Kişini qadından soyudan nədir
Həmçinin kişilər sevdiyi insanla mübahisələrdən çəkinməyə çalışırlar və çox zaman ona güzəşt edirlər ki, onların arasında dava olmasın.
Uşaqlıq yolu xəstəliklərində xalq təbabəti üsulları
Bəzən qadınlarda uşaqlıq yolundan ağ rəngdə və çiy yumurta ağına bənzəyən ifrazat olur.
Həmin ifrazat fizioloji yaxma rolunu oynayaraq uşaqlıq yolunu qıcıqlanmadan və qurumadan qoruyur. Normaya əsasən ifrazat gün ərzində 2 ml-dən artıq olmamalıdır. Xaric olan ifrazatın miqdarı, xarakteri, tərkibi, qoxusu və rəngi qadın sağlamlığının indikatorudur.
Az miqdarda ifrazat normal sayıldığı halda onun miqdarının, rənginin və qoxusunun dəyişməsi hər hansı ciddi xəstəliyin göstəricisi ola bilər. Demək olar ki, hər bir qadın həyatında bircə dəfə də olsun belə problemlə üzləşib.
Uşaqlıq yolunun ifrazatı bir neçə komponentdən ibarətdir: uşaqlıq boynu kanalının seliyi, uşaqlıq yolu vəzlərinin ifrazatı, uşaqlıq yolunun normal mikroflorası və ifrazata ağ rəng verən uşaqlıq yolunun ölmüş epitel hüceyrələri.
Ağ ifrazat – sərbəst diaqnoz və ya xəstəlik olmasa da, qadın cinsiyyət sistemində hər hansı xəstəliyin əlaməti və simptomu kimi meydana çıxır.
Bir çox infeksion problemlərdə irinli, xarakter iyli və ya köpüklü, göbələk yoluxmasında isə çox miqdarda kəsmiyəbənzər olur. İfrazatda qanın olması isə bədxassəli prosesin göstəricisi ola bilər.
Özünüzdə bu kimi simptomlar müşahidə etdikdə dərhal ginekoloqa müraciət edin. İfrazatların səbəbindən asılı olaraq həkim müayinə və lazım olan analizlərdən sonra müalicə təyin edəcək. Müalicə zamanı xalq təbabəti üsullarından da istifadə oluna bilər. Bu vasitələrdən yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.
– 2 xörək qaşığı akasiya çiçəkləri yarım litr suda dəmlənir, soyudulur və süzülərək uşaqlıq yolu şırınqa edilir. Akasiya çiçəklərinin ağızda çeynənərək şirəsinin udulması da iltihabi xəstəliklərdə yaxşı effekt verir.
– Təzə başınağacı və zirinc meyvələrinin şirəsi sıxılır, gündə iki dəfə 50-70 ml qəbul edilir.
– Eyni miqdarda meşə çiyələyi kökləri və boymadərən otunun çiçəkləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir. 10 dəqiqə dəmlənir, soyudulur, süzülür. Gündə 2-3 dəfə qəbul edilir.
– Orqanizmin immun müqavimətini gücləndirmək üçün 2 filtr-bağlama İmmunotea çayı 200 ml qaynar suda 15 dəqiqə dəmlənir və gündə 2-3 dəfə qəbul edilir.
– Uşaqlıq yolundakı ifrazat sulu xarakterli olduqda 1 çay qaşığı quru qıfotu bitkisi 200 ml qaynar suda dəmlənir, gün ərzində 5-6 dəfə içilir.
– 1 stəkan südə 1 xörək qaşığı qazayağı bitkisi əlavə edilir, 5 dəqiqə qaynadılır, soyudulur. 2 saat saxladıqdan sonra süzülür. Gündə 3-4 dəfə 1/4 stəkan qəbul edilir.
– 3 filtr-bağlama Profemin çayı 300 ml qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə bir dəfə uşaqlıq yoluna şırınqa edilir.
– 20 qram aptek çobanyastığı çiçəyi, hərəsindən 10 qram qazayağı kökü və palıd qabığı, hərəsindən 50 qram quş qırxbuğumu və gicitkən yarpaqları qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 1 litr su əlavə olunur, zəif ocaqda yarım saat qaynadılır, soyudulur, süzülür. İlıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.
