Press "Enter" to skip to content

Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.

Sual / Cavab

Marketlərimizdə hər həftə həftəlik endirimlər, həftəsonu endirimləri, hər çərşənbə “Möhtəşəm çərşənbə” endirimləri, “Sən seç, biz edək!”, “Xüsusi endirimlər” və “Həftənin fürsətləri” kimi kampaniyalar bütün həftə boyu davam edir.

Endirimləri harada izləmək olar ?

Marketlərimizdəki endirim və kampaniyaları “OBA MARKET” mobil tətbiqinindən, saytımızdan (https://oba.az/) və sosial şəbəkələrdəki rəsmi hesablarımızdan (İnstagram, Facebook, Telegram) izləyə bilərsiniz.

Sizinlə necə əlaqə saxlamaq olar ?

Bizimlə *2016 çağrı nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan başqa saytımızın çat hissəsinə, Instagram və Facebook səhifələrimizin mesaj bölümünə yaza bilərsiniz.

Vakansiya ilə bağlı necə məlumat ala bilərəm ?

Əgər hər hansı mövcud olan vakansiya ilə bağlı məlumat əldə etmək istəyirsinizsə https://hr.oba.az/ səhifəsində daim yenilənən vakansiyalarımızla tanış ola bilərsiniz.

Məhsulların qiyməti ilə bağlı məlumatı necə əldə edə bilərəm ?

Qiymətlərlə bağlı marketimizin mobil tətbiqindən, saytımızdan (https://oba.az/), hər gün yenilənən İnstaqram və Facebook səhifələrimizdən əldə edə bilərsiniz.

Daşınmaz əmlak icarəsi ilə bağlı necə müraciət edə bilərəm?

Daşınmaz əmlak təklifi ilə bağlı *2016 çağrı nömrəsinə zəng vura bilərsiniz və ya rəsmi https://oba.az/ səhifəsində icarə formunu doldura bilərsiniz.

Əməkdaşlıqla bağlı necə müraciət edə bilərəm?

Əməkdaşlıq təklifi ilə bağlı *2016 çağrı nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.Operatorlarımız sizə bu barədə ətrfalı yardımı göstərəcəkdir və ya rəsmi https://oba.az/ səhifəsində əməkdaşlıq formunu doldura bilərsiniz.

Məhsulu necə qaytara bilərəm?

Marketimizdən aldığınız istənilən məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz. Bunun üçün mütləq kassa çeki təqdim olunmalıdır.

“OBA” Marketlər şəbəkəsinin ofisi harada yerləşir?

Şirkətimizin baş ofisi Hüseyn Cavid pr. 91, Mirvari Park yaşayış kompleksində yerləşir.

Marketdə hansı ödəniş növlərindən istifadə edə bilərəm?

Marketlərimizdə aşağıdakı ödəmə üsullarından istifadə edə bilərsiniz: – Nağd pul – AZN ilə; – Bütün növ bank kartları: – PayPass (Mastercard) texnologiyası ilə kart istifadə edərək; – Pay Wave (Visa) texnologiyası ilə kart istifadə edərək; – NFC texnologiyası ilə ödəniş.

Əgər aldığım məhsulun keyfiyyətindən narazı qalmışamsa, nə etməliyəm?

Qarşılaşdığınız vəziyyətlə bağlı sizdən üzr istəyirik. Əgər belə bir halla qarşılaşmısınızsa, məhsul və kassa çeki ilə birlikdə aldığınız marketə yaxınlaşmağınızı xahiş edirik. Əməkdaşlarımız qarşılaşdığınız vəziyyətlə bağlı sizə köməklik göstərəcəklər. Həmçinin, şikayət və təkliflərinizi *2016 çağrı mərkəzinə bildirə bilərsiniz.

Kassa çekində və rəfdə məhsulun qiymətinin uyğun gəlmədiyini gördüm. Mən nə etməliyəm?

Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Əgər belə bir vəziyyət yaranıbsa xahiş edirik çek və məhsul ilə birlikdə marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər. Ətraflı məlumatı müştəri hüquqları bölməsinə klikləyərək əldə edə bilərsiniz:

Ümumi dəyişdirilmə və ya geri qaytarma siyasətiniz hansı qaydalara və prinsiplərə əsaslanır?

Dəyişdirilmə və ya geri qaytarma barəsində ətraflı məlumat üçün saytımızın müştəri hüquqları ilə bağlı bölümünə keçid etməyiniz xahiş olunur. “OBA” üçün müştərilərin mənfəəti qısa müddətli yüksək qazancdan daha önəmlidir; “OBA” keyfiyyətli məhsulları müştərilərinə sərfəli qiymətlərlə təqdim edir; Müştərilərimiz aldığı məhsulu 14 gün ərzində geri qaytara bilər. Bunun üçün kassa çeki təqdim olunmalıdır; Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir; Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir. Marketimizdə alış-veriş edən hər bir müştərinin kassa çeki və ya qəbz tələb etmək hüququ var.

Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ

Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi aprel ayından həyata keçirilsə də, yanvar ayından dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. Bu isə vətəndaşlarda suallar yaradır. Xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?

Vətəndaşları narahat edən digər məqam isə ondan ibarətdir ki, İcbari Tibbi Sığorta Agentliyinin saytında xidmətlər zərfində 2550 tibbi xidmət qeyd olunsa da, həmin xidmətlərin siyahısı və tarifləri aydın şəkildə izah olunmur. Bir çox xəstəliklər üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Vətəndaşlar isə bu portfelə hansı xəstəliklərin daxil olduğunu bilmək istəyirlər.

Qeyd edək ki, ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari sığorta tətbiq olunsa da Şəkidə vətəndaşlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkim qəbuluna, həm də göstərilən digər xidmətlər üçün pul ödədiklərini bildirirlər. Nəzərə alsaq ki, aprel ayının 1-dən icbari tibbi sığorta ölkə üzrə tətbiq olunur, prosesin şəffaflığı vətəndaşlar üçün çox vacib məsələdir. O baxımdan hər bir vətəndaş icbari tibbi sığorta ilə bağlı məlumatların geniş dərc edilməsini, maarifləndirmə işlərinin ciddi şəkildə aparılmasını zəruri hesab edir.

Cəmiyyəti narahat edən suallarla bağlı tibb elmləri doktoru Adil Qeybulla və İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq.

BAKU.WS-ə danışan tibbi elməri doktoru Adil Qeybulla hesab edir ki, icbari tibbi sığortaya keçmək üçün biz Türkiyə modelini götürməliyik: “Biz Türkiyə təcrübəsindən istifadə etməliyik. İndi birdən-birə hər şeyi ora salmaq mümkün olmayacaq. Mən xidmətlər paketi ilə tanış olmamışam. Amma birdən-birə bütün tibbi xidmətləri icbari tibbi sığorta paketinə cəlb etmək imkan xaricində olacaq. Çünki ayrılan vəsait onu həll etmir. Amma birinci növbədə doğuş və təxirəsalınmaz yardım paketə salınmalıdır”.

A.Qeybullanın fikrincə, əslində dövlət məmurları və xüsusi gəlirli biznesmenlər xüsusi qaydada sığorta olunmalıdırlar: “Biz onunla bağlı vaxtında dövlətə təkliflər vermişik. O ki qaldı vətəndaşların sığortasına, dövlət və özəl sektorda işləyənlərin, işsizlərin də öz sığorta qaydaları var. Bütün vətəndaşlar bu şəkildə sığorta olunub, əllərində sığorta vəsiqəsi olandan sonra hamı sığortalanmış olacaq. Ondan sonra sığortanın predmeti müəyyənləşməlidir ki, sığorta paketinə bu gün nə daxildir? Təbii ki, bütün xidmətlərin pulsuz qarşılanması real deyil. Əgər bunu etsələr, bu, əlavə çətinliklər, söz-söhbət yaradacaq və iş keyfiyyətsiz olacaq”.

A.Qeybulla hesab edir ki, aprel ayından xidmət həyata keçirildiyi halda, yanvar ayından sığorta haqqı tutulması ilə bağlı vətəndaşların narazılığı haqlıdır.

İcbari tibbi sığortanın bütün prosesinin sistemli aparılmalı olduğunu vurğulayan A.Qeybulla qeyd etdi ki, vahid bir sistem, proqram olmalıdır: “Qazaxda, Lənkəranda, Bakıda oturan da bu sistemdən tam xəbərdar olmalıdır. Bütün maliyyə xərcləmələri tam şəffaf olmalıdır və hər bir vətəndaş xidmətlərin həyata keçirilməsindən tam məlumatlı olmalıdır və İcbari Tibbi Sığorta Agentliyinin saytını açan insanlar bilməlidirlər ki, hansı xidmətlər pulsuzdur və icbari tibbi sığortanı necə istifadə etmək lazımdır? Bununla bağlı təbliğat çox zəif gedir. Biz televiziya ekranlarında bunu görmürük, maarifləndirmə işi çox aşağı səviyyədədir”.

