elmi izahlarını təqdim edib. Nə qədər qəribə olsa da, əlamətlərin bir hissəsi elmdə də öz təsdiqini tapıb.

Əlamət: Şirin – duzlu
Əgər ana şirniyyat istəyirsə, deməli, qız olacaq. Duzlu nə isə istəyirsə, oğlan olacaq.

Elmi izahı
Alimlərin araşdırmalarına görə, bu, qadının təhtəlşüurun səviyyəsində özünü inandırması ilə bağlıdır. Los-Ancelesdə pediatr işləyən Roy Pitkin əmindir ki, əgər qıza uşaqlıqdan bəri hamiləlik zamanı duzlu yeməkləri təlqin edirlərsə, onda duzlu yeməklər onu daha çox cəlb edəcək.

Alimlər bununla da razıdırlar ki, qadınların hamiləlik zamanı hissləri, xüsusilə iybilmə duyğuları kəskinləşir. Belə ki, burada dad yox, qoxu daha çox önəmlidir. Amma oğlan uşağına hamilə qalan qadınları nə cür qoxuların cəlb etdiyi elmə hələ ki məlum deyil.

Əlamət: Şişman qarın
Əgər qarnı aşağıda yerləşirsə, oğlan olacaq. Qarın hündürdürsə, qızdır.

Elmi izahı
Hər şey ananın əzələlərindən, onun qarnının möhkəmliyindən asılıdır. Döl zamanı bədəni idmanla yükləmədən əzələləri tonusda saxlamaq çətindir. Yəni, məsələ anada deyil, onun idmanla nə qədər məşğul olmasındadır.

Əlamət: Girdə sifət
Əgər hamilə qadının üzü girdə olubsa, yanaqları qızarıbsa, qızı olacaq.

Elmi izahı
Demək olar ki, bütün qadınlar, o cümlədən yanaqları, hamiləlik vaxtı xeyli kökəlir. Bu da özlüyündə uşağın cinsini müəyyən etməyə heç bir əsas vermir. Buna baxmayaraq, fransız dietoloqlar sübut ediblər ki, əgər hamiləlik zamanı qadının yanaqları sızanaqlarla örtülürsə, 90% ehtimal ilə demək olar ki, onun qız olacaq.

Əlamət: Ürək döyüntüsü qızlarda daha güclüdür
Xalq arasında belə hesab edilir ki, qızların nəbzi anasının qarnında bir dəqiqədə 140 dəfə döyüntüdən daha yüksəkdir. Oğlanlarda isə aşağıdır.

Elmi izahı
Əslində, nəbz oğlanlarda qızlardan aşağıdır. Amma hələlik alimlər bu fərqin doğuşdan əvvəl deyil, sonra belə olduğunu sübuta yetiriblər.

Əlamət: Sinənin ölçüsü
Əgər sağ döş daha ağır olursa, oğlan olacaq. Əgər sol ağır olarsa, qızdır.

Elmi izahı
Hamiləlik zamanı hormonal dəyişikliklər döşlərin həcminə həqiqətən təsir edir. Sinədəki damarlarda qan təzyiqi və yumşaq toxumalar artır. Bu, bəzən qadınlara ağrı verir, hətta xəstəliklərə gətirib çıxarır. Təəssüf ki, bu dəyişikliklərin uşağın cinsi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, hamiləlikdən əvvəl də, sonra da sinənin həcmində qeyri-bərabərlik müşahidə olunur.

Əlamət: Ürək bulanması
Hamiləliyin böyük hissəsi boyu ürək bulanması və yorğunluq davam edirsə, qız olacaq! Əgər ürək bulanması çox nadir hallarda baş verirsə, zəiflik yoxdursa, demək ki, oğlandır.

Elmi izah
Alimlər bununla tamamilə razıdırlar. Bu əlamət öz təsdiqini tapıb. Əgər səhər tezdən başlayaraq ana vaxtaşırı olaraq özünü pis hiss edirsə və ürəkbulanması varsa, onda o, qıza hamilədir. İsveçli alimlər bu faktı sübut etmək üçün 8 il vaxt sərf ediblər. 1987-ci ildən 1995-ci ilədək alimlər hamilə qadınların statistikasını və analizləri təhlil ediblər. Milyondan artıq anket nəticələri əsasında bu fakt inandırıcı şəkildə sübut edildi. Alimlər güman edirlər ki, ananın bətnində qız olanda bu, hormonal fona xüsusi tərzdə təsir edir və yorğunluğa səbəb olur.

Əlamət: Soyuq ayaqlar
Əgər gələcək ananın ayaqları daim donursa, o, oğlan doğacaq.

Elmi izahı
Ayaqların donması qan dövranının zəif olmasının əlamətidir. Doğrudan da qadınlar oğlana hamilə qalanda qan dövranı zəifləyir. Statistika göstərir ki, bu əlamət 75% hallarda düzgündür.

Əlamət: Analıq instinkti
Hesab edilir ki, qadınların hamiləlik vaxtı altıncı hissi daha yaxşı inkişaf edir və ana öz körpəsinin cinsiyyətini təxmin edir.

Elmi izahı
Elm burada acizdir, amma statistik araşdırmalar göstərir ki, 71% hallarda gələcək analar həqiqətən öz uşağının cinsiyyətini həqiqətən bilirlər. Qohumların onlara inanmaması isə başqa bir məsələdir.

Çin formulu
Son vaxtlar Çin hesablama sistemi geniş yayılıb. Bunun üçün anasının yaş həddi ilə mayalanma baş verdiyi ay arasında hesablamalar aparılır. Rəqəm cüt olduqda qız, tək olduqda isə oğlan olacağı deyilir.

Elm izahı
Çinli həkimlər iddia edirlər ki, formul 90% düz çıxır. Qərb alimləri hələ ki, bununla bağlı araşdırma aparmayıblar. (publika.az)

Milli.Az

Seksoloq: Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik – MÜSAHİBƏ

Müxtəlif ölkələrdə mütəxəssislər ailələrin seksual münasibətləri üzərinə araşdırmalar aparırlar. Araşdırmaların nəticələrinə görə, xarici ölkələrdən qadın və kişilərin az hissəsi – əhali sayına görə 5-6 faizi seksual həyatdan narazı qalırlar. Bunun səbəbi isə həmin ölkələrdə seks anlayışının normal formalaşmasıdır.

Azərbaycanda isə ailələrdə arvadın öz ərindən utanması, seksual həyatları bir kənara, ixtisas olaraq seksologiya belə normal inkişaf etməyib. Cəmiyyət bunu qəbul etmək istəmir və xəstəliyi olan insanlar müalicə üçün müraciət etmir.

Bu səbəbdən hər gün ailələrdə xəyanət, atanın öz qızını cinsi istismar etməsi, qardaşın bacını zorlaması kimi xoş olmayan hadisələrin şahidi oluruq. Bəs bunun səbəbi nədir? Niyə xəyanətlərin sayı artıb? Cəmiyyətdə insanları narahat edən seksual pozuntuları olan şəxslər niyə həkimə müraciət etmir? Azyaşlı uşaqları pedofillərdən necə qorumaq olar? Ümumiyyətlə, cütlüklər arasında seksual münasibətlər necə olmalıdır?

Oxu.Az-ın bu və digər suallarını isə klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə cavablandırıb:

– Əvvəlcə seksologiya haqqında qısa məlumat verərdiniz. Bu profilə hansı problemlər daxildir?