– 1 xörək qaşığı ətirşah kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, zəif ocaqda 5 dəqiqə qaynadılır, soyudulur, süzülür. Dəmləməyə qaynadılmış ilıq su əlavə edilərək həcmi 2 stəkana qədər artırılır. Alınmış dəmləmə ilə uşaqlıq yolu şırınqa edilir.
– 1 xörək qaşığı dəvətikanı bitkisinin qurudulmuş yerüstü hissəsi üzərinə 1 stəkan qaynar su əlavə edilir. Qaynayan su hamamında ağzı bağlı emallı qabda yarım saat dəmlənir, isti halda süzülür, 1 saat soyudulur. Sonra bir neçə qat tənzif parçadan yenidən süzülür. Alınan dəmləmə gündə 3 dəfə 1/3 stəkan içilir və ya uşaqlıq yoluna şırınqa edilir.
1 xörək qaşığı bulaqotu bitkisinin 1:5 nisbətində sulu dəmləməsi gündə 3-4 dəfə daxilə qəbul edilir. Uşaqlıq yolunda qaşınma, səpgi və göbələk zədələnməsi olanda həmin dəmləmə ilə vanna da edilə bilər.
– Hərəsindən 1 xörək qaşığı olmaqla boymadərən çiçəkləri, dazıotu və adi dağtərxununun üzərinə 400 ml qaynar su əlavə edilir. Qaynayan su hamamında ağzı bağlı qabda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. İlıq halda uşaqlıq yoluna şırınqa edilir.
– Hərəsindən 1 xörək qaşığı olmaqla dəmrovotu kökü, sincanotu, söyüd qabığı və palıd qabığı üzərinə 2 stəkan qaynar su əlavə edilir, qaynayan su hamamında 30 dəqiqə dəmlənir. 1 saat saxladıqdan sonra süzülür. Gündə 1-2 dəfə ilıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.
– Hərəsindən 1 xörək qaşığı olmaqla tozağacı və gicitkən yarpaqları, çobançantası otu, dərman adaçayı yarpağı və boymadərən otunun üzərinə 1 litr qaynar su əlavə edilir, zəif ocaqda ağzı bağlı qabda yarım saat dəmlənir, soyudulur, süzülür. Gündə 1-2 dəfə ilıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.
– Hərəsindən 1 xörək qaşığı olmaqla qızılgül ləçəkləri, boymadərən, ağ öksəotu, gicitkən və aptek çobanyastığı çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilir, ağzı bağlı qabda 30 dəqiqə dəmlənir, soyudulur, süzülür. Gündə 1-2 dəfə ilıq halda uşaqlıq yoluna şırınqa edilir.
Mənbə: Herba Flora jurnalı
Saglamolun.Az
Kişini qadından soyudan nədir?
Hər şey yaxşı idi: sevgi dolu günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. «Səninlə dünyanın sonuna da gedərəm» kəlmələri. Düz 2 il… yox 5 il… azı-çoxu 5 il yarım belə davam etdi və bitdi. Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi? Bir sözlə, kişi səndən soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün deyil. Amma onu heç kimə asanlıqla güzəştə getmək fikrin də yoxdur. Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan.
Bəs görəsən bunun səbəbi nədir?
Kişini qadından soyudan amilləri və onların qarşısını almağın yollarını təqdim edirik:
Boş vaxtınızı hədər yerə keçirirsiz:
Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın ki, sevdiyinlə birgə zaman keçirəsən, gəzməyə çıxasan. Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda nahar etmək. O da səninlə birgə kosmetika mağazalarını gəzər, sənə hər ay yeni ətir alardı.
Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın, duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin harada olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq. Gecə televizorda kinoya baxır, sənsə telefonda «çənə döyürsən». Baxmayaraq ki, siz birgə yaşayırsız, əslində, ayrı-ayrı aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan. Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa gəlib onu tapacaq. Onda çox gec olacaq.
Hərəkətə keç:
Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb, birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və münasibəti necə dəyişəcək. Onun özünə inamı artacaq və bir daha əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı, düşüncəli və mehriban qadınsız. Əgər qəflətən dəyişməyinizin səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır. Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək fikrindəsiz.
Vəziyyətlə barışmaq:
Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların üzləşdiyi haldır. Onlar sevdikləri, ailə qurduqları insanı bütün çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq gecdir. “Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün günü mübahisə etməkdən yaxşıdır”, deyə fikirləşən qadınlar, bütün acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.