A.Qeybulla onu da nəzərə çatdırdı ki, təbliğatın aşağı olmasına məsul olan qurumlar var: “Bu məsələdə onlar sorumludur. Bunlar gərək bu işi hər gün, tez-tez geniş təbliğ etsinlər. Biz bu sistemə keçiriksə, insanlar məlumatlı olmalıdırlar ki, sizdən vəsaitlər yığılır, nəyə görə yığılır, nə qədər yığılacaq və hansı kateqoriya insanlar sığorta olunacaq? Biz onu 4 kateqoriyaya bölmüşük. Görək, bunlar onu necə bölürlər, hansı ölkənin modelindən istifadə edirik, paketə hansı xidmətlər daxil olacaq? Bütün bunlar haqqında tam təfsilatlı məlumat olmalıdır. Əgər bu, yetərsiz olsa, həkimlər də keyfiyyətli xidmətdən qaçacaqlar və keyfiyyət aşağı düşəcək, özəl klinikalarda xəstəyə baxmağa gedəcəklər. Yəni sığortaya cəlb olunan xəstəxanalarda peşəkar həkimlərin mərkəzdənqaçma meyilləri yarana bilər. Bu da yaxşı tendesiya deyil”.

Vətəndaşları narahat edən suallarla bağlı İcbari Tibbi Sığorta Agentliyi BAKU.WS-in sorğusunu cavablandırıb, cavabı olduğu kimi təqdim edirik:

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmət qeyd olunur. Ancaq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə tanış olduqda hər kəs üçün açıq suallar qalır. Çoxlu sayda xəstəlik üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Yaxud xəstəliklərin qarşısında “daxildir”, “daxil deyil” deyə qeydlər var. Vətəndaşlar bilmək istəyirlər ki, bu xidmətlərə əsas xəstəliklərdən nələr daxildir?

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Həmin xidmətlər bunlardır:

– İlkin səhiyyə xidməti

– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti

– İxtisaslaşdırılmış ambulator yardım xidməti

– İnvaziv radiologiya xidməti

– Stasionar tibbi xidmət

Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb.

Nəzərinizə çatdırırıq ki, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. Bu zaman bütün sığortaolunanlar icbari tibbi sığortadan yararlana biləcəklər.

Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində (cədvəl) tanış ola bilərlər. Sığortaolunan tibbi göstəriş olduğu hallarda cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.

Sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilib. İcbari tibbi sığorta təminatına alınmış xəstəliklərin kodu və cərrahi prosedur kodları müvafiq olaraq “Xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışı (XBT-10)” və “Xəstəliklərin beynəlxalq təsnifatının 9-cu baxışı (XBT-9), prosedurların təsnifatı” üzrə müəyyən edilir. Cədvəldə bəzi tibbi xidmətlərin adının qarşısında kodun yazılmaması həmin xəstəliyin və prosedurun beynəlxalq təsnifatı üzrə kodunun olmamasını ifadə edir.

Nümunə: Cədvəldə 2.6.667 sıra nömrəsi olan “Birtəfəli ovariektomiya” cərrahi tibbi xidmətin XBT-9 üzrə prosedur kodu 65.3 olaraq müəyyən edilib.

“Tibbi Xidmətin Tarifi” xanasında qeyd edilən məbləğlər tibbi xidmətlərin göstərilməsi müqabilində Agentlik tərəfindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi hüququ olan müvafiq tibb müəssisəsinə ödənilən məbləği müəyyən edir.

Cədvəlin “QEYD” xanasında olan abreviaturaların açıqlaması həmin sənədin 128 və 129-cu səhifələrində verilib. Cədvəlin “QEYD” hissəsində tibbi xidmətin göstərilməsi zamanı hər hansı əlavə xidmətlərin tibbi xidmətin tarifinə daxil olub-olmaması müəyyən edilir. Bəzi nümunələri nəzərinizə çatdırırıq:

Sıra nömrəsi 2.1.462 saylı “Yaranın qranulyasiyadan təmizlənməsi (böyük)” tibbi xidmətin qarşısında “QEYD” xanasında *A, *TS, *Dr daxildir” qeyd olunub. Deməli, “*A, *TS, *Dr daxildir” qeydi sözügedən ambulator tibbi xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya xidməti, dərman və tibbi sərfin həmin tibbi xidmətin tarifinə daxil olduğunu bildirir.

– Ötən il hansı xəstəxanaların icbari tibbi sığorta sistemində vətəndaşlara xidmət göstərəcəyi açıqlanmışdı. Buraya özəl xəstəxanaların da əlavə olunacağı qeyd olunmuşdu. Hansı özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşulacaq və Xidmətlər zərfinə daxil edilən 2550 xidməti onlar da həyata keçirəcəklər?

– Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz olaraq göstərilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/files/9/TEBIB_SIYAHI.pdf) yerləşdirilib.

Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Vətəndaşların tibbi xidmətlərlə bağlı ehtiyaclarına uyğun olaraq müqaviləli tibb müəssisələrinin də sayı artırıla bilər. Tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün yeni xəstəxanalarla müqavilələr bağlanıla bilər.

Qeyd edək ki, tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

– Bakı şəhəri və bir sıra rayonlarda icbari tibbi sığorta aprel ayının 1-dən tətbiq edilir. Ancaq artıq vətəndaşların maaşlarından sığorta haqları tutulur. Vətəndaşlar sual edirlər ki, xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?