– İlk olaraq onu demək istərdim ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, bu sahə hələ də Azərbaycanda normal inkişaf etməyib. Eyni zamanda, cəmiyyət tərəfindən də digər ixtisaslar kimi qəbul edilməyib. Mən Tehranda Əllamə Təbatəbai adına dövlət universitetində təhsil almışam. Həmin zamanlar “Tehran Sex Clinic” adlı mərkəzdə çalışırdım, amma sonra adını dəyişdirib “İran Sex İnstitute” qoydular.

Hazırda həmin mərkəzin Azərbaycanda koordinatoruyam. Bu gün də bu profilin adlandırılmasında çətinlik çəkirəm. Seksoloq deyəndə həkimlər deyir, “Sən tibb üzrə təhsil almısan, niyə özünə seksoloq deyirsən?”, seksterapevt deyəndə “Profil olaraq terapevt deyilsən, niyə özünü elə təqdim edirsən?” deyib irad tuturlar. İngilis dilində bu profil “Sex Theraphy” gedir və bir çox ölkələrdə bu profildə çalışan psixoloqları seksoloq adlandırırlar.

Seksologiya psixogen mənşəli cinsi problemlərin müalicəsini əhatə edir, fiziogen yox. Seksologiyaya insanın psixo-cinsi inkişafı, yəni onun cinsiyyəti, cinsi kimliyi, cinsi orientasiyası, cinsi rolu və cinsi davranışlarından bəhs edir. Sadaladığım bölmələrin birini cinsi davranışlarda cinsi disfunksiyalar və parafiliyaları (anormal cinsi davranışlar) əhatə edir.

Bu pozuntuların əhatə etdiyi problemlərə – hər iki cinsə aid edilə biləcək cinsi disfunksiyalar var. Cinsi əlaqədə (yəni qarşılıqlı cinsi əlaqə və ya tək cinsi akt zamanı (masturbasiya zamanı) müşahidə edilən zəiflik, cinsi ehtirassızlıq, istəksizlik, fobiya, orqazm ola bilməmək və s. daxildir. Qadınlarda vaginizm, kişilərdə isə elektil cinsi disfuksiya (cinsi orqanın bərkiməsi), tez boşalma və gec boşalma problemi və s. daxildir.

– Azərbaycanda ən çox hansı problemlə bağlı müraciət edirlər?

– Kişilərdə daha çox rast gəlinən erkən boşalma və ereksiya, qadınlarda isə vaginizmdir.

– Bəs bu kimi problemlər qarşı tərəfə nə kimi təsir edir?

– Belə izah edim ki, misal olaraq əgər cinsi münasibətdə olan iki nəfərdən birində vaginizm xəstəliyi müşahidə edilirsə, bir neçə müddətdən sonra artıq qarşı tərəfdə cinsi istəksizlik yarada bilir. Əslind, bu pozuntular insanların özündən asılı olmur. Həyəcan, qorxu, stress nəticəsində cinsi orqan ətrafındakı əzələlər gərilir və vaginizm dediyimiz pozuntu ortaya çıxır.

Vaginizmdən əziyyət çəkən qadınlar, əslində, seks istəyir, sadəcə olaraq, müəyyən travmalardan və fobiyalardan dolayı istədikləri cinsi əlaqəyə girə bilmirlər. Seks istəmədikləri halda, bu artıq başqa problemə – aseksuallığa tərəf irəlləyir.

– Bəzən eşidirik ki, insanlar pedofiliya kimi anormal cinsi davranışlara yol verirlər. Bu, xəstəlik hesab edilirmi?

– Bəli, bunlar fetişizm, pedofiliya, vuayerizm (digər insanların cinsi əlaqəsini gizli izləmək), eksqibinizim (cəmiyət içərisində bədənini açmaq), frotterizm (avtobus ya metrolarda insanlara sürtünərək cinsi ehtiras yaratmaq), sadomazoxizmdir. Maraqlı məqam budur ki, biz bu insanlara parafiliyaya yol verdiklərini, bunun bir pozuntu, problem olduğunu onların özünə sübut edə bilmirik.

Onlar heç vaxt bununla bağlı mütəxəssisə müraciət etmirlər. Çünki psixoloji olaraq bunu özlərində pozuntu hesab etmirlər. Bu etdikləri anormal cinsi hərəkətlər onları bezdirəndə və həyatlarını iflic etdikdə mütəxəssisə müraciət edirlər.

Misal olaraq, sadizmlə məşğul olan şəxs öz mazoxist partnyoruna qarşı artıq sadistik davranışlar etmədikdə partnyoru şikayət olaraq mütəxəssisə müraciət edir ki, partnyorum artıq mənə qarşı əvvəlki hərəkətləri etmir. Sadomazoxist olduqları üçün bu davranış onlar üçün nornaldır. Əlbəttə, bu davranışlar uşaqlıqda baş verən travmaların nəticələridir.

– Cinsi problemlərin müalicəsi necə aparılır?

– Biz seksoloqlar cinsi psixoterapiyalar zamanı dərman preparatlarından istifadə etmirik. Ümumiyyətlə, psixoloqların dərman preparatlarını təyin etmə hüququ yoxdur. Gəlin, ardıcıllıqla danışım, daha aydın olsun. Bizə müraciət edən pasiyentlər ilə kliniki müayinə aparılır. Daha sonra test üsulu ilə yoxlama təşkil edilir.

Əvvəlcə onlardan bütün problemləri olduğu kimi danışmalarını tələb edirik. Sona qədər dinlədikdən sonra onlara fərdi şəkildə verilən suallar əsasında hansı problemdən əziyyət çəkdiklərini aydınlaşdırmağa çalışırıq. Seksual problemlərin müalicə prosesi olduqca ağır və incə prosesdir. Xüsusilə anormal seksual davranışların müalicəsi çətin prosesdir. Çünki burda birbaşa insanın həzz almasından söhbət gedir. İnsan həzz aldığı şeylərdən isə asanlıqla əl çəkə bilmir. Problem və səbəbi tam aydınlaşdıqdan sonra isə hər pasiyentə uyğun individual cinsi psixoterapiya proqramı qururam və tətbiq edirəm.

– Ümumiyyətlə, seksual asılılıq insana nə kimi mənfi təsir edə bilir?

– Ümumiyyətlə, hər hansı bir asılılıq normal hal deyil. Normadan artıq olan hər şey özü ilə bərabər problem gətirir. Seksual fetişizm və ya masturbasiya zamanı asılılıq daha tez-tez müşahidə edilir. Bu, artıq o dərəcəyə çatır ki, insan gün ərzində 10-15 dəfə masturbasiya edir. Hətta özünə bunu borc bilir. Təbii olaraq, bu asılılıq insanın həm işinə, həm də gündəlik həyatına mane olur. Psixoloji olaraq o hər şeydən təcrid olunur və bütün fikrini həzzə kökləyir, artıq elə həddə çatır ki, həzzdən çox əziyyət çəkir.

Və ya çox zaman kişilərdə rast gəldiyimiz fetişizmi götürək. Kişilər hündürdaban ayaqqabıya, müəyyən növ corablara baxaraq özlərini ehtiraslandırırlar. Bunu kişilərdə daha çox qadınlar müşahidə edir. Praktikamda olub ki, qadın hündürdaban ayaqqabı geyinmədiyi zaman kişinin onu saymadığını, ona yaxın getmədiyini deyib. Bu da seksual asılılıqdır.