Hərəkətə keç:
Bəsdir içinizə qapılıb, qaldınız. Açıq danışın, özünüzə qarşı düzgün olun. İstənilən problemin həlli yolu var, əgər siz onu bölüşsəniz. Məsələn: bir qadın ərinin hər gün ayaqlarını yumadan yatağa girməsinə görə narahat olur, qıcıqlanırdı. Təzə ailə quranda etiraz etməyə utanır, sonra isə buna alışmağa qərar verir. Hər dəfə yatağa girəndə narahat olan qadın üzünü divara çevirməyə və çarpayının yanına ətirli pambıq qoymağa adət edir. Sonradan isə daha qorxulu vəziyyət baş verir: qadın uşağı bəhanə gətirərək, yatağını ayırır. Nəticə: qadın ərindən, ər isə qadınından soyuyur. Və bir gün sirrin üstü açılır. Təsəvvür edin, yazıq kişi heyrətindən donmuşdu.«Əgər sən desəydin və şərait yaratsaydın, mən böyük məmnuniyyətlə hər gün axşam ayaqlarımı yuyardım, hələ üstəlik ayaqlarıma ətirli krem də çəkərdim». Sözünüzü vaxtında deyin, acığınızı, hirsinizi, narazılığınızı içinizə salmayın.
Sükut
Yəqin ki, yadınızdadır: sevdiyinizlə, nişanlınızla saatlarla telefonda danışardız: uşaqlığınızdan, hisslərinizdən, özünüzdən, insanlardan, hər şeydən. O da yorulmadan sizə qulaq asardı. Sənə elə gəlirdi ki, sən ondan heç nəyi gizlətməməlisən, çünki o, sənə əzizdir. Kişilərin çoxu danışmağı xoşlamasalar da, qulaq asmağa tənbəllik etmirlər. Amma indi… Səhərdən axşama kimi ancaq bazar-dükandan, xərcdən-borcdan, uşaqların məktəbindən, işdəki dedi-qodudan danışıb, qonşuların və qohumların dalınca gileylənirsən. Sonra isə uzun bir sükut başlayır. Hərə öz işi ilə məşğuldur, hər kəs öz fikrindədir. Sən hər şeyin dərdini çəkirsən, bəs kişi? Kim zəmanət verə bilər ki, o, ehtiraslı qadın arzusunda deyil?
Hərəkətə keç:
Danışmaq, danışmaq, yenə də danışmaq. Çox xahiş edirik, bunu deyinməklə səhv salmayın. Keçmiş, gözəl günlərdə olduğu kimi, təbiətdən, hisslərdən, sevgidən, ehtirasdan danışın. Özünüzdən danışın, qonşuları, qohumları, qaynananı və baldızı, iş yoldaşlarını bir kənara qoyun. Axşamlar kişini ürəksıxan sükutla baş-başa buraxıb, mətbəxdə itməyin. Yoxsa bir gün gözünüzü açıb, kişisiz qaldığınızı görəcəksiz.
Tənbəllik:
Əsl sevgini öldürən tənbəllikdir. Hər bir insan onu çəkən, maraqlandıran obyekti diqqət mərkəzində saxlayıb, onu əldə etməyə, ona çatmağa çalışır. Fərq etməz: bu paltardır, ətirdir, şokoladdır və ya kişi… İstəyinə çatandan sonra insan rahat nəfəs alır, arxayınlaşır. «Onsuz da yanımdadır, hara qaçacaq?». Gəzməyə halım yoxdur, danışmağa həvəsim yoxdur. Kişinin paltarlarını yudum, yoruldum. Bircə axşam olsaydı, yatardım. Çox qadınlar əsl iş vaxtının elə gecə başladığını deyəsən, yavaş-yavaş unudurlar.
Hərəkətə keç:
Əgər sən görürsən ki, 2 həftədir ayaqlarını sürüyə-sürüyə mətbəxdən yataq otağına keçib, çarpayıya yıxılırsan, 2 aydır ərinlə heç bir kilomert də olsa qoşa yol getməmisən, deməli, kişinin əldən çıxmağına çox az qalıb. Gündəlik iş planına gecə 1-dən sonra nə etməli olduğunu da daxil etsən, pis olmaz. Onsuz da kişilər axşamkı dadlı yeməyə, təmiz sürtülmüş qazanlara və nişastalı köynəyə görə «çox sağ ol» demirlər. Çünki 80% kişilərin fikrincə, ona bəxş olunmuş fantaziya dolu ehtiraslı gecənin yerini heç nə vermir. Əgər «yataq tənbəlliyi»ni aşa bilsəniz, hesab edin, xilas olundunuz.