– Nəzərinizə çatdırırıq ki, Agentlik həm icbari tibbi sığortanın tətbiq edildiyi, həm də tətbiq edilmədiyi ərazilərdəki tibb müəssisələrini maliyyələşdirir. İcbari tibbi sığortanın tətbiq edildiyi və edilmədiyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlıdır. Belə ki, sığortanın tətbiq edildiyi tibb müəssisələri göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirilir. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılır.

– Məlum olduğu kimi, ən aşağı maaş alandan da, 8 min manat alandan 2 faiz sığorta haqqı tutulur. 10 manat sığorta ödəyənlə 160 manat sığorta ödəyənə xidmətlərdə fərqli yanaşma olacaq?

– 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən sığorta haqlarının toplanılmasına başlanılıb. Sığorta haqlarının əhali qrupları üzrə məbləği aşağıdakı kimidir:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Bu əhali qrupu üzrə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. 2022-ci ildən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sistemdir. Hər bir sığortaolunan icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən bərabər şərtlərlə istifadə etmək hüququna malikdir.

– Ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari tibbi sığorta tətbiq olunsa da, Şəkidə insanlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkimə ödəniş edib, həm də digər xidmətlər üçün pul ödədiklərini qeyd edirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələrə necə nəzarət edir? Ümumiyyətlə, belə hallarla mübarizə necə aparılacaq?

Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Habelə stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.

Vətəndaşlar şikayətlərini öncə müvafiq xəstəxana rəhbərlərinə müraciət etməklə bildirə bilərlər. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər.

– Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumatların azlığından, olan məlumatların isə tibbi terminlərlə yazıldığından anlaşılmaz olduğundan narazılıq edirlər. İcbari tibbi sığorta sistemini daha anlaşıqlı şəkildə izah edən sosial çarxlar hazırlanırmı? Ümumiyyətlə, maarifləndirmə işi niyə zəif aparılır?

– Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində tanış ola bilərlər. Sığortaolunan tibbi göstərişi olan hallarda Cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Yuxarıda da bildirildiyi kimi, sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilir.

Məlumat üçün bildiririk ki, Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nin 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunmuş və tibb müəssisələrinə təqdim edilmişdir.

Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verir.

Sığortaolunanların müraciətinə əsasən, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində məlumatlandırılma işi tibb heyətinə həvalə edilir.

Əhalinin maarifləndirilməsi məsələsinə gəldikdə, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi, habelə sistemin əhəmiyyəti, üstünlükləri barədə Agentlik tərəfindən 2019-2020-ci illərdə ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 sayda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və digər mövzularda məlumatlandırılıblar.

Koronavirus pandemiyası səbəbindən ötən ildən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyindən maarifləndirmə tədbirlərinin keçirilməsi təxirə salınmışdır.

Lakin kütləvi informasiya vasitələrində davamlı olaraq Agentliyin əməkdaşlarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müxtəlif mövzularda çıxışları təmin edilir. Eyni zamanda Agentliyin sosial şəbəkələrdəki səhifələrində və kanallarında (Facebook, Instagram, LinkedIn, Twitter, Telegram, YouTube) mütəmadi olaraq icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan xəstəliklər, icbari tibbi sığorta haqqı və s. mövzularda sual-cavab postları və ya videoçarxlar paylaşılır.

Həmçinin “İcbari tibbi sığorta haqları barədə bunları bilmək vacibdir!”, “Mənim ailə həkimim”, “Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər bunlardır!” və “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti hansı hallarda çağırılmalıdır?” adlı çap materialları hazırlanıb.

– İnsanlar xəstəxanalarda hansı xidmətlərin sığorta paketinə daxil edilməsi ilə bağlı anlaşıqlı posterlərin olmasını vacib hesab edirlər. Xəstəxanaların divarlarına bu cür məlumatların vurulması üçün iş aparılırmı?

– Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət barədə məlumat elektron şəkildə Agentliyin saytında yerləşdirilib. Hər bir vətəndaş sərbəst şəkildə bu sənədlə tanış ola bilər. Agentliyin nümayəndələri tərəfindən mütəmadi olaraq Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərlə bağlı suallar cavablandırılır. Eyni zamanda Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, dərman təminatı və s. mövzuları əhatə edən maarifləndirici çap materiallarının hazırlanması, post və videoçarxların Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylanılması həyata keçirilir.

Bir daha qeyd edək ki, sığortaolunan səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət etməlidir. Ailə həkimi də ehtiyac olduğu təqdirdə sığortaolunana müvafiq ixtisaslı tibbi yardım almaq üçün ixtisaslı həkimə göndəriş verir. Sığortaolunan ailə həkimi və ya ixtisaslı həkim vasitəsilə xəstəliyi ilə bağlı ona qoyulan diaqnoz, müalicə, müayinə və digər suallara cavab ala bilər.