Transvestit fetişizm hər iki cinsin nümayəndəsində müşahidə edilir. Amma daha çox oğlanlarda rast gəlinir. Qarşı cinsin paltarında cinsi əlaqəyə girmək. Bəzən cütlüklər bunu fantaziya kimi qiymətləndirir, lakin bu, davamlı olaraq olsa, artıq seksual pozuntu sayılır. Bu, xüsusilə gənc yaşlarda masturbasiya zamanı oğlanların özünü qadın geyimləri ilə ehtirasa gətirməsi ilə meydana gələn problemdir, sonradan asılılıq halına gəlir.

Bu tip və ya digər anormal cinsi davranışların hər biri – uşaq və yetkin yaşlarından alınan travmalar, ilk cinsi münasibət zamanı yaşanan uğursuz hallar onların yaddaşında elə həkk olur.

– Pornoqrafik filmlər?

– Bəli, bu da səbəb ola bilər. Bunun müsbət və mənfi tərəfləri var. Təəssüf ki, psixoloji cəhətdən zəif olan insanlara bu məzmunlu görüntülər pis təsir edir və asılılıq halı yarada bilir.

– Bəs cinsi disfunksiya problemlərinin müalicəsi varmı?

– Əlbəttə, var. Sadəcə olaraq, bizim əhali arasında bu pozuntuları heç kim ciddi qəbul etmir və vaxtında mütəxəssisə müraciət etmirlər. Bəzən elə hallar olur ki, 5-6 il sonra cütlüyün uşaqları olmur. Ailədən kimsə onları həkimə müraciət etməyə məcbur edir, nəticədə, məlum olur ki, tərəflərdən heç biri artıq cinsi əlaqəyə girmək istəmir. Onlarda cinsi disfunksiya olur.

– Ailə yaxınlarının bu cür problemi bilməsi müalicə perioduna mənfi təsir etmir?

– Əslində, çox yaxşı məqama toxunursunuz. Bu problem psixoloji olaraq həmin şəxslərə əlavə təzyiqdir. Bəzən görürəm ki, dayı, əmi, bibi, xala, ana, ata – hamısı qoşulub gəlib klinikaya. Misal olaraq qadında vaginizm problemi var, anası, atası, qayınana, qayınata, dayısı, əmisi düşüb qabağa gətirir.

Bu, adi boğaz ağrısı xəstəliyi deyil axı. Qətiyyən düzgün deyil. Ananı, qayınananı başa düşmək olar. Amma tövsiyə edirəm ki, xəstələr ailə içi və iki nəfərin arasında olan məsələni belə ictimailəşdirməsinlər. Bu, müalicə zamanı onların özlərinə mənfi təsir edir və daim pasiyenti stressdə saxlayır.

– Rayon yerlərində hələ də mentalitetin tələbi olan yengə problemi. Necə düşünürsünüz, buna ehtiyac var?

– Artıq paytaxtda bu kimi adətlərin qalmadığına ümid edirəm. Çünki yengə məsələsi olduqca ciddi travma yarada bilər. Bu, kişilərin, eləcə də, qızların psixologiyasına çox daha ağır zərbədir. Rayon, kənd yerlərində hələ də toy olan kimi, bütün kənd camaatı sabah səhər gələcək xəbəri gözləyir. Bu kimi məqamlar qarşı tərəfə mənfi təsir edir və insan cinsi həyatına travma ilə başlaya bilər. Bu da kişilərdə erektil disfunksiya və qadınlarda vaginizmin başlanğıcı ola bilər. Psixoloji cəhətdən zəif insanlar bu prosesdən sonra ciddi travma ala bilər.

– Homoseksuallıq sağalan “xəstəlik”dir? Ümumiyyətlə, orientasiya problemi xəstəlikdir, yoxsa seçim?

Homoseksuallıq orientasiyaya aiddir və cinsi orientasiyalar pozuntu sayılmır. Yəni heteroseksual, homoseksual və biseksual orientasiyaların heç biri psixoloji pozuntu, ya xəstəlik sayılmır. Amma bu məsələdə ilk olaraq psixoloji yoxlanış aparılır. Sübut olunduqdan sonra ki həmin adam homoseksualdır, daha sonra onun dərəcəsi müəyyənləşdirilir.

Müalicə ilə müəyyən dərəcədə dəyişiklik etmək olur. Lakin əvvəlcə nəzərə alırıq ki, onların belə qalması yaxşıdır, yoxsa heteroseksuala (əks cinsə qarşı cinsi meylin olması) çevirmək olar. Çox vaxt klassik homoseksualları elə olduğu kimi saxlayırıq. Klassik homoseksual, yəni heç bir travma və seksual təcrübə olmadan insanın seksual fanraziya və cinsi istəyinin öz cinsinə qarşı olmasıdır. Çünki onu müalicə etmək mümkün deyil.

Biz onları aldada bilmərik ki, sən nə vaxtsa düzələcəksən və heteroseksual orientasiyaya sahib olacaqsan. Biseksuallar (həm öz, həm də qarşı cinsin nümayəndəsinə cinsi meylin olması), lezbiyanlar (qadın homoseksuallığı), geylər (kişi homoseksuallığı) – bu insanların özlərindən asılı olmayan prosesdir. Bəzən seçim deyirlər, insanları təcrid edirlər. İnsaniyyət cəhətdən onların heteroseksuallardan heç bir fərqləri yoxdur.

Əksinə, biz Tehranda bu istiqamətdə araşdırma aparmışdıq. İnsani keyfiyyətlərinə, İQ səviyyəsinə, yəni emosionallıq baxımından homoseksuallar heteroseksuallardan kifayət qədər fərqli və yüksək nəticələr əldə etmişdilər. Bunu normal qəbul etməyən insanlar var, lakin tibb və elm homoseksualları normal şəkildə qəbul edir. Ola bilər homoseksuallar davranışlarında bir qədər qadınları xatırladır, oğlanlara “padxod” etməyə çalışır və s. Amma onlar cəmiyyətdə az olduqları üçün bu vəziyyət tez gözə dəyir.

– Bu problemlər uşaq yaşlarından yaranır?

– Bəli. Bu problemlər məhz uşaq yaşlarından yaranır. Hər bir uşaq beş yaşına kimi bilməlidir ki, o oğlandır, yoxsa qız. Bunu şüurlu şəkildə dərk etməlidir. Əgər bunu dərk edə bilmirsə, artıq onda seksual pozuntu var deməkdir. Bu, artıq cinsi kimlik pozuntusuna aparan yol ola bilər. Bəzən valideynlər buna fikir vermir. Cinsi kimliyin formalaşması önəmlidir. Hərdən valideynlər bunu özü edir. Praktikamda çox olub ki, ana öz oğlunu götürüb gəlib ki, bəs özünü qız kimi aparır.

Söhbət edən zaman məlum olub ki, ata işdə olub. Qadın özü hara gedib, oğlunu da aparıb. Uşaqlıqda oğluna qız paltarları geyindirib. Qadınların içərisində böyüyüb və bu uşaq davranışda qadına bənzəyən oğlan olub. Bunu bəzən homoseksualla səhv salırlar. Burda cinsi rol pozulub. Soruşanda da deyirlər ki, mən bilmirdim, belə olar. Ola bilər ki, cinsi orientasiyasında pozuntu olmasın. Əks cinsin nümayəndələrinə meyilli olsun. Amma hərəkətlərində artıq kişi hərəkətləri müşahidə edilmir.

