Press "Enter" to skip to content

Nə vaxt danışdığını dəqiq necə bilirsən

Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?

Uşağı gec dil açan valideynlərin DİQQƏTİNƏ – Bu məşqləri edin

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür.

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda “Gedək?”, – deyə soruşun. Lakin “gedək” sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü “gedək” deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da “mənə heç cürə söz demir uşağım, mənlə danışmır”, – deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3. deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).

Nə vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

ELƏ İSƏ SƏSLƏRLƏ OYUN VAXTIDIR

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq – süni asqırmaq

Süni gülmək – süni ağlamaq

Süni boğulmaq – süni yemək və içmək

Süni xoruldamaq – süni istiləşmək

Süni donmaq – süni titrəmək

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam) və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

Bəsirə Pənciyeva, loqoped

Lent.az

Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? – FOTO/VİDEO

Publika.az psixoloqla müsahibəni təqdim edir:

Rəvan bəy, qadınların kişilərdən emosional baxımdan 9 dəfə güclü olduğu deyilir. Bu fakt nə dərəcədə düzgündür?

– İnsanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir. Davranışınsa 3 növü var. Rasional, emosional və irrasional. Kişilərdə rasionallıq, qadınlarda daha çox irrasional və emosional davranış müşahidə olunur.

Hər hansı işi sevə-sevə yerinə yetirdiyimiz zaman məhsuldarlıq daha çox olur. Odur ki, emosionallığı qadınlarda keyfiyyət rəmzi kimi qiymətləndirmək olar. İrrasionalıq isə qərarsızlıqdır. Hər hansı bir elmin təkminləşməsi və inkişaf etməsi üçün sorğu-suallar yaranır. Həmin sualların cavablarının tapılması nəticəsində elm inkişafa doğru gedir.

Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur.

Bəs qadınların depressiyadan daha tez çıxmasının səbəbini necə izah edərdiniz?

– Hər hansı hadisəyə rasional yaşayanda, onun alternativlərini güdürsən. Amma irrasional və emosional davrananda kobud səslənsə də, heç bir fərqi olmur. Bu, artıq tələbat və ehtiyac ödənməsi mövzusuna çevrilir.

Hər iki cinsi birləşdirən tələbat və ehtiyacları olur. Həyatda qidalanmaq, hüzur tapmaq, işləmək və s. kimi tələbatlarımız var. Ətrafımızdakı 10 nəfər bizim qidalanma və iş tələbatlarımızı ödəyə bilər. Amma hüzur tələbatını ödəyən bir insan yoxdur. Odur ki, biz hüzur tələbatını ödəyə biləcək bir insanı axtarır və o hüzuru gələcəkdə qarşılaşdığımız insanın simasında təsəvvür edirik.

Kişilər rasional davrandıqları üçün sanki rasionallıqlarına sadiq qalmağa üstünlük verir. Qadınlarda isə emosional və irrasional davranış üstün olduğundan o simanı başqa biri ilə əvəz edirlər.

Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?

– Qapalı insanlar digərləri ilə müqayisədə sosial deyil. Sosial insanın hüzurla bağlı tələbatı olmur. Amma özünə qapanmış insan daxili rahatlıq deyilən anlayışı hər kəsdən ummağa çalışır. Sanki acsan və əlinə keçən bütün yeməklərdən yeməyə çalışırsan. Bu, doğru deyil, pis nəticələnə bilər. Bizə uyğun olub-olmadığının fərqinə varmadan, ətrafımızdakı insanlardan hüzur ummağa başlaya bilərik. Məsələ ondadır ki, hüzuru bizə uyğun olan insandan ummaq lazımdır. Hər kəsin öz kriteriyaları var. Baxmalısan ki, sənin hüzur kriteriyaların qarşı tərəflə uzlaşır, ya yox. İnsan kimdən və nə istədiyini biləndə, onun daxili rahatlıq problemi çox az hissə təşkil edir.

Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Hansısa məqsədlərə nail olmaq üçün sizcə, həqiqətənmi, qadınlar özündə artistizm elementlərini toplamalıdır?

– Əslində bu fikri sadəcə qadınlara aid etməzdim. Bir var yaxşı və mədəni insan, bir də var özünü yaxşı və mədəni göstərən insan. İnsanlar bir çox hallarda özü kimi olmur, qarşı tərəfə nə maraqlıdırsa, onu verməyə çalışırıq.