Kişilərin dözə bilmədiyi qadınlar:
Zəhlələri gedir, əgər qadın.
Özünü elə aparır ki, guya əlçatmazdır və seksdən xoşu gəlmir;
Kişinin vücudunun dilini bilmirsə;
Yataqda kişinin hərəkətlərini idarə etməyə çalışırsa;
Öz bədənini sevib, qulluq etmirsə;
Öpüşməyi xoşlamırsa;
Kişini süni yollarla özünə bağlamağa can atırsa;
Özünü key kimi aparırsa;
Bütün günü pul dərdi çəkirsə;
Başqa kişiləri misal çəkib, nümunə göstərirsə;
Alt və gecə paltarına fikir vermirsə, əlinə keçəni alıb, geyinirsə;
Adamı sona qədər dinləməyi bacarmırsa;
Öz istədiyi yeməyi hazırlayıb, kişinin fikrini nəzərə almırsa;
Qadının öz marağı, hobbisi, sənəti yoxdursa;
Kişini istəmədiyi bir hərəkətə məcbur edirsə;
Qadın kişini bir sözündən başa düşmürsə;
Öz mənliyini, şəxsiyyətini alçaldırsa;
Boş-boş şeylərdən ötrü ağlayırsa;
Özündən başqa hamını günahlandırırsa.
Bir kişinin sizi sevib-sevmədiyini necə başa düşmək olar?
Qadınların əksəriyyəti bilir ki, kişilər öz sevgisi haqqında danışmağı sevmirlər, onlar öz sevgisini müəyyən hərəkətlər vasitəsilə ifadə edirlər. Buna görə əgər siz də sevdiyiniz insanın sizi sevib-sevmədiyini bilmək istəyirsinizsə, onda siz üstünlüyü əks cinsin sözlərinə yox, onun hislərinə, hərəkətlərinə verməlisiniz. Biz bunda sizə kömək edəcəyik.
Kişi sizə hədiyyələr alır
Qadınların əksəriyyəti münasibətlərdə hədiyyələrin rolunu qiymətləndirmirlər, lakin çox nahaq, axı kişi öz hədiyyələriylə sizə aid olduğunu göstərir. Kişilərə hədiyyələrin köməyi ilə öz hislərini ifadə etmək daha asandır, həm də bu hədiyyələr tamamilə ucuz ola bilər. Burada hədiyyənin qiyməti əhəmiyyətli deyil, diqqət özüdür. Hər bir sevən kişinin öz qadınını sevindirmək arzusudur.
Kişi qadının fikrinə hörmət edir və qulaq asır
Bir qayda olaraq, nə vaxt ki, biz sevirik, biz özümüzdə nələrisə dəyişdirməyə hazırıq, kişilərdə istisna deyil. Əgər o həqiqətən qadını sevirsə və hörmət edirsə, onda o onun fikrinə qulaq asır və əgər ona hansısa bir onun vərdişi xoşuna gəlmirsə, onda o ondan qurtulmağa çalışır.
Həmçinin kişilər sevdiyi insanla mübahisələrdən çəkinməyə çalışırlar və çox zaman ona güzəşt edirlər ki, onların arasında dava olmasın.
Biz təbii ki instinkt haqqında danışmırıq nə vaxt ki, kişilər gözəl qadın gördükləri zaman yaranır. Biz cinsi əlaqə zamanı qadın kişi münasibətini nəzərdə tuturuq. Kişi əgər həqiqətən qadını sevirsə, ilk növbədə öz həzzinin və hislərinin qayğısına qalmır, partnyorunun həzzi haqqında düşünür.
Həmçinin baxmaq lazımdır seksual əlaqədən sonra kişi özünü necə aparacaq, əgər o diqqət göstərməyə, qulluq etməyə, hədiyyələri dayandırır və soyuyursa, deməli sizdən ona yalnız seks lazımlı idi. Amma əgər o sizə əvvəlki kimi diqqətli və zərif davranırsa – dəməli o həqiqətən sizi sevir.