Bəzən də analar azyaşlı uşaqlarının yanında soyunurlar. Bu, çox ciddi problemdir. Üç yaşından sonra uşaq cinsi dərk edir. Nə olsun ki cinsi istəyi formalaşmayıb? Bütün bunlar uşaqların gələcəkdə seksual pozuntuların yaranmasına səbəb olur.

– Bu sadaladığınız məqamları transseksuallara aid etmək olar?

– Xeyr. Transseksuallıq orientasiya deyil, o, cinsi kimlik bəhsinə aiddir. Bu, pozuntu sayılır. Onun müalicəsi ya psixoterapiya aparıb öz cinsindən razı salmaqdır və ya cinsini dəyişməkdir. Çünki transseksuallar artıq öz bədənindən razı olmayıb, bunu seçim edərək dəyişənlərdir. Bəzən qadın geyimi ilə gəzən, lakin kişi bədəninə sahib insanlara da transseksual deyirlər. Amma onlar tam olaraq transvistit adlandırılır.

Tehranda transseksualları məcburi şəkildə iki illik müalicəyə cəlb edirlər. Bunun səbəbi isə odur ki, cinsini dəyişmək istəyən şəxs ani verilən qərardan sonra peşman ola bilər. Çünki cinsini dəyişib, bununla yaşaya bilməyib intihar edən şəxslər az olmayıb. Həkim psixiatrlar və klinik psixoloqlar bu iki il ərzində onları ciddi müşahidə edirlər. Qeyd edim ki, iki il həmin şəxslər əks cinsin paltarında gəzməli və onların həyat tərzi ilə yaşamalıdır.

Məsələn, bir kişi cinsini dəyişmək istəyirsə, iki il müddətinə yalnız qadın geyimlərində, qadınların həyat tərzi ilə yaşamalıdır. Cəmiyyətdə qadın və kişi olmağın nə demək olmasını bu üsulla insanlara izah edirlər. Bizim Tehrandakı klinikamızın həkiminin dediyinə görə, 700-dən çox cinsiyyətin dəyişdirilməsi əməliyyatını aparmışdı.

– Dünya ölkələri arasında cinsiyyət dəyişdirilmə əməliyyatı üzrə ilk pillələrdə yer alan hansıdır?

– Bu məsələdə Tailand birinci yerdədir. Onlar cinsiyyətini çox dəyişir. İki, ya üçüncü yerdə İran qərarlaşır. İranlılar da cinsiyyətini dəyişməkdən çəkinmirlər. İran İslam Respublikası olmasına baxmayaraq, dində cinsin dəyişdirilməsinin günah olması barəsində müəyyən bir sübut yoxdur. İranda bu şəxslər qəbul edilir. Hətta onların şəxsiyyət vəsiqələri də dəyişdirilərək əks cinsin vəsiqələri ilə əvəz edilir. Həmin şəxslər hicab örtərək, bütün qaydalara əməl edərək yaşayırlar.

Bu, qəti problem olmur, çünki onlar onsuz da qadın kimi yaşamağı arzulayırlar. Lakin homoseksuallıq İranda cinayət sayılır və edam hökmü var. İran psixiatrları homoseksualları edam hökmündən yayındırmaq üçün homoseksualığı psixi xəstəliklər siyahısında saxlayıblar.

– Praktikanızda hansı maraqlı hadisəni bölüşə bilərsiniz?

– Əslində, pasiyentlərim haqqında danışmağı sevmirəm. Çünki bu, etik deyil. Üstəlik, onlar çox həssas olurlar və oxuduqları bənzər məlumatları özlərinə qəbul edə bilirlər. Amma bizim Tehranda tanıdığımız bir nəfər vardı, o, həyat hekayəsini motivasiya kimi bölüşürdü. Kişi olaraq dünyaya gəlsə də, həyatına qadın kimi davam edirdi. Əsgərlik çəkmişdi. Daha sonra cinsiyyətini dəyişmək qərarına gəlmişdi. Hətta çox gözəl qadın olmuşdu deyə bilərəm. Bir dəfə müsahibələrindən birində danışmışdı ki, ona nişan gələndə atası səhvən deyib ki, qızımız əsgərlik də çəkib.

Oğlan evi də məsələni bilmirmiş, elə gəldikləri kimi də durub gediblər. Amma sonra fikirlərini dəyişib yenidən elçi gəlirlər və qızı alırlar. Yəni transseksualların hamısı bunu biznes üçün etmir. Normal həyat tərzinə davam etmək istəyənlər də var. Təbii ki, cinsiyyət tam dəyişir. Kişi cinsiyyət orqanı çıxarılır və müəyyən əzələlərdən süni qadın cinsiyyət orqanı düzəldilir (və ya əksinə, süni kişi cinsiyyət orqanı). Lakin onlar normal kişi və ya qadın orqanizminin yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmirlər. Hər şey beyində başlayır və beyində bitir. Onlar, əsasən, psixoloji həzz alır.

– İkili cinsiyyət orqanı ilə doğulan insanlar var. Bu zaman sizə müraciət ediləndə müalicə məsələsi necə olur?

– Biz ona elmi dildə hermofrodit deyirik. On mində bir nəfərdə rast gəlinir. Nadir haldır. Onlarda həm qadın cinsiyyət orqanı var, həm də kişi. Bu, uşaq yaşlarından müalicə olunmalıdır. Bəzən gözləyirlər, müəyyən yaşa çatsın. Artıq onda da psixoloji travma yaranır. O, artıq bilmir ki, qızdır, yoxsa oğlan. Həkimlər hormonları yoxlayır və hansı cinsi orqan daha çox inkişaf edibsə, onu saxlayıb digərini cərrahi üsulla götürürlər. Müəyyən yaş, əlbəttə ki, lazımdır ki, orqanizm inkişaf etsin.

– Bəs normal cütlüklər arasında cinsi əlaqə üçün limit varmı?

– Cinsi münasibətlərdə limit yoxdur. Sadəcə olaraq bu insanın rutin həyatına mane olmursa, orqanizmə heç bir ziyanı yoxdur. Seksoloq məsləhətinə qaldıqda, biz cütlüklərə həftə ərzində 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik. Tibbi cəhətdən bu orqanizmin seksual ehtiyaclarını tam olaraq qarşılayır. Lakin insanların seksual istəkləri də fərqli olduğu üçün həftədə 3-4 dəfə cinsi münasibəti çox sayanlar da olur, az hesab edənlər də. Başqa bir məqam seks asılılığıdır. Bu, artıq müntəzəm olaraq cinsi əlaqəyə meyil deməkdir ki, bu da cinsi pozuntuya aparır.

– Bütün bu problemlər yalnız kişilərə aiddir, yoxsa qadınlara da şamil edilə bilər?

– Bu, hər iki cinsin nümayəndəsinə şamil edilə bilər. Bəzən kişilərlə yanaşı, qadınlarda da cinsi istəklər normadan artıq olur.

– Bəzən insanlar həyat yoldaşlarını bürclərə görə seçir. Belə bir fərziyyələrin əsası varmı?

– Əlbəttə ki, yox. Bu problemlər, sadəcə olaraq, insanlar arasında şəxsiyyət tiplərinə uyğun olaraq aparılır. İnsanlar arasında cəmi 10 şəxsiyyət tipi var. Onların hər birinin fərqli cinsi istəkləri var. Əsasən “A”, “B”, “C” qrupu olmaqla, üç yerə ayrılır. “A” qrupuna daxil olan insanların cinsi istəkləri orta, “B” qrupuna daxil olan insanların cinsi istəkləri daha çox, “C” qrupuna daxil olan insanların isə cinsi istəkləri olduqca orta-zəif olurlar.