Amma hörmətli Alla Puqaçovanı anlamaq aspektindən yanaşsaq, qadınlarda rasionallıq cəhətdən axsamalar olduğu üçün özünü gücsüz sayır və kişinin qılığına girməyə can atır. Qadınlar öz tələblərini kişinin əli ilə həyata keçirə bilir.

Hər halda qadınlar bir xəttə qədər ağıllı olmalıdır. Lap ağıllı qadın kişiyə maraqlı deyil. Kişi testesteron daşıyıcısıdır, sahiblənir, dominantdır. Belə bir yaradılışa desən ki, sən dominant deyilsən, əlbəttə ki, qəzəblənəcək.

Psixoloqlar bir çox daxili xəstəliklərinin yaranma səbəbi kimi sevgi çatışmazlığını göstərir. Həqiqətən psixoloji problemlər bizim fiziologiyamıza ciddi təsir göstərir?

– Təbii ki, bu, insan orqanizminə birbaşa təsir edir. Həyatımızı istəklər üzərində qururuq. İstəklər isə qismən də olsa, emosiyalara daxildir. Hər bir insan xoşbəxt olmaq, rəngarəng həyat, müxtəlif tanışlıqlar istəyir. Buna afferiativ tələbat deyilir. Bu, ehtiyac deyil, tələbatdır, bunsuz olmaz, hər bir insanda var.

Aşırı istəklərsə afferiativ təlabət pozuntusu adlanır. Şikayət edənlərin çoxu afferiativ tələbatın dalınca qaçmır, afferiativ tələbat pozuntusu yaşayır. Hər şeydən aşırı dərəcədə istəyirlər. Əlində olanlara baxmırlar. Görürsən ki, əslində tələbat və ehtiyaclarımızı ödəmək üçün hər şeylə təmin olunmuşuq. Amma onlar gözləntlərini əldə etmək üçün özünü daha böyük məsuliyyətlə yükləyir. Stress isə gözləntilərə qarşı aşırı bağlılıq deməkdir, dolayısı ilə bir çox xəstəliklər stress nəticəsində meydana gəlir.

Deməli, stressdən uzaq olmaq üçün ətrafdan gözləntiləri minimuma endirməliyik?

– Gözləntidən emosional bağlılığı olmayan kəs yoxdur həyatda. Amma özünü və övladını aşırı məsuliyyətlə yükləyən insanı anlamaq çox çətindir. Odur ki, stressdən uzaq olmaq üçün nə özünü, nə də ki, qarşındakını aşırı məsuliyyətlə yükləməyəcəksən. Emosional bağlanacaqsan, amma hər şeyə yox. Gözləntidən həddən artıq bağlılığı olmayan insanın stressi də olmayacaq.

Bunu daha geniş izah edə bilərsiniz?

– Emosional bağlılığımız olan mövzulara dəyərlər deyilir. Dəyərlər nə qədər az olarsa, itirmə qorxusu bir o qədər azalır. Dəyərlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi onun çoxluğundadır. Dəyər nə qədər az olarsa, o insanı zədələmək bir o qədər qeyri-mümkündür. Əlbəttə ki, dəyərsiz yaşamaq mümkün deyil, amma dəyərlərin də sayını azaltmaq lazımdır. Dəyərlər də iki cür olur, maddi və mənəvi. Məsələn, telefon maddi dəyərdir. Telefondan çox asılı olmaq təbii hal deyil, məncə, onsuz da yaşaya bilərik.

Əksər hallarda valideyn, övlad və həyat yoldaşında ilişib qalırıq. Bunlar mənəvi dəyərlərdir. Hər halda etiraf etməliyik ki, gec-tez onlar da bizi tərk edir. Özümüzü itkiyə hazırlamalıyıq, çünki hər dəqiqə potensial itkidir. İnsanın başlıca dəyəri özüdür.

Belə çıxır ki, doğmalarımıza olan sevginin ölçüsünü azaltmalıyıq? Bu, axı mümkün deyil.

– Yox, azaltmaq lazım deyil. Tövsiyə edirəm ki, sevgini qayğı müstəvisində yaşayaq və yaşadaq. Sevgini əlavə məsuliyyətlə yükləmək lazım deyil ki, qarşı tərəf bizdən hürkməsin.

Bədən dili xarakterimizi ələ verən qeyri-şifahi ünsiyyət formasıdır. İstərdim ki, yalandan danışaq. Bizim yalan danışdığımızı göstərən əsas əlamət hansıdır? Ən sadə yolu nədir?