Mingəçevir – parklar və maraqlı kəşflər şəhəri

Kür çayının mənzərəli sahilində yerləşən səliqə-sahmanlı, çiçəklənən Mingəçevir şəhəri təkcə Azərbaycanın energetika mərkəzi deyil. Ölkədə istehsal olunan bütün elektrik enerjisinin 65 faizi məhz bu şəhərin payına düşsə də, turizmin inkişafı baxımından da Mingəçevir xüsusi maraq kəsb edir. O, Azərbaycanın ən gənc şəhərlərindən biridir, təməli 1945-ci ildə qoyulub. Mingəçevir həm də idman kadrları yetişdirən mərkəz kimi məşhurdur. Geniş tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi də bu şəhərdə yerləşir. Məşq etmək üçün mərkəzə dünyanın hər yerindən idmançılar gəlir.

Mingəçevirə səyahət etməyə dəyər, ən azı gəzinti katerində Kürdə yel kimi əsib-keçmək, su anbarının lacivərd çimərliklərində suya dalmaq və rahat kiçik kafelərin kölgəliyində Kür çayından tutulmuş balığın dadına baxmaqdan ötrü.

“Buradan o yana yol yoxdur”, yaxud bərəçi haqqında əfsanə

Müasir Mingəçevirin təməli eyniadlı su elektrik stansiyasının tikintisi ilə bir vaxtda qoyulub, lakin insanlar Kür çayının bərəkətli sahillərində neçə-neçə əsr əvvəl məskən salıblar.

1946-1953-cü illərdə aparılmış böyük tədqiqatlar zamanı Bozdağ silsiləsinin cənubunda, Kür çayı sahilində iki yaşayış məskəni və 4 kiçik qəbiristanlıq aşkarlanıb. Onlar Cənubi Qafqazda ən böyük arxeoloji komplekslərdir. Qazıntılar zamanı eramızdan əvvəl III-II əsrlərə aid 20 mindən çox maddi mədəniyyət irsi nümunəsi tapılıb. Aşkarlanmış əşyaların əksəri Bakıya göndərilib, əlli ən maraqlı artefakt isə Mingəçevirdə saxlanılıb və onlar şəhər muzeyinin ekspozisiyasının əsasını təşkil edir.

Arxeoloji qazıntılar zamanı tapılmış şüşə məmulatlar, qızıl və gümüş qab-qaşıq, bəzək əşyaları, bir sıra qədim Şərq şəhərlərinin sikkələri Mingəçevirin ticari, mədəni əlaqələrinin yüksək inkişaf səviyyəsinə dəlalət edir. Orta əsr salnamələrində şəhər sənətkarlıq emalatxanaları, ticarət dükanları və hamamların cəmləşdiyi məkan kimi xatırlanır. Məsələn, XVII əsr türk səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində Kür çayının sağ sahilində, Bozdağın yaxınlığında yerləşən Mingəçevir yaşayış məskəni haqqında məlumat verir. O, burada bir neçə məscidin, sənətkarlıq və toxuculuq karxanalarının, ipəkçilik sexlərinin olduğunu qeyd edir. Övliya Çələbinin yazdığına görə, ən dar və daşqın baxımından təhlükəsiz hissədə Kürün sahillərini körpü birləşdirir, onun üzərindən keçən rahat yol “Elçilər yolu” adlanır. Körpüyə verilmiş bu ad yolun əhəmiyyətindən irəli gəlirdi, çünki o həm Azərbaycanın şərq və qərb hissələrini birləşdirir, həm də qonşu ölkələrlə ticari əlaqələrə gözəl imkanlar yaradırdı.

“Mingəçevir” toponiminin yaranmasının bir neçə fərziyyəsi mövcuddur. Bu yerlər gözəl olsa da, burada yaşamaq çox təhlükəli idi: dəli Kür tez-tez daşır, bu da fəlakətlə nəticələnirdi. Daşqın dövründə çayın suları “min çevir”, yəni “min dəfə çevril” yaradırdı. Ola bilsin ki, həmin söz birləşməsi sonradan dəyişərək “mingəçevir”lə əvəzlənib. Başqa bir fərziyyəyə görə, şəhərin adı “geri dön, burdan o yana yol yoxdur” mənası verir.

“Mingəçevir” adını türk əsilli sərkərdə Mingiçövrlə də əlaqələndirirlər. Ərəb tarixçisi Təbəriyə istinadla, IX əsrdə, Ərəb Xilafəti dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçövrün iqamətgahı indiki Mingəçevirin ərazisində imiş. O, müstəqilliyini elan edib, lakin məğlubiyyətə uğrayaraq əsir düşüb və qalada zindana atılıb. Sonralar sərkərdənin şərəfinə yaşayış məntəqəsini “Mingəçevir” adlandırıblar.