– Cəmiyyəti narahat edən əsas məqamlardan biri də azyaşlıların zorlanması, atanın qızına, qardaşın bacısına təcavüz etməsinə dair xəbərlərdir.

– Bilirsiniz, əslində, onlar bunu özləri seçmir. Özlərini də xəstə hesab etmirlər. Tez-tez eşidirik ki, azyaşı uşaqlar zorlandı, valideyn öz övladına təcavüz etdi. Bunlar hər biri pedofiliya əlamətidir. Onlar nə vaxtsa uşaq vaxtlarında təcavüzə uğramış və bunun travması ilə böyüyən şəxslərdir. Müşahidə etsəniz, onlar öz hədəflərini seçərkən beş yaş fərqə diqqət edirlər.

Məsələn, pedofilin 20 yaşı varsa, o, özünə 15 yaşında uşaq seçəcək. Pedofillər, əsasən, seçdikləri qurbanlarla daimi münasibət saxlasa da, 18 yaşı olandan sonra onu atır və başqa birini axtarırlar. Əslində, onlar uşaqları şirin dillə ələ alırlar. Pedofiliya psixoloji pozuntudan əlavə, həm də birbaşa cinayətdir. Və təəssüf ki, pedofillərin heç biri sağalmır. Onlar həbsə düşüb çıxdıqdan sonra belə, öz əməllərini davam etdirirlər.

– Yazını oxuyanları təlaşlandırdınız. Bəs bu kimi hallardan uşaqları necə müdafiə etmək olar?

– Təlaşlanmalı bir məqam yoxdur. Bu, tək Azərbaycanda deyil. Amerikada pedofillər daha çoxdur və mübarizə üsulu da var. Bizdə valideynlər azyaşlı uşaqlarla küçəyə çıxanda, kimsə uşaqları əzizləyəndə, öpəndə bunu nazlama və tərif kimi qəbul edə bilər. Buna şərait yaradırlar və uşaq da yad insanın ona toxunmasının icazəli olduğunu sana bilər. Əslində, bu olmaz.

Amerikada siz heç kimin uşağını əzizləyə, toxuna bilməzsiniz. Eyni zamanda, Avropa ölkələrində əgər hər hansı küçədə daha əvvəl pedofilliklə həbs edilən şəxs yaşayırsa, ərazidə hər kəsə bu barədə məlumat verilir. Bildirilir ki, sizin qonşular arasında pedofil var, uşaqlarınıza diqqət edin. Azərbaycanda da valideynlər övladlarına qarşı bir az diqqətli olmalıdırlar.

Uşaqlar cinsi tərbiyə almalıdır. Uşaqlara izah edilməlidir ki, küçədə yad insanlarla ünsiyyətə girmək olmaz. Onlardan heç nə qəbul etmək olmaz. Cinsi orqana yalnız həkim və ya valideyn zərurət olan halda baxa bilər və s. Adətən, cinsi zorakılığa məruz qalanlar və ya pedofillərin qurbanı 8-14 yaş arası olur.

– Təəssüf ki, sizin profilə daxil olan problemlər insanları xəyanətə sürükləyir və ailələr dağılır.

– Baxın, bu xəyanət məsələsinə yanaşma tərzi yanlışdır. İnsanı xəyanətə sürükləyən cinsi həyatın normal olmamasıdır. Kim deyirsə ki, ailəmiz belə hörmət, sevgi kimi dəyərlər üzərində qurulub, bu, sadəcə, özünü aldatmaqdır, bunu nə vaxtsa anlayacaqlar. Bəli, ailə seksə görə qurulmur, amma ailəni ayaqda saxlayan əsas amil seksdir.

Cinsi həyat qaydasında olarsa, partnyorlar bir-birinin seksual ehtiyaclarını tam qarşılayarsa, onların arasında baş verə biləcək istənilən problem həll yolunu tapacaq. Amma normal olmayanda, bəli, artıq tərəflər istəklərini qarşılaya biləcək şəxsləri kənarda axtarmağa başlayırlar. Seksual cəhətdən hər şey əla olanda, qadın süfrəyə yanmış yemək belə qoysa, kişi onu bəh-bəhlə yeyəcək. Kişilərin 90 faizi, qadınların da 10 faizi partnyorlarını dəyişməyə meyillidirlər. Amma psixologiyadan yanaşsaq, bunu qəbul etmək bir qədər asan gəlir. Çünki biz onların şəxsiyyət tiplərini bilirik.

Ümumiləşdirsək, xəyanətə səbəb cinsi münasibətdə tərəflərin bir-birini qane etməməsidir. Bizim insanlar isə bu məsələni böyük ayıb bilirlər. Ər-arvad bir-birindən utanır. Nə istədiklərini deməyə çəkinirlər. Başa düşürsünüz? Bu, düzgün deyil. İnsanın heyvani hisslərinin büruzə verildiyi məqamlardan biri də seksdir. Onu mədəniləşdirmək olmaz. Ailə, cütlük onu ürəyindən gəldiyi kimi yaşamalıdır. Əks təqdirdə, ailədə, xüsusilə də cinsi münasibətlərdə problem yaranacaq. Və bu, bütün münasibətlərə təsir edəcək.

Xəyanətə görə adam öldürmək, video çəkmək, qadının saçını qırxmaq və s. insanların cahilliyidir. Çünki xəyanət bizim profildə ailədən kənar əlaqələr adlanır və seksologiyaya aiddir. Ailədə xəyanət varsa, demək ki, tərəflərdən hər ikisinin həmin xəyanətdə payı var.

Bəs masturbasiya məsələsi? Bəzən həkimlər bunun ziyanlı olduğunu deyir.

– Masturbasiya məsələsinin heç bir ziyanı yoxdur. Təbii ki, asılılıq halına gətirilmədiyi müddətcə. Hərdən deyirlər ki, kişilərin bədəndən tez-tez sperm atması ziyandır. Amma bu da əsassızdır, çünki onsuz da hüceyrələr müəyyən müddətdən bir yenilənir. Qadınlar üçün də ziyanı yoxdur, bu nə bakirəliyin pozulmasına, nə də gələcəkdə ana olmalarına heç bir problem yaratmır.

– Psixoloji cəhətdən bəylər üçün bakirəlik nə deməkdir?

– Bu, hələ də öz cavabını tapmayan bir sualdır. Psixoloji yükü yoxdur, sadəcə, sosial problem, mentalitet. Amma düşünürəm ki, kişilər, sadəcə, cəmiyyətin qınağından qaçdıqları üçün evlilik qərarı alanda bakirə olmasını önəmsəyirlər. Diqqət etsəniz, ikinci evlilik zamanı və ya gec ailə quran kəslər buna çox diqqət yetirmir. Qadınlar da bununla müqayisədə, ilk evlilik zamanı oğlanın əvvəl ailə qurmamasını istəsə də, müəyyən yaşdan sonra artıq ailəli olub ayrılmasına, hətta övlad sahibi olmasına da fikir vermir.

Bəzən isə deyirlər ki, bakirə ilə ailə qurmaq ona görə lazımdır ki, çoxsaylı seksual partnyoru olan qadın və ya daha əvvəl bir neçə dəfə ailə qurmuş qadın orqanizmində həmin kişilərin genini daşıya bilir. Təbii ki, bu, tam təsdiqini tapmayıb, amma xarici mənbələrdə buna rast gələ bilərsiniz.