– Əgər verdiyiniz suala dəqiq cavablar verirsə, deməli düz danışır. Yox əgər, düşünüb və ehtimallara sarılaraq cavab verirsə, mümkündür ki, ya unudub, ya sizdən nə isə gizlədir. Yaddaş iki cürdür: məntiqi və həqiqi. Yalan danışan insan məntiqi yaddaşa müraciət edir. Yalan danışdığından şübhələndiyiniz adamın həqiqi, yoxsa məntiqi yaddaşdan istifadə etdiyinə diqqət edin.

İnsan emosional olanda jestlərdən daha çox istifadə edir. Məsələn, kiməsə söhbət zamanı qəfil “Həyatında kimsə var?” sualını verəndə, görürsən ki, əvvəlki səs tempi, jestlər və verbal ünsiyyət forması dəyişir. Deməli, realda olmasa, potensial kimsə var.

Bir insanın şəxsi keyfiyyətlərini kitab kimi oxumağın bir üsulu var?

– Çox danışması üçün açar suallar verirsən. Nə qədər çox danışırsa, bir o qədər yaxşıdır və bu müddətdə müəyyən sürətdən istifadə edir. Sürət isə temperamenti ifadə edir. Bu insan danışanda biz artıq müəyyən edə bilirik ki, hansı temperamentin daşıyıcısıdır. Artıq nəzəri məlumatımız var.

Məsələn, “sevgiyə inanmıram” deyirsə, bu o deməkdir ki, ard-arda uğursuz sevgilər yaraşır. Suala insan birinci vərdiş halı aldığı formada cavab verir.

Verbal, yoxsa qeyri-verbal ünsiyyətdən istifadə etdiyinə diqqət yetirin. Yəni emosionallığını ölçürsən və nəticədə özünüifadə sürətinə nəzər salırsan ki, pozitivdir, ya neqativ. Lazım olanı, yoxsa nə gəldi danışır. Bütün bu aspektlər bəsdir ki, qarşı tərəfi müəyyən qədər tanıya bilək. Buna da maksimum 3-4 dəqiqə vaxt gedəcək. Baxır ki, hansı dərəcəli açar suallar verirsən. Əsas məsələ açar sualdadır. Doğru cavabı eşitmək üçün doğru sualı verməlisən. Adamı tanımaq üçün doğru açar suallar seçmək lazımdır.

Hər birimiz səhv etməyə məhkumuq, amma onları özünlə daşımaq çox dəhşətlidir və bu bizi uçuruma apara bilər. Sizcə, biz niyə öz səhvlərimizi görmək, qəbul etmək və onlarla üzləşmək istəmirik?

– Biz adətən addımlarımızın nəticəsini əvvəldə deyil, sonda analiz edirik. “Görəsən, nə etdim ki, bu yerə gəlib çıxdım” deyə düşünürük. Yəni sonda oturub əvvəli fikirləşirik. Amma əvvəldə oturub sonu fikirləşsə idik, geri dönməyə ehtiyac qalmayacaqdı.

O səhvlərdən insan utanır ki, onlar kiminsə və ya özünün dəyərlərinə həqarət edə biləcək duruma gətirib çıxardır. İnsan o səhvlərdən üzləşməyə qaçır ki, ya kiminsə, ya da özünün dəyərlərinə həm də çox pis toxunub.

Lakin səhvləriniz mənə toxunmursa, alçaltmırsa, kiminsə yanında aşağılamırsa, niyə də o səhvləri bağışlamayım ki? Bu artıq mənim səhvimə çevrilir ki, niyə sizi bağışlamadım.

Və özünü bağışlamaq daha çox vaxt aparır, nəinki başqalarını...

– İnsanlar bəzən təklikdən ona görə qaçır ki, özünə hesabat verməsin. Və təklikdə qalmaq cürətini qazanmaq zaman alır. İnsan gününü rasional düşünsə, planlasa və yaşasa, o, öz düşüncələri ilə üzləşməyə çətinlik çəkməyəcək. İki günü eyni keçən insan itirmiş sayılır. Yəni, hər gün elə bir fəaliyyət sərgiləməliyik ki, bu günümüz digərindən fərqlənsin, daha məhsuldar və faydalı olsun. Belə düşünən insanın təklikdə qalmaq qorxusu olmayacaq. Bəzən insan öz dəyərlərinə o qədər qarşı çıxır ki, təklikdə qalanda, ürəyi sıxılır. Özünə hesabat vermək istəmir.