Bununla belə, toponimin yaranışı ilə bağlı ən geniş yayılmış fərziyyə bir bərəçi haqqında gözəl əfsanədir. Rəvayətə görə, bir zamanlar Kürün sahillərini kəndirli keçid birləşdirib. Çayın bir sahilindən digərinə keçmək istəyənlərin axını səngimir, bərəçinin sərnişinləri bir taydan o birinə, əks tərəfə keçirməsindən də bu ad yaranır: “min gəl çevir”, yəni “otur, get, geri dön”. Yeri gəlmişkən, kanatlı keçidlərə elə indi də rast gəlinir. Sizi rəmzi qiymətə – 20 qəpiyə bir sahildən digərinə çatdıracaqlar.

Böyük ticarət yolu üstündə yerləşən, Kürlə başlıca keçid olan Mingəçevir şəhəri XVIII-XIX əsrlərdə dəfələrlə dağıntıya məruz qalıb və yenidən inşa olunub. XX əsrdə də o, əhəmiyyətini itirməyib. Məşhur su elektrik stansiyası tikilərkən burada, Kür sahillərində qədim yaşayış məskəni Mingəçevir hələ də mövcud idi. Müasir şəhərin təməli də onunla yanaşı qoyulub, bu yerlərə layiq olduğu şöhrətini qaytarıb.

Kürün rekordları və mənzərəli buxta

Kür çayı Mingəçeviri iki hissəyə bölür: sağ sahildə su elektrik stansiya (SES) və energetiklər qəsəbəsi yerləşir, şəhər infrastrukturunun böyük hissəsi isə sol sahildə cəmləşib. Çayın hər iki sahilində xeyli turizm obyekti var. Bu da təəccüblü deyil, axı bütün şəhər həyatı bu əzəmətli çayın ətrafında toplanıb. Kür həm “çörək ağacı”, həm də istirahət yeridir. Hələ Mingəçevirin başlıca müəssisəsi və rəmzi – Azərbaycanın ən böyük SES-inin əhəmiyyətini demirik.

Keçmiş zamanlarda dəli Kür Bozdağın şərq silsiləsinin dərələrindən gur axınla Kür-Araz ovalığına çıxırdı. Tikintisi barədə 1945-ci ilin iyulunda qərar verilmiş su elektrik stansiyası ipə-sapa yatmayan çayı ram edib. Mingəçevir SES 9 il ərzində tikilib və 1954-cü ildə istifadəyə verilib. Bir il sonra gücünə görə nisbətən zəif Vərvərə SES-in istismarına başlanılıb. O, çayın aşağı axınının 14 kilometrliyində yerləşir. Hər iki elektrik stansiyası birlikdə Mingəçevir kaskadını təşkil edir.

Yeri gəlmişkən, Kür çayının SES-dən Vərvərə su anbarının yuxarı hissəsinədək olan kəsimi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən tarixdə Birinci Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı seçilib. Amma bu hələ hamısı deyil. Rekordlar siyahısını Mingəçevir su bəndi davam etdirir. Dünyada ən böyüklərdən biri olan bu bəndin hündürlüyü 81 metr, uzunluğu 1.550 metr, həcmi isə 15,6 milyon kub metrdir. Bənd vasitəsi ilə Azərbaycanda ən böyük süni göl (su anbarı) yaradılıb, onun sahəsi 605 kvadrat kilometrdir.

Mingəçevir SES–in bəndi Kürün təbii məcrasına sipər çəkib, onu ətrafdakı neçə-neçə kilometrlik quru sahəyə axmağa və ərazini batırmağa məcbur edib. Hətta bir neçə kənd su altında qalıb, onların əhalisi qabaqcadan başqa yerə köçürülüb. Mingəçevir su anbarı belə yaranıb. Şəhərdən 3 kilometr şimal-şərqdə yerləşən bu anbarı yerli əhali haqlı olaraq “dəniz” adlandırır. Axı onun uzunluğu 70 kilometrdən çox, ən geniş hissəsi 18 kilometr, suyun həcmi 16070 kub kilometr, orta dərinliyi 27 metr, maksimal dərinliyi isə 83 metrdir.

Energetika və kənd təsərrüfatının inkişafı məqsədilə istifadədən başqa, Mingəçevir dənizi yerli sakinlərin və turistlərin sevimli istirahət məkanıdır. Sovet dövründə burada ittifaq əhəmiyyətli pansionat–sanatoriya yerləşirdi, mövsüm vaxtı ora bütün ölkədən minlərlə adam gəlirdi.