– Ümumi olaraq pasiyentlərə nə tövsiyə edirsiniz?

– Cəmiyyətdə seksə hörmətlə yanaşılması yaxşı olardı. Seksi həddən artıq böyütmək və qloballaşdırmağa ehtiyac yoxdur. Bu, həm insanların şəxsi həyatlarında yaşadıqları problemləri yüngülləşdirəcək, həm də seksual problemləri olan insanların həkimə, ya seksoloqa müraciət etmələrinin qarşısını alan kompleksi aradan qaldıracaq.

Cəmiyyətdəki aqressivliyin bir səbəbi də qınaq obyekti olmamaq üçün bu kimi problemlərin aradan qaldırılması üçün heç nə edə bilməməkdir.

Qoyun cinsləri

Bəşəriyyət təxminən 10 min ildir ki, qoyun yetişdirir. Bu müddət ərzində müxtəlif istiqamətlərdə və məhsuldarlıq dərəcələrində bir çox cins ortaya çıxdı. Bu yazı sizi bu heyvanlarla və onların xüsusiyyətləri ilə ətraflı tanış edəcəkdir.

Qoyunların cinsinə görə ayrılması

Müəyyən bir istiqamətdəki məhsuldarlığından asılı olaraq, qoyunlar ət, süd və yun qoyunları kimi təsnif edilir. Yün üçün yetişdirilən cinslər də öz növbəsində yunun keyfiyyətinə görə siniflərə bölünür.

İncə yun

Bu istiqamətdəki heyvanların paltoları vahid bir quruluşlu uzun və nazik tüklərdən ibarətdir. Onların yunu yaxşı istidir və heyvanların məhsuldarlığı qaba tüklü insanlara nisbətən üç dəfə çoxdur. İncə yunlu qoyunlar daha çox Azərbaycan, Kalmıkiya, Aşağı Volqa bölgəsi və Şimali Qafqazda yayılmışdır. Qrup erkən yetkinliyi ilə seçilir, lakin ət məhsuldarlığı ümumiyyətlə aşağıdır.

Məşhur cinslər:

  • Stavropol – erkəyin qırxılmasından sonra təmiz yunun məhsulu – 15 kq, dişi – 8 kq-a qədər;
  • Gürcü incə yun kök quyruqlu – orta məhsuldarlıq – fərdi başına 5 kq;
  • Vyatskaya – bir fərddən 10 kq-a qədər yun kəsilir.

Yarı incə yun

Dünya bazarında məhsullara tələbat hər gün artır, çarpaz tüklü xammal xüsusilə qiymətləndirilir. Yarım zərif yunlu qoyunları merinos qoyunları ilə çarpazlaşdırmaq yolu ilə əldə edilir.

Bilirdin?Dünyanın ən bahalı cinsi Dolan Folddur. Yetişdirildiyi Çində 2 milyon dollara mal ola bilər.

Bu gün tələb olunan növlər:

  • Precos. Fransız yarı zərif yunlu qoyunlar məhsuldarlığı ilə sevindirir – fərdi başına 4-7 kq,% 48 xalis gəlir;
  • Dağıstan dağı. Məhsul təxminən 55% -dir, bir qoçdan orta hesabla 6 kq qırxılır;
  • Fin mənzərəsi. Amerikalı qoyun yetişdiriciləri cinsi damazlıq siyahısına əlavə etdi – siyahıda yalnız 24 adın olduğunu düşündüyünüz zaman bir uğur. Məhsuldarlıq – 4,5 kq, saç uzunluğu – 18 sm-ə qədər.

Merino

Merino ən qazanclı qruplardan biridir, incə və yumşaq yunlarına böyük tələbat var.Heyvanların yunu bütöv bir yunla kəsilir.

Ən yaxşı növlərin siyahısına aşağıdakılar daxildir:

  • Rambouillet (Fransız seçimi) – 65-70-ci sinif 6-10 kq yüksək keyfiyyətli xammal;
  • Sovet merinosu – orta hesabla 5-10 kq qırxılmış təmiz məhsulların% 42-si;
  • Azərbaycan dağ merinosu – cinsdən asılı olaraq – 5-10 kq xammal, yun uzunluğu və keyfiyyəti toxuculuq sənayesində populyardır. Qoyunlar əsasən Qafqazın və Zaqafqaziyanın dağlıq bölgələrində yetişdirilir.

Yun

Yün cinsləri, yunun yaxşı qayıtmasına əlavə olaraq, erkən yetkinlik və əla məhsuldar ət xüsusiyyətləri ilə seçilir. Qrup uzun saçlı və qısa saçlıdır.

Məşhurlar arasında aşağıdakı növlər var:

  • Rus uzun saçlı. Linkoln qoyunlarının iştirakı ilə Tver və Voronej bölgələrində yetişdirilmişdir. Polar daha çox ağ, erkən yetişir, məhsul – 65%, saç uzunluğu – 18 sm;
  • Linkoln. Dalğalı, 30 sm uzunluğa qədər yun, keyfiyyətli sinif 42. Bir qoçdan ildə 14 kq-a qədər xammal kəsilir, dişi az verir – orta hesabla 6 kq;
  • Ləzginskaya. Heyvanlar Qafqaz kök quyruqlu cinslər qrupuna aiddir. İldə iki dəfə kəsilməklə 3,5 kq xammal verilir, aşağı uzunluğu 4 sm, qarınqulu 15 sm-dir.

Ət

Bu qoyunlar arasında bir qrup kök quyruqlu heyvan seçilir. Onların əsas fərqi, yağ quyruğu deyilən quyruq yaxınlığında yağ yığılmasıdır. Bundan əlavə, qrupun ümumi təsvirində inkişaf etmiş bir əzələ korsesi, sürətli kilo və gənc heyvanların gündəlik yüksək kilo alması kimi xüsusiyyətlər var.

İstiqamətin ən yaxşı nümayəndələri:

  • Vendée. Fransızlar heyvanları arıq, bir qədər şirin ətli, ebru əlamətləri olan və demək olar ki, qoxusu olmayan heyvanlar yetişdirdilər. Məhsuldarlıq – təmiz xammalın 50% -i, erkən yetişən heyvanlar 6 ayda kəsilir. Bir quzunun gündəlik çəki artımı 450 q, 4 aylığında 60 kq ağırlığında;
  • Buubei – əti dana ilə müqayisə edilir, qoxusu yoxdur, dadı incədir. Çıxış -% 52, 7 aylıq qırğın, bu anda çəki 40 kq. Çox güclü toxunulmazlığı olan cinslərdən biri;
  • Frolovskie qoyunları, praktik olaraq xəstələnməyin, ət məhsuldarlığı – 50%. Məhsullar pəhriz xüsusiyyətləri ilə qiymətləndirilir: nazik yağ təbəqəsi, zərif dadı, şirəsi;
  • Alman merinoland – ətin arıqlığı, qoxu çatışmazlığı və ebrusuna görə restorançılar tərəfindən qiymətləndirilir. Çıxış -% 53, 4 aylıq kəsim, karkas çəkisi – 45 kq.

Süd

Adından aydın olur ki, bu istiqamətdəki qoyunlar süd naminə yetişdirilir. Bununla yanaşı, qrup yüksək qiymətləndirilən quzu dəriləri də alır. Südün keyfiyyəti tərkibinə görə inək və keçi ilə müqayisədə daha azdır, lakin pendir istehsalında populyardır və tələb olunur.