Kişi kömək etməyə hazırdır
Nə vaxt ki, biz sevirik, biz sevincimizi kədərimizi sevdiyimiz insanla bölüşməyə hazır oluruq. Əgər kişi sizin üçün narahat olursa, sizin problemlərinizlə maraqlanırsa və onları həll etməyə hazırdırsa – bu onun göstərir ki, siz ona həqiqətən lazımsız. O sizinlə öz problemləriylə bölüşür və öz həyatından danışırsa bu çox yaxşıdır…
Kişi heyran olursa
Aşiq insan öz sevdiyi insanda çatışmazlıqlara fikir vermir, o heç vaxt deməyəcək ki, siz arzularınızdan imtina edəsiz, o sizi tənqid etməyəcək.
Əgər kişi sevirsə, onda o sizi öz dostlarıyla, valideynlərlə və başqa insanlarla mütləq tanış edəcək, hansılar ki, onun həyatında mühüm rol oynayırlar. Amma gözləməyin ki, başqa insanların yanında o siz öpəcək, qucaqlayacaq və sevgisini göstərəcək. Kişilər yalnız öz hislərini ikilikdə göstərə bilərlər.
Maraqlı Baxılıb: 9884 Tarix: 24 aprel 2019
f Paylaş
Digər yazılar
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə
KİŞİLƏRİN NƏZƏRİNƏ. Prostal vəzin inkişafı, cinsi zəiflik üçün illərlə sınanmış məcun
MƏHSUL HAQQINDA ƏTRAFLI. Yalnız 4 həftə içində penis həcm olaraq və uzunluq olaraq böyüyəcək. Hər gün kremi bir dəfə 10-15 dəqiqə masaj edərək sürtmək lazımdır. Kremdəki təbii komponentlər testosteron yüksəltməsini yardımç
DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu.
MƏHSUL HAQQINDA ƏTRAFLI. Ayda 15 kiloqrama qədər itirmək üçün necə istifadə edəcəyinizi öyrənin. Artıq çəkisi olan insanlar kilo atmaq üçün ən asan yolu seçirlər və ya ümumiyyətlə arıqlamaq istəylərini tərk edirlər, çünk
Xınayaxdı üçün HAKIŞTALAR
Araz qırağı çiçәk, һaxışta,. Oraq götür gәl biçәk, һaxışta. Qardaş, nişanlın gördüm, һaxışta, . Üzündә yumru birçәk, һaxışta. Ağ sәnək ağzı burma, һaxışta,. Doldurub dalda durma, haxışta. Qardaş nişanlın gördüm, һaxışta
Kilolu və qısa boylu xanımlar necə geyinməlidir?
Həm qısa boylu, həm də kilolu qadınlara yaraşacaq geyimlər hansılardır? Bu bədən quruluşuna sahib olan xanımlar geyimlərini necə kombinasiya edə bilərlər?. Qısa boylu, böyük bədən xanımlar üçün əvəzolunmaz geyimlərdən bir
“Tezdən oyanmaq insanları ölümə sürükləyir” – Alimdən sensasiyalı açıqlama
Oksford Universitetinin Yuxu İnstitutunun professoru, neytobiloloq Pol Kelli bu günlərdə qəribə açıqlama ilə çıxış edib. O, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı müxtəlif xəstəliklər
Qadınların cinsi həyatı ilə bağlı ən çox soruşulan 7 sualı cavablayırıq!
Hamının maraqlandığı amma soruşmağa cəsarət etmədiyi 7 sualı cavablarıyla birlikdə təqdim edirik!. 1. Qadınlar regl (mensturasiya) zamanı sekslə məşğul ola bilərmi?. Tekniki olaraq bunda bir problem yoxdur. Fiziki olara
Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da var
Əcəl gələndə kimliyinə, harada və nə işlə məşğul olmağına baxmır. Statistik göstəricilərə görə, hər il dünyada təxminən 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə
4 aylıq körpə idmanla məşğul olarsa. FOTO
Körpə Ryanın atası onun şəkillərini çəkərək, fotoşopla maraqlı hala salıb. 2 il əvvəl qızı Ellanın şəkillərini çəkərkən, uşaq şəkillərinin darıxdırıcı olduğu qərarına gəlib
Comments are closed, but trackbacks and pingbacks are open.