Bu gün də su anbarının çoxsaylı çimərliklərində həmişə qələbəlikdir. İstirahət edənlərin nəzərlərini dənizə gedib çıxan gözəl estakada cəlb edir. Estakadadan ətraf mənzərələri və üfüq xəttində itən su səthini seyr etmək olar. Sahil boyu, xüsusən dayaz yerlərdə su firuzəyi çalar alır, tədricən çalarlar tündləşdir və su anbarının mərkəzində lacivərd rəng alır, buna görə də buxtanın ümumi mənzərəsi Xəzər dənizinin mənzərəsinə bənzəmir. O daha çox Fransız Rivyerasını, hətta tropik çimərlikləri xatırladır. Oxşarlığın tamlığı üçün bircə seyrək kokos palmaları çatışmır. Canlı aləm sarıdan buxta zəngindir. Daşlar üzərində oturmuş qarabatdaq dəstələri, su üzərində pərvaz edən qağayı qatarları, hardasa uzaqda balıq üçün suya baş vuran ördəklər estakadadan aydın görünür.

Kür çayı balıq sarıdan boldur və o, mingəçevirlilərin mətbəxində mühüm yer tutur. Balıqçıların tilovuna daha çox çapaq, suf, çəkibalığı, şamayı, karp, dabanbalığı, naqqa, durnabalığı və s. düşür. Yerli kafe və restoranların demək olar ki, hamısında süfrəyə balıq yeməkləri gətirilir. Burada ilin istənilən fəslində suf, naqqa, şamayı kababı, yaxud sobada bişirilmiş balıq sifariş vermək olar.

Şəhərdə balıq ovu həvəskarları çoxdur. Günün istənilən vaxtı körpü üstündə tilovla dayanan, yaxud sahildə spinninqli balıqçıları görmək mümkündür. Şəffaf sudan kimi şamayı, kimi də dabanbalığı çıxarır. Balıq ovu ilə qocadan cavana hamı məşğul olur. Motel və otellərdə də sizə bunu təklif edə bilərlər. Bu xidmət bir çox turizm obyektlərində əlçatandır, o cümlədən də motorlu qayıq və balıqçılıq təchizatı.

Tilovu yerli bazarda almaq mümkün olsa da, Mingəçevirə səyahətə hazırlaşarkən özünüzlə sevimli spinninqinizi götürməyi unutmayın. O burada yüzdə-yüz sizə lazım olacaq!

Banan bolluğu və unikal abidə

Mingəçeviri mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Burada təxminən hər küçədə bir neçə park yerləşir – biri qurtarır, ardınca digəri başlayır. Ümumiyyətlə, şəhərdə ondan çox park var, onlardan ən böyüyü və məşhuru “Sahil” parkıdır. Bulvar adı ilə də tanınan bu park haqqında söhbətimiz xüsusi olacaq.

Ən vacibi odur ki, şəhərin bütün parkları çox gözəl abadlaşdırılıb, hər biri təkrarolunmaz dizayna malikdir, hər yerdə rahat skamyalar, çoxlu kafelər, uşaq meydançaları və yaşıllıq var. Subtropik iqlim nəticəsində şəhərdə həm yerli, həm də son vaxtlar xaricdən böyük miqdarda gətirilmiş ekzotik bitki növləri yetişdirilir. Burada hətta banan ağaclarını da görmək olar. Onların böyük parlaq yarpaqları landşafta bənzərsiz kolorit verir.

Əgər şəhərə çox hündürlükdən baxılarsa, onun tam yaşıllığa qərq olunduğunu görmək mümkündür. Maraqlıdır ki, hər parkda onun abadlığına cavabdeh olan işçilərin adlarını və telefon nömrələrini göstərən sorğu kitabçası var. Bu cür təcrübə heç paytaxtda yoxdur.

Mingəçevir Bulvarı Kür sahilinin xeyli hissəsini əhatə edir. O, başlanğıcını birbaşa şəhərin girişindəki Kür körpüsündən götürür və Avarçəkmə bazasınadək uzanır. Şəhər sakinləri və qonaqların bu ən çox sevdiyi bu istirahət məkanında məzəli heykəllər, qəndillər və fontanlar quraşdırılıb, yelləncəkli və karuselli uşaq meydançaları var, təmiz havada idman etməyi sevənlər üçün açıq səma altında müxtəlif trenajorlar qoyulub. Parkda çoxlu rahat kafelər var. Orada əyləşərək çay buxtasının unudulmaz mənzərəsindən zövq almaq olar. Siz kafedən çıxıb pilləkənlə gəzinti katerləri və qayıqlarının bağlandığı çay körpüsünə düşəcəksiniz. Çoxyerli (təxminən 50 adamlıq) katerə oturmaq olar. O, sizi Kür çayı boyunca Bulvardan HES-dək tələsmədən gəzdirəcək. Sürətlə şütümək həvəskarları 2 və 10 nəfərlik katerlərin xidmətindən istifadə edə bilərlər. Qeyd edək ki, bütün sərnişinlərə təhlükəsizlik məqsədilə xilasetmə jiletləri verilir. Hazırda parkda Kür üzərində asma kanat yolun salınması davam edir. Uzunluğu 212 metr olan bu kanat yolda iki liftin köməy ilə gün ərzində 1000-dək adamın daşınması planlaşdırılır.