Bilirdin?Pendirlərin əksəriyyəti istənilən süddən – inək, keçi, qoyundan hazırlana bilər. Ancaq xammalın yalnız qoyun məhsulu olduğu pendirlər var, məsələn Fransız Roquefort, İtalyan pecorino Romano və ya Yunan fetası.

Süd sektorunun ən yaxşı nümayəndələri:

  • Ost Frisian. Almaniyada populyar bir cins olan bir şəxs, laktasiya dövrü başına 600 litrə qədər süd gətirir. Gündə süd məhsuldarlığı 6 litrə qədər, yağ tərkibi -% 8-ə qədər, protein tərkibi – təxminən% 5-dir. Şərqi Alman qoyunlarında böyük bir məmə və inkişaf etmiş məmə var. Yüksək süd verimi əldə etmək üçün aşağıdakı şərtlər vacibdir: qışda yaxşı otlaq və yüksək keyfiyyətli yem;
  • Zwartbless. Laktasiya dövründə Hollandiyalı bir qoyun 350 litrə qədər süd gətirir. Yaxşı məhsuldarlıqda fərqlənir, tez-tez üçəm gətirir. Bundan əlavə, cins şirin, yumşaq ətə malikdir, çox yağ və quzuya xas qoxu yoxdur;
  • Awassi. Suriyalı qoyunlar süd istehsalında liderdir. Baxımında iddiasız, isti və quraq bir iqlimin sərt şərtləri ilə sərtləşən uşaqlıq bir mövsümdə 800 litrə qədər məhsul verir.

Böyük cinslər

Heyvanlar ümumiyyətlə tez bir zamanda kəsim ağırlığı qazandıqları üçün ət üçün yetişdirilir. Məzmundan ümumiyyətlə tələbkar deyillər. Böyük cinslərin nümayəndələri:

  • Hissar özbək cinslərilakin sürətli bir istirahət və kilo almağa malikdir.Yetkin Hissar nümunələrinin çəkisi 180 kq qoç və dişi 130 kq, erkək quru hissəsindəki boyu 90 sm, dişi 85 sm;
  • Texel – Hollandiyada yetişdirilir, kişi çəkisi – 160 kq, qadın – 70 kq. Bir qoçun böyüməsində boyu 87 sm, dişi – 75 sm;
  • Yağlı quyruq – yetkin qadınlar 120 kq, kişilər 160 kq çəki qazanır. Böyük sümükləri olan heyvanların quru yerlərində təxminən 80 sm, sinə ətrafında isə 100 sm var.

Ən populyar cinslər: ilk 10

Hər bir qoyun yetişdiricisi öz imkanları və yetişdirilməsindən gözləntilərindən asılı olaraq bir neçə heyvan növünə üstünlük verir.

Karakul

Qarakul qoyunlarının istiqaməti – orijinal bükülmüş yun. Cins smushkov kimi təsnif edilir, yəni smushki adlanan quzu dəriləri əlavə gəlir gətirir.

  • Digər üstünlüklər də var:
  • asanlıqla iqlim şəraitinə uyğunlaşmaq;
  • qiymətli xəzə sahib olmaq (qarakul);
  • yaxşı sağlamlıq;
  • ət və süd sektorunda yaxşı məhsuldarlıq.

Dezavantaj ətin aşağı keyfiyyətidir.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 65-78 sm
Çəki 50-70 kq
Yun 3-5 kq
Ət (çıxış) 50%
Süd 30 l-ə qədər

Suffolk

İngilis cinsi ət və yun istiqaməti, məhsuldar və məhsuldar. Quzular sürətlə, gündə təxminən 400 qr çəki alır. 3 aylıq bir fərdin çəkisi 40 kq-dır.

Bilirdin? Dünyada tam albinos olan yalnız iki qoyun cinsi var, Suffolkonlardan biri.

  • Üstünlükləri:
  • çoxalma və kəsişmə zamanı cinsin xüsusiyyətlərini çatdırmaq;
  • davamlı və xəstəliklərə davamlı;
  • əla keyfiyyətli ət, qoxusuz;
  • yemək axtararaq uzun məsafələrə səyahət etmək;
  • məzmunu şıltaq deyil.

Cinsin heç bir çatışmazlığı yoxdur, ən perspektivli və məhsuldar növlərdən biri hesab olunur.

Kuibışevskaya

Xoşagəlməz qoxusu olmayan əla keyfiyyətli incə yun və mərmər tipli ət ilə yüksək məhsuldar ət yun cinsidir. 7 aya qədər erkən yetişən quzular 45 kq artır, 10 ayda kəsilməyə hazırdırlar.

Vacibdir! Kuibyshevskaya yaxınlığındakı qoyun otağında mükəmməl quru olmalıdır, otlaq qoruğu yun islanmaması üçün bir tökmə ilə təchiz olunmuşdur: keyfiyyətini itirir.

  • Kuibışev nümunələrinin üstünlükləri arasında:
  • yüksək keyfiyyətli ət və yun;
  • güclü sümüklər, dözüm;
  • sabit kilo;
  • havaya uyğunlaşma.
Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 75-78 sm
Çəki 120-170 kq
Yun 4-7 kq
Ət (çıxış) 54%
Süd 30 l-ə qədər

Romanovskaya

Qoyun buynuzsuzdur, başı da çırpılmış bir profilə malikdir. Bərəkətli qadınlar yaxşı süd verimini göstərirlər. Südləri pendir istehsalında və mayalanmış süd məhsullarının istehsalında tələb olunur.

  • Romanovskayanın üstünlükləri:
  • yüksək keyfiyyətli qoyun dərisi;
  • yağlı sağlam süd;
  • məhsuldarlıq;
  • bahalı yem tələb etmir;
  • quzuların sürətli böyüməsi.
  • Dezavantajları:
  • qorxu;
  • xüsusilə böyük bir əhalinin fonunda zəif toxunulmazlıq;
  • həssas tənəffüs sistemi (viral xəstəliklərə meyl).
Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 65-70 sm
Çəki 60-100 kq
Yun 1.8-3 kq
Ət (çıxış) 47%
Süd 160-220 l

Dorper

Dorper Cənubi Afrikanın yerli sakinidir, yalnız ət növüdür, palto çox qısadır. Quzular kilo qazanmaqda çempion sayılır; 4 ayda təmiz körpələr 65 kiloqramdır. Cinsi yetkinlik 7 aya təsadüf edir və ov dövrü mövsümə bağlı deyildir. Qoyun yetişdirənlər də asan doğuş fonunda çoxlu hamiləlikdən məmnundurlar. Dişi qoyun başına 2-5 körpə gətirir, ildə qoyun sayı 2, hamiləlik 4-5 ay davam edir. Sağ qalma nisbəti demək olar ki, 100% -dir.

Qoyun dərisi dəri sənayesində qiymətləndirilir və məşhur Gloucester əlcəyi ondan hazırlanır. Dezavantajları, quyruğu bağlamaq ehtiyacı və daimi çəki nəzarətidir. Heyvan çox qazanarsa, ətdə çox miqdarda yağ olacaq və bu da bazar dəyərini aşağı salacaqdır.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 60-70 sm
Çəki 95-140 kq
Ət (çıxış) 59%
Ət keyfiyyəti Pəhriz, arıq

Kalmık

Bu heyvan ətli-yağlı bir istiqamətdir. Zərif ləzzətli və incə lif quruluşlu əla keyfiyyətli ət. Quzular 6 ayda kəsilməyə gedir. Şərqdə yağ quyruğu yağı kulinariya, müalicəvi və kosmetik məhsul kimi qiymətləndirilir.Cinsin dezavantajları arasında süd azlığı, süd əmizmə əmziklərinin yüksək və çox istiqamətli mövqeyi ilə maneə törədilir. Qadınlar mastitə meyllidirlər.