İlahiyyatçılar da, psixoloqlar da insan mənəviyyatını zənginləşdirmək və daxili harmoniyasını bərpa etməklə məşğul olur. Bu baxımdan onların eyni missiyanı yerinə yetirdiyini deyə bilərik? Ümumiyyətlə, onları birləşdirən hansı cəhətlər var?

– Deyirlər ki, filosoflar da, psixoloqlar da dindar ola bilməz və s. Bu, birmənalı olaraq yanlış fikirdir. Din inanc mövzusudur. Yer üzündə inancsız yaşamaq mümkün deyil. Kimisi özünə, kimisi bütlərə, kimisi öz gücünə və.s inanır. Kimisi də din deyilən faktora inanır.

Din insanın həyatda uğursuzluqlarla üzləşməməsi üçün lazım olan məqamları təlqin edir. Psixologiya və fəlsəfə də eyni mahiyyəti təlqin edir. Sadəcə yanaşma və prinsiplər fərqlidir.

Həyat özü iki hissədən ibarətdir: bizim üçün mücərrəd olan hissəsi və materiya. Fəlsəfə isə materiya və mənəviyyatın kəsişməsidir. Göründüyü kimi üçünün də tərkib hissəsi eynidir. Psixologiya fəlsəfənin mənəvi hissəsini öyrənən sahədir.

Heç bir dini inancı olmayan ləyaqətli insan ola bilərmi?

– Həzrəti Məhəmməd. (s.a.v.) də buyurub ki, insana dininə görə hörmət etməyib. Dini qəbul etsə də, pis əməllərlə məşğul olan o qədər insan var ki. O qədər insan da var ki, dini inancı yoxdur, amma xeyirxah işlərlə məşğuldur.

Təəssüf ki, basdırılmış emosiyalar ölmür, onları susmağa məcbur etsək də, daxilən bizə təsir etməyə davam edir. Sizcə, ilahi ədalətə arxayın olub qəzəbi və qisasımızı ürəyimizdə saxlamaqla düz edirik?

– Bütün informasiyalar neyronlarda toplanır. Bir də var ki, beyin hər hansı məsələni hələ həzm edə bilməyib, tam olaraq cavabını tapmayıb və bu mövzu onun üçün qapanmayıb. İnsan beynində bir neçə qapanmamış mövzular varsa, beyin artıq məşğuldur və əlavə informasiyanı qəbul edə bilmir. Qapanmış emosiyalar “niyə” sualının yaratdığı təəssüratlardır. Bu da insanda stress və depressiya yaradır. Bundan azad olmaq üçün heç bir mövzunun çıxış və ya həll yolunu tapmadan digərinə keçməyin.

Məcbur deyil ki, psixoloq olsun, əgər bir adam suallarınıza ədalətli şəkildə cavab verirsə, onunla mütəmadi olaraq söhbət edin və danışın. Adi ünsiyyətlə də bunu həll etmək olar. Yetər ki, fərqli aspektdən yanaşmış olsun.

Kimsə sizə pislik edibsə və qisas almaq hissi güclənibsə və bu mövzu sizin üçün aktuallığını qoruyub saxlayırsa, özünüzə üç sual verib. Birincisi, o insanın ziyan görməsi sənin nəyinə lazımdır? Niyə bu barədə düşünürsən və bu sualın ədalətli cavabını tapırsan. İkincisi, bu qisası necə alacaqsan? Əksər hallarda görürsən ki, qisas almalı ciddi bir məsələ yoxdur. Üçüncüsü və ən əsası, bunun sizə və ona nə faydası olacaq? Əgər bu suallara məntiqli yanaşma tapa bilmirsinizsə, bu artıq vicdansız davranış formasıdır. Vicdanlı yanaşma tək özünün deyil, qarşı tərəfin də faydasını güdməlidir.

Münasibətlərin möhkəm və sağlam olması üçün nə tövsiyə edərdiniz?

– İnsan nəyə yatırım edirsə, onu itirməkdən qorxur. Yatırım maddi və mənəvi olur. Bunun üçün elə etməlisiniz ki, qarşı tərəf sizə mənəvi yatırım etsin. Bununla da sizi itirmək qorxusu, dolayısı ilə münasibətlər güclənəcək.

Cəmiyyətimizdə sizi narahat edən psixoloji problemlər hansılardır?