Mingəçevirin digər rəmzlərindən biri hələ SSRİ vaxtından avarçəkmə bazası kimi tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir. Burada bütün post-sovet məkanından peşəkar avarçəkənlərin yığma komandalarının təlim-məşqi keçirilib və indi də keçirilir. Bazanın unikallığı ondadır ki, burada ilboyu akademik avarçəkmə, baydarka və kanoe üzrə məşq etmək, habelə beynəlxalq turnirlərin keçirilməsi üçün ən münasib şərait var. Bütün bu üstünlüklərlə yanaşı, məhz açıq sahədə geniş su ərazisi, minimum yağıntı və küləyi olan yumşaq iqlim, yaşamaq üçün hər cür şərait və idmançılar üçün xüsusi qidalanma kompleksi həm Avropada, həm də bütün MDB məkanında analoqu olmayan bir məkana çevirir.

Kompleksin tərkibinə 8 üzmə zolağına malik 21х50 metr ölçüdə üzgüçülük hovuzu, 391 tamaşaçı tutan idman zalı, NBA standartlarına cavab verən döşəmə, gəmini xatırladan 6 mərtəbəli 149 nəfərlik 4 ulduzlu mehmanxana, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar (ellinq), “Qüllə” restoranı və digər obyektlər var. Burada mütəmadi olaraq peşəkar turnirlər, o cümlədən avarçəkmə üzrə ənənəyə çevrilmiş hər il mart ayında başlanan “Prezident Kuboku” beynəlxalq reqatası, noyabr ayında isə “Mingəçevir reqatası” keçirilir.

Maraqlıdır ki, kompleksin ərazisində vaxtilə əkilmiş qovaq ağacı hələ də durur. Orada asılmış lövhədən ağacın 1875-ci ildə əkildiyi məlum olur. Çoxsaylı qonaqlar nəhəng qovaq ağacının yanında fotoşəkil çəkdirməyi xoşlayırlar. Kompleksin bənzərsiz landşaftından kino işçiləri natura çəkilişlərində də tez-tez istifadə edirlər.

Azərbaycan avarçəkmə idmanının ən uğurlu və tanınmış nümayəndələri dünya və Avropa çempionu Valentin Demyanenko, kanoe üzrə dünya çempionatının mükafatçısı Sergey Bezuqlı, Maksim Prokopenko və başqalarıdır. Şübhə yoxdur ki, məşhur “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin istedadlı yetirmələrinin adı tezliklə dünyaya yayılacaq.

Mingəçevir əlverişli yerdədir. Paytaxtdan bura qatarla və ya avtobusla gəlmək olar. Bundan başqa, siz Mingəçevirə şəxsi avtomobilinizlə gəlsəniz uduzmazsınız. Mingəçevirdə maşın sürməyin ayrı ləzzəti var. Geniş yollar, paralel küçələr və maşınların sayının nisbətən az olması nəticəsində şəhərdə tıxac tamamilə yoxdur. Bu isə paytaxt sakini üçün təmiz hava kimi vacibdir.

Mingəçeviri məşhur edən digər görməli yerlərin adını da xatırlamamaq olmaz. Onların sırasında kompyuter və elektron avadanlıq istehsal edən “Kür” şirkətini qeyd etmək olar. Şirkətin məhsulları Azərbaycanın bir çox təhsil və dövlət müəssisələrində quraşdırılıb. “Ana dili” abidəsi də maraqlı və unikaldır. Abidənin təsvirindən orta məktəb dərsliklərindən birinin üz qabığında istifadə olunub.

Mingəçevir, həmçinin məşhur Sankt-Peterburq – Mingəçevir avtomobil yarışı ilə də məşhurdur. Dörd ölkənin ərazisindən keçən bu yol Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan arasında avtomobil turizmini genişləndirmək üçün nəzərdə tutulub. Bu maraqlı şəhər haqqında zəngin məlumat bir məqaləyə sığmır. Bir sözlə, Mingəçevirə – xoş sürprizlər diyarına gəlin. Orada sizi unudulmaz istirahət və müsbət emosiyalar gözləyir.

Emil Eyyubov

Xüsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahların qarşısına çıxacağı heyrətamiz kəşflərlə tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin ucsuz-bucaqsız potensialı ilə tanış etməkdir.

Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə hazırlıq işləri görülür.

Comments are closed, but trackbacks and pingbacks are open.