Kalmık qoçları sürətlə kökəlir, davamlı və xəstəliklərə davamlıdır.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 76-83 sm
Çəki 90-140 kq
Ət (çıxış) 50%
Donuz (kök quyruq) 17 kq-a qədər

Ile de France

Qoç, rambouille merinosu və İngilis Dishleys-dən keçərək yetişdirildi. Cins məhsuldardır və sürətlə böyüyür. Çoxalma mövsümə bağlı deyildir, ümumiyyətlə 2 və ya daha çox körpə dünyaya gəlir. Gündəlik artım – 340 g.5 yaşında quzuların çəkisi təxminən 50 kq. Quzu əti şirəli və yumşaqdır, “ətir” hiss olunmur. Bundan əlavə, Fransızlar incə, yüksək keyfiyyətli yuna sahibdirlər.

Cinsin əsas artısı iqlim şəraitinə yüksək uyğunlaşmasıdır.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Çəki 65-100 kq
Yun 4-6 kq
Ət (çıxış) 53%
Süd Süd verimi başına 2,5-3 litr

Askanian

Askanian merinosları kəsik başına 20 kq-a qədər çox incə yunlu yun verir. Ət yüksək keyfiyyətli, şirəli və həssasdır, uzun istilik müalicəsi tələb etmir. Qadınların məhsuldarlığı yüksəkdir – uşaqlıqda bir quzu başına 3 quzu qədər. Dezavantaj, yunun çirkləndirən əhəmiyyətsiz bir yağ istehsalıdır.

Dişi cinslər genetik xüsusiyyətlərini ötürdükləri üçün digər cinslərin damazlıq keyfiyyətlərini yaxşılaşdırmaq üçün tez-tez istifadə olunur.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 70-80 sm
Çəki 60-120 kq
Yun 8-19 kq
Yuyulmuş yun məhsuldarlığı 45%
Ət (çıxış) 50%

Altay

Altay qoçlarından 11 kq-a qədər, yüksək sinif 64. Polar nazik paltar materiallarının istehsalı üçün uygundur. Ət məhsuldarlığı da xoşdur, ətin açıq bir qoxusu yoxdur, orta dərəcədə yağlı və şirəlidir. Fərdlər məhsuldardır, sağlamlıqları və aşağı temperaturlara qarşı müqaviməti var. Əhəmiyyətli bir dezavantaj, hok birləşmələrində bir qüsur kimi qəbul edilir.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Böyümə 80-90 sm
Çəki 60-100 kq
Yun 7-11 kq
Ət (çıxış) 49%
Süd 90 l

Gorkovskaya

XX əsrin otuzuncu illərində, yerli Qoçlarla İngilis Hempşirini keçərək keçmiş Qorki bölgəsində yetişdirildi. Yaranan fərd əla toxunulmazlığa, dözümlülüyə, yüksək məhsuldarlığa malikdir. Gorkovskaya məhsuldarlıq ilə seçilir – 140%, quzularda gündəlik çəki artımı 240 qr.Cəhvərlər tərəfindən qeyd olunan yeganə çatışmazlıq yunun qeyri-bərabər incəliyidir.

Xüsusiyyətlər Göstəricilər (qadın, kişi)
Çəki 80-120 kq
Yun 4-6 kq
Ət (çıxış) 55%
Süd 155 l

Yetişdirmə üçün düzgün cinsi necə seçmək olar

Qoyun yetişdirməyə yeni gələnlər, növlərinin seçiminə yaxınlaşmalı və məsuliyyətlərini artıraraq öz ümidlərindən məyus olmamalıdırlar. Fərqli heyvanlar haqqında məlumatlar İnternet mənbələrindədir, onlardan başqa bu gün bu mövzuda sərgilər və təqdimatlar keçirilir.

Şərtlər

Ev heyvanlarının hamısı iqlim şəraitinə uyğunlaşmır. Bəzi insanlar soyuğa dözə bilmirlər, bəziləri istiyə davamlı deyillər. Məsələn, qalın yunlu qoyunlar istənilən havada özlərini yaxşı hiss edirlər; qısa saçlı qoyunlar isti bir qış keçirməlidirlər.

Vacibdir! Yetkinlərin quzulara zərər verməməsi üçün uşaq bağçası üçün ayrı bir yer ayırmaq vacibdir.

Sürü saxlamaq üçün bir otaq qurarkən, gələcək qoyun bürcünün ölçüsünü hər bir fərd üçün ən azı 1 m² fərdi sahəyə ehtiyac ilə əlaqələndirmək lazımdır. Meyvə verən dişilərin ölçüsündən asılı olaraq 1,6-1,8 m², damazlıq qoç isə 2-3 m² sahəyə ehtiyac duyur.

Fermanın yanında bir otlaq olmalıdır. Budur sürü bütün il üçün mineral və vitamin tədarükü alır.

Otaqdakı döşəmələr isti və sərt olmalıdır, beton döşəmə mastit və ya soyuqdəymə, yumşaq döşəmələr əza xəstəlikləri riskidir. İçməli kasalar fərdi olmalıdır, həmişə təmiz və şirin su ilə dolmalıdır, heyvanlar çox içir.Uzunsov formalı qidalandırıcılar 3-4 nəfərlik bir qaba əsaslanır. Gəzinti zamanı yağışdan və istidən, içənlərdən, duzlu briketlərdən gizlənə biləcəyiniz bir saray qoymaq məsləhətdir.

Tercih olunan nəticə

Ümumiyyətlə heyvan yetişdirmək hər hansı bir məhsul əldə etmək istəyi ilə əlaqələndirilir.

Qoyun xammalı növlərinə qısa giriş:

  • ət – quzu bir çox ölkədə həssaslığı, şirəsi və arıqlığı ilə qiymətləndirilir. Bir çox çeşid uzun hazırlıq tələb etməyən və xüsusi bir qoxusu olmayan mərmər məhsulları istehsal edir;
  • süd – sağlam, yağlı, istehlakçılar həm fərdi şəxslər, həm də fermentləşdirilmiş süd məhsulları, pendir süd məhsulları istehsalçıları ola bilər;
  • kök quyruq – kosmetik və kulinariya məqsədləri üçün istifadə olunur, zəngin kimyəvi tərkibə malikdir, müalicəvi xüsusiyyətləri ilə qiymətləndirilir. Onun köməyi ilə soyuqdəymələri, ağciyər və bronx xəstəliklərini, dəri, hemoroid, oynaq problemlərini müalicə edirlər;
  • dəri – geyimli qoyun dərisi kürk paltar, papaq, qoyun dərisi, isti ayaqqabı və s. istehsalında istifadə olunur.
  • yun – toxunmuş və tikilmiş paltar, xalça, keçə və ondan hazırlanan məhsullar, corab istehsalı.

Əvvəlcə qoyun yetişdirmək investisiya tələb edə bilər, lakin düzgün seçilmiş bir sürü və böyümək şərtləri ilə tanış olduqda, gəlir 100% -dir. Sənayenin üstünlüyü, yetişdiricinin əldə edə biləcəyi geniş məhsul seçimidir.

Comments are closed, but trackbacks and pingbacks are open.