– Diqqətsizlik və valideyn-övlad münasibətləri həddindən artıq aktualdır. Maraqlıdır ki, uşaq dünyaya gələndə, “layiqli övlad olsun” deyirik, amma “layiqli valideyn olsun” demirik. Hər hansı işə qəbul olmaq və ya sürücülük vəsiqəsi almaq üçün imtahan veririk, amma valideyn olmaq üçün heç bir imtahan tələb olunmur. Bu imtahanı heç kim heç kimdən götürmür. Bunu özün həyatdan götürürsən.

Həmçinin empatiya mövzusu geniş vüsət alıb. Hər hansı hadisə baş verəndə, özlərini onun yerinə qoyub ikinci klonu olurlar. Özünü adamın yerində deyil, onun vəziyyətində təsəvvür etməlisən ki, empatiya hissin artsın və ona kömək edə biləsən. İndi cəmiyyətin sanki yaralı yeridir ki, kiminləsə oturub dərdləşsin.

Ən aktual digər bir mövzu stressdir. Bu olmalıdır, amma aşırı deyil. İnsanlar bir-birinin mənəviyyatına sanki hörmət etmir, belə bir reallıqla üzləşmişik. Stressdən azad olmağın bir neçə yolu var. Birincisi, idmanla məşğul olmaq, ikincisi, psixoloq ünsiyyət, üçüncüsü isə mənəvi ehtiyac – cinsi aktdır.

Müsahibə üçün minnətdaram.

– Siz çox sağ olun.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Münasibətə nə vaxt son qoyacağını necə bilirsən?

Bütün münasibətlərin eniş-yoxuş var, bu da sağlam və normaldır. Ancaq bəzən gərgin bir vəziyyətdən və ya mübahisədən sonra bu əlaqənin gələcəyi olub olmadığına şübhə edirik.

Məsələ burasındadır ki, ortağımızın və ya evliliyimizin bu qədər pis vəziyyətdə olduğunu bilmək o qədər də asan deyil ki, ən yaxşısı onu birdəfəlik bitirmək olacaq.

Bu səbəbdən bir çox insan münasibətləri nə vaxt bitirəcəyini necə biləcəyini düşünürƏslində, o qədər də ciddi olmayan, böyük bir səhv ola biləcəyi bir şey üçün bunu bitirmək qərarına gəldiyimizi nəzərə alsaq, bizə sadəcə bir şey təklif etməyən bir münasibətdə olduğunuzda sona qərar verməməyiniz bir plan deyil.

Bu yazıda görəcəyik bəlkə də münasibətlərimizin artıq onu bitirməyin lazım olduğu bir nöqtəyə çatdığını göstərən işarələr.

  • Əlaqədar məqalə: “Cüt müzakirələri daha yaxşı idarə etmək üçün 12 tövsiyə”

Münasibətə nə vaxt son qoyacağını necə bilirsən?

Bir əlaqəni bitirmək çox ciddidir. Qeyri-ciddi qəbul edilə bilməz və ya gözləmirik ki, kəsdiyimiz zaman səhv etdiksə, gələcəkdə münasibətlər heç bir şey olmamış kimi bərpa olunacaq. Buna görədir əlaqələrin vəziyyətini dərindən əks etdirmək lazımdır, əgər həqiqətən kəsmək lazımdırsa ya da hər ikisinə fayda gətirən bir alternativ varsa.

Sonra, özümüzə verməli olduğumuz sualları və əlaqəni bitirmə vaxtının gəldiyini göstərən gördüyümüz ipuçlarını görəcəyik.

1. Bu mənim istədiyim münasibətdir?

Həyat həmişə güllü olmasa da, bunu açıq şəkildə ifadə etməliyik kimsə ilə tanış olmaq bizə bir növ mənəvi fayda verməlidir. Birisi ilə çölə çıxdığımızda bunu etmək istədiyimizə görə, onunla olmağı sevdiyimizə görə etməliyik.

Başqa bir şey istəsək, münasibətlərin başqa bir məcraya yönəlməsini istəsək və ya özümüzü rahat hiss etməsək, bu, uyğun insanla görüşmədiyimizi göstərə bilər.

Ölü bir əlaqəni davam etdirmək, heç birinizə kömək etməyəcək bir şeydir.. “Mən ona əziyyət verərəmsə” və ya “çox pis bir vaxt keçirdiyini və onu daha da batırmaq istəməməyimi” düşünməyi dayandırmalıyıq. Bununla davam etmək sizi daha da narahat hiss edəcəkdir. Fəaliyyət göstərməyin və onu başa vurmağın vaxtı gəldi.

2. Davam və ya qıraraq nə qazanıram və nəyi itirirəm?

Dəfələrlə münasibətlərin ölməkdə olduğunu başa düşsək də, qurumuş bitkiləri sulamağa davam edən biri kimi onu yaşatmağa çalışmaqda israr edirik. Bitkilər əlaqələr kimi ölmüşdür.

Bir insandan ayrılmaq xoşbəxt bir şey deyil. Hər ikimiz üçün kədərli bir hadisədir, ancaq münasibətimizi davam etdirərək azadlığımızı və emosional rifahımızı itirməyimiz lazımdır. İtirə biləcəyimiz qorxusu bizi iflic edən bir duyğudur, amma Münasibətə son qoysaq qazandığımız şeyləri diqqətlə düşünsək, bu artıq ilk addımı atmağımıza səbəb ola bilər.

3. Münasibət xilas ola bilərmi?

Əvvəlcə bir növ həll yolunuz olub olmadığını dərindən düşünmədən münasibətinizi pozmamalısınız. Bir qartopu kimi böyümüş ünsiyyət problemləri və ya anlaşılmazlıqlar ola bilər və indi bir buzlaqla qarşılaşırıq.

Ancaq qar və buz əriyir. Problemlərdən danışmaq, nəyin başa düşülməməsi və ya nəyin səhv yozulması cütlüyün bərpa prosesinə başlaya bilər. Lakin, qarşı tərəf istəmirsə və bununla məşğul olmaq üçün bir yol yoxdursa, yaxşı bir seçim cütlər terapiyasına getməkdir belə ki, mütəxəssis münasibətlərinizi həll etmək üçün sizə rəhbərlik və strategiyalar təklif edə bilər.

Bunlardan heç biri işə yaramırsa və ya digəri sadəcə problem barədə danışmaq istəmirsə, münasibətinizi bitirmək hər ikiniz üçün, xüsusən də sizin üçün ən yaxşısı olacaq.

  • Sizi maraqlandıra bilər: “5 cütlük terapiyası”

4. Yoldaşımdan qəbul edə bilməyəcəyim bir şey varmı?

Heç kim mükəmməl deyil və hamımız yaxşı və ya pis dəyişə bilərik. Partnyorumuz haqqında xoşumuza gəlməyən bir çox şey var və daha yaxşı bir insan olmaq üçün səy göstərmələrini istəyirik.

Lakin, hər zaman onun üçün nəyi dəyişməsi lazım olduğunu düşünürüksə, yaxın olduğumuzu sevmədiyimizi göstərə bilər. O da ola bilər ki, o ya da o bizim dəyişməyimizi istəyir.

Partnyorumuzu daha da yaxşılaşdırmağa çalışın və ya bizi dəyişdirməyə çalışdığı, emosional şantajla qaldırılmadığı və ya onun və ya şəxsiyyətimizin bir hissəsi olan bir şeyi dəyişdirməyi düşündüyü müddətcə sağlam bir şeydir.

O insanı seviriksə və ya onlar bizi sevirlərsə, güclü və zəif tərəflərini qəbul etmək çox sağlamdır., ikincisinin hər ikisinin sağlamlığına zərər vermədiyi müddətcə.

5. Bu günə qədər utanırsınız

Bu göstərici çox aydındır. Dostlarınızla görüşdüyünüz zaman ortağınızla tanış olduqlarına görə çox utanırsınızsa və ya onlarla tanış olduqda sadəcə maraqlanmır və ya xoşbəxt olmursunuzsa, bu o adamla çöldə olmağınızı rahat hiss etmirsiniz. bu münasibətə qarşı təzyiq davam etdirilir (məsələn, dini fundamentalist ailələrdə).

Ümumiyyətlə, hər kəs ən yaxşı dostlarının son aylarda yaxın olduqları insanı tanıdığına görə həyəcanlanır. Hamı istəyir dostlarınızın yeni ortağınız haqqında nə düşündüyünü və tanış olduğunuzu necə gördüklərini bilmək.

Şübhəsiz ki, başqalarından daha utancaq insanlar var və ortağımızın onu dostlarımızın vəziyyəti ilə çox uyğunlaşa bilməyəcəyini, ancaq oradan utanaraq onu təqdim etmək istəməməyin çox fərqi var.

Sevdiyimiz biri ilə çölə çıxırıqsa, onu ailə ətrafımızdan və ya dostlarımızdan gizli qoymamalıyıq bir paltar alıb şkafda saxlayan biri kimi, çünki bunun vaxtı olmadığını düşünür.

6. Sizdən utanan tərəfdaşınız olduğunu hiss edirsiniz

Əvvəlki vəziyyətlə əks şey ola bilər: sizi yoldaşları və ya ailəsi ilə tanış etmək istəməyən ortağınızdır. Dostları ilə rahat olmayacağınızı düşünə biləcəyi doğru olsa da, başqa bir səbəb də budur səni cəmiyyətdə təqdim edilməməli bir insan hesab edənYa sizi ciddi bir münasibət olaraq görmədiyi üçün ya da sizdən utandığı üçün.

Hər bir insan özünə görə dəyərlidir və razılıq verməyiniz lazım olan son şey, tanış olmağınız lazım olan bir insanın başqalarına təqdim edilməməsi lazım olduğunu hiss etməsidir.

Dostları ilə görüşməməli olduğunuzu düşünürsə, bu onların dünyasının bir hissəsi olmanızı istəməməyiniz kimi başa düşülə bilər. Bəri həyatınızdan çıxmağın ən yaxşısı olacağı çox açıq bir ipucu Bizə öz dünyasında olmağımızı istəmədiyinə dair işarələr verdi.

7. Manipulyasiya əlaqəsindəsiniz

Manipulyasiya varsa, qaçın. Manipulyasiya, emosional şantaj, nəzarət . bütün bu hərəkətlər heç də sağlam deyil. Cütlük kimi xoşbəxt yaşamaq üçün uyğun dinamiklər deyil.

Bu cür münasibətləri bitirmək asan deyil və ikiniz olmağınızı asanlıqla poza biləcəyinizə əsla inanmamalısınız. Bir dostunuza hazır olduğuna güvənmək və ya bir əks reaksiya verə biləcəyini düşünürsənsə, uzaqdan etmək tövsiyə olunur.

8. Hörmət yoxdur

Bir cütlüyün müəyyən bir tənqidi olması normaldır, ancaq əsla alçaldılma və ya təhqiramiz tənqid olmamalıdır.

Yoldaşınız sizə eşitmək istəmədiyiniz bir şeyi söyləyirsə, ancaq daha yaxşı bir insan olmağınız niyyəti ilə edərsə və hörmətlə söyləyirsə, yaxşıdır. Bunun əvəzinə istehzalı və asidik şərhlərdən istifadə edirsə və ya sadəcə zibil kimi davranırsa, münasibətlərin yaxşı getmədiyi və ruhi sağlamlığınızın risk altında olduğu aydındır.

9. Yalnız sən yaxınlıq anlarını axtarırsan

Yataqda və ya divanda nəvazişlər, öpüşlər, ərköyünlük və əlbətdə ki, sekslə ifadə olunan yaxınlıq, hər hansı bir əlaqənin əsaslarından biridir. Bəzən elə olur ki, o və ya o istəmir, hörmət edilməli olan bir şey, çünki bu iki məsələsidir, birini istəmədiklərini etməyə məcbur etməməlisən.

Ancaq ola bilsin ki, yaxınlıq anlarını təklif edən tək sizsiniz, ortağınız isə həmişə inandığınız bəhanələr gətirərək onları rədd edir.

Bu barədə danışmaqdan qorxma və başında nə olduğunu soruş, hər şey yaxşı gedirsə və ya bir şeydən narahat olursan. Bir problem varsa, bununla məşğul olmaq lazımdır və istəmirsinizsə, bu münasibət məhkum ola bilər.

10. Səmimi anlarınız olması üçün sizə təzyiq edilir

Digər tərəfdən, mütləq hər zaman olmasa da, bunu hiss etməyən siz ola bilərsiniz. Bəzən seks istəyirik, bəzən də istəmirik və istəmədiyimiz zaman heç kim bizi məcbur etməməlidir.

Kişi və ya qadın olsun, bizi məcbur etməyə çalışsalar, nə qədər şiddətli görünsə də, cinsi azadlığımızı ciddi şəkildə pozurlar. Xeyr, cütlük içərisində belə deyil.

11. Tanışlarınız sizə başqası ilə getməyinizi xəbərdar etdi

Münasibətlər başqalarının xoşuna gəlmədiyi üçün bitməməli olsa da, ailəmizin, dostlarımızın və hətta bəzilərinin bu qədər yaxın olmayan tanışlığımızın münasibətlərimizin yaxşı görünməməsi barədə xəbərdar etməsi, nəzərə alınmalı bir göstəricidir.

Xüsusi səbəbləri varsa və ya əlaqəni tərk etmək üçün kifayət qədər səbəb kimi görünən bir şey görmüşlərsə, həqiqətən bunun olub olmadığını və ya haqlı olub yaxşılarımızı düşündüklərini görməyə çalışmalıyıq.

12. Gələcək görmürsən

Yeniyetmisinizsə və kimsə ilə görüşürsünüzsə, birlikdə gələcək haqqında danışmağın bir az düşüncəsiz olduğu aydındır. Bu yaşlarda evlənmək, övlad sahibi olmaq və ev axtarmaq haqqında danışmaq çox böyüklərin düşüncəsidir.

Ancaq bir yetkinsinizsə, bir neçə ildir bir ortağınız var, bu düşüncələrin ağlınıza gəlməsi və gec-tez müzakirəyə çıxması qaçılmazdır. Bütün cütlərin evlənməli və uşaq sahibi olmaları deyil, əlbətdə birlikdə gələcəyin düşünülməsi lazım olan bir şeydir, çünki olmasa, əlaqənin davam edəcəyinə inanılmazsa, əlaqəni davam etdirməyin nə faydası var?

13. Ciddi problemlər var

Yoldaşınız sizi fiziki və ya şifahi şəkildə təhqir edir, sizi aldadıb və ya aldatmısınız, yerinə yetirilməyən ultimatum verir, maddi cəhətdən istismar edir, sizi dostlarınızdan və ya ailənizdən ayırır .

Bütün bu problemlər ciddidir və bu münasibətlərin təhlükəli olduğunun çox açıq bir əlamətidir.. Bu hallarda, bir vəkil, polis, bir terapevt və ailə üzvləri ilə danışmalısınız ki, vəziyyəti yeniləsinlər və mümkün olan hər şeydən daha pis bir şeyin qarşısını alsınlar.

14. Çox eniş-yoxuş

Artıq dediyimiz kimi münasibətlərin enişli-yoxuşlu olması normaldır. Gərginliyin olduğu böyük xoşbəxtlik anları və digərləri var, amma nəticədə həll olunur.

Problem münasibətlərin hər gün yaxşı və pis olmasında, yəni gərginlik anları çoxdur ki, o zaman görünür çox sevinclə sakitləşir. Bir şey səhvdir.

Münasibət davamlı bir qeyri-sabitlik hissi deyil, təhlükəsizlik və rifah mənbəyi olmalıdır. Bizə sakitlik və ya əmin-amanlıq vermirsə, niyə bir sevgilim və ya sevgilim olmaq istəyirik?

15. Ayrıldınız

Bir çox insan münasibət qurduqda dərin sevgi hiss edir və bir-birindən ayrı vaxt keçirə bilmir. Bu, zaman keçdikcə daha az gərgin olarkən sona çatır, amma hələ çox sevgi və birlikdə vaxt keçirmək istəyi var.

Lakin, bəzən elə olur ki, iki sevgilinin fərqinə varmadan uzaqlaşmağa başlayırlar, bir cüt olmasına baxmayaraq çox zaman-zaman birlikdə vaxt keçirir. Bu, münasibətlərin soyuduğunun bir göstəricisidir.

Əgər ortaq olduğunuz yeganə şey, birlikdə vaxt keçirmək və ya gündə bir saat bir-birinizə həsr etmək üçün səy göstərmək əvəzinə bir hekayə paylaşmağınızdırsa, bir şey səhvdir.

Bu əlaqənin sevgi dolu bir münasibətdən hüquqlarla dostluğa çevrildiyi və bunun pis bir şey olmasa da, sevginin bir az öldüyünü göstərir. Danışmalı və məhəbbətin gücləndiyini və ya sadəcə dost olduqlarını görməlisən.

Biblioqrafik istinadlar:

  • Biscotti, O. (2006). Cütlər Terapiyası: sistemli bir görünüş. Buenos Ayres: Lümen.
  • Christensen A., Atkins DC, Baucom B., Yi J. (2010). “Ənənəvi və inteqrativ davranış cütlüyü müalicəsini müqayisə edən, təsadüfi bir klinik sınaqdan beş il sonra ailə vəziyyəti və məmnuniyyəti”. Konsaltinq və Klinik Psixologiya Jurnalı. 78 (2): səh. 225-235.

Comments are closed, but trackbacks and pingbacks